دَفْنُ المَوتَى فِي المَسَاجِدِ
Ölülərin məscidlərdə dəfn olunması
لِسَمَاحَةِ الشَّيْخِ العَلَّامَةِ
عَبْدِ العَزِيزِ بْنِ عَبْدِ اللهِ بْنِ بَازٍ
رَحِمَهُ اللهُ
Kitabın müəlifi Hörmətli Şeyx
Abduləziz bin Abdullah bin Baz
بِسْمِ اللهِ الرَّحمَنِ الرَّحِيمِ
On birinci risalə:
Ölülərin məscidlərdə dəfn olunması
Bismilləh. Həmd yalnız Allaha məxsusdur! Salat və salam Peyğəmbərimiz Muhammədə, onun ailəsinə və Onun yolunu tutub gedənlərin üzərinə olsun!
Daha sonra:
Mən: 17.04.1415 (hicri tarixilə) tarixində nəşr olunmuş «Xurtum» qəzetinə nəzər saldım və orada Seyyid Muhamməd əl-Həsən əl-İdrisinin atasının yanında, Umm Durman şəhərindəki məscidlərində dəfn edildiyi ilə bağlı bir xəbər rast gəldim ... və s.
Allahın müsəlmanlara nəsihət etməyi və münkəri (pisliyi) bəyan edib inkar etməyi vacib buyurmasına əsasən, dəfnin məscidlərdə edilməsinin caiz olmadığını xatırlatmağı zəruri saydım. Əksinə, bu əməl şirkə aparan vasitələrdən biridir və Allahın yəhudi və nəsraniləri qınadığı, rəsulunun (sallallahu əleyhi va səlləm) isə onları bu səbəblə lənətlədiyi əməllərdəndir. Bu barədə Buxari və Muslimin Səhih əsərlərində, Aişədən (Allah ondan razı olsun) rəvayət olunan bir hədisdə Peyğəmbər (sallallahu əleyhi va səlləm) belə buyurmuşdur:
«لَعَنَ اللَّهُ الْيَهُودَ وَالنَّصَارَى، اتَّخَذُوا قُبُورَ أَنْبِيَائِهِمْ مَسَاجِدَ».
"Allah yəhudilərə və nəsranilərə lənət etsin! Onlar peyğəmbərlərinin qəbirlərini ibadətgaha çevirmişlər". Muslimin Səhih əsərlərində, Cundub bin Abdullahdan (Allah ondan razı olsun) rəvayət olunan bir hədisdə Peyğəmbər (sallallahu əleyhi va səlləm) belə buyurmuşdur:
«أَلَا وَإِنَّ مَنْ كَانَ قَبْلَكُمْ كَانُوا يَتَّخِذُونَ قُبُورَ أَنْبِيَائِهِمْ وَصَالِحِيهِمْ مَسَاجِدَ، أَلَا فَلَا تَتَّخِذُوا الْقُبُورَ مَسَاجِدَ؛ فَإِنِّي أَنْهَاكُمْ عَنْ ذَلِكَ».
"Agah olun ki, sizdən öncəkilər peyğəmbərlərinin və aralarındakı saleh kimsələrin qəbirlərini məscidlərə çevirdilər. Diqqət edin! Qəbirləri əsla məscidlərə çevirməyin. Mən sizi bundan çəkindirirəm". Bu mənada bir çox hədislər vardır.
Buna görə də bütün müsəlmanların — istər dövlətlər, istər xalqlar olaraq — üzərinə düşən vacib vəzifə budur ki, Allahdan qorxsunlar, Onun qadağan etdiklərindən çəkinsinlər və ölülərini məscidlərin xaricində (qəbiristanlıqlarda) dəfn etsinlər. Çünki Peyğəmbər (sallallahu əleyhi va səlləm) və səhabələri (Allah onlardan razı olsun) də ölüləri məscidlərin xaricində dəfn edirdilər. Eyni şəkildə onlara gözəl şəkildə tabe olanlar da bu yolla getmişlər.
Amma Peyğəmbər (sallallahu əleyhi va səlləm) ilə onun iki səhabəsi, Əbu Bəkr və Ömərin (Allah onlardan razı olsun) qəbrinin Peyğəmbərin (sallallahu əleyhi va səlləm) məscidində dəfn edilməsinə gəldikdə isə bu, ölülərin məscidlərdə dəfn edilməsinə dəlil deyildir. Çünki Peyğəmbər (sallallahu əleyhi va səlləm) öz evində, Aişənin (Allah ondan razı olsun) otağında dəfn edilmişdir. Sonradan onun iki səhabəsi də onunla birlikdə həmin evdə dəfn edildilər. Daha sonra hicrətin birinci yüzilliyinin sonunda Valid bin Abdulməlik Peyğəmbər Məscidini genişləndirərkən bu otağı məscidə daxil etdi. Alimlər onun bu işini tənqid etsələrdə, lakin o bunu, məscidin genişləndirilməsinə mane olmadığını düşündü və bu məsələnin insanları çaşdırmayacaq qədər aydın olduğunu zənn etdi.
Bununla hər bir müsəlmana aydın olur ki, Peyğəmbər (sallallahu əleyhi va səlləm) və onun iki səhabəsi (Allah onlardan razı olsun) məsciddə dəfn edilməyiblər. Onların məscidə daxil edilməsi sadəcə məscidin genişləndirilməsi səbəbilə baş vermişdir və bu, məscidlərdə dəfnin caiz olduğuna dəlil sayıla bilməz. Çünki onlar məsciddə deyil, əksinə, Peyğəmbərin (sallallahu əleyhi va səlləm) evində dəfn olunmuş sayılırlar. Həmçinin Valid bin Abdulməlikin bu işi, bu məsələdə heç kim üçün dəlil ola bilməz. Çünki dəlil yalnız Quranda, Sünnədə və ümmətin ilk nəsillərinin — səhabə və saleh sələfin — ittifaqındadır. Allah onlardan razı olsun və bizi də onlara gözəl şəkildə tabe olanlardan etsin.
Nəsihət etmək və dini məsuliyyəti yerinə yetirmək məqsədilə bu yazı: 14.05.1415-ci hicri tarixində qələmə alınmışdır.
Allah uğur və müvəffəqiyyət sahibidir. Allahın salatı və salamı Peyğəmbərimiz Muhammədin, onun ailəsinin, səhabələrinin və Qiyamət gününədək gözəl tərzdə onların ardınca gedənlərin üzərinə olsun!
***
az397v3.1 - 26/07/2026