الدُّرُوسُ المُهِمَّةُ لِعَامَّةِ الأُمَّةِ
Bütün ümmət üçün vacib dərslər
لِسَمَاحَةِ الشَّيْخِ العَلَّامَةِ
عَبْدِ العَزِيزِ بْنِ عَبْدِ اللهِ بْنِ بَازٍ
رَحِمَهُ اللهُ
Müəllif:
Hörmətli alim şeyx Əbdüləziz ibn Abdullah ibn Baz
Allah ona rəhmət etsin
Bütün ümmət üçün vacib dərslər
(Müəllif): Dəyərli Böyük Alim
Abdüləziz bin Abdullah bin Baz (Allah ona rəhmət etsin)
Mərhəmətli və Rəhmli Allahın adı ilə!
Müəllifin ön sözü
Aləmlərin Rəbbi olan Allaha həmd olsun. Gözəl aqibət müttəqilər üçündür. Allahın salavat və salamı Onun qulu və rəsulu olan Muhəmmədə, onun ailəsinə və bütün səhabələrinin üzərinə olsun!
Daha sonra :
Bu, bütün insanların İslam dini haqqında bilməli olduğu bəzi vacib məsələləri açıqlayan qısa sözlərdir. Mən bu kitaba: "Bütün ümmət üçün vacib dərslər" adını verdim.
Uca Allahdan bunu müsəlmanlar üçün faydalı etməsini və bu əməli məndən qəbul etməsini istəyirəm. Həqiqətən, O, Səxavətli və Kərimdir.
Abdüləziz bin Abdullah bin Baz "Bütün ümmət üçün vacib dərslər"1
Birinci dərs: Fatihə surəsi və qısa surələr.
Fatihə surəsi və qısa surələrdən, Zəlzələ surəsindən Nas surəsinə qədər olan surələrdən mümkün qədərini dinləyərək, oxunuşunu düzəldərək, əzbərləyərək və başa düşülməsi vacib olan hissələri izah edərək öyrənmək.
İkinci dərs: İslamın rükunları
İslamın beş rukununun izahı. Bunların ən birincisi və ən əzəmətlisi: "Lə iləhə illəllah və Muhəmmədən Rəsulullah" (Allahdan başqa ibadətə layiq haqq məbud yoxdur və Muhəmməd Allahın elçisidir) şəhadətidir. Bu şəhadət kəlməsinin mənalarının izahı ilə yanaşı, "Lə iləhə illəllah" kəlməsinin şərtlərinin açıqlanması da verilir. Onun mənası belədir: "Lə iləhə" – Allahdan başqa ibadət olunan bütün ilahları inkar etmək, "İlləllah" – ibadətin yalnız heç bir şəriki olmayan Uca Allaha məxsus olduğunu təsdiq etməkdir. “Lə iləhə illəllah” kəliməsinin şərtləri isə bunlardır:
1. Cahilliyi aradan qaldıran elm.
2. Şübhəni aradan qaldıran yəqinlik.
3. Şirkə zidd olan ixlas
4. Yalana əks olan sədaqət (doğruluq).
5. Nifrətin əksi olan məhəbbət. (Allahı və Onun əmrlərini sevərək qəbul etmək)
6. Tərk etməyin əksi olan boyun əymək.
7. Rədd etməyin ziddi olan qəbul etmək.
8. Allahdan başqa ibadət edilən hər şeyə küfr etmək. Bunlar aşağıdakı iki beytdə cəm olunmuşdur:
Elm, yəqinlik, ixlas, sənin sadiqliyin, məhəbbətin, onun itaətinə qalxmaqın və qəbul etməyin. Səkkizinci şərt də əlavə edilir ki, bu, sənin, Allahdan başqa ibadət olunan ilahları inkar etməyindir.
"Muhəmmədən Rəsulullah" (Muhamməd Allahın elçisidir) şəhadətinin bəyanı və onun tələbləri:
1. Onun xəbər verdiyi hər şeyi təsdiqləmək.
2. Onun əmrlərinə itaət etmək.
3. Onun qadağan etdiklərindən çəkinmək.
4. Allaha yalnız Uca Allahın və Onun Peyğəmbərinin (Allahın salavatı və salamı onun üzərinə olsun) şəriətinə uyğun şəkildə ibadət etmək. Sonra tələbəyə İslamın qalan beş rükununu izah etmək lazımdır. Bunlar: Namaz, zəkat, Ramazan orucu və imkanı olan kimsəyə Beytül-həramı Həcc etmək.
Üçüncü dərs: İmanın rükunları
İmanın altı rüknu vardır. Bunlar aşağıdakılardır: Allaha, mələklərinə, kitablarına, rəsullarına, axirət gününə və qədərin xeyir və şərinin Allahdan olduğuna iman etmək.
Dördüncü dərs: Tövhidin və Şirkin qisimləri
Tövhidin qisimlərinin bəyanı. Tövhidin üç qismi vardır: Rububiyyə tövhidi. Uluhiyyə tövhidi. Ad və sifətlər tövhidi.
1- Rububiyyət tövhidi: Bu, Uca Allahın hər şeyin xaliqi və hər şeyin idarəedicisi olduğuna, Onun bu işdə heç bir şəriki olmadığına iman gətirməkdir.
2- Uluhiyyət tövhidi. Bu, yalnız Uca Allahın haqq məbud olduğuna və ibadətdə Onun heç bir şəriki olmadığına iman gətirməkdir. Bu, "Lə iləhə illəllah" kəlməsinin mənasıdır. Çünki onun mənası: Allahdan başqa ibadətə layiq olan haqq məbudun olmamasıdır. Buna görə də, namaz, oruc və digər ibadətlərin hamısı yalnız ixlaslı şəkildə Allaha edilməlidir və bu ibadətlərdən heç bir şey Ondan başqasına yönəldilməməlidir.
3- Ad və sifətlər tövhidi. Bu, Qurani-Kərimdə və səhih hədislərdə varid olan Uca Allahın bütün ad və sifətlərinə iman etmək və bu ad və sifətləri Uca Allaha layiq olan şəkildə, heç bir təhrif və inkar etmədən, keyfiyyət vermədən və (məxluqata) bənzətmədən isbat etməkdir. Bu, Uca Allahın bu sözünə əsasəndir:
﴿قُلۡ هُوَ ٱللَّهُ أَحَدٌ 1 ٱللَّهُ ٱلصَّمَدُ 2 لَمۡ يَلِدۡ وَلَمۡ يُولَدۡ 3 وَلَمۡ يَكُن لَّهُۥ كُفُوًا أَحَدُۢ٤﴾
»De: “O Allah Təkdir (1) Allah Möhtac deyildir (2) O, nə doğub, nə də doğulub,(3) Onun bənzəri də yoxdur(4)”«. (İxlas: 1-4). İzzət və Cəlal sahibi olan Allah buyurmuşdur:
﴿...لَيۡسَ كَمِثۡلِهِۦ شَيۡءٞۖ وَهُوَ ٱلسَّمِيعُ ٱلۡبَصِيرُ﴾
»Onun heç bir bənzəri yoxdur. O, Eşidəndir, Görəndir«. [Şura: 11]. Bəzi alimlər isə tövhidi iki qismə ayırmış və ad və sifətlər tövhidini Rububiyyə tövhidinə daxil etmişlər. Bu məsələdə ixtilaf etməyə ehtiyac yoxdur, çünki hər iki bölgüdə məqsəd aydındır.
Şirkin üç qismi vardır: Böyük şirk, kiçik şirk və gizli şirk.
İnsan böyük şirk üzərində ölərsə, bu onun əməlini batil edir və insanın əbədi olaraq Cəhənnəmdə qalmasını vacib edir. Uca Allah bu barədə belə buyurur:
﴿...وَلَوۡ أَشۡرَكُواْ لَحَبِطَ عَنۡهُم مَّا كَانُواْ يَعۡمَلُونَ88﴾
»Əgər onlar (Allaha) şərik qoşsaydılar, etdikləri əməllər puç olardı«. [Ənam: 88]. Pak və nöqsansız olan Allah buyurur:
﴿مَا كَانَ لِلۡمُشۡرِكِينَ أَن يَعۡمُرُواْ مَسَٰجِدَ ٱللَّهِ شَٰهِدِينَ عَلَىٰٓ أَنفُسِهِم بِٱلۡكُفۡرِۚ أُوْلَٰٓئِكَ حَبِطَتۡ أَعۡمَٰلُهُمۡ وَفِي ٱلنَّارِ هُمۡ خَٰلِدُونَ17﴾
»Müşriklər küfr etdiklərini bildikləri halda, onlara Allahın məscidlərini abadlaşdırmaq yaramaz. Onların əməlləri puça çıxmışdır. Onlar Odda əbədi qalacaqlar«. [Tövbə: 17]. Kim böyük şirk üzərində ölərsə, onun günahları bağışlanmaz və Cənnət ona haram olar. Uca Allah bu barədə belə buyurur:
﴿إِنَّ ٱللَّهَ لَا يَغۡفِرُ أَن يُشۡرَكَ بِهِۦ وَيَغۡفِرُ مَا دُونَ ذَٰلِكَ لِمَن يَشَآءُ...﴾
»Şübhə yoxdur ki, Allah Özünə şərik qoşanları əfv etməz, amma istədiyi şəxsin bundan aşağı olan başqa günahlarını bağışlar«. (Nisa surəsi, ayə: 48). Pak və nöqsansız olan Allah buyurur:
﴿…إِنَّهُۥ مَن يُشۡرِكۡ بِٱللَّهِ فَقَدۡ حَرَّمَ ٱللَّهُ عَلَيۡهِ ٱلۡجَنَّةَ وَمَأۡوَىٰهُ ٱلنَّارُۖ وَمَا لِلظَّٰلِمِينَ مِنۡ أَنصَارٖ72﴾
»Kim Allaha şərik qoşarsa, heç şübhəsiz, Allah Cənnəti ona haram edər. Onun gedəcəyi yer Cəhənnəmdir. Zalımların heç bir yardımçısı yoxdur«. [Maidə: 72].
Böyük şirkin növlərindən bəziləri: ölülərə və bütlərə dua etmək, onlardan yardım istəmək, onlara nəzir demək, onlara qurban kəsmək və s. buna bənzər şeylərdir.
Kiçik şirk: Bu Quran və Sünnədə şirk adlandırılan, lakin böyük şirkin növündən olmayan əməllərdir. Məsələn: Bəzi əməllərdə riyakarlıq etmək, Allahdan başqasına and içmək, "Allah və filankəs istəsə" demək və s. bu kimi digər şeylər. Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) bu barədə belə demişdir:
"أَخْوَفُ مَا أَخَافُ عَلَيْكُمُ الشِّرْكُ الْأَصْغَرُ". فَسُئِلَ عَنْهُ، فَقَالَ: "الرِّيَاءُ"
"Sizin üçün ən çox qorxduğum şey, kiçik şirkdir". Səhabələr: Kiçik şirk nədir, ey Allahın Rəsulu? - deyə soruşdular. Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) dedi: "Riya"2. Bu hədisi, İmam Əhməd, Təbarani və Beyhəqi Məhmud bin Ləbid əl-Ənsaridən (Allah ondan razı olsun) yaxşı isnadla rəvayət etmişdirlər. Təbarani isə bu hədisi yaxşı isnadlarla, Mahmud bin Ləbiddən, o da Rafi bin Xədicdən, o da Peyğəmbərdən (Allahın salavatı və salamı onun üzərinə olsun) rəvayət etmişdir.
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) belə buyurmuşdur:
"مَنْ حَلَفَ بِشَيْءٍ دُونَ اللَّهِ فَقَدْ أَشْرَكَ"
"Kim Allahdan başqa bir şeyə and içərsə, artıq şirk qoşmuşdur"3. Hədisi İmam Əhməd, Ömər bin əl-Xəttabdan (Allah ondan razı olsun) Səhih isnadla rəvayət etmişdir. Hədisi, Əbu Davud və Tirmizi Səhih isnadla İbn Ömərdən (Allah ondan razı olsun), o, da Peyğəmbərdən (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyini rəvayət etmişdir.
"مَن حَلَفَ بِغَيْرِ اللهِ فَقَدْ كَفَرَ أَوْ أَشْرَكَ"
"Kim Allahdan başqasına and içərsə ya küfür edər ya da şərik qoşmuş olar4". Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) belə buyurmuşdur:
"لا تَقُولُوا: ما شَاءَ اللهُ وَشَاءَ فُلانٌ، وَلَكِنْ قُولُوا: ما شَاءَ اللهُ ثُمَّ شَاءَ فُلانٌ." “Deməyin ki, Allah və filankəs istədiyi oldu , əksinə deyin ki, Allah istədi sonra isə filankəs istədi oldu”.5 Bu hədisi Əbu Davud, Huzeyfə bin əl-Yəməndən (Allah ondan razı olsun) Səhih isnadla rəvayət etmişdir.
Şirkin bu növü, insanı İslam dinindən çıxarmır və Cəhənnəmdə əbədi qalmasını vacib etmir, lakin o vacib olan tövhidin kamil olmasına ziddir.
Üçüncü növ: Gizli şirkdir. Onun dəlili Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) bu hədisidir:
"أَلَا أُخْبِرُكُمْ بِمَا هُوَ أَخْوَفُ عَلَيْكُمْ عِندِي مِنَ الْمَسِيحِ الدَّجَّالِ؟" قَالُوا: بَلَى يَا رَسُولَ الله، قَالَ: "الشِّرْكُ الخَفِيُّ، يَقُومُ الرَّجُلُ فَيُصَلِّي، فَيُزَيِّنُ صَلَاتَهُ لِمَا يَرَى مِنْ نَظَرِ الرَّجُلِ إِلَيْهِ"
"Sizə, Məsih-Dəccaldan daha çox qorxduğum bir şeyi xəbər verimmi?" Səhabələr: Bəli, ey Allahın elçisi! - dedilər. Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dedi: "Gizli şirk. Bir kişi qalxıb namaz qılır və başqa bir adamın ona baxdığını gördüyü üçün namazını gözəlləşdirir"6. Hədisi, İmam Əhməd "Müsnəd" kitabında, Əbu Səid əl-Xudridən (Allah ondan razı olsun) rəvayət etmişdir.
Şirkin iki növə bölünməsi də icazəlidir:
Böyük şirk və kiçik şirk. Gizli şirkə gəldikdə isə bu, şirkin hər iki növünü də əhatə edir. Gizli şirk, böyük şirk də ola bilər. Məsələn: Münafiqlərin şirki kimi. Çünki onlar batil inanclarını gizlədir, riyakarlıq edərək və canlarının qorxusundan zahirən özlərinin İslamda olduqlarını göstərirlər.
Gizli şirk, kiçik şirk də ola bilər. Məsələn: Riyakarlıq kimi. Bunu, əvvəldə qeyd edilən, Mahmud bin Ləbid əl-Ənsarinin və Əbu Səidin hədisində görmək olar. Allah müvəffəq edəndir.
Beşinci dərs: İhsan
Ehsan rükunu. Ehsan, Allaha, Onu görürmüşsən kimi ibadət etməyindir. Sən Onu görməsən də, O, səni görür.
Altıncı dərs: Namazın Şərtləri
Namazın doqquz şərti vardır:
1- İslamda olmaq.
2- Ağıllı olmaq.
3- (Halal və haramı, pis və yaxşını bir-birindən) ayırmaq yaşına çatmaq.
4- Dəstəmazlı və ya qüsullu olmaq.
5- Nəcasətdən təmizlənmək.
6- Övrətin örtülməsi.
7- Namaz vaxtının daxil olması.
8- Qibləyə yönəlmək.
9- Niyyət etmək.
Yeddinci dərs: Namazın Rükunları
Namazın on dörd rükunu vardır:
1- Taqəti olana namazı qiyam halında (ayaq üstə duraraq) qılmaq.
2- Təkbiratul-ihram. (Yəni: Namaza başladıqda "Allahu Əkbər" - demək)
3- Fatihə surəsini oxumaq.
4- Rüku etmək.
5- Rükudan qalxdıqdan sonra beli düz tutmaq.
6- Yeddi əza üzərində səcdə etmək.
7- Səcdədən qalxmaq.
8- İki səcdə arasında oturmaq.
9- Bütün rükunları arxayınlıqla, yəni: tələsmədən sakit halda yerinə yetirmək.
10- Bu rükunları ardıcıllıqla etmək.
11- Sonuncu təşəhhüdü oxumaq.
12- Sonuncu təşəhhüd üçün oturmaq.
13- Peyğəmbərə (sallallahu əleyhi va səlləm) salavat gətirmək.
14- İki salam vermək.
Səkkizinci dərs: Namazın vacibləri
Namazın səkkiz vacibi vardır:
1- Təkbiratul-ihramdan (namaza başladıqda edilən ilk təkbirdən) başqa bütün təkbirlər. (Bunlara intiqal təkbirləri də deyilir).
2- İmam və tək namaz qılan insanın (başını rükudan qaldırdıqda): [Səmi Allahu limən həmidəh] "Allah Ona həmd edəni eşitdi!" - zikrini deməsi.
3- İmamın, imamın arxasında namaz qılanın və həmçinin tək namaz qılan insanın başını rükudan qaldırdıqdan sonra: [Rabbənə və ləkəl-həmd], "Ey Rəbbimiz! Sənə həmd olsun" - zikrini deməsi.
4- Rükuda: [Subhənə rabbiyəl-azim], "Böyük Rəbbim pak və müqəddəsdir!" - zikrini demək.
5- Səcdədə: [Subhənə Rabbiyəl-Ələ], "Ən Uca Rəbbim pak və müqəddəsdir!" - zikrini demək.
6- İki səcdə arasında: [Rabbiğfir li] "Rəbbim, məni bağışla!" - zikrini demək.
7- Birinci təşəhhüdü oxumaq.
8- Birinci təşəhhüd üçün oturmaq.
Doqquzuncu dərs: Təşəhhüd duasının izahı
O bu sözləri deməkdən ibarətdir:
[ət-Təhiyyətu lilləhi, vəs-saləvatu, vət-tayyibətu, əs-Sələmu aleykə əyyuhən-nəbiyyu va rahmətullahi və bərakətuhu, əs-Sələmu aleynə və alə ibədil-ləhis-Salihin. Əşhədu əllə iləhə illəllahu va əşhədu ənnə Muhammədən abduhu və rasuluhu]
"Salamlar, dualar və gözəl şeylər Allaha aiddir. Ey Peyğəmbər, sənə Allahın salamı, mərhəməti və bərəkəti olsun! Bizə və Allahın əməlisaleh qullarına salam olsun! Mən şahidlik edirəm ki, Allahdan başqa ibadətə layiq məbud yoxdur və şahidlik edirəm ki, Muhəmməd Onun qulu və elçisidir".
Sonra Peyğəmbərə (Allahın salavatı və salamı onun üzərinə olsun) salavat duasını oxuyur və Allahdan Ona xeyir-bərəkət diləyərək belə deyir: [Allahummə salli alə Muhəmmədin va alə əli Muhəmməd, kəmə salleytə alə İbrahimə va alə əli İbrahimə, innəkə həmidun məcid. Allahummə bərik alə Muhəmmədin va alə əli Muhəmməd, kəmə bəraktə alə İbrahimə va alə əli İbrahimə, innəkə həmidun məcid]
"Allahım! İbrahimə və İbrahimin ailəsinə xeyir-dua verdiyin kimi, Muhəmmədə və Muhəmmədin ailəsinə də xeyir-dua ver! Şübhəsiz ki, Sən Tərifəlayiqsən, Şan-şöhrətlisən! Allahım! İbrahimə və İbrahimin ailəsinə bərəkət verdiyin kimi, Muhəmmədə və Muhəmmədin ailəsinə də bərəkət ver! Şübhəsiz ki, Sən Tərifəlayiqsən, Şan-şöhrətlisən!".
Sonuncu təşəhhüd duasını oxuduqdan sonra Allaha Cəhənnəm əzabından, qəbir əzabından, həyatın və ölümün fitnəsindən, Məsih Dəccalın fitnəsindən sığınır, sonra istədiyi dua ilə Allaha dua edir. Bu məqamda xüsusilə Peyğəmbərdən (Allahın salavatı və salamı onun üzərinə olsun) varid olan dualara yer verməsi daha münasibdir. Bu dulardan bəziləri aşağıdakıdır:
[Allahummə əinni alə zikrikə və şukrikə va husni ibədətikə] «Allahım! Səni zikr etmək, Sənə şükür etmək və Sənə gözəl şəkildə ibadət etmək üçün mənə yardım et!
[Allahummə inni zaləmtu nəfsi zulmən kəsiran vö lə yəğfiruz-zunubə illə ənt, fəğfir li məğfiratən min indikə vərhəmni, innəkə əntəl-ğafurur-rahim]
[Allahım! Mən özümə çoxlu zülm etdim. Günahları yalnız Sən bağışlayırsan. Günahımdan keçməklə məni bağışla və mənə rəhm et. Həqiqətən, Sən Bağışlayansan, Rəhmlisən!]
Birinci təşəhhüddə isə, iki şəhadətdən sonra, zöhr, əsr, məğrib və işa namazlarında üçüncü rükətə qalxır. Əgər Peyğəmbərə (Allahın salavatı və salamı onun üzərinə olsun) salavat gətirərsə, bu daha əfzəldir. Çünki bu mövzuda ümumi hədislər mövcuddur. Sonra üçüncü rükətə qalxır.
Onuncu dərs: Namazın Sünnələri
Bunlardan bəziləri aşağıdakılardır:
1- İstiftəh (açılış duası).
2- Qiyamda, rükudan əvvəl və sonra sağ əli sol əlin üstünə qoyaraq, sinənin üzərində tutmaq.
3- Təkbiratul-ihram etdikdə, rükuya getdikdə, rükudan qalxdıqdan və birinci təşəhhüdən üçüncü rükətə qalxdıqda əlləri, barmaqlar birləşmiş və düz halda tutaraq çiyinlərin və ya qulaqların hündürlüyü bərabərində qaldırmaq.
4- Rükuda bir dəfədən çox: [Subhənə rabbiyəl-azim], "Böyük Rəbbim pak və müqəddəsdir!" - və səcdədə bir dəfədən çox: [Subhənə Rabbiyəl-Ələ], "Ən Uca Rəbbim pak və müqəddəsdir!" - zikrini demək.
5- Rükudan qalxdıqda: [Rabbənə və ləkəl-həmd], "Ey Rəbbimiz! Sənə həmd olsun" - zikrindən əlavə zikr və iki səcdə arasında bir dəfədən artıq: [Rabbiğ-fir li] "Rəbbim, məni bağışla!" - zikrini demək.
6- Rükuda olduqda başı və beli bir səviyyədə düz tutmaq.
7- Səcdədə olarkən qolları yandan, qarnı budlardan, budları baldırlardan aralı tutmaq.
8- Səcdədə olarkən dirsəkləri yerdən qaldırmaq.
9- Birinci təşəhhüddə və iki səcdə arasında oturduqda sol ayağı yerə sərərək onun üzərində oturmaq və sağ ayağı isə dik tutmaq.
10- Üç və dörd rükətli namazların axırıncı təşəhhüddə Təvərrük oturuşu oturmaq. Təvərrük oturuşu: Sağ ayağı dik tutub (barmaqlarını isə qibləyə yönəldilmiş halda saxlayaraq), sol ayağını sağ ayağının altından çıxarıb, sol ombasının üzərində oturmağa deyilir.
11- Birinci və ikinci təşəhhüdə oturduğu andan, təşəhhüdün sonuna qədər şəhadət barmağı ilə işarə etmək və dua zamanı bu barmağı hərəkət etdirmək.
12- Birinci təşəhhüddə Muhəmmədə və Muhəmmədin ailəsinə, İbrahimə və İbrahimin ailəsinə salavat və xeyir-bərəkət diləmək.
13- Axırıncı təşəhhüddə dua etmək.
14- Fəcr, cümə, hər iki bayram, istisqa (Allahdan yağış diləmək) namazlarında və həmçinin məğrib və işa namazlarının ilk iki rükətində Quranı yüksək səslə oxumaq.
15- Zöhr və əsr namazlarında, məğribin üçüncü rükətində və işa namazının son iki rükətində Quranı gizli səslə oxumaq.
16- "Fatihə" surəsindən əlavə Qurandan başqa surə oxumaq. Bununla yanaşı namazın sünnələrindən yuxarıda qeyd etdiklərimizlə yanaşı digər sünnələri də nəzərə almaq lazımdır. Bunlara misal olaraq, rükudan qalxdıqdan sonra imamın, camaatın və tək qılanın: [Rabbənə və ləkəl-həmd], "Ey Rəbbimiz! Sənə həmd olsun" - zikrinə əlavə edilən sözləri göstərmək olar. Bu da sünnədir. Həmçinin, rükuya gedərkən iki əlin barmaqlarını aralayıb dizlərin üzərinə qoymaq da namazın sünnələrindəndir.
On birinci dərs: Namazı batil edən amillər
Bunlar səkkizdir:
1- Namazda olduğunu xatırlayaraq, bilərəkdən və qəsdən danışmaq. Amma namazda unutqanlıq və ya cahillik üzündən danışmaq namazı batil etmir.
2- Gülmək.
3- Yemək.
4- İçmək.
5- Övrət yerlərin açılması.
6- Qiblədən çox yayınmaq.
7- Namazda davamlı şəkildə çoxlu, gərəksiz hərəkətlər etmək.
8- Təharətin pozulması.
On ikinci dərs: Dəstəmazın şərtləri
Dəstəmazın on şərti vardır:
1- İslamda olmaq.
2- Ağıllı olmaq.
3- (Halal və haramı, pis və yaxşını bir-birindən) ayırmaq yaşına çatmaq.
4- Niyyət etmək.
5- Təharət hökmünü qəlbində davam etdirmək. Yəni: Təharətə başlayandan, tamamlayana qədər onu kəsməyi niyyət etməmək.
6- Dəstəmazı pozan səbəblərin aradan qaldırılması.
7- Dəstəmazdan əvvəl (əgər ehtiyac varsa ayaqyolunda) nəcasəti su və ya daş yaxud da daşı əvəz edən əşyalarla təmizləmək.
8- Suyun təmiz və istifadəsinin icazəli olması.
9- Suyun dəriyə çatmasını əngəlləyən şeylərin aradan qaldırılması.
10- Dəstəmazı saxlaya bilməyən kəs üçün namaz vaxtının girməsi.
On üçüncü dərs: Dəstəmazın fərzləri
Dəstəmazın altı fərzi vardır:
1. Üzün yuyulması. Buna ağıza su almaq (mədməda etmək) və burna su çəkmək də (istinşəq etmək) daxildir.
2. Dirsəklərlə birlikdə əllərin yuyulması.
3. Başın tam məsh edilməsi. Buna qulaqlar da daxildir.
4.Topuqlarla birlikdə ayaqların yuyulması.
5. Ardıcıllıq (yəni dəstəmaz üzvlərini müəyyən sırayla yumaq)
6. Bunların ara vermədən yerinə yetirilməsi. Üzün, əllərin və ayaqların üç dəfə yuyulması, eyni şəkildə, ağıza su almağın (mədməda) və burna su çəkməyin (istinşəq) də üç dəfə yerinə yetirilməsi müstəhəbdir. Lakin fərz olan bir dəfə yerinə yetirməkdir. Başın məsh olunmasına gəldikdə isə, səhih hədislərin dəlalət etdiyinə görə, onun təkrarlanması müstəhəb deyildir.
On dördüncü dərs: Dəstəmazı pozan amillər
Dəstəmazı pozan amillərin sayı altıdır:
1- Kiçik və böyük su başına çıxmaq.
2- Bədənin ön və arxa məxrəcindən başqa digər yerindən çox həcmdə nəcasətin çıxması.
3- Ağılın yuxu və ya başqa bir səbəbdən itməsi.
4- Heç bir maneə olmadan ön və ya arxa övrət yerinə əl ilə toxunmaq.
5- Dəvə ətini yemək.
6- İslam dinindən çıxmaq (yəni: mürtəd olmaq). Allah bizi və müsəlmanları bundan qorusun!
Mühüm xəbərdarlıq: Meyiti yumağa gəldikdə, səhih rəy budur ki, bu, dəstəmazı pozmur və bu, əksər alimlərin görüşüdür, çünki buna dair dəlil yoxdur. Lakin əgər meyiti yuyanın əli maneəsiz şəkildə meyitin övrət yerinə toxunarsa, o zaman dəstəmaz alması vacibdir.
Meyiti yuyan insana vacib olan budur ki, meyiti yuyarkən, meyitin övrət yerinə heç bir maneə (örtük) olmadan toxunmasın. Həmçinin alimlərin ən səhih rəyinə əsasən, qadına toxunmaq da, istər şəhvətlə olsun, istərsə də şəhvətsiz, toxunan şəxsdən bir şey (məni və ya məzi) çıxmadıqca, ümumiyyətlə dəstəmazı pozmur. Çünki Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) zövcələrindən bəzilərini öpmüş, sonra isə dəstəmaz almadan namaz qılmışdır.
Uca Allahın "Nisa" və "Maidə" surələrindəki bu iki ayəsinə gəldikdə isə:
﴿...أَوۡ لَٰمَسۡتُمُ ٱلنِّسَآءَ...﴾
»və ya qadınlarla yaxınlıq etmişsinizsə«. [Nisa: 43]. [Maidə: 6]. Alimlərin ən səhih rəyinə əsasən burada məqsəd cinsi əlaqədir. Bu, ibn Abbasın (Allah ondan və atasından razı olsun) və bir çox əvvəlki və sonrakı nəsil alimlərin görüşüdür. Allah uğur və müvəffəqiyyət sahibidir
On beşinci dərs: Hər bir müsəlmanın gözəl əxlaqa sahib olması
Bunlardan bəziləri aşağıdakılardır: Doğru danışmaq, əmanəti sahibinə qaytarmaq, iffətli, həyalı, cəsarətli, şücaətli, səxavətli və əhdə vəfalı olmaq, Allahın haram etdiyi şeylərdən uzaq durmaq, yaxşı qonşuluq etmək, imkan daxilində ehtiyacı olanlara yardım etmək və s. bu kimi Quran və Sünnənin dəlalət etdiyi başqa əxlaqlara sahib olmaq.
On altıncı dərs: İslam ədəblərinə riayət etmək
Bunlardan bəziləri aşağıdakılardır: Salam vermək, təbəssüm etmək, sağ əllə yemək və içmək, yeməyin başlanğıcında: "Bismilləh", bitirdikdən sonra: "Əlhəmdulillah" demək, asqırdıqdan sonra: "Əlhəmdulilləh" demək və bunu deyənə: "Yərhəmukəllah" demək, xəstəni ziyarət etmək, cənazənin ardıca getmək, cənazə namazını qılmaq və dəfnə qatılmaq, məscidə və ya evə daxil olarkən, oradan çıxarkən və səfərdə olarkən şəri əbəblərə əməl etmək, valideynlərlə, qohumlarla, qonşularla, böyük və kiçiklərlə ədəblə rəftar etmək, yeni doğulmuş uşağa təbriklər demək və evlənənə isə dua etmək, müsibət zamanı başsağlığı vermək və paltar və ya ayaqqabı geyinmək, çıxarmaq və s. bu kimi digər İslam ədəblərinə riayət etmək.
On yeddinci dərs: Şirkdən və müxtəlif növ günahlardan çəkindirmək
Bu günahlardan bəziləri: Həlak edən (məhv edən) yeddi günahdır. Bu günahlar aşağıdakılardır:
1- Allaha şərik qoşmaq.
2- Sehr etmək.
3- Allahın haram buyurduğu canı haqsız yerə öldürmək.
4- Sələm yemək.
5- Yetimin malını yemək.
6- Döyüş günü hərb meydanından qaçmaq.
7- Zinadan xəbəri olmayan namuslu və ismətli mömin qadınları zinada ittiham etmək.
Bunların arasında: valideynlərin üzünə ağ olmaq, qohumluq əlaqələrini kəsmək, yalan şahidlik etmək, yalan andlar içmək, qonşuya əziyyət vermək, insanların canına, malına və namusuna zülm etmək, içki içmək, qumar oynamaq (buna ərəb dilində: "məysir" də deyilir), qeybət etmək, söz gəzdirmək və Uca Allahın və ya Onun Elçisinin (Allahın salavatı və salamı onun üzərinə olsun) qadağan etdiyi digər günahlar da vardır.
On səkkizinci dərs: Meyitin hazırlanması, onun üçün cənazə namazı qılınması və dəfn edilməsi
Daha təfsilatlı şəkildə isə aşağıda:
Birinci: Ölüm ayağında olana: "Lə iləhə illəllah" (Allahdan başqa ibadətə layiq olan haqq məbud yoxdur) deyərək təlqin edilməsi şəriətə müvafiqdir. Bu Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) bu sözünə əsasəndir-
"لَقِّنُوا مَوْتَاكُمْ: لَا إِلَهَ إِلَّا اللَّهُ."
“Ölülərinizə: "Lə ilahə illəllah" (kəlməsini) təlqin edin”7. Hədisi Müslim öz Səhih əsərində rəvayət etmişdir. Bu hədisdə: "Ölülər" sözündə məqsəd, ölüm ayağında can verən kimsələrdir. Yəni: Üzərlərində ölüm əlamətləri görsənən insanlardır.
İkincisi: Əgər onun öldüyünə tam əmin olunarsa, gözləri yumular və çənəsi bağlanılar
çünki bu sünnədə belə varid olmuşdur.
Üçüncüsü: Vəfat etmiş müsəlmanın yuyulması vacibdir. Döyüşdə şəhid olmuş şəxs isə istisnadır. Çünki o, yuyulmur və ona cənazə namazı qılınmır. Əksinə o, paltarları ilə birlikdə dəfn edilir.
Çünki Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) Uhud döyüşündə şəhid olanların cəsədini yumadı və onlara cənazə namazı qılmadı.
Dördüncü: Meyiti yumaq qaydası
Meyitin yuyulması qaydası belədir: Meyitin övrəti örtülür, sonra bir qədər qaldırılıb qarını yüngül sıxılır sonra qüsl verən şəxs əlinə bir parça və ya buna bənzər bir şey sarıyaraq meyiti təmizləyir. Sonra meyitə namaz dəstəmazı kimi dəstəmaz aldırır, sonra meyitin başını və saqqalını su və sidr və ya başqa təmizləyici ilə yuyur, sonra meyitin sağ tərəfini, sonra isə sol tərəfini yuyur. Sonra bu yumaq prosesini ikinci və üçüncü dəfə təkrarlayır. Hər dəfə yuyanda əlini meyitin qarnının üzərinə çəkir, əgər meyitdən bir şey çıxarsa, onu yuyub təmizləyir. Anus dəliyi pambıq və ya buna oxşar vasitə ilə bağlanır. Əgər dayanmarsa, bu zaman isti gil və ya müasir tibb vasitələri ilə məsələn: yapışqan bant və s. bu kimi vasitələr istifadə olunur
və meyitin dəstəmazını yeniləyir. Əgər meyit üç dəfə yumaqla təmizlənməzsə, beş və ya yeddi dəfəyə qədər artırılır. Sonra meyitin bədənini bir parçayla qurulayır. Bədənin, qoltuqaltı kimi qat yerlərinə və səcdə yerlərinə ətir qoyur. Əgər bütün bədənini ətirləsə, bu yaxşı olar. Kəfənini isə buxurla tüstülədir. Əgər meyitin bığları və ya dırnaqları uzun olarsa, onlardan bir qədər götürüb qısaldır. Bunu etməsə də, qəbahət olmaz. Meyitin saçı daranmaz, qasıq tükləri qırxılmaz və sünnət edilməz. Çünki bu barədə dəlil yoxdur. Qadının saçları üç hörük şəklində hörülür və arxaya buraxılır.
Beşinci: Meyitin kəfənlənməsi
Ən əfzəl olan kişinin üç ağ parça (kəfən) ilə kəfənlənməsidir. Bu kəfəndə, köynək və ya əmmamə olmamalıdır. Meyit, Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) kəfənləndiyi kimi kəfənlənməlidir. Kəfən cəsədə təbəqə-təbəqə bükülür. Əgər kişi meyit köynək, izar və bir parça ilə kəfənlənərsə, bir qəbahəti olmaz.
Qadın beş kəfənlə kəfənlənir: Bir köynək, bir baş örtüsü, bir izar və iki parça. Oğlan uşağı bir kəfəndə kəfənlənir, üç kəfənə qədər kəfənləmək icazəlidir. Qız uşağı isə bir köynək və iki parça ilə kəfənlənir.
Hər kəs üçün vacib olan, meyitin bütün bədənini örtən bir parçaya bükülməsidir. Əgər meyit ihramda olmuş bir şəxsdirsə, o zaman o, su və sidr ilə yuyulur, izarı (alt paltarı) və ridası (üst örtüyü) ilə və ya başqa bir parçaya bükülərək kəfənlənir. Onun başı və üzü örtülmür və ətirlənmir, çünki o, Qiyamət günü təlbiyə edərək dirildiləcək. Bu barədə ِAllah Rəsulundan (Allahın salavatı və salamı onun üzərinə olsun) səhih hədis vardır. Əgər meyit ihramda olmuş bir qadındırsa, o, digər qadınlar kimi kəfənlənir. Amma ona ətir vurulmur, üzünə niqab, əllərinə isə əlcək geydirilmir. Lakin kəfənləndiyi parça ilə üzü və əlləri örtülür. Bu barədə daha əvvəl qadının kəfənlənmə qaydası haqqında izah verilmişdir.
Altıncı: İnsanlar arasında meyiti yumaq, ona cənazə namazı qılmaq və onu dəfn etmək haqqına ən çox layiq olan şəxs
Onun bu işə vəsiyyət etdiyi kimsə, sonra atası, sonra babası, daha sonra isə yaxınlıq dərəcəsinə görə ən yaxın qohum-əqrəbasıdır.
Qadının yuyulmasında ən çox layiq olan şəxs isə onun vəsiyyət etdiyi şəxsdir, sonra anası, sonra nənəsi, sonra isə yaxınlıq dərəcəsinə görə digər qadın qohumlarıdır. Həmçinin, ər-arvad bir-birini yuya bilər. Çünki Əbu Bəkr (Allah ondan razı olsun) vəfat etdikdə, onu zövcəsi yumuşdur. Həmçinin Əli (Allah ondan razı olsun) də zövcəsi Fatimə (Allah ondan razı olsun) vəfat etdikdə, onu özü yumuşdur.
Yeddinci: Cənazə namazının qılınma şəkli
Dörd təkbir gətirir. Birinci təkbirdən sonra Fatihə surəsini oxuyur. Əgər onunla birlikdə qısa bir surə və ya bir-iki ayə oxusa, yaxşı olar. Çünki bu barədə İbn Abbasdan (Allah onların hər ikisindən razı olsun) səhih hədis varid olmuşdur. Sonra ikinci təkbir gətirir və namazın təşəhhüdündə olduğu kimi Peyğəmbərə (Allahın salavatı və salamı onun üzərinə olsun) salavat gətirir. Daha sonra üçüncü təkbiri gətirir və deyir: ([Allahummə-ğfir lihəyyinə və məyyitinə va şəhidinə va ğaibinə və sağirinə və kəbirinə və zəkərinə və unsənə. Allahummə mən əhyəytəhu minnə fə əhyihi aləl-İsləm və mən təvaffəytəhu minnə fətəvaffəhu aləl-İmən. Allahummə-ğfir ləhu, vərhəmhu va əfihi və'fu ənhu va əkrim nuzuləhu və vəssi mudxaləhu vığsilhu bil-məi vəs-səlci vəl-bəradi və nəqqihi minəl-xətayə kəmə yunəqqas-səvbul-əbyədu minəd-dənəsi və əbdilhu dəran xayran min dərihi və əhlən xayran min əhlihi və ədxilhul-Cənnətə va əizhu min əzəbil-qabri və əzəbin-nəri vəfsəh ləhu fi qabrihi va nəvvir ləhu fihi. Allahummə lə təhrimnə əcrahu va lə tudillənə bədəhu].
«Allahım! Dirimizi və ölümüzü, burada olanımızı və olmayanımızı, kiçiyimizi və böyüyümüzü, kişimizi və qadınımızı bağışla! Allahım! Bizdən kimi yaşatsan, müsəlman kimi yaşat! Bizdən kimi öldürsən mömin kimi öldür! Allahım! Onu bağışla, ona rəhm et, ona salamatlıq ver, onu əfv et, onu gözəl tərzdə qarşıla, onun yerini geniş et! Onu su, qar və dolu ilə yu! Ağ paltarı kirdən təmizlədiyin kimi onu da günahlardan təmizlə! Ona evinin əvəzinə daha xeyirli ev, ailəsinin əvəzinə daha xeyirli ailə ver! Onu Cənnətə daxil et! Onu qəbir əzabından və Cəhənnəm əzabından qoru! Onun qəbrini geniş et və oranı onun üçün nurlandır! Onun əcrindən bizi məhrum etmə və ondan sonra bizi azdırma!» Sonra dördüncü təkbiri gətirir və sağ tərəfə bir dəfə salam verərək namazı bitirir.
Cənazə namazında hər təkbirdə əlləri qaldırmaq müstəhəbdir. Əgər meyit qadındırsa, cənazə namazında belə dua edilir: [Allahummə-ğfir ləhə] «Allahım! onu (qadını) bağışla!» Əgər cənazə iki şəxsdirsə, dua belə deyilir: [Allahummə-ğfir ləhumə] «Allahım! Hər ikisini bağışla!» Əgər cənazə üç və daha çox şəxsdisə, dua belə deyilir: [Allahummə-ğfir ləhum] «Allahım! Onları bağışla!» Əgər meyit körpə uşaqdırsa, onun üçün bağışlanmaq diləmək əvəzinə belə dua edilir: [Allahumməc'əlhu fəratan və zuxran livəlidəyhi və şəfiən mucəbən. Allahummə səqqil bihi məvəzinəhumə və ə'zim bihi ucurahumə və əlhiqhu bisalihi sələfil-mu'mininə vəc'əlhu fi kəfaləti İbrahim (Əleyhəssələm) va qihi birahmətikə əzəbəl-cəhim]
«Allahım! Onu valideynləri üçün (Cənnətə girməkdə onları) qabaqlayan, saxlanılan bir nemət və duası qəbul olunan bir şəfaətçi et! Allahım! Onun sayəsində onların (yaxşı əməl) tərəzilərini ağır et və onların mükafatlarını böyük et! Onu keçmiş əməlisaleh möminlərə qovuşdur və onu İbrahimin (əleyhissalətu vəssələm) kəfalətində et. Öz mərhəmətinlə onu Cəhənnəm əzabından qoru!»
Cənazə namazında imamın, kişi meyitin baş tərəfində, qadın meyitin isə orta tərəfində dayanması sünnətdir. Əgər bir neçə cənazə birlikdə olarsa, kişi meyitin imama yaxın, qadın meyitin isə qibləyə yaxın yerləşdirilməsi sünnətdir. Əgər cənazələr arasında uşaqlar da varsa, əvvəlcə oğlan uşağı, sonra qadın, daha sonra isə qız uşağı qoyulmalıdır. Oğlan uşağının başı, kişi meyitinin başı bərabərliyində, qadın meyitinin ortası, kişi meyitinin başı bərabərliyində, qız uşağının başı isə qadın meyitinin başı bərabərliyində, ortası isə kişi meyitinin başı bərabərliyində olmalıdır. Namaz qılanların hamısı imamın arxasında dayanmalıdır. Əgər bir nəfər imamın arxasında dayanmaq üçün yer tapa bilməzsə, o, imamın sağ tərəfində dayanır.
Səkkizinci: Meyitin dəfn edilməsi qaydası
Qəbrin dərinliyinin insanın bədəninin ortasına qədər dərinlikdə qazılması, qiblə tərəfdə ləhd (yan tərəfdə xüsusi yer) hazırlanması, meyitin ləhdə sağ tərəfi üstə qoyulması, kəfənin düyünlərinin açılması, lakin kəfənin özünün olduğu kimi saxlanılması, meyitin kişi və ya qadın olmasından aslı olmayaraq üzünün açılmaması, bağlı qalması, sonra qəbirə kərpiclər düzülərək möhkəmləndirilməsi və torpağın düşməməsi üçün gillə bərkidilməsi şəriətə uyğundur. Əgər kərpic olmazsa, o zaman torpağın meyitin üstünə tökülməməsi üçün taxta, daş və ya başqa bir material istifadə edilə bilər. Bundan sonra qəbrin üstünə torpaq tökülür və bu zaman: [Bismilləh və alə milləti Rasulilləh] (Allahın adı ilə və Rəsulullahın dini üzərində) demək müstəhəbdir. Qəbir yer səviyyəsindən bir qarış qədər yüksəldilməli, imkan varsa, üstünə xırda çınqıllar qoyulmalı və su səpilməlidir.
Dəfn mərasimində iştirak edənlərin qəbrin yanında dayanıb meyit üçün dua etmələri şəriətə müvafiqdir. Çünki Peyğəmbər (sallallahu əleyhi va səlləm) meyiti dəfn etdikdən sonra qəbrin başında dayanıb belə demişdir:
" اسْتَغْفِرُوا لِأَخِيكُمْ، وَاسْأَلُوا لَهُ التَّثْبِيتَ، فَإِنَّهُ الْآنَ يُسْأَلُ."
"Qardaşınız üçün bağışlanma diləyin, Allahdan onu sabit etməsini istəyin. Çünki o indi sorğu-sual olunur ".8
Doqquzuncu: Cənazə namazını qıla bilməyən şəxsin, meyit dəfn edildikdən sonra ona cənazə namazı qılması şəriətə müvafiqdir.
Çünki Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) bunu etmişdir. Lakin bu, bir ay və ya daha az müddət ərzində olmalıdır. Əgər bir ay müddətindən artıq olarsa, qəbir üstündə namaz qılmaq şəriətə uyğun sayılmaz. Çünki Peyğəmbərdən (Allahın salavatı və salamı onun üzərinə olsun) bir ay keçdikdən sonra bir qəbir üzərində cənazə namazı qıldığı nəql edilməmişdir.
Onuncu: Meyitin ailəsinə, insanlar üçün yemək hazırlaması icazəli deyildir.
Hörmətli səhabə Cərir bin Abdullah əl-Bəcəlinin (Allah ondan razı olsun) sözünə əsasən:
" كُنَّا نَعُدُّ الاِجْتِمَاعَ إِلَى أَهْلِ الْمَيِّتِ، وَصَنْعَةَ الطَّعَامِ بَعْدَ الدَّفْنِ مِنَ النِّيَاحَةِ."
"Biz, dəfndən sonra meyit sahibinin evinə yığışmağı və (təziyə etmək üçün gələn qonaqlara) ev sahibinin yemək hazırlamasını, qadağan olunan fəryad edib ağlamaqdan sayardıq".9 Hədisi, İmam Əhməd həsən isnadla rəvayət etmişdir. Amma onlar üçün və ya qonaqları üçün yemək hazırlamaqda bir qəbahət yoxdur. Qohumlarının və qonşularının onlara yemək hazırlaması şəriətə uyğundur. Çünki Peyğəmbərə (Allahın salavatı və salamı onun üzərinə olsun) Cəfər bin Əbi Talibin (Allah ondan razı olsun) Şamda vəfat etdiyi xəbəri gəlib çatdıqda, Öz ailəsinə Cəfərin ailəsi üçün yemək hazırlamağı əmr etmiş və belə buyurmuşdur:
" إِنَّهُ أَتَاهُمْ مَا يَشْغَلُهُمْ ".
"Həqiqətən də onlara başlarını məşğul edəcək bir iş gəldi"10.
Vəfat edən şəxsin ailəsinə, onlara göndərilən yeməkdən qonşularını və ya başqalarını yemək üçün dəvət etmələrində heç bir qəbahət yoxdur. Bildiyimizə görə şəriətdə bunun üçün müəyyən bir vaxt məhdudiyyəti yoxdur.
On birinci: Qadının, ölüyə üç gündən artıq yas tutması icazəli deyildir. Bundan yalnız əri vəfat edən qadın istisnadır.
Lakin əri vəfat edərsə, o zaman dörd ay on gün yas saxlamalıdır. Əgər qadın hamilədirsə, bu zaman o, bətnindəkini yerə qoyana qədər yas saxlamalıdır. Çünki bu, Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) səhih sünnəsində sabit olmuş hökmdür.
Amma kişinin hər hansı bir qohum-əqrabasına və ya başqasına yas tutması icazəli deyil.
On ikinci: Kişilərin, ölülərə dua etmək, onlara rəhmət diləmək, ölümü və ondan sonrakı həyatı xatırlamaq üçün ara-sıra qəbiristanlıqları ziyarət etməsi şəriətə müvafiqdir.
Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) bu sözünə əsasən:
"زُورُوا الْقُبُورَ، فَإِنَّهَا تُذَكِّرُكُمُ الْآخِرَةَ"
"Qəbirləri ziyarət edin, çünki o sizə, axirəti xatırladır".11 Hədisi Müslim öz "Səhih" kitabında rəvayət etmişdir. Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) səhabələrinə qəbirləri ziyarət edərkən belə demələrini öyrədirdi:
"السَّلَامُ عَلَيْكُمْ أَهْلَ الدِّيَارِ مِنَ الْمُؤْمِنِينَ وَالْمُسْلِمِينَ، وَإِنَّا إِنْ شَاءَ اللَّهُ بِكُمْ لَاحِقُونَ، نَسْأَلُ اللَّهَ لَنَا وَلَكُمُ الْعَافِيَةَ، يَرْحَمُ اللَّهُ الْمُتَقَدِّمِينَ مِنَّا وَالْمُسْتَأْخِرِينَ"
“Əs-sələmu aleykum əhləd-diyəri minəl-mu'mininə vəl-muslimin və innə inşə Allahu bikum ləhiqunə, nəs'əlullahə lənə və ləkumul-afiyətə, yərhəmullahul-mustəqdiminə minnə vəl-mustə'xirinə”
«Ey (bu) diyarın mömin və müsəlman sakinləri! Sizə salam olsun! Allah istəsə biz də sizə qovuşacağıq. Allahdan özümüzə və sizə salamatlıq diləyirəm! Allah bizdən əvvəl gedənlərə və qalanlara rəhmət etsin!»12 Qadınların qəbirləri ziyarət etməsi icazəli deyil, çünki Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) qəbirləri ziyarət edən qadınlara lənət etmişdir. Çünki qadınların qəbiristanlığı ziyarətləri zamanı, onların orada fitnəyə səbəb olması və səbr göstərə bilməməsindən qorxulur. Həmçinin, qadınların cənazəni qəbiristanlığa qədər müşayiət etməsi də icazəli deyildir, çünki Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) qadınlara bunu qadağan etmişdir. Məsciddə və ya namazgahda ölüyə cənazə namazını qılmağa gəldikdə isə şəriətdə bu həm kişilər, həm də qadınlar üçün icazəlidir.
Bu, toplaya biləcəyimiz son şeydir. Allahın salatı və salamı peyğəmbərimiz Muhəmmədin, onun ailəsinin və səhabələrinin üzərinə olsun!
***
Mündəricat
Mərhəmətli və Rəhmli Allahın adı ilə! 2
Müəllifin ön sözü 2
Birinci dərs: Fatihə surəsi və qısa surələr. 2
İkinci dərs: İslamın rükunları 3
Üçüncü dərs: İmanın rükunları 4
Dördüncü dərs: Tövhidin və Şirkin qisimləri 4
Beşinci dərs: İhsan 10
Altıncı dərs: Namazın Şərtləri 10
Yeddinci dərs: Namazın Rükunları 10
Səkkizinci dərs: Namazın vacibləri 11
Doqquzuncu dərs: Təşəhhüd duasının izahı 12
Onuncu dərs: Namazın Sünnələri 14
On birinci dərs: Namazı batil edən amillər 16
On ikinci dərs: Dəstəmazın şərtləri 17
On üçüncü dərs: Dəstəmazın fərzləri 17
On dördüncü dərs: Dəstəmazı pozan amillər 18
On beşinci dərs: Hər bir müsəlmanın gözəl əxlaqa sahib olması 19
On altıncı dərs: İslam ədəblərinə riayət etmək 20
On yeddinci dərs: Şirkdən və müxtəlif növ günahlardan çəkindirmək 20
On səkkizinci dərs: Meyitin hazırlanması, onun üçün cənazə namazı qılınması və dəfn edilməsi 21
İkincisi: Əgər onun öldüyünə tam əmin olunarsa, gözləri yumular və çənəsi bağlanılar, çünki bu sünnədə belə varid olmuşdur. 22
Üçüncüsü: Vəfat etmiş müsəlmanın yuyulması vacibdir. Döyüşdə şəhid olmuş şəxs isə istisnadır. Çünki o, yuyulmur və ona cənazə namazı qılınmır. Əksinə o, paltarları ilə birlikdə dəfn edilir. Çünki Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) Uhud döyüşündə şəhid olanların cəsədini yumadı və onlara cənazə namazı qılmadı. 22
Dördüncü: Meyiti yumaq qaydası 22
Meyitin yuyulması qaydası belədir: Meyitin övrəti örtülür, sonra bir qədər qaldırılıb qarını yüngül sıxılır sonra qüsl verən şəxs əlinə bir parça və ya buna bənzər bir şey sarıyaraq meyiti təmizləyir. Sonra meyitə namaz dəstəmazı kimi dəstəmaz aldırır, sonra meyitin başını və saqqalını su və sidr və ya başqa təmizləyici ilə yuyur, sonra meyitin sağ tərəfini, sonra isə sol tərəfini yuyur. Sonra bu yumaq prosesini ikinci və üçüncü dəfə təkrarlayır. Hər dəfə yuyanda əlini meyitin qarnının üzərinə çəkir, əgər meyitdən bir şey çıxarsa, onu yuyub təmizləyir. Anus dəliyi pambıq və ya buna oxşar vasitə ilə bağlanır. Əgər dayanmarsa, bu zaman isti gil və ya müasir tibb vasitələri ilə məsələn: yapışqan bant və s. bu kimi vasitələr istifadə olunur 22
Beşinci: Meyitin kəfənlənməsi 23
Altıncı: İnsanlar arasında meyiti yumaq, ona cənazə namazı qılmaq və onu dəfn etmək haqqına ən çox layiq olan şəxs 24
Yeddinci: Cənazə namazının qılınma şəkli 25
Səkkizinci: Meyitin dəfn edilməsi qaydası 28
Doqquzuncu: Cənazə namazını qıla bilməyən şəxsin, meyit dəfn edildikdən sonra ona cənazə namazı qılması şəriətə müvafiqdir. 29
Onuncu: Meyitin ailəsinə, insanlar üçün yemək hazırlaması icazəli deyildir. 29
On birinci: Qadının, ölüyə üç gündən artıq yas tutması icazəli deyildir. Bundan yalnız əri vəfat edən qadın istisnadır. 30
On ikinci: Kişilərin, ölülərə dua etmək, onlara rəhmət diləmək, ölümü və ondan sonrakı həyatı xatırlamaq üçün ara-sıra qəbiristanlıqları ziyarət etməsi şəriətə müvafiqdir. 31
***
İmam Əhməd "Müsnəd" (5/428), Tabərani "əl-Mucəm əl-Kəbir" (4/338), Beyhəqi "Şuəb əl-İmən" (14/355) əsərində rəvayət etmişdirlər. Heysəmi "Məcməz-zəvəid" (1/121) əsərində: "Hədisi Əhməd rəvayət etmişdir və onun raviləri səhih hədisin raviləridir" - demişdir.
İmam Əhməd "Müsnəd" əsərində (1/47) rəvayət etmişdir.
Əbu Davud (3251), Tirmizi (1535) rəvayət etmişdir.
Əbu Davud (4980), İmam Əhməd (5/384) rəvayət etmişdir.
İbn Macə (4204), İmam Əhməd (3/30) rəvayət etmişdir.
Müslim (916-917) rəvayət etmişdir.
Əbu Davud (3221), Hakim (3/399) rəvayət etmişdir.
İbn Macə (1612) və İmam Əhməd (2/204) rəvayət etmişdir.
Müslim "Cənazələr" (976), Nasai "Cənazələr" (2034), Əbu Davud "Cənazələr" (3234), İbn Macə "Cənazələr haqqında nə gəlib" fəsli (1569), Əhməd (2/441).
Hədisi İbn Macə (1569) rəvayət etmiş, Albani isə hədisə "Səhih" hökmü vermişdir.
Hədisi Müslim (975) rəvayət etmişdir.
Məcmu Fətəvə və Məqalətun Mutənəvviə (3/288-298).