PHPWord

 

 

التَّحْذِيرُ مِنْ بِنَاءِ المَسَاجِدِ

عَلَى القُبُورِ

 

 

Qəbirlər üzərində məscidlərin bina edilməsinin qadağan olunması

 

 

 

 

 

لِسَمَاحَةِ الشَّيْخِ العَلَّامَةِ

عَبْدِ العَزِيزِ بْنِ عَبْدِ اللهِ بْنِ بَازٍ

رَحِمَهُ اللهُ

 

Kitabın müəlifi Hörmətli Şeyx

Abduləziz bin Abdullah bin Baz

 


بِسْمِ اللهِ الرَّحمَنِ الرَّحِيمِ

Onuncu risalə:

Qəbirlər üzərində məscidlərin bina edilməsinin qadağan olunması

Bismilləh. Həmd Allaha məxsudur! Allahın salavatı və salamı Allah Rəsulunun üzərinə olsun.

Daha sonra: Mən İslam Elmləri Birliyi Təşkilatının jurnalının üçüncü sayında (Müsəlmanların bu aydakı xəbərləri) bölməsində dərc olunmuş bir xəbərlə tanış oldum. Xəbərdə, İordaniya Haşimilər Krallığında yerləşən İslam Elmləri Birliyi Təşkilatı, son zamanlar ər-Rahib kəndində kəşf olunmuş bir mağaranın üzərində məscid inşa etməyi planlaşdırdığı qeyd olunurdu. Həmin mağara, Qurani-Kərimdə adı çəkilən və "Əshabi-Kəhf" – in yəni Kəhf əhlinin yatdığı yer olduğu iddia edilən mağaradır. Sitatın sonu.

Allah və Onun bəndələri qarşısında nəsihət vermək məsuliyyətinə əsaslanaraq, İordaniya Haşimilər Krallığında yerləşən İslam Elmləri Birliyi Təşkilata həmin jurnal vasitəsilə müraciət etməyi uyğun gördüm. Bu müraciətin məzmunu: İttifaq, qeyd olunan mağaranın üzərində məscid inşa etmək niyyətindən çəkindirməkdir.

Səbəb isə budur: İslamın kamil şəriəti, peyğəmbərlərin, saleh insanların qəbirləri və izləri üzərində məscid tikilməsini qəti şəkildə qadağan etmiş, bu əməl barədə xəbərdarlıq etmiş və belə edənləri lənətləmişdir. Çünki bu cür əməllər şirkə (Allaha şərik qoşmağa) aparan vasitələrdir və həmçinin peyğəmbərləri və saleh insanları həddindən artıq ucaldıb ifrata varmağa səbəbdir. Həqiqətlər isə İslam şəriətinin gətirdiklərinin doğruluğuna şahidlik edir. Bu, onun Uca Allah tərəfindən göndərildiyinə bir dəlildir, eləcə də Peyğəmbərin (sallallahu əleyhi va səlləm) Allahdan gətirdiklərinin və ümmətə çatdırdıqlarının haqq olduğuna açıq-aşkar bir sübut və qəti bir hüccətdir. İslam dünyasının halını diqqətlə müşahidə edən hər kəs, orada baş verən şirk və ifratçılığın, əsasən türbələrin üzərində məscidlərin tikilməsi, onların ucaltması, bəzədilməsi, xalçalanması və hətta onlara baxmaq üçün xüsusi xidmətçilərin ayrılması səbəbilə baş verdiyini açıq şəkildə görər. Belə bir insan, bu cür əməllərin şirkin yaranmasına aparan vasitələrdəndir sayıldığını və İslam şəriətinin bunları qadağan etməklə nə qədər müdrik və gözəl bir din olduğunu qəti şəkildə anlayar.

Bu mövzuda gələn rəvayətlərdən biri də, imam Buxari və Müslimin (Allah onlara rəhmət etsin) Aişə (Allah ondan razı olsun) vasitəsilə rəvayət etdikləri hədisdir. O demişdir: Rəsulullah (sallallahu əleyhi va səlləm) belə buyurdu:

«لَعَنَ اللَّهُ الْيَهُودَ وَالنَّصَارَى، اتَّخَذُوا قُبُورَ أَنْبِيَائِهِمْ مَسَاجِدَ، قالَتْ عَائِشَةُ: يُحَذِّرُ مَا صَنَعُوا، قالَتْ: وَلَوْلَا ذَلِكَ لَأُبْرِزَ قَبْرُهُ، غَيْرَ أَنَّهُ خُشِيَ أَنْ يُتَّخَذَ مَسْجِدًا».

"Allah yəhudilərə və nəsranilərə lənət etsin! Onlar, peyğəmbərlərinin qəbirlərini məscidlərə çevirmişlər". Aişə (Allah ondan razı olsun) belə dedi: “Peyğəmbər (sallallahu əleyhi va səlləm) ümmətini onların etdiklərindən çəkindirirdi. Əgər belə olmasaydı, onun qəbri aşkarda olardı. Lakin qəbrinin məscid edilməsi qorxusu var idi." Buxari və Muslimin səhih kitablarında həmçinin belə nəql olunur:

Ummu Sələmə və Ummu Həbibə (Allah onların hər ikisindən razı olsun) Həbəşistan torpağında gördükləri bir kilsədən və oradakı şəkillərdən (ikonlardan) Peyğəmbərə (sallallahu əleyhi va səlləm) bəhs etdilər. Peyğəmbər (sallallahu əleyhi va səlləm) belə buyurdu:

«أُولَئِكَ إِذَا مَاتَ فِيهِمُ الرَّجُلُ الصَّالِحُ؛ بَنَوْا عَلَى قَبْرِهِ مَسْجِدًا، وَصَوَّرُوا فِيهِ تِلْكَ الصُّوَرَ، أُولَئِكَ شِرَارُ الْخَلْقِ عِنْدَ اللَّهِ».

“Onlar, özlərindən əməlisaleh bir kişi öldüyü zaman onun qəbri üzərində məscid tikər və həmin şəkilləri orada çəkərlər. Onlar Allah dərgahında məxluqatın ən şərlisidir."

Səhih Muslimdə rəvayət edilən hədisdə Cundub bin Abdullah (Allah ondan razı olsun) belə demişdir: Mən Peyğəmbərin (sallallahu əleyhi va səlləm) vəfat etməzdən beş gün öncə belə dediyini eşitdim:

«إِنِّي أَبْرَأُ إِلَى اللَّهِ أَنْ يَكُونَ لِي مِنْكُمْ خَلِيلٌ، فَإِنَّ اللَّهَ قَدِ اتَّخَذَنِي خَلِيلًا، كَمَا اتَّخَذَ إِبْرَاهِيمَ خَلِيلًا، وَلَوْ كُنْتُ مُتَّخِذًا مِنْ أُمَّتِي خَلِيلًا، لَاتَّخَذْتُ أَبَا بَكْرٍ خَلِيلًا، أَلَا وَإِنَّ مَنْ كَانَ قَبْلَكُمْ كَانُوا يَتَّخِذُونَ قُبُورَ أَنْبِيَائِهِمْ وَصَالِحِيهِمْ مَسَاجِدَ، أَلَا فَلَا تَتَّخِذُوا الْقُبُورَ مَسَاجِدَ، فَإِنِّي أَنْهَاكُمْ عَنْ ذَلِكَ».

"Mən aranızda sizlərdən birinin dostumun (xəlil) olmasından Allaha sığınıram. Çünki Uca Allah İbrahimi Özünə dost etdiyi kimi məni də Özünə dost etmişdir. Əgər ümmətimdən birini özünə dost tutsaydım, əlbəttə ki, Əbu Bəkiri özümə dost tutardım. Agah olun ki, sizdən öncəkilər peyğəmbərlərinin və aralarındakı saleh kimsələrin qəbirlərini məscidlərə çevirdilər. Diqqət edin! Qəbirləri əsla məscidlərə çevirməyin. Mən sizi bundan çəkindirirəm". Bu mövzuda hədislər çoxdur.

Müsəlman alimlərindən olan imamlar – dörd məzhəbin (Hənəfi, Maliki, Şafii və Hənbəli) alimləri və digərləri – qəbirlərin üzərində məscid tikilməsinin qadağan olunduğunu açıq şəkildə bildirmişlər. Onlar bu barədə Peyğəmbərin (sallallahu əleyhi va səlləm) sünnəsinə əməl edərək, ümmətə nəsihət vermiş, onu bu əməldən çəkindirmiş və əvvəlki ümmətlərin, xüsusilə yəhudi və nəsranilərdən ifrata varanların, eləcə də bu ümmətin azmış bənzərlərinin yoluna düşməmələri üçün xəbərdarlıq etmişlər.

Buna görə də, İordaniyədəki İslam Elmləri Birliyi Təşkilatı və digər müsəlmanların üzərinə düşən vəzifə sünnəyə əməl etmək, imamların yolunu tutmaq və Allahın və Onun Rəsulunun (səllallahu əleyhi va səlləm) çəkindirdiyi şeylərdən çəkindirməkdir. Çünki məhz bunda insanın xeyri, xoşbəxtliyi və həm bu dünyada, həm də axirətdə nicatı vardır. Bəzi insanlar bu mövzuda Uca Allahın "Əshabi-Kəhf" – in yəni Kəhf əhlinin haqqında söylədiyi ayəyə istinad etmişlər:

﴿...قَالَ ٱلَّذِينَ غَلَبُواْ عَلَىٰٓ أَمۡرِهِمۡ لَنَتَّخِذَنَّ عَلَيۡهِم مَّسۡجِدٗا﴾

(Mübahisədə üstün gələnlər isə: “Onların (məzarı) üstündə mütləq bir məscid tikəcəyik!”– dedilər). (Kəhf: 21).

Bu suala cavab olaraq demək olar ki: Uca Allah bu ayədə, həmin dövrdəki rəhbərlərin və nüfuz sahiblərinin bu sözü söylədiklərini xəbər vermişdir. Lakin bu xəbər onları tərifləmək və təsdiqləmək üçün deyil, əksinə, onların bu davranışını qınamaq, tənqid etmək və insanları belə bir əməldən uzaqlaşdırmaq məqsədi daşıyır. Buna dəlalət edən odur ki, bu ayə Peyğəmbərə (səllallahu əleyhi va səlləm) nazil olmuşdur və insanlar arasında bu ayənin mənasını ən yaxşı bilən də elə odur. O isə ümmətinə qəbirlər üzərində məscidlər tikməyi qadağan etmiş, onları bundan çəkindirmiş və belə edənləri lənətləyib qınamışdır.

Əgər bu əməl (qəbir üzərində məscid tikmək) icazəli olsaydı, Peyğəmbər (səllallahu əleyhi va səlləm) belə ciddi bir şəkildə ondan çəkindirməz və bu məsələdə bu dərəcədə israr etməzdi. O, bu işi edənləri lənətləmiş və onların Allah qatında ən şər məxluqlar olduğunu bildirmişdir. Bu isə haqqı axtaran kəs üçün kifayət qədər yetərli bir dəlildir. Əgər fərz etsək ki, bizdən əvvəlkilər üçün qəbirlər üzərində məscid tikmək caiz olubsa belə, bu yenə də bizim üçün dəlil ola bilməz. Çünki bizim şəriətimiz əvvəlki şəriətləri nəsx etmişdir. Peyğəmbərimiz (səllallahu əleyhi va səlləm) isə sonuncu elçidir və onun gətirdiyi şəriət kamil və ümumidir. O, bizi qəbirlər üzərində məscid tikməyi qadağan etmişdir. Buna görə də, Ona müxalif olmaq bizə caiz deyildir. Bizə vacib olan isə Onun gətirdiyi dinə tabe olmaq, ona möhkəm sarılmaq və bununla ziddiyyət təşkil edən əvvəlki şəriətlərdən və bu əməlləri edənlərin yaxşı hesab etdiyi adətlərdən uzaq durmaqdır. Çünki Allahın şəriətindən daha kamil bir şəriət və Rəsulullahın (səllallahu əleyhi va səlləm) yolundan daha doğru bir yol yoxdur.

Allahdan istəyimiz budur ki, bizi və bütün müsəlmanları Öz dinində sabitqədəm etsin və bizə Allahla qarşılaşacağımız günə qədər Rəsulu Muhammədin (sallallahu əleyhi va səlləm) şəriətinə sözlərimizdə və əməllərimizdə, zahirdə və batində, bütün hallarda möhkəm bağlı qalmağı nəsib etsin. Həqiqətən, O, eşidəndir, yaxın olandır.

Allahın salavatı və salamı qulu və rəsulu olan Muhammədə, onun ailəsinə və bütün səhabələrinə və Qiyamət gününə qədər onlara gözəl şəkildə tabe olanların üzərinə olsun.

 

 

 

***

 

az397v3.1 - 26/07/2026