PHPWord

 

 

نُبذَةٌ فِي العَقِيدَةِ الإِسْلَامِيَّة (شَرْحُ أُصُولِ الإِيمَانِ)

 

 

İslam əqidəsi haqda xülasə

 

 

 

بِقَلَم فَضِيلَة الشَّيخ العَلَّامَة

مُحَمَّدِ بْنِ صَالِحٍ العُثَيمِين

غَفَرَ اللَّهُ لَهُ وَلِوَالِدَيْهِ وَلِلْمُسْلِمِين

 

Qələmə aldı: Görkəmli Alim Şeyx

Muhamməd bin Saleh əl-Useymin

Allah onu, onun valideynlərini və bütün müsəlmanları bağışlasın

 

 


بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ

İslam əqidəsi haqda xülasə

 

Mərhəmətli və Rəhmli Alla­­­­hın adı ilə!

Müqəddimə

Həqiqətən, həmd Allaha məxsusdur. Biz Ona həmd edir, Ondan yardım və günahlarımızın bağışlanmasını diləyir və Ona tövbə edirik. Nəfslərimizin şərindən və pis əməlləri­miz­dən Allaha sığınırıq. Allahın doğru yola yönəltdiyi kimsəni azdıran, azdırdığı kimsəni isə doğru yola yönəldən tapılmaz. Mən şahidlik edirəm ki, Allahdan başqa ibadətə layiq haqq məbud yoxdur. O, təkdir və şəriki yoxdur. Mən şahidlik edirəm ki, Muhamməd Onun qulu və elçisidir. Allahın salavatı və salamı onun, əhlinin, səhabələrinin və yaxşı işlər görməkdə onarın ardınca gedən kimsələrin üzərinə olsun.

Beləliklə: Tövhid elmi (təkallahlılıq, monoteizm) mütləq şəkildə, bütün elmlər arasında ən şərəfli olanı, ən uca, ən vacib və ən çox ehtiyac duyulan elmdir. Çünki o, Uca Allahı, Onun adlarını, sifətlərini və bəndələri üzərindəki haqlarını bilməkdən ibarət olan bir elmdir. Bu elm, Allaha aparan yolun açarı və Onun şəriətlərinin təməlidir.

Məhs buna görə də, bütün elçilər yekdilliklə insanları tövhidə dəvət etdilər. Uca Allah buyurur:

﴿وَمَآ أَرۡسَلۡنَا مِن قَبۡلِكَ مِن رَّسُولٍ إِلَّا نُوحِيٓ إِلَيۡهِ أَنَّهُۥ لَآ إِلَٰهَ إِلَّآ أَنَا۠ فَٱعۡبُدُونِ25﴾

"Səndən əvvəl elə bir elçi göndərməmişik ki, ona: “Məndən başqa heç bir ilah yoxdur, elə isə Mənə ibadət edin!”– deyə vəhy etməyək."

(Ənbiya: 25).

Uca Allahın Özü, mələkləri və elm əhli — Onun təkliyinə şəhadətlik edirlər. Rəbbimiz bu xüsusda buyurdu:

﴿شَهِدَ ٱللَّهُ أَنَّهُۥ لَآ إِلَٰهَ إِلَّا هُوَ وَٱلۡمَلَٰٓئِكَةُ وَأُوْلُواْ ٱلۡعِلۡمِ قَآئِمَۢا بِٱلۡقِسۡطِۚ لَآ إِلَٰهَ إِلَّا هُوَ ٱلۡعَزِيزُ ٱلۡحَكِيمُ 18﴾

"Allah, mələklər və elm sahibləri də, Ondan başqa (ibadətə layiq olan) məbud olmadığına ədalətlə şahidlik etmişlər. Ondan başqa (ibadətə layiq olan) məbud yoxdur. O, Qüdrətlidir, Hikmət sahibidir". (Ali-İmran: 18).

Tövhidin önəmi bu qədər böyük olduğuna görə, hər bir müsəlman üçün onu öyrənməkdə, öyrətməkdə, düşünməkdə və etiqad etməkdə diqqətli olmaq vacibdir. Beləliklə, insan dinini sağlam, möhkəm bir təməl üzərində qurmuş, qəlbən arxayınlıq və təslimiyyət əldə etmiş olar ki, tövhidin səmərəsindən və nəticələrindən bəhrələnsin, onunla xoşbəxtliyə çatsın.

Allah uğur və müvəffəqiyyət sahibidir

Müəllif

İslam Dini

İslam dini, Uca Allahın Muhəmmədi (Allahın salavatı və salamı onun üzərinə olsun) dinləri bununla yekunlaşdırmaq üçün göndərdiyi dindir. Uca Allah İslam dinini Öz qulları üçün kamil etdi, bununla onlara olan nemətini tamamladı, onu onlar üçün din olaraq bəyəndi və heç bir kəsdən İslamdan başqa bir dini qəbul etmir. Uca Allah buyurur:

﴿مَّا كَانَ مُحَمَّدٌ أَبَآ أَحَدٖ مِّن رِّجَالِكُمۡ وَلَٰكِن رَّسُولَ ٱللَّهِ وَخَاتَمَ ٱلنَّبِيِّـۧنَۗ وَكَانَ ٱللَّهُ بِكُلِّ شَيۡءٍ عَلِيمٗا 40﴾

"Muhəmməd aranızdakı kişilərdən heç birinin atası deyildir. Lakin o, Allahın Elçisi və peyğəmbərlərin sonuncusudur. Allah hər şeyi bilir". (Əhzab: 40).

Uca Allah buyurur:

﴿...ٱلۡيَوۡمَ أَكۡمَلۡتُ لَكُمۡ دِينَكُمۡ وَأَتۡمَمۡتُ عَلَيۡكُمۡ نِعۡمَتِي وَرَضِيتُ لَكُمُ ٱلۡإِسۡلَٰمَ دِينٗا...﴾

"Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və sizin üçün din olaraq İslamı bəyəndim." (Maidə: 3).

Uca Allah buyurur:

﴿إِنَّ ٱلدِّينَ عِندَ ٱللَّهِ ٱلۡإِسۡلَٰمُ...﴾

"Həqiqətən, Allah dərgahında (qəbul olunan) din, İslamdır!". (Ali-İmran: 19).

Uca Allah buyurur:

﴿وَمَن يَبۡتَغِ غَيۡرَ ٱلۡإِسۡلَٰمِ دِينٗا فَلَن يُقۡبَلَ مِنۡهُ وَهُوَ فِي ٱلۡأٓخِرَةِ مِنَ ٱلۡخَٰسِرِينَ85﴾

"Kim İslamdan başqa bir din arayarsa, bilsin ki, o din ondan əsla qəbul olunmaz və o, axirətdə zi­ya­na uğrayanlardan olar". (Ali-İmran: 85).

Uca Allah bütün insanlara İslamı din kimi qəbul etməyi əmr etmişdir. Uca Allah Elçisinə (Allahın ona salavat və salamı olsun) xitabən buyurur:

﴿قُلۡ يَٰٓأَيُّهَا ٱلنَّاسُ إِنِّي رَسُولُ ٱللَّهِ إِلَيۡكُمۡ جَمِيعًا ٱلَّذِي لَهُۥ مُلۡكُ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِۖ لَآ إِلَٰهَ إِلَّا هُوَ يُحۡيِۦ وَيُمِيتُۖ فَـَٔامِنُواْ بِٱللَّهِ وَرَسُولِهِ ٱلنَّبِيِّ ٱلۡأُمِّيِّ ٱلَّذِي يُؤۡمِنُ بِٱللَّهِ وَكَلِمَٰتِهِۦ وَٱتَّبِعُوهُ لَعَلَّكُمۡ تَهۡتَدُونَ 158﴾

De: “Ey insanlar! Şüb­hə­siz ki, mən sizin hamınız üçün Alla­hın elçi­si­yəm. Göy­lərin və yerin hökmranlığı Ona məxsus­dur, Ondan başqa iba­də­tə layiq olan məbud yoxdur. O həm diril­dir, həm də öl­dü­rür. Elə isə Allaha və Onun El­çisinə – yazıb-oxu­maq bil­mə­yən, həm də Allaha və Onun kəlmələri­nə ina­nan peyğəm­bərə iman gətirin. Onun ardın­ca gedin ki, bəlkə doğru yola yö­nə­lə­si­niz”. (Əraf: 158).

Müslimin səhih əsərində Əbu Hureyrə (Allah ondan razı olsun) Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) belə dediyini rəvayət etmişdir:

«وَالَّذِي ‌نَفْسُ ‌مُحَمَّدٍ ‌بِيَدِهِ ‌لَا ‌يَسْمَعُ بِي أَحَدٌ مِنْ هَذِهِ الْأُمَّةِ يَهُودِيٌّ وَلَا نَصْرَانِيٌّ، ثُمَّ يَمُوتُ وَلَمْ يُؤْمِنْ بِالَّذِي أُرْسِلْتُ بِهِ إِلَّا كَانَ مِنْ أَصْحَابِ النَّارِ».

"Muhəmmədin canı əlində olan Allaha and olsun ki, bu ümmətdən, istər yəhudi olsun, istərsə də nəsrani, mənim haqqımda eşidib, mənə göndərilənə inanmadan ölən hər kəs, şübhəsiz ki, Cəhənnəm əhlindən olacaqdır."

Peyğəmbərə iman gətirmək: mücərrəd olaraq ona inanmaq demək deyil. Həmçinin, ona göndəriləni qəbul və itaət edərək, onu təsdiq etməkdir. Məhs buna görə də, Əbu Talib, Allahın elçisinə (Allahın ona salavat və salamı olsun) göndərildiyini təsdiq etməsinə və İslam dininin ən gözəl din olmasını etiraf etməsinə baxmayaraq, ona iman etmiş sayılmırdı.

İslam dini özündən əvvəlki dinlər ehtiva edən bütün mənfəətləri özündə cəm edir və bütün zaman, məkan və ümmət üçün yararlı olması ilə onlardan seçilir. Uca Allah elçisinə xitab edərək buyurur:

﴿وَأَنزَلۡنَآ إِلَيۡكَ ٱلۡكِتَٰبَ بِٱلۡحَقِّ مُصَدِّقٗا لِّمَا بَيۡنَ يَدَيۡهِ مِنَ ٱلۡكِتَٰبِ وَمُهَيۡمِنًا عَلَيۡهِ...﴾

"Biz sənə, özündən əvvəlki kitabları təsdiqləyən və onları mühafizə edən Kitabı haqq olaraq nazil etdik". (Maidə: 48).

Bütün zaman, məkan və ümmətlər (xalqlar) üçün yararlıdır ifadəsinin mənası odur ki: ona sadiqlik heç bir zaman və məkanda insanların mənafeyinə zidd olmaması deməkdir, əksinə, hətta o, bu maraqlara xidmət edir. Ancaq bu o demək deyil ki, bəzilərinin istədiyi kimi, hər zamana, məkan və cəmiyyətə tabe olmalıdır.

İslam dini - Uca Allahın, bu dindən haqqı ilə yapışanlara qələbə və digər dinlərlərdən üstün olması zəmanətini verdiyi haqq dinidir. Uca Allah bu xüsusda buyurur:

﴿هُوَ ٱلَّذِيٓ أَرۡسَلَ رَسُولَهُۥ بِٱلۡهُدَىٰ وَدِينِ ٱلۡحَقِّ لِيُظۡهِرَهُۥ عَلَى ٱلدِّينِ كُلِّهِۦ وَلَوۡ كَرِهَ ٱلۡمُشۡرِكُونَ 9﴾

"Müşriklərin xoşuna gəlməsə də, (İslam) dinini bütün dinlərdən üstün etmək məqsədilə Öz elçisini hidayət və haqq dinlə göndərən Odur". (Saff: 3).

Uca Allah buyurur:

﴿وَعَدَ ٱللَّهُ ٱلَّذِينَ ءَامَنُواْ مِنكُمۡ وَعَمِلُواْ ٱلصَّٰلِحَٰتِ لَيَسۡتَخۡلِفَنَّهُمۡ فِي ٱلۡأَرۡضِ كَمَا ٱسۡتَخۡلَفَ ٱلَّذِينَ مِن قَبۡلِهِمۡ وَلَيُمَكِّنَنَّ لَهُمۡ دِينَهُمُ ٱلَّذِي ٱرۡتَضَىٰ لَهُمۡ وَلَيُبَدِّلَنَّهُم مِّنۢ بَعۡدِ خَوۡفِهِمۡ أَمۡنٗاۚ يَعۡبُدُونَنِي لَا يُشۡرِكُونَ بِي شَيۡـٔٗاۚ وَمَن كَفَرَ بَعۡدَ ذَٰلِكَ فَأُوْلَٰٓئِكَ هُمُ ٱلۡفَٰسِقُونَ 55﴾

"Allah sizlərdən iman gətirib saleh əməllər edənlərə, özlərindən əvvəlkiləri varislər etdiyi kimi onları da yer üzünün varisləri edəcəyinə, möminlər üçün Özünün bəyəndiyi dinini möhkəmləndirəcəyinə və onların qorxusunu sonra əminliklə əvəz edəcəyinə vəd vermişdir. Onlar Mənə ibadət edər və heç bir şeyi Mənə şərik qoşmazlar. Bundan sonra küfr edənlər – məhz onlar fasiqlərdir". (Nur: 55).

İslam dini - əqidə və şəriətdir. Etiqad və şəri əhkamlarında kamil və mükəmməldir:

1. Allahı ibadətdə təkləşdirməyi əmr edib, Ona şərik qoşmağı qadağan edir.

2. Doğru söz danışmağı əmr edib, yalanı qadağan edir.

3. Ədaləti əmr edib, zülmü qadağan edir. Ədalət - oxşar olanlara qarşı eyni mövqeydə olmaq, müxtəlif olanları isə fərqləndirmək deməkdir. Ədalət mütləq şəkildə hər bir şeyə qarşı eyni mövqeydə olmaq demək deyil, necə ki bunu bəzi insanlar, heç bir qeyd etmədən - mütləq şəkildə iddia edərək bu cür söyləyirlər: "İslam dini - bərabərlik dinidir". Əslində isə, müxtəlif (fərqli, seçilən) olan şeylərə qarşı bərabər mövqedə olmaq - zülmdür. İslam dini bunu əmr etmir və belə davranan insanı da, tərifləmir.

4. Əmanəti qorumağı əmr edib, ona xəyanət etməyi qadağan edir.

5. Sədaqəti əmr edir, xəyanətdən çəkindirir.

6. Valideynlərə itaət edib, onlara qarşı yaxşı davranmağı əmr edir, onlara itaətsizliyi və üzlərinə ağ olmağı qadağan edir.

7. Quhumluq əlaqəsini qoruyub saxlamağı əmr edir, onlarla əlaqəni pozmağı isə qadağan edir.

8. Qonşu ilə xoş davranmağı əmr edir, onlara qarşı pis olmağı qadağan edir.

Bir sözlə: Həqiqətən də, İslam, hər növ gözəl əxlaqı əmr edir və bütün növ pis əxlaqı qadağan edir. Hər cür saleh əməl görməyi əmr edir və hər cür pis əməl işlətməyi qadağan edir.

Uca Allah buyurur:

﴿إِنَّ ٱللَّهَ يَأۡمُرُ بِٱلۡعَدۡلِ وَٱلۡإِحۡسَٰنِ وَإِيتَآيِٕ ذِي ٱلۡقُرۡبَىٰ وَيَنۡهَىٰ عَنِ ٱلۡفَحۡشَآءِ وَٱلۡمُنكَرِ وَٱلۡبَغۡيِۚ يَعِظُكُمۡ لَعَلَّكُمۡ تَذَكَّرُونَ 90﴾

"Həqiqətən, Allah ədalətli olmağı, yaxşılıq etməyi və qohumlara haqqını verməyi əmr edir, iyrənc işlər görməyi, pis əməllər törətməyi və azğınlıq etməyi isə qadağan edir. O sizə öyüd-nəsihət verir ki, bəlkə düşünüb ibrət alasınız" (Nəhl: 90).

İslamın sütunları

İslamın sütunlari: İslamanın üzərlərində qurulduğu əsasları və təməlləridir. Bunlar beşdir:

مَذْكُورَةٌ فِيمَا رَوَاهُ ابْنُ عُمَرَ رَضِيَ اللَّهُ عَنْهُمَا، عَنِ النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ، أَنَّهُ قَالَ: «بُنِيَ الْإِسْلَامُ عَلَى خَمْسٍ: عَلَى أَنْ يُوَحَّدَ اللَّهُ -وَفِي رِوَايَةٍ: عَلَى خَمْسٍ-: شَهَادَةِ أَنْ لَا إِلَهَ إِلَّا اللَّهُ، وَأَنَّ مُحَمَّدًا عَبْدُهُ وَرَسُولُهُ، وَإِقَامِ الصَّلَاةِ، وَإِيتَاءِ الزَّكَاةِ، وَصِيَامِ رَمَضَانَ، وَالْحَجِّ». فَقَالَ رَجُلٌ: الْحَجُّ، وَصِيَامُ رَمَضَانَ؟ قَالَ: «لَا، صِيَامُ رَمَضَانَ، وَالْحَجُّ». هَكَذَا سَمِعْتُهُ مِنْ رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ.

Hansılar ki, ibn Ömərin (Allah ondan və atasından razı olsun) Peyğəmbərdən (Allahın salavatı və salamı onun üzərinə olsun) rəvayət etdiyi bu hədisdə zikr olunur: "İslam beş (əsas) üzərində qurulub": "Allahı ibadətdə təkləşdirmək", digər rəvayətdə isə belə zikr olunur: "Beş (əsas) üzərində"; Allahdan başqa ibadətə layiq haqq məbudun olmamasına və Muhəmmədin Allahın qulu və Elçisi olmasına şahidlik etmək, namaz qılmaq, zəkat vermək, ramazan orucunu tutmaq və həcc etmək". Bir kişi soruşdu: "Həcc etmək və ramazan orucunu tutmaq?" Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) isə: "Xeyir, ramazan orucunu tutmaq və həcc etmək" deyə cavab verdi. İbn Ömər (Allah ondan və atasından razı olsun) buyurdu: "Hədisi Allahın Elçisindən (Allahın salavatı və salamı onun üzərinə olsun) bu şəkildə eşitmişəm".

1 - Allahdan başqa ibadətə layiq olan haqq məbud, ilah olmaması və Muhəmmədin Onun qulu və elçisi olması şəhadətinə gəldikdə isə, o - bu şəhadət vasitəsilə şifahi şəkildə ifadə olunan möhkəm bir əqidədir, sanki bunu bəyan edən şəxs həqiqətən bu həqiqəti görmüşdür. Şəhadət bir sütun sayılmasına baxmayaraq bir sıra şeyləri özündə ehtiva edir:

Ya Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) öz Rəbbi tərəfindən göndərilmiş bir elçi olduğuna görədir. Deməli, onun Allahın qulu və elçisi olduğuna şəhadət vermək, Allahdan başqa ibadətə layiq haqq məbud, ilah olmaması şəhadətin vacib hissəsidir.

Yaxud da ki, bu iki şəhadət əməllərin səhih və qəbul olunmasının əsası olduğu üçündür. Uca Allaha qarşı etiqadda ixlaslı olma və Peyğəmbərini (Allahın salavatı və salamı onun üzərinə olsun) hər şeydə özünə nümunə seçmədikçə heç bir əməl səhih və qəbul olunmaz.

Allaha ixlasla “Allahdan başqa ibadətə layiq haqq ilah yoxdur” şəhadəti, Peyğəmbərdən nümunə götürmək və yolunun davamçısı olmaqla isə, “Məhəmməd Onun qulu və Elçisidir” şəhadəti yerinə yetmiş olur.

Bu əzəmətli şəhadətin faydalarından biri də odur ki, insanın qəlbini və ruhunu məxluqlara qul olmaqdan və peyğəmbərlərdən qeyrilərinə tabe olmaqdan - azad edir.

2 -Namazın qılınmasına gəlidikdə isə bu, Uca Allaha ibadət etmək üçün namazı öz vaxtlarında, qaydalarına uyğun olaraq, tamlıq və düzgünlük üzərində yerinə yetirməkdir.

Onun (namazın) bəhrələrindən biri də sinənin genişlənməsi, gözün aydın olması və insanı çirkin və pis əməllərdən çəkindirməsidir.

3 - Zəkatın verilməsinə gəldikdə isə bu, üzərinə zəkat düşən mallardan vacib olan miqdarda zəkat çıxararaq Uca Allaha ibadət etməkdir.

Onun (zəkatın) bəhrələrindən biri də nəfsin pis xislətlərdən — (xüsusilə) xəsislikdən təmizlənməsi və İslamın və müsəlmanların ehtiyaclarının ödəməkdir.

4 - Ramazan orucuna gəldikdə isə bu, Ramazan ayının gündüzlərində orucu batil edən amillərdən çəkinərək Uca Allaha ibadət etməkdir.

Onun (orucun) bəhrələrindən biri də, Uca Allahın razılığını qazanmaq üçün nəfsə xoş olan şeylərdən uzaq olmağa özünü öyrəştirməkdir.

5 - Məscidi-Həramı (Kəbəni) ziyarət etməyə gəlincə:

Bu, həcc əməllərini yerinə yetirmək üçün Uca Allah ibadət məqsədilə Beytul-Hərama səfər edərəkdir.

Onun (həccin) bəhrələrindən biri də, nəfsi Uca Allaha itaət yolunda maliyyə və bədən qüvvəsi sərf etməyə alışdırmaqdır. Buna görə də həcc, Allah yolunda cihadın bir növü sayılır.

Bu sütunların — zikr etdiklərimiz və etmədiklərimizin — bəhrələri ümməti güclü, pak və saf bir İslam ümmətinə çevirir, elə bir ümmət ki, Allaha haqq dini ilə ibadət edir və insanlara qarşı doğruluq və ədalətlə davranır. Çünki İslam şəriətinin digər hökmləri bu sütunların sağlamlığı ilə islah olunur. Ümmətin halı isə dininin islah olunması ilə islah olur. Din işlərində nə qədər nöqsan olarsa, ümmətin halının islahından da o qədər pay əskik olar.

Kim bunu aydın şəkildə başa düşmək istəsə, Uca Allahın bu sözlərini oxusun:

﴿وَلَوۡ أَنَّ أَهۡلَ ٱلۡقُرَىٰٓ ءَامَنُواْ وَٱتَّقَوۡاْ لَفَتَحۡنَا عَلَيۡهِم بَرَكَٰتٖ مِّنَ ٱلسَّمَآءِ وَٱلۡأَرۡضِ وَلَٰكِن كَذَّبُواْ فَأَخَذۡنَٰهُم بِمَا كَانُواْ يَكۡسِبُونَ 96 أَفَأَمِنَ أَهۡلُ ٱلۡقُرَىٰٓ أَن يَأۡتِيَهُم بَأۡسُنَا بَيَٰتٗا وَهُمۡ نَآئِمُونَ 97 أَوَأَمِنَ أَهۡلُ ٱلۡقُرَىٰٓ أَن يَأۡتِيَهُم بَأۡسُنَا ضُحٗى وَهُمۡ يَلۡعَبُونَ 98 أَفَأَمِنُواْ مَكۡرَ ٱللَّهِۚ فَلَا يَأۡمَنُ مَكۡرَ ٱللَّهِ إِلَّا ٱلۡقَوۡمُ ٱلۡخَٰسِرُونَ 99

"Əgər o məmləkətlərin əhalisi iman gətirib (Allahdan) qorxsaydı, əlbəttə, Biz onların üstünə göydən və yerdən bərəkət qapılarını açardıq. Lakin onlar (peyğəmbərləri) yalançı hesab etdilər. Biz də onları qazandıqları günahlara görə (əzabla) yaxaladıq Məgər o məmləkətlərin əhalisi əzabımızın onlara gecə vaxtı, onlar yuxuda ikən gəlməyəcəyindən əmin idilərmi?

Ya da o məmləkətlərin əhalisi əzabımızın onlara səhər çağı, onlar əylənərkən gəlməyəcəyindən əmin idilərmi? Yoxsa onlar Allahın hiyləsindən (qəfildən onlara əzab göndərməyəcəyindən) əmin idilərmi? Ziyana uğrayan qövmdən başqa kimsə Allahın hiyləsindən əmin ola bilməz".

(Əraf: 96 - 99).

Keçmiş xalqların tarixinə də nəzər salsın. Həqiqətən, tarixdə hikmət və agıl sahibləri üçün ibrət, qəlbi açıq olanlar üçün isə bir bəsirət vardır. Allahdan kömək diləyirik.

İslam əqidəsinin əsasları

İslam dini, yuxarıda açıqladığımız kimi, əqidə və şəriətdir. Biz daha öncə onun bəzi şəri əhkamlarına işarə etdik və onun şəriətinin əsasını təşkil edən sütunlarını da zikr etdik.

İslam əqidəsinə gəldikdə isə, onun əsasları bunlardır: Allaha, mələklərinə, kitablarına, elçilərinə, qiyamət gününə, qədərin xeyrinə və şərinə iman etməkdir.

Bunların İslam əqidəsinin əsasları olmasına Allahın Kitabı və Elçisinin (Allahın salavatı və salamı onun üzərinə olsun) Sünnəti dəlalət edir.

Uca Allah, Öz Kitabında buyurur:

﴿لَّيۡسَ ٱلۡبِرَّ أَن تُوَلُّواْ وُجُوهَكُمۡ قِبَلَ ٱلۡمَشۡرِقِ وَٱلۡمَغۡرِبِ وَلَٰكِنَّ ٱلۡبِرَّ مَنۡ ءَامَنَ بِٱللَّهِ وَٱلۡيَوۡمِ ٱلۡأٓخِرِ وَٱلۡمَلَٰٓئِكَةِ وَٱلۡكِتَٰبِ وَٱلنَّبِيِّـۧنَ...

"Yaxşı əməl üzünüzü məşriqə və məğribə tərəf çevirməyiniz deyildir. Lakin yaxşı əməl (sahibləri) Allaha, Axirət gününə, mələklərə, kitablara, peyğəmbərlərə iman gətirənlərdir". (Bəqərə: 177). Qədər barəsində Uca Allah buyurur:

﴿إِنَّا كُلَّ شَيۡءٍ خَلَقۡنَٰهُ بِقَدَرٖ 49 وَمَآ أَمۡرُنَآ إِلَّا وَٰحِدَةٞ كَلَمۡحِۭ بِٱلۡبَصَرِ 50

"Biz, həqiqətən də, hər şeyi qədərincə yaratdıq. Biz bircə dəfə əmr edirik, o da bir göz qırpımında yerinə yetir". (Qamər: 49-50).

Allahın Elçisinin (Allahın salavatı və salamı onun üzərinə olsun) sünnətində Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) Cəbrayilin ona iman haqqında sualına cavab verərkən belə buyurmuşdur:

«الْإِيمَانُ: أَنْ تُؤْمِنَ بِاللَّهِ، وَمَلَائِكَتِهِ، وَكُتُبِهِ، وَرُسُلِهِ، وَالْيَوْمِ الْآخِرِ، وَتُؤْمِنَ بِالْقَدَرِ: خَيْرِهِ وَشَرِّهِ ».

"İman - sənin Allaha, Onun mələklərinə, kitablarına, elçilərinə, axirət gününə, qədərin xeyrinə və şərrinə iman etməyindir".

Uca Allaha iman

Allaha iman dörd amildən ibarətdir.

Birincisi: Uca Allahın mövcud olmasına iman.

Uca Allahın mövcud olmasına: insan fitrəti, əqli, şəriət və hisslər dəlalət edir.

1 - Pak və Uca Allahın varlığına dəlalət edən fitri dəlillərə gəldikdə isə, həqiqətən də, hər bir məxluq onu xəlq edənə heç bir sabiq təfkir və təlim olmadan, təbii və fitri bir inancla var olmuşdur. Qəlbindən bunu uzaqlaşdıran bir amil ilə rastlaşan kəsdən başqa, heç kəs bu fitri inancından dönə bilməz.

«‌مَا ‌مِنْ ‌مَوْلُودٍ إِلَّا يُولَدُ عَلَى الْفِطْرَةِ، فَأَبَوَاهُ يُهَوِّدَانِهِ أَوْ يُنَصِّرَانِهِ أَوْ يُمَجِّسَانِهِ».

Çünki Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) belə buyurur: "Hər bir körpə fitrəti üzərində (tövhidə meyilli olaraq) doğulur. Sonra isə velideynləri onu, ya yəhudi, ya nəsrani, ya da məcusi edir".

2 - Uca Allahın varlığına əqlin dəlalət etməsinə gəlidikdə isə: Həqiqətən, bütün yaradılmışların keçmişdə və ya gələcəkdə var olması üçün onların bir Yaradanı olmalıdır. Çünki onlar, özləri özlərini yarada bilməzlər. Həm də, təsadüfən yaranışları da, mümkünsüzdür.

Mümkün deyil ki, onlar özləri özlərini var etsinlər. Çünki heç bir şey özünü yarada bilməz. Bir şey ki, varlığından əvvəl mövcud deyildi, o zaman özünü necə yarada bilər?!

O da təsadüfən yarana bilməz. Çünki mövcud olan hər şeyin bir yaradıcısı olmalıdır. Üstəlik, məxluqatların bu mükəmməl və heyrətamiz sistemdə olması, uyğunluq və ahəngdarlıq, səbəblər - nəticələri və kainatlarin bir birisi arasında ardıcıl və sıx bir əlaqəsi - onların təsadüfən yarana bilməyəcəyini qəti şəkildə təsdiq edir. Əgər bir şey ilkin varlığını idarə edən heç bir sistem olmadan təsadüfən mövcuddursa, onun davamlı varlığı və inkişafı üçün bu qədər incə bir sistem necə ola bilər?!

Bu yaradılmışlar özlərini xəlq etmə qabiliyyətində olmadıqlarına və təsadüfən yarana bilmədiklərinə görə, aydın olur ki, onların bir Yaradanı olmalıdır, o da aləmlərin Rəbbi olan Allahdır.

Uca Allah bu əqli dəlil və qəti sübutu Tur surəsində zikr edərək belə buyurur:

﴿أَمۡ خُلِقُواْ مِنۡ غَيۡرِ شَيۡءٍ أَمۡ هُمُ ٱلۡخَٰلِقُونَ 35

"Bəlkə onlar öz-özünə ya­ranıblar?! Yaxud onlar yara­dan­lar­dır?!" (Tur: 35). Yəni: onlar nə yaradıcısız yaranıb, nə də özlərini yaratmışlar. Beləliklə onların yaradıcısının Allah - Təbərakə və Təalə- olması bəlli olur. Məhs buna görə də Cubeyr bin Mutim (Allah ondan razı olsun) hələ müşrik ikən, Peyğəmbərin (Allahın ona salavatı və salamı olsun) Tur surəsini oxuduğunu eşidəndə və o surənin bu ayələrə çatanda:

﴿أَمۡ خُلِقُواْ مِنۡ غَيۡرِ شَيۡءٍ أَمۡ هُمُ ٱلۡخَٰلِقُونَ 35 أَمۡ خَلَقُواْ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضَۚ بَل لَّا يُوقِنُونَ 36 أَمۡ عِندَهُمۡ خَزَآئِنُ رَبِّكَ أَمۡ هُمُ ٱلۡمُصَۜيۡطِرُونَ 37

"Bəlkə onlar öz-özünə yaranıblar? Yaxud onlar yaradanlardır? Yoxsa onlar göyləri və yeri yaradıblar? Xeyr, onlar qətiyyən inanmırlar. Yoxsa sənin Rəbbinin xəzinələri onlardadır? Yaxud onlar hökm sahibidirlər?" (Tur: 35-37).

Belə söylədi: “Qəlbim az qala qanad alıb uçacaqdır. Qəlbimə ilk dəfə iman, elə o zaman daxil oldu”.

Bunu aydınlaşdıracaq bir misal gətirək. Deyək ki, bir şəxs sizə ətrafı aralarından çaylar axan bağçalarla əhatə olunmuş, içərisi döşək və çarpayılarla zəngin olan, müxtəlif növlərdə dəyərli naxışlarla bəzədilmiş uca bir saray haqda bəhs edərək, belə söyləsə: "Həqiqətən də, bu saray və içərisində mükəmməl olan hər bir şey, özü özünü yaratmış və yaxud da, təsadüfən bir yaradan olmadan yaranmışdır". Heç şübhəsiz ki, sən onu yalançı hesab etməyə tələsərək, onun dediklərini də, cəfəngiyat hesab edib onu inkar edərsən. Eynilə bu geniş kəinatı, onun yer kürəsi, səması, planetləri və qalaktikaları, bütün mükəmməl və dərin (heyrətamiz, möhtəşəm və ecazkar) nizam və hallarının (baş verən proseslərini) yaradan olmadan və ya təsadüfən yaranması mümkündürmü?!

3 - Şəriətin Uca Allahın varlığını isbat edən dəlillərinə gəldikdə isə, bütün səmavi kitablar bu haqda danışır. Və onların ehtiva etdiyi insanların mənafeyinə xidmət edən ədalətli hökmlər də həmçinin dəlildir ki, o hökmlər, insanların maraqlarını bilən, hikmət sahibi olan Rəbb tərəfindəndir. Bundan əlavə, bu kitablarda kainatda baş verən hadisələrlə bağlı olan və sonradan həqiqətin doğruluğunu təsdiq edən (obyektiv reallıqla əksini tapan) məlumatlar da, xəbər verdiyini yaratmağa qadir olan Rəbbdən olduğunu sübut edir.

4 - Allahın varlığının hissi (aşkar) dəlillərinə gəlincə isə, onların iki cəhəti vardır:

Birincisi: Bəzi insanların dualarının necə qəbul olunduğunu və sıxıntı içində olan insanların necə rahatlıq tapmalarını eşidirik və şahidlik edirik (görürük) ki, bu da Uca Allahın varlığını qəti şəkildə sübut edir. Pak Olan Allah buyurur:

﴿وَنُوحًا إِذۡ نَادَىٰ مِن قَبۡلُ فَٱسۡتَجَبۡنَا لَهُۥ...

"Nuhu da (yada) (sal!) Daha öncə o dua etmişdi. Biz onun duasını qəbul etdik". (Ənbiya: 76). Uca Allah buyurur:

﴿إِذۡ تَسۡتَغِيثُونَ رَبَّكُمۡ فَٱسۡتَجَابَ لَكُمۡ...

"O vaxt siz Rəbbinizdən kömək diləyirdiniz. O da dualarınızı qəbul etmişdi". (Ənfal: 9).

Səhih Buxaridə Ənəs bin Malikdən (Allah ondan razı olsun) belə deməsi rəvayət olunur: Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) cümə günü xütbə verdiyi zaman bir bədəvi ərəb (məscidə) daxil olaraq dedi: "Ey Allahın Elçisi! Mallar tələf olub, ailələr isə acdır, bizim üçün Allaha dua et!". Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) əllərini qaldıraraq dua etdi və buludlar dağ şəkilinə gəldi. Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) minbərindən aşağı enməmişdi ki, artıq yağışın onun saqqalından süzüldüyünü gördüm”.

Növbəti cümə günü bu və ya digər bir bədəvi ərəb qalxaraq söylədi: "Ey Allahın Elçisi! Binalar ucub, malları isə su basıb, bizim üçün Allaha dua et!". Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) əllərini qaldıraraq dua etdi və belə dedi: "Allahım, bizim üzərimizə deyil, ətrafımıza (yağış yağdır)!". Əlləri ilə hansı tərəfə işarə etdisə, o tərəfdəki buludlar açılırdı (yağış kəsilirdi).

Uca Allaha sığınmaqda səmimi olaraq və duanın qəbul olma şərtlərinə əməl edənlərin dualarının qəbul olmalarını günümüzdə belə davamlı şəkildə müşahidə etmək mümkündür.

İkincisi: Həqiqətən də, möcüzə adlanan, insanların görüb və ya eşitdikləri - peyğəmbrlərin xariqələri (ayələri), onları göndərənin, yəni Uca Allahın varlığına qəti dəlildir. Çünki bunlar insanların gücündən kənar olan işlərdir, Uca Allah onları Öz elçilərini dəstəkləmək və onlara yardım etmək üçün həyata keçirir.

Buna misal olaraq Musanın (Allahın ona salamı olsun) möcüzəsini gətirmək olar. Uca Allah ona əsasını dənizə vurmağı əmr etdi və o da bunu etdikdən sonra, dəniz on iki quru yola bölündü, su isə o yollar arasında dağlara bənzəyirdi. Bu xüsusda Uca Allah buyurur:

﴿فَأَوۡحَيۡنَآ إِلَىٰ مُوسَىٰٓ أَنِ ٱضۡرِب بِّعَصَاكَ ٱلۡبَحۡرَۖ فَٱنفَلَقَ فَكَانَ كُلُّ فِرۡقٖ كَٱلطَّوۡدِ ٱلۡعَظِيمِ 63

"Biz Musaya: “Əsanla də­nizə vur!”– deyə vəhy etdik. Də­niz dər­hal ya­rıldı, on iki yol açıl­dı və hər biri nəhəng bir dağ ki­mi oldu". (Şuəra: 63).

Digər bir misal, İsanın (Allahın ona salamı olsun) Allahın izni ilə ölüləri dirildərək, onları qəbirlərindən çıxartması möcüzəsidir. Uca Allah bu haqda belə buyurur:

﴿...وَأُحۡيِ ٱلۡمَوۡتَىٰ بِإِذۡنِ ٱللَّهِ...

"Allahın izni ilə ölüləri dirildərəm". (Ali-İmran: 49). Uca Allah başqa bir ayədə belə buyurmuşdur:

﴿...وَإِذۡ تُخۡرِجُ ٱلۡمَوۡتَىٰ بِإِذۡنِي...

"Sən Mənim iznimlə ölüləri dirildirdin". (Maidə: 110).

Üçüncü misal: Qureyşin Muhəmməddən (Allahın ona salavatı və salamı olsun) bir möcüzə tələb etdikdə, o (Allahın ona salavatı və salamı olsun) aya işarə etdi və ay, insanlar görə görə, iki yerə bölünməsi hadisəsidir. Bu barədə Uca Allah buyurur:

﴿ٱقۡتَرَبَتِ ٱلسَّاعَةُ وَٱنشَقَّ ٱلۡقَمَرُ 1 وَإِن يَرَوۡاْ ءَايَةٗ يُعۡرِضُواْ وَيَقُولُواْ سِحۡرٞ مُّسۡتَمِرّٞ2

"O Saat yaxınlaşdı və ay bölündü. Onlar bir möcüzə gördükdə üz döndərib: “(Bu,) tez keçib-gedən bir sehrdir” — deyirlər". (Qamər: 1-2).

Bu hissi (müşahidə edilə biləcək) mözücələri Uca Allah Peyğəmbrlərinə dəstək və qələbə bəxş etmək məqsədi ilə həyata keçirir. Və onlar da Uca Allahın varlığını qəti şəkildə sübüt edir.

Allaha iman etməyin ehtiva etdiyi ikinci məsələ: Onun Rububiyyətinə iman etməkdir. Yəni Allahın tək Rəbb olduğuna, Ona heç bir şərik və yardımçının olmadığına inanmaq.

Rəbb: Yaratmaq, mülkə sahib olmaq və əmr etmək yalnız Ona məxsus olan varlıqdır. Allahdan başqa yaradan yoxdur, Ondan başqa malik yoxdur və hökm yalnız Ona məxsusdur. Uca Allah buyurur:

﴿...أَلَا لَهُ ٱلۡخَلۡقُ وَٱلۡأَمۡرُ...

"Əslində, yaratmaq da, əmr etmək də Ona məxsusdur". (Əraf: 54). Həmçinin O demişdir:

﴿...ذَٰلِكُمُ ٱللَّهُ رَبُّكُمۡ لَهُ ٱلۡمُلۡكُۚ وَٱلَّذِينَ تَدۡعُونَ مِن دُونِهِۦ مَا يَمۡلِكُونَ مِن قِطۡمِيرٍ

"Bu sizin Rəbbiniz olan Allahdır. Mülk Onundur. Sizin Ondan başqa yalvardıqlarınız xurma çəyirdəyinin pərdəsinə belə sahib deyillər".

(Fatir: 13).

Pak və Müqəddəs olan Allahın Rəbb olmasını, yalnız inadkar və dediklərini etiqad etməyən kəs inkar edə bilər. Necə ki, bu Fironla baş vermişdir. O qövmünə:

﴿فَقَالَ أَنَا۠ رَبُّكُمُ ٱلۡأَعۡلَىٰ 24

“Mən sizin ən uca Rəbbinizəm!” - dedi. (Naziat: 24) və həmçinin söylədi:

﴿...يَٰٓأَيُّهَا ٱلۡمَلَأُ مَا عَلِمۡتُ لَكُم مِّنۡ إِلَٰهٍ غَيۡرِي...

“Ey əyanlar! Mən sizin üçün özümdən başqa bir məbud tanımıram". (Qasas: 38). Lakin o, bu dediklərini etiqad etmirdi. Uca Allah buyurur:

﴿وَجَحَدُواْ بِهَا وَٱسۡتَيۡقَنَتۡهَآ أَنفُسُهُمۡ ظُلۡمٗا وَعُلُوّٗا...

"Buna qəti inandıqları halda, haqsızcasına və təkəbbürlüklə onları inkar etdilər." (Nəml: 14). Musa Firona xitab edərək deməsi barəsində Uca Allah buyurur:

﴿...لَقَدۡ عَلِمۡتَ مَآ أَنزَلَ هَٰٓؤُلَآءِ إِلَّا رَبُّ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ بَصَآئِرَ وَإِنِّي لَأَظُنُّكَ يَٰفِرۡعَوۡنُ مَثۡبُورٗا

“Şübhəsiz, sən də bilirsən ki, bunları göylərin və yerin Rəbbi ibrət olaraq nazil etdi. Ey Firon, mən də sənin məhv olduğunu düşünürəm!”. (İsra: 102). Məhs buna görə də, müşriklər ibadətdə Allaha şərik qoşsalar da, Onun Rəbb olmasını etiraf edirdilər. Uca Allah buyurur:

﴿قُل لِّمَنِ ٱلۡأَرۡضُ وَمَن فِيهَآ إِن كُنتُمۡ تَعۡلَمُونَ 84 سَيَقُولُونَ لِلَّهِۚ قُلۡ أَفَلَا تَذَكَّرُونَ85 قُلۡ مَن رَّبُّ ٱلسَّمَٰوَٰتِ ٱلسَّبۡعِ وَرَبُّ ٱلۡعَرۡشِ ٱلۡعَظِيمِ 86 سَيَقُولُونَ لِلَّهِۚ قُلۡ أَفَلَا تَتَّقُونَ 87 قُلۡ مَنۢ بِيَدِهِۦمَلَكُوتُ كُلِّ شَيۡءٖ وَهُوَ يُجِيرُ وَلَا يُجَارُ عَلَيۡهِ إِن كُنتُمۡ تَعۡلَمُونَ 88 سَيَقُولُونَ لِلَّهِۚ قُلۡ فَأَنَّىٰ تُسۡحَرُونَ 89

"De: “Əgər bilirsinizsə, (deyin görüm) yer və onun üstündə olanlar kimindir?” Onlar: “Allahındır!”– deyəcəklər. De: “Bəs düşünüb ibrət almayacaqsınız?” De: “Yeddi göyün Rəbbi və əzəmətli Ərşin Rəbbi kimdir?” Onlar: “Allahdır!”– deyəcəklər. De: “Bəs qorxmursunuz?” De: “Əgər bilirsinizsə, (deyin görüm) hər şeyin hökmü əlində olan, himayə edən, Özünün isə himayəyə ehtiyacı olmayan kimdir?” Onlar: “Allahdır!”– deyəcəklər. De: “Bəs necə olur ki, aldanırsınız?”"

(Muminun: 84 - 89).

Uca Allah buyurur:

﴿وَلَئِن سَأَلۡتَهُم مَّنۡ خَلَقَ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضَ لَيَقُولُنَّ خَلَقَهُنَّ ٱلۡعَزِيزُ ٱلۡعَلِيمُ 9

"Əgər sən onlardan: “Göyləri və yeri kim yaratmışdır?”– deyə soruşsan, mütləq: “Onları Qüdrətli və Bilən (Allah) yaratmışdır!”– deyəcəklər." (Zuxruf: 9).

Pak və nöqsansız olan Allah buyurur:

﴿وَلَئِن سَأَلۡتَهُم مَّنۡ خَلَقَهُمۡ لَيَقُولُنَّ ٱللَّهُۖ فَأَنَّىٰ يُؤۡفَكُونَ 87

"Əgər onlardan özlərini kimin yaratdığını soruşsan, əlbəttə: “Allah!”– deyərlər. (Gör) necə də (haqdan) döndərilirlər!". (Zuxruf: 87).

Uca Allahın əmri şamil olaraq kainat və şəriət məsələlərini əhatə edir. Necə ki, O, hikmətinə uyğun olan şəkildə, istədiyi kimi kainatı idarə edir və onun Hökmdarıdır (nə istədiyini əvvəlcədən müəyyənləşdirir), eləcə də, O, ibadətlərin və müamilə əhkamlarının da, hikmətinə uyğun olan şəkildə qanunlaşdıran Hökmdarıdır. Beləliklə, kim Allahı qoyaraq (və ya Onunla yanaşı) ibadətlərdə başqa bir şəriətçi (qayda-qanun qoyan) və ya bütün müamilə əhkamlarında hakim qəbul edərsə, Uca Rəbbə şərik qoşmuş olar və o, həqiqi iman gətirməz.

Allaha iman etməyin ehtiva etdiyi üçüncü məsələ: Onun ilahiliyinə (İlah olduğuna) inanmaqdır. Yəni: şəriki olmayan, ibadətə layiq haqq məbud yalnız Odur. "İlah" - İlahi mənasını daşıyır, yəni məhəbbət, təzim və ucalıqla ibadət edilən məbud.

Uca Allah buyurur:

﴿وَإِلَٰهُكُمۡ إِلَٰهٞ وَٰحِدٞۖ لَّآ إِلَٰهَ إِلَّا هُوَ ٱلرَّحۡمَٰنُ ٱلرَّحِيمُ 163

"Sizin ilahınız Tək olan İlahdır. Ondan başqa ilah yoxdur, Mərhəmətlidir, Rəhmlidir." (Bəqərə: 163).

Uca Allah buyurur:

﴿شَهِدَ ٱللَّهُ أَنَّهُۥ لَآ إِلَٰهَ إِلَّا هُوَ وَٱلۡمَلَٰٓئِكَةُ وَأُوْلُواْ ٱلۡعِلۡمِ قَآئِمَۢا بِٱلۡقِسۡطِۚ لَآ إِلَٰهَ إِلَّا هُوَ ٱلۡعَزِيزُ ٱلۡحَكِيمُ 18

"Allah, mələklər və elm sahibləri də, Ondan başqa (ibadətə layiq olan) məbud olmadığına ədalətlə şahidlik etmişlər. Ondan başqa (ibadətə layiq olan) məbud yoxdur. O, Qüdrətlidir, Hikmət sahibidir". (Ali-İmran: 18). Kim Allahla birlikdə başqa bir məbud qəbul edib Ona deyil, həmin varlığa ibadət edərsə, onun ilahlığı batildir. Uca Allah buyurur:

﴿ذَٰلِكَ بِأَنَّ ٱللَّهَ هُوَ ٱلۡحَقُّ وَأَنَّ مَا يَدۡعُونَ مِن دُونِهِۦ هُوَ ٱلۡبَٰطِلُ وَأَنَّ ٱللَّهَ هُوَ ٱلۡعَلِيُّ ٱلۡكَبِيرُ 62

"Bu belədir. Çünki Allah Haqdır. (müşriklərin) Ondan başqa dua etdikləri isə batildir. Həqiqətən, Allah Ucadır, Böyükdür". (Həcc: 62). Onları "ilah" adlandırmaq, onlara İlahilik haqqını vermir. Uca Allah (əl-Lat, əl-Uzza və Mənat bütləri) haqqında belə buyurur:

﴿إِنۡ هِيَ إِلَّآ أَسۡمَآءٞ سَمَّيۡتُمُوهَآ أَنتُمۡ وَءَابَآؤُكُم مَّآ أَنزَلَ ٱللَّهُ بِهَا مِن سُلۡطَٰنٍ...

"Onlar sizin və atalarınızın qoyduqları adlardan başqa bir şey deyildir. Allah onlar haqqında heç bir dəlil nazil etməmişdir". (Nəcm: 23).

Uca Allah, Hudun (Allahın ona salamı olsun) öz qövmünə xitab edərək, Kitabında belə dediyini buyurur:

﴿...أَتُجَٰدِلُونَنِي فِيٓ أَسۡمَآءٖ سَمَّيۡتُمُوهَآ أَنتُمۡ وَءَابَآؤُكُم مَّا نَزَّلَ ٱللَّهُ بِهَا مِن سُلۡطَٰنٖ...

"Siz özünüzün və atalarınızın adlandırdıqları (bütlər) barəsində mənimlə mübahisəmi edirsiniz? Halbuki Allah onlar barəsində heç bir dəlil nazil etməmişdir". (Əraf: 71).

Uca Allah, Yusuf (Allahın ona salamı olsun) zindanda olan iki yoldaşına xitab edərək, Kitabında belə dediyini buyurur:

﴿يَٰصَٰحِبَيِ ٱلسِّجۡنِ ءَأَرۡبَابٞ مُّتَفَرِّقُونَ خَيۡرٌ أَمِ ٱللَّهُ ٱلۡوَٰحِدُ ٱلۡقَهَّارُ 39 مَا تَعۡبُدُونَ مِن دُونِهِۦٓ إِلَّآ أَسۡمَآءٗ سَمَّيۡتُمُوهَآ أَنتُمۡ وَءَابَآؤُكُم مَّآ أَنزَلَ ٱللَّهُ بِهَا مِن سُلۡطَٰنٍ...

"Ey mənim zindan yoldaşlarım! Ayrı-ayrı tanrılar yaxşıdır, yoxsa Tək olan, (hər şeyə) Qalib gələn Allah? Ondan başqa ibadət etdikləriniz sizin və atalarınızın adlandırdığınız adlardan başqa bir şey deyildir. Allah onlara dair heç bir dəlil nazil etməmişdir". (Yusuf: 39-40).

Məhs bu səbəbdən, Elçilər (Allahın salavatı və salamı onların üzərinə olsun) öz qövmlərinə belə söyləyirdilər:

﴿...ٱعۡبُدُواْ ٱللَّهَ مَا لَكُم مِّنۡ إِلَٰهٍ غَيۡرُهُ...

"Allaha ibadət edin. Sizin Ondan başqa ilahınız yoxdur". (Əraf: 59). Lakin müşriklər bunu inkar etdilər və Uca Allahdan savayı başqa tanrılar seçdilər. Onlar, o batil tanrılara Allahla yanaşı ibadət edib, onlardan kömək və dəstək diləyirlər.

Uca Allah, müşriklərin Ona bu ilahları şərik qoşmalarını iki əqli dəlil ilə təkzib etmişdir:

Birincisi odur ki, onların özlərinə məbud kimi secdikləri şeylərin heç birndə ilahi xüsusiyyətləri yoxdur. Onlar yarada bilməyən, onlara tapılan insanlara bir mənfəət verməyən və insanlardan bir şərri uzaq etməyə qadir olmayan məxluqatlardır. İnsanların nə həyatları, nə də ki ölümləri onların əlində deyil, səmalarda olan heç nəyə sahib deyillər və onlar bu işdə əslan şərik də deyillər.

Uca Allah buyurdu:

﴿وَٱتَّخَذُواْ مِن دُونِهِۦٓ ءَالِهَةٗ لَّا يَخۡلُقُونَ شَيۡـٔٗا وَهُمۡ يُخۡلَقُونَ وَلَا يَمۡلِكُونَ لِأَنفُسِهِمۡ ضَرّٗا وَلَا نَفۡعٗا وَلَا يَمۡلِكُونَ مَوۡتٗا وَلَا حَيَوٰةٗ وَلَا نُشُورٗا 3

"(Kafirlər) isə Onun əvəzinə heç nəyə fayda verməyən, həm də özləri yaradılan, özlərinə nə bir zərər, nə də bir xeyir verməyə qadir olmayan, öldürməyə, həyat verməyə və yenidən diriltməyə qüdrəti olmayanları özlərinə tanrı götürdülər". (Furqan: 3).

Uca Allah buyurur:

﴿قُلِ ٱدۡعُواْ ٱلَّذِينَ زَعَمۡتُم مِّن دُونِ ٱللَّهِ لَا يَمۡلِكُونَ مِثۡقَالَ ذَرَّةٖ فِي ٱلسَّمَٰوَٰتِ وَلَا فِي ٱلۡأَرۡضِ وَمَا لَهُمۡ فِيهِمَا مِن شِرۡكٖ وَمَا لَهُۥ مِنۡهُم مِّن ظَهِيرٖ 22 وَلَا تَنفَعُ ٱلشَّفَٰعَةُ عِندَهُۥٓ إِلَّا لِمَنۡ أَذِنَ لَهُۥ...

"De: “Allahdan başqa məbud saydıqlarınızı çağırın”. Onlar nə göylərdə və nə də yerdə zərrə qədərcə olan bir şeyə də sahib deyillər. Onların (göylərin və yerin yaradılışında) heç bir şərikliyi yoxdur və onlardan Allaha yardımçı olanı da yoxdur. Onun qarşısında, izin verdiyi kəslərdən başqa, heç kimin şəfaəti fayda verməz".

(Səba: 22-23).

وقال تعالى: ﴿أَيُشۡرِكُونَ مَا لَا يَخۡلُقُ شَيۡـٔٗا وَهُمۡ يُخۡلَقُونَ 191 وَلَا يَسۡتَطِيعُونَ لَهُمۡ نَصۡرٗا وَلَآ أَنفُسَهُمۡ يَنصُرُونَ 192

Uca Allah buyurur: "Onlar heç bir şey yaratmayan, özləri xəlq edilmiş olan şeyləri (Allaha) şərik qoşurlar? (Bütlər) nə onlara yardım edə bilər, nə də özlərinə kömək edə bilərlər".

(Əraf: 191-192).

Əgər o məbudların halı belədirsə, onları tanrı kimi qəbul etmək ən böyük axmaqlıq və batil əməllər arasında ən böyük batildir.

İkincisi: O müşriklər, Uca Allahın - xəlq edən, hər şeyin hökmü əlində Olan, himayə edən, lakin Onun əlindən isə heç kim himayə edə bilməyən (yəni: Ondan heç bir qoruyucu olmayan) tək Rəbb olduğunu etiraf edirdilər. Bu da onların Onu Rəbb olmasında (rububiyyədə) təkləşdirdikləri kimi, İlah olmasında da (uluhiyyədə) təkləşdirməklərini zəruri və lazım edir.

﴿يَٰٓأَيُّهَا ٱلنَّاسُ ٱعۡبُدُواْ رَبَّكُمُ ٱلَّذِي خَلَقَكُمۡ وَٱلَّذِينَ مِن قَبۡلِكُمۡ لَعَلَّكُمۡ تَتَّقُونَ21 ٱلَّذِي جَعَلَ لَكُمُ ٱلۡأَرۡضَ فِرَٰشٗا وَٱلسَّمَآءَ بِنَآءٗ وَأَنزَلَ مِنَ ٱلسَّمَآءِ مَآءٗ فَأَخۡرَجَ بِهِۦ مِنَ ٱلثَّمَرَٰتِ رِزۡقٗا لَّكُمۡۖ فَلَا تَجۡعَلُواْ لِلَّهِ أَندَادٗا وَأَنتُمۡ تَعۡلَمُونَ 22

Necə ki Uca Allah buyurur: "Ey insanlar! Sizi və sizdən öncəkiləri yaratmış Rəbbinizə ibadət edin ki, bəlkə (Allahdan) qorxasınız. O, sizin üçün yer üzünü döşəmə, göyü isə tavan etdi. Göydən su endirib onunla sizin üçün (növbənöv) məhsullardan ruzi yetişdirdi. Siz də (bunu) bildiyiniz halda (heç kəsi) Allaha tay tutmayın". (Bəqərə: 21 - 22).

Uca Allah buyurur:

﴿وَلَئِن سَأَلۡتَهُم مَّنۡ خَلَقَهُمۡ لَيَقُولُنَّ ٱللَّهُۖ فَأَنَّىٰ يُؤۡفَكُونَ 87

"Əgər onlardan özlərini kimin yaratdığını soruşsan, əlbəttə: “Allah!”– deyərlər. (Gör) necə də (haqdan) döndərilirlər!". (Zuxruf: 87).

Uca Allah buyurur:

﴿قُلۡ مَن يَرۡزُقُكُم مِّنَ ٱلسَّمَآءِ وَٱلۡأَرۡضِ أَمَّن يَمۡلِكُ ٱلسَّمۡعَ وَٱلۡأَبۡصَٰرَ وَمَن يُخۡرِجُ ٱلۡحَيَّ مِنَ ٱلۡمَيِّتِ وَيُخۡرِجُ ٱلۡمَيِّتَ مِنَ ٱلۡحَيِّ وَمَن يُدَبِّرُ ٱلۡأَمۡرَۚ فَسَيَقُولُونَ ٱللَّهُۚ فَقُلۡ أَفَلَا تَتَّقُونَ 31 فَذَٰلِكُمُ ٱللَّهُ رَبُّكُمُ ٱلۡحَقُّۖ فَمَاذَا بَعۡدَ ٱلۡحَقِّ إِلَّا ٱلضَّلَٰلُۖ فَأَنَّىٰ تُصۡرَفُونَ32

"De: “Sizə göydən və yer­­dən ruzi verən kimdir? Qulaqlara və gözlərə hakim olan kimdir? Ölüdən diri çıxaran, diridən də ölü çıxaran kimdir? İşləri yoluna qoyan kimdir?” Onlar deyəcəklər: “Allah!” De: “Bəs (belə olduğu halda) (Allahdan) qorxmursunuz?” O sizin Haqq Rəbbiniz olan Allahdır. Haqdan sonra zəlalətdən başqa nə ola bilər? Siz necə də (haqdan) döndərilirsiniz!".

(Yunus: 31-32).

Allaha iman etməyin ehtiva etdiyi dördüncü məsələ: Onun ad və sifətlərinə iman gətirməkdir (inanmaqdır).

Yəni: Uca Allah Kitabında və elçisinin (Allahın salavatı və salamı onun üzərinə olsun) sünnəsində Özü üçün təsdiq etdiyi ad və sifətləri - Ona layiq şəkildə, təhrif və inkar etmədən, həmçinin keyfiyyəti barəsində sual vermədən və təmsil etmədən - təsdiq etməkdir. Uca Allah buyurur:

﴿وَلِلَّهِ ٱلۡأَسۡمَآءُ ٱلۡحُسۡنَىٰ فَٱدۡعُوهُ بِهَاۖ وَذَرُواْ ٱلَّذِينَ يُلۡحِدُونَ فِيٓ أَسۡمَٰٓئِهِۦۚ سَيُجۡزَوۡنَ مَا كَانُواْ يَعۡمَلُونَ 180

"Ən gözəl adlar Allahındır. Ona bu adlar vasitəsi ilə dua edin və Onun adları barəsində haqdan sapanları tərk edin. Onlar etdikləri əməllərin cəzasını alacaqlar". (Əraf: 180).

Uca Allah buyurur:

﴿...وَلَهُ ٱلۡمَثَلُ ٱلۡأَعۡلَىٰ فِي ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِۚ وَهُوَ ٱلۡعَزِيزُ ٱلۡحَكِيمُ

"Göylərdə və yerdə olan ən uca sifətlər Ona məxsusdur. O, Qüdrətlidir, Müdrikdir". (Rum: 27).

Uca Allah buyurur:

﴿...لَيۡسَ كَمِثۡلِهِۦ شَيۡءٞۖ وَهُوَ ٱلسَّمِيعُ ٱلۡبَصِيرُ

"Onun heç bir bənzəri yoxdur. O, Eşidəndir, Görəndir". (Şura: 11).

Bu məsələdə iki azmış tayfa vardır:

Onlardan birisi: "Muattilə" adlanan firqədir, hansılar ki, Allahın bütün və ya bəzi ad və sifətlərini inkar edərək iddia edirlər ki, onları Allaha istab etməklə sanki təşbih etmə zəruriyyəti yaranır. Yəni: Uca Allahı, Onun məxluqatlarına bənzətmək. Bu iddia bir çox səbəbdən batil sayılır. O səbəblərdən bəzilərini zikr edək:

Birinci səbəb: Bu etiqad özündə bir çox batil olan məsələləri zəruri edir (yanlış nəticələr ortaya çıxır). Onlardan bəziləri bunlardır: Pak olan Allahın kəlamında ziddiyatın olması. Uca Allah Özünə məxsus adlar və sifətlərin olmasını və Özünün bir bənzərinin olmamasını təsdiq edir. Onları təsdiq etməsi Özünün bənzərinin olmasını zəruri etsə idi, bu Allahın kəlamında ziddiyatın olması və bir-birini təkzib etməsi demək olardı.

İkinci səbəb: İki şeyin ismdə və sifətdə ittifaq etmələri, onların eyniliyinə dəlalət etmir. Məsələn: iki şəxs gördükdə və onların eşidən, görən, danışan insan olmaları, onların insanlıqda (insan təbiətində): eşitməkdə, görmək, danışmaqda və bunun mənalarında eyni olmalarını zəruri etmir (belə nəticə çıxmır).

Sən əlləri, ayaqları və gözləri olan heyvanları görürsən, lakin bu, onların əl, ayaq və gözlərinin eyni olması demək deyil.

Belliklə, əgər xəlq edilmişlər (məxluqatlar) arasında da adların və sifətlərin (xüsusiyyətlərin) eyniliyi fərqliliyi istisna etmirsə, onda Yaradan və yaranmışlar arasında olan fərqlər daha da aydın, açıq və müqayisə olunmazdır.

İkinçi tayfa: "əl-Müşəbbihə" tayfasıdır - onlar Uca Allahı məxluqatlara bənzədərək, Onun ad və sifətlərini təsdiqləyirlər və bunu şəri mətnlərə (yəni: Quran və Sünnətə) uyğun olduğunu iddia edirlər. Çünki Uca Allah qullarına anladıqları şəkildə xitab edir. Bu, aşağıdaki səbəblərə görə batil iddiadır:

Birinci səbəb odur ki, Uca Allahı məxluqatlarına bənzətməyi həm ağıl, həm də şəriət batil hesab edir. Şəri mətnlərə (Quran və Sünnətə) uyğun olan bir şeyin batil olması isə mümkünsüzdür.

İkinci: Uca Allahın qullarına anladıqları şəkildə xitab etməsi deyildikdə, burada sözlərin mənasının əsli və mənşəyi baxımından söhbət gedir. Allahın ad və sifətləri ilə habelə Onun zatı ilə əlagəli sözlərin həqiqətinə, əsl mənasına (mayihhət və keyfiyyətinə) və gizli qalan hissəsinə gəldikdə isə, bu barədə elm yalnız Uca Allaha məxsusdur.

Beləliklə, əgər Uca Allah Özü üçün təsdiq edibsə ki, O eşidəndir, deməli eşitməyin əsli mənası məlumdur (bu, səsləri anlamaq deməkdir). Lakin bunun Allahın eşitməsi ilə bağlı həqiqəti məlum deyil. Çünki eşitmənin həqiqəti hətta yaradılmışlar arasında belə fərqlidir və belə olduğu halda, Yaradanla Onun yaratdığı arasında olan fərqlilik daha da aydın və daha da böyükdür.

Əgər Uca Allah Özü haqqında Onun Ərşin üzərinə yüksəldiyini bildirbsə, “ucalmağın, yüksəlməyin” əsli mənası məlumdur. Lakin bizə məlum olmayan Onun Ərşinin üzərində yüksəlməsinin həqiqətidir, çünki ucalmağın mənası hətta yaradılmışlar arasında belə fərqlidir. Çünki, sabit oturacaq üzərində ucalmaq, sahibinə tabe olmayan və qacan dəvənin beli üzərində ucalmaq kimi deyil. Əgər bu, yaradılmışlar arasında fərqlidirsə, bu baxımdan, Yaradanla Onun yaratdığı arasında daha aydın və daha böyük fərq vardır.

Biz izah və vəsf etdiyimiz şəkildə Uca Allaha iman etmək, möminlərə əzəmətli səmərələr bəxş edir. Onlardan bəziləri bunlardır:

Birincisi: Allahın tovhidinə olan imanı həyata keçirmək. Bu isə Ondan başqasından qorxmayaraq, yalnız Ona ümid bəsləməklə və Ondan başqasına ibadət etməməklə gerçəkləşir.

İkincisi: Uca Allahın gözəl adlarının və uca sifətlərinin tələb etdiyi şəkildə Onu kamil surətdə sevmək və uca tutmaqdır.

Üçüncüsü: Allahın əmrlərini yerinə yetirməklə və qadağalarından çəkinməklə ibadətlərini həyata keçirmək.

Mələkərə iman

Mələklər - qeyb aləminə aiddir. Uca Allah onları yaratmışdır və onlar Ona ibadət edirlər. Onlar rəbblik və ilahilik xüsusiyyətlərindən heç bir şeyə malik deyillər. Allah onları nurdan yaratmış və onları Öz əmrlərinə tamamilə təslim və bu əmrləri icra etməyə qadir etmişdir. Uca Allah buyurur:

﴿...وَمَنۡ عِندَهُۥ لَا يَسۡتَكۡبِرُونَ عَنۡ عِبَادَتِهِۦ وَلَا يَسۡتَحۡسِرُونَ 19 يُسَبِّحُونَ ٱلَّيۡلَ وَٱلنَّهَارَ لَا يَفۡتُرُونَ 20

"Göylərdə və yerdə kimlər varsa, (hamısı) Onundur. Onun yanında olanlar Ona ibadət etməyə təşəxxüs göstərmir və (bundan) yorulmurlar. Onlar gecə-gündüz, usanmadan (Onun) şəninə təriflər deyirlər". (Ənbiya:19-20).

Onların sayı çoxdur. Saylarının nə qədər olduğunu yalnız Uca Allah bilir. Buxari və Müslimin rəvayət etdiyi bir hədisdə Ənəs (Allah ondan razı olsun) rəvayət edir ki, Merac səfəri zamanı, səmada - hər gün yetmiş min mələyin namaz gıldığı "Ziyarət Evi" (Beytul-məmur - yeddinci səmada olan məbəd; mələklərin davamlı ziyarət etdiyi Kəbə) - Peyğəmbər (sallallahu aleyhi və səlləm) üçün göstərilmişdir. Və onlar oradan çıxanda bir daha geri qayıtmazlar.

Mələklərə iman özündə dörd şey cəmləşdirir:

Birincisi: Mələklərin mövcud olmalarına iman

İkincisi: Aralarında adlarını bildiklərimizə adları ilə iman etmək (Cəbrail kimi), adlarını bilmədiklərimizə isə, ümumi şəkildə iman etmək.

Üçüncüsü: Bəzilərinin bildiyimiz sifətlərinə iman. Misal olaraq, Cəbrail haqda Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) onun haqda buyurub ki, o (Allahın salavatı və salamı onun üzərinə olsun) Cəbraili yaradıldığı şəkildə görmüşdür və onun üfuqu örtən altıyüz qanadı vardır.

Hətta, Allahın əmri ilə, mələk kişi cismində təzahür edə bilir.

كَمَا حَصَلَ لِجِبْرِيلَ حِينَ أَرْسَلَهُ اللَّهُ تَعَالَى إِلَى مَرْيَمَ، فَتَمَثَّلَ لَهَا بَشَرًا سَوِيًّا، وَحِينَ جَاءَ إِلَى النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ وَهُوَ جَالِسٌ فِي أَصْحَابِهِ، جَاءَهُ بِصِفَةِ رَجُلٍ شَدِيدِ بَيَاضِ الثِّيَابِ، شَدِيدِ سَوَادِ الشَّعْرِ، لَا يُرَى عَلَيْهِ أَثَرُ السَّفَرِ، وَلَا يَعْرِفُهُ أَحَدٌ مِنْ أَصْحَابِهِ، فَجَلَسَ إِلَى النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ، فَأَسْنَدَ رُكْبَتَيْهِ إِلَى رُكْبَتَيْهِ، وَوَضَعَ كَفَّيْهِ عَلَى فَخِذَيْهِ، وَسَأَلَ النَّبِيَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ عَنِ الْإِسْلَامِ، وَالْإِيمَانِ، وَالْإِحْسَانِ، وَالسَّاعَةِ، وَأَمَارَاتِهَا؛ فَأَجَابَهُ النَّبِيُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ، فَانْطَلَقَ، ثُمَّ قَالَ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: هَذَا جِبْرِيلُ؛ أَتَاكُمْ يُعَلِّمُكُمْ دِينَكُمْ.

Cəbrail (Aleyhissalam) barəsində olduğu kimi: Uca Allah onu Məryəmə (Aleyhissalam) göndərdiyi zaman, o, ona kamil bir insan surətində göründü. Peyğəmbər (sallallahu əleyhi va səlləm) səhabələri ilə birlikdə oturduğu zaman, Cəbrail (Aleyhissalam) onun yanına gəldi. O, ağ paltarlı, qapqara saçlı bir kişi şəklində gəldi. Onun üzərində nə bir səfər əlaməti görünürdü, nə də onu səhabələrdən kimsə tanıyırdı. O, Peyğəmbərin (sallallahu əleyhi va səlləm) qarşısında oturdu, dizlərini onun dizlərinə söykədi və əllərini dizlərinin üstünə qoydu. Sonra İslam, İman, Ehsan, Qiyamət və onun əlamətləri haqqında suallar verdi. Peyğəmbər (sallallahu əleyhi va səlləm) də ona cavab verdi. Bundan sonra O, oradan getdi. Peyğəmbər (sallallahu əleyhi va səlləm) belə dedi: "O Cəbrail idi. Sizə dininizi öyrətməyə gəlmişdi".

Həmçinin, Uca Allahın İbrahim və Lut peyğəmbərlərinə göndərdiyi mələklər də, insan surətində idilər.

Mələklərə iman etməyin ehtiva etdiyi dördüncüsü məsələ: Onların, bizə məlum olan və Uca Allahın əmri ilə yerinə yetirdikləri əməllərinə iman gətirmək, məsələn: Allahın şəninə təriflər demələrinə, gecə-gündüz yorulmadan və usanmadan Ona ibadət etmələri.

Bəzilərinin xüsusi vəzifələri vardır.

Məsələn: Cəbrail - Uca Allahın vəhyini çatdırmaq əmanəti həvalə edilmiş mələkdir. Allah vəhyi peyğəmbərlərə və elçilərə onun vasitəsi ilə göndərmişdir.

Məsələn: Mikayil - yağış və bitkilərə cavabdeh olan mələkdir.

Məsələn: İsrafil - Ona Qiyamətin qopması və məxluqatların həşr olunan zamanı surə üfürmək həvalə olunmuşdur.

Məsələn: Ölüm Mələyi - ölüm anında ruhları almaqla həvalə edilmiş mələkdir.

Məsələn: Malik - Cəhənnəmə cavabdeh olan və onun qoruması ona həvalə edilmiş bir mələkdir.

Məsələn: Ana bətnində rüşeym halında ikən, uşaqlara cavabdeh olan mələklər. Bir insan anasının bətnində dörd ayı tamamlayanda, Allah ona bir mələk göndərir və ona ruzisini, əcəlini (ömrünü), əməllərini, və bədbəxt və ya xoşbəxt olacağını yazmağı əmr edir.

Məsələn: Adəm övladının əməllərini qorumaq və yazmaq vəzifəsi həvalə edilmiş mələklər. Hər kəsin biri sağ, biri sol tərəfdə olmaqla iki mələyi vardır.

Məsələn: Ölüləri qəbirlərinə qoyulduqdan sonra sorğu-sual etməyə tapşırılan mələklər. İki mələk insanın yanına gəlir və ondan Rəbbi, dini və peyğəmbəri haqqında soruşurlar.

Mələklərə iman etməyin böyük səmərələri vardır. Onlardan:

Birinci: Uca Allahın əzəməti, qüvvəti və hakimiyyətini bilmək. Çünki məxluqun əzəmətli olması, onu Xaliq edənin əzəmətli olmasına dəlalət edir.

İkinci: Adəm övladına göstərdiyi qayğıya görə Uca Allaha şükür etmək. Çünki bu mələklərin hər biri insanları himayə etmək, əməllərini yazmaq və digər maraqları üçün təyin olunmuşlar.

Üçüncü: Mələkləri Uca Allaha ibadət etdikləri üçün sevmək.

Bir azğın qrup insan, mələklərin cisim olduğunu inkar edərək iddia edirlər ki, onlar sadəcə yaradılmış məxluqlara xas və gizli olan xeyir qüvvələrdir. Onlar bu iddia ilə Uca Allahın Kitabını, Onun Elçisinin (Allahın salavatı və salamı onun üzərinə olsun) Sünnətini və bütün müsəlmanlar arasında olan yekdil rəyi (icmanı) təkzib edirlər.

Uca Allah buyurur:

﴿ٱلۡحَمۡدُ لِلَّهِ فَاطِرِ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ جَاعِلِ ٱلۡمَلَٰٓئِكَةِ رُسُلًا أُوْلِيٓ أَجۡنِحَةٖ مَّثۡنَىٰ وَثُلَٰثَ وَرُبَٰعَۚ...

"Göyləri və yeri Yaradan, mələkləri iki, üç və dörd qanadlı elçilər edən Allaha həmd olsun!". (Fatir: 1).

Uca Allah buyurur:

﴿وَلَوۡ تَرَىٰٓ إِذۡ يَتَوَفَّى ٱلَّذِينَ كَفَرُواْ ٱلۡمَلَٰٓئِكَةُ يَضۡرِبُونَ وُجُوهَهُمۡ وَأَدۡبَٰرَهُم...

"Kaş sən kafirləri mələklər onların canını alarkən görəydin. (Mələklər) onların üzünə və yanlarına vura-vura (deyirdilər:) “Dadın yandırıcı odun əzabını!". (Ənfal: 50).

Uca Allah buyurur: "Zalımları ölüm girdabında olduqda, mələklərin də əllərini uzadıb:

﴿...وَلَوۡ تَرَىٰٓ إِذِ ٱلظَّٰلِمُونَ فِي غَمَرَٰتِ ٱلۡمَوۡتِ وَٱلۡمَلَٰٓئِكَةُ بَاسِطُوٓاْ أَيۡدِيهِمۡ أَخۡرِجُوٓاْ أَنفُسَكُمُۖ...

“Canlarınızı çıxarın! Allaha qarşı nahaq sözlər söylədiyinizə və Onun ayələrinə təkəbbür göstərdiyinizə görə bu gün siz cəzalandırılacaqsınız!”(– dediklərini) bircə görəydin". (Ənam: 93).

Uca Allah buyurur:

﴿...حَتَّىٰٓ إِذَا فُزِّعَ عَن قُلُوبِهِمۡ قَالُواْ مَاذَا قَالَ رَبُّكُمۡۖ قَالُواْ ٱلۡحَقَّۖ وَهُوَ ٱلۡعَلِيُّ ٱلۡكَبِيرُ

"Nəhayət, (mələklərin) qəlbindən qorxu keçib getdikdə onlar: “Rəbbiniz nə buyurdu?”­– deyə soruşarlar, digərləri isə: “Haqqı (buyurdu)! O, Ucadır, Böyükdür!”– deyə cavab verərlər".

(Səba: 23).

Uca Allah Cənnət əhli barəsində buyurur:

﴿...وَٱلۡمَلَٰٓئِكَةُ يَدۡخُلُونَ عَلَيۡهِم مِّن كُلِّ بَابٖ 23 سَلَٰمٌ عَلَيۡكُم بِمَا صَبَرۡتُمۡۚ فَنِعۡمَ عُقۡبَى ٱلدَّارِ 24

"Mələklər bütün qapılardan onların yanına daxil olub (deyəcəklər): “Səbr etdiyinizə görə sizə salam olsun! Axirət yurdunuz necə də gözəldir!”".

(Rad: 23 - 24).

Səhih Buxaridə Əbu Hureyradan (Allah ondan razı olsun) rəvayət edilir ki, Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) demişdir: “Allah bir qulunu sevdiyi zaman Cəbrailə: “Allah filankəsi sevir, sən də onu sev!" – deyə buyu­rur, Cəb­rail də (həmin qulu) sevir. Sonra Cəbrail səma əhlinə xitab edib: “Allah filankəsi sevir, siz də onu sevin!"– deyir, göy əhli də onu sevir. Daha sonra isə yer üzündəkilər də ona rəğbət (gözəl ünsiyyət) bəslə­məyə başlayırlar (onun gəbul edirlər)".

Həmçinin Səhih Buxaridə Əbu Hureyrədən (Allah ondan razı olsun) Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi rəvayət edilir:

«إِذَا كَانَ يَوْمُ الْجُمُعَةِ كَانَ عَلَى كُلِّ بَابٍ مِنْ أَبْوَابِ الْمَسْجِدِ الْمَلَائِكَةُ يَكْتُبُونَ الْأَوَّلَ فَالْأَوَّلَ، فَإِذَا جَلَسَ الْإِمَامُ طَوَوْا الصُّحُفَ وَجَاءُوا يَسْتَمِعُونَ الذِّكْرَ».

“Cümə günü olduqda, məscidin hər bir qapısında mələklər dayanır və (məscidə gələnlərdən) birinci gələnləri ardıcıllıqla yazırlar. İmam oturduğu zaman isə dəftərləri bükər və zikri dinləməyə gələrlər”.

Bu açıq-aydın Quran və Sünnətdən olan mətnlərdən aydın olur ki, mələklər, zəlalətə düşmüş insanların dediyi kimi mənəvi bir qüvvə deyil, cisimlərdir. Bütün müsəlmanlar bu mətnlərə uyğun olan mənalar üzərində ittifaq ediblər.

Kitablara iman

əl-Kutub (ərəbcə) "kitab" sözünün cəmidir və məktub yəni: (yazılmış) mənasını verir.

Buradakı kitablar, Uca Allahın Öz qullarına - dünya və axirətdə səadətə nail ola bilmələri üçün, onlara rəhmət və hidayət mənbəyi olaraq - öz elçilərinə nazil etdiyi kitablar qəsd olunur.

Kitablara iman özündə dörd amili cəm edir:

Birinci: Onların, həqiqətən də, Allah tərəfindən endirilməsinə iman.

İkinci: Onlardan adları bizə məlum olanına, adı ilə iman gətirmək. Muhəmmədə (Allahın salavatı və salamı onun üzərinə olsun) nazil olan Quran kimi və Musaya (Allahın salavatı və salamı onun üzərinə olsun) nazil olan Tövrət kimi. İsaya (Allahın salavatı və salamı onun üzərinə olsun) nazil olan İncil kimi. Davuda (Allahın salavatı və salamı onun üzərinə olsun) bəxş olunan Zəbur kimi. Onlardan adları bizə məlum olmayanlara isə ümumi şəkildə iman edirik.

Üçüncü: O kitablarda nəql olunan səhih xəbərlərə inanmaq. Məsələn: Quranda varid olan xəbərlərə və ondan öncəki kitablarda təhrif və dəyişikliklərə məruz qalmayan xəbərlərə inanmaq.

Dördüncüsü: O kitablarda nəsx (ləğv) edilməmiş hökmlərlə əməl etmək, (bu hökmlərin) hikmətini başa düşsək də, başa düşməsək də ondan razı qalmaq və onu qəbul etmək. Əvvəlki bütün səmavi kitablar Əzəmətli Qurani-Kərim ilə nəsx olunmuşdur (qüvvədən düşmüşdür).

Uca Allah buyurur:

﴿وَأَنزَلۡنَآ إِلَيۡكَ ٱلۡكِتَٰبَ بِٱلۡحَقِّ مُصَدِّقٗا لِّمَا بَيۡنَ يَدَيۡهِ مِنَ ٱلۡكِتَٰبِ وَمُهَيۡمِنًا عَلَيۡهِۖ...

"Biz sənə, özündən əvvəlki kitabları təsdiqləyən və onları mühafizə edən Kitabı haqq olaraq nazil etdik". (Maidə: 48). Yəni: Onların üstünə "Hakim" olan bir Kitab.

Buna əsasən, əvvəlki səmavi kitablarda olan hökmlərdən yalnız Quranda təsdiqlənmiş və doğruluğu sübut olunmuş hökmlərə əməl etmək caizdir.

Kitablara iman etməyin böyük səmərələri vardır. Onlardan bəziləri aşağıdakılardır:

Birincisi: Allahın qullarına göstərdiyi qayğanı bilmək. Çünki O, hər bir qövmə, onları doğru yola yönəldən bir kitab endirmişdir.

İkincisi: Allahın Öz şəriətində olan hikmətini bilmək. Çünki O, hər bir ümmət üçün uyğun olan hökümlər təyin etmişdir.

Necə ki, Uca Allah buyurur:

﴿...لِكُلّٖ جَعَلۡنَا مِنكُمۡ شِرۡعَةٗ وَمِنۡهَاجٗا...

"Sizlərdən hər biriniz üçün bir şəriət və bir yol təyin etdik". (Maidə: 48).

Üçüncüsü: Bu mərhəmət və nəmətlərinə görə Allaha şükür etmək.

Elçilərə iman

Ərəb dilində "ər-Rusul" (elçilər) - rəsul sözünün cəmidir. Göndərilən - yəni bir şeyi təbliğ etmək üçün göndərilmiş elçi mənasını daşıyır.

Burada qəsd olunan məna isə - bəşərdən, ona şəriət (İlahi qanun) vəyh edilmiş və onu [başqa insanlara] çatdırmaqla əmr olunmuş kişilərdir.

Elçilərin ilk olanı Nuh (Allahın ona salamı olsun), sonuncusu isə, Muhəmməddir (Allahın salavatı və salamı onun üzərinə olsun).

Uca Allah buyurur:

﴿ إِنَّآ أَوۡحَيۡنَآ إِلَيۡكَ كَمَآ أَوۡحَيۡنَآ إِلَىٰ نُوحٖ وَٱلنَّبِيِّـۧنَ مِنۢ بَعۡدِهِ...

"Biz Nuha və ondan sonrakı peyğəmbərlərə vəhy etdiyimiz kimi sənə də vəhy etdik". (Nisa: 163).

Səhih Buxaridə Ənəs bin Malikdən (Allah ondan razı olsun) rəvayət edilən şəfaət hədisində Peyğəmbər (sallallahu əleyhi va səlləm) belə demişdir:

«ذُكِرَ أَنَّ النَّاسَ يَأْتُونَ إِلَى آدَمَ؛ لِيَشْفَعَ لَهُمْ، فَيَعْتَذِرُ إِلَيْهِمْ وَيَقُولُ: ائْتُوا نُوحًا أَوَّلَ رَسُولٍ بَعَثَهُ اللَّهُ» وذكر تمام الحديث.

"İnsanlar (Qiyamət günü) şəfaət üçün Adəmin yanına gələcəklər. Adəm isə üzr istəyərək (bundan imtina edərək) onlara belə deyəcəkdir: "Allahın göndərdiyi ilk peyğəmbər olan Nuhun yanına gedin". Hədisin ardı vardır.

Uca Allah, Muhəmməd (Allahın salavatı və salamı onun üzərinə olsun) haqda demişdir:

﴿مَّا كَانَ مُحَمَّدٌ أَبَآ أَحَدٖ مِّن رِّجَالِكُمۡ وَلَٰكِن رَّسُولَ ٱللَّهِ وَخَاتَمَ ٱلنَّبِيِّـۧنَ...

"Muhəmməd aranızdakı kişilərdən heç birinin atası deyildir. Lakin o, Allahın Elçisi və peyğəmbərlərin sonuncusudur. Allah hər şeyi bilir". (Əhzab: 40).

Elə bir ümmət olmamışdır ki, Uca Allah onlara ya müstəqil bir şəriətlə rəsul yaxud özündən əvvəlki bir rəsulun şəriəti ilə ona vəhy edilən — həmin şəriəti yeniləmək üçün göndərilən — bir peyğəmbər göndərməsin. Uca Allah buyurur:

﴿وَلَقَدۡ بَعَثۡنَا فِي كُلِّ أُمَّةٖ رَّسُولًا أَنِ ٱعۡبُدُواْ ٱللَّهَ وَٱجۡتَنِبُواْ ٱلطَّٰغُوتَ...

"Biz hər ümmətə: “Allaha ibadət edin, tağutdan uzaq olun”– (deyə), elçi göndərdik". (Nəhl: 36).

Uca Allah buyurur:

﴿...وَإِن مِّنۡ أُمَّةٍ إِلَّا خَلَا فِيهَا نَذِيرٞ

"Elə bir ümmət yoxdur ki, ona xəbərdar edən (bir peyğəmbər) gəlmiş olmasın". (Fatir: 24).

Uca Allah buyurur:

﴿إِنَّآ أَنزَلۡنَا ٱلتَّوۡرَىٰةَ فِيهَا هُدٗى وَنُورٞۚ يَحۡكُمُ بِهَا ٱلنَّبِيُّونَ ٱلَّذِينَ أَسۡلَمُواْ لِلَّذِينَ هَادُواْ...

"Şübhəsiz ki, Tövratı Biz nazil etmişik. Onda hidayət və nur vardır. (Allaha) təslim olan peyğəmbərlər yəhudilər üçün bununla, din xadimləri və baş keşişlər isə Allahın Kitabından qorunub saxlanılanlarla hökm verirdilər".

(Maidə: 44).

Rəsullar yaradılmış insanlardır. Onların Rəbbliyə və İlahlığa aid heç bir xüsusiyyətləri yoxdur. Uca Allah, rəsulların ən şərəflisi və Allah qatında ən üstün məqama sahib olan Peyğəmbəri Muhəmməd (sallallahu əleyhi va səlləm) haqqında belə buyurmuşdur:

﴿قُل لَّآ أَمۡلِكُ لِنَفۡسِي نَفۡعٗا وَلَا ضَرًّا إِلَّا مَا شَآءَ ٱللَّهُۚ وَلَوۡ كُنتُ أَعۡلَمُ ٱلۡغَيۡبَ لَٱسۡتَكۡثَرۡتُ مِنَ ٱلۡخَيۡرِ وَمَا مَسَّنِيَ ٱلسُّوٓءُۚ إِنۡ أَنَا۠ إِلَّا نَذِيرٞ وَبَشِيرٞ لِّقَوۡمٖ يُؤۡمِنُونَ 188

"De: “Mən, Allahın istədiyindən başqa özümə nə bir fayda, nə də bir zərər yetirməyə qadir deyiləm. Əgər qeybi bilsəydim, əlbəttə, (özüm üçün) xeyir artırardım və mənə pislik toxunmazdı. Mən sadəcə, iman gətirən bir camaat üçün qorxudan və müjdələyənəm”". (Əraf: 188).

"Uca Allah buyurur:

﴿قُلۡ إِنِّي لَآ أَمۡلِكُ لَكُمۡ ضَرّٗا وَلَا رَشَدٗا 21 قُلۡ إِنِّي لَن يُجِيرَنِي مِنَ ٱللَّهِ أَحَدٞ وَلَنۡ أَجِدَ مِن دُونِهِۦ مُلۡتَحَدًا 22

"De: “Mən sizə nə ziyan verməyə, nə də (sizi) doğru yola yönəltməyə qadirəm!” De: “Həqiqətən, məni Allahdan kimsə xilas edə bilməz və mən Ondan başqa bir pənah yeri tapa bilmərəm!".

(Cinn: 21-22).

Onlar da (elçilər və ya peyğəmbərlər) insanlar kimi xəstələnmək, ölmək, yemək-içməyə ehtiyac duymaq və s. bu kimi digər bəşəri xüsusiyyətlərə malikdirlər. Uca Allah, İbrahim peyğəmbərin (Aleyhissalam) Rəbbini vəsf etməsi barəsində belə buyurur:

﴿وَٱلَّذِي هُوَ يُطۡعِمُنِي وَيَسۡقِينِ 79 وَإِذَا مَرِضۡتُ فَهُوَ يَشۡفِينِ 80 وَٱلَّذِي يُمِيتُنِي ثُمَّ يُحۡيِينِ 81

"O Rəbb ki, məni yedirdir və içirdir. O Rəbb ki, xəstələndiyim zaman mənə şəfa verir. O Rəbb ki, məni öldürəcək, sonra dirildəcəkdir".

(Şuəra: 79-81).

Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) buyurub : "Lakin mən də sizin kimi bir insanam, sizin kimi mən də unuduram. Odur ki, unutsam, yadıma salın".

Uca Allah onları ən ali məqamlarda və təriflə yad etdiyi hallarda belə onları Özünə qul olaraq vəsf etmişdir. Nuh (Allahın salavatı və salamı onların üzərinə olsun) haqda Uca Allah buyurur:

﴿...إِنَّهُۥ كَانَ عَبۡدٗا شَكُورٗا

"Nuh doğrudan da (Bizə) minnətdar olan bir qul idi". (İsra: 3). Muhəmməd haqda Uca Allah buyurur:

﴿تَبَارَكَ ٱلَّذِي نَزَّلَ ٱلۡفُرۡقَانَ عَلَىٰ عَبۡدِهِۦ لِيَكُونَ لِلۡعَٰلَمِينَ نَذِيرًا 1

"Aləmləri xəbərdar etməsindən ötrü Öz quluna Furqanı (Quranı) nazil edən (Allah) necə də xeyirxahdır!". (Furqan: 1).

Uca Allah: İbrahim, İshaq və Yaqub (Allahın salavatı və salamı onların üzərinə olsun) haqqında belə buyurur:

﴿وَٱذۡكُرۡ عِبَٰدَنَآ إِبۡرَٰهِيمَ وَإِسۡحَٰقَ وَيَعۡقُوبَ أُوْلِي ٱلۡأَيۡدِي وَٱلۡأَبۡصَٰرِ 45 إِنَّآ أَخۡلَصۡنَٰهُم بِخَالِصَةٖ ذِكۡرَى ٱلدَّارِ 46 وَإِنَّهُمۡ عِندَنَا لَمِنَ ٱلۡمُصۡطَفَيۡنَ ٱلۡأَخۡيَارِ 47

"Qüdrət və bəsirət sahibi olan qullarımız İbrahimi, İshaqı və Yəqubu da yada sal! Biz onları Axirət yurdunu sadiq ürəklə andıqlarına görə seçdik. Həqiqətən, onlar Bizim yanımızda seçilmiş ən yaxşı kimsələrdəndirlər". (Sad: 45-47).

Uca Allah, Məryam oğlu İsa haqqında belə buyurur:

﴿إِنۡ هُوَ إِلَّا عَبۡدٌ أَنۡعَمۡنَا عَلَيۡهِ وَجَعَلۡنَٰهُ مَثَلٗا لِّبَنِيٓ إِسۡرَٰٓءِيلَ 59

"O, yalnız nemət verdiyimiz və İsrail oğullarına örnək etdiyimiz bir quldur". (Zuxruf: 59).

Elçilərə iman özündə dörd amili cəm edir:

Birinci: Onların risalətlərinin Uca Allahdan olan haqq olduğuna iman etmək. Kim onlardan birinin risalətini inkar edərsə, bütün rəsulların risalətini inkar etmiş olar. Uca Allah buyurur:

﴿كَذَّبَتۡ قَوۡمُ نُوحٍ ٱلۡمُرۡسَلِينَ 105

(Nuh qövmü də elçiləri yalançı saydı). (Şuəra: 105). Uca Allah bu ayədə onları bütün rəsulları inkar edənlər etdi. Halbuki onlar inkar etdikləri zaman Nuhdan başqa heç bir peyğəmbər yox idi. Buna görə də, Muhəmməd Peyğəmbəri (səllallahu əleyhi va səlləm) inkar edən və onun ardınca getməyən nəsranilər (xristianlar), həqiqətdə İsa Məryəm oğlu Məsihi də inkar edən, ona da itaət etməyən və onun ardınca getməyən kimsələrdir. Xüsusilə İsa Məsih onlara Muhəmməd Peyğəmbər (səllallahu əleyhi va səlləm) haqqında müjdə vermişdir. İsanın onları Muhəmməd Peyğəmbərlə (səllallahu əleyhi va səlləm) müjdələməsinin yeganə mənası, Onun, Allah tərəfindən onlara göndərilən bir elçi olduğunu bildirməsi və Allah onları, Muhəmməd Peyğəmbər (səllallahu əleyhi va səlləm) vasitəsi ilə zəlalətdən qurtarıb, doğru yola yönəltməsidir.

İkincisi: Muhəmməd, İbrahim, Musa, İsa və Nuh (Onlara Allahın salatı və salamı olsun) kimi adını bildiyimiz peyğəmbərlərə adları ilə iman etmək. Bu beş peyğəmbər, "Ulul-Azm" (qəti iradə sahibi) rəsullardır. Uca Allah onları Qurani-Kərimdə iki yerdə zikr edərək belə buyurmuşdur:

﴿وَإِذۡ أَخَذۡنَا مِنَ ٱلنَّبِيِّـۧنَ مِيثَٰقَهُمۡ وَمِنكَ وَمِن نُّوحٖ وَإِبۡرَٰهِيمَ وَمُوسَىٰ وَعِيسَى ٱبۡنِ مَرۡيَمَۖ وَأَخَذۡنَا مِنۡهُم مِّيثَٰقًا غَلِيظٗا 7

"Bir zaman Biz peyğəmbərlərdən əhd almışıq. Səndən də, Nuhdan da, İbrahimdən də, Musadan da, Məryəm oğlu İsadan da! Biz onlardan möhkəm bir əhd almışıq". (Əhzab: 7).

﴿شَرَعَ لَكُم مِّنَ ٱلدِّينِ مَا وَصَّىٰ بِهِۦ نُوحٗا وَٱلَّذِيٓ أَوۡحَيۡنَآ إِلَيۡكَ وَمَا وَصَّيۡنَا بِهِۦٓ إِبۡرَٰهِيمَ وَمُوسَىٰ وَعِيسَىٰٓۖ أَنۡ أَقِيمُواْ ٱلدِّينَ وَلَا تَتَفَرَّقُواْ فِيهِۚ كَبُرَ عَلَى ٱلۡمُشۡرِكِينَ مَا تَدۡعُوهُمۡ إِلَيۡهِۚ ٱللَّهُ يَجۡتَبِيٓ إِلَيۡهِ مَن يَشَآءُ وَيَهۡدِيٓ إِلَيۡهِ مَن يُنِيبُ 13

"(Allah) Nuha tövsiyə etdiyini, sənə vəhy etdiyimizi, İbrahimə, Musaya və İsaya tövsiyə etdiyimizi sizin üçün də dində qanun etdi: “Dinə doğru-düzgün etiqad edin və onda bölünüb firqə-firqə olmayın!” Sənin dəvət etdiyin (tövhid) müşriklərə ağır gəldi. Allah istədiyi kəsi Özü üçün seçər və (Ona) üz tutanı Özünə tərəf yönəldər". (Şura: 13).

Onlardan, adlarını bilmədiklərimizə gəldikdə isə, onlara ümumi şəkildə iman edirik. Bu xüsusda Uca Allah buyurur:

﴿وَلَقَدۡ أَرۡسَلۡنَا رُسُلٗا مِّن قَبۡلِكَ مِنۡهُم مَّن قَصَصۡنَا عَلَيۡكَ وَمِنۡهُم مَّن لَّمۡ نَقۡصُصۡ عَلَيۡكَۗ...

"Biz səndən əvvəl də elçilər göndərmişdik. Onlardan bəziləri haqqında sənə danışmış, bəziləri haqqında isə danışmamışıq". (Ğafir: 78).

Üçüncüsü: Onlardan varid olan səhih xəbərlərə inanmaq.

Dördüncü: Onlardan bizə göndərilən, Peyğəmbərlərin sonuncusu olan və bütün insanlara elçi olaraq göndərilmiş Muhəmməd Peyğəmbərin (səllallahu əleyhi və səlləm) şəriəti ilə əməl etmək. Uca Allah belə buyurur:

﴿فَلَا وَرَبِّكَ لَا يُؤۡمِنُونَ حَتَّىٰ يُحَكِّمُوكَ فِيمَا شَجَرَ بَيۡنَهُمۡ ثُمَّ لَا يَجِدُواْ فِيٓ أَنفُسِهِمۡ حَرَجٗا مِّمَّا قَضَيۡتَ وَيُسَلِّمُواْ تَسۡلِيمٗا 65

"Xeyr! Sənin Rəbbinə and olsun ki, onlar öz aralarında baş verən çəkişmələrdə səni hakim hesab etməyincə, sonra da verdiyin hökmlərə görə özlərində bir sıxıntı duymadan tam təslim olmayınca iman gətirmiş olmazlar". (Nisa: 65).

Elçilərə iman etməyin böyük səmərələri vardri. Onlardan bəziləri bunlardır:

Birinci: Uca Allahın mərhəmətini və bəndələrinə olan qayğısını dərk etmək. Belə ki, O, insanlara doğru yolu göstərmək və Ona necə ibadət etməli olduqlarını izah etmək üçün peyğəmbərlər göndərmişdir. Çünki insan ağlı bunları təkbaşına tam şəkildə əsla dərk edə bilməz.

İkincisi: Bu əzəmətli nemətinə görə Uca Allaha şükr etmək.

Üçüncü: Elçiləri (Allahın onlara salavatı və salamı olsun) sevmək, onları ucaldıb təqdir etmək və onlara layiq şəkildə təriflə yad etmək. Çünki onlar Allahın elçiləridir. Onun ibadətini layiqincə yerinə yetirmiş, risalətini insanlara çatdırmış və bəndələrinə səmimi nəsihət vermişlər.

İnadkarlar, Allahın, onlara göndərdiyi elçilərinin insan ola bilməyəcəyini iddia edərək - peyğəmbərləri təkzib etdilər. Uca Allah isə onların bu boş iddiasını zikr etmiş və bu batil fikri rədd edərək Qurani-Kərimdə belə buyurmuşdur:

﴿وَمَا مَنَعَ ٱلنَّاسَ أَن يُؤۡمِنُوٓاْ إِذۡ جَآءَهُمُ ٱلۡهُدَىٰٓ إِلَّآ أَن قَالُوٓاْ أَبَعَثَ ٱللَّهُ بَشَرٗا رَّسُولٗا94 قُل لَّوۡ كَانَ فِي ٱلۡأَرۡضِ مَلَٰٓئِكَةٞ يَمۡشُونَ مُطۡمَئِنِّينَ لَنَزَّلۡنَا عَلَيۡهِم مِّنَ ٱلسَّمَآءِ مَلَكٗا رَّسُولٗا 95

"İnsanlara doğru yolu göstərən rəhbər gəldiyi zaman onların iman gətirməsinə ancaq: “Allah bir insanımı elçi göndərdi?”– demələri mane oldu. De: “Əgər yer üzündə arxayın gəzib dolaşanlar mələklər olsaydı, əlbəttə, onlara göydən bir mələk (elçi) göndərərdik”". (İsra: 94-95).

Beləliklə, Uca Allah bu iddianı batil saydı. Rəsul mütləq insan olmalıdır. Çünki rəsul, yer üzündə yaşayan insanlara elçi göndərilir və onlar da insandır. Əgər yer üzündə yaşayan mələklər olsaydı, bu zaman, Allah, onlara göydən özlərinə bənzər olan bir mələk göndərərdi. Allahın elçilərini yalanlayanlar haqda Uca Allah buyurur:

﴿...إِنۡ أَنتُمۡ إِلَّا بَشَرٞ مِّثۡلُنَا تُرِيدُونَ أَن تَصُدُّونَا عَمَّا كَانَ يَعۡبُدُ ءَابَآؤُنَا فَأۡتُونَا بِسُلۡطَٰنٖ مُّبِينٖ 10 قَالَتۡ لَهُمۡ رُسُلُهُمۡ إِن نَّحۡنُ إِلَّا بَشَرٞ مِّثۡلُكُمۡ وَلَٰكِنَّ ٱللَّهَ يَمُنُّ عَلَىٰ مَن يَشَآءُ مِنۡ عِبَادِهِۦۖ وَمَا كَانَ لَنَآ أَن نَّأۡتِيَكُم بِسُلۡطَٰنٍ إِلَّا بِإِذۡنِ ٱللَّهِ...

"Onlar dedilər: “Siz də bizim kimi ancaq bir insansınız. Bizi atalarımızın ibadət etdiklərindən döndərmək istəyirsiniz. Elə isə bizə açıq-aydın bir dəlil gətirin”. Elçiləri (onlara) dedilər: “Biz də sizin kimi bir insanıq. Lakin Allah Öz qullarından istədiyinə lütfkarlıq edir. Allahın izni olmadan biz sizə heç bir dəlil gətirə bilmərik". (İbrahim: 10-11).

Axirət gününə iman

Axirət günü - insanların hesab və cəzə üçün dirildəcəkləri Qiyamət günüdür.

Özündən sonra heç bir günün olmaması səbəbindən belə adlandırılmışdır. Çünki, Cənnət əhli öz mənzillərində qərar tutacaq, Cəhənnəm əhli isə, öz mənzillərində.

Axirət gününə iman özündə üç məsələni əhatə (ehtiva) edir:

Birinci: Öldükdən sonra yenidən dirilməyə iman etmək. Bu, ikinci dəfə sura üfürüldüyü zaman ölülərin dirildilməsidir. Həmin anda insanlar, ayaqyalın, paltarsız olaraq lüt və sünnətsiz halda aləmlərin Rəbbi üçün qəbirlərindən ayağa qalxacaqlar. Uca Allah buyurur:

﴿...كَمَا بَدَأۡنَآ أَوَّلَ خَلۡقٖ نُّعِيدُهُۥۚ وَعۡدًا عَلَيۡنَآۚ إِنَّا كُنَّا فَٰعِلِينَ

"(Məxluqatı) ilk dəfə yaratdığımız kimi yenə əvvəlki halına qaytaracağıq. Biz vəd vermişik. Sözsüz ki, Biz onu yerinə yetirəcəyik".

(Ənbiya: 104).

Dirilmə - haqqdır və sabitdir. Onun haqq və sabit olmasına Qurani-Kərim, Sünnət və bütün müsəlmanların icması (ittifaqı) dəlalət edir.

Uca Allah buyurur:

﴿ثُمَّ إِنَّكُم بَعۡدَ ذَٰلِكَ لَمَيِّتُونَ 15 ثُمَّ إِنَّكُمۡ يَوۡمَ ٱلۡقِيَٰمَةِ تُبۡعَثُونَ 16

"Şübhəsiz ki, bundan sonra siz mütləq öləcəksiniz. Sonra da Qiyamət günü dirildiləcəksiniz". (Muminun: 15-16).

Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) buyurur: "Qiyamət günü insanlar ayaqyalın, çılpaq və sünnətsiz olaraq həşr ediləcəklər". Hədisi Buxari və Müslim rəvayət etmişdir.

Müsəlmanlar öldükdən sonra dirilmənin sabit olduğunda dair ittifaq ediblər. Bu, həm də İlahi hikmətin tələbidir. Çünki Uca Allah, Öz elçiləri vasitəsilə göndərdiyi ilahi hökmlərə uyğun olaraq etdikləri əməllərin əvəzini — [istər mükafat, istərsə də əzab şəklində] — onlara versin deyə, bu məxluqat üçün bir axirət yurdu müəyyən etmişdir. Uca Allah buyurur:

﴿أَفَحَسِبۡتُمۡ أَنَّمَا خَلَقۡنَٰكُمۡ عَبَثٗا وَأَنَّكُمۡ إِلَيۡنَا لَا تُرۡجَعُونَ 115

"Yoxsa elə hesab edirdiniz ki, sizi əbəs yerə yaratmışıq və siz (heç vaxt) Bizə qaytarılmayacaqsınız?”. (Muminun: 115). Peyğəmbərinə (Allahın salavatı və salamı onun üzərinə olsun) demişdir:

﴿إِنَّ ٱلَّذِي فَرَضَ عَلَيۡكَ ٱلۡقُرۡءَانَ لَرَآدُّكَ إِلَىٰ مَعَادٖ...

"Quranı sənə nazil edib vacib buyuran (Allah) qayıdacağın yerə (Məkkəyə, yaxud Axirət yurduna) səni mütləq qaytaracaqdır". (Qasas: 85).

İkinci: İnsanların əməllərinə görə hesaba çəkiləcəklərinə və bu əməllərin nəticəsi olaraq mükafatlandırılacaqlarına və ya cəzalandırılacaqlarına iman etmək. Qul öz əməllərinə görə hesaba çəkiləcək və buna görə mükafat və ya cəza alacaqdır. Bu məsələyə Qurani-Kərim, Sünnə və müsəlmanların icması (ittifaqı) dəlalət edir.

Uca Allah buyurur:

﴿إِنَّ إِلَيۡنَآ إِيَابَهُمۡ 25 ثُمَّ إِنَّ عَلَيۡنَا حِسَابَهُم 26

"Şübhəsiz ki, onların dönüşü Bizədir. Sonra onları sorğu-suala çəkmək də Bizə aiddir".

(Ğaşiyə: 25 - 26). Uca Allah buyurur:

﴿مَن جَآءَ بِٱلۡحَسَنَةِ فَلَهُۥ عَشۡرُ أَمۡثَالِهَاۖ وَمَن جَآءَ بِٱلسَّيِّئَةِ فَلَا يُجۡزَىٰٓ إِلَّا مِثۡلَهَا وَهُمۡ لَا يُظۡلَمُونَ 160

"Kim (Qiyamət günü) yaxşılıq gətirərsə, ona gətirdiyinin on qat əvəzi verilər. Kim pislik gətirərsə, ona ancaq gətirdiyinin misli qədər cəza verilər. Onlara haqsızlıq edilməz". (Ənam: 160).

Uca Allah buyurur:

﴿وَنَضَعُ ٱلۡمَوَٰزِينَ ٱلۡقِسۡطَ لِيَوۡمِ ٱلۡقِيَٰمَةِ فَلَا تُظۡلَمُ نَفۡسٞ شَيۡـٔٗاۖ وَإِن كَانَ مِثۡقَالَ حَبَّةٖ مِّنۡ خَرۡدَلٍ أَتَيۡنَا بِهَاۗ وَكَفَىٰ بِنَا حَٰسِبِينَ 47

"Biz qiyamət günü ədalət tərəziləri ilə haqq-hesab çəkəcəyik. Heç kimə hər hansı bir şeydə ədalətsizlik edilməyəcəkdir. (Görülmüş iş) bir xardal dənəsi mislində olsa belə, onu gətirib (tərəziyə) qoyacağıq. Biz haqqı araşdırmağa bəs edərik". (Ənbiya: 47).

Rəvayət edilir ki, İbn Ömər (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) belə demişdir: “Allah mömini Özünə tərəf yaxınlaşdıracaq, onun üstünə öz himayəsini — yəni örtüyünü — salar və onu (günahlarını) gizlədər və ona: “Filan günahı (etdiyini) bilirsənmi? Filan günahı (etdiyini) bi­lir­sənmi?– deyə soruşacaq. (Mömin): “Bəli, ey Rəbbim!– deyə cavab verə­cək. Nəhayət, Allah ona günahlarını etiraf etdirdikdə və o, öz-özlüyündə həlak olduğunu güman etdikdə Allah buyuracaq: “Dünyada sənin günah­la­rı­nı örtdüm və bu gün də Mən sənin günahlarını bağışlayıram. Son­ra ona (içində) yaxşı əməlləri yazılmış bir kitab veriləcək. Kafirə və mü­na­­fiqlərə gəldikdə isə, (onların əməllərinə) şahid olanlar deyəcəklər: "Bunlar Rəbbinə iftira yaxan­lar­dır" – deyəcəklər. Allahın lənəti olsun za­lımlara!". Hədisi Buxari və Müslim rəvayət etmişdir.

Peyğəmbər (sallallahu əleyhi va səlləm) səhih bir hədisdə belə buyurmuşdur: "Əgər bir kəs xeyir əməli istəyib onu edərsə, Allah Öz dərgahında həmin şəxs üçün bu yaxşılığı on mislindən yeddi yüz mislinə qədər, hətta daha çox yazar. Əgər bir kəs pis bir əməli etmək istəyər və edərsə, Allah sadəcə onun üçün bunu bir günah olaraq yazar".

Müsəlmanlar Qiyamət günündə insanların əməllərinə görə hesaba çəkiləcəyini və buna görə mükafat və ya cəza alacağına icma ediblər. Bu, İlahi hikmətin tələbidir. Çünki Uca Allah kitabları nazil etmiş, peyğəmbərləri göndərmiş, qullara onların gətirdiklərini qəbul etməyi və ona uyğun əməl etməyi vacib etmişdir. Uca Allah həmçinin, Onun dininə qarşı çıxanlarla döyüşməyi vacib etmiş, onların canlarını, zürriyyətlərini, qadınlarını və mallarını halal etmişdir. Əgər hesaba çəkilmə və mükafat-cəza olmasaydı, bu, Uca və Hikmət Sahibi olan Rəbbə layiq olmayan, mənasız və boş bir iş olardı. Uca Allah bu həqiqətə işarə edərək belə buyurmuşdur:

﴿فَلَنَسۡـَٔلَنَّ ٱلَّذِينَ أُرۡسِلَ إِلَيۡهِمۡ وَلَنَسۡـَٔلَنَّ ٱلۡمُرۡسَلِينَ 6 فَلَنَقُصَّنَّ عَلَيۡهِم بِعِلۡمٖۖ وَمَا كُنَّا غَآئِبِينَ 7

"Biz, mütləq elçi göndərilən ümməti və göndərilmiş elçiləri sorğu-suala tutacağıq. Onlara (etdikləri əməlləri barədə) Öz elmimizlə bildirəcəyik. Axı Biz qaib deyildik". (Əraf: 6-7).

Üçüncüsü: Cənnət və Cəhənnəmə iman etmək və oranın yaradılmışlar üçün əbədi qalacaq yer olması.

Cənnət - Uca Allahın, ixlasla İman gətirilməsi vacib olanlara iman gətirərək, Allah və onun elçisinə itaət edərək, Allahın elçisinə tabe olan və Allahdan qorxan möminlər üçün hazırladığı və içərisində müxtəlif növ, göz görməyən və qulaq eşitməyən və bir kəsin ağlına belə gələ bilməyən nemətlərlə dolu olan məkandır. Uca Allah buyurur:

﴿إِنَّ ٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّٰلِحَٰتِ أُوْلَٰٓئِكَ هُمۡ خَيۡرُ ٱلۡبَرِيَّةِ 7 جَزَآؤُهُمۡ عِندَ رَبِّهِمۡ جَنَّٰتُ عَدۡنٖ تَجۡرِي مِن تَحۡتِهَا ٱلۡأَنۡهَٰرُ خَٰلِدِينَ فِيهَآ أَبَدٗاۖ رَّضِيَ ٱللَّهُ عَنۡهُمۡ وَرَضُواْ عَنۡهُۚ ذَٰلِكَ لِمَنۡ خَشِيَ رَبَّهُۥ 8

"Şübhəsiz ki, iman gətirib yaxşı işlər görənlər məxluqların ən yaxşısıdırlar. Onların Rəbbinin yanındakı mükafatı (ağacları) altından çaylar axan, içində əbədi qalacaqları Ədn bağlarıdır. Allah onlardan razıdır, onlar da Ondan razıdırlar. Bu (nemətlər), Rəbbindən qorxan kimsələrdən ötrüdür!". (Beyyinə: 8). Uca Allah buyurur:

﴿فَلَا تَعۡلَمُ نَفۡسٞ مَّآ أُخۡفِيَ لَهُم مِّن قُرَّةِ أَعۡيُنٖ جَزَآءَۢ بِمَا كَانُواْ يَعۡمَلُونَ 17

"Etdikləri əməllərin mükafatı olaraq onlar üçün gözlərinə sevinc gətirəcək nələr saxlandığını heç kəs bilmir". (Səcdə: 17).

Cəhənnəmə gəldikdə, ora - Uca Allahın, Ona iman gətirməyib və elçilərinə asi olan zalım kafirlər üçün hazırladığı və içərisində müxtəlif növ ağlın təsəvvür edə bilməyəcək ağrı və əzablarla dolu olan bir məskəndir.

Uca Allah bu xüsusda buyurur:

﴿...وَٱتَّقُواْ ٱلنَّارَ ٱلَّتِيٓ أُعِدَّتۡ لِلۡكَٰفِرِينَ

"Kafirlər üçün hazırlanmış Oddan çəkinin".

(Ali-İmran: 131). Uca Allah buyurur:

﴿وَقُلِ ٱلۡحَقُّ مِن رَّبِّكُمۡۖ فَمَن شَآءَ فَلۡيُؤۡمِن وَمَن شَآءَ فَلۡيَكۡفُرۡۚ إِنَّآ أَعۡتَدۡنَا لِلظَّٰلِمِينَ نَارًا أَحَاطَ بِهِمۡ سُرَادِقُهَاۚ وَإِن يَسۡتَغِيثُواْ يُغَاثُواْ بِمَآءٖ كَٱلۡمُهۡلِ يَشۡوِي ٱلۡوُجُوهَۚ بِئۡسَ ٱلشَّرَابُ وَسَآءَتۡ مُرۡتَفَقًا 29

"De: “Haqq Rəbbiniz tərəfindəndir. Kim istəyir inansın, kim də istəyir inanmasın”. Biz zalımlar üçün elə bir Od hazırlamışıq ki, onun divarları onları əhatə edəcəkdir. Onlar kömək dilədikdə əridilmiş metal kimi üzlərini qovuran bir su ilə kömək ediləcəkdir. Nə pis içkidir! Nə pis məskəndir!" (Kəhf: 29).

Uca Allah buyurur:

﴿إِنَّ ٱللَّهَ لَعَنَ ٱلۡكَٰفِرِينَ وَأَعَدَّ لَهُمۡ سَعِيرًا 64 خَٰلِدِينَ فِيهَآ أَبَدٗاۖ لَّا يَجِدُونَ وَلِيّٗا وَلَا نَصِيرٗا 65 يَوۡمَ تُقَلَّبُ وُجُوهُهُمۡ فِي ٱلنَّارِ يَقُولُونَ يَٰلَيۡتَنَآ أَطَعۡنَا ٱللَّهَ وَأَطَعۡنَا ٱلرَّسُولَا۠66

"Həqiqətən, Allah kafirləri lənətləmiş və onlar üçün (yaxıb-yandıran) Od hazırlamışdır. Onlar orada əbədi qalacaq, (özlərinə) nə bir himayəçi, nə də bir yardımçı tapa bilməyəcəklər. Üzləri odda o yan-bu yana döndəriləcəyi gün onlar deyəcəklər: “Kaş biz Allaha ibadət edəydik, Onun elçisinə müti olaydıq!”" (Əhzab: 64-66).

Axirət gününə iman gətirməyin böyük səmərələri vardır. Onlardan:

Birincisi: Axirət günü savabını umaraq itaət etməyə rəğbətin olması və ona həris olmaq.

İkincisi: Axirət günü cəzanın olmasından qorxaraq, günah işi görmək və ona razılıq göstərməkdən çəkinmək.

Üçüncüsü: Mömin, axirətdə gözlədiyi nemət və mükafatlara ümid etdiyindən, dünyada itirdiklərinə görə özündə təsəlli tapması.

Kafirlər, ölümdən sonra həşr olunmağın mümkünsüz olduğunu iddia edərək, onu inkar edirlər.

Bu iddia batildir (yanlışdır). Onun batil olduğunu şəriət, hiss (müşahidə) və ağıl dəlalət edir.

Şəriətə gəldikdə isə, Uca Allah belə buyurmuşdur:”Kafir olanlar heç vaxt di­rildil­mə­yə­cəklərini iddia edir­lər. De:

﴿زَعَمَ ٱلَّذِينَ كَفَرُوٓاْ أَن لَّن يُبۡعَثُواْۚ قُلۡ بَلَىٰ وَرَبِّي لَتُبۡعَثُنَّ ثُمَّ لَتُنَبَّؤُنَّ بِمَا عَمِلۡتُمۡۚ وَذَٰلِكَ عَلَى ٱللَّهِ يَسِيرٞ 7

“Xeyr, Rəb­bimə and ol­sun ki, siz mütləq dirildi­lə­cək­siniz. Sonra isə etdiyiniz əməl­lər sizə xəbər veriləcək­. Bu, Allah üçün çox asan­dır!”. (Təğabun: 7). Bunun haqq olmasında bütün səmavi kitablar ittifaq etmişdir.

Hissə (müşahidəyə) gəldikdə isə: Uca Allah bu dünyada qullarına ölülərin dirildilməsini göstərmişdir. Bəqərə surəsində bu barədə beş misal vardır. Onlar bu ayələrdir:

Birinci misal: Musa qövmü ona belə dedikləri zaman:

﴿...لَن نُّؤۡمِنَ لَكَ حَتَّىٰ نَرَى ٱللَّهَ جَهۡرَةٗ ...

"Biz Allahı açıq-aşkar görməyincə sənə iman gətirməyəcəyik!". (Bəqərə: 55). Uca Allah onları öldürdü, sonra isə diriltdi. Bu mövzuda Uca Allah İsrail övladlarına xitab edərək, buyurur:

﴿وَإِذۡ قُلۡتُمۡ يَٰمُوسَىٰ لَن نُّؤۡمِنَ لَكَ حَتَّىٰ نَرَى ٱللَّهَ جَهۡرَةٗ فَأَخَذَتۡكُمُ ٱلصَّٰعِقَةُ وَأَنتُمۡ تَنظُرُونَ 55 ثُمَّ بَعَثۡنَٰكُم مِّنۢ بَعۡدِ مَوۡتِكُمۡ لَعَلَّكُمۡ تَشۡكُرُونَ 56

"O zaman siz: “Ey Musa! Biz Allahı açıq-aşkar görməyincə sənə iman gətirməyəcəyik!”– dediniz və gözünüz görə-görə sizi ildırım vurdu. Ölümünüzdən sonra Biz sizi diriltdik ki, bəlkə şükür edəsiniz". (Bəqərə: 56).

İkinci misal: Bu, İsrail övladlarnın bir qətl hadisəsi üzərində mübahisə etdikləri hekayədədir. Uca Allah onlara bir inək kəsməyi və onun bir hissəsini ölüyə vurmağı əmr etdi ki, beləliklə o, [dirilib] onu öldürəni onlara bildirsin. Uca Allah bu barədə belə buyurur:

﴿وَإِذۡ قَتَلۡتُمۡ نَفۡسٗا فَٱدَّٰرَٰءۡتُمۡ فِيهَاۖ وَٱللَّهُ مُخۡرِجٞ مَّا كُنتُمۡ تَكۡتُمُونَ 72 فَقُلۡنَا ٱضۡرِبُوهُ بِبَعۡضِهَاۚ كَذَٰلِكَ يُحۡيِ ٱللَّهُ ٱلۡمَوۡتَىٰ وَيُرِيكُمۡ ءَايَٰتِهِۦ لَعَلَّكُمۡ تَعۡقِلُونَ 73

"O zaman siz bir nəfəri öldürmüşdünüz və onun (qatili) barəsində mübahisə edirdiniz. Allah isə sizin gizlətdiklərinizi aşkara çıxarar. Biz dedik: “(inəyin) bir parçasını ona (ölüyə) vurun!” Allah ölüləri bu cür dirildir və Öz ayələrini sizə göstərir ki, bəlkə anlayasınız". (Bəqərə: 72-73).

Üçüncü misal: Bu, ölüm qorxusundan yaşadıqları yurdlarından çıxan və sayı minlərlə olan bir qövmün hekayəsidir. Uca Allah onları öldürdü, sonra isə diriltdi. Uca Allah bu barədə belə buyurur:

﴿أَلَمۡ تَرَ إِلَى ٱلَّذِينَ خَرَجُواْ مِن دِيَٰرِهِمۡ وَهُمۡ أُلُوفٌ حَذَرَ ٱلۡمَوۡتِ فَقَالَ لَهُمُ ٱللَّهُ مُوتُواْ ثُمَّ أَحۡيَٰهُمۡۚ إِنَّ ٱللَّهَ لَذُو فَضۡلٍ عَلَى ٱلنَّاسِ وَلَٰكِنَّ أَكۡثَرَ ٱلنَّاسِ لَا يَشۡكُرُونَ243

"Minlərlə (adam) olduqları halda ölüm qorxusundan yurdlarından didərgin düşüb gedənləri görmədinmi? Allah onlara: “Ölün!”– dedi. Sonra isə onları diriltdi. Doğrudan da, Allah insanlara qarşı lütfkardır, lakin insanların çoxu (buna) şükür etmir". (Bəqərə: 243).

Dördüncü misal: Bu, viranə qalmış və ölü bir kəndin yanından keçən şəxsin hekayəsidir. O, Allahın bu kəndi (yenidən) dirildə biləcəyini uzaq bir ehtimal kimi görmüşdü. Allah onu yüz il müddətinə öldürdü, sonra isə diriltdi. Uca Allah bu barədə belə buyurur:

﴿أَوۡ كَٱلَّذِي مَرَّ عَلَىٰ قَرۡيَةٖ وَهِيَ خَاوِيَةٌ عَلَىٰ عُرُوشِهَا قَالَ أَنَّىٰ يُحۡيِۦ هَٰذِهِ ٱللَّهُ بَعۡدَ مَوۡتِهَاۖ فَأَمَاتَهُ ٱللَّهُ مِاْئَةَ عَامٖ ثُمَّ بَعَثَهُۥۖ قَالَ كَمۡ لَبِثۡتَۖ قَالَ لَبِثۡتُ يَوۡمًا أَوۡ بَعۡضَ يَوۡمٖۖ قَالَ بَل لَّبِثۡتَ مِاْئَةَ عَامٖ فَٱنظُرۡ إِلَىٰ طَعَامِكَ وَشَرَابِكَ لَمۡ يَتَسَنَّهۡۖ وَٱنظُرۡ إِلَىٰ حِمَارِكَ وَلِنَجۡعَلَكَ ءَايَةٗ لِّلنَّاسِۖ وَٱنظُرۡ إِلَى ٱلۡعِظَامِ كَيۡفَ نُنشِزُهَا ثُمَّ نَكۡسُوهَا لَحۡمٗاۚ فَلَمَّا تَبَيَّنَ لَهُۥ قَالَ أَعۡلَمُ أَنَّ ٱللَّهَ عَلَىٰ كُلِّ شَيۡءٖ قَدِيرٞ 259

"Və ya (damları) uçulub xarabalığa çevrilmiş bir kəndin yanından keçən kimsənin (hekayətini) bilmirsənmi? O demişdi: “Allah bu kəndi ölümündən sonra necə dirildəcək?” Allah onu öldürüb yüz il saxladı, sonra da dirildib dedi: “Nə qədər qaldın?” O dedi: “Bir gün yaxud bir gündən də az qaldım!” (Allah) dedi: “Əksinə, sən yüz il qaldın. Öz yeməyinə və içdiyin suya bax, hələ də xarab olmayıb. Uzunqulağına da bax! Biz səni insanlar üçün bir dəlil etdik. Sümüklərə bax, gör Biz onları necə bir-birinə birləşdirir, sonra da onların üstünü ətlə örtürük”. Ona (həqiqət) bəlli olduqda: “Mən artıq bilirəm ki, Allah hər şeyə qadirdir!”– dedi". (Bəqərə: 259).

Beşinci misal: Bu, İbrahim Xəlilin Allahdan ölüləri necə dirildiyini göstərməsini istəməsi hekayəsidir. Uca Allah ona dörd quşu kəsməyi, onları parçalayaraq ətrafındakı dağlara səpələməyi, sonra isə onları çağırmağı əmr etdi. Quşların parçaları bir-birinə birləşdi və onlar səy edərək tələsik İbrahimin yanına gəldilər. Uca Allah bu barədə belə buyurur:

﴿وَإِذۡ قَالَ إِبۡرَٰهِـۧمُ رَبِّ أَرِنِي كَيۡفَ تُحۡيِ ٱلۡمَوۡتَىٰۖ قَالَ أَوَلَمۡ تُؤۡمِنۖ قَالَ بَلَىٰ وَلَٰكِن لِّيَطۡمَئِنَّ قَلۡبِيۖ قَالَ فَخُذۡ أَرۡبَعَةٗ مِّنَ ٱلطَّيۡرِ فَصُرۡهُنَّ إِلَيۡكَ ثُمَّ ٱجۡعَلۡ عَلَىٰ كُلِّ جَبَلٖ مِّنۡهُنَّ جُزۡءٗا ثُمَّ ٱدۡعُهُنَّ يَأۡتِينَكَ سَعۡيٗاۚ وَٱعۡلَمۡ أَنَّ ٱللَّهَ عَزِيزٌ حَكِيمٞ 260

"Bir zaman İbrahim: “Ey Rəbbim, ölüləri necə diriltdiyini mənə göstər!”– dedi. (Rəbbi ona): “Məgər sən inanmırsan?”– dedi. (İbrahim) dedi: “Əlbəttə (inanıram!) Amma (istəyirəm ki,) qəlbim rahat olsun”. (Allah) buyurdu: “Quşlardan dördünü tut və onları özünə tərəf çəkib tikə-tikə et. Sonra hər dağın başına onlardan bir parça qoy, sonra da onları çağır, tez sənin yanına gələcəklər. Bil ki, Allah Qüdrətlidir, Müdrikdir!”" (Bəqərə: 260).

Bunlar, ölülərin dirildilməsinin mümkün olduğuna dəlalət edən hissi (gözlə görünən) və gerçək nümunələrdir. Daha əvvəl də İsa bin Mərimin (Aleyhissalam) – Allahın izni ilə – ölüləri diriltməsi və onları qəbirdən çıxarması barədə Uca Allahın ayətlərinə işarə edilmişdir.

Əqli dəlillərə gəldikdə isə bu, iki tərəflidir:

Birincisi: Uca Allahın, yerlərin və göylərin və onların daxilində olan hər bir şeyin heç nədən ilk Xəlq edəni və Yaradanı Olması. Heç nədən, ilk yaratmaqa qadir Olan isə bir dəfə yaratdıqdan sonra, təkrar yaratmaqdan aciz ola bilməz. Uca Allah buyurur:

{وَهُوَ الَّذِي يَبْدَأُ الْخَلْقَ ثُمَّ يُعِيدُهُ وَهُوَ أَهْوَنُ عَلَيْهِ}

"Məxluqatı ilk dəfə (yoxdan) yaradan, sonra onu bir daha təkrarlayan Odur. Bu da Onun üçün çox asandır". (Rum: 27).

Uca Allah buyurur:

﴿...كَمَا بَدَأۡنَآ أَوَّلَ خَلۡقٖ نُّعِيدُهُۥۚ وَعۡدًا عَلَيۡنَآۚ إِنَّا كُنَّا فَٰعِلِينَ

"O gün göyü yazılı səhifələrin büküldüyü kimi bükəcəyik. (Məxluqatı) ilk dəfə yaratdığımız kimi yenə əvvəlki halına qaytaracağıq. Biz vəd vermişik. Sözsüz ki, Biz onu yerinə yetirəcəyik". (Ənbiya: 104). Uca Allah, dağılmış və parça-parça olmuş sümüklərin dirildilməsini inkar edənlərə cavab verməyi əmr edərək belə buyurur:

﴿قُلۡ يُحۡيِيهَا ٱلَّذِيٓ أَنشَأَهَآ أَوَّلَ مَرَّةٖۖ وَهُوَ بِكُلِّ خَلۡقٍ عَلِيمٌ 79

"De: “Onları ilk dəfə yaradan Özü onları dirildəcəkdir. O, hər bir məxluquna yaxşı bələddir." (Ya sin: 79).

İkincisi: Yer üzü ölü, səssiz və qurumuş vəziyyətdə olur, orada yaşıl bir ağac belə olmur. Sonra Allah onun üzərinə yağış yağdırır, torpaq canlanır, hərəkətə gəlib qabarır, yaşıl və diri olur, oradan hər cür göz oxşayan cüt bitkilər çıxır. Beləliklə, torpağı ölümündən sonra dirildən Allah, ölüləri diriltməyə də qadirdir. Uca Allah buyurur:

﴿وَمِنۡ ءَايَٰتِهِۦٓ أَنَّكَ تَرَى ٱلۡأَرۡضَ خَٰشِعَةٗ فَإِذَآ أَنزَلۡنَا عَلَيۡهَا ٱلۡمَآءَ ٱهۡتَزَّتۡ وَرَبَتۡۚ إِنَّ ٱلَّذِيٓ أَحۡيَاهَا لَمُحۡيِ ٱلۡمَوۡتَىٰٓۚ إِنَّهُۥ عَلَىٰ كُلِّ شَيۡءٖ قَدِيرٌ 39

"Yer üzünü qupquru görməyin də Onun dəlillərindəndir. Biz yerin üzərinə su endirdikdə o, hərəkətə gəlib qabarır. Şübhəsiz ki, onu dirildən, ölüləri də hökmən dirildəcəkdir. Həqiqətən, O, hər şeyə qadirdir". (Fussilət: 39). Uca Allah buyurur:

﴿وَنَزَّلۡنَا مِنَ ٱلسَّمَآءِ مَآءٗ مُّبَٰرَكٗا فَأَنۢبَتۡنَا بِهِۦ جَنَّٰتٖ وَحَبَّ ٱلۡحَصِيدِ 9 وَٱلنَّخۡلَ بَاسِقَٰتٖ لَّهَا طَلۡعٞ نَّضِيدٞ 10 رِّزۡقٗا لِّلۡعِبَادِۖ وَأَحۡيَيۡنَا بِهِۦ بَلۡدَةٗ مَّيۡتٗاۚ كَذَٰلِكَ ٱلۡخُرُوجُ 11

"Biz göydən bərəkətli su endirdik, onunla bağlar və biçilən taxıl dənələri bitirdik. Eləcə də meyvələri salxım-salxım asılmış hündür xurma ağacları (bitirdik.) Qullara ruzi olsun deyə (belə etdik)! Biz onunla ölü bir məmləkəti diriltdik. (Dirilib qəbirdən) çıxmaq da belədir". (Qaf: 9 - 11).

Axirət gününə iman dedikdə, ölümündən sonra baş verəcək bütün hadisələrə inanmaq da bura daxildir, misal olaraq:

(A) Qəbir imtahanı (fitnəsi): Bu, insan dəfn edildikdən sonra ona: Rəbbi, Dini və Peyğəmbəri barəsində verilən suallardır. Allah iman gətirənləri doğru sözlə sabitqədəm edər və beləliklə o: "Rəbbim Allahdır, Dinim İslamdır, Peyğəmbərim Muhəmməddir (sallallahu əleyhi va səlləm)" - deyə cavab verər.

Allah zalımları azdırar. Kafir (qəbirdə) belə deyər: “Ah, ah… bilmirəm”. Münafiq və ya şəkk edən (şübhə içində olan) isə belə deyər: “Bilmirəm, insanların bir şey dediyini eşitdim, mən də onu dedim”.

(B) Qəbir əzabı və neməti: Bu, münafiq və kafir zalımlar üçün olacaqdır. Uca Allah buyurur:

﴿...وَلَوۡ تَرَىٰٓ إِذِ ٱلظَّٰلِمُونَ فِي غَمَرَٰتِ ٱلۡمَوۡتِ وَٱلۡمَلَٰٓئِكَةُ بَاسِطُوٓاْ أَيۡدِيهِمۡ أَخۡرِجُوٓاْ أَنفُسَكُمُۖ ٱلۡيَوۡمَ تُجۡزَوۡنَ عَذَابَ ٱلۡهُونِ بِمَا كُنتُمۡ تَقُولُونَ عَلَى ٱللَّهِ غَيۡرَ ٱلۡحَقِّ وَكُنتُمۡ عَنۡ ءَايَٰتِهِۦ تَسۡتَكۡبِرُونَ

"Zalımları ölüm girdabında olduqda, mələklərin də əllərini uzadıb: “Canlarınızı çıxarın! Allaha qarşı nahaq sözlər söylədiyinizə və Onun ayələrinə təkəbbür göstərdiyinizə görə bu gün siz cəzalandırılacaqsınız!”(– dediklərini )bircə görəydin". (Ənam: 93).

Uca Allah Firon nəsli barəsində belə buyurur:

﴿ٱلنَّارُ يُعۡرَضُونَ عَلَيۡهَا غُدُوّٗا وَعَشِيّٗاۚ وَيَوۡمَ تَقُومُ ٱلسَّاعَةُ أَدۡخِلُوٓاْ ءَالَ فِرۡعَوۡنَ أَشَدَّ ٱلۡعَذَابِ 46

"Onlar səhər-axşam oda ərz olunarlar. Qiyamətin qopacağı gündə isə (Mələklərə): “Firon nəslini ən şiddətli əzaba salın!”– (deyiləcəkdir)". (Ğafir: 46).

Səhih Müslimdə Zeyd bin Sabitdən (Allah ondan razı olsun) rəvayət olunan bir hədisdə Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) belə buyurur: "Əgər bir-birinizi dəfn etməyəcəyinizdən qorxmasaydım, Allahdan istəyərdim ki, sizə mənim eşitdiyim qəbir əzabını eşitdirsin". Sonra üzünü çevirərək dedi: "Cəhənnəm əzabından Allaha sığının!". Onlar dedilər: "Cəhənnəm əzabından Allaha sığınırıq!". Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) dedi: "Qəbir əzabından Allaha sığının!". Onlar dedilər: "Qəbir əzabından Allaha sığınırıq!" Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) dedi:

"Zahiri və batini fitnələrdən Allaha sığının!". Onlar dedilər: "Zahiri və batini fitnələrdən Allaha sığınırıq!". Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) yenə dedi: "Dəccalın fitnəsindən Allaha sığının!". Onlar dedilər: "Dəccalın fitnəsindən Allaha sığınırıq!".

O ki qaldı qəbirdə olan nemətlər, sevinc və səadət haqqda, o - sadiq möminlər üçün olacaqdır. Uca Allah bu barədə belə buyurur:

﴿إِنَّ ٱلَّذِينَ قَالُواْ رَبُّنَا ٱللَّهُ ثُمَّ ٱسۡتَقَٰمُواْ تَتَنَزَّلُ عَلَيۡهِمُ ٱلۡمَلَٰٓئِكَةُ أَلَّا تَخَافُواْ وَلَا تَحۡزَنُواْ وَأَبۡشِرُواْ بِٱلۡجَنَّةِ ٱلَّتِي كُنتُمۡ تُوعَدُونَ 30

"Həqiqətən də: “Rəbbimiz Allahdır!”– deyib sonra düz yol tutan kəslərə mələklər nazil olub (deyirlər:) “Qorxmayın və kə­­dərlənməyin! Sizə vəd olunan Cənnətlə sevinin!". (Fussilət: 30).

Uca Allah buyurur:

﴿فَلَوۡلَآ إِذَا بَلَغَتِ ٱلۡحُلۡقُومَ 83 وَأَنتُمۡ حِينَئِذٖ تَنظُرُونَ 84 وَنَحۡنُ أَقۡرَبُ إِلَيۡهِ مِنكُمۡ وَلَٰكِن لَّا تُبۡصِرُونَ 85 فَلَوۡلَآ إِن كُنتُمۡ غَيۡرَ مَدِينِينَ 86 تَرۡجِعُونَهَآ إِن كُنتُمۡ صَٰدِقِينَ87 فَأَمَّآ إِن كَانَ مِنَ ٱلۡمُقَرَّبِينَ 88 فَرَوۡحٞ وَرَيۡحَانٞ وَجَنَّتُ نَعِيمٖ 89

"(Can) boğaza yetişdiyi zaman – həmin an siz (can verən adama) baxırsınız. Biz ona sizdən daha yaxın oluruq, siz isə (bunu) görmürsünüz. Madam ki siz (iddianıza görə) haqq-hesab olunmayacaqsınız və doğru danışanlarsınız, onda, o canı geri qaytarın? Amma əgər o, (Allaha) yaxın olanlardandırsa, onda rəhmətə, gözəl ruziyə və Nəim bağına yetişər". (Vaqiə: 83 - 89).

Bəra bin Azib (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) möminin qəbirdə iki mələyə düzgün cavab verdiyi barədə belə buyurmuşdur: "Göydən bir nida edən səslənər: Qulum doğru danışdı! Ona Cənnətdən döşək sərin, Cənnət libaslarından geyindirin və Cənnətə açılan bir qapı açın! Sonra Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dedi: "Cənnətin sərinliyi və xoş qoxusu ona gələr və qəbri gözünün gördüyü ən son həddə qədər genişləndirilər". Hədisi Əhməd və Əbu Davud uzun bir hədisin bir hissəsi olaraq rəvayət etmişlər.

Zəlalətə düşmüş bəzi azğın insanlar qəbir əzabını və nemətini inkar etmişlər. Onlar bunun reallıqla uyğun gəlmədiyini iddia edərək belə demişlər: "Əgər qəbirdə olan bir ölünün qəbri açılarsa, onun cəsədi əvvəlki halında tapılar, qəbrində nə bir genişlənmə, nə də daralma müşahidə olunmaz".

Bu iddia - şəri, hissi və əqli baxımından batildir:

Şəriətə gəlincə: qəbir əzabının və nemətinin mövcudluğunu sübut edən dəlillər artıq təqdim edilmişdir.

Səhih Buxaridə İbn Abbas (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) Mədinə bos­tanla­rından birinin yanından keçərkən qəbirlərində əzab çəkən iki insanın səsini eşitdi. Peyğəm­bər (Allahın salavatı və salamı onun üzərinə olsun): "(Bunlar) əzab çəkirlər, amma böyük bir şeyə görə əzab çək­mirlər" – dedi. Sonra (bunun səbəbini bildirib) dedi: "Bunlardan biri sidikdən qorunmazdı. Başqa bir rəvayətdə isə: "Öz sidiyindən qorunmazdı" – deyilir. "Digəri isə (insanlar arasında) söz gəzdi­rərdi". Müslimin rəvayətdə isə belə deyilir: "Sidikdən təmizlənməzdi".

Hissə gəlincə, insan yuxuda bəzən özünü geniş və sevindirici bir yerdə, orada nemətlər içində olduğunu ya da dar və qorxulu bir məkanda əziyyət çəkdiyini görür. Hətta bəzən bu gördüklərindən dolayı yuxudan oyanar. Buna baxmayaraq, o (insan) otağında, yatağında olduğu haldadır. Yuxu isə ölümün qardaşıdır. Bu səbəbdən Uca Allah yuxunu "ölüm" (fəvat) adlandırmışdır. Uca Allah buyurur:

﴿ٱللَّهُ يَتَوَفَّى ٱلۡأَنفُسَ حِينَ مَوۡتِهَا وَٱلَّتِي لَمۡ تَمُتۡ فِي مَنَامِهَاۖ فَيُمۡسِكُ ٱلَّتِي قَضَىٰ عَلَيۡهَا ٱلۡمَوۡتَ وَيُرۡسِلُ ٱلۡأُخۡرَىٰٓ إِلَىٰٓ أَجَلٖ مُّسَمًّى...

"Allah ölənlərin canını ölüm anında, ölməyənlərin canını isə onlar yuxuda ikən alır. Ölümünə hökm verdiyi kəsin canını saxlayır, digərini isə müəyyən olunmuş vaxtadək buraxır". (Zumər: 42).

Ağıla gəldikdə isə: Yuxuda olan insan bəzən həqiqətə tam uyğun gələn bir röya görür. Bəzən də elə olur ki, Peyğəmbəri (sallallahu əleyhi va səlləm) öz həqiqi surətində görür. Kim onu olduğu kimi öz surətində görərsə, həqiqətən onu görmüş sayılır. Lakin bütün bunlara rəğmən, həmin insan hələ də yatağında, otağında yatır və gördüklərindən gerçəkdə uzaqdır. Əgər bu (hallar) dünya həyatında mümkündürsə, axirət hallarında da mümkün olmazmı?!

Amma onların: "Əgər qəbirdə olan bir ölünün qəbri açılarsa, onun cəsədi əvvəlki halında tapılar, qəbrində nə bir genişlənmə, nə də daralma müşahidə olunmaz" — bu kimi iddiaları dəlil gətirmələrinə gəldikdə isə, buna bir neçə yöndən cavab vermək olar. Onlardan biri budur:

Birinci cavab budur: Şəriətin gətirdiyi həqiqətlərə qarşı bu cür əsassız və puç şübhələrlə etiraz etmək yolverilməzdir. Əgər bu cür etiraz edən şəxs, şəriətin gətirdiyi həqiqətləri dərindən düşünmüş olsaydı, bu şübhələrin əsassız və batil olduğunu anlayardı. Hətta belə bir deyim var:

"Neçə-neçə insanlar var ki, doğru bir sözə irad tutur,

Halbuki, o sözün "Qüsuru" onların xəstə anlayışındandır.

İkinci cavab budur: Bərzəx aləminin halları qeybə aid məsələlərdəndir və hiss orqanları ilə dərk edilə bilməz. Əgər bu hallar hisslərlə dərk edilə bilsəydi, qeybə iman etməyin mənası qalmazdı və qeybə iman edənlərlə, onu inkar edənlər bu baxımdan eyni səviyyədə olardı.

Üçüncü cavab budur: Qəbir əzabı, neməti, qəbirin genişliyi və daralığı, başqaları tərəfindən deyil yalnız ölən tərəfindən dərk edilir. Bu, yuxuda olan insanın öz yuxusunda dar və qorxulu bir yerdə ya da geniş və xoşbəxt bir məkanda olduğunu görməsi kimidir. Amma ətrafındakılar isə bunu görmür və hiss etmir. Peyğəmbər (sallallahu əleyhi va səlləm) öz səhabələri arasında olarkən ona vəhylər gəlirdi, o, vəhyi eşidirdi, amma səhabələr eşidə bilmirdilər. Bəzən isə mələk onun qarşısında insan surətində peyda olur, onunla danışırdı, lakin səhabələr nə mələyi görürdülər, nə də onun danışığını eşitirdilər.

Dördüncü cavab budur: Məxluqatın dərk etməsi, Allahın onlara dərk etməyə imkan verdiyi qədər məhduddur. Onlar hər bir mövcudu dərk edə bilməzlər. Yeddi göy, yer, onların içindəkilər və hər bir şey, Allahı həqiqi bir şəkildə təsbih edir. Allah istədiyi bəndələrinə bu təsbihi bəzən eşitdirər. Bununla yanaşı, o (təsbih) bizdən gizlənmişdir. Bu barədə Uca Allah belə buyurur:

﴿تُسَبِّحُ لَهُ ٱلسَّمَٰوَٰتُ ٱلسَّبۡعُ وَٱلۡأَرۡضُ وَمَن فِيهِنَّۚ وَإِن مِّن شَيۡءٍ إِلَّا يُسَبِّحُ بِحَمۡدِهِۦ وَلَٰكِن لَّا تَفۡقَهُونَ تَسۡبِيحَهُمۡۚ...

"Yeddi göy, yer və onlarda olanlar Ona təriflər deyir. Elə bir şey yoxdur ki, həmd ilə Ona tərif deməsin, lakin siz onların tərifini anlamazsınız. Həqiqətən, O, Həlimdir, Bağışlayandır". (İsra: 44). Eləcə də şeytanlar və cinlər yer üzündə gəzib-dolaşırlar. Onlardan bir toplum Peyğəmbərin (sallallahu əleyhi va səlləm) yanına gəlib onun Quran oxumasını dinləmiş, diqqətlə qulaq asmış və sonra qövmlərinə xəbərdar edərək qayıtmışdılar. Bütün bunlara baxmayaraq, onlar da bizdən gizlənmişdir, biz onları görə bilmirik. Uca Allah bu barədə belə buyurur:

﴿يَٰبَنِيٓ ءَادَمَ لَا يَفۡتِنَنَّكُمُ ٱلشَّيۡطَٰنُ كَمَآ أَخۡرَجَ أَبَوَيۡكُم مِّنَ ٱلۡجَنَّةِ يَنزِعُ عَنۡهُمَا لِبَاسَهُمَا لِيُرِيَهُمَا سَوۡءَٰتِهِمَآۚ إِنَّهُۥ يَرَىٰكُمۡ هُوَ وَقَبِيلُهُۥ مِنۡ حَيۡثُ لَا تَرَوۡنَهُمۡۗ إِنَّا جَعَلۡنَا ٱلشَّيَٰطِينَ أَوۡلِيَآءَ لِلَّذِينَ لَا يُؤۡمِنُونَ 27

"Ey Adəm oğulları! Şeytan, əcdadınızın ayıb yerlərini özlərinə göstərmək məqsədilə (aldadaraq) libaslarını soyundurub Cənnətdən çıxartdığı kimi, sizi də aldatmasın. Şübhəsiz ki, o və onun nəsli sizləri sizin onları görə bilmədiyiniz yerlərdən görürlər. Həqiqətən, Biz, şeytanları iman gətirməyənlərin dostları etdik". (Əraf: 27). Əgər məxluqat (yaradılmışlar) bütün mövcud olanları dərk edə bilmirsə, o zaman onların, dərk etmədikləri, lakin doğruluğu sübut olunmuş qeybi (gizli, görünməz) məsələləri inkar etmələri düzgün olmaz.

Qədərə iman

Qədər (ərəb dilində dəl hərfi fətha ilə oxunur) Uca Allahın bütün varlıqları, əvvəlcədən elminə uyğun olaraq və hikmətinin tələb etdiyi şəkildə təqdir (müəyyən) etməsidir.

Qədərə iman özündə dörd amili cəm (ehtiva) edir:

Birincisi: Uca Allahın, ümumi və təfsilatilı, əbədi və əzəli şəkildə, istər Öz əməlləri, istərsə də, yaratdıqlarının əməlləri ilə əlaqəli, hər bir şeydən xəbərdar olmasına, hər şeyi bilməsinə iman etmək.

İkinci: Uca Allahın bütün bunları "Lövhi-Məhfuzda" yazdığına iman etmək. Bu iki məsələyə dair Uca Allah belə buyurur:

﴿أَلَمۡ تَعۡلَمۡ أَنَّ ٱللَّهَ يَعۡلَمُ مَا فِي ٱلسَّمَآءِ وَٱلۡأَرۡضِۚ إِنَّ ذَٰلِكَ فِي كِتَٰبٍۚ إِنَّ ذَٰلِكَ عَلَى ٱللَّهِ يَسِيرٞ 70

"Məgər bilmirsən ki, Allah göydə və yerdə olanları bilir? Həqiqətən, bu, Yazıda (Lövhi-məhfuzda) mövcuddur. Şübhəsiz ki, bu, Allah üçün asandır". (Həcc: 70).

Səhih Müslimdə Abdullah bin Amr bin əl-As (Allah ondan və atasından razı olsun) deyir ki, mən Allahın Elçisinin (Allahın salavatı və salamı onun üzərinə olsun) belə buyurduğunu eşitdim: "Uca Allah yaratdıqlarının qədərini, yeri və göyü yaratdıqdan əlli min il öncə yazmışdır".

Üçüncüsü: Bütün məxluqatların, Uca Allahın istəyi olmadan, olmamalarına iman etmək. İstər bu, Uca Allahın Öz işləri ilə bağlı olsun, istərsə də məxluqların əməlləri ilə bağlı. Uca Allah Öz işləri barəsində belə buyurur:

﴿وَرَبُّكَ يَخۡلُقُ مَا يَشَآءُ وَيَخۡتَارُ...

"Rəbbin istədiyini yaradar və (istədiyini də peyğəmbər) seçər". (Qasas: 68). Həmçinin buyurur:

﴿...وَيَفۡعَلُ ٱللَّهُ مَا يَشَآءُ

"Allah istədiyini edər". (İbrahim: 27).

Uca Allah buyurur:

﴿هُوَ ٱلَّذِي يُصَوِّرُكُمۡ فِي ٱلۡأَرۡحَامِ كَيۡفَ يَشَآءُ...

"Bətnlərdə sizə istədiyi surəti verən Odur". (Ali-İmran: 6). Uca Allah məxluqatın işləri barəsində belə buyurur:

﴿...وَلَوۡ شَآءَ ٱللَّهُ لَسَلَّطَهُمۡ عَلَيۡكُمۡ فَلَقَٰتَلُوكُمۡ...

"Allah istəsəydi, onları sizə qarşı qaldırardı və onlar da sizinlə vuruşardılar". (Nisa: 90).

Həmçinin buyurur ki:

﴿...وَلَوۡ شَآءَ رَبُّكَ مَا فَعَلُوهُۖ فَذَرۡهُمۡ وَمَا يَفۡتَرُون

"Əgər Rəbbin istəsəydi, onlar bunu etməzdilər. Onları uydurduqları şeylərlə birlikdə tərk et". (Ənam: 112).

Dördüncüsü: Bütün məxluqatın — zatlarıyla, sifətləriylə və hərəkətləriylə — Uca Allahın yaratdıqları olduğuna iman etmək. Uca Allah buyurur:

﴿ٱللَّهُ خَٰلِقُ كُلِّ شَيۡءٖۖ وَهُوَ عَلَىٰ كُلِّ شَيۡءٖ وَكِيلٞ 62

"Allah hər şeyin Xaliqi­dir. O, hər şeyi Qoruyandır". (Zumər: 62).

Pak və Müqəddəs Allah buyurur:

﴿...وَخَلَقَ كُلَّ شَيۡءٖ فَقَدَّرَهُۥ تَقۡدِيرٗا

"O, bütün şeyləri xəlq etmiş və onlara münasib bir biçim vermişdir". (Furqan: 2). Uca Allah Peyğəmbəri İbrahim (Allahın ona salamı olsun) haqqında onun öz qövmünə xitab edərək belə buyurduğu deyir:

﴿وَٱللَّهُ خَلَقَكُمۡ وَمَا تَعۡمَلُونَ 96

"Axı sizi də, sizin düzəltdiklərinizi də Allah yaratmışdır". (Saffat: 96).

Yuxarıda qeyd etdiyimiz qədərə iman, insanın ixtiyari əməllərində öz iradəsi və qüdrətinin olmasına zidd deyil. Çünki həm şəriət, həm də gerçəklik bunların insanda mövcud olduğunu isbat edir.

Şəriətə gəlincə, Uca Allah, insanların iradəsi haqqında belə buyurur:

﴿...فَمَن شَآءَ ٱتَّخَذَ إِلَىٰ رَبِّهِۦ مَـَٔابًا

"O haqq olan bir gündür. Kim istəsə Rəbbinə aparan yolu tutar!". (Nəbə: 39).

Həmcinin Uca Allah buyurur:

﴿...فَأۡتُواْ حَرۡثَكُمۡ أَنَّىٰ شِئۡتُمۡ...

"Qadınlarınız sizin tarlanızdır. Tarlanıza istədiyiniz kimi yaxınlaşın". (Bəqərə: 223).

Qüdrət mövzusunda Uca Allah buyurur:

﴿فَٱتَّقُواْ ٱللَّهَ مَا ٱسۡتَطَعۡتُمۡ وَٱسۡمَعُواْ وَأَطِيعُواْ...

"Allahdan bacardığınız qədər qorxun. (Peyğəmbərə) qulaq asın, (ona) itaət edin və (malınızdan) öz xeyriniz üçün xərcləyin". (Təğabun: 16). Həmçinin buyurur:

﴿لَا يُكَلِّفُ ٱللَّهُ نَفۡسًا إِلَّا وُسۡعَهَاۚ لَهَا مَا كَسَبَتۡ وَعَلَيۡهَا مَا ٱكۡتَسَبَتۡ...

"Allah hər kəsi yalnız onun qüvvəsi çatdığı qədər mükəlləf edər. Hər kəsin qazandığı (xeyir yalnız) onun özünə, qazandığı (şər də yalnız) öz əleyhinədir". (Bəqərə: 286).

Reallığa gəlincə isə: hər bir insan, onun iradəsi və gücü olduğunu, bu iradə və güc vasitəsilə bir şeyi edib və ya tərk etdiyini bilir. O, yerimək kimi öz iradəsi ilə baş verən şeylərlə, titrəmə kimi öz iradəsi olmadan baş verən şeylər arasında fərqi də görür. Lakin insanın iradəsi və gücü [sonda] Uca Allahın iradə və gücü ilə həyata keçir. Uca Allah belə buyurur:

﴿لِمَن شَآءَ مِنكُمۡ أَن يَسۡتَقِيمَ 28 وَمَا تَشَآءُونَ إِلَّآ أَن يَشَآءَ ٱللَّهُ رَبُّ ٱلۡعَٰلَمِينَ29

"... sizlərdən doğru (yolda) olmaq istəyənlər üçün. Aləmlərin Rəbbi Allah istəməyincə, siz istəyə bilməzsiniz!". (Təkvir: 28 -29). Çünki bütün kainat Uca Allahın mülküdür. Onun mülkündə, Onun elmi və istəyi olmadan, bir şey baş verə bilməz.

Yuxarıda qeyd etdiyimiz qədərə iman, qula tərk etdiyi vacibatlara və ya etdiyi günahlara görə bəraət qazandırmaz. Buna görə də, qulun qədərə əsaslanaraq günahlar etməsinə görə özünə haqq qazandırmas bir neçə səbəbdən batildir.

Birincisi: Uca Allahın bu sözləridir:

﴿سَيَقُولُ ٱلَّذِينَ أَشۡرَكُواْ لَوۡ شَآءَ ٱللَّهُ مَآ أَشۡرَكۡنَا وَلَآ ءَابَآؤُنَا وَلَا حَرَّمۡنَا مِن شَيۡءٖۚ كَذَٰلِكَ كَذَّبَ ٱلَّذِينَ مِن قَبۡلِهِمۡ حَتَّىٰ ذَاقُواْ بَأۡسَنَاۗ قُلۡ هَلۡ عِندَكُم مِّنۡ عِلۡمٖ فَتُخۡرِجُوهُ لَنَآۖ إِن تَتَّبِعُونَ إِلَّا ٱلظَّنَّ وَإِنۡ أَنتُمۡ إِلَّا تَخۡرُصُونَ 148

"Müşriklər: “Əgər Allah istəsəydi, biz də, atalarımız da müşrik olmazdıq və heç bir şeyi haram etməzdik”, - deyəcəklər. Onlardan əvvəlkilər də bu şəkildə (peyğəmbərləri) təkzib etmiş və sonunda əzabımızı dadmışdılar. De: “Yanınızda bizə göstərə biləcəyiniz bir bilgi (dəlil) varmı? Siz ancaq zənnə uyursunuz və yalan söyləyirsiniz”". (Ənam: 148). Əgər onların (günahkarların) qədərə əsaslanan bir dəlilləri olsaydı, Allah onlara əzabını daddırmazdı.

İkincisi: Uca Allahın bu sözü:

﴿رُّسُلٗا مُّبَشِّرِينَ وَمُنذِرِينَ لِئَلَّا يَكُونَ لِلنَّاسِ عَلَى ٱللَّهِ حُجَّةُۢ بَعۡدَ ٱلرُّسُلِۚ وَكَانَ ٱللَّهُ عَزِيزًا حَكِيمٗا 165

"Biz müjdə verən və qor­xu­dan el­çilər göndərdik ki, in­san­la­rın elçilərdən sonra Alla­ha qarşı bir bəhanəsi olma­sın. Allah Qüd­­rətlidir, Hikmət sahibidir". (Nisa: 165). Əgər qədər haqq yoldan çıxanlar üçün bir dəlil olsaydı, o zaman peyğəmbərlərin göndərilməsi ilə bu bəhanə aradan qalxmazdı. Halbuki onların peyğəmbərlərdən sonra da baş verən itaətsizlikləri də Allahın qədərilə baş verir.

Üçüncü: Buxari və Muslimin rəvayət etdiklərinə görə - hədisin ləfzi Buxariyə aiddir - Əli bin Əbu Talib (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (sallallahu əleyhi va səlləm) belə demişdir: “Sizdən elə bir kəs yoxdur ki, onun Cənnətdəki və ya Cəhənəmdəki yeri artıq yazılmamış olsun”. Bundan sonra orada olan adamlardan biri dedi: “Ya Rəsuləllah, elə isə biz (yazılmış olana) arxalanmayaqmı?”. Peyğəmbər (sallallahu əleyhi va səlləm) belə buyurdu: “Xeyr! Əməl edin! Çünki hər bir kəs asanlaşdırılmışdır”. Sonra bu ayəni oxudu:

﴿فَأَمَّا مَنۡ أَعۡطَىٰ وَٱتَّقَىٰ 5

(Amma kim (malını) verər və (Allahdan) qorxarsa). (Leyl surəsi, 5). Muslimin başqa bir rəvayətində belə deyilir: “Hər kəs nə üçün yaradılıbsa, ona (o, işə) asanlaşdırılmışdır”. Beləliklə, Peyğəmbər (sallallahu əleyhi və səlləm) əməl etməyi əmr etmiş, qədərə arxalanmağı isə qadağan etmişdir.

Dördüncüsü: Uca Allah quluna əmr və qadağan etmişdir. Qulu yalnız gücü çatdığı şeyləri yükləmişdir. Uca Allah buyurur:

﴿فَٱتَّقُواْ ٱللَّهَ مَا ٱسۡتَطَعۡتُمۡ وَٱسۡمَعُواْ وَأَطِيعُواْ...

"Allahdan bacardığınız qədər qorxun. (Peyğəmbərə) qulaq asın, (ona) itaət edin". (Təğabun: 16).

Həmçinin Uca Allah buyurur:

﴿لَا يُكَلِّفُ ٱللَّهُ نَفۡسًا إِلَّا وُسۡعَهَا...

"Allah hər kəsi yalnız onun qüvvəsi çatdığı qədər mükəlləf edər". (Bəqərə: 286). Əgər insan, hər hansısa əməl görməyə məcbur edilsə idi, bu onun qurtula bilməyəcəyi bir şey ilə mükəlləf olması sayılardı. Bu isə batildir. Buna görə də bir insan cahilliyi, unutqanlığı və ya məcburiyyətə məruz qalma səbəbindən hər hansısa günah işlədəndə, buna görə ona günah yazılmır, çünki belə hallarda o üzürlü hesab olunur.

Beşinci: Uca Allahın qədəri gizli bir sirdir və ancaq təqdir olunmuş şey baş verdikdən sonra bilinər. İnsanın bir işi görmək istəyi isə, həmin işi etməsindən əvvəl baş verir. Beləliklə, insanın bir işi görmək iradəsi, [onun] Allahın bu iş barədəki qədərini bilməsinə əsaslanmır. Elə bu səbəbdən, insanın qədərə əsaslanaraq özünü haqlı çıxarması əsassız sayılır. Çünki insan bilmədiyi bir şeyə əsaslanaraq özünü haqlı çıxarmağa haqqı yoxdur.

Altıncı: Biz görürük ki, insan dünyəvi işlərində özünə uyğun və xeyirli olan şeyin arxasınca ciddi şəkildə çalışır, ona nail olmağa can atır və onu əldə etməkdən geri durmur. Amma dini məsələlərdə isə bəzən özünə zərər verənə yönəlir və sonra da bu seçimini qədər ilə əsaslandırır. Bəs nə üçün insan dünyası üçün faydalı olanı axtarır, amma dini üçün zərərlini seçir və buna qədər deyə bəhanə edir? Axı, bu iki məsələ eyni xarakter daşımırmı?!

Sənə bunu izah edə biləcək misal çəkim:

Əgər insanın qarşısında iki yol olsaydı: Biri onu xaos içində olan bir ölkəyə aparır: orada qətllər, talanlar, namuslara təcavüz, qorxu və aclıq hökm sürür. Digəri isə onu nizam-intizamın, sabit təhlükəsizliyin, firavan həyatın, insanların canına, namusuna və malına hörmət göstərilən bir ölkəyə aparır. Belə bir seçim qarşısında insan hansı yolu tutardı?

Şübhəsiz ki, o, ikinci yolu, nizam və əmin-amanlığa aparan yolu seçəcək. Heç bir ağıllı insan xaosun, qorxunun hökm sürdüyü ölkəyə aparan yolu seçməz və sonra da bu seçimini qədər ilə əsaslandırmaz. Bəs elə isə, nə üçün insan axirətlə bağlı məsələdə Cənnətə aparan yolu deyil, məhz Cəhənnəmə aparan yolu seçir və sonra da bu seçimini qədər ilə əsaslandırır?

Başqa bir misala baxaq: biz görürük ki, xəstəyə dərman içməsi tövsiyə olunur, o da canı dərman istəmədiyi halda - bu dərmanı içir. Ona zərər verəcək yeməklərdən çəkinməsi tapşırılır, o da canı o yeməyi istədiyi halda - bu yeməklərdən uzaq durur. Bütün bunları o, şəfa tapmaq və sağalmaq ümidi ilə edir. Heç bir ağıllı insan dərman içməkdən imtina edib və ya zərərli yeməkləri yeyib, sonra da bunu “qədərin yazısıdır” deyə əsaslandırmır. Elə isə insan nə üçün Allahın və Onun Rəsulunun əmr etdiklərini yerinə yetirmir yaxud qadağan etdiklərini edir və sonra da bunu "qədər beləymiş" deyərək özünə haqq qazandırmağa çalışır?

Yeddinci: Qəza-qədərə əsaslanaraq vacib əməlləri tərk edən yaxud günahları edən bir şəxsə, əgər başqa biri ona hücum etsə, malını əlindən alsa və ya namusuna təcavüz etsə sonra da: “Məni qınama, çünki başına gələn bütün bunlar Allahın qədərilə oldu” — desə, həmin şəxs onun bu bəhanəsini əsla qəbul etməz. Əgər insan başqasının ona qarşı etdiyi hücum və zülmü "qədərdir" deyə qəbul etmirsə, bəs necə olur ki, özü Allahın haqqına qarşı etdiyi günahları: "qədər beləymiş" — deyə əsaslandırmağa çalışır?!

Rəvayət olunur ki, möminlərin əmiri Ömər bin Xəttab (Allah ondan razı olsun) yanına əl kəsmə cəzasına layiq bir oğru gətirildi. Ömər (Allah ondan razı olsun) onun əlini kəsməyi əmr etdi. Oğru dedi: Ey möminlərin əmiri, tələsmə! Mən bu oğurluğu Allahın qədəri ilə etdim. Ömər (Allah ondan razı olsun) isə belə cavab verdi: "Elə biz də sənin əlini Allahın qədəri ilə kəsirik".

Qədərə iman etməyin böyük səmərələri vardır, onlardan bəziləri bunlardır:

Birincisi: Səbəbləri yerinə yetirərkən - məhz Allaha təvəkkül etmək. Yəni: səbəblərin özünə deyil, əksinə, Allaha güvənmək. Çünki hər şey Allahın qədəri ilə baş verir.

İkincisi: İnsan istəyinə çatdıqda özündən razı qalmamalıdır. Çünki əldə etdiyi uğur, Allahın təqdir (müəyyən) etdiyi xeyir səbəbləri və müvəffəqiyyəti sayəsində verilmiş bir nemətdir. Özünə heyran qalması isə onu bu nemətə görə Allaha şükür etməyi unutdurur.

Üçüncüsü: Allahın qədərindən insana çatacaq şeylər qarşısında qəlb rahatlığı və daxili aramlıq duymaqdır. İnsan sevdiyi bir şeyi itirdikdə və ya xoşuna gəlməyən bir şey baş verdikdə narahat olmamalıdır. Çünki bunların hamısı göylərin və yerin sahibi olan Allahın qədəri ilədir və mütləq baş verəcəkdir. Uca Allah bu barədə belə buyurur:

﴿مَآ أَصَابَ مِن مُّصِيبَةٖ فِي ٱلۡأَرۡضِ وَلَا فِيٓ أَنفُسِكُمۡ إِلَّا فِي كِتَٰبٖ مِّن قَبۡلِ أَن نَّبۡرَأَهَآۚ إِنَّ ذَٰلِكَ عَلَى ٱللَّهِ يَسِيرٞ 22 لِّكَيۡلَا تَأۡسَوۡاْ عَلَىٰ مَا فَاتَكُمۡ وَلَا تَفۡرَحُواْ بِمَآ ءَاتَىٰكُمۡۗ وَٱللَّهُ لَا يُحِبُّ كُلَّ مُخۡتَالٖ فَخُورٍ 23

"Yer üzündə baş verən və sizin başınıza gələn elə bir müsibət yoxdur ki, Biz onu yaratmamışdan əvvəl o, Yazıda (müəyyənedilmiş) olmasın. Şübhəsiz ki, bu, Allah üçün çox asandır. (Allah bunu) əlinizdən çıxana kədərlənməyəsiniz və Onun sizə verdiyinə (həddindən artıq) sevinməyəsiniz deyə (belə izah edir). Allah heç bir özündən razını, özünü öyəni sevmir". (Hədid: 22- 23).

«عَجَبًا لِأَمْرِ الْمُؤْمِنِ إِنَّ أَمْرَهُ كُلَّهُ خَيْرٌ، وَلَيْسَ ذَاكَ لِأَحَدٍ إِلَّا لِلْمُؤْمِنِ، إِنْ أَصَابَتْهُ سَرَّاءُ شَكَرَ فَكَانَ خَيْرًا لَهُ، وَإِنْ أَصَابَتْهُ ضَرَّاءُ صَبَرَ فَكَانَ خَيْرًا لَهُ».

həmçinin Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurur: “Möminin işi necə də qəribədir! Onun işlərinin hamsı xeyirdir. Bu yalnız möminə məxsusdur. Başına yaxşı bir iş gəldikdə şükür edər və bu onun üçün xeyir olar. Başına zərərli bir iş gəldikdə isə səbr edər və bu da onun üçün xeyirli olar”.

Qədər məsələsində iki firqə azmışdır:

Birici: Cəbriyya tayfasıdır. Onlar etiqad edir ki, insan əməl etməyə məcburdur və bunda onun heç bir iradə və güdrəti yoxdur.

İkinci tayfa isə: Qədərilərdir. Onlar etiqad edir ki, insan əməl etməkdə iradəsi və qüdrəti ilə müstəqildir və Uca Allahın istəyi və qüdrətinin buna heç bir təsiri yoxdur.

Birinci tayfa olan Cəbriyyəyə cavab şəriət və gerçəklik (reallıq) nöqteyi nəzərindən olacaqdır:

Şəriətə gəlincə isə: Həqiqətən də, Uca Allah insanın iradə və istək olduğunu təsdiqləyir və onun əməllərini özünə (insana) nisbət edir. Uca Allah buyurur:

﴿...مِنكُم مَّن يُرِيدُ ٱلدُّنۡيَا وَمِنكُم مَّن يُرِيدُ ٱلۡأٓخِرَةَ...

"İçərinizdən kimisi dünyanı, kimisi də axirəti istəyirdi". (Ali-İmran: 152).

Həmçinin Uca Allah buyurur:

﴿وَقُلِ ٱلۡحَقُّ مِن رَّبِّكُمۡۖ فَمَن شَآءَ فَلۡيُؤۡمِن وَمَن شَآءَ فَلۡيَكۡفُرۡۚ إِنَّآ أَعۡتَدۡنَا لِلظَّٰلِمِينَ نَارًا أَحَاطَ بِهِمۡ سُرَادِقُهَا...

"De: “Haqq Rəbbiniz tərəfindəndir. Kim istəyir inansın, kim də istəyir inanmasın”. Biz zalımlar üçün elə bir Od hazırlamışıq ki, onun divarları onları əhatə edəcəkdir". (Kəhf: 29).

Həmçinin Uca Allah buyurur:

﴿مَّنۡ عَمِلَ صَٰلِحٗا فَلِنَفۡسِهِۦۖ وَمَنۡ أَسَآءَ فَعَلَيۡهَاۗ وَمَا رَبُّكَ بِظَلَّٰمٖ لِّلۡعَبِيدِ 46

"Kim yaxşı iş görsə, xe­yri özünə, kim də pislik etsə, zərə­ri öz əleyhi­nə olar. Sə­nin Rəb­bin qullara əsla zülm edən deyil". (Fussilət: 46).

Amma reallıq budur ki, hər bir insan yemək, içmək, alqı-satqı kimi öz iradəsi ilə etdiyi ixtiyari əməllərlə, qızdırmadan titrəmək və damdan yıxılmaq kimi iradəsi xaricində baş verən hadisələr arasında fərqi aydın şəkildə anlayır. Demək, birinci halda insan öz istəyi (seçimi) ilə, məcbur edilmədən hərəkət edir [və tam məsuliyyət daşıyır]. İkinci halda isə insan nə seçim haqqına malikdir, nə də baş verən hadisənin olmasını istəmişdir.

İkinci firqə olan, Qədəriyyə firqəsinə cavab, şəriət və ağıl baxımından belədir:

Şəri cavaba gəlincə: Uca Allah hər şeyi yaratmışdır və hər şey Onun iradəsi ilə (iradəsi nəticəsində) mövcuddur. Uca Allah, Kitabında insanların əməllərinin Onun iradəsi ilə baş verdiyini bildiriri. Uca Allah buyurur:

﴿...وَلَوۡ شَآءَ ٱللَّهُ مَا ٱقۡتَتَلَ ٱلَّذِينَ مِنۢ بَعۡدِهِم مِّنۢ بَعۡدِ مَا جَآءَتۡهُمُ ٱلۡبَيِّنَٰتُ وَلَٰكِنِ ٱخۡتَلَفُواْ فَمِنۡهُم مَّنۡ ءَامَنَ وَمِنۡهُم مَّن كَفَرَۚ وَلَوۡ شَآءَ ٱللَّهُ مَا ٱقۡتَتَلُواْ وَلَٰكِنَّ ٱللَّهَ يَفۡعَلُ مَا يُرِيدُ

"Əgər Allah istəsəydi, onlardan sonra gələnlər özlərinə açıq-aydın dəlillər gəldikdən sonra bir-biriləri ilə vuruşmazdılar. Lakin onlar ixtilaf etdilər. Onlardan kimisi iman gətirdi, kimisi də inkar etdi. Əgər Allah istəsəydi, onlar bir-biriləri ilə vuruşmazdılar. Lakin Allah istədiyini edir". (Bəqərə: 253). Uca Allah buyurur:

﴿وَلَوۡ شِئۡنَا لَأٓتَيۡنَا كُلَّ نَفۡسٍ هُدَىٰهَا وَلَٰكِنۡ حَقَّ ٱلۡقَوۡلُ مِنِّي لَأَمۡلَأَنَّ جَهَنَّمَ مِنَ ٱلۡجِنَّةِ وَٱلنَّاسِ أَجۡمَعِينَ 13

"Əgər Biz istəsəydik, hər kəsi doğru yola yönəldərdik. Lakin Mənim: “Cəhənnəmi mütləq bütün (günahkar) cin və insanlarla dolduracağam!” - Sözüm yerinə yetəcək". (Səcdə: 13).

Əqli cavaba gəldikdə: Bütün kainat Uca Allaha məxsusdur, bəşəriyyət (insan) də bu kainatın bir parçasıdır və buna görə də onlar, Uca Yaradanın mülküdür (Ona aiddir). Bəndə Rəbbinin izni və iradəsi olmadan, Sahibi, Maliki olan Allahın Mülkündə heç bir şeyə sahib ola və orada idarə edə bilməz.

İslam əqidəsinin hədəfləri

Hədəf (lüğəvi olaraq): bir neçə mənaya işlədilir. Onlardan biri: (atəş açılmaq üçün qurulan nişangah) və həmçinin (qəsd olunan, məqsəd edilən hər bir şey).

İslam əqidəsinin məqsədləri onun bu əqidəyə bağlılıqdan asılı olan nəcib məqsəd və hədəflərinə aiddir. Bu cür məqsədlər müxtəlif və çox saydadır, onlardan bəziləri bunlardır:

Birincisi: Səmimi niyyətlə yalnız Uca Allaha ibadət etmək. Çünki O, şəriki olmayan Yaradandır. Ona görə də qullarına vacibdir ki, qəsd və ibadətlərini yalnız Ona həsr etsinlər.

İkincisi: İnsan ağılını və düşüncəsini, qəlbində bu inanc olmadıqda ortaya çıxan qarışıq (xaotik) və çaşqın vəziyyətdən azad etmək. Çünki, qəlbi bu inancdan məhrum olan kəs - ya heç bir inancı olmayan və yalnız maddi duyğulara pərəstiş edən biridir ya da ki müxtəlif batil inanclar və xurafatlar içində azmış, çaşqın vəziyyətdə olan bir şəxsdir.

Üçüncüsü: Daxili rahatlıq və düşüncədə sabitlik. Belə bir əqidəyə sahib olan insanın nə qəlbində narahatlıq olar, nə də düşüncəsində çaşqınlıq. Çünki bu əqidə mömini birbaşa Xaliqinə bağlayır və beləliklə o, Allahı Rəbb və idarəedici, qanun qoyucu və hökm sahibi olaraq qəbul edir. Bu səbəbdən, qəlbi Allahın qədərinə təslim olaraq arxayınlaşır, sinəsi İslam üçün genişlənir və o, bu dindən başqa heç bir alternativ (əvəzedici) axtarmır.

Dördüncüsü: Niyyətin və əməlin, istər Uca Allaha ibadətdə, istərsə də insanlarla münasibətdə sapmadan, yoldan azmadan qorunması. Çünki bu inancı əsaslarından biri peyğəmbərlərə imandır. Bu iman isə onların niyyətdə və əməldə sağlam və doğru yola əsaslanan təlimlərinə əməl etməyi ehtiva edir.

Beşincisi: İşlərdə ciddiyyət və qətiyyət sahibi olmaqdır. Yəni: yaxşı əməllər üçün yaranan hər fürsəti qaçırmamaq, savab qazanmaq məqsədilə ondan faydalanmaq və harada günah varsa, Allahın əzabından qorxaraq oradan uzaq durmaqdır. Çünki bu inancın əsaslarından biri də öldükdən sonra dirilməyə və əməllərə görə cəza və mükafat veriləcəyinə imandır.

Uca Allah buyurur:

﴿وَلِكُلّٖ دَرَجَٰتٞ مِّمَّا عَمِلُواْۚ وَمَا رَبُّكَ بِغَٰفِلٍ عَمَّا يَعۡمَلُونَ 132

"Hər kəsin etdiyi əməllərə görə dərəcələri vardır. Rəbbin onların etdiklərindən xəbərsiz deyildir". (Ənam: 132).

«الْمُؤْمِنُ الْقَوِيُّ خَيْرٌ وَأَحَبُّ إِلَى اللَّهِ مِنَ الْمُؤْمِنِ الضَّعِيفِ، وَفِي كُلٍّ خَيْرٌ، احْرِصْ عَلَى مَا يَنْفَعُكَ، وَاسْتَعِنْ بِاللَّهِ، وَلَا تَعْجِزْ، وَإِنْ أَصَابَكَ شَيْءٌ فَلَا تَقُلْ: لَوْ أَنِّي فَعَلْتُ كَذَا كَانَ كَذَا وَكَذَا، وَلَكِنْ قُلْ: قَدَّرَ اللَّهُ وَمَا شَاءَ فَعَلَ؛ فَإِنَّ (لَوْ) تَفْتَحُ عَمَلَ الشَّيْطَانِ».

Peyğəmbər (Allahın ona salavat və salamı olsun) bu məqsədə çatmağa təşviq edəkək belə demişdir: "Güclü mömin zəif mömindən Allah qatında daha xeyirli və daha sevimlidir. Onların hər ikisində xeyir var. Sənə faydası olan işləri görməyə çalış. Allahdan kömək dilə və acizlik göstərmə. Başına bir iş gəlsə: “Əgər belə etsəydim, belə olardı.” — demə. Lakin de: “Allahın qədəri idi. O istədiyini etdi.” Çünki “əgər” demək şeytanın əməlinə qapı açır". Hədisi Müslim rəvayət etmişdir.

Altıncısı: Dinini möhkəmləndirmək və onun sütunlarını bərkitmək uğrunda hər bir qiymətli və ucuz şeyi fəda edən, qarşılaşacağı çətinliklərə əhəmiyyət verməyən güclü bir ümmət formalaşdırmaq. Uca Allah bu haqda belə buyurur:

﴿إِنَّمَا ٱلۡمُؤۡمِنُونَ ٱلَّذِينَ ءَامَنُواْ بِٱللَّهِ وَرَسُولِهِۦ ثُمَّ لَمۡ يَرۡتَابُواْ وَجَٰهَدُواْ بِأَمۡوَٰلِهِمۡ وَأَنفُسِهِمۡ فِي سَبِيلِ ٱللَّهِۚ أُوْلَٰٓئِكَ هُمُ ٱلصَّٰدِقُونَ 15

"Möminlər ancaq Allaha və Onun elçisinə iman gətirən, sonra heç bir şəkk-şübhəyə düşməyən, Allah yolunda malları və canları ilə cihad edənlərdir! (İmanlarında) sadiq olanlar da məhz onlardır". (Hucurat: 15).

Yeddinci: Fərdləri və camaatları islah etməklə, savab və şərəfli məqam qazanmaqla dünya və axirət səadətinə nail olmaq. Uca Allah bu haqda belə buyurur:

﴿مَنۡ عَمِلَ صَٰلِحٗا مِّن ذَكَرٍ أَوۡ أُنثَىٰ وَهُوَ مُؤۡمِنٞ فَلَنُحۡيِيَنَّهُۥ حَيَوٰةٗ طَيِّبَةٗۖ وَلَنَجۡزِيَنَّهُمۡ أَجۡرَهُم بِأَحۡسَنِ مَا كَانُواْ يَعۡمَلُونَ 97

"Mömin olaraq yaxşı iş görən kişi və qadınlara əlbəttə gözəl həyat bəxş edəcək və etdikləri ən yaxşı əməllərə görə onları mütləq mükafatlandıracağıq". (Nəhl: 97).

Bunlar İslam əqidəsinin hədəflərindən bəziləridir. Uca Allahdan diləyərək ümid edirik ki, bizə və bütün müsəlmanlara bu hədəflərə nail olmağı nəsib etsin; Həqiqətən, O, Səxavətlidir, Mərhəmətlidir. Aləmlərin Rəbbi Olan Allaha Həmd olsun!

Allahın salavatı və salamı peyğəmbərimiz Muhəmmədin, onun ailəsinin və bütün səhabələrinin üzərinə olsun!

Burada yekunlaşdı. Qələmə alan müəllifi:

Muhəmməd əs-Saleh əl-Useymin

 

***

 

Mündəricat

 

Müqəddimə 2

İslam Dini 4

İslamın sütunları 9

İslam əqidəsinin əsasları 13

Uca Allaha iman 15

Mələkərə iman 34

Kitablara iman 41

Elçilərə iman 43

Axirət gününə iman 52

Qədərə iman 73

İslam əqidəsinin hədəfləri 87

 

 

***

 

az71v1.0 - 26/07/2026