مَا لَا يَسَعُ المُسْلِمَ جَهْلُهُ
Müsəlmanın bilməsi vacib olan məsələlər
اللَّجْنَةُ العِلْمِيَّةُ
بِرِئَاسَةِ الشُّؤُونِ الدِّينِيَّةِ بِالمَسْجِدِ الحَرَامِ وَالمَسْجِدِ النَّبَوِيِّ
Məscidül-Haram və Məscidün-Nəbəvi Dini İşlər Rəyasətinin Elmi Komitəsi
بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ
Müsəlmanın bilməsi vacib olan məsələlər
Müqəddimə
Həmd olsun aləmlərin Rəbbi olan Allaha, salat və salam aləmlərə rəhmət olaraq göndərilənin, onun ailəsinin, səhabələrinin və Qiyamət gününə qədər onun Sünnəsinə tabe olub yolu ilə gedənlərin üzərinə olsun. Daha sonra:
Bu, bir müsəlmanın əqidə, ibadət və müamilə məsələlərində ehtiyac duyduğu ən mühüm mövzuları ehtiva edən yığcam bir risalədir. Biz onu əl-Harameyn əş-Şərifeyni ziyarət edən kişi və qadınların öz dini məsələlərində elmli və bəsirətli olmaları üçün tərtib etdik. Kərim və Mənnan olan Allahdan diləyirik ki, bu risaləni faydalı etsin, onu saleh və yalnız Özü üçün xalis bir əməl etsin. Həqiqətən, O, istənilənlərin ən xeyirlisi və ümid bəslənilənlərin ən səxavətlisidir.
***
Mərhəmətli və Rəhmli Allahın adı ilə
Birinci fəsil:
Əqidəyə dair.
Birinci bölmə: İslamın mənası və rükunları:
İslam: Yalnız Allaha ibadət etməklə Ona təslim olmaq, itaətlə Ona boyun əymək, Uca Allaha şərik qoşmaqdan və Ona şərik qoşan insanlardan uzaq olmaqdır.
İslamın rükunları beşdir:
Birincisi: Allahdan başqa ibadətə layiq haqq məbud olmadığına və Məhəmmədin Allahın rəsulu olduğuna şəhadət vermək.
İkincisi: Namaz qılmaq.
Üçüncü: Zəkat vermək.
Dördüncüsü: Ramazan orucunu tutmaq.
Beşinci: Gücü çatana Allahın Haram evini (Kəbəni) həcc etmək.
Tövhidin (təkallahlıqın) əhəmiyyəti:
Bil ki, Uca Allah insanları yalnız Ona ibadət etmələri və Ona heç bir şeyi şərik qoşmamaları üçün yaratmışdır. Uca Allah buyurur:
﴿وَمَا خَلَقۡتُ ٱلۡجِنَّ وَٱلۡإِنسَ إِلَّا لِيَعۡبُدُونِ 56﴾
"Mən cinləri və insanları yalnız Mənə ibadət etmək üçün yaratdım". [Zariyat 51 surəsi, ayə 56]. Bu ibadət yalnız elmlə bilinə bilər. Necə ki, uca Allah buyurur:
﴿فَٱعۡلَمۡ أَنَّهُۥ لَآ إِلَٰهَ إِلَّا ٱللَّهُ وَٱسۡتَغۡفِرۡ لِذَنۢبِكَ وَلِلۡمُؤۡمِنِينَ وَٱلۡمُؤۡمِنَٰتِۗ وَٱللَّهُ يَعۡلَمُ مُتَقَلَّبَكُمۡ وَمَثۡوَىٰكُمۡ 19﴾
"(Ey peyğəmbər!) Bil ki, Allahdan başqa (ibadətə layiq olan heç bir) ilah yoxdur. Sən həm öz günahlarının, həm də mömin kişilərlə və mömin qadınların bağışlanmasını dilə. Allah (gündüzlər) gəzib-dolaşdığınız yeri də, (gecələr) gecələyəcəyiniz məskəni də bilir". [Muhamməd 47 surəsi, ayə 19]. Uca Allah bu ayədə, söz və əməldən öncə elmlə başladı. Müsəlmanın öyrənməli olduğu ən mühüm şey Uca Allahın tövhididir. Çünki tövhid, dinin əsası və onun təməlidir. Din yalnız tövhid ilə ayaqda durar və bu, müsəlmanın üzərinə düşən ilk vacibdir, həm də son vacibdir. Tövhid, hər bir müsəlmanın bilməsi və onlara əməl etməsi vacib olan İslamın rükunlarından birincisidir və onların sayı beşdir. Necəki Abdullah bin Ömər, Allah onların hər ikisindən razı olsun, rəvayət edir ki, mən Allah rəsulunun, Allahın salavatı və salamı onun üzərinə olsun, belə buyurduğunu eşitdim:
«بُنِيَ الإسْلَامُ عَلَى خَمْسٍ: شَهَادَةِ أنْ لَا إلَهَ إلَّا اللَّهُ وأنَّ مُحَمَّدًا رَسُولُ اللَّهِ، وَإقَامِ الصَّلَاةِ، وَإيتَاءِ الزَّكَاةِ، وَحَجِّ البَيْتِ، وصَوْمِ رَمَضَانَ».
«İslam beş (əsas) üzərində qurulmuşdur: Allahdan başqa (ibadətə haqqı olan) məbudun olmadığına və Muhəmmədin (sallallahu aleyhi və səlləm) Allahın elçisi olduğuna şahidlik etmək, namaz qılmaq, zəkat vermək, Allahın evini həcc etmək və Ramazan orucunu tutmaq»1.
Buna görə də müsəlmana Tövhidin mənasını öyrənmək vacibdir. Bu, Allahı ibadətdə təkləşdirməkdir. Beləliklə də, o ibadətində Allaha heç kəsi şərik qoşmaz: nə yaxın bir mələyi, nə də göndərilmiş bir peyğəmbəri.
«Lə iləhə illə-Llah» - şəhadət kəlməsinin mənası:
Qulun qəti bir etiqadla Uca Allahdan başqa haqq məbudun olmadığını iqrar etməsidir. Beləliklə, yalnız Allaha ibadət edir: dua, qorxu, ümid, təvəkkül və s. bu kimi ibadətin bütün növlərini yalnız Uca Allaha məxsus edir.
Şəhadət kəlməsi ancaq iki sütunla gerçəkləşir:
Birincisi: Allahdan başqa bütün şəriklərin, məbudların və tağutların ilahlığını və onlara ibadət edilməsini inkar etmək.
İkincisi: İlahlığını və haqq ibadəti yalnız Allaha aid etməkdir, başqası olmadan. Uca Allah buyurur:
﴿وَلَقَدۡ بَعَثۡنَا فِي كُلِّ أُمَّةٖ رَّسُولًا أَنِ ٱعۡبُدُواْ ٱللَّهَ وَٱجۡتَنِبُواْ ٱلطَّٰغُوتَ...﴾
"Biz hər ümmətə: “Allaha ibadət edin, tağutdan uzaq olun”– (deyə,) peyğəmbər göndərdik".
[Nəhl 16 surəsi, ayə 36].
“Lə iləhə illəllah” kəliməsinin şərtləri isə bunlardır:
Birinci: Cəhaləti aradan qaldıran elm.
İkinci: Şəkki aradan qaldıran yəqinlik.
Üçüncü: Şirkə zidd olan ixlas.
Dördüncü: Yalanı aradan qaldıran təsdiq etmək.
Beşinci: Nifrəti aradan qaldıran məhəbbət.
Altıncı: Tərki aradan qaldıran itaətkarlıq.
Yeddinci: Rəddi aradan qaldıran qəbul etmək.
Səkkizincisi: Uca Allahdan başqa ibadət olunan hər bir şeyi inkar etmək.
Bu şərtlərə əməl etmək vacibdir və bunlar aşağıdakı iki beytdə cəm olunmuşdur:
"Elm, yəqinlik, ixlas və səmimiyyətinlə bərabər, məhəbbət, itaət (boyun əymə) və onu qəbul etmək.
Səkkizinci şərt də əlavə edilir ki, bu, sənin, Allahdan başqa ibadət olunan ilahları inkar etməyindir".
Şəhadətin yerinə yetirilməsi, şəriki olmayan Uca Allahı ibadətdə təkləşdirmək və ibadəti ixlasla yalnız Allaha həsr etməkdir. Yalnız Uca Allaha dua edir, yalnız Uca Allaha təvəkkül edir, yalnız Uca Allaha ümid edir, yalnız Uca Allah üçün namaz qılır və yalnız Uca Allah üçün qurban kəsir.
Bəzi insanların qəbirləri tavaf etməsi, qəbir əhlindən kömək diləməsi və Allahdan başqasına dua etməsi ibadətdə şirkdir. Bu işdən çəkinmək və ondan çəkindirmək vacibdir. Çünki bu, müşriklərin Uca Allahdan başqa bütlərə, daşlara və ağaclara ibadət etmələri qəbilindəndir (növündəndir). Bu, o şirkdir ki, Uca Allah ondan çəkindirmək üçün kitablar nazil etmiş və peyğəmbərlər göndərmişdir.
Məhəmməd Allahın rəsuludur şəhadətinin mənası:
Onun əmrlərinə itaət etmək, verdiyi xəbərləri təsdiqləmək, qadağan edib çəkindirdiklərindən uzaq durmaq və Allaha yalnız onun gətirdiyi şəriətlə ibadət etmək. Müsəlman iqrar edir ki, Muhəmməd ibn Abdullah əl-Qureşi əl-Haşimi Uca Allahın cinlərdən və insanlardan olan bütün məxluqata göndərdiyi rəsuludur. Necə ki, Uca Allah buyurur:
﴿قُلۡ يَٰٓأَيُّهَا ٱلنَّاسُ إِنِّي رَسُولُ ٱللَّهِ إِلَيۡكُمۡ جَمِيعًا...﴾
"De: "Ey insanlar! Şübhəsiz ki, mən sizin hamınıza göndərilmiş Allahın elçisiyəm...". [Əraf 7 surəsi, ayə 158].
Allah onu Öz dinini təbliğ etmək və insanları haqq yola yönəltmək üçün göndərmişdir. Necə ki, Uca Allah buyurur:
﴿وَمَآ أَرۡسَلۡنَٰكَ إِلَّا كَآفَّةٗ لِّلنَّاسِ بَشِيرٗا وَنَذِيرٗا وَلَٰكِنَّ أَكۡثَرَ ٱلنَّاسِ لَا يَعۡلَمُونَ28﴾
"Biz səni bütün insanlara müjdə verən və xəbərdarlıq edən (bir peyğəmbər) olaraq göndərdik. Lakin insanların çoxu (bunu) bilməz". [Səba 34 surəsi, ayə 28]. Uca Allah buyurur:
﴿وَمَآ أَرۡسَلۡنَٰكَ إِلَّا رَحۡمَةٗ لِّلۡعَٰلَمِينَ 107﴾
"Biz səni ancaq aləmlərə rəhmət olaraq göndərdik". [Ənbiya 21 surəsi, ayə 107].
Bu şəhadətin tələbi: Allah rəsulunun, sallallahu aleyhi va səlləm, rububiyyətdə, kainatı idarə etməkdə və ya ibadətdə bir haqqı olduğuna - etiqad etməməkdir. Əksinə, o, bir quldur, ona ibadət edilməz və bir elçidir, təkzib edilməz. Allahın istədiyindən başqa, özünə və başqasına nə bir xeyir, nə də bir zərər verməyə qadir deyil. Necə ki, Uca Allah buyurur:
﴿قُل لَّآ أَقُولُ لَكُمۡ عِندِي خَزَآئِنُ ٱللَّهِ وَلَآ أَعۡلَمُ ٱلۡغَيۡبَ وَلَآ أَقُولُ لَكُمۡ إِنِّي مَلَكٌۖ إِنۡ أَتَّبِعُ إِلَّا مَا يُوحَىٰٓ إِلَيَّ...﴾
"De: "Mən sizə demirəm ki, Allahın xəzinələri mənim yanımdadır. Mən qeybi də bilmirəm. Sizə demirəm ki, mən mələyəm. Mən yalnız mənə vəhy olunana tabe oluram...". [Ənam 6 surəsi, ayə 50].
İkinci bölmə: İmanın mənası və onun rüknları.
İman: Qəlb ilə iqrar etmək, dil ilə söyləmək, qəlb və bədən əzaları ilə əməl etməkdir. İtaətlə artır, günahla azalır.
İman ibadətlərin səhih və qəbul olunması üçün şərtdir. Eləcə də Allaha şərik qoşmaq və küfr bütün itaətləri batil edir. Necə ki Allah dəstəmazsız namazı qəbul etməz, eləcə də imansız ibadəti qəbul etməz. Uca Allah buyurur:
﴿وَمَن يَعۡمَلۡ مِنَ ٱلصَّٰلِحَٰتِ مِن ذَكَرٍ أَوۡ أُنثَىٰ وَهُوَ مُؤۡمِنٞ فَأُوْلَٰٓئِكَ يَدۡخُلُونَ ٱلۡجَنَّةَ وَلَا يُظۡلَمُونَ نَقِيرٗا 124﴾
"Mömin olaraq həm kişilərdən, həm də qadınlardan yaxşı işlər görənlər Cənnətə girərlər və onlara xurma çəyirdəyindəki oyuq qədər haqsızlıq edilməz". [Nisa 4 surəsi, ayə 124].
Bu ayə bəyan etdi ki, Allaha şərik qoşmaq əməli puç edir. Necə ki, Uca Allah buyurur:
﴿وَلَقَدۡ أُوحِيَ إِلَيۡكَ وَإِلَى ٱلَّذِينَ مِن قَبۡلِكَ لَئِنۡ أَشۡرَكۡتَ لَيَحۡبَطَنَّ عَمَلُكَ وَلَتَكُونَنَّ مِنَ ٱلۡخَٰسِرِينَ 65﴾
"Sənə və səndən əvvəlkilərə belə vəhy olunmuşdur: “Əgər (Allaha) şərik qoşsan, əməlin puç olacaq və mütləq ziyana uğrayanlardan olacaqsan". [Zumər 39 surəsi, ayə 65].
İmanın rükunları altıdır: Allaha, mələklərinə, kitablarına, rəsullarına, axirət gününə, qədərin xeyrinə və şərinə iman etmək.
1) Uca Allaha iman özündə üç məsələni əhatə edir:
1- Onun Rububiyyətinə iman etmək:
Bu, Uca Allahı yaratmaq, ruzi vermək, diriltmək və öldürmək kimi fellərində təkləşdirməkdir. Allahdan başqa yaradan yoxdur, Allahdan başqa ruzi verən yoxdur, Allahdan başqa dirildən yoxdur, Allahdan başqa öldürən yoxdur və kainatı da Ondan başqa idarə edən yoxdur.
Pak və Müqəddəs olan Allahın Rəbb olmasını, yalnız inadkar və dediklərini etiqad etməyən kəs inkar edə bilər. Necə ki, Firon öz qövmünə xitab edərək belə demişdir:
﴿...أَنَا رَبُّكُمُ الْأَعْلَى﴾
"Mən sizin ən uca Rəbbinizəm!". [Naziat 79 surəsi, ayə 24]. Lakin o bunu, etiqad edərək demirdi. Uca Allah bizə, Musanın, Allahin ona salamı olsun, Firona belə dediyini buyurmuşdur:
﴿قَالَ لَقَدۡ عَلِمۡتَ مَآ أَنزَلَ هَٰٓؤُلَآءِ إِلَّا رَبُّ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ بَصَآئِرَ وَإِنِّي لَأَظُنُّكَ يَٰفِرۡعَوۡنُ مَثۡبُورٗا 102﴾
"(Musa) dedi: “Sən artıq bunları yalnız göylərin və yerin Rəbbi tərəfindən, açıq-aşkar ayət olaraq endirildiyini bilirsən. Mən isə, ey Firon, sənin məhv olacağını yəqin bilirəm”. [İsra 17 surəsi, ayə 102]. Uca Allah buyurur:
﴿وَجَحَدُوا بِهَا وَاسْتَيْقَنَتْهَا أَنْفُسُهُمْ ظُلْمًا وَعُلُوًّا... ﴾
"Buna yəqinliklə inandıqları halda, haqsızcasına və təşəxxüslə onları inkar etdilər".
[Nəml 27 surəsi, ayə 14].
Həqiqətən, bu yaradılmışların bir Yaradanı olmalıdır. Çünki bu məxluqatın özü özünü var etməsi mümkün deyil. Çünki heç bir şey özünü yarada bilməz və o, təsadüfən də yarana bilməz. Çünki mövcud olan hər şeyin bir yaradıcısı olmalıdır. Onların bu ecazkar nizam və ahəngdar uyğunluq içində olması, təsadüfən yaranmasını qeyri-mümkün edir. Beləliklə aydın olur ki, onların bir Yaradanı vardır, o da aləmlərin Rəbbi olan Allahdır. Uca Allah buyurur:
﴿أَمۡ خُلِقُواْ مِنۡ غَيۡرِ شَيۡءٍ أَمۡ هُمُ ٱلۡخَٰلِقُونَ 35 أَمۡ خَلَقُواْ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضَۚ بَل لَّا يُوقِنُونَ 36﴾
"Yoxsa onlar heç bir şey olmadan (Xaliqsizmi) yaranıblar? Yaxud onlar (öz-özlərini) yaradanlardır?
Yoxsa onlar göyləri və yeri yaradıblar? Xeyr, onlar qətiyyən inanmırlar".
[Tur 52 surəsi, ayələr 35-36].
Müşriklər, ibadətdə Allaha şərik qoşsalar da, Uca Allahın Rəbb olmasını etiraf edirdilər, lakin bu, onları İslama daxil etmədi. Peyğəmbər, sallallahu aleyhi və səlləm, onlarla vuruşdu, onların qanlarını və mallarını halal etdi. Çünki onlar ibadətdə Allaha şərik qoşurdular. Beləliklə, onlar Allahla yanaşı başqalarına ibadət etdilər: bütlərə, daşlara, mələklərə və digərlərinə.
2- Onun Uluhiyyətinə iman etmək:
Onun uluhiyyətinə iman etmək. Yəni: şəriki olmayan, ibadətə layiq olan haqq məbud yalnız Odur. (İlah) - "ilahiləşdirilmiş" mənasını daşıyır. Yəni: məhəbbət, təzim, ucalıq və təvazökarlıqla ibadət edilən "məbud".
Uca Allah buyurur:
﴿وَإِلَٰهُكُمۡ إِلَٰهٞ وَٰحِدٞۖ لَّآ إِلَٰهَ إِلَّا هُوَ ٱلرَّحۡمَٰنُ ٱلرَّحِيمُ 163﴾
"Sizin məbudunuz Tək olan İlahdır. Ondan başqa (ibadətə layiq olan) məbud yoxdur, O, Mərhəmətlidir, Rəhmlidir".
[Bəqərə 2 surəsi, ayə 163].
Kim Allahla birlikdə başqa bir məbud qəbul edib Ona deyil, həmin varlığa ibadət edərsə, onun ilahlığı batildir. Uca Allah buyurur:
﴿ذَٰلِكَ بِأَنَّ ٱللَّهَ هُوَ ٱلۡحَقُّ وَأَنَّ مَا يَدۡعُونَ مِن دُونِهِۦ هُوَ ٱلۡبَٰطِلُ وَأَنَّ ٱللَّهَ هُوَ ٱلۡعَلِيُّ ٱلۡكَبِيرُ 62﴾
"Bu belədir. Çünki Allah Haqdır. (müşriklərin) Ondan başqa dua etdikləri isə batildir. Həqiqətən, Allah Ucadır, Böyükdür". [Həcc 22 surəsi, ayə 62].
Bu səbəbdən Nuhdan Muhəmmədə, sallallahu aleyhi va səlləm, qədər bütün rəsullar, Allahın onlara salamı olsun, öz qövmlərini Allahı ibadətdə təkləşdirməyə və Ondan başqasına deyil, yalnız Ona ibadət etməyə dəvət etmişlər. Uca Allah, müşriklərin ilahlar qəbul edib onlara Allahla yanaşı ibadət etmələrini, onlardan kömək və dəstək diləmələrini iki əqli dəlil ilə batil etmişdir:
Birincisi odur ki, onların özlərinə məbud olaraq qəbul etdikləri şeylərin heç birində ilahi xüsusiyyətləri yoxdur. Onlar yaradılmışdırlar. Yarada bilməz, onlara ibadət edənlərə bir mənfəət verə bilməz, onlardan bir zərəri uzaqlaşdıra bilməzlər. Onlar nə həyata, nə ölümə, nə də yenidən diriltməyə malik deyillər. Necə ki, uca Allah buyurur:
﴿وَٱتَّخَذُواْ مِن دُونِهِۦٓ ءَالِهَةٗ لَّا يَخۡلُقُونَ شَيۡـٔٗا وَهُمۡ يُخۡلَقُونَ وَلَا يَمۡلِكُونَ لِأَنفُسِهِمۡ ضَرّٗا وَلَا نَفۡعٗا وَلَا يَمۡلِكُونَ مَوۡتٗا وَلَا حَيَوٰةٗ وَلَا نُشُورٗا 3﴾
"(Kafirlər) Allahı qoyub heç bir şey yarada bilməyən, həm də özləri yaradılan, özlərinə nə bir zərər, nə də bir xeyir verməyə qadir olmayan, öldürməyə, həyat verməyə və yenidən diriltməyə qüdrəti olmayanları özlərinə məbud qəbul etdilər". [Furqan 25 surəsi, ayə 3].
İkincisi: O müşriklər, Uca Allahın tək yaradan və idarə edən olduğunu etiraf edirdilər. Bu da onların Allahı Rəbb olmasında (rububiyyədə) təkləşdirdikləri kimi, İlah olmasında da (uluhiyyədə) təkləşdirmələrini zəruri və lazım edir. Necə ki, Uca Allah buyurur:
﴿قُل لِّمَنِ ٱلۡأَرۡضُ وَمَن فِيهَآ إِن كُنتُمۡ تَعۡلَمُونَ 84 سَيَقُولُونَ لِلَّهِۚ قُلۡ أَفَلَا تَذَكَّرُونَ85 قُلۡ مَن رَّبُّ ٱلسَّمَٰوَٰتِ ٱلسَّبۡعِ وَرَبُّ ٱلۡعَرۡشِ ٱلۡعَظِيمِ 86 سَيَقُولُونَ لِلَّهِۚ قُلۡ أَفَلَا تَتَّقُونَ 87 قُلْ مَنْ بِيَدِهِ مَلَكُوتُ كُلِّ شَيْءٍ وَهُوَ يُجِيرُ وَلَا يُجَارُ عَلَيْهِ إِنْ كُنْتُمْ تَعْلَمُونَ 88 سَيَقُولُونَ لِلَّهِ قُلْ فَأَنَّى تُسْحَرُونَ 89﴾
"De: “Əgər bilirsinizsə, (deyin görüm) yer və onun üzərində olanlar kimə məxsusdur?”
Onlar: “Allahındır!”– deyəcəklər. De: “Elə isə düşünüb ibrət almırsıniz?"
De: “Yeddi göyün Rəbbi və əzəmətli Ərşin Sahibi kimdir?"
Onlar: “Allahdır!”– deyəcəklər. De: “Elə isə (Allahdan) qorxmursunuz?”
De: “Əgər bilirsinizsə, (deyin görüm) hər şeyin hökmü əlində olan, himayə edən, Özünün isə himayəyə ehtiyacı olmayan kimdir?”
Onlar: “Allahdır!”– deyəcəklər. De: “Bəs necə olur ki, aldanırsınız?”. [Muminun 23 surəsi, ayələr 84-89]. Onlar Rububiyyət tövhidini iqrar etdikdə, onlara ibadəti yalnız Uca Allaha məxsus etmək və Ona ibadətdə heç kəsi şərik qoşmamaq vacib olur.
3- Ad və sifətlərə iman:
Yəni: Uca Allahın Kitabında Özü üçün təsdiq etdiyini isbat etmək, yaxud rəsulunun, sallallahu aleyhi va səlləm, sünnəsində Allah üçün təsdiq etdiyi ad və sifətləri isbat etməkdir. Ad və sifətləri Uca Allaha layiq olan şəkildə, təhrif və inkar etmədən, keyfiyyət və oxşarlıq vermədə. Uca Allah buyurur:
﴿وَلِلَّهِ ٱلۡأَسۡمَآءُ ٱلۡحُسۡنَىٰ فَٱدۡعُوهُ بِهَاۖ وَذَرُواْ ٱلَّذِينَ يُلۡحِدُونَ فِيٓ أَسۡمَٰٓئِهِۦۚ سَيُجۡزَوۡنَ مَا كَانُواْ يَعۡمَلُونَ 180﴾
"Allahın ən gözəl adlarları vardır. Ona bu adlarla dua edin və Onun adları barəsində haqdan azanları (Allahın adlarını və ya bu adların mənalarını təhrif edənləri) tərk edin. Onlar etdikləri əməllərin cəzasını alacaqlar". [Əraf 7 surəsi, ayə 180]. Uca Allah buyurur:
﴿...لَيۡسَ كَمِثۡلِهِۦ شَيۡءٞۖ وَهُوَ ٱلسَّمِيعُ ٱلۡبَصِيرُ﴾
"Onun heç bir bənzəri yoxdur. O, Eşidəndir, Görəndir". [Şura 42 surəsi, ayə 11].
Şirk üç qismə ayrılır:
1- Böyük şirk.
2- Kiçik şirk.
3- Gizli şirk.
1- Böyük şirk:
Qaydası: Allahdan başqasını, Allaha məxsus olan şeylərdə, Allahla bərabər tutmaqdır. Necə ki, Uca Allah buyurur:
﴿إِذۡ نُسَوِّيكُم بِرَبِّ ٱلۡعَٰلَمِينَ 98﴾
"...o vaxt ki, biz sizi aləmlərin Rəbbinə tay tuturduq". [اŞuəra 26 surəsi, ayə 98].
Bu da, ibadəti Uca Allahdan qeyrisinə sərf etmək, və ya dua, yardım istəmək, nəzir, qurban kəsmək və digər ibadət növlərini Allahdan başqasına yönəltmək (tamamilə və ya qismən),
yaxud da, Uca Allahın haram etdiyini halal hesab etmək, və ya halal etdiyini haram etmək, və ya Uca Allahın vacib buyurduqlarını aradan qaldırmaqdır, məsələn: dində haram olduğu qəti şəkildə bilinən zinanı, spirtli içkini, valideynlərin üzünə ağ olmağı, sələmi və ya buna bənzər şeyləri halal saymaq kimi.
və ya Uca Allahın halal etdiyi pak nemətləri haram etmək, yaxud Allahın vacib etdiklərini ləğv etməkdir. Məsələn: namazın vacib olmadığını, yaxud orucun vacib olmadığını, yaxud zəkatın vacib olmadığını etiqad etmək kimi.
Böyük şirk əməli batil edir və onun üzərində ölən kəsin Cəhənnəmdə əbədi qalmasını vacib edir. Necə ki, Uca Allah buyurur:
﴿...وَلَوۡ أَشۡرَكُواْ لَحَبِطَ عَنۡهُم مَّا كَانُواْ يَعۡمَلُونَ﴾
"Əgər onlar (Allaha) şərik qoşsaydılar, əlbəttə, etdikləri əməllər puç olardı".
[Ənam 6 surəsi, ayə 88].
Kim onun üzərində ölərsə, Allah onu bağışlamaz və Cənnət ona haram olar. Necə ki, Uca Allah buyurur:
﴿إِنَّ ٱللَّهَ لَا يَغۡفِرُ أَن يُشۡرَكَ بِهِۦ وَيَغۡفِرُ مَا دُونَ ذَٰلِكَ لِمَن يَشَآءُ...﴾
"Şübhəsiz ki, Allah Özünə şərik qoşulmasını əsla bağışlamaz, (amma) bundan başqa olan günahları isə istədiyi şəxsə bağışlayar". [Nisa 4 surəsi, ayə 48]. Uca Allah buyurur:
﴿...إِنَّهُۥ مَن يُشۡرِكۡ بِٱللَّهِ فَقَدۡ حَرَّمَ ٱللَّهُ عَلَيۡهِ ٱلۡجَنَّةَ وَمَأۡوَىٰهُ ٱلنَّارُ...﴾
"Kim Allaha şərik qoşarsa, heç şübhəsiz, Allah Cənnəti ona haram edər. Onun gedəcəyi yer isə Cəhənnəmdir". [Maidə 5 surəsi, ayə 72].
2- Kiçik şirk:
Bu, şəriətdə şirk adlandırılan, lakin böyük şirk dərəcəsinə çatmayan əməldir, buna da kiçik şirk deyilir. Məsələn: Allah-Təaladan başqasına and içmək, Kəbəyə, peyğəmbərlərə, əmanətə, filankəsin həyatına və ya bu kimi şeylərə and içmək kimi. Necə ki, peyğəmbər, sallallahu aleyhi va səlləm, belə buyurmuşdur:
«مَنْ حَلَفَ بِغَيرِ اللهِ فَقَدْ كَفَرَ أَو أَشرَكَ».
"Kim Allahdan başqasına and içərsə, artıq küfür etmiş yaxud şərik qoşmuşdur"2.
Bəzən də bu, sahibinin qəlbindəki halına görə böyük şirk ola bilər. Əgər peyğəmbərə və ya filan şeyxə and içən kimsə onun Allah kimi olduğuna, Allahdan qeyri ona dua edildiyinə yaxud kainatı idarə etdiyinə etiqad edərsə, bu, böyük şirk olar. Amma Allahdan başqasına and içən kimsənin belə bir qəsdi olmazsa, bu söz sadəcə vərdiş etdiyi üçün dilindən çıxarsa, bu, kiçik şirk sayılar. Bu, bəzi yerlərdə çox baş verir. Buna görə də Tövhidi qorumaq və himayə etmək üçün bu məsələyə diqqət yetirmək və ondan çəkindirmək vacibdir.
Üçüncü: Gizli şirk:
Bu isə qəlblərdə olan riyadır. Özünü insanlara göstərmək üçün namaz qılan və ya (Quran) oxuyan, təriflənmək üçün zikr edən yaxud mədh edilmək üçün sədəqə verən kimsə kimi. Bu, insanın riya etdiyi əməli batil edir, lakin Allah üçün ixlasla etdiyi digər əməllərə şamil olunmur.
Peyğəmbər, sallallahu aleyhi va səlləm, belə demişdir:
«الشِّرْكُ فِي هَذِهِ الْأُمَّةِ أَخْفَى مِنْ دَبِيبِ النَّمْلَةِ السَّودَاءِ عَلَى الصَّفَاةِ السَّودَاءِ فِي ظُلْمَةِ اللَّيْلِ، وَكَفَّارَتُهُ أَنْ يَقُولَ: "اللَّهُمَّ إِنِّي أَعُوذُ بِكَ أَنْ أُشْرِكَ بِكَ شَيْئًا وَأَنَا أَعْلَمُ، وَأَسْتَغْفِرُكَ مِنَ الذَّنْبِ الَّذِي لَا أَعْلَمُ».
«Şirk bu ümmətdə, gecənin zülmətində qara daşın üzərindəki qara qarışqanın tərpənişindən daha gizlidir və onun kəffarəsi belə deməkdir: "Allahım! Bilərəkdən Sənə bir şeyi şərik qoşmaqdan Sənə sığınıram və bilmədiyim günaha görə Səndən bağışlanma diləyirəm"»3.
Küfrün növləri:
Birinci növ: Böyük küfr:
Bu, Cəhənnəmdə əbədi qalmağı vacib edir və beş növdür:
1- Təkzib (yalan sayma) küfrü:
Bu, rəsulları təkzib etməkdir. Bu, kafirlər arasında nadir bir haldır. Çünki Uca Allah Öz elçilərini açıq-aydın dəlillərlə qüvvətləndirmişdir. Bu yalan sayanların halı isə Uca Allahın onları vəsf etdiyi kimidir.
﴿وَجَحَدُوا بِهَا وَاسْتَيْقَنَتْهَا أَنْفُسُهُمْ ظُلْمًا وَعُلُوًّا...﴾
"Buna yəqinliklə inandıqları halda, haqsızcasına və təşəxxüslə onları inkar etdilər".
[Nəhl 16 surəsi, ayə 14].
2- İnadkarlıq və təkəbbürlük küfrü:
Bu, İblisin küfrü kimidir. Çünki o, Allahın əmrini inkar etmədi, əksinə, ona imtina və təkəbbürlə qarşılıq verdi. Uca Allah buyurur:
﴿وَإِذۡ قُلۡنَا لِلۡمَلَٰٓئِكَةِ ٱسۡجُدُواْ لِأٓدَمَ فَسَجَدُوٓاْ إِلَّآ إِبۡلِيسَ أَبَىٰ وَٱسۡتَكۡبَرَ وَكَانَ مِنَ ٱلۡكَٰفِرِينَ 34﴾
"Bir zaman Biz mələklərə: “Adəmə (hörmət əlaməti olaraq) səcdə edin!”– dedikdə, İblisdən başqa hamısı səcdə etdi. O imtina edib təkəbbür göstərdi və kafirlərdən oldu".
[Bəqərə 2 surəsi, ayə 34].
3- Üz döndərmə küfrü:
Bu, onun eşitməsi və qəlbi ilə haqqa tabe olmaqdan üz çevirməsi, beləliklə də ona tərəf dönməməsi və qulaq asmamasıdır. Uca Allah buyurur:
﴿وَمَنۡ أَظۡلَمُ مِمَّن ذُكِّرَ بِـَٔايَٰتِ رَبِّهِۦ ثُمَّ أَعۡرَضَ عَنۡهَآۚ إِنَّا مِنَ ٱلۡمُجۡرِمِينَ مُنتَقِمُونَ22﴾
"Rəbbinin ayələri yadına salındıqdan sonra onlardan üz döndərən kəsdən daha zalım kim ola bilər? Şübhəsiz ki, Biz günahkarlardan intiqam alacağıq". [Səcdə 32 surəsi, ayə 22].
Amma qismən üz çevirmək küfr deyil, fisq sayılır. Məsələn: orucun, həccin və bu kimi dinin bəzi vaciblərini öyrənməkdən üz çevirmək.
4- Şəkk-şübhə küfrü:
Bu, bir kimsənin tərəddüd etməsi, haqq barəsində yəqin olmaması, əksinə, ona şəkk etməsidir. Necə ki, Uca Allah buyurur:
﴿وَدَخَلَ جَنَّتَهُ وَهُوَ ظَالِمٌ لِنَفْسِهِ قَالَ مَا أَظُنُّ أَنْ تَبِيدَ هَذِهِ أَبَدًا 35 وَمَا أَظُنُّ السَّاعَةَ قَائِمَةً وَلَئِنْ رُدِدْتُ إِلَى رَبِّي لَأَجِدَنَّ خَيْرًا مِنْهَا مُنْقَلَبًا 36﴾
"O özünə zülm edərək bağına daxil olub dedi: “Bunun nə vaxtsa yox ola biləcəyini zənn etmirəm.
Qiyamət saatının gələcəyini də zənn etmirəm. Rəbbimin yanına qaytarılmalı olsam, sözsüz ki, bundan daha firavan bir həyat qismətim olacaqdır!”. [Kəhf 18 surəsi, ayələr 35-36].
5- Nifaq küfrü:
Dili ilə imanı göstərib, qəlbində isə küfrü gizlətməkdir. Uca Allah buyurur:
﴿وَمِنَ ٱلنَّاسِ مَن يَقُولُ ءَامَنَّا بِٱللَّهِ وَبِٱلۡيَوۡمِ ٱلۡأٓخِرِ وَمَا هُم بِمُؤۡمِنِينَ 8﴾
"İnsanlardan elələri də vardır ki, mömin olmadıqları halda: “Allaha və Axirət gününə inanırıq”– deyirlər". [Bəqərə 2 surəsi, ayə 8].
Bunlar, dindən çıxaran böyük küfrün növləridir.
İkinci növ: Kiçik küfr:
Bu növü, Cəhənnəmdə əbədi qalmasını vacib etmir. Bu, Kitab və Sünnədə müəyyənlik bildirən əlif və lam hərfi ilə deyil, əksinə qeyri-müəyyən formada “küfr” adıyla varid olmuşdur. Buna aid misallar çoxdur. Onların bəziləri aşağıdakılardır: Əbu Hureyrə, Allah ondan razı olsun, rəvayət edir ki, Allah rəsulu, Allahın salavatı və salamı onun üzərinə olsun, belə buyurmuşdur:
«اثْنَتَانِ فِي النَّاسِ هُمَا بِهِمْ كُفْرٌ: الطَّعْنُ فِي النَّسَبِ، وَالنِّيَاحَةُ عَلَى المَيِّتِ».
"İnsanlarda iki (xislət) vardır ki, bunların onlarda olması küfrdür: nəsəbə (nəsilə) tənə vurmaq və ölünün üstündə yüksək səslə ağlamaq"4.
2) Mələkərə iman:
Onlar qeyb aləmidir. Uca Allah onları nurdan xəlq etmişdir. Onlar Uca Allaha ibadət edənlərdir. Onlarda rəbblik və ilahilik xüsusiyyətlərindən heç bir payları yoxdur. Onlar Allahın onlara əmr etdiklərinə asi olmazlar, və onlara əmr olunanları yerinə yetirirlər. Onların sayı çoxdur. Saylarının nə qədər olduğunu yalnız Uca Allah bilir.
Mələklərə iman özündə dörd şey əhatə edir:
1- Mələklərin mövcud olmalarına iman.
İkincisi: Aralarında adlarını bildiklərimizə iman etmək. Məsələn: Cəbrail, Mikail, İsrafil və başqaları. Adlarını bilmədiklərimizə isə ümumi şəkildə iman edirik.
3- Onların Kitab və Sünnədə gələn sifətlərindən bildiklərimizə iman gətirmək. Cəbrailin sifəti kimi: peyğəmbər, sallallahu əleyhi va səlləm, xəbər vermişdir ki, o, Cəbraili Uca Allahın onu yaratdığı şəkildə görmüşdür və onun üfüqu örtən altı yüz qanadı vardır.
4- Onların bizə məlum olan əməllərinə iman gətirmək. Məsələn: Uca Allahın şəninə təriflər demələrinə, gecə-gündüz yorulmadan və usanmadan Ona ibadət etmələri.
Məsələn: Cəbrail - vəhyi çatdırmaq əmanəti həvalə edilmiş mələkdir.
İsrafil - Surə üfürməklə həvalə olunmuş mələkdir.
Ölüm Mələyi - ölüm anında ruhları almaqla həvalə edilmiş mələkdir.
Malik, Cəhənnəmin gözətçisidir. Ridvan, Cənnətin gözətçisidir və başqaları.
3) Kitablara iman:
Kitablar dedikdə, Uca Allahın öz elçilərinə nazil etdiyi səmavi kitablar qəsd olunur. Bəşəriyyətə doğru yol göstəricisi və rəhmətdir ki, iki dünya səadətinə nail olsunlar.
Kitablara iman özündə dörd amili əhatə edir:
1- Onların, həqiqətən də, Allah tərəfindən nazil edilməsinə iman.
2- Onlardan adları bizə məlum olana iman gətirmək. Məsələn: Muhəmmədə, Allahın salavatı və salamı onun üzərinə olsun, nazil olan Quran kimi, Musaya, aleyhi-ssalam, nazil edilən Tövrat, İsaya, Allahın ona salamı olsun, nazil olan İncil, Davuda, Allahın ona salamı olsun, bəxş olunan Zəbur.
Amma adları bizə məlum olmayanlara isə ümumi şəkildə iman edirik.
3- Onlarda nəql olunan xəbərləri təsdiqləmək. Məsələn: Quranda varid olan xəbərlərə və ondan öncəki kitablarda təhrifə məruz qalmayan xəbərlərə inanmaq.
4- Nəsx (ləğv) edilməmiş hökmlərlə əməl etmək, (bu hökmlərin) hikmətini başa düşsək də, başa düşməsək də ondan razı qalmaq və onu qəbul etmək. Bütün səmavi kitablar Əzəmətli Qurani-Kərim ilə nəsx olunmuşdur (qüvvədən düşmüşdür). Əvvəlki səmavi kitablarda olan hökmlərdən yalnız doğruluğu sübut olunmuş və Qurani-Kərim və ya Sünnə tərəfindən təsdiqlənmiş hökmlərə əməl etmək caizdir.
4) Elçilərə, aleyhimu-ssalam, iman:
"Rusul" - rəsul sözünün cəmidir. Rəsul isə bəşərdən, ona şəriət vəyh edilmiş və onu çatdırmaqla əmr olunmuş kəsdir. Onların birincisi Nuh peyğəmbərdir, Allahın ona salamı olsun, sonuncusu isə Muhəmməddir, sallallahu aleyhi və səlləm. Onlar yaradılmış bəşərdir. Onlarda rububiyyət və uluhiyyət xüsusiyyətlərindən heç bir payı yoxdur.
Elçilərə iman aşağıdakıları özündə əhatə edir:
1- Onların risalətlərinin Allah tərəfindən olan haqq olduğuna iman etmək. Kim onlardan birinin risalətini inkar edərsə, bütün rəsulların risalətini inkar etmiş olar.
İkincisi: Muhəmməd, İbrahim, Musa, İsa və Nuh, onlara Allahın salatı və salamı olsun, kimi adını bildiyimiz peyğəmbərlərə adları ilə iman etmək. Onlar "Ülül-əzm" (möhkəm iradə sahibləri olan) peyğəmbərlərdir.
Onlardan, adlarını bilmədiklərimizə gəldikdə isə, onlara ümumi şəkildə iman edirik. Uca Allah buyurur:
﴿وَلَقَدۡ أَرۡسَلۡنَا رُسُلٗا مِّن قَبۡلِكَ مِنۡهُم مَّن قَصَصۡنَا عَلَيۡكَ وَمِنۡهُم مَّن لَّمۡ نَقۡصُصۡ عَلَيۡكَ...﴾
"Biz səndən əvvəl də elçilər göndərdik. Onlardan bəziləri haqqında sənə danışdıq, bəziləri haqqında isə danışmadıq". [Ğafir 40 surəsi, ayə 78].
3- Onlardan, Allahın onlara salamı olsun, varid olan səhih xəbərləri təqsdiqləmək.
4- Onlardan bizə göndərilən, peyğəmbərlərin sonuncusu olan Muhəmməd peyğəmbərin, səllallahu əleyhi və səlləm, şəriəti ilə əməl etmək.
5) Axirət gününə iman:
O, insanların hesab və cəzə üçün dirildiləcəkləri Qiyamət günüdür. Özündən sonra heç bir günün olmaması səbəbindən belə adlandırılmışdır. Çünki, Cənnət əhli öz mənzillərində qərar tutacaq, Cəhənnəm əhli isə, öz mənzillərində.
Axirət gününə iman özündə üç məsələni əhatə (ehtiva) edir:
A - Öldükdən sonra yenidən dirilməyə iman:
Bu, sura ikinci dəfə üfürüldükdə ölülərin dirildilməsidir. İnsanlar aləmlərin Rəbbinin qarşısında ayaqyalın, çılpaq və sünnətsiz olaraq duracaqlar. Uca Allah buyurur:
﴿كَمَا بَدَأْنَا أَوَّلَ خَلْقٍ نُعِيدُهُ وَعْدًا عَلَيْنَا إِنَّا كُنَّا فَاعِلِينَ 104﴾
"(Məxluqatı) ilk dəfə yaratdığımız kimi yenə əvvəlki halına qaytaracağıq. Biz vəd vermişik. Sözsüz ki, Biz onu yerinə yetirəcəyik".
[Ənbiya 21 surəsi, ayə 104].
B - Haqq-hesaba çəkilməyə və əməllərin əvəzinin verilməsinə iman:
Qul etdiyi əmələ görə haqq-hesaba çəkiləcək və onun əvəzi veriləcəkdir. Uca Allah buyurur:
﴿إِنَّ إِلَيۡنَآ إِيَابَهُمۡ 25 ثُمَّ إِنَّ عَلَيۡنَا حِسَابَهُم 26﴾
"Şübhəsiz ki, onların dönüşü Bizədir.
Sonra onları hesaba çəkmək də Bizə aiddir". [Ğaşiyə 88 surəsi, ayələr 25-26].
C : Cənnət və Cəhənnəmə iman:
Məxluqatın əbədi qayıdış yeri o ikisidir. Cənnət - Uca Allahın, Allahdan qorxan möminlər və Allah və Onun elçisinə itaət edənlər üçün hazırladığı nemətlər diyarıdır. Orada heç bir gözün görmədiyi, heç bir qulağın eşitmədiyi və heç bir bəşərin qəlbindən keçməyən nemətlər vardır.
Cəhənnəmə gəldikdə isə, ora əzab diyarıdır. Cəhənnəm Allahın, Allaha iman gətirməyib və elçilərinə asi olan kafirlər üçün hazırladığı yerdir. Orada ağıla gəlməyən əzab-əziyyət növləri vardır.
Ç) Qədərin xeyrinə və şərinə iman:
Qədərdən məqsəd: Uca Allahın olacaq şeyləri, əvvəlcədən elminə uyğun olaraq və hikmətinin tələb etdiyi şəkildə təqdir etməsidir.
Qədərə iman özündə dörd amili əhatə (ehtiva) edir:
Birinci: Elm. Bu, Uca Allahın olmuş, olacaq və necə olacaq hər bir şeyi ümumi və təfsilatlı, əzəli və əbədi şəkildə bildiyinə iman etməkdir. Uca Allah, olmayan bir şeyin, əgər olsaydı, necə olacağını da biləndir. Necə ki, Pak və Nöqsansız olan Allah buyurur:
﴿وَلَوۡ رُدُّواْ لَعَادُواْ لِمَا نُهُواْ عَنۡهُ ...﴾
"Əgər geri qaytarılsaydılar, yenə də özlərinə qadağan olunmuş şeylərə (günahlara) qayıdardılar". [Ənam 6 surəsi, ayə 28].
2- Yazı: Bu, Uca Allahın Qiyamət gününə qədər hər bir şeyin qədərini yazdığına iman etməkdir. Necə ki, Uca Allah buyurur:
﴿أَلَمۡ تَعۡلَمۡ أَنَّ ٱللَّهَ يَعۡلَمُ مَا فِي ٱلسَّمَآءِ وَٱلۡأَرۡضِۚ إِنَّ ذَٰلِكَ فِي كِتَٰبٍۚ إِنَّ ذَٰلِكَ عَلَى ٱللَّهِ يَسِيرٞ 70﴾
"Məgər Allahın göydə və yerdə olan hər şeyi bildiyini bilmirsənmi? Həqiqətən, bu, Kitabda (Lövhi-məhfuzda) mövcuddur. Şübhəsiz ki, bu, Allah üçün asandır". [Həcc 22 surəsi, ayə 70].
Üçüncü - İradə: Bu kainatda hər bir şeyin yalnız Uca Allahın istəyi ilə baş verdiyinə iman etməkdir. Uca Allah buyurur:
﴿وَرَبُّكَ يَخۡلُقُ مَا يَشَآءُ وَيَخۡتَارُ ...﴾
"Rəbbin istədiyini yaradır və (istədiyini də peyğəmbər) seçir". [Qasas 28 surəsi, ayə 68]. İnsanın da bir iradəsi (istəyi) vardır, lakin bu iradə Allahın iradəsindən kənara çıxmaz. Necə ki, Uca Allah buyurur:
﴿وَمَا تَشَآءُونَ إِلَّآ أَن يَشَآءَ ٱللَّهُ رَبُّ ٱلۡعَٰلَمِينَ 29﴾
"Aləmlərin Rəbbi olan Allah (doğru yolda olmağınızı) istəməyincə, siz istəyə bilməzsiniz!". [Təkvir 81 surəsi, ayə 29].
Dördüncüsü - Xəlq: Uca Allahın, məxluqları və onların xeyir və şər olan əməllərini və fellərini yaratdığına iman etməkdir. Uca Allah buyurur:
﴿ٱللَّهُ خَٰلِقُ كُلِّ شَيۡءٖۖ وَهُوَ عَلَىٰ كُلِّ شَيۡءٖ وَكِيلٞ 62﴾
"Allah hər şeyin xaliqidir. O, hər şeyi qoruyandır". [Zümər 39 surəsi, ayə 62].
Bu mərtəbələr aşağıdakı beytdə cəm olunmuşdur:
"Rəbbimizin bilməsi, yazması, istəməsi və yaratması, yəni vücuda gətirib surət verməsidir".
Üçüncü bölmə: Ehsan:
Ehsan: Bir rükundur. Bu, sənin Allaha, Onu görürmüş kimi ibadət etməyindir. Sən Onu görməsən də, O, səni görür.
Yəni: insanın, Allahın ona buyurduğu ibadətləri sanki Uca Allahın hüzurunda dayanmış kimi yerinə yetirməsidir. Bu isə pak və müqəddəs olan Allahdan tam qorxmağı və Ona yönəlməyi tələb edir. İbadət, rəsulun, sallallahu aleyhi va səlləm, sünnəsinə müvafiq yerinə yetirməyi tələb edir.
Ehsanın iki dərəcəsi, ehsan edənlərin isə iki fərqli məqamı vardır:
Birinci məqam: O, ən ucasıdır. Bu, müşahidə məqamıdır. Bu, qulun Uca Allahı qəlbi ilə sanki müşahidə edirmiş kimi əməl etməsidir ki, bunun nəticəsində qəlb imanla nurlanar və nəhayət qeyb əyan kimi olar.
İkinci məqam: İxlas və müraqəbə məqamıdır. Bu, insanın, Allahın onu gördüyünü və hər bir halından xəbərdar olduğunu dərk edərək əməl etməsidir. Kim bunu dərk edərsə, o, Uca Allaha qarşı ixlaslıdır.
Dördüncü bölüm: "Əhli Sünnə val-Cəmaətın" əsaslarından müxtəsər xülasə:
Birinci: Kitabda və Sünnədə gələnlərə batinən və zahirən tabe olmaq. Heç bir kəsin sözünü Uca Allahın və Onun rəsulunun, sallallahu əleyhi va səlləm, kəlamından üstün tutmamaq.
İkincisi: Qəlblərinin və dillərinin Allah rəsulunun, sallallahu aleyhi va səlləm, səhabələrinə qarşı salamat və təmiz olması. Onlar rəsulullahdan, sallallahu aleyhi va səlləm, sonra xəlifənin Əbu Bəkr, sonra Ömər, sonra Osman, sonra da Əli, Allah onların hamısından razı olsun, olduğunu görürlər.
Üçüncüsü: Allah Rəsulunun, sallallahu aleyhi va səlləm, Əhli-Beytini sevmək və onları özünə dost bilmək, xüsusilə də peyğəmbərin, sallallahu aleyhi va səlləm, Əhli-Beytindən olan saleh şəxsləri.
Dördüncü: İmamlara və rəhbərlərə, haqsızlıq etsələr belə, qarşı çıxmamaq. Onlar üçün islah və afiyət dilənilir, Onlara bəd dua edilməz. Onlara itaət etmək Uca Allaha itaətdəndir və asiliyi əmr etmədikcə fərzdir. Əgər asiliyə əmr etsələr, onlara həmin işdə itaət etmək olmaz. Digər işlərdə isə onlara yaxşı işlərdə itaət etmək qalır.
Beşinci: Övliyaların kəramətlərini təsdiq etmək. Bu, Uca Allahın onların əli ilə zahir etdiyi fövqəltəbii hallardır.
Altıncısı: Qiblə əhlini sırf günahlar və böyük günahlar işlətdikləri üçün təkfir etməzlər - - xəvariclərin etdiyi kimi. Hətta iman qardaşlığı günahlarla bərabər sabitdir. Onlar asi insan haqqında deyirlər: o, imanına görə mömin, böyük günahına görə isə fasiqdir.
İkinci fəsil: İbadətlərlə bağlı əhkamlar.
Birinci bölüm: Təharət:
Təharət sözünün lüğəti mənası: Təmizlik və hissi və mənəvi çirkin şeylərdən pak olmaqdır.
Şəriətdə isə: Hədəsin aradan qaldırılması və natəmiz bir şeyin yox olmasıdır. Təharət namazın açarıdır. Buna görə də onu öyrənmək dinin ən əzəmətli vəzifələrindən biridir və hər bir müsəlmanın onu öyrənməsi və ona önəm verməsi vacibdir.
Birincisi: Suyun qisimləri:
1- Təmizləyici olması, yəni: onunla təharət almağın səhih olması, istər öz yaradılışında qalsın, məsələn: yağış, çay və ya dəniz suları kimi, yaxud ona təmiz bir maddə qarışar, lakin ona qalib gəlməz və "su" adını ondan almaz.
2- Nəcisdir. Ondan istifadə etmək caiz deyildir. O hədəsi aradan qaldırmır, və nəcasəti aparmır. Bu, rəngi, qoxusu və ya dadı nəcasət səbəbilə dəyişən sudur.
İkinci: Murdar şeylər:
Murdar şey: bu, xüsusi bir çirkdir. Onun növü namaz qılmağa mane olur. Məsələn, sidik, nəcis, qan və sair. Bu, həm bədəndə, həm torpaqda, həm də paltarda ola bilər.
Əşyaların əsli halal və pakdır. Kim hər hansı bir (müəyyən) şeyin murdar olduğunu iddia edərsə, dəlil gətirməlidir. Bəlğəm, insan təri və uzunqulaq təri murdar şeylərdən (nəcasət) deyil, əksinə, çirkli olsalar da, pakdırlar. Hər bir nəcasət murdardır, amma əksi, belə deyil.
Nəcasət şeylərin üç dərəcəsi vardır:
Birinci: hökmü şiddətli olan nəcasət.
Buna misal: itin ağzı dəydiyi şeyin nəcasəti. Onun təmizlənmə qaydası: yeddi dəfə yuyulmalı, birincisi isə torpaqla olmalıdır.
İkincisi: Hökmü yüngül olan nəcasət.
Məsələn: Paltara və bu kimi şeylərə dəyən südəmər oğlan uşağının sidiyi kimi. Onun təmizlənmə qaydası: üzərinə tam örtülənə qədər su səpilir, ovuşdurmağa və ya sıxmağa isə ehtiyac yoxdur.
Üçüncü: Hökmü orta dərəcəli olan nəcasət.
Məsələn: insan sidiyi və nəcisi, eləcə də digər nəcasətlər, əgər bunlar torpağa, paltara və ya buna bənzər yerlərə düşərsə. Onu təmizləməyin qaydası: əgər nəcasətin cismi varsa, onu aradan qaldırmaq, yerini isə su və ya digər təmizlik vasitələri ilə təmizləməkdir.
Nəcasət olması dəlillə isbat edilən şeylərdən:
1- İnsanın sidiyi və nəcisi.
2- Məzi və vadi5.
3- Əti yeyilməyən heyvanın peyini.
4- Heyz və nifas qanı.
5- İtin ağız suyu.
6- Leş. Bundan aşağıdakılar müstəsnadır:
A- İnsan öldükdə.
B- Balıq və çəyirtkənin ölüsü.
C- Axar qanı olmayan heyvanların ölüsü. Məsələn: milçək, qarışqa, arı və bu kimi heyvanlar.
Ç- Leşin sümüyü, buynuzu, dırnağı, tüyü (yunu, saçı) və lələyi.
Nəcasətin təmizlənmə qaydası belə olur:
1- Su ilə. Su, nəcasətlərin təmizlənməsində əsas vasitədir və ondan başqasına keçilməz.
2- Şəriətin nəcasət və ya murdarlıqla çirklənmiş şeylərin təmizlənmə qaydası barədə bildirdiyi üsullar.
A- Leş heyvan dərisi aşılama (dərimçilik) yolu ilə təmizlənir.
B- İtin ağzını vurduğu qabın təmizlənməsi: qab yeddi dəfə yuyulmalı, birincisi isə torpaqla olmalıdır.
C- Paltara heyz qanı bulaşdıqda, o, ovxalanmalı, sonra su ilə yaxşıca yuyulmalı, daha sonra isə üzərinə su səpilməlidir. Bundan sonra qalan izin isə zərəri yoxdur.
Ç- Qadın paltarının ətəyinin, özündən sonrakı təmiz torpaqla təmizlənməsi.
D- Paltarın südəmər oğlan uşağının sidiyindən su səpməklə, qız uşağının sidiyindən isə yumaqla təmizlənməsi.
E- Məzi dəymiş yerin üzərinə su səpməklə paltarı təmizləmək.
Ə- Ayaqqabının altı təmiz torpağa sürtülməklə təmizlənir.
F- Yerin nəcasətdən təmizlənməsi: həmin yerin üzərinə bir vedrə su tökməklə yaxud günəş və ya küləyin təsiri ilə quruyub nəcasətin əsər-əlaməti aradan getdikdə, yer təmizlənmiş sayılır.
Üçüncü: Dəstəmazsız olana etməsi haram olan əməllər:
Kiçik və ya böyük hədəs halında olan kimsəyə edilməsi haram olan əməllər:
1- Fərz və ya nafilə namazı qılmaq. İbn Ömər, Allah onların hər ikisindən razı olsun, peyğəmbərin, sallallahu aleyhi və səlləm, belə dediyini rəvayət etmişdir:
«لَا يَقْبَلُ اللَّهُ صَلَاةً بِغَيْرِ طُهُورٍ».
"Allah, dəstəmazsız qılınan namazı qəbul etməz"6.
2- Mushafa (Qurani-Kərimin çap nüsxəsinə) toxunmaq. Peyğəmbərin, sallallahu aleyhi va səlləm, Amr bin Həzmə yazdığı məktubda belə buyurulur:
«لَا يَمَسُّ الْقُرْآنَ إِلَّا طَاهِرٌ».
«Qurana yalnız pak olan kimsə toxuna bilər»7.
3- Qədim Evi (Kəbəni) təvaf etmək. Peyğəmbər, sallallahu aleyhi va səlləm, belə buyurmuşdur:
«الطَّوَافُ بِالْبَيْتِ صَلَاةٌ، إِلَّا أَنَّ اللَّهَ أَبَاحَ فِيهِ الْكَلَامَ».
«Evi (Kəbəni) təvaf etmək namazdır. Amma Allah həmin vaxt danışmağa icazə verib»8. Peyğəmbər, sallallahu aleyhi və səlləm, təvaf üçün dəstəmaz almışdır. Peyğəmbərdən, sallallahu aleyhi və səlləm, səhih olaraq rəvayət edilmişdir ki, o, heyzli qadının, təmizlənənə qədər, Kəbəni təvaf etməsinə icazə verməmişdir.
Böyük hədəs halında olanlara isə xüsusilə aşağıdakıları etmək haramdır:
1- Quran oxumaq. Əli, Allah ondan razı olsun, rəvayət edir ki, "Peyğəmbəri, sallallahu aleyhi və səlləm, Qurandan heç nə ayırmazdı, yalnız qüslsuz halı istisna idi"9.
2- Dəstəmazsız məsciddə qalmaq. Çünkü Uca Allah buyurur:
﴿يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ لَا تَقۡرَبُواْ ٱلصَّلَوٰةَ وَأَنتُمۡ سُكَٰرَىٰ حَتَّىٰ تَعۡلَمُواْ مَا تَقُولُونَ وَلَا جُنُبًا إِلَّا عَابِرِي سَبِيلٍ حَتَّىٰ تَغۡتَسِلُواْ...﴾
"Ey iman gətirənlər! Sərxoş ikən nə dediyinizi anlayana qədər, eləcə də, cunub olduğunuz halda, – yolda olan müsafirlər müstəsna olmaqla – qüsl edənədək namaza yaxınlaşmayın".
[Nisa 4 surəsi, ayə 43].
Qüslsuz insan dəstəmaz alsa, məsciddə otura bilər. Həmçinin, böyük hədəsli şəxsin məsciddə oturmadan, sadəcə içindən keçib getməsi də icazəlidir.
Dördüncü: Ayaqyolu ədəbləri:
Subaşına çıxarkən müstəhəbdir:
1- Təbii ehtiyacını ödəyərkən insanlardan uzaqlaşmaq və gizlənmək.
2- Ayaqyoluna daxil olarkən varid olan dua belədir:
«اللَّهُمَّ إِنِّي أَعُوذُ بِكَ مِنَ الْخُبْثِ وَالْخَبَائِثِ».
[Allahummə inni əuzu bikə minəl-xubsi val-xabəisi] "Allahım, pislikdən və pis əməllərdən (erkək və dişi cinlərdən) Sənə sığınıram!"10.
Subaşına çıxan zaman üzərimizə vacib olan:
1- Sidikdən qorunmaq.
2- Övrəti örtmək.
Subaşına çıxanda aşağıdakıları etmək haramdır:
1- Qibləyə yönəlmək yaxud da arxanı qibləyə çevirmək.
2- İnsanların yollarında və ictimai yerlərdə ayaqyoluna getmək.
3- Axar olmayan suya, kiçik subaşına çıxmaq.
Subaşına çıxarkən məkruh olanlar:
1- Zəruri ehtiyacı ödəmə əsnasında sağ əllə zəkərə (övrətə) toxunmaq.
2- İstinca (su ilə təmizlənmək) və isticmarı (daşla təmizlənmək) sağ əl ilə etmək.
3- Təbii ehtiyacı rəf edərkən danışmaq, xüsusilə də Uca Allahı zikr etmək məkruhdur.
Beşinci: İstinca (su ilə təmizlənmək) və isticmar (daşla təmizlənmək) hökmləri:
İstinca: İki yoldan çıxanın əsərini su ilə təmizləməyə deyilir.
İsticmar: İki yoldan çıxanın əsərini su ilə deyil, daş və salfet kimi vasitələrlə təmizləməyə deyilir.
İsticmar vasitəsinin şərtləri:
1- Mübah olması.
2- Təmiz olması.
3- Təmizləyici olması.
4- Sümük və ya peyin olmamalıdır.
5- Hörmətli bir şeylə edilməməsi. Məsələn: üzərində Uca Allahın adı olan kağızlar kimi.
İsticmar ilə kifayətlənmək iki şərtlə caizdir:
1- Nəcasətin çıxdığı yeri aşmaması.
2- Təmizlənmənin ən azı üç təmizləyici daşla edilməsi.
Altıncı: Dəstəmazın əhkamları:
Dəstəmazın vacib olduğu üç ibadət:
1- Fərz və ya nafilə olmasından asılı olmayaraq, namaz qılmaq.
2- Mushafa (Qurani-Kərimə) toxunmaq.
3- Təvaf etmək.
Dəstəmazın şərtləri:
1- İslam.
2- Ağıllı olmaq.
3- Halalı haramdan, yaxşını pisdən ayırmağa qadir olmaq.
4- Niyyət etmək: Niyyətin yeri qəlbdir, onu dillə tələffüz etmək bidətdir. Hər kim dəstəmaz almaq istəsə, artıq niyyət etmişdir. Lakin dəstəmaz əzalarını sərinləmək və ya təmizlənmək niyyəti ilə yumaq dəstəmaz sayılmır.
5- Təharət hökmünü davam etdirmək. Yəni: təharət tamam olana qədər niyyəti kəsməmək.
6- Dəstəmazı vacib edən səbəbin kəsilməsi. Sidik saxlaya bilməyən şəxs və istihazəli qadın bundan istisna edilir.
7- Kiçik və ya böyük subaşına çıxdıqda, (ibadətdən) öncə istinca və ya isticmar etmək.
8- Suyun təmizləyici və mübah olması.
9- Suyun dəriyə dəyməsinə maneə olan şeyləri təmizləmək.
10- Daimi hədəsi olan şəxs üçün namaz vaxtının daxil olması.
Dəstəmazın fərzləri:
1- Üzün yuyulması. Buna ağıza su almaq (mədməda etmək) və burna su çəkmək də (istinşaq etmək) daxildir.
2- Əlləri dirsəklər daxil olmaqla yumaq.
3- Qulaqlar daxil olmaqla bütün başa məsh çəkmək.
4- Ayaqları topuqlarla birlikdə yumaq.
5- Dəstəmaz üzvləri arasında ardıcıllığın olması.
6- Ardıcıllıq: Əzalar arasında uzun fasilə verilməməlidir.
Dəstəmazın alınma qaydası:
1- "Bismilləh" - demək.
2- Əlləri üç dəfə yumaq.
3- Ağız və burun daxil olmaqla üzü üç dəfə yumaq.
4- Əlləri dirsəklərə qədər üç dəfə yumaq, əvvəlcə sağ əldən, sonra isə sol əldən başlamaqla.
5- Qulaqlar daxil olmaqla başa məsh çəkmək.
6- Ayaqları topuqlara qədər üç dəfə yumaq, əvvəlcə sağ, sonra isə sol ayaqdan başlamaqla.
Dəstəmazı pozan amillər:
1- Kiçik və böyük su başına çıxmaq və yel.
2- Bədəndən çıxan çoxlu nəcis.
3- Ağlın yuxu və ya başqa bir səbəblə başdan getməsi.
4- Heç bir maneə olmadan ön və ya arxa övrətə toxunmaq.
5- Dəvə əti yemək.
6- İslam dinindən çıxmaq. Uca Allah bizi və müsəlmanları bundan qorusun.
Yeddincisi: Xüflərə və corablara məsh etməyin hökmləri:
1. Xüf: Dəridən və bu kimi materiallardan hazırlanıb ayağa geyinilən geyimdir.
2- Corab: Ayaqlara geyilən yun, pambıq və buna bənzər şeylərdən olur.
Onların üzərinə məsh etməyin şərtləri:
1- Onların kamil təharətdən sonra geyinilməsi.
2- Ayaqları topuqlarla birlikdə örtmək.
3. Onların təmiz olması.
4- Məshin şəriətdə müəyyən edilmiş müddət ərzində edilməsi.
5- Məshin qüsldə deyil, dəstəmazda edilməsi.
6- Xüfün və bənzərlərinin mubah olması. Qəsb edilmiş və ya kişi üçün ipək olan xüfə isə məsh etmək caiz deyildir. Çünki haram olan bir şeylə rüxsət mübah olmaz.
Məshin müddəti:
Yerli insan üçün: bir gün və bir gecə, müsafir üçün isə: üç gün və üç gecədir.
Məshin necə edilməsi:
Əl su ilə isladılır və corabların və ya xüflərin üstünə ayaq barmaqlarının uclarından baldırın başlanğıcına qədər bir dəfə məsh çəkilir.
Məshi batil edən amillər:
1. Məsh müddətinin bitməsi.
2- Corabları və ya onlardan birini çıxarmaq.
3- Böyük hədəsin baş verməsi.
Xüflərə məsh çəkməyin hökmü:
Bu, bir rüxsətdir və bunu etmək xüflləri çıxarıb ayaqları yumaqdan daha fəzilətlidir. Çünki bu, Allahın verdiyi rüxsəti qəbul etmək, Allahın elçisinə, sallallahu aleyhi və səlləm, tabe olmaq və bidət əhlinə müxalif olmaqdır.
3- Sarğılara, bağlara və plasterlərə məsh çəkmək:
Sarğılar: Sınıqların üzərinə bağlanan gips, taxta və bənzəri şeylərdir.
Sarğılar: Yaranın, əziyin və ya yanığın üzərinə bağlanan parça və bu kimi əşyalardır.
Yapışqan: Müalicə məqsədi ilə yaraların və ya çibanların üzərinə yapışdırılan şeyə deyilir.
Onlara məsh etməyin hökmü:
Ehtiyac olduğu təqdirdə, ehtiyac olan yeri aşmamaq şərtilə qalması caizdir.
Ona olan ehtiyac sona çatdıqda yaxud onu çıxarmaq məşəqqətə və ya zərərə səbəb olmadıqda icazəli deyil.
Onların üzərinə məsh etmə qaydası:
Ətrafını yuyur və bütün tərəflərindən üzərinə məsh çəkir. Dəstəmaz yerindən artığına məsh edilməz.
Səkkizinci: Təyəmmümün əhkamları:
Təyəmmüm: təharət niyyəti ilə şəriətin qoyduğu qaydada pak torpaqla üzə və əllərə məsh etməkdir.
Hökmü:
Su tapmadıqda yaxud sudan istifadə etməyə aciz olduqda dəstəmaz və qüsl əvəzinə təyəmmüm etmək vacibdir.
Onun (təyəmmümün) şəriətdə buyurulmasının hikməti:
Təyəmmüm, Muhəmməd peyğəmbərin, sallallahu əleyhi va səlləm, ümmətinə xas olan xüsusiyyətlərdəndir. Təyəmmüm, əvvəlki ümmətlərdə məlum deyildi. Bu, Allah tərəfindən bu ümmətə bir genişlik və lütfdür.
Təyəmmümün şəriətdə buyurulduğu hallar:
1- İstər yaşadığı yerdə, istərsə də səfərdə olarkən suyu axtarıb tapmadıqda.
2- Yanında olan suya içmək və ya yemək bişirmək üçün ehtiyacı olarsa və ondan təharət üçün istifadə edəcəyi təqdirdə özünün yaxud başqa bir insanın və ya toxunulmaz sayılan bir heyvanın susuz qalmasından qorxarsa.
3- Suyu istifadə etməsi səbəbilə xəstəliyinin artmasından və ya sağalmasının gecikməsindən qorxarsa.
4- Əgər xəstəlik səbəbindən hərəkət edə bilmədiyi üçün sudan istifadə etməyə acizdirsə, ona dəstəmaz aldıracaq kimsəsi yoxdursa və namazın vaxtının çıxmasından qorxarsa.
5- Əgər sudan istifadə etdikdə soyuqdan zərər çəkəcəyindən qorxarsa və suyu isitməyə bir şey tapmazsa, təyəmmüm edib namazını qılar.
Təyəmmümün edilmə qaydası:
Barmaqları aralı vəziyyətdə əllərini torpağa vurur, sonra barmaqlarının içi ilə üzünə, ovucunun içi ilə isə əllərinə məsh edir. Məsh edərkən üzünü və əllərini tam əhatə etməlidir.
Təyəmmümü batil edən amillər:
1- Suyun olması, əgər təyəmmüm suyun olmamasına görə edilibsə. Və ya sudan istifadə etməyə qadir olmaq, əgər təyəmmümün səbəbi sudan istifadə etməyə acizlik idisə.
2- Dəstəmazı batil edən hallardan biri yaxud cünub olmaq, heyz və nifas kimi qüslü vacib edən hallardan biri.
Sudan istifadə etməyə və təyəmmüm etməyə aciz olanın hökmü:
Su və torpaq tapa bilməyən yaxud dərisinə nə su, nə də torpaq toxundura bilməyəcək bir vəziyyətdə olan şəxs öz halına uyğun olaraq dəstəmazsız və təyəmmümsüz namazını qılmalıdır. Çünki Allah heç kəsi gücü çatdığından artıq yükləməz. Əgər sonradan suyu və torpağı tapsa və ya onlardan istifadə etməyə qadir olsa, qıldığı namazı iadə etməz (yenidən qılmaz). Çünki o, əmr olunduğu şeyi yerinə yetirmişdir. Çünkü Uca Allah buyurur:
﴿...فَٱتَّقُواْ ٱللَّهَ مَا ٱسۡتَطَعۡتُمۡ...﴾
"Allahdan bacardığınız qədər qorxun". [Təğabun 64 surəsi, ayə 16]. Peyğəmbər, sallallahu aleyhi va səlləm, belə buyurmuşdur:
«إِذَا أَمَرْتُكُمْ بِأَمْرٍ فَأْتُوا مِنْهُ مَا اسْتَطَعْتُمْ».
"Sizə bir işi əmr etdikdə, onu bacardığınız qədər yerinə yetirin".11
Fayda: Əgər bir şəxs cənabətə görə təyəmmüm edib, sonra su tapsa, qüsl etməlidir.
Doqquzuncu: Heyz və nifasın əhkamları:
Birincisi: Heyz:
O, təbii və bədəndə yaranan, uşaqlığın dibindən bəlli vaxtlarda gələn qandır. Əksər hallarda hər ay altı və ya yeddi gün davam edir və arta və ya azala bilər. Qadının ayı, Uca Allahın onu yaratdığı təbiətə görə uzanır və qısalır.
Heyzli qadının hökmləri:
1- Heyzli qadın heyz halında namaz qılmaz və oruc tutmaz, etdiyi bu ibadətlər də səhih sayılmaz.
2- Heyzli qadın heyzdan təmizləndikdən sonra orucu qəza edir, namazı isə yox.
3- Onun Kəbənin ətrafında təvaf etməsi icazəli deyil. Quran oxumur. Məsciddə oturmur. 4- Ərinə, heyz kəsilib qüsl alana qədər onunla cinsi əlaqədə olmaq haramdır.
5- Heyzli qadının ərinə onunla övrət yerindən yaxınlıq etmədən, öpmək, toxunmaq və bu kimi şeylərlə həzz almaq icazəlidir.
6- Ərinə zövcəsini heyzli olduğu halda boşamaq icazəli deyil.
Təmizlik - qanın kəsilməsidir. Qan kəsildikdə qadın təmizlənmiş və heyz müddəti bitmiş sayılır. Bu səbəbdən də qüsl alması vacibdir. Sonra heyz səbəbi ilə qadağan olunmuş əməlləri yerinə yetirir.
Əgər o, (heyzdən) təmizləndikdən sonra bulanıqlıq və ya sarılıq görərsə, buna əhəmiyyət verməz.
İkinci: Nifas:
Bu, uşaqlığın doğuş zamanı və ondan sonra ifraz etdiyi qandır və bu, hamiləlik müddətində saxlanılan qanın qalığıdır.
Nifas, halal olan şeylər baxımından heyzlə eynidir. Məsələn: övrət yeri istisna olmaqla qadınla yaxınlıq etmək kimi.
Və həmçinin haram olan şeylərdədə eynidir: cinsi əlaqədə olmaq, oruc tutmaq, namaz qılmaq, boşamaq, təvaf etmək, Quran oxumaq və məsciddə qalmaq kimi əməllər. Qanı kəsildiyi zaman qüslün vacibliyi də heyz görən qadın kimidir.
Orucunu qəza etməsi vacibdir, lakin heyzli qadın kimi - namazını qəza etməz.
Nifasın ən çox müddəti qırx gündür. Əgər nifas qanı qırx gündən əvvəl kəsilərsə, nifas halı sona çatmış sayılır. Belə halda o, qüsl almalı, namaz qılmalı və nifas səbəbi ilə qadağan edilmiş əməlləri yerinə yetirməlidir.
İkinci bölüm: Namaz:
Birincisi: Azan və iqamə əhkamları:
Azan hicrətin birinci ilində təyin edilmişdir. Məşru olmasının səbəbi: Namaz vaxtlarını bilmək onlara (səhabələrə) çətin gəldiyi üçün bu vaxtlara bir əlamət qoyulması barədə məşvərət etdilər. Abdullah bin Zeydə, Allah ondan razı olsun, bu azan yuxuda göstərildi və vəhy də bunu təsdiq etdi.
Azan: namazın vaxtının girməsini bildirməkdir. İqamə: namazın qılınmasını bildirməkdir.
Azan və iqamə, fərz namazlar üçün kişilər toplumuna fərzi-kifayədir. Azan və iqamə İslamın zahiri şüarlarından biridir və onları heç bir zaman tərk etmək olmaz.
Azanın şərtləri:
1- Müəzzin kişi olmalıdır.
2- Azan tərtiblə verilməlidir.
3- Azan ardıcıllıqla verilməlidir.
4- Azanı namaz vaxtı daxil olduqdan sonra vermək. Bundan istisnadır: Sübh və cümə namazlarındakı ilk azan.
Azanın sünnələri:
1- İki barmağını qulaqlarına qoymaq.
2- Azanın vaxtın əvvəlində verilməsi.
3- “Hayyə aləs-saləh” və “Hayyə aləl-fələh” deyərkən üzü sağ və sol tərəfə çevirmək.
4- Gözəl səsə malik olmalıdır.
5- Azanı həddindən artıq uzatmadan aram-aram verməlidir.
6- Azan oxuyarkən hər cümlənin sonunda dayanmaq.
7- Azan zamanı qibləyə yönəlmək.
Azan on beş cümlədir, necə ki, Bilal, radıyallahu anhu, Allah rəsulunun, sallallahu aleyhi və səlləm, hüzurunda daima bu cür azan verərdi.
Azanın sözləri:
«Allahu Əkbər» dörd dəfə.
(Şəhadət verirəm ki, Allahdan başqa ibadətə layiq haqq məbud yoxdur) iki dəfə.
(Şəhadət verirəm ki, Muhəmməd Allahın elçisidir) iki dəfə.
(Namaza tələsin!) iki dəfə.
(Nicat tapmağa tələsin!) iki dəfə.
Sonra iki dəfə "Allahu Əkbər" deyir.
Sonra "Allahdan başqa ibadətə layiq haqq məbud yoxdur" kəlməsi ilə yekunlaşdırılır. Bu cümləni isə bir dəfə deyir.
Fəcir azanında "Hayyə alə-l-fələh" dedikdən sonra iki dəfə: "əs-Salətu xayrun minə-n-nəum" (Namaz yuxudan daha xeyirlidir) – əlavə edir. Çünki bu, insanların əksəriyyətinin yatdığı bir vaxtdır.
İqamə on bir cümlədən ibarətdir və tələsərək verilməlidir. Çünki o, hazır olanları agah etmək üçündür və buna görə də onu aram-aram verməyə ehtiyac yoxdur.
Qaydası aşağıdakı kimidir:
«Allahu Əkbər» iki dəfə.
(Şəhadət verirəm ki, Allahdan başqa ibadətə layiq haqq məbud yoxdur) bir dəfə.
(Şəhadət verirəm ki, Muhəmməd Allahın elçisidir) bir dəfə.
(Namaza tələsin!) bir dəfə.
(Nicata tələsin) bir dəfə.
(Namaz başlandı) iki dəfə.
(Allahu Əkbər) iki dəfə.
(Allahdan başqa ibadətə layiq haqq məbud yoxdur) bir dəfə.
Azanı eşidən insanın, müəzzinin dediyi sözləri təkrarlaması müstəhəbdir, ancaq "Həyyə aləs-saləh" və "Həyyə aləl-fələh" sözlərinin əvəzinə "Lə həvlə va lə quvvətə illə billəh" deməlidir. Sonra peyğəmbərə, sallallahu aleyhi və səlləm, salavat gətirir. Daha sonra belə deyir:
«اللهمَّ رَبَّ هَذِهِ الدَّعْوَةِ التَّامَّةِ، وَالصَّلَاةِ القَائِمَةِ، آتِ مُحَمَّدًا الوَسِيلَةَ وَالفَضِيلَةَ، وَابْعَثْهُ مَقَامًا مَحْمُودًا الَّذِي وَعَدْتَهُ، إِنَّكَ لَا تُخْلِفُ الْمِيعَادَ».
[Allahummə Rabbə həzihid-də'vətit-təmməti vəs-salətil-qaiməti, əti Muhəmmədənil-vəsilətə vəl-fədilətə, vəb'əshu məqamən məhmudənil-ləzi və'ədtəhu, innəkə lə tuxlifu-l-mi'ad] - "Bu tam dəvətin və qılınacaq namazın Rəbbi olan Allahım! Muhəmmədə vasitəçilik haqqı və fəzilət ver. Onu vəd etdiyin təriflənən məqama çatdır. Həqiqətən, Sən vədindən dönməzsən"12.
Sonra bu zikridə deyir:
«رَضِيتُ بِاللَّهِ رَبًّا، وَبِالْإِسْلَامِ دِينًا، وَبِمُحَمَّدٍ ﷺ نَبِيًّا».
«Allahın Rəbb, İslamın din, Muhammədin, sallallahu aleyhi və səlləm, isə peyğəmbər olduğuna razı oldum»13.
Azandan sonra heç bir üzür və ya qayıtmaq niyyəti olmadan məsciddən çıxmaq haramdır.
İki namazı cəm edərkən bir azan və hər namaz üçün bir iqamə kifayət edir.
İkincisi: Namazın əhəmiyyəti və fəziləti:
Namaz, şəhadətdən sonra İslamın ən əhəmiyyətli rükunudur. Onun xüsusi bir məqamı vardır. Çünki Allah onu Merac gecəsində səmada öz peyğəmbərinə, sallallahu aleyhi va səlləm, fərz etmişdir. Bu da onun əzəmətinə, vacibliyinin təsdiqinə və Uca Allah yanındakı məqamına dəlalət edir.
Onun fəziləti və hər bir kəsə vacib olması barədə bir çox hədislər varid olmuşdur. Onun fərz olmasını bilmək İslam dinində zəruri sayılan bir məsələdir.
Onun vacib və təkidli olmasına Kitab və Sünnədən bir çox dəlillər dəlalət edir. Onlardan bəziləri aşağıdakılardır:
1- Uca Allah buyurur:
﴿...إِنَّ ٱلصَّلَوٰةَ كَانَتۡ عَلَى ٱلۡمُؤۡمِنِينَ كِتَٰبٗا مَّوۡقُوتٗا﴾
"Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir". [Nisa 4 surəsi, ayə 103]. Yəni: Allahın rəsulunun, Allahın salavatı və salamı onun üzərinə olsun, bəyan etdiyi vaxtlarda fərz edilmişdir.
2- Uca Allah buyurur:
﴿وَمَا أُمِرُوا إِلَّا لِيَعْبُدُوا اللَّهَ مُخْلِصِينَ لَهُ الدِّينَ حُنَفَاءَ وَيُقِيمُوا الصَّلَاةَ...﴾
"Halbuki onlara, dini məhz Allaha məxsus edib, batildən haqqa yönələrək ibadət etmələri, namaz qılmaları əmr olunmuşdur".
[Bəyyinə 98 surəsi, ayə 5].
3- Uca Allah buyurur:
﴿فَإِنْ تَابُوا وَأَقَامُوا الصَّلَاةَ وَآتَوُا الزَّكَاةَ فَإِخْوَانُكُمْ فِي الدِّينِ...﴾
"Əgər tövbə etsələr, namaz qılıb zəkat versələr, onlar sizin din qardaşlarınızdır".
[Tövbə 9 surəsi, ayə 11].
4- Cabirdən, Allah onların hər ikisindən razı olsun, rəvayət edilir ki, Allah rəsulu, Allahın salavatı və salamı onun üzərinə olsun, belə buyurmuşdur:
«إِنَّ بَيْنَ الرَّجُلِ وَبَيْنَ الشِّرْكِ وَالْكُفْرِ تَرْكُ الصَّلَاةِ».
"Kişi ilə şirk və küfür arasında namazı tərk etmək durur"14.
5- Bureydə, Allah ondan razı olsun, rəvayət edir ki, Allahın rəsulu, sallallahu aleyhi və səlləm, belə demişdir:
«العَهْدُ الَّذِي بَيْنَنَا وَبَيْنَهُمُ الصَّلَاةُ، فَمَن تَرَكَهَا فَقَدْ كَفَرَ».
"Bizimlə onlar arasındakı əhd, namazdır. Kim namazı tərk etsə, artıq küfr etmişdir"15.
Alimlər onun vacibliyini inkar edənin kafir olması barədə yekdil rəydədirlər. Amma kim onu tənbəllik və səhlənkarlıq üzündən tərk edərsə, əvvəldə qeyd olunan səhih hədisə və səhabələrin bu barədəki icmasına görə ən səhih rəy onun da kafir olmasıdır.
Üçüncüsü: Namazın şərtləri:
1- Namaz vaxtının daxil olması.
Çünkü Uca Allah buyurur:
﴿...إِنَّ ٱلصَّلَوٰةَ كَانَتۡ عَلَى ٱلۡمُؤۡمِنِينَ كِتَٰبٗا مَّوۡقُوتٗا﴾
"Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir". [Nisa 4 surəsi, ayə 103]. Yəni: Müəyyən vaxtlarda fərz edilmişdir.
Fərz namazların vaxtları bunlardır:
A- Fəcr: Dan yeri söküləndən (sübhdən) günəşin qalxmasına qədər.
B- Zöhr: Zəvaldan (günəşin zenitdən meyil etməsindən) başlayaraq, hər bir şeyin kölgəsi özü mislində olana qədər olan vaxtdır.
C- Əsr namazı: Zöhr namazının vaxtı çıxdıqdan günəş saralana qədər, zərurət vaxtı isə günəş batana qədərdir.
Ç- Məğrib: Günəşin batmasından qırmızı şəfəqin itməsinə qədər olan vaxtdır.
D- İşa: Məğrib vaxtının çıxmasından gecənin yarısına qədərdir.
2- Övrətin örtülməsi:
Bu, örtülməsi vacib olan və göründüyü zaman qəbahət sayılıb utanılan şeydir. Kişinin övrəti göbəkdən dizlərə qədərdir. Qadının namazda üzü istisna olmaqla bütün bədəni övrət sayılır. Qadının naməhrəm kişilərin, yəni: ona məhrəm olmayanların qarşısında olduğu halda üzünü örtməsi vacibdir.
3- Nəcasətdən təmizlənmək:
Nəcasət: sidik, nəcis, qan və digərləri kimi, növü namaz qılmağa mane olan xüsusi bir natəmizlik olub, bədəndə, yerdə və paltarda olur.
4- Qibləyə yönəlmək:
Qiblə, Müqəddəs Kəbədir. İnsanların ona tərəf yönəldikləri üçün "qiblə" adlandırılmışdır.
Qibləyə yönəlmədən namaz səhih olmaz. Çünkü Uca Allah buyurur:
﴿...وَحَيۡثُ مَا كُنتُمۡ فَوَلُّواْ وُجُوهَكُمۡ شَطۡرَهُ...﴾
"Harada olursunuzsa olun, üzünüzü ona tərəf çevirin". [Bəqərə 2 surəsi, ayə 144].
5- Niyyət etmək:
Lüğəti mənası: qəsd etməkdir. Şəriətdə daşıdığı məna isə: Uca Allaha yaxınlaşmaq məqsədilə ibadəti etməyə əzm etməkdir. Niyyətin yeri qəlbdir, onu dillə tələffüz etməyə ehtiyac yoxdur, əksinə bu, bidətdir.
Dördüncü: Namazın ərkanları:
Namazın on dörd rükunu vardır:
Birinci rükun: Qadir olanın ayaq üstə durması:
Çünkü Uca Allah buyurur:
﴿...وَقُومُواْ لِلَّهِ قَٰنِتِينَ﴾
"Allah üçün müti olaraq (namaza) durun". [Bəqərə 2 surəsi, ayə 238]. İmran, Allah ondan razı olsun, peyğəmbərdən, sallallahu aleyhi və səlləm, belə rəvayət etmişdir:
«صَلِّ قَائِمًا، فَإِن لَمْ تَسْتَطِعْ فَقَاعِدًا، فَإِن لَمْ تَسْتَطِعْ فَعَلَى جَنْبٍ».
"Namazı ayaq üstə qıl, bacarmırsansa oturaraq qıl, ona da gücün çatmırsa, uzanaraq qıl"16.
Əgər xəstəliyinə görə ayaq üstə dura bilmirsə, bu zaman halına uyğun olaraq oturaraq və ya uzanaraq namaz qılmalıdır. Qorxanın, çılpağın və ayaq üstə durmamağı tələb edən müalicəyə görə oturmağa və ya uzanmağa ehtiyacı olan şəxsin hökmü də xəstənin hökmü kimidir. Həmçinin, ayaqüstə dayanmaqdan aciz olan daimi imamın arxasında namaz qılan şəxs də qiyamı tərk etməkdə üzrlü sayılır. Əgər imam oturaraq namaz qılarsa, onun arxasında qılanlar da öz imamlarına tabe olaraq oturaraq namaz qılmalıdırlar. Nafilə namazlarını, ayaq üstə durmağa qadir olsa belə, oturaraq qılmaq caizdir. Lakin savabı ayaq üstə qılanın savabı kimi olmaz.
İkinci rükun: Əvvəldə "Təkbiratul-ihram" (namaz üçün açılış təkbiri) demək:
Peyğəmbər, sallallahu aleyhi va səlləm, belə buyurmuşdur:
«ثُمَّ اسْتَقْبِلِ الْقِبْلَةَ، وَكَبِّرْ».
«Sonra qibləyə yönəl və təkbir gətir»17.
Forması: «Allahu Əkbər» deməkdir və bundan başqası kifayət etməz.
Üçüncü rükun: Fatihə surəsini oxumaq.
Çünki peyğəmbər, sallallahu aleyhi va səlləm, belə buyurmuşdur:
«لَا صَلَاةَ لِمَنْ لَمْ يَقْرَأْ بِفَاتِحَةِ الْكِتَابِ».
"Fatihə surəsini oxumayanın namazı yoxdur (səhih deyildir)"18.
Dördüncü rükun: Hər bir rükətdə rüku etmək:
Çünkü Uca Allah buyurur:
﴿يَاأَيُّهَا الَّذِينَ آمَنُوا ارْكَعُوا وَاسْجُدُوا...﴾
"Ey iman gətirənlər! Rüku edin, səcdəyə qapanın". [Həcc 22 surəsi, ayə 77].
Beşinci və altıncı rükunlar:
Rükudan qalxmaq və əvvəlki halı kimi tam düz dayanmaq. Çünki peyğəmbər, sallallahu aleyhi və səlləm, həmişə belə edərdi.
Peyğəmbər, sallallahu aleyhi və səlləm, namazı pis qılan kişiyə belə demişdir:
«ثُمَّ ارْفَعْ حَتَّى تَعْتَدِلَ قَائِمًا».
«Sonra dikəlib qamətini dümdüz tut»19.
Yeddinci rükun: Yeddi əza üzərində səcdə etmək:
Bu, alın və onunla birlikdə burun, iki əl, iki diz və iki ayağın barmaqlarıdır. Peyğəmbər, sallallahu aleyhi va səlləm, belə buyurmuşdur:
«أُمِرْنَا أَنْ نَسْجُدَ عَلَى سَبْعَةِ أَعْظُمٍ: الجَبْهَةِ، وَأَشَارَ بِيدِهِ عَلَى أَنْفِهِ، وَالكَفَّيْنِ، وَالرُّكْبَتَيْنِ، وَأَطْرَافِ القَدَمَيْنِ».
«Bizə yeddi əza üzərində səcdə etmək əmr edildi: Alın - və əli ilə burununa işarə etdi, iki əl, iki diz və ayaq barmaqlarının ucları»20.
Səkkizinci rükun: Səcdədən qalxmaq və iki səcdə arasında oturmaq:
Aişə, Allah ondan razı olsun, demişdir:
«كَانَ النَّبِيُّ ﷺ إِذَا رَفَعَ رَأْسَهُ مِنَ السَّجْدَةِ، لَمْ يَسْجُدْ حَتَّى يَسْتَوِيَ جَالِسًا».
«Peyğəmbər, sallallahu aleyhi və səlləm, səcdədən başını qaldırdıqda, tam düz oturmayınca səcdəyə getməzdi»21.
Doqquzuncu rükun: Bütün rüknları arxayınlıqla yerinə yetirmək:
Bu, az da olsa, sükunətdir. Çünki peyğəmbər, sallallahu aleyhi və səlləm, namazını pis qılan kişiyə belə demişdir:
«حَتَّى تَطْمَئِنَّ».
"Tam arxayın oluncaya qədər"22.
Onuncu və on birinci rükunlar:
Axırıncı təşəhhüd və onun üçün oturmaq: Abdullah bin Məsudun, Allah ondan razı olsun, peyğəmbərdən, sallallahu aleyhi və səlləm, rəvayət etdiyi hədisə görə:
«إِذَا صَلَّى أَحَدُكُمْ فَلْيَقُلْ: التَّحِيَّاتُ لِلَّهِ وَالصَّلَوَاتُ وَالطَّيِّبَاتُ، السَّلَامُ عَلَيْكَ أَيُّهَا النَّبِيُّ وَرَحْمَةُ اللَّهِ وَبَرَكَاتُهُ، السَّلَامُ عَلَيْنَا وَعَلَى عِبَادِ اللَّهِ الصَّالِحِينَ، أَشْهَدُ أَنْ لَا إِلٰهَ إِلَّا اللَّهُ وَأَشْهَدُ أَنَّ مُحَمَّدًا عَبْدُهُ وَرَسُولُهُ».
«Sizdən biriniz namaz qıldıqda desin: “Salamlar, dualar və gözəl şeylər Allaha aiddir. Ey peyğəmbər, sənə Allahın salamı, mərhəməti və bərəkəti olsun! Bizə və Allahın əməlisaleh qullarına salam olsun! Mən şahidlik edirəm ki, Allahdan başqa ibadətə layiq haqq məbud yoxdur və şahidlik edirəm ki, Muhəmməd Onun qulu və elçisidir”»23.
On ikinci rükn: Axırıncı təşəhhüddə peyğəmbərə, Allahın salavatı və salamı onun üzərinə olsun, salavat gətirmək.
Yəni bu sözləri deməkdir:
«اللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ».
«Allahummə salli alə Muhəmməd» (Allahım, Muhəmmədə salat və salam et)24. Bundan artığı isə sünnədir.
On üçüncü rükun: Rükunlar arasında tərtib:
Çünki peyğəmbər, sallallahu aleyhi və səlləm, bunları tərtiblə edərdi. Həmçinin o demişdir:
«صَلُّوا كَمَا رَأَيْتُمُونِي أُصَلِّي».
"Mənim necə namaz qıldığımı görürsünüzsə, siz də elə namaz qılın!"25. Namazını səhv qılan kimsəyə bunları «sonra» kəlməsi ilə, sıra qaydası ilə öyrətmişdir.
On dördüncü rükun: Salam vermək.
Peyğəmbər, sallallahu aleyhi va səlləm, belə buyurmuşdur:
««وَخِتَامُهَا التَّسْلِيمُ».
"Namazın sonu salam verməkdir". Peyğəmbər, sallallahu aleyhi və səlləm, digər bir hədisdə buyurur:
«وَتَحْلِيلُهَا التَّسْلِيمُ».
"Namazdan çıxmaq isə salam verməkdir"26.
Beşincisi: Namazın vacibləri:
Bunlar səkkizdir:
1- Təkbiratul-ihramdan (namaza başladıqda edilən ilk təkbirdən) başqa bütün təkbirlər.
2- Rükuda bir dəfə: «سُبْحَانَ رَبِّيَ الْعَظِيم» [Subhənə rabbiyəl-azim], "Böyük Rəbbim pak və müqəddəsdir!" - zikrini demək. Üçə qədər artırmaq sünnədir, bu isə kamalın ən aşağı dərəcəsidir. Ona qədər isə kamalın ən yuxarı dərəcəsidir.
3- Rükudan qalxarkən imam və tək namaz qılanın: «سَمِعَ اللَّهُ لِمَنْ حَمِدَهُ» [Səmi Allahu limən həmidəh] "Allah Ona həmd edəni eşitdi!" - zikrini demək.
4- Rükudan qalxarkən: «رَبَّنَا وَلَكَ الْحَمْدُ» [Rabbənə va ləkə-l-həmd], "Ey Rəbbimiz! Sənə həmd olsun" - zikrini demək.
5- Səcdədə bir dəfə: «سُبْحَانَ رَبِّيَ الْأَعْلَى» [Subhənə Rabbiyə-l-Əla], "Ən Uca Rəbbim pak və müqəddəsdir!" - zikrini demək. Üçə qədər artırmaq sünnədir.
6- İki səcdə arasında bir dəfə: «رَبِّ اغْفِرْ لِي» [Rabbi-ğ-fir li] "Rəbbim, məni bağışla!" - zikrini demək, Üç dəfəyə qədər artırmaq sünnədir.
7- Birinci təşəhhüd. Belə deyir:
«التَّحِيَّاتُ لِلَّهِ، وَالصَّلَوَاتُ وَالطَّيِّبَاتُ، السَّلَامُ عَلَيْكَ أَيُّهَا النَّبِيُّ وَرَحْمَةُ اللَّهِ وَبَرَكَاتُهُ، السَّلَامُ عَلَيْنَا وَعَلَى عِبَادِ اللَّهِ الصَّالِحِينَ، أَشْهَدُ أَنْ لَا إِلٰهَ إِلَّا اللَّهُ وَأَشْهَدُ أَنَّ مُحَمَّدًا عَبْدُهُ وَرَسُولُهُ».
[ət-Təhiyyətu lilləhi, vas-saləvatu, vat-tayyibətu, əs-sələmu aleykə əyyuhən-nəbiyyu va rahmətullahi va bərakətuhu, əs-sələmu aleynə va alə ibədil-ləhis-salihin. Əşhədu əllə iləhə illəllahu va əşhədu ənnə Muhəmmədən abduhu va rasuluhu] - "Salamlar, dualar və gözəl şeylər Allaha aiddir. Ey peyğəmbər, sənə Allahın salamı, mərhəməti və bərəkəti olsun! Bizə və Allahın əməlisaleh qullarına salam olsun! Mən şahidlik edirəm ki, Allahdan başqa ibadətə layiq haqq məbud yoxdur və şahidlik edirəm ki, Muhəmməd Onun qulu və elçisidir"27.
8- Birinci təşəhhüd duası üçün oturmaq.
Altıncı: Namazın sünnələri.
Namazın sünnələrinin tərk edilməsi namazı batil etmir. Bu, iki qismə bölünür: Sözlər ilə olan sünnələr və əməllər ilə olan sünnələr.
Birinci: Sözlər ilə olan sünnələr:
1- "İstiftəh" (açılış) duası və onun bir neçə formaları mövcüddur, onlardan:
«سُبْحَانَكَ اللَّهُمَّ وَبِحَمْدِكَ، وَتَبَارَكَ اسْمُكَ، وَتَعَالى جَدُّكَ، وَلا إِلٰهَ غَيْرُكَ» .
[Subhənəkə Allahummə va bihəmdikə va təbərakəs-mukə va təalə cəddukə va lə iləhə ğayrukə]: "Allahım! Sən pak və müqəddəssən. Sənə həmd olsun. Sənin adın mübarək, əzəmətin isə ucadır. Səndən başqa haqq məbud yoxdur!"28.
2- əl-Fatihə surəsini oxumazdan əvvəl:
«أَعُوذُ بِاللَّهِ مِنَ الشَّيْطَانِ الرَّجِيمِ»
[Əuzu billəhi minəş-şeytanir-racim] "Lənətlənmiş şeytandan Allaha sığınıram!" - zikrini demək. Bu, «أَعُوذُ بِاللَّهِ مِنَ الشَّيْطَانِ الرَّجِيمِ» [Əuzu billəhi minəş-şeytanir-racim] "Lənətlənmiş şeytandan Allaha sığınıram!" - deməkdir.
3- Quran oxumaqa başlamazdan əvvəl "Bəsmələ" - demək. Yəni: «بِسْمِ اللَّهِ الرَّحْمٰنِ الرَّحِيمِ» "Bismilləhir-rahmənir-rahim" (Mərhəmətli və Rəhmli Allahın adı ilə) - deməkdir.
4- Rükuda və səcdədə bir dəfədən artıq zikr etmək.
5- Bir dəfədən artıq bu zikr demək:
«رَبِّ اغْفِرْ لِي».
«Rəbbim, mənim günahlarımı bağışla!». Yəni iki səcdə arasında.
6- Həmçinin belə deyir:
«مِلْءَ السَّمَاوَاتِ، وَمِلْءَ الْأَرْضِ، وَمِلْءَ مَا بَيْنَهُمَا، وَمِلْءَ مَا شِئْتَ مِنْ شَيْءٍ بَعْدُ».
"Göylər dolusu, yer dolusu, onların arası dolusu və bundan sonra dilədiyin şeylər dolusu". Bunu, bu zikirdən sonra deyir:
«رَبَّنَا ولَكَ الحَمْدُ».
[Rabbənə va ləkə-l-həmd], "Ey Rəbbimiz! Sənə həmd olsun!"29.
7- əl-Fatihə surəsindən sonra surə oxumaq.
8- Bu zikri deyir:
«اللَّهُمَّ إِنِّي أَعُوذُ بِكَ مِنْ عَذَابِ جَهَنَّمَ، وَمِنْ عَذَابِ الْقَبْرِ، وَمِنْ فِتْنَةِ الْمَحْيَا وَالْمَمَاتِ، وَمِنْ فِتْنَةِ الْمَسِيحِ الدَّجَّالِ».
«Allahumma inni əuzu bikə min əzabi cəhənnəm, va min azəbil-gəbri, va min fitnətil-məhya vəl-məmati, va min fitnətil-məsihid-dəccəl» "Allahım! Cəhənnəm əzabından, qəbr əzabından, həyatın və ölümün fitnəsindən və Məsih Əd-Dəccəlin fitnəsindən Sənə sığınıram".30 Axırıncı təşəhhüddə buna əlavə edilən dualar.
İkinci: Əməllər ilə olan sünnələr:
1- Əlləri dörd məqamda çiyinlərin və ya qulaqların hündürlüyü bərabərində qaldırmaq:
A- Təkbiratu-l-ehramda.
B- Rüku etdikdə.
C- Əlləri rükudan qalxdıqda qaldırmaq.
Ç- Üçüncü rükətə qalxdıqda.
2- Qiyamda, rükudan əvvəl və sonra sağ əli sol əlin üstünə qoyaraq, sinənin üzərində tutmaq.
3- Səcdə yerinə baxmaq.
4- Səcdədə olarkən qolları yandan aralı tutmaq.
5- Səcdədə olarkən qarnı budlardan aralı tutmaq.
6- Üç və dörd rükətli namazların axırıncı təşəhhüdü istisna olmaqla, namazın bütün oturuşlarında sol ayağı yerə sərərək onun üzərində oturmaq, sağ ayağı isə barmaqları qibləyə yönəlmiş halda dik tutmaq.
7- Üç və ya dörd rükətli namazın axırıncı təşəhhüdündə sağ ayağını dik tutub, barmaqlarını isə qibləyə yönəldilmiş halda saxlayaraq, sol ayağını sağ tərəfindən çıxarıb, sol ombasının üzərində oturmaq.
Yeddinci: Namazın qılınma qaydası:
1- Allahın rəsulu, sallallahu aleyhi va səlləm, namaza qalxdığı zaman üzünü qibləyə tərəf çevirərdi, əllərini qaldırardı, barmaqlarının içini qibləyə yönəldərdi və belə buyurardı:
«اللهُ أَكْبَر».
«Allah ən böyükdür».
2- Sonra sağ əli ilə sol əlini tutaraq, sinəsinin üzərinə qoyur.
3- Sonra istiftah duası oxuyardı və həmişə eyni istiftah duasını oxumazdı. Allahın rəsulundan, Allahın salavatı və salamı onun üzərinə olsun, varid və sabit olan bütün açılış duaları ilə istiftəh etmək icazəlidir. Onlardan bəziləri bunlardır:
«سُبْحَانَكَ اللَّهُمَّ وَبِحَمْدِكَ، وَتَبَارَكَ اسْمُكَ، وَتَعَالى جَدُّكَ، وَلَا إِلٰهَ غَيْرُكَ».
[Subhənəkə Allahummə va bihəmdikə, va təbarəkəsmukə, va təalə cəddukə, va lə iləhə ğayrukə]: "Allahım! Sən pak və müqəddəssən. Sənə həmd olsun. Sənin adın mübarək, əzəmətin isə ucadır. Səndən başqa haqq məbud yoxdur!
4- Sonra belə deyir:
«أَعُوذُ بِاللَّهِ مِنَ الشَّيْطَانِ الرَّجِيمِ، بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ».
[Əuzu billəhi minəş-şeytanir-racim, Bismilləhir-Rahmənir-Rahim] "Lənətlənmiş şeytandan Allaha sığınıram! Mərhəmətli və Rəhmli Allahın adı ilə!
5- Sonra əl-Fatiha surəsini oxuyur, bitirdikdən sonra: «آمين» «Əmin» deyir.
6- Sonra Qurandan müyəssər olanı oxuyur. Fəcr namazında, məğrib və işa namazlarının ilk iki rükətində isə qiraəti səslə edir. Bunlardan başqa hallarda isə qiraəti səssiz edir. Hər namazın birinci rükətini ikinci rükətdən daha uzun edir.
7- Sonra istiftahda olduğu kimi əllərini qaldırır. Sonra (الله أكبر) "Allahu Əkbər" deyir, və rüku edir. Əllərini barmaqları aralı şəkildə dizlərinin üstünə qoyub möhkəm tutur, belini və başını bir səviyyədə düz saxlayır, başını nə yuxarı qaldırır, nə də aşağı endirir və belə deyir:
«سُبْحَانَ رَبِّيَ الْعَظِيمِ» مرةً.
Bir dəfə: «سُبْحَانَ رَبِّيَ الْعَظِيمِ» [Subhənə rabbiyəl-azim], "Böyük Rəbbim pak və müqəddəsdir!". Daha öncə qeyd olunduğu kimi kamilliyin ən aşağı həddi: üç dəfədir.
8- Sonra başını qaldıraraq deyir:
«سَمِعَ اللَّهُ لِمَنْ حَمِدَهُ».
[Səmi Allahu limən həmidəhu] "Allah Ona həmd edəni eşitdi!". Əllərini rükuya gedərkən qaldırdığı kimi qaldırır.
9- Qaməti tam düzəldikdə deyir:
«اللَّهُمَّ رَبَّنَا وَلَكَ الْحَمْدُ، حَمْدًا كَثِيرًا طَيِّبًا مُبَارَكًا فِيهِ، مِلْءَ السَّمَاءِ، وَمِلْءَ الْأَرْضِ، وَمِلْءَ مَا بَيْنَهُمَا، وَمِلْءَ مَا شِئْتَ مِنْ شَيْءٍ بَعْدُ، أَهْلَ الثَّنَاءِ وَالْمَجْدِ، أَحَقُّ مَا قَالَ الْعَبْدُ، وَكُلُّنَا لَكَ عَبْدٌ، لَا مَانِعَ لِمَا أَعْطَيْتَ، وَلَا مُعْطِيَ لِمَا مَنَعْتَ، وَلَا يَنْفَعُ ذَا الْجَدِّ مِنْكَ الْجَدُّ» .
Allahım, ey Rəbbimiz! Sənə həmd olsun! (Özü də) çoxlu, xoş, mübarək bir həmd, göy dolusu, yer dolusu, onların (göylə yerin) arası dolusu və bundan sonra dilədiyin şeylər dolusu (Sənə həmd olsun). Ey həmd-səna və uca şan-şərəf sahibi! Bəndənin dediyi ən doğru söz budur və hamımız Sənə bəndəyik. Sənin verdiyinə mane olacaq, mane olduğunu da verəcək (bir kəs) yoxdur. Heç bir hörmət sahibinə Sənin yanında hörməti fayda verməz"31. Peyğəmbər, sallallahu aleyhi və səlləm, rükudan qalxdıqdan sonra bu duruşu uzadardı.
10- Sonra təkbir yəni: "Allahu Əkbər" deyib səcdəyə gedir. Əllərini qaldırmır. Alnı, burnu, iki əli, iki dizi və iki ayağının barmaq ucları üzərinə səcdə edir. Əllərinin və ayaqlarının barmaqlarını qibləyə tərəf yönəldir. Səcdədə düz durur. Alnını və burnunu yerə birləşdirir. Əllərinə etimad edir (söykənir) və dirsəklərini qaldırır. Bazularını yanlarından aralayır. Qarnını budlarından, budlarını isə baldırlarından aralı tutur və səcdəsində belə deyir:
«سُبْحَانَ رَبِّيَ الأَعْلَى».
"Ən Uca Rəbbim pak və müqəddəsdir". Bir dəfə. Daha öncə qeyd olunduğu kimi kamilliyin ən aşağı həddi: üç dəfədir. Varid olan dualarla dua edir.
11- Sonra (الله أكبر) "Allahu Əkbər" deyərək başını qaldırır. Sonra sol ayağını yerə sərir, onun üzərində oturur və sağ ayağını isə dik tutur. İki əlini budlarının üstünə qoyub, sonra belə deyir:
«اللَّهُمَّ اغْفِرْ لِي، وَارْحَمْنِي، وَاجْبُرْنِي، وَاهْدِنِي، وَارْزُقْنِي».
[Allahumməğ-fir li, var-həmni, vac-burni, vahdini, var-zuqni] "Allahım, məni bağışla, mənə rəhm et, mənə lütf et, məni doğru yola yönəlt və mənə ruzi bəxş et!"32.
12- Sonra birinci səcdəni etdiyi kimi ikinci səcdəni də edir, (birinci səcdədə dediyi zikrləri və etdiyi hərəkətləri eyni ilə ikinci səcdədə də təkrar edir) və səcdə etdikdə təkbir yəni: "Allahu Əkbər" - deyir.
13- Sonra: (الله أكبر) "Allahu Əkbər" deyərək başını qaldırır, dizlərinə və budlarına etimad edərək pəncələri üzərində qiyama qalxır.
14- Tam ayağa qalxdıqdan sonra, qiraətə başlayır. İkinci rükəti də birinci rükəti qıldığı kimi qılır (birinci rükətdə dediyi zikrləri və etdiyi hərəkətləri eyni ilə ikinci rükətdə də təkrar edir).
15- Sonra birinci təşəhhüd duası üçün iki səcdə arasında oturduğu kimi oturur. Sağ əlini sağ budunun üstünə, sol əlini isə sol budunun üstünə qoyur. Sağ əlinin baş barmağını orta barmağının üzərinə halqa şəklində qoyur. Şahadət barmağı ilə işarə edir və ona baxır. Belə deyir:
«التَّحِيَّاتُ لِلَّهِ وَالصَّلَوَاتُ وَالطَّيِّبَاتُ، السَّلَامُ عَلَيْكَ أَيُّهَا النَّبِيُّ وَرَحْمَةُ اللَّهِ وَبَرَكَاتُهُ، السَّلَامُ عَلَيْنَا وَعَلَى عِبَادِ اللَّهِ الصَّالِحِينَ، أَشْهَدُ أَنْ لَا إِلٰهَ إِلَّا اللَّهُ وَحْدَهُ لَا شَرِيكَ لَهُ، وَأَشْهَدُ أَنَّ مُحَمَّدًا عَبْدُهُ وَرَسُولُهُ».
[ət-Təhiyyətu lilləhi, vas-saləvatu, vat-tayyibətu, əs-sələmu aleykə əyyuhən-nəbiyyu va rahmətullahi va bərakətuhu, əs-sələmu aleynə va alə ibədil-ləhis-salihin. Əşhədu əllə iləhə illəllahu vahdəhu lə şərikə ləh, va əşhədu ənnə Muhəmmədən abduhu va rasuluhu]
"Salamlar, dualar və gözəl şeylər Allaha aiddir. Ey peyğəmbər, sənə Allahın salamı, mərhəməti və bərəkəti olsun! Bizə və Allahın əməlisaleh qullarına salam olsun! Mən şahidlik edirəm ki, Allahdan başqa ibadətə layiq haqq məbud yoxdur, O təkdir, Onun şəriki yoxdur və şahidlik edirəm ki, Muhəmməd Onun qulu və elçisidir". Bu oturuşu qısa edərdi.
16- Sonra: "Allahu Əkbər" deyərək ayağa qalxır, üçüncü və dördüncü rükətləri qılır və onları ilk iki rükətdən qısa edir. Onların hər ikisində Fatihə surəsini oxuyur.
17- Sonra axırıncı təşəhhüddə "təvərrük" oturuşu oturur. Təvərrük oturuşu: Sol ayağı sağ ayağın altından çıxarıb, sağ ayağı dik tutaraq, sol ombası üstündə oturmaqdır.
18- Sonra axırıncı təşəhhüd duasını oxuyur və o, birinci təşəhhüd kimidir. Buna əlavə edilir:
«اللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَعَلَى آلِ مُحَمَّدٍ، كَمَا صَلَّيْتَ عَلَى آلِ إِبْرَاهِيمَ، إِنَّكَ حَمِيدٌ مَجِيدٌ، وَبَارِكْ عَلَى مُحَمَّدٍ وَعَلَى آلِ مُحَمَّدٍ، كَمَا بَارَكْتَ عَلَى آلِ إِبْرَاهِيمَ، إِنَّكَ حَمِيدٌ مَجِيدٌ».
[Allahummə salli alə Muhammədin va alə əəli Muhamməd, kəmə salleytə alə əəli İbrahimə, innəkə həmidun məcid. Va bərik alə Muhammədin va alə əəli Muhamməd, kəmə bəraktə alə əəli İbrahimə, innəkə həmidun məcid]
"Allahım! İbrahimin ailəsinə xeyir-dua verdiyin kimi, Muhammədə və Muhammədin ailəsinə də xeyir-dua ver! Şübhəsiz ki, Sən Tərifəlayiqsən, Şan-şöhrətlisən! Allahım! İbrahimin ailəsinə bərəkət verdiyin kimi, Muhammədə və Muhammədin ailəsinə də bərəkət ver! Şübhəsiz ki, Sən Tərifəlayiqsən, Şan-şöhrətlisən!".
19- Allaha Cəhənnəm əzabından, qəbr əzabından, həyatın və ölümün fitnəsindən və Məsih Dəccalın fitnəsindən sığınır. Kitab və Sünnədə varid olan duaları edər.
20- Sonra sağ tərəfə salam verərək deyir:
«السَّلاَمُ عَلَيْكُمْ وَرَحْمَةُ اللَّهِ».
"əs-Sələmu aleykum va rahmətullah". Eləcə də sol tərəfə. Salama üzü qibləyə tərəf başlayır və başını tam çevirməklə bitirir.
Səkkizinci: Namazda məkruh olan əməllər:
1- Ehtiyac olmadan sağa-sola dönmək.
2- Göyə baxmaq (gözləri səmaya qaldırmaq).
3- Ehtiyac olmadan gözləri yummaq.
4- Səcdədə dirsəkləri yerə sərmək.
5- Ehtiyac olmadan ağzı və burnu örtmək.
6- Kiçik və ya böyük su başına çıxmaq istənildiyi və ya süfrəyə iştahı çəkdiyi yemək gətirildiyi zaman namaz qılmaq.
7- Səcdənin əsəri olaraq alnına və burnuna yapışanları silmək. Namazdan sonra da bunu silməyin heç bir zərəri yoxdur.
8- Qiyam halında zərurət olmadan divara və ya bənzərinə söykənmək.
Doqquzuncu: Namazı batil edən amillər:
1- Yemək və içmək.
2- Namazdan kənar danışmaq.
3- Gülmək və qəhqəhə çəkmək.
4- Qəsdən namazın rükunlarından və ya vaciblərindən birini tərk etmək.
5- Namazda qəsdən rükun və ya rükət artırmaq.
6- İmamdan əvvəl qəsdən salam vermək.
7- Zərurət olmadan, namazın hərəkətlərindən başqa ardıcıl çoxlu hərəkət etmək.
8- Namazın şərtlərindən birini pozan bir əməli etmək. Məsələn: Dəstəmazın pozulması, qəsdən övrətin açılması, zərurət olmadan bədənin qiblədən xeyli dərəcədə yayınması və niyyətin pozulması.
Onuncu: Səhv səcdəsi:
Səhv – unutqanlıq deməkdir. Peyğəmbər, sallallahu aleyhi və səlləm, də namazda səhv etmişdir. Çünki səhv etmək bəşər təbiətindən irəli gəlir. Onun səhv etməsi, Allahın onun ümmətinə olan nemətini tamamlaması və dinlərini kamilləşdirməsi idi ki, onlar da səhv etdikdə şəriətin qoyduğu hökmlərdə ona tabe olsunlar.
Səhv səcdəsini tələb edən səbəblər:
1- Birinci hal:
Namazda ziyadə. Bu, ya felləri artırmaq ya da sözləri artırmaqdır.
A- Felləri artırmaq: Əgər namazın öz hərəkətlərindən birini səhvən artırarsa, məsələn: oturmaq yerinə qiyam edərsə, qiyam yerinə otursa yaxud rüku və ya səcdə artırarsa, bu zaman səhv səcdəsi etməlidir.
B- Sözlərin artırılması. Məsələn: ruku və səcdədə Quran oxumaq kimi.
Bu zaman səhv səcdəsi etməsi ona müstəhəbdir.
2- İkinci hal:
Namazda unutqanlıq səbəbilə azalma olur və bu, iki haldan biri ilə baş verir:
A- Rükunu tərk etmək: Əgər tərk edilən bu rükun təkbiratu-l-ehram olarsa, onun namazı baş tutmamış sayılır və səhv səcdəsi də bunu əvəz etmir. Əgər tərk edilən rükun təkbirətu-l-ehramdan başqa, rüku və ya səcdə kimi bir rükndürsə və insan bunu növbəti rükətin qiraətinə başlamazdan əvvəl xatırlayarsa, bu zaman vacib olaraq geri qayıtmalı, həmin rükunu və ondan sonrakıları yerinə yetirməlidir.
Əgər başqa bir rükətin qiraətinə başladıqdan sonra yadına düşərsə, (rükunu) tərk etdiyi rükət batil olur, ondan sonrakı rükət isə onun yerinə keçir.
B- Vacibi tərk etmək. Məsələn: birinci təşəhhüdü və ya rükuda təsbih etməyi unutmaq. Bu halda səhv səcdəsi edilir.
Üçüncü hal: Şəkk etmək:
Misal: Əgər zöhr namazında üç, yoxsa dörd rükət qıldığı barədə şəkk edərsə, bu halda:
A- Əgər bir şeyi tərcih edərsə, ona əməl etməli və səhv səcdəsi etməlidir.
B- Heç bir şeyi tərcih etmirsə, bu zaman yəqinlik üzərində qurur və səhv səcdəsi edir.
Əgər şəkk namazdan sonra olarsa və ya (şəxs) çox şübhələnən biridirsə, bu şübhəyə əməl etməz.
Fayda: Səhv səcdəsi salamdan öncə edilir - əgər, səhv naqislikdən və ya heç bir ehtimalın üstün olmadığı bir şəkkdən irəli gələrsə. Və salamdan sonra edilir: namazda bir şeyi artırdıqda, və ya şəkk edib, tərcih etdiyinə əməl etdikdə. Bu məsələdə Uca Allahın izni ilə genişlik vardır.
On birinci: Namazın qılınması qadağan olan vaxtlar:
Əsl, bütün vaxtlarda namaz qılmağın caiz olmasıdır. Lakin şəriət bəzi vaxtlarda namaz qılmağı qadağan etmişdir və bu vaxtlar aşağıdakılardır:
1- Fəcr namazından sonra günəş çıxıb, üfüqdə bir nizə boyu yüksələnə qədər, gözün görmə sahəsində.
2- Günəş səmanın ortasında olduğu vaxtdan zəval edənə qədər. Bu, qadağa vaxtlarının ən qısasıdır.
3- Əsr namazından günəş batana qədər. Bu, qadağan vaxtlarının ən uzunudur.
Namaz qılınması qadağan olan vaxtlarda qılınması icazəli olan namazlar:
1- Qəzaya qalmış fərzləri ödəmək.
2- Müəyyən səbəblərə görə qılınan namazlar. Məsələn: təhiyyətul-məscid namazı, təvafın iki rəkətli namazı, kusuf (günəş tutulan zaman qılınan namaz) namazı və cənazə namazı.
3- Fəcr sünnətini fəcr namazından sonra qəza etmək.
On ikinci: Camaat namazı:
Bu, İslamın əzəmətli şüarlarından biridir və o, məscidlərdə camaatla qılınan namazdır. Müsəlmanlar, beş vaxt namazları məscidlərdə qılmağın ən təkidli itaətlərdən və Allaha yaxınlaşdıran ən əzəmətli əməllərdən olduğunda ittifaq ediblər. Hətta bu, İslamın ən böyük şüarlarından biridir.
1- Camaat namazının hökmü:
Beş vaxt namazı məsciddə camaatla qılmaq gücü çatan kişilərə vacibdir. Yaşayış yerində və səfərdə. Əmin-amanlıq halında da, qorxu halında da fərzi-ayn vacib olaraq.
Camaat namazının vacibliyinə Kitab, Sünnə və müsəlmanların nəsildən-nəslə, sələfdən-xələfə davam etdirdikləri əməli dəlalət edir.
Kitabdan dəlil: Uca Allah buyurur:
﴿وَإِذَا كُنتَ فِيهِمۡ فَأَقَمۡتَ لَهُمُ ٱلصَّلَوٰةَ فَلۡتَقُمۡ طَآئِفَةٞ مِّنۡهُم مَّعَكَ...﴾
"(Ey Muhamməd!) Sən onların (səhabələrinin) arasında olub onlara namaz qıldırdığın zaman onlardan bir dəstə səninlə birgə namaza dursun...". [Nisa 4 surəsi, ayə 102]. Belə ki, bu ayə camaat namazının qəti vacibliyinə dəlalət edir. Qorxu halında belə müsəlmanlara onu tərk etməyə rüsxət verilməmişdir. Əgər camaat namazı vacib olmasaydı, onu tərk etmək üçün ən birinci üzr, qorxu olardı. Camaat namazını tərk etmək və ona laqeyd yanaşmaq münafiqlərin ən məşhur sifətlərindəndir.
Sünnədən də çoxlu hədislər vardır. Onlardan biri də:
Səhih Müslimdə gələn rəvayətdir.
أَنَّ رَجُلًا أَعْمَى قَالَ: يَا رَسُولَ اللَّهِ، لَيْسَ لِي قَائِدٌ يَقُودُنِي إِلَى الْمَسْجِدِ، فَسَأَلَهُ أَنْ يُرَخِّصَ لَهُ أَنْ يُصَلِّيَ فِي بَيْتِهِ، فَرَخَّصَ لَهُ، فَلَمَّا وَلَّى دَعَاهُ فَقَالَ: «هَلْ تَسْمَعُ النِّدَاءَ؟» قَالَ: نَعَمْ، قَالَ: «فَأَجِبْ».
Bir kor kişi: «Ey Allahın rəsulu, məni məscidə aparacaq bir kimsəm yoxdur» - deyərək, ondan evində namaz qılmaq üçün rüxsət istədi. Peyğəmbər, səllallahu aleyhi və səlləm, ona rüxsət verdi. Lakin o, arxasını çevirib gedəndə onu çağırıb dedi: «Azanı eşidirsənmi?» O: «Bəli» - dedi. Peyğəmbər, səllallahu aleyhi və səlləm, buyurdu: «Elə isə cavab ver!»33.
Buna görə də peyğəmbər, səllallahu aleyhi və səlləm, onun kor olmasına və qarşılaşacağı çətinliyə baxmayaraq, ona camaat namazı üçün məscidə gəlməyi və azana cavab verməyi əmr etdi. Bu da camaat namazının vacibliyinə dəlalət edir.
2- Camaat namazına nə ilə çatmış hesab olunur:
İmamın qıldırdığı namazın bir rükətinə çatmaqla, camaat namazına çatmış sayılır. Peyğəmbər, səllallahu aleyhi və səlləm, belə buyurmuşdur:
«مَنْ أَدْرَكَ رَكْعَةً مِنَ الصَّلَاةِ فَقَدْ أَدْرَكَ الصَّلَاةَ».
«Kim namazın bir rükətinə çatarsa, artıq namaza çatmışdır»34.
3- Rükətə çatmağın qaydası:
Rükuya çatmaqla, rükətə çatmış sayılır. Əgər namaza gecikən şəxs imama rükuda ikən çatsa, ayaq üstə təkbiratu-l-ehram gətirməli, sonra rükuya getmək üçün bir daha təkbir gətirərək rüku etməlidir. Əgər qiyamda ikən təkcə təkbirətul-ihramı gətirərsə, bu, rüku təkbiri əvəzinə kifayət edər.
4- Camaat namazını tərk etməyə icazə verən üzrlər:
1- Cümə və camaat namazlarına getməyin məşəqqətli olduğu xəstəlik.
2- Böyük və ya kiçik ehtiyacı saxlamaq. Çünki bu hal namazda xüşunun getməsinə və bədənə zərər dəyməsinə səbəb olur.
3- Yemək hazır olduqda ac olmaq və ya nəfsin yemək istəməsi. Lakin bunu camaat namazına getməmək üçün adətə və ya bəhanəyə çevirməmək şərtilə.
4- Cana, mala və ya digərlərinə görə əsaslı qorxu.
On üçüncü: Qorxu namazı:
Qorxu namazını, kafirlər, qiyamçılar və quldurlarla aparılan bütün növ döyüşlərdə qılmaq şəriətə əsasən, icazəlidir. Uca Allah buyurur:
﴿...إِنۡ خِفۡتُمۡ أَن يَفۡتِنَكُمُ ٱلَّذِينَ كَفَرُوٓاْ...﴾
"Yer üzündə səfərə çıxdığınız zaman kafirlərin sizə zərər yetirəcəklərindən qorxarsınızsa, namazı qısaltmanızda sizə günah yoxdur. Şübhəsiz ki, kafirlər sizin açıq-aydın düşməninizdir". [Nisa 4 surəsi, ayə 101]. Başqa icazə verilən döyüşləri də buna müqayisə edə bilərsən.
Qorxu namazı iki şərt əsasında caizdir:
1) Düşmən, döyüşülməsinə icazə verilən olsun.
2) Namaz vaxtı onların müsəlmanlara hücum etmə qorxusu olarsa.
Qorxu namazının qılınma qaydası:
Onun sifətləri çoxdur, ən məşhuru isə Səhlin, radiyallahu anhu, hədisində varid olduğu kimidir:
أَنَّ طَائِفَةً صَفَّتْ مَعَ النَّبِي ﷺ، وَطَائِفَةً وِجَاهَ العَدُوِّ، فَصَلَّى بِالَّتِي مَعَهُ رَكْعَةً، ثُمَّ ثَبَتَ قَائِمًا، وَأَتَمُّوا لِأَنْفُسِهِمْ، ثُمَّ انْصَرَفُوا، وَصَفُّوا وِجَاهَ العَدُوِّ، وَجَاءَتِ الطَّائِفَةُ الأُخْرَى، فَصَلَّى بِهِمُ الرَّكْعَةَ الَّتِي بَقِيَتْ مِنْ صَلَاتِهِ، ثُمَّ ثَبَتَ جَالِسًا، وَأَتَمُّوا لِأَنْفُسِهِمْ، ثُمَّ سَلَّمَ بِهِمْ.
«Bir dəstə peyğəmbərin, sallallahu aleyhi və səlləm, arxasında səf bağladı, digər dəstə isə düşmənlə üzbəüz dayandı. O, özü ilə birlikdə olanlara bir rükət namaz qıldırdı, sonra ayağa qalxıb yerində durdu, onlar isə özləri (namazlarını) tamamladılar. Sonra onlar (namazdan) ayrılıb düşmənlə üzbəüz səf bağladılar və o biri dəstə gəldi. O, onlara namazından qalan rükəti qıldırdı, sonra oturub gözlədi, onlar isə özləri (namazlarını) tamamladılar. Sonra onlarla birlikdə salam verdi»35.
Qorxu namazının faydaları:
1- İslamda namazın və camaat namazının əhəmiyyəti. Çünki namaz, bu cür böhranlı hallarda belə ləğv edilməmişdir.
2- Bu ümmətin üzərindən çətinliyin götürülməsi, şəriətin asanlığı və hər zaman və məkana uyğun olması.
3. İslam şəriətinin kamilliyi və onun hər bir hala uyğun olanı təyin etməsi.
On dördüncü: Cümə namazı:
Birinci məsələ: Cümə namazının hökmü:
Cümə namazı, həddi-büluğa çatmış, əqli qüsursuz, yerli və heç bir üzrü olmayan hər bir müsəlman kişiyə fərzi-ayndır.
Çünkü Uca Allah buyurur:
﴿يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓاْ إِذَا نُودِيَ لِلصَّلَوٰةِ مِن يَوۡمِ ٱلۡجُمُعَةِ فَٱسۡعَوۡاْ إِلَىٰ ذِكۡرِ ٱللَّهِ وَذَرُواْ ٱلۡبَيۡعَۚ ذَٰلِكُمۡ خَيۡرٞ لَّكُمۡ إِن كُنتُمۡ تَعۡلَمُونَ 9﴾
"Ey iman gətirənlər! Cümə günü namaza çağırıldığı zaman Allahı yad etməyə tələsin və alış-verişi buraxın. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir!". [Cumuə 62 surəsi, ayə 9].
Peyğəmbər, sallallahu aleyhi va səlləm, belə buyurmuşdur:
«لَيَنْتَهِيَنَّ أَقْوَامٌ عَنْ وَدْعِهِمُ الْجُمُعَاتِ، أَوْ لَيَخْتِمَنَّ اللَّهُ عَلَى قُلُوبِهِمْ، ثُمَّ لَيَكُونُنَّ مِنَ الْغَافِلِينَ».
"Cümə namazına gəlməyən kimsələr ya buna son qoyacaqlar ya da ki, Allah onların qəlblərini möhürləyəcək, sonra onlar qafillərdən olacaqlar"36.
İkincisi: Cümə namazının səhihlik şərtləri:
A) Vaxtı: Cümə namazının vaxtı zöhr namazının vaxtı kimidir. Cümə namazı nə vaxtından əvvəl səhih deyil, nə də vaxtı çıxdıqdan sonra.
2) Cümə namazının camaatla qılınması. Səhih rəyə görə camaatın ən az sayı üç nəfərdir. Həmçinin, tək olan şəxsdən də, iki nəfərdən də cümə namazı səhih sayılmaz.
3) Namaz qılanlar adət üzrə tikilmiş məskənlərdə məskunlaşmış olmalıdırlar. İstər dəmir-betondan, istər daşdan, istərsə də gildən və sairədən olsun. Buna görə də, çadırlarda yaşayan, sabit bir yerdə məskunlaşmayıb, əksinə mal-qaraları üçün otlaqların ardınca köç edən səhra əhlindən səhih sayılmaz.
4) İki xütbənin ondan əvvəl olması. Çünki peyğəmbər, sallallahu aleyhi və səlləm, bunlara davamlı əməl etmişdir.
Üçüncü: İki cümə xütbəsinin ərkanları:
1- Allaha həmd etmək və iki şəhadət kəlməsini söyləmək.
2- Peyğəmbərə, Allahın salavatı və salamı onun üzərinə olsun, salavat və salam gətirmək.
3- Allah qorxusunu vəsiyyət etmək.
4- Qurandan bir hissə oxumaq.
5- Nəsihət etmək.
Dördüncüsü: Cümənin iki xütbəsinin müstəhəbləri:
1- Minbər üzərində xütbə vermək.
2- İki xütbənin arasını yüngül bir oturuşla ayırmaq. 3- Hər ikisində müsəlmanlara və onların rəhbərlərinə dua edilməsi.
4- Hər ikisini qısaltmaq.
5- Xətibin minbərə çıxarkən insanlara salam verməsi.
Beşinci məsələ: Cümə gününün müstəhəbləri:
1- Misvakdan istifadə etmək.
2- Tapıldığı təqdirdə ətir sürünmək.
3- Cümə namazına tez getmək.
4- Məscidə piyada getmək və minməmək.
5- İmama yaxın olmaq.
6- Dua etmək.
7- Kəhf surəsini oxumaq.
8- Peyğəmbərə, salləllahu aleyhi va səlləm, salavat və salam gətirmək.
Altıncı məsələ: Cümədə iştirak edənə qadağan olan əməllər:
1- Cümə günü imam xütbə oxuduğu vaxt danışmaq haramdır. Çünki peyğəmbər, sallallahu aleyhi və səlləm, demişdir:
«إِذَا قُلْتَ لِصَاحِبِكَ يَوْمَ الْجُمُعَةِ: أَنصِتْ، وَالْإِمَامُ يَخْطُبُ، فَقَدْ لَغَوتَ».
«Cümə günü imam xütbə oxuyarkən yanındakı yoldaşına: "Sus!" desən, artıq lağlağa etmiş (cümənin savabını itirmiş) olursan»37. Yəni: Lağ söz danışdın. Lağ söz isə günah deməkdir.
2- İnsanları aralayıb qabağa keçmək məkruhdur, yalnız imam və ya ora çatmaq üçün başqa yolu olmayan bir boşluğa keçmək istisnadır.
Cümə namazına çatmaq:
Kim cümə namazının ikinci rükətində imama rükuda çatsa, artıq cümə namazına çatmışdır və onu iki rükətə tamamlayar. Kim ikinci rükətin rükusuna çata bilməsə, artıq cümə namazını ötürmüş sayılır və namazını dörd rükət zöhr namazı kimi tamamlamalıdır. Eləcə də, yuxuya görə və ya başqa bir səbəbdən cümə namazını ötürən kimsə zöhr namazı qılar.
On beşinci: Üzürlü kimsələrin namazı:
Birinci: Xəstənin namazı:
Birincisi: Xəstə insanın namazı bacardığı qədər əda etməsi vacibdir. Ağlı başında olduğu müddətcə, onu vaxtından gecikdirməsi caiz deyildir.
İkincisi: Xəstə necə namaz qılar?
1- Çətinlik və ya zərər olmadan ayaq üstə dura bilən xəstənin namazı ayaq üstə qılması, rüku və səcdə etməsi vacibdir.
2- Əgər ayaqüstə durmağa qadir olsa da, rüku və ya səcdə etmək ona zərər verərsə, rükunu ayaqüstə, səcdəni isə oturaq halda işarə edərək qılar.
3- Əgər ayaq üstə namaz qılmağa gücü çatmasa, oturaraq qılar. Sünnəyə görə, qiyamın yerinə bardaş quraraq oturmalı, rükunu isə işarə ilə etməlidir. Əgər mümkündürsə, yerə səcdə etməli, əks halda səcdəni də işarə ilə etməli və səcdə üçün başını rükudakından daha aşağı əyməlidir.
4- Əgər namazı oturaraq qıla bilmirsə, üzü qibləyə tərəf uzanaraq qılmalıdır. Ən əfzəli, əgər mümkündürsə, sağ böyrü üstə uzanmaq, rüku və səcdəni isə işarə ilə yerinə yetirməkdir.
5- Əgər böyrü üstə namaz qılmağı da bacarmasa, arxası üstə uzanaraq, ayaqları qibləyə tərəf olduğu halda namaz qılar, rüku və səcdəni isə işarə ilə edər.
6- Əgər rüku və səcdəni bədəni ilə işarə edərək qılmaq mümkün deyilsə, başı ilə işarə etməlidir. Əgər bu da ona çətin olarsa, işarə etmək vəzifəsi üzərindən düşür və namazın əməllərini qəlbi ilə yerinə yetirməlidir. Belə ki, olduğu halda rüku, səcdə və oturuş kimi namazın fellərini niyyət etməli və onların zikrlərini deməlidir.
Xəstə, namazın şərtlərindən gücü çatanları yerinə yetirməlidir. Məsələn: qibləyə yönəlmək, su ilə dəstəmaz almaq və ya buna gücü çatmadıqda təyəmmüm etmək, nəcasətlərdən təmizlənmək. Əgər bunlardan birini etməyə gücü çatmazsa, həmin şərt onun üzərindən düşür və o, öz halına uyğun şəkildə namazını qılır, namazı da vaxtından gecikdirmir.
8- Xəstənin qiyam və rüku yerində bardaş quraraq, digər hallarda isə iftiraş vəziyyətində oturması.
İkincisi: Müsafirin namazı:
1- Üzürlü insanlardan biri də müsafirdir. Onun üçün dörd rükətli namazları qısaldaraq iki rükət qılması məşrudur. Çünkü Uca Allah buyurur:
﴿وَإِذَا ضَرَبۡتُمۡ فِي ٱلۡأَرۡضِ فَلَيۡسَ عَلَيۡكُمۡ جُنَاحٌ أَن تَقۡصُرُواْ مِنَ ٱلصَّلَوٰةِ...﴾
"Yer üzündə səfərə çıxdığınız zaman namazı qısaltmanızda sizə günah yoxdur".
[Nisa 4 surəsi, ayə 101].
Ənəs bin Məlik, Allah ondan razı olsun, rəvayət edir ki,
«خَرَجْنَا مَعَ النَّبِيِّ ﷺ مِنَ الْمَدِينَةِ إِلَى مَكَّةَ، فَكَانَ يُصَلِّي رَكْعَتَيْنِ رَكْعَتَيْنِ، حَتَّى رَجَعْنَا إِلَى الْمَدِينَةِ».
«Biz peyğəmbər, sallallahu aleyhi və səlləm, ilə birlikdə Mədinədən Məkkəyə çıxdıq. O, Mədinəyə qayıdanadək namazları iki rükət iki rükət qılardı»38.
Namazı qısaltmaq, müsafir yaşadığı yerin evlərini tərk etdikdə başlayır. Çünki Allah səfərə çıxanlar üçün namazı qısaltmağı caiz etmişdir. Bir şəxs öz vətənindən çıxmazdan əvvəl müsafir sayılmaz. Çünki peyğəmbər, sallallahu aleyhi və səlləm, yalnız səfərə çıxdıqda namazını qısa qılardı.
2- Namazı qısaltmağa icazə verən səfər məsafəsi, təxminən səksən kilometrdir.
3- Müsafirin, geri qayıdarkən çıxdığı şəhərə daxil olana qədər namazları qısaltması.
4- Müsafir bir yerə çatıb orada qalmaq istədikdə, onun üç halı vardır:
A) Dörd gündən artıq qalmağa niyyət etdikdə, qərarlaşdığı ilk gündən etibarən namazları tam qılmalıdır və səfər rüxsətlərindən faydalana bilməz.
B) Dörd gün və ya daha az qalmaq niyyəti olarsa, namazları qısaltmaq və səfər rüxsətlərindən istifadə etmək icazəlidir.
C) Müəyyən bir müddət qalmaq niyyətində olmaması, əksinə, məkanın münasibliyinə və ya müalicə, müraciət kimi bir ehtiyacına görə bir gün və ya on gün qalıb, işi bitdikdə öz ölkəsinə qayıtması. Bu şəxsə geri qayıdana qədər namazları qısaltmaq və səfər rüsxətlərindən istifadə etmək caizdir, hətta qalma müddəti dörd gündən artıq olsa belə.
5- Müsafir yerli imamın arxasında namaz qıldıqda, namazı tam qılması vacibdir. Hətta onunla yalnız son təşəhhüdə yetişsə belə.
6- Muqim namazı qısa qılan müsafirin arxasında namaz qıldıqda, imam salam verdikdən sonra namazını tam qılması vacibdir.
On altıncı: İki bayram namazı:
Müsəlmanların bayramları Rəbbani bayramlardır. Uca Allah bu bayramları onlar üçün şəri ayinlərdən etmiş, onlar isə bunları öz tərəflərindən təyin etməmişlər. Onların yalnız iki bayramı vardır: Ramazan bayramı və Qurban bayramı. Allah Təalanın buyurmadığı və əmr etmədiyi, əksinə, onların öz tərəflərindən ixtira etdikləri kafirlərin bayramlarına və ya bidət olan bayramlara zidd olaraq.
İki bayram namazının hökmü:
Fərzi-kifayədir, peyğəmbər, sallallahu aleyhi və səlləm, və raşidi xəlifələr, Allah onların hamısından razı olsun, buna daima əməl etmişlər. Bu, dinin tanınmış əlamətlərindən və zahirdə olan nişanələrindəndir.
Bayram namazının vaxtı: Günəş bir nizə boyu yüksəldikdən, yəni: günəş çıxandan təxminən on beş dəqiqə sonra başlayır və günəş zenitə çatdıqda bitir.
İki bayram namazının qılınma qaydası:
1- Birinci rükətdə təkbirətu-l-ehram gətirir, sonra istiftah duasını oxuyur, sonra isə altı təkbir gətirir. Hər təkbir ilə birlikdə əllərini qaldırır, təkbirlərin arasında isə Allaha həmd-səna edir və peyğəmbərə, sallallahu aleyhi va səlləm, salavat gətirir. Sonra istiazə edir, bəsmələ gətirir və qiraətə başlayır.
2- İkinci rükətdə intiqal təkbirindən sonra beş təkbir gətirir, sonra [Əuzu billəhi minə-ş-şeytani-r-racim] və [Bismilləhir-Rahmənir-Rahim] deyərək qiraətə başlayır. Birinci rükətdə Fatihədən sonra əl-Əla surəsini, ikinci rükətdə isə əl-Ğaşiyə surəsini oxumaq müstəhəbdir.
3- İmam salam verdikdən sonra minbərə qalxıb, Cümə xütbəsində olduğu kimi, iki xütbə verər və onların arasında qısa müddət oturar.
Bayramın sünnələri:
A- Qüsl almaq.
B- Təmizlənmək və ətirlənmək.
C- Ramazan bayramında çıxmazdan əvvəl yemək, Qurban bayramında isə namazdan sonra, əgər qurbanı varsa, öz qurbanlığından yemək.
Ç- Namaza piyada getmək.
D- Bir yoldan getmək, başqa bir yoldan isə qayıtmaq.
E- İmamın deyil, imama tabe olanın namazgaha erkən getməsi.
Təkbir gətirmək:
İki bayram gecəsi, Zilhiccə ayının ilk on günü və Təşriq günlərində təkbir gətirmək sünnədir. Təkbir iki qisimdir:
Birinci növ: Mütləq təkbirlər: Bunlar müəyyən bir vaxtla məhdudlaşdırılmayan təkbirlərdir.
1- Ramazan bayramında: Bayram axşamı günəşin batmasından bayram namazı başlanana qədər.
2- Qurban bayramında: Zilhiccə ayının ilk günü günəş batdıqdan, təşriq günlərinin ən axırıncı günü günəş batana qədər.
İkinci növ: Məhdud təkbirlər. Bu, fərz namazlarından sonra gətirilən təkbirlərdir.
1- Ehramda olmayan şəxs: Ərəfə günü sübh namazının vaxtı girdikdən, təşriq günlərinin sonuncu gününün əsr vaxtına qədər.
2- Ehramda olan şəxs: Bayram günü zöhr namazından təşriq günlərinin sonuncu gününün əsr namazına qədər.
On yeddinci: (günəş və ya ay tutulduqda qılınan) Kusuf namazı:
Xusuf və Kusuf sözlərinin mənası:
"Xusuf" sözü, gecə vaxtı ayın nurunun və ya bir hissəsinin getməsi mənasını bildirir.
"Kusuf" sözü, gündüz vaxtı günəşin nurunun və ya bir hissəsinin tutulması mənasını bildirir.
Kusuf namazının hökmü:
Təkidli sünnədir. Buna dəlil Allah rəsulunun, sallallahu aleyhi və səlləm, öz dövründə günəş tutulduğu zaman bu namazı qılmasıdır. Eləcə də Allah rəsulunun, sallallahu aleyhi və səlləm, bu barədə olan əmri buna dəlalət edir və alimlər onun icazəli olması barədə yekdil rəydədirlər.
Kusuf və ya Xusuf namazının vaxtı:
Kusuf və ya Xusuf başlayandan tutulma açılana, yəni: aradan gedənə qədər.
Kusuf və ya Xusuf namazının qılınma qaydası:
Kusuf və Xusuf namazı iki rükətdən ibarətdir. Hər iki rükətdə qiraət ucadan oxunur və qılınma qaydası aşağıdakı kimidir:
A- Təkbirətu-l-ehram gətirir, istiftəh duasını oxuyur, [Əuzu billəhi minə-ş-şeytani-r-racim] və [Bismilləhi-r-rahmənir-rahim] deyərək əl-Fatihə surəsini oxuyur, sonra da uzun qiraət edir.
B- Sonra uzun bir rüku edir.
C- Sonra rükudan qalxıb: «سَمِعَ اللَّهُ لِمَنْ حَمِدَهُ» [Səmi Allahu limən həmidəh] "Allah Ona həmd edəni eşitdi!" - deyir. Sonra Fatihə surəsini oxuyur. Sonra birincidən daha qısa, uzun bir qiraət oxuyur.
Ç- Sonra birinci rükudan daha qısa, uzun bir rüku edir.
D- Sonra (سَمِعَ اللَّهُ لِمَنْ حَمِدَهُ) [Səmi'a-Llahu limən həmidəhu] "Allah Ona həmd edəni eşitdi!" zikrini deyərək rükudan qalxır.
E- Bundan sonra iki uzun səcdə edir.
Ə- Sonra ikinci rükətə qalxır. İkinci rükəti də birinci rükəti qıldığı kimi qılır, lakin bu rükət birincidən daha qısa edir.
Kusuf və Xusuf namazının sünnələri:
A) Bu iki namaza: "Namaz camaatladır" deməklə nida etmək.
B- Cəmaatla qılmaq.
C- Namazın qiyamını, rükusunu və səcdəsini uzatmaq.
Ç- İkinci rükətin birincidən daha qısa etmək.
D- Ondan sonra moizə etmək, həmçinin itaətləri yerinə yetirməyə və münkərləri tərk etməyə təşviq etmək.
E- Çoxlu dua etmək, Allaha yalvarıb-yaxarmaq, bağışlanma diləmək və sədəqə vermək.
On səkkizinci: İstisqa (Allahdan yağış diləmək) namazı.
1) İstisqa: Quraqlıq baş verdikdə Allah Təaladan yağış endirməsini tələb etməkdir.
İstisqa (Allahdan yağış diləmək) namazının məşru olduğu vaxt:
İstisqa namazı, quraqlıq baş verdikdə, yağış kəsildikdə və bunun nəticəsində zərər ortaya çıxdıqda qılınır. Bu zaman insanların Rəbblərinə müxtəlif növ yalvarışlarla üz tutaraq Ondan yağış diləməkdən və yardım istəməkdən başqa çarələri qalmır.
A- İstisqa namazı gah camaatla, gah da fərdi şəkildə qılınır.
B- Bəzən də cümə xütbəsində imam dua edir, müsəlmanlar isə onun duasına “amin” deyirlər.
C- Bəzən də istənilən vaxt, namaz və xütbə olmadan dua edilir.
İstisqa namazının hökmü:
Səbəbi olduğu zaman təkidli sünnədir. Belə ki, Abdullah bin Zeyd, Allah ondan razı olsun, peyğəmbərin, sallallahu aleyhi və səlləm, belə etdiyini rəvayət edir ki:
«خَرَجَ النَّبِيُّ ﷺ إِلَى الْمُصَلَّى، فَاسْتَسْقَى، وَاسْتَقْبَلَ الْقِبْلَةَ، وَقَلَبَ رِدَاءَهُ، وَصَلَّى رَكْعَتَيْنِ».
«Peyğəmbər, sallallahu aleyhi və səlləm, (namaz qılınan yerə) çıxdı, Allahdan yağış dilədi, üzünü qibləyə çevirdi, əbasını tərsinə çevirdi və iki rükət namaz qıldı»39.
İstisqa (Allahdan yağış diləmək) namazının qılınma qaydası:
İstisqa namazının qılınma vəsfi qılındığı yerdə bayram namazı ilə eynidir. Bu namazı, bayram namazı kimi musallədə qılmaq müstəhəbdir. Hökmləri də bayram namazının hökmləri kimidir. Rükətlərin sayında, qiraətin səsli olmasında, xütbədən öncə qılınmasında, həmçinin qiraətdən öncə birinci və ikinci rükətdəki əlavə təkbirlərdə də bayram namazı ilə eynidir. Daha öncə iki bayram namazı barədə bəyan edildiyi kimi. Bir xütbə verir.
On doqquzuncu bölüm: Cənazə əhkamları:
Birinci: Ölüm ayağında olanın yanında olana:
1- Ölüm ayağında olanın yanında olana «Lə iləhə illə-Llah» kəlməsini təlqin etmək sünnədir.
2- Sünnə, qibləyə yönəltməkdir.
3- Gözlərini yummaq müstəhəbdir.
4- Vəfatından sonra meyiti bir paltar ilə örtmək sünnədir.
5- Meyitin təchiz edilməsində tələsmək lazımdır.
6- Borclarını tez bir zamanda ödəmək vacibdir.
7- Meyitin yuyulması və kəfənlənməsi fərzi-kifayədir.
İkincisi: Cənazə namazının hökmləri:
Hökmü: Cənazə namazının hökmü fərz kifayədir.
3- Cənazə namazının şərtləri:
1) Qibləyə yönəlmək.
2) Övrətin örtülməsi.
3) Nəcasətdən çəkinmək.
4- Namaz qılanın və cənazənin təmiz olması.
5) Namaz qılanın və üzərinə namaz qılınanın müsəlman olması.
6) Əgər cənazə həmin şəhərdədirsə, dəfnində iştirak etmək.
7) Mükəlləf olmalıdır.
Cənazə namazın rükunları:
1- Cənazə namazını ayaq üstə qılmaq.
2- Dörd təkbir gətirmək.
3- əl-Fatihə surəsini oxumaq.
4) Peyğəmbərə, Allahın salavatı və salamı onun üzərinə olsun, salavat gətirmək.
5) Meyit üçün dua etmək.
6- Tərtibatla qılmaq.
7- Salam vermək.
Cənazə namazını sünnələri:
1) Hər təkbirdə əlləri qaldırmaq.
2) Allaha sığınma. Yəni: [Əuzu billəhi minəş-şeytanir-racim] demək.
3) Özü üçün və müsəlmanlar üçün dua etmək.
4) Quranı gizli səslə oxumaq.
5) Dördüncü təkbiri dedikdən sonra və salam verməzdən əvvəl bir az dayanmaq.
6) Sağ əli sol əlin üzərinə qoyaraq, sinənin üzərində tutmaq.
7) Salam verdikdə üzü sağ tərəfə çevirmək.
2- Cənazə namazının qılınma qaydası:
İmam yaxud da tək qılan adam kişi meyitin sinəsi bərabərində, qadın meyitin isə orta tərəfində durur və təkbir edir, istiftah duasını oxumur, [Əuzu billəhi minəş-şeytanir-racim] və [Bismilləhi-r-rahmənir-rahim] deyərək Fatihə surəsini oxuyur.
Sonra təkbir gətirir, ardınca peyğəmbərə, sallallahu aleyhi və səlləm, salavat gətirir, sonra yenə təkbir gətirir və meyit üçün varid olan duaları edir. Buna misal olaraq peyğəmbərin, sallallahu aleyhi və səlləm, bu sözünü göstərmək olar:
«اللَّهُمَّ اغْفِرْ لِحَيِّنَا وَمَيِّتِنَا، وَصَغِيرِنَا وَكَبِيرِنَا، وَذَكَرِنَا وَأُنثَانَا، وَشَاهِدِنَا وَغَائِبِنَا، اللَّهُمَّ مَنْ أَحْيَيْتَهُ مِنَّا فَأَحْيِهِ عَلَى الإِيمَانِ، وَمَنْ تَوَفَّيْتَهُ مِنَّا فَتَوَفَّهُ عَلَى الإِسْلَامِ، اللَّهُمَّ لَا تَحْرِمْنَا أَجْرَهُ، وَلَا تُضِلَّنَا بَعْدَهُ».
[Allahummə-ğfir lihəyyinə va məyyitinə, va sağiyrinə va kəbiyrinə, va zəkərinə va unsanə, va şahidinə va ğaibinə. Allahummə mən əhyəytəhu minnə fə əhyihi aləl-iymən, va mən təvaffəytəhu minnə fətəvaffəhu aləl-isləm. Allahummə lə təhrimnə əcrəhu va lə tudillənə bədəhu].
«Allahım! Dirimizi və ölümüzü, kiçiyimizi və böyüyümüzü, kişimizi və qadınımızı, burada olanımızı və olmayanımızı bağışla! Allahım! Bizdən kimi yaşatsan, mömin kimi yaşat! Bizdən kimi öldürsən, müsəlman kimi öldür! Allahım! Onun əcrindən bizi məhrum etmə və ondan sonra bizi azdırma!»40.
Peyğəmbər, sallallahu aleyhi və səlləm, digər bir hədisdə buyurur:
«اللَّهُمَّ اغْفِرْ لَهُ وَارْحَمْهُ، وَعَافِهِ وَاعْفُ عَنْهُ، وَأَكْرِمْ نُزُلَهُ، وَوَسِّعْ مَدْخَلَهُ، وَاغْسِلْهُ بِالْمَاءِ وَالثلْجِ وَالْبَرَدِ، وَنَقِّهِ مِنَ الْخَطَايَا كَمَا نَقَّيْتَ الثَّوْبَ الْأَبْيَضَ مِنَ الدَّنَسِ، وَأَبْدِلْهُ دَارًا خَيْرًا مِنْ دَارِهِ، وَأَهْلًا خَيْرًا مِنْ أَهْلِهِ، وَزَوْجًا خَيْرًا مِنْ زَوْجِهِ، وَأَدْخِلْهُ الْجَنَّةَ، وَأَعِذْهُ مِنْ عَذَابِ الْقَبْرِ، وَمِنْ عَذَابِ النَّارِ».
[Allahummə-ğfir ləhu varhəmhu, va afihi va'fu anhu, va əkrim nuzuləhu, va vassi' mədxaləhu, vağsilhu bil-məi vas-səlci val-bəradi, va nəqqıhi minəl-xətayə kəmə nəqqaytəs-səubəl-əbyəda minəd-dənəsi, va əbdilhu dəran xayran min dərihi, va əhlən xayran min əhlihi, va zəucən xayran min zəucihi, va ədxilhul-cənnətə, va əizhu min əzabil-qabri, va min əzabin-nari], «Allahım! Onu bağışla, ona rəhm et, ona salamatlıq ver, onu əfv et, onu gözəl tərzdə qarşıla, onun yerini geniş et! Onu su, qar və dolu ilə yu! Ağ paltarı kirdən təmizlədiyin kimi onu da günahlardan təmizlə! Ona evinin əvəzinə daha xeyirli ev, ailəsinin əvəzinə daha xeyirli ailə, zövcəsinin əvəzinə daha xeyirli zövcə ver! Onu Cənnətə daxil et! Onu qəbir əzabından və Cəhənnəm əzabından qoru!»41. Sonra təkbir edib az bir müddət dayanır və sağ tərəfə bir dəfə salam verir.
Üçüncü bölüm: Zəkat:
1- Zəkatın tərifi və yeri:
Zəkat sözünün lüğəti mənası: Artmaq, çoxalmaq deməkdir.
Şəriətə görə zəkat: müəyyən mallarda xüsusi bir zümrəyə şəriətlə vacib edilmiş bir haqqdır.
Zəkat, İslamın şərtlərindən üçüncü şərtidir. O, Quranda səksən iki yerdə namazla birlikdə zikr edilmişdir və bu da onun böyük əhəmiyyətinə dəlalət edir.
Uca Allah buyurur:
﴿وَأَقِيمُواْ ٱلصَّلَوٰةَ وَءَاتُواْ ٱلزَّكَوٰةَ...﴾
"Namaz qılın, zəkat verin". [Bəqərə 2 surəsi, ayə 43].
Peyğəmbər, sallallahu aleyhi va səlləm, belə buyurmuşdur:
«بُنِيَ الإِسْلَامُ عَلَى خَمْسٍ: شَهَادَةِ أَنْ لَا إِلٰهَ إِلَّا اللَّـهُ، وَأَنَّ مُحَمَّدًا رَسُولُ اللَّـهِ، وَإِقَامِ الصَّلَاةِ، وَإِيتَاءِ الزَّكَاةِ، وَحَجِّ الْبَيْتِ، وَصَوْمِ رَمَضَانَ».
«İslam beş (əsas) üzərində qurulmuşdur: Allahdan başqa ibadətə haqqı olan məbud olmadığına və Muhəmmədin Allahın elçisi olduğuna şahidlik etmək, namaz qılmaq, zəkat vermək, Allahın evini həcc etmək və Ramazan orucunu tutmaq»42.
Müsəlmanlar zəkatın fərz olmasına, onun vacibliyini inkar edənin kafir olmasına, və zəkatı verməkdən imtina edənlərlə döyüşülməsinə icma ediblər.
2- Zəkatın vacib olmasının şərtləri:
A) Azadlıq: Zəkat qula vacib deyildir. Çünki onun malı yoxdur, əlində olan mal isə ağasının mülküdür. Buna görə də zəkatı onun ağasına vacibdir.
B) İslam: Kafirə vacib deyil. Çünki bu, Allaha yaxınlıq və itaətdir, kafir isə yaxınlıq və itaət əhlindən deyil.
C) Nisab miqdarına sahib olmaq: Mal, müəyyən bir miqdar olan nisaba çatmadıqda zəkat vacib deyil.
Ç) Tam mülkiyyət: Malın şəxsin tam və kamil mülkiyyətində olmasıdır, belə ki, kitabət borcu kimi mülkiyyəti qərarlaşmamış maldan zəkat verilmir.
D) Malın üzərindən bir il keçməsi: Aişə, Allah ondan razı olsun, rəvayət edir ki, Allah rəsulu, sallallahu aleyhi və səlləm, demişdir:
«لَا زَكَاةَ فِي مَالٍ حَتَّى يَحُولَ عَلَيْهِ الْحَوْلُ».
"Üzərindən bir il keçməyən mala zəkat yoxdur"43.
3- Zəkat verilməsi vacib olan mallar:
Birinci: Mal-qara.
Bunlar: dəvə, inək və qoyun-keçidir və onlardan zəkat verməyin iki şərti var:
1- İş üçün deyil, südü və nəsli üçün saxlanılması.
2- Çöldə otlayan olmalıdır. Sahibinin satın aldığı və ya otlaqdan və digər yerlərdən topladığı yemlə bəslənən heyvanlara zəkat vacib deyildir. İlin hamısını və ya çox hissəsini deyil, yalnız bir hissəsini otlayan heyvanın zəkatı yoxdur.
4- Ev heyvanlarının (dəvə, inək və qoyunun) nisabları:
1- Dəvənin zəkatı:
Şərtlər ödənildiyi təqdirdə, hər beş dəvə üçün bir qoyun, on dəvə üçün iki qoyun, on beş dəvə üçün üç qoyun və iyirmi dəvə üçün dörd qoyun zəkat vermək vacibdir. Necəki sünnə və icma da buna dəlalət edir. Əgər (dəvələrin sayı) iyirmi beşə çatarsa, zəkatı "bint məxaddır". Bu, bir yaşını tamamlayıb iki yaşına daxil olmuş dişi dəvədir. Əgər o tapılmazsa, onun əvəzinə "ibn ləbun" da kifayət edər.
Əgər dəvələrin sayı 36-dan 45-ə qədər olarsa, iki yaşı tamam olub üç yaşa keçən bir dişi dəvə (bint ləbun) zəkat vermək vacibdir.
Əgər dəvələrin sayı 46-ya çatarsa, zəkat olaraq üç yaşı tamam olmuş bir "hiqqa" zəkat vermək vacibdir.
Əgər dəvələrin sayı 61-ə çatarsa, dörd yaşı tamam olmuş bir dişi dəvə zəkat verilməlidir.
Dəvələrin sayı 76-ya çatarsa, iki (bint ləbun) ikiillik dişi dəvə zəkat vermək vacibdir.
Dəvələrin sayı 91-ə çatarsa, cütləşmək həddinə çatmış iki üçillik dişi dəvə zəkat verilməlidir.
Dəvələrin sayı 120-dən bir dənə artarsa, üç ədəd (bint ləbun) ikiillik dişi dəvə, bundan sonra isə hər qırx dəvə üçün (bint ləbun) ikiillik bir dişi dəvə, hər əlli dəvə üçün isə (hiqqa) üçillik bir dişi dəvə zəkat verilməlidir.
2- İnəyin zəkatı:
Şərtlər ödənildikdə və sayı otuza çatdıqda, bir yaşı tamam olub ikinci ilinə daxil olan bir erkək və ya dişi dana zəkat vermək vacibdir.
Otuzdan az saya zəkat verilməz.
İnəklərin sayı qırxa çatdıqda, iki yaşı tamam olan bir dişi inəyi zəkat vermək vacibdir.
İnəklərin sayı qırxdan çox olarsa, hər 30 inəyə görə bir yaşı tamam olub iki yaşa keçən bir dişi inəyi, hər 40 inəyə görə isə iki yaşı tamam olub üç yaşa keçən bir dişi inəyi zəkat vermək vacibdir.
3- Qoyunun zəkatı:
Qoyun və keçilərin ümumi sayı qırxa çatarsa, zəkat olaraq birillik qoyun və ya birillik dişi keçi vermək vacibdir.
Qoyunların sayı qırxdan az olduqda zəkat verilməz. Qoyunların sayı 121-ə çatarsa, iki qoyun zəkat vermək vacibdir. Qoyunların sayı 201-ə çatarsa, üç qoyun zəkat vermək vacibdir.
Bu saydan sonra zəkatın miqdarı sabitləşir və hər yüz qoyun üçün bir qoyun zəkat vermək vacibdir. Belə ki, dörd yüz qoyun üçün dörd qoyun verilir və bu minvalla davam edir.
İkincisi: Yerdən çıxan (bitki, meyvə və mədən) məhsulların zəkatı.
Yerdən çıxan iki növdür:
1- Dənli bitkilər və meyvələr.
2- Mədənlər.
Birinci növ: Dənli bitkilər və meyvələr:
Buğda, arpa və düyü kimi dənli bitkilərdən zəkat çıxarmaq vacibdir. Meyvələrdən isə məsələn: xurma və kişmiş. Göyərti və tərəvəzlər kimi digər bitkilərə zəkat vacib deyildir.
Dənli bitkilərdən və məhsullardan zəkat çıxarmağı vacib edən şərtlər:
1) Yığılıb saxlanılan olması: Meyvə və göy-göyərti kimi yığılıb saxlanılmayan məhsulların zəkatı yoxdur.
2) Ölçülən olması: Qarpız, soğan, nar və sairə kimi sayla və ya çəki ilə satılan şeylərin zəkatı yoxdur.
3- Zəkat çıxarılan miqdar tamamlanmalıdır. Bu miqdar isə, beş vəsəqdir. Bundan az olan məhsula zəkat verilməz.
4- Zəkatın çıxarılması vacib olan vaxt, həmin məbləğdə mala sahib olmalıdır.
Kim ona zəkatın vacib olduğu vaxtdan sonra sahib olarsa, ona zəkat vacib deyil, necə ki, məhsul yığıldıqdan sonra onu satın alsa və ya hədiyyə olaraq qəbul etsə.
Dənli bitkilərin zəkatının vacib olma vaxtı:
Dənli bitkilər və məhsullar yetişməyə başladıqda zəkat vermək vacibdir. Yetişmənin başlanmasının əlaməti isə belədir:
A) Dənlərdə: Bərkiyib sərtləşdikdə və möhkəm olduqda.
B) Xurma meyvəsində: qızarması və ya saralması ilə.
C) Üzüm yumşaq və şirin olmalıdır.
Dənli bitkilərin zəkatının nisabı:
Taxıl və meyvələrin nisabı: beş visəqdir. Visəq altımış saa edir. Beləliklə, nisab peyğəmbərin, sallallahu əleyhi va səlləm, saası ilə üç yüz (300) saa, kiloqramla isə təqribən 900 kq edir.
Verilməsi vacib olan zəkatın miqdarı:
Heç bir zəhmət və məşəqqət çəkilmədən, yağmur və bulaq suları ilə sulanan məhsuldan onda birini zəkat vermək vacibdir.
Heyvanlar və ya müasir alətlər vasitəsilə quyulardan və çaylardan su çəkilərək məşəqqətlə sulanan məhsuldan, onda birinin yarısını zəkat vermək vacibdir.
İkinci növ: Mədənlər:
Yerdən çıxanların bir növü: Mədənlərdir. Bunlar, torpaq və bitki növündən olmayıb, yerdən çıxarılan qızıl, gümüş, dəmir və cəvahir kimi sərvətlərdir.
Zəkatın vacib olma vaxtı:
Malı əldə edib ona sahib olduqda, dərhal zəkatını verməlidir. Çünki bunun üçün üzərindən bir il keçməsi şərt deyil. Onun nisabı qızıl və gümüşün nisabıdır və dəyərinin qırxdan bir hissəsi zəkat verilməlidir.
Üçüncüsü: Qiymətli əşyaların zəkatı:
Qiymətli əşyalar: Qızıl, gümüş və kağız pullardır. Bunların zəkatı vacibdir. Dəlil isə, Uca Allahın bu sözləridir:
﴿...وَالَّذِينَ يَكْنِزُونَ الذَّهَبَ وَالْفِضَّةَ وَلَا يُنْفِقُونَهَا فِي سَبِيلِ اللَّهِ فَبَشِّرْهُمْ بِعَذَابٍ أَلِيمٍ﴾
"Qızıl-gümüş yığıb onları Allah yolunda xərcləməyənləri ağrılı-acılı bir əzabla müjdələ". [Tövbə 9 surəsi, ayə 34].
Bir hədisdə belə deyilir:
«مَا مِنْ صَاحِبِ ذَهَبٍ وَلَا فِضَّةٍ لَا يُؤَدِّي فِيهَا حَقَّهَا؛ إِلَّا إِذَا كَانَ يَوْمَ الْقِيَامَةِ صُفِّحَتْ لَهُ صَفَائِحُ مِنْ نَارٍ».
«Malının zəkatını verməyən elə bir qızıl və gümüş sahibi yoxdur ki, Qiyamət günü onun üçün oddan piltələr hazırlanmasın»44.
Elm əhli qızıl-gümüşdən zəkat verməyin vacib olmasına icma edib. Kağız pullar da qızıl və gümüş hökmündədir. Çünki pul dövriyyəsində qızıl-gümüşün yerini tutmuşdur.
Qızıl və gümüşdə zəkatın nisabı və vacib olan miqdarı:
Kağız pulların nisabı qızıl və ya gümüşün nisabıdır. Çünki dəyər baxımından onları əvəz edir. Əgər onlardan birinin nisabına çatarsa, zəkatı vacib olur. Bu gün kağız pulların nisabı adətən gümüşlə hesablanır. Çünki gümüş qızıldan daha ucuz olduğu üçün onun nisabına daha tez çatır. Əgər müsəlman: (595) qram gümüş dəyərində mala sahib olarsa və üzərindən bir il keçərsə, zəkat vermək vacibdir. Gümüşün bir qramının dəyəri vaxtaşırı dəyişir. Malının zəkat miqdarına çatıb-çatmadığını bilməyən kimsə, gümüş tacirlərindən bir qram gümüşün dəyərini soruşmalı, sonra onu: (595)-ə vurmalıdır. Alınan nəticə zəkat miqdarıdır.
Fayda: Malının zəkatını vermək istəyən kəs, nisab miqdarını qırxa bölməlidir. Alınan nəticə zəkatın vacib miqdarıdır.
Dördüncü: Ticarət mallarının zəkatı:
Bu, qazanc məqsədilə alqı-satqı üçün hazırlanan şeydir. Ticarət mallarına puldan başqa bütün növ mallar daxildir. Məsələn: avtomobillər, geyimlər, parçalar, dəmir, taxta və ticarət məqsədi ilə hazırlanmış digər əşyalar.
Ticarətin çeşidli mallarından zəkat verməyi vacib edən şərtlər:
1- Alqı-satqı, icarə və bu kimi digər qazanc yolları ilə mala sahib olmaq.
2- Ticarət niyyəti ilə, yəni: qazanc əldə etmək məqsədilə mala sahib olmaq. Çünki əməllər niyyətlərə görədir, ticarət də bir əməldir, buna görə də digər əməllər kimi bu əməldə də niyyət vacibdir.
3- Qiymətinin qızıl və ya gümüşdən birinin zəkat çıxartmağı vacib edən məbləğinə çatması.
4- Üzərindən bir il keçməsi.
Ticarət mallarının zəkatının çıxarılma qaydası:
Ticarət mallarının üzərindən bir il keçdikdə, dəyəri qızıl yaxud da gümüş ilə ölçülməlidir. Əgər dəyəri qızıl yaxud da gümüş ilə ölçülərsə və zəkat verməyi vacib edən məbləğə çatarsa, dəyərinin qırxdan bir hissəsi zəkat verilməlidir.
Beşinci: Fitrə zəkatı:
Fitrə zəkatı, Ramazan ayının sonunda vacib olan sədəqədir. Fitrə zəkatı hicrətin ikinci ilində fərz edilmişdir.
1- Fitrə zəkatının hökmü:
Fitrə zəkatı, bayram günü və gecəsi özünün və ailəsinin ehtiyacından artıq ərzağa sahib olan hər bir müsəlmana vacibdir. Fitrə zəkatı hər bir müsəlman kişiyə və qadına, kiçiyə və böyüyə, azad insana və köləyə vacibdir. Hədisdə belə deyilir:
«فَرَضَ رَسُولُ اللَّهِ ﷺ زَكَاةَ الْفِطْرِ عَلَى الْعَبْدِ وَالْحُرِّ، وَالذَّكَرِ وَالْأُنثَى، وَالصَّغِيرِ وَالْكَبِيرِ، مِنَ الْمُسْلِمِينَ».
«Peyğəmbər, sallallahu aleyhi va səlləm, fitrə zəkatını müsəlmanlardan olan köləyə və azad insana, kişiyə və qadına, kiçiyə və böyüyə fərz etdi»45. Fərz etdi. Yəni: lazım etdi və vacib etdi.
Fitrə zəkatının verilməsinin hikməti:
İbn Abbas, Allah onların hər ikisindən razı olsun, demişdir:
«فَرَضَ رَسُولُ اللَّهِ ﷺ زَكَاةَ الْفِطْرِ؛ طُهْرَةً لِلصَّائِمِ مِنَ اللَّغْوِ وَالرَّفَثِ، وَطُعْمَةً لِلْمَسَاكِينِ».
“Peyğəmbər, sallallahu aleyhi və səlləm, fitrə zəkatını, insanın oruclu olduğu vaxt danışdığı boş və faydasız sözlərin kəffarəsi və miskinlərin azüqəsi olması üçün fərz etmişdir”46.
Fitrə zəkatının vacib olduğu və çıxarıldığı vaxtı:
Bayram axşamı günəşin batması ilə fitrə zəkatı çıxarılması vacib olur. Fitrə zəkatının bayram günü, bayram namazına getməzdən əvvəl çıxarılması müstəhəbdir. Fitrə zəkatını bayram namazından sonraya gecikdirmək icazəli deyil. Əgər onu bayram namazından sonraya gecikdirərsə, qəzasını verməlidir və müəyyən edilmiş vaxtdan gecikdirdiyinə görə günahkar olar.
Fitrə zəkatını bayramdan bir və ya iki gün əvvəl vermək icazəlidir.
Fitrə zəkatının miqdarı və çıxarıldığı mallar:
Yaşadığı yerdə insanların adətən istifadə etdiyi qidadan bir saa. Məsələn: düyü, xurma, buğda və ya bu kimi digər qida növləri. Bir saanın miqdarı təqribən üç kiloqramdır. Onun əvəzinə dəyərini pulla vermək caiz deyil. Çünki bu, peyğəmbərin, sallallahu aleyhi və səlləm, əmrinə ziddir.
Zəkatın verilməsi və sərf yerləri:
Fitrə zəkatının çıxarılma vaxtı:
Fitrə zəkatının vacib olma vaxtı çatdıqda dərhal ödənilməsi vacibdir. Onu yalnız zərurət halında gecikdirmək olar. Məsələn: malı uzaq bir ölkədə olub, vəkil təyin edəcəyi bir kimsə olmadıqda.
Fitrə zəkatının çıxarılma yeri:
Zəkatı malın olduğu ölkədə vermək daha fəzilətlidir. Zəkatı malın olduğu ölkədən başqa bir ölkəyə aşağıdakı hallarda göndərmək olar:
A- Əgər ölkədə zəkata möhtac kimsə yoxdursa.
B- Başqa ölkədə möhtac qohum olarsa.
C- Zəkatın köçürülməsini tələb edən şəri bir məsləhət olduqda. Məsələn: aclıq və daşqınlardan zərər çəkmiş müsəlmanların bölgələrinə göndərmək.
Dəlillərin ümumi olmasına görə uşağın və dəlinin malından zəkat vermək vacibdir. Onların adından zəkatı isə malları üzərindəki qəyyumları çıxarır. Zəkatı niyyətsiz vermək olmaz. Peyğəmbər, sallallahu aleyhi va səlləm, belə buyurmuşdur:
«إِنَّمَا الْأَعْمَالُ بِالنِّيَّاتِ».
"Əməllər ancaq niyyətlərə görədir"47.
Zəkat verilən insanlar:
Zəkat verilən insanlar səkkiz qisimdən ibarətdir:
Birinci sinif: Yoxsullar:
Onlar məskən, yemək və geyim kimi əsas ehtiyaclarını ödəyə bilməyən kəslərdir. Onlara verilən zəkatın miqdarı, özlərinə və himayələrində olanlara bir il kifayət edəcək qədərdir.
İkinci sinif: Miskinlər:
O kəslər ki, dolanışıqlarının əksəriyyətini təmin edə bilirlər, lakin tam şəkildə təmin edə bilmirlər. Məsələn: maaşı olan, lakin bu maaş ona bir il bəs etməyən kimsə.
Verilən zəkatın miqdarı: onların və himayələrində olanların bir illik ehtiyaclarını tam ödəməsidir.
Üçüncü sinif: Zəkat yığıb paylayanlar.
Onlar əmr sahibinin zəkatı toplamaq üçün təyin etdiyi yaxud onu qoruyan və ya ehtiyacı olanlara çatdıran kəslərdir.
Onlara verilən zəkatın miqdarı: dövlətdən əmək haqqı və ya maaşları olmadığı təqdirdə, gördükləri işin qarşılığı qədərdir.
Dördüncü sinif: Qəlbləri İslama isinişdirilənlər:
Onlar, ona verilən bəxşiş vasitəsilə İslamı qəbul etməsi, imanının güclənməsi yaxud şərinin müsəlmanlardan dəf edilməsi ümid edilən hər kəsdir.
Onlara verilən zəkatın miqdarı: qəlblərinin cəlb edilməsini təmin edəcək qədərdir.
Beşinci sinif: Kölələr:
Yəni: qulları və mükətəbləri azad etmək.
Mükətəb: özünü sahibindən satın alan quldur. Bura həmçinin müharibələrdə müsəlman əsirlərin azadlığı üçün fidyə də daxildir.
Altıncı sinif: Borclular. Onlar iki növdür:
Birincisi: Şəxsi ehtiyacları səbəbindən borca düşmüş və borcunu ödəməyə imkanı olmayan şəxsdir. Ona borcunu ödəyəcək qədər verilir.
İkinci: İnsanların arasını islah etdiyi üçün borca düşən kimsə. Varlı olsa da, borcunu ödəməyə yetəcək qədər verilir.
Yeddinci sinif: Allah yolunda:
Onlar Allah yolunda cihad edənlərdir.
Onlara zəkatdan verilən miqdar, Allah yolunda cihad üçün kifayət edən miqdardır. Məsələn: minik, silah, ərzaq və bu kimi digər ehtiyaclar.
Səkkizinci sinif: Müsafir:
Bu, xərcliyi bitən və ya oğurlanan, yanında da vətəninə çatdıracaq qədər pulu qalmayan müsafirdir.
Ona verilən zəkatın miqdarı onu öz ölkəsinə çatdıracaq qədərdir, hətta orada varlı olsa belə.
Dördüncü bölüm: Oruc:
Orucun tərifi:
Uca Allaha ibadət niyyətilə sübh namazının girən vaxtından günəş batana qədər orucu batil edən amillərdən imtina etməkdir.
Oruc İslamın rükunlarından biridir. Oruc Uca Allahın fərzlərindən biridir. Bunun bilmək, dində zəruri sayılan bir məsələdir. Onun vacib olmasına Kitab, sünnə və müsəlmanların icması dəlalət edir.
Uca Allah buyurur:
﴿شَهۡرُ رَمَضَانَ ٱلَّذِيٓ أُنزِلَ فِيهِ ٱلۡقُرۡءَانُ هُدٗى لِّلنَّاسِ وَبَيِّنَٰتٖ مِّنَ ٱلۡهُدَىٰ وَٱلۡفُرۡقَانِۚ فَمَن شَهِدَ مِنكُمُ ٱلشَّهۡرَ فَلۡيَصُمۡهُ...﴾
"İnsanlara doğru yolu göstərən, bu yolun və haqqı batildən ayırd edənin açıq-aydın dəlilləri olan Quran ramazan ayında nazil edilmişdir. Qoy sizlərdən bu aya yetişən kəslər həmin ayı oruc tutsunlar". [Bəqərə 2 surəsi, ayə 185].
Ramazan orucunun vacib olma şərtləri:
1- İslam (müsəlman olmaq): Kafirdən ibadət səhih deyildir.
2- Həddi-büluğa çatmış olmaq. Uşağa vacib deyil. Yaxşını pisdən ayıra (və nəyin zərərli, nəyin faydalı olduğunu) bilən uşağın oruc tutması səhihdir və bu, onun üçün nafilə sayılır.
3- Əqli qüsursuz olmaq. Dəliyə oruc vacib deyil və niyyəti olmadığı üçün ondan qəbul edilməz.
4- Buna qadir olmaq. Oruc tutmaqdan aciz olan xəstəyə vacib deyil. Müsafirə vacib deyil. Hər ikisidə xəstəlik və səfər üzrü aradan qalxdıqdan sonra qəza edərlər. Qadın üçün heyiz və nifas qanının kəsilməsi şərtdir.
Ramazan ayının başlaması iki şeylə isbat olur:
A- Ramazan ayının hilalının görünməsi. Peyğəmbər, sallallahu aleyhi va səlləm, belə buyurmuşdur:
«صُومُوا لِرُؤْيَتِهِ، وَأَفْطِرُوا لِرُؤْيَتِهِ».
"Hilalı görəndə oruc tutun və hilalı görəndə orucu açın"48.
B- Şaban ayını otuz günə tamamlamaq. Bu, Ramazan ayının hilalı görünmədikdə yaxud bulud, toz və ya buna bənzər bir maneə onun görünməsinin qarşısını aldıqda edilir. Çünki peyğəmbər, sallallahu aleyhi və səlləm, demişdir:
«فَإِنْ غُمَّ عَلَيْكُمْ؛ فَأَكْمِلُوا عِدَّةَ شَعْبَانَ ثَلَاثِينَ يَوْمًا».
«Əgər hava buludlu olduğu üçün hilalı görməsəniz, şaban ayını otuz günə tamamlayın»49.
Oruc üçün niyyət etmək:
Oruc, digər ibadətlər kimidir, yalnız niyyətlə səhih olur. Vacib oruc üçün niyyətin vacib olma vaxtı digərlərindən fərqlənir və bunun izahı aşağıdakı kimidir:
Birincisi: Ramazan, qəza və ya nəzir orucu kimi vacib oruclara gecədən, fəcr namazının vaxtı girməzdən əvvəl niyyət etmək vacibdir. Peyğəmbər, sallallahu aleyhi va səlləm, belə buyurmuşdur:
«مَن لَمْ يُبَيِّتْ الصِّيَامَ مِنَ اللَّيْلِ فَلَا صِيَامَ لَهُ».
"Kim gecədən oruca niyyət etməzsə, onun orucu yoxdur"50.
İkincisi: Nafilə orucudur. Nafilə orucu tutan şəxsin oruca gündüz də niyyət etməsi səhihdir. O şərtlə ki, sübh namazının vaxtı girdikdən sonra orucu batil edən bir amil qəbul etməmiş olsun.
Orucu batil edən amillər:
Birinci: Cima (cinsi əlaqə): Kim cima edərsə, orucu batildir və cima etdiyi günün orucunu qəza etməsi vacibdir. Ona, qəza ilə birgə kəffarə də vacibdir. Yəni: kölə azad etmək. Əgər tapmazsa, ardıcıl iki ay oruc tutmalıdır. Əgər bunu bacarmasa və şəri üzr səbəbilə imkanı olmasa, ona altmış miskini yedirtmək vacibdir. Belə ki, hər bir miskinə yaşadığı ölkədə yeyilən qidadan yarım saa verilir.
İkinci: Məninin çıxması: öpmək, toxunmaq, bədənindən mənini çıxarmaq və ya təkrar-təkrar baxmaq səbəbi ilə. Bu halda həmin kimsəyə kəffarə deyil, yalnız qəza etmək vacibdir. Çünki kəffarə yalnız cinsi əlaqəyə məxsusdur. Yatan insan yuxuda ihtilam olub məni ifraz edərsə, ona heç bir günah yoxdur. Çünki bu, onun ixtiyarı olmadan baş vermişdir və o, cənabət qüslu almalıdır.
Üçüncü: Qəsdən yemək və içmək: Çünkü Uca Allah buyurur:
﴿...وَكُلُواْ وَٱشۡرَبُواْ حَتَّىٰ يَتَبَيَّنَ لَكُمُ ٱلۡخَيۡطُ ٱلۡأَبۡيَضُ مِنَ ٱلۡخَيۡطِ ٱلۡأَسۡوَدِ مِنَ ٱلۡفَجۡرِۖ ثُمَّ أَتِمُّواْ ٱلصِّيَامَ إِلَى ٱلَّيۡلِ...﴾
"Yeyin-için. Dan yeri söküləndə, ağ sapın qara sapdan seçildiyi sizə aydın olanadək yeyin-için. Sonra gecəyədək orucunuzu tamamlayın".
[Bəqərə 2 surəsi, ayə 187].
Unudaraq yeyib-içən kimsəyə heç bir şey vacib deyildir. Peyğəmbər, sallallahu aleyhi və səlləm, demişdir:
«مَن نَسِيَ وَهُوَ صَائِمٌ، فَأَكَلَ أَوْ شَرِبَ، فَلْيُتِمَّ صَوْمَهُ، فَإِنَّمَا أَطْعَمَهُ اللَّهُ وَسَقَاهُ».
"Kim oruclu olduğu halda unudaraq yeyər və ya içərsə, qoy orucunu tamamlasın. Çünki onu, Allah yedirmiş və içirmişdir"51.
Dördüncü: Qəsdən qusmaq. Amma qeyri-ixtiyari qusarsa, bu onun orucunu batil etməz. Peyğəmbər, sallallahu aleyhi va səlləm, belə buyurmuşdur:
«مَنْ ذَرَعَهُ الْقَيءُ فَلَيْسَ عَلَيْهِ قَضَاءٌ، وَمَن اسْتَقَاءَ عَمْدًا فَلْيَقْضِ».
"Kim qeyri-ixtiyari qusarsa, həmin günün orucunu qəza etməsin. Kim qəsdən qusarsa, qəza etsin"52.
Beşinci: Bədəndən qan çıxarmaq, istər hicamə yolu ilə, istər damardan qan çıxarmaqla, istərsə də xəstəyə kömək məqsədi ilə qan verməklə olsun. Bütün bunlar orucu batil edir. Amma analiz üçün götürülən az miqdarda qan, oruca zərər gətirmir. Eləcə də burun qanaması, yaralanma və ya dişin çıxarılması nəticəsində insanın ixtiyarı olmadan gələn qan oruca zərər gətirmir.
Ramazan ayında oruc tutmamağa icazə verilən şəxslər:
Birinci qisim: Orucu pozmalarına icazə verilən və qəzasını tutmaları vacib olan şəxslər aşağıdakılardır:
Birinci: Sağalmasına ümid edilən, oruc tutması ona zərər verən və ya məşəqqətli olan xəstə.
İkinci: Müsafir. İstər səfərdə məşəqqət çəksin, istərsə də çəkməsin.
Bu ikisinə dəlil isə, Uca Allahın bu sözüdür:
﴿...وَمَن كَانَ مَرِيضًا أَوۡ عَلَىٰ سَفَرٖ فَعِدَّةٞ مِّنۡ أَيَّامٍ أُخَرَ...﴾
"Xəstə və ya səfərdə olanlar isə başqa günlərdə eyni sayda oruc tutmalıdırlar".
[Bəqərə 2 surəsi, ayə 185].
Üçüncü: Hamilə və ya körpəsini əmizdirən qadın, əgər oruc tutmaq onlara məşəqqətli olarsa yaxud özlərinə və ya körpələrinə zərər verərsə, onlar xəstə hökmündədirlər və onların orucu açması caizdir. Lakin sonradan orucu qəza etmələri vacibdir.
Dördüncü: Heyz və nifas halında olan qadınların orucu açması vacibdir. Oruc tutmaları səhih deyil və başqa günlərdə qəza etmələri vacibdir.
İkinci qisim: Orucu pozub, qəza deyil, kəffarə vacib olanlar:
Birincisi: Şəfa tapacağına ümid edilməyən xəstə.
İkinci: Oruc tutmağa taqəti olmayan yaşlı insan.
Bu kəslər iftar edərlər və Ramazan ayının hər gününün əvəzinə bir kasıbı yedirdərlər. Yaşlı insan ağlını itirmə dərəcəsinə çatdıqda isə, onun üzərindən şəri məsuliyyət götürülür. Beləcə oruc tutmur və üzərinə heç bir şey düşmür.
Qəzanın vaxtı və onu təxirə salmağın hökmü:
Ramazan orucunun qəzasını növbəti Ramazana qədər tutmaq vacibdir. Daha fəzilətlisi isə qəzanı gecikdirmədən yerinə yetirməkdir. Qəzanı növbəti Ramazandan sonraya gecikdirmək caiz deyildir. Aişədən, Allah ondan razı olsun, belə dediyi rəvayət edilir:
«كَانَ يَكُونُ عَلَيَّ الصَّوْمُ مِنْ رَمَضَانَ، فَمَا أَسْتَطِيعُ أَنْ أَقْضِيَ إِلَّا فِي شَعْبَانَ لِمَكَانِ رَسُولِ اللهِ ﷺ».
«Mənim Ramazan ayından oruc borcum olardı, lakin onu peyğəmbərə, sallallahu aleyhi və səlləm, görə ancaq şaban ayında qəza edə bilirdim»53.
Qəzanı növbəti Ramazandan sonraya gecikdirən kimsənin iki halı vardır:
1- Qəzanı şəriətə görə üzrlü bir səbəbdən, məsələn: xəstəliyi gələn Ramazana qədər davam etdiyi üçün təxirə salarsa, yalnız qəza etməlidir.
2- Şəri bir üzr olmadan onu təxirə salan şəxs günahkar olur və ona tövbə etməsi, qəza etməsi və hər günün orucu üçün bir miskin yedizdirməsi vacibdir.
Qəzası olan kəsin nafilə orucu:
Kiminsə Ramazandan qəza borcu varsa, ən fəzilətlisi nafilə orucundan əvvəl onu tutmağa tələsməkdir. Lakin nafilə orucu Arafa və Aşura orucları kimi vaxtı ötüb keçən bir orucdursa, onu qəzadan əvvəl tutmalıdır. Çünki qəzanın vaxtı genişdir, amma Aşura və Arafa oruclarının vaxtı isə ötüb keçir. Lakin şəvval ayının altı gün orucu ancaq qəzadan sonra tutulur.
Haram olan oruclar:
1- Fitr bayramı və Qurban bayramı günü oruc tutmaq. Bu, qadağan edildiyi üçün.
2- Təşriq (Zilhiccə ayının 11, 12 və 13-cü) günlərində oruc tutmaq. Həcc zamanı qurbanlıq tapmayan təməttu və qiran həcci edən kimsələr istisna olmaqla. Təşriq günləri Zilhiccə ayının on birinci, on ikinci və on üçüncü günləridir.
3- Şəkkə görə şəkk günü. Bu, Şaban ayının otuzuncu günüdür. Əgər hava buludlu və ya tozlu olduğu üçün hilal görünməzsə.
Məkruh olan oruclar:
A- Rəcəb ayını xüsusi olaraq orucla fərqləndirmək. B- Tək cümə günü oruc tutmaq. Bu barədə qadağa olduğu üçün. Əgər ondan bir gün əvvəl və ya bir gün sonra oruc tutularsa, məkruhluq aradan qalxar.
Tutulması sünnə olan oruclar:
A- Şəvval ayında altı gün. B- Zül-hiccə ayında doqquz gün oruc tutmaq. Bunların ən fəzilətlisi Arafa günüdür. Həcc mərasimində olan kimsəyə isə bu günü oruc tutmaq sünnə deyil. Bu oruc iki ilin günahlarına kəffarədir. C- Hər aydan üç gün oruc tutmaq. Ən əfzəli isə bu orucu ağ günlərdə, yəni: ayın 13, 14 və 15-ci günlərində tutmaqdır. Ç- Hər həftənin birinci və dördüncü günlər oruc tutmaq. Peyğəmbər, sallallahu aleyhi və səlləm, bu günləri oruc tutardı, çünki bu günlərdə qulların əməlləri Allaha ərz olunur.
Nafilə orucu:
A- Davudun, aleyhis-sələm orucu. O, bir gün oruc tutar, bir gün iftar edərdi.
B- Məhərrəm ayında oruc tutmaq. Bu, oruc tutulması müstəhəb olan ən fəzilətli aydır. Bu ayın ən təkidli orucu isə Məhərrəmin onuncu günü olan Aşura günü ilə birlikdə doqquzuncu günü də oruc tutmaqdır. Çünki peyğəmbər, sallallahu aleyhi və səlləm, demişdir:
«لَئِنْ بَقِيتُ إِلَى قَابِلٍ لَأَصُومَنَّ التَّاسِعَ».
"Əgər gələn ilə sağ qalsam mütləq doqquzunu da oruc tutacam"54. Bu dir il keçmiş günahlara kəffarədir.
Beşinci bölüm: Həcc və Ümrə.
Həcc sözünün lügəti mənası: Qəsd etməkdir. Həcc sözünün şəriət mənası: Müəyyən vaxtda, xüsusi ayinləri yerinə yetirmək üçün Allahın evi Kəbəni və digər müqəddəs yerləri ziyarət etməkdir.
Ümrənin lüğəvi mənası ziyarətdir.
Şəriətdə: İlin hər bir vaxtında, xüsusi ayinləri yerinə yetirmək üçün Allahın Haram evini (Kəbəni) ziyarət etməkdir.
Həcc, İslamın rükunlarından və əzəmətli bünövrələrindən biridir. Həcc hicrətin doqquzuncu ilində fərz edilmişdir. Peyğəmbər, sallallahu aleyhi va səlləm, bir dəfə həcc etmişdir və bu da (Vida həcci) olmuşdur.
İmkanı olan kimsəyə ömründə bir dəfə Həcc etmək vacibdir. Bundan artığı isə nafilədir. Ümrə isə, bir çox alimlərin rəyinə görə vacibdir. Buna dəlil, peyğəmbərdən, sallallahu aleyhi və səlləm: "Qadınlar üçün cihad varmı?" - deyə soruşulduqda, belə buyurmasıdır:
«نَعَمْ، عَلَيْهِنَّ جِهَادٌ لَا قِتَالَ فِيهِ: الْحَجُّ وَالْعُمْرَةُ».
«Bəli, onlara döyüş olmayan cihad vacibdir. Bu, həcc və ümrədir»55.
Həcc və ümrənin vacib olmasının şərtləri:
1- İslam.
2- Ağıllı olmaq.
3- Həddi-büluğa çatmaq.
4- Azad insan olmaq.
5- İmkan sahibi olmaq.
Qadına isə altıncı bir şərt də əlavə olunur. Bu da həcc və ömrə ziyarətini əda etmək üçün onunla birgə səfər edəcək məhrəmin olmasıdır. Çünki qadının yanında məhrəmi olmadan həcc və ya başqa bir səfərə çıxması icazəli deyil. Peyğəmbər, sallallahu aleyhi va səlləm, belə buyurmuşdur:
«لَا تُسَافِرُ الْمَرْأَةُ إِلَّا مَعَ ذِي مَحْرَمٍ، وَلَا يَدْخُلُ عَلَيْهَا رَجُلٌ إِلَّا وَمَعَهَا مَحْرَمٌ».
«Qadın yanında məhrəmi olmadan səfərə çıxmasın və onun yanına bir kişi yanında məhrəmi olmadan daxil olmasın»56.
Qadının məhrəmi: Onun əri yaxud onunla evlənməsi həmişəlik haram olan şəxsdir. Nəsəb yolu ilə məsələn: qardaşı, atası, əmisi, qardaşı oğlu və dayısı kimi. Yaxud da süd qardaşı kimi mübah bir səbəblə və ya anasının əri və ərinin oğlu kimi evlilikdən doğan qohumluqla.
Gücün çatması: İnsanın miniyə minə biləcək, səfərə tab gətirəcək maddi və cismani imkana, habelə gedib-qayıtmaq üçün kifayət edəcək qədər mal-dövlətə sahib olmasıdır. Bundan əlavə, o, geri dönənə qədər övladlarının və himayəsində olanların ehtiyaclarını ödəməyə yetəcək vəsait təmin etməlidir.
Həcc yolu can və mal baxımından təhlükəsiz olmalıdır.
Kim maddi cəhətdən qadir olub, lakin cismani cəhətdən acizdirsə, məsələn: taqətdən düşmüş qoca və ya sağalmasına ümid olmayan xroniki xəstədirsə, ona öz əvəzinə həcc və ümrə edəcək bir şəxs təyin etmək vacibdir.
Həcc və Ömrə ziyarətini başqasının əvəzinə yerinə yetirməyin səhih olması üçün iki şərt var:
1- Həcc fərzini yerinə yetirməsi səhih sayılan şəxs olmalıdır. Yəni: müsəlman, həddi-büluğa çatmış və əqli qüsursuz olmalıdır.
2- Özü üçün İslam həccini yerinə yetirmiş olmalıdır.
Ehramın miqatları:
Miqatlar: miqat sözünün cəmidir. Lüğəti mənası: hədd deməkdir. Şəriət mənası isə: İbadət yeri yaxud zamanıdır.
Həccin zaman və məkan miqatları vardır:
A- Zaman miqatları: Uca Allah bu haqqda belə buyurur:
﴿ٱلۡحَجُّ أَشۡهُرٞ مَّعۡلُومَٰتٞۚ فَمَن فَرَضَ فِيهِنَّ ٱلۡحَجَّ...﴾
"Həcc (ziyarəti) məlum olan aylardadır. Bu aylarda həcci yerinə yetirməyi niyyət edən kəs...". [Bəqərə 2 surəsi, ayə 197].
Bu aylar: Şəvval və Zülqədə ayları və həmçinin Zülhiccənin birinci on günüdür.
B- Məkan miqatları: Həcc etmək istəyən şəxsin Məkkəyə ihramsız keçməsinə icazə verilməyən hüdudlardır. Onlar isə belədir:
1- Mədinə əhlinin miqatı Zulhuleyfədir.
2- Şam, Misir və Məğrib əhlinin miqatı Cühfədir.
3- Qarnul-mənəzil. Hal-hazırda əs-Seyil kimi tanınan Nəcid əhlinin miqatıdır.
4- İraq əhlinin miqatı Zətu-irqdir.
5- Yəmən əhlinin miqatı Yələmləmdir.
Miqat yerləri ilə Məkkə arasında yaşayan şəxs isə həcc və ümrə üçün yaşadığı yerdən ihrama girir. Məkkə əhli elə Məkkədən ihrama girirlər və ihram üçün miqata çıxmalarına ehtiyac yoxdur. Lakin Məkkə əhli ümrə üçün, Haram hüdudlarından ən yaxın yerə çıxaraq, oradan ihrama girməlidirlər. Həcc və ya ümrə etmək istəyən şəxsin, peyğəmbərin, sallallahu aleyhi və səlləm, təyin etdiyi məkanlardan, yəni: daha öncə bəyan edilmiş məkan miqatlarından ihrama girməsi vacibdir. Həcc və ya ümrə niyyətində olan şəxsin həmin yerləri ihrama girmədən keçməsi icazəli deyildir.
- Qeyd edilən miqatların əhli olmayıb, onlardan keçən hər kəs oradan ihrama girməlidir.
- Məkkəyə gedən yolu quru, dəniz və ya hava vasitəsilə qeyd olunan miqatlardan heç birindən keçməyən şəxs, özünə ən yaxın miqatla paralel olduğu zaman ihrama girməlidir. Ömər bin Xəttab, Allah ondan razı olsun, demişdir: “Yolunuzda onların bərabərinə baxın.”57
- Həcc və ya ümrə mərasimlərini yerinə yetirmək üçün təyyarə ilə səfər edən şəxs, təyyarə öz yolu üzərindəki miqatın bərabərliyindən keçərkən ihrama girməlidir. İhramı təyyarə hava limanına enənədək gecikdirməsi icazəli deyildir.
İhram:
Bu, həcc və ümrə ibadətinə daxil olmaq üçün niyyət etməkdir. Həccdə isə bu, həcc ibadətinə daxil olmaq üçün niyyət etməkdir. Ümrədə isə ümrə ibadətini icra etmək üçün niyyət etməkdir. Həcc və ümrə ibadətinə daxil olmağa niyyət etmədikcə, ihrama daxil olmuş sayılmaz. Amma niyyət etmədən sadəcə ihram paltarlarını geyinmək ihram sayılmaz.
İhramda olarkan edilməsi müstəhəb olan əməllər:
1- İhrama girməzdən əvvəl bütün bədəni yumaq.
2- Kişinin bədəninə ətir vurması, ihram paltarına yox.
3- Ağ izar, rida və nəleyinlə (sandalla) ihrama girmək.
4- Minik üzərində qibləyə yönəlmiş halda ihrama girmək.
Həccin növləri:
İhramda olan kimsə, aşağıdakı üç həcc növündən istədiyini seçə bilər. Bunlar aşağıdakılardır:
1. Təməttu. Bu, həcc aylarında ümrə üçün ihrama girib, ümrəni başa çatdırdıqdan sonra həmin ildə həcc üçün yenidən ehrama girməkdir.
2- İfrad. Bu, miqatdan yalnız həcc üçün ihrama girmək və həcc əməllərini yerinə yetirənə qədər ihramda qalmaqdır.
3. Qiran. Bu, həcc və ümrəyə birlikdə ihrama girmək yaxud ümrə üçün ihrama girdikdən sonra, ümrə təvafına başlamazdan əvvəl həcci də ona daxil etməkdir. Bu zaman miqatda yaxud ümrə təvafına başlamazdan əvvəl ümrə və həccə niyyət edib, hər ikisi üçün təvaf və səy edir.
Məkkə sakinlərindən olmayan təməttu və qiran həccini edən kimsəyə fidyə vermək vacibdir.
Bu üç həcc növünün ən əfzəli Təməttu həccidir. Çünki peyğəmbər, sallallahu aleyhi va səlləm, əshabına bunu əmr etmişdir58. Sonra Qiran, çünki o, həm həcc, həm də ümrədir, daha sonra isə İfrad həccidir.
C) Bu həcc növlərindən biri ilə ehrama girdikdən sonra təlbiyə gətirərək belə deyir:
«لَبَّيْكَ اللَّهُمَّ لَبَّيْكَ، لَبَّيْكَ لَا شَرِيكَ لَكَ لَبَّيْكَ، إِنَّ الْحَمْدَ وَالنِّعْمَةَ لَكَ وَالْمُلْكَ لَا شَرِيكَ لَكَ».
[Ləbbeykə-Llahummə ləbbeyk, ləbbeykə lə şərikə ləkə ləbbeyk, innəl-həmdə van-ni'mətə ləkə val-mulkə, lə şərikə lək] «Hüzurundayam Allahım, hüzurundayam! Hüzurundayam, Sənin heç bir şərikin yoxdur. Hüzurundayam! Həmd Sənədir. Nemət və mülk Sənə məxsusdur. Sənin heç bir şərikin yoxdur!»59.
Bu, sünnədir. Onu çoxaltmaq (tez-tez demək) müstəhəbdir. Kişi onu uca səslə deyər, qadınlar isə asta (səssiz) deyərlər.
Vaxtı: İhramdan sonra başlayır, son vaxtı isə aşağıdakı kimidir:
Birincisi: Ümrə edən şəxs təvafa başlamazdan əvvəl təlbiyəni kəsir.
İkincisi: Hacı bayram günü Cəməratul-Aqabəyə daş atmağa başladıqda təlbiyəni kəsir.
İhramda olarkan edilməsi qadağan olan əməllər:
Birinci qadağa: Bədənin hər hansı bir yerindəki tükü qırxmaq, kəsmək və ya yolmaq.
İkinci qadağa: Üzrsüz olaraq əl və ya ayaq dırnaqlarını kəsmək. Əgər dırnaq qırılarsa və onu kəsib götürərsə, ona fidyə düşmür.
Üçüncü qadağa: Kişinin başını ona yapışan bir şeylə örtməsi. Məsələn: papaq və baş örtüyü.
Dördüncü qadağa: Kişinin bədəninə və ya onun bir hissəsinə görə tikilmiş köynək, əmmamə və ya şalvar kimi paltarları geyinməsi. Tikişli geyim: Xüf, əlcək və corab kimi bədən üzvünün ölçüsünə uyğun hazırlanan paltardır. Qadına gəlincə, o, örtünməyə ehtiyacı olduğu üçün ihramda ikən istədiyi paltarı geyinə bilər. Lakin o, burqu geyinə bilməz, naməhrəm kişilərin yanından keçərkən isə üzünü baş örtüyü və ya cilbabla örtməlidir. Həmçinin əllərinə əlcəkdə geyinməz.
Beşinci qadağa: Ətir istifadə etməkdir. Çünki ihramda olan şəxs dəbdəbədən, dünyanın bəzəyindən və ləzzətlərindən uzaq durmalı və axirətə yönəlməlidir.
Altıncı qadağa: Çöl heyvanını öldürmək və ovlamaq. İhramda olan kimsə çöl heyvanı ovlamaz, onun ovlanmasına kömək etməz və onu kəsməz.
İhramda olan şəxs üçün özünün ovladığı, onun üçün ov edilən və ya ov edilməsinə kömək etdiyi ovun ətindən yemək haramdır. Çünki bu, onun üçün leş hökmündədir.
Dəniz ovuna gəldikdə isə, ihramda olan şəxsə onu ovlamaq haram deyil. Həmçinin, ov sayılmadığına görə toyuq və digər ev heyvanları kimi əhilləşmiş heyvanları kəsmək də qadağan edilmir.
Yeddinci qadağa: Özü və ya başqası üçün nikah əqdi bağlamaq və ya şahid olmaq.
Səkkizinci qadağa: Cinsi əlaqə. Kim birinci təhəllüldən əvvəl cinsi əlaqədə olarsa, həcci batil olar. Bununla belə, həccini davam etdirib tamamlaması, gələn il onu qəza etməsi və bir dəvə kəsməsi vacibdir. Əgər birinci təhəllüldən sonra olarsa, həcci batil olmasa da, ona bir qoyun kəsmək vacibdir.
Qadın da bu hökmdə kişi kimidir, əgər könüllü olarsa.
Doqquzuncu qadağa: Cinsi əlaqədə olmadan qadınla yaxınlıq etmək. İhramda olan kimsəyə qadınla yaxınlıq etmək icazəli deyil. Çünki bu, haram edilmiş cinsi əlaqəyə aparan bir vasitədir. Yaxınlıqdan məqsəd isə qadına şəhvətlə toxunmaqdır.
Ümrə:
A- Ümrənin ərkanları:
1- İhram (niyyət etmək).
2- Təvaf etmək.
3- Səy etmək.
B- Ümrənin vacibləri:
1- Şəriətin bildirdiyi miqatlardan ihrama girmək.
2- Saçları tamamilə qırxmaq və ya qısaltmaq.
C- Ümrə ziyarətinin edilmə qaydası:
Ümrə ziyarəti edən şəxsin ilk etdiyi əməl, Həcərul-Əsvəddən başlayıb elə orada da bitən yeddi dəfə təvaf etməkdir. Təvaf zamanı dəstəmazlı, göbəkdən dizə qədər övrət yeri örtülü olmalıdır. Bütün təvaf boyunca "idtiba" etmək sünnədir. Bu, sağ çiyini açıq qoyub, ihramı sağ qoltuğun altından keçirmək və ihramın hər iki ucunu sol çiyin üzərinə qoymaqdır. Yeddinci dövrəni tamamladıqda, idtibaya son verir və ridası ilə çiynini örtür.
Həcərul-Əsvədin qarşısına gəlir, onu öpmək mümkün olarsa, öpər, əks halda, əgər mümkünsə, sağ əli ilə ona toxunub əlini öpər. Əgər Həcərul-Əsvədə toxunmaq mümkün olmazsa, sağ əlini qaldıraraq ona tərəf işarə edir və bir dəfə (اللهُ أَكْبَرُ) [Allahu Əkbər] - “Allah ən böyükdür” – deyir, lakin əlini öpmür və dayanmır. Sonra Kəbəni sol tərəfində saxlamaqla təvafına davam edir. Təvafın ilk üç dövrəsində raməl etmək sünnədir. Rəmil: Qısa addımlarla sürətli yeriməkdir.
Yəmən küncünün – yəni Kəbənin dördüncü küncünün – yanından keçdikdə, əgər mümkün olarsa, sağ əli ilə ona toxunur, lakin təkbir gətirmir və öpmür. Əgər ona toxunmaq mümkün olmazsa, tavafa davam edir, ona işarə etmir və təkbir də gətirmir. Yəmən küncü ilə Həcərul-Əsvəd arasında belə deyir:
﴿...رَبَّنَآ ءَاتِنَا فِي ٱلدُّنۡيَا حَسَنَةٗ وَفِي ٱلۡأٓخِرَةِ حَسَنَةٗ وَقِنَا عَذَابَ ٱلنَّارِ﴾
"Ey Rəbbimiz! Bizə həm (bu) dünyada, həm də axirətdə gözəl nemətlər ver və bizi (Cəhənnəm) odunun əzabından qoru!".
[Bəqərə 2 surəsi, ayə 201].
Təvafı tamamladıqdan sonra, əgər mümkün olarsa, İbrahim məqamının arxasında iki rükət namaz qılır. Əgər bu mümkün olmazsa, namazı Məscidul-Haramın istənilən yerində qıla bilər. Birinci rükətdə Fatihədən sonra (əl-Kafirun) surəsini oxumaq sünnədir. İkinci rükətdə isə Fatihədən sonra əl-İxlas surəsini oxumaq sünnədir. Sonra "Məsaya" yönəlir və Səfa və Mərva arasında yeddi dəfə səy edir. Gedişi bir dəfə, qayıdışı isə bir şovt sayılır.
Səy Səfadan başlanır, onun üstünə qalxılır və ya yanında dayanılır. İmkan olarsa, Səfanın üstünə qalxmaq daha fəzilətlidir. Bu zaman Uca Allahın bu kəlamını oxuyar:
﴿إِنَّ ٱلصَّفَا وَٱلۡمَرۡوَةَ مِن شَعَآئِرِ ٱللَّهِ...﴾
"Həqiqətən, Səfa və Mərvə Allahın nişanələrindəndir". [Bəqərə 2 surəsi, ayə 158].
Müstəhəbdir ki, qibləyə yönəlsin, Allaha həmd etsin, təkbir gətirsin və belə desin:
«لَا إِلٰهَ إِلَّا اللَّهُ، وَاللَّهُ أَكْبَرُ، لَا إِلٰهَ إِلَّا اللَّهُ وَحْدَهُ لَا شَرِيكَ لَهُ، لَهُ الْمُلْكُ وَلَهُ الْحَمْدُ، يُحْيِي وَيُمِيتُ، وَهُوَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ، لَا إِلٰهَ إِلَّا اللَّهُ وَحْدَهُ، أَنْجَزَ وَعْدَهُ، وَنَصَرَ عَبْدَهُ، وَهَزَمَ الْأَحْزَابَ وَحْدَهُ».
[Lə ilahə illəllah, vallahu əkbər. Lə ilahə illəllahu vəhdəhu lə şərikə ləhu, ləhul-mulku va ləhul-həmdu, yuhyi va yumitu, va huvə alə kulli şeyin qadir. Lə ilahə illəllahu vəhdəhu, əncəzə və'dəhu, va nəsara əbdəhu, va həzəməl-əhzəbə vəhdəhu]
"Allahdan başqa haqq məbud yoxdur və Allah ən Böyükdür. Allahdan başqa haqq məbud yoxdur, O təkdir, Onun şəriki yoxdur. Mülk Onundur və həmd Onadır! O, dirildir və öldürür. O hər şeyə Qadirdir. Allahdan başqa haqq məbud yoxdur, O təkdir. Allah vədini yerinə yetirdi, quluna kömək etdi və (düşmənlərdən olan) dəstələri tək Özü məğlub etdi!"60. Sonra əllərini qaldıraraq asan olan duaları edir və bu zikr və duanı üç dəfə təkrar edir. Sonra enərək Mərvaya doğru yeriyir, birinci işarəyə çatdıqda isə kişi ikinci işarəyə çatana qədər sürətli addımlarla yeriyir. Amma qadına gəlincə, o, övrət olduğu üçün iki yaşıl nişan arasında sürətlə getməsi şəriətə uyğun deyil, ona buyurulan isə bütün səy boyunca yeriməkdir. Sonra Mərva təpəsinə çıxır və ya onun yanında dayanır, imkan daxilində təpəyə çıxmaq isə daha fəzilətlidir. Mərva təpəsində də, Səfa təpəsində etdiyi və dediyi əməllərin eynisini təkrar edir, lakin Uca Allahın bu ayəsini oxumur:
﴿إِنَّ ٱلصَّفَا وَٱلۡمَرۡوَةَ مِن شَعَآئِرِ ٱللَّهِ...﴾
"Həqiqətən, Səfa və Mərvə Allahın nişanələrindəndir". Bu, Səfaya qalxarkən yalnız birinci şovtda (dövrədə) şəriətə uyğun sayılır. Sonra enir və Səfaya çatana qədər yeriməli olduğu yerdə yeriyir, sürətlənməli olduğu yerdə isə sürətlənir. Bunu yeddi dəfə edir. Getməsi bir dəfə, qayıtması isə bir dəfə sayılır. Səy əsnasında müyəssər olan zikr və duanı çox etmək müstəhəbdir. Böyük və kiçik hədəsdən təmiz olmalıdır, təharətsiz halda səy etsə də, bu, kifayət edər. Eləcə də, qadın tavafdan sonra heyz və ya nifas olarsa, səy etməsi kifayətdir. Çünki səy üçün təharət şərt deyil, əksinə, müstəhəbdir.
Səyi tamamladıqda saçını qırxır və ya qısaldır. Kişi üçün saçı qırxmaq daha əfzəldir.
Beləliklə, ümrə mərasimlərini tamamlamış olur.
Həcc:
A- Həccin ərkanları:
1- İhram (niyyət etmək).
2- Arafada dayanmaq.
3- İfadə təvafı etmək.
4- Səy etmək.
B- Həccdə vacib olan əməllər:
1- İhrama miqatdan girmək.
2- Gündüz vaxtı Arafada olan insanın Zilhiccə ayının doqquzuncu günü - gün batana qədər orada dayanması.
3- Zilhiccə ayının onuncu gününün gecəsini gecəyarısınadək Müzdəlifədə qalmaq (gecələmək).
4- Təşriq günlərini Minada gecələmək (Zülhiccə ayının 11-ci, 12-ci və 13-cü günlərinə təşriq günləri deyilir).
5- Camarat daşlarını atmaq.
6- Saçı qırxmaq və ya qısaltmaq.
7- Vida təvafı.
C- Həccin edilmə qaydası:
Vaxt darlığı olarsa, müsəlman miqata çatdıqda ifrad həccinə niyyət edərək təlbiyə gətirir. Məkkəyə gəldikdə təvaf və səy edir, doqquzuncu gün, yəni: Arafa günü Arafata gedənə qədər ihramlı qalır və günəş batanadək orada olur.
Sonra təlbiyə gətirərək oradan Müzdəlifəyə yola düşər, fəcr namazını qılana qədər orada qalar, sonra da hava aydınlaşana qədər Allahı zikr edər, təlbiyə gətirər və dua edər.
Hava aydınlaşanda günəş çıxmadan əvvəl Minaya yollanar, Camaratul-Aqəbəyə (Böyük Camarata) yeddi daş atar, sonra saçını qırxar və ya qısaldar. Saçı qırxmaq daha fəzilətlidir.
Sonra ifadə təvafını edir, birinci səy etməsi ona kifayət edir. Beləliklə, həcci tamamlanmış və tam təhəllül baş vermiş olur.
Əgər tələskən (tez çıxmaq istəyən) olarsa, onun üzərinə on birinci və on ikinci günlərdə camaratları daşlamaq qalır. Hər bir camaratı yeddi xırda daşla daşlayar və hər daş atdıqda təkbir deyər. Əvvəlcə Xeyf məscidinə yaxın olan kiçik camaradan başlayar, sonra orta camaratı, daha sonra isə sonuncu olan Camaratul-Aqəbəni (Böyük Camaratı) daşlayar. Hər bir camarat yeddi daşla daşlanır. Əgər on ikinci gündən sonra yubanmaq istəsə, on üçüncü gündə də on ikinci və on birinci günlərdə olduğu kimi daş atır.
Daş atmanın vaxtı hər üç gündə zəvaldan sonradır.
Əgər on ikinci gün günəş batmazdan əvvəl Minadan ayrılarsa, bu caizdir. Əgər on üçüncü gün günəş zəvaldan batmağa meyl etdikdən (zöhr vaxtı girdikdən) sonra daş atmaq üçün yubanarsa, bu daha fəzilətlidir. Uca Allahın bu buyruğuna görə:
﴿...فَمَن تَعَجَّلَ فِي يَوۡمَيۡنِ فَلَآ إِثۡمَ عَلَيۡهِ وَمَن تَأَخَّرَ فَلَآ إِثۡمَ عَلَيۡهِۖ لِمَنِ ٱتَّقَىٰ...﴾
"Kim iki gün ərzində tez çıxarsa, ona heç bir günah olmaz. Kim yubanarsa, ona da heç bir günah olmaz. Bu, müttəqilərə aiddir".
[Bəqərə 2 surəsi, ayə 203].
Əgər səfərə çıxmaq istəsə, səy etmədən yeddi dövrə Vida təvafını yerinə yetirməlidir.
Qurbanlığı özü ilə gətirməyən şəxs üçün ən fəzilətli olan, təmməttu niyyəti ilə ümrə üçün ihrama girməsi, sonra (zülhiccənin) səkkizinci günü həcc üçün yenidən ihrama girərək daha öncə açıqlanan həcc əməllərini yerinə yetirməsidir. Əgər həcc və ümrəyə birlikdə ihrama girərsə, bu da caizdir. Bu növ həcc, Qiran həcci adlanır. Bu, bir təvaf və bir səy ilə həm ümrə, həm də həcc üçün birlikdə ihrama girməkdir.
Üçüncü bölüm:
Müamilələrlə (alış-veriş və maliyyə məsələləri ilə) bağlı olan məsələlər.
Alimlər, Uca Allah onlara rəhmət etsin, öyrənilməsi fərdi şəkildə vacib olan elmi bəyan etmişlər. Alimlər, həmçinin hər bir müsəlmana öyrənməsi vacib olan elmin miqdarı barəsində də danışmışlar. Buna misal olaraq ticarətlə məşğul olan kəsin alqı-satqı hökmlərini öyrənməsini qeyd ediblər. Özü də bilmədən harama yaxud sələmə düşməsin deyə. Bəzi səhabələrdən, Allah onlardan razı olsun, də bunu təsdiq edən rəvayətlər nəql olunmuşdur.
Ömər bin Xattab, Allah ondan razı olsun, belə dedi: "Dində fəhmli olmayan bizim bazarımızda satış etməsin"61.
Əli bin Əbi Talib, Allah ondan razı olsun, demişdir: «Kim fiqhi öyrənmədən ticarət edərsə, ribaya batar, sonra yenə batar, sonra yenə də batar. Yəni: sələmə düşər»62.
İbn Abidin əl-Əllamidən nəql edərək belə demişdir: "Din elmini və hidayəti öyrəndikdən sonra hər bir mükəlləf kişi və qadına dəstəmaz, qüsl, namaz və oruc elmini, eləcə də nisab sahibi olan kimsəyə zəkat, üzərinə vacib olan kimsəyə həcc, tacirlərə isə bütün müamilələrdə şübhəli və məkruh şeylərdən çəkinmələri üçün alğı-satqı elmini öyrənmək vacib edilmişdir. Həmçinin peşə sahiblərinə və hər hansı bir işlə məşğul olan hər kəsə, o işdə haramdan çəkinməsi üçün həmin işin elmini və hökmünü öyrənməsi vacibdir"63.
İmam Nəvəvi, Allah ona rəhmət etsin, demişdir: "Alqı-satqı, nikah və bu kimi əsli vacib olmayan əməllərə gəlincə, onların şərtini bilmədən onlara girişmək haramdır"64.
Bunlar İslam şəriətinin gətirdiyi maliyyə (maddi) müamilələrlə bağlı bəzi qaydalardır:
1- Sırf və ya üstün məsləhət olan hər bir şeyin halal olması. Halal şeylərin satılması və alınması, icarə və "şüfə" kimi65.
2- İnsanların haqlarını təmin edən və qoruyan hər bir şeyin şəriətə müvafiq olması. Məsələn: girov qoymaq və şahid tutmaq kimi.
3- Müqavilə tərəflərinin hər ikisi üçün fayda olan hər bir şeyin şəriətə müvafiq olması. Məsələn: müqavilənin ləğvi (iqalə), seçim haqqı (xiyar) və alqı-satqıda qoyulan şərtlər.
4. İnsanlara zülm etməyi və onların mallarını batil yolla mənimsəməyi ehtiva edən hər bir əməlin qadağan edilməsi. Məsələn: faiz (sələm), qəsbkarlıq və möhtəkirlik kimi.
5- Hər bir xeyir işdə yardımlaşmağın icazəli olması. Məsələn: borc, ariyə və əmanət kimi.
6- Heç bir əmək, fayda və zəhmət olmadan mal mənimsəməyə səbəb olan hər bir şeyin qadağan edilməsi. Məsələn: qumar və sələm kimi.
7- Nəticəsinin naməlum olması və aldanma ehtimalı olan hər bir müamilə qadağandır. Məsələn: şəxsin malik olmadığı bir şeyi və ya naməlum bir malı satması kimi.
8- Harama aparan hər bir hiylənin qadağan edilməsi. Məsələn: "əl-iynə" satışı kimi66.
9- Allahın itaətindən yayındıran şeylərin qadağan edilməsi. Məsələn: cümə namazının ikinci azanından sonra alqı-satqı.
10- Zərər olan və ya müsəlmanlar arasında düşmənçiliyə səbəb olan hər bir şeyin qadağan edilməsi. Məsələn: haram olan malların satılması və bir şəxsin qardaşının alqı-satqısı üzərinə alqı-satqı etməsi.
Müsəlmana bir məsələnin hökmü qaranlıq qaldıqda, o, bu barədə alimlərdən soruşar və həmin məsələnin şəri hökmünü bilməyincə o işə başlamaz. Necə ki, uca Allah buyurur:
﴿...فَاسْأَلُوا أَهْلَ الذِّكْرِ إِنْ كُنْتُمْ لَا تَعْلَمُونَ﴾
"Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun". [Nəhl 16 surəsi, ayə 43].
Bu, toplaya bildiklərimizin qısa xülasəsidir. Uca Allahdan diləyirik ki, bizə faydalı elm və saleh əməl nəsib etsin. Həqiqətən, O, Səxavətli və Kərimdir. Peyğəmbərimiz Muhəmmədə, onun ailəsinə və cəmi səhabələrinə Allahın bol-bol salatı və salamı olsun.
***
Mündəricat
Müqəddimə. 2
Birinci fəsil: 3
Əqidəyə dair. 3
Birinci bölmə: İslamın mənası və rükunları: 3
Tövhidin (təkallahlıqın) əhəmiyyəti: 3
«Lə iləhə illə-Llah» - şəhadət kəlməsinin mənası: 5
“Lə iləhə illəllah” kəliməsinin şərtləri isə bunlardır: 6
Məhəmməd Allahın rəsuludur şəhadətinin mənası: 7
İkinci bölmə: İmanın mənası və onun rüknları. 8
1) Uca Allaha iman özündə üç məsələni əhatə edir: 9
1- Onun Rububiyyətinə iman etmək: 9
2- Onun Uluhiyyətinə iman etmək: 11
3- Ad və sifətlərə iman: 14
2) Mələkərə iman: 21
3) Kitablara iman: 22
4) Elçilərə, aleyhimu-ssalam, iman: 23
5) Axirət gününə iman: 24
A - Öldükdən sonra yenidən dirilməyə iman: 25
B - Haqq-hesaba çəkilməyə və əməllərin əvəzinin verilməsinə iman: 25
C : Cənnət və Cəhənnəmə iman: 25
Ç) Qədərin xeyrinə və şərinə iman: 26
Üçüncü bölmə: Ehsan: 28
Dördüncü bölüm: "Əhli Sünnə val-Cəmaətın" əsaslarından müxtəsər xülasə: 29
İkinci fəsil: İbadətlərlə bağlı əhkamlar. 30
Birinci bölüm: Təharət: 30
Birincisi: Suyun qisimləri: 30
İkinci: Murdar şeylər: 30
Üçüncü: Dəstəmazsız olana etməsi haram olan əməllər: 33
Dördüncü: Ayaqyolu ədəbləri: 35
Beşinci: İstinca (su ilə təmizlənmək) və isticmar (daşla təmizlənmək) hökmləri: 36
Altıncı: Dəstəmazın əhkamları: 37
Yeddincisi: Xüflərə və corablara məsh etməyin hökmləri: 39
Səkkizinci: Təyəmmümün əhkamları: 41
Doqquzuncu: Heyz və nifasın əhkamları: 43
İkinci bölüm: Namaz: 45
Birincisi: Azan və iqamə əhkamları: 45
İkincisi: Namazın əhəmiyyəti və fəziləti: 48
Üçüncüsü: Namazın şərtləri: 50
Dördüncü: Namazın ərkanları: 52
Beşincisi: Namazın vacibləri: 57
Altıncı: Namazın sünnələri. 59
Yeddinci: Namazın qılınma qaydası: 62
Səkkizinci: Namazda məkruh olan əməllər: 68
Doqquzuncu: Namazı batil edən amillər: 68
Onuncu: Səhv səcdəsi: 69
On birinci: Namazın qılınması qadağan olan vaxtlar: 71
On ikinci: Camaat namazı: 71
On üçüncü: Qorxu namazı: 74
Qorxu namazının qılınma qaydası: 75
On dördüncü: Cümə namazı: 76
Beşinci məsələ: Cümə gününün müstəhəbləri: 78
Cümə namazına çatmaq: 79
On beşinci: Üzürlü kimsələrin namazı: 79
On altıncı: İki bayram namazı: 83
On yeddinci: (günəş və ya ay tutulduqda qılınan) Kusuf namazı: 85
On səkkizinci: İstisqa (Allahdan yağış diləmək) namazı. 87
On doqquzuncu bölüm: Cənazə əhkamları: 88
Üçüncü bölüm: Zəkat: 92
1- Zəkatın tərifi və yeri: 92
2- Zəkatın vacib olmasının şərtləri: 93
3- Zəkat verilməsi vacib olan mallar: 94
Dördüncü bölüm: Oruc: 105
Ramazan orucunun vacib olma şərtləri: 106
Beşinci bölüm: Həcc və Ümrə. 113
Həcc və ümrənin vacib olmasının şərtləri: 114
Ehramın miqatları: 116
İhram: 118
Ümrə: 122
Həcc: 126
Üçüncü bölüm: 128
Müamilələrlə (alış-veriş və maliyyə məsələləri ilə) bağlı olan məsələlər. 128
***
az227v3.0 - 26/07/2026
Hədisi Əhməd "Müsnəd" əsərində: (6072), Tirmizi: (1535) rəvayət etmiş. Tirmizi isə bu hədisin: "Həsən hədis" olduğunu demişdir.
Buxari "əl-Ədəb əl-Müfrəd" əsərində: (716), Əhməd "Müsnəd" əsərində: (19606) və Diya əl-Məqdisi "əl-Əhədis əl-Muxtara" əsərində: (1/150) rəvayət etmişdirlər. Albani "Sahih əl-Cami əs-Səğir" (3731) adlı əsərində hədisin səhih olduğunu bildirmişdir.
Hədisi Müslim: (121) və Əhməd: (10434) rəvayət etmişdir.
(əl-Məzyu): Məzi, oynaşma, cinsi əlaqəni xatırlamaq və ya onu istəmək, baxmaq və ya digər bu kimi hallar zamanı çıxan rəngsiz, nazik bir mayedir. O, damcılar şəklində xaric olur və bəzən də onun xaric olması hiss olunmur. (əl-Vadyu): Vadi, kiçik su başına çıxdıqdan sonra yaxud ağır bir şey qaldırdıqda xaric olan ağ və qatı bir sudur.
Hədisi Müslim: (224) rəvayət etmişdir.
Hədisi İmam Malik "əl-Muvatta" adlı əsərində: (680 və 219), Dərimi: (312) və Abdurrazzaq Musannəf adlı əsərində: (1328) rəvayət etmişdir. Albani, İrvaul-Ğalil adlı əsərində: (122) hədisin "Səhih" olduğunu bildirmişdir.
Hədisi Nəsai: (12808), Əhməd: (15423) rəvayət etmişdir. Albani İrvaul-Ğalil adlı əsərində: (121) hədisin "Səhih" olduğunu bildirmişdir.
Hədisi İbn Macə: (594) və İbn Hibban: (799) rəvayət etmişdir. Albani, "Daif Sunən ət-Tirmizi" adlı əsərdə: (146) hədisin zəif olduğunu bilirdmişdir.
Hədisi Buxari: (142) və Müslim: (122) rəvayət etmişdir.
Hədisi Buxari: (7288) və Müslim: (6066) rəvayət etmişdir.
Şeyx Abdüləziz bin Baz, Allah ona rəhmət etsin, "Məcmu Fətava" (29/141) əsərində demişdir: "Beyhəqi, Cabirdən yaxşı bir isnadla «ona vəd etdiyin» sözündən sonra «Həqiqətən, Sən vədə xilaf çıxmazsan» cümləsini əlavə etmişdir".
Hədisi Tirmizi: (2635) rəvayət etmişdir.
Hədisi Müslim: (82) rəvayət etmişdir.
Hədisi Tirmizi: (265) rəvayət etmiş və hədisə "Həsən-səhih-ğarib" hökmü vermişdir. Albani isə "Səhihu-t-Tərğib vat-Tərhib" adlı əsərində hədisin səhih olduğunu bildirmişdir.
Hədisi Buxari: (1117) rəvayət etmişdir.
Hədisi Buxari: (6251) və Müslim: (884) rəvayət etmişdir.
Hədisi Buxari: (756) və Müslim: (872) rəvayət etmişdir.
Hədisi Buxari: (793) və Müslim: (398) rəvayət etmişdir.
Hədisi Buxari: (812) və Müslim: (490) rəvayət etmişdir.
Hədisi Müslim: (498) rəvayət etmişdir.
Buxari: (724), Müslim: (398) rəvayət etmişdir.
Hədisi Buxari: (797) və Müslim: (402) rəvayət etmişdir.
Hədisi Tirmizi: (839) rəvayət etmişdir.
Hədisi Buxari: (6008) rəvayət etmişdir.
Hədisi Buxari: (1110) rəvayət etmişdir.
Hədisi Buxari: (835) rəvayət etmişdir.
Hədisi Buxari: (743) və Müslim: (399) rəvayət etmişdir.
Hədisi Tirmizi: (266) rəvayət etmişdir.
Hədisi Müslim: (588) rəvayət etmişdir.
Əbu Davud: (5168) rəvayət etmişdir.
Hədisi Tirmizi: (284) rəvayət etmişdir.
Hədisi Müslim: (1484) rəvayət etmişdir.
Hədisi Buxari: (609), Müslim: (602) rəvayət etmişdir.
Buxari: (4130) və Müslim: (842) rəvayət etmişdir.
Hədisi Müslim: (865) rəvayət etmişdir.
Hədisi Buxari: (934) və Müslim: (851) rəvayət etmişdir.
Hədisi Buxari: (1081) və Müslim: (693) rəvayət etmişdir.
Hədisi Buxari: (1012) və Müslim: (894) rəvayət etmişdir.
Hədisi Əbu Davud: (3201), Tirmizi: (1024) rəvayət etmiş. Tirmizi isə bu hədisin: "Həsən-səhih hədis" olduğunu demişdir.
Hədisi Müslim: (962) rəvayət etmişdir.
Hədisi Buxari: (8) və Müslim: (111) rəvayət etmişdir.
Hədisi İbn Macə: (1792), Tirmizi: (63) və (631) rəvayət etmişdir.
Buxari: (1402), Müslim: (2287) rəvayət etmişdir.
Hədisi Buxari: (1432) və Müslim: (984) rəvayət etmişdir.
Hədisi Əbu Davud: (1609), İbn Macə: (1827) rəvayət etmişdir. Albani "Sahih Əbu Davud" əsərində: (1609) hədisin səhih olduğunu bildirmişdir.
Hədisi Buxari: (1) və Müslim: (1907) rəvayət etmişdir.
Hədisi Buxari: (1810) və Müslim: (1086) rəvayət etmişdir.
Hədisi Buxari: (1909) rəvayət etmişdir.
Bu hədisi İmam Əhməd: (26457), Əbu Davud: (2454) və Nəsai: (2331) rəvayət etmişdir. Hədisin ləfzi Nəsaiyə aiddir.
Hədisi Buxari: (6669) və Müslim: (2709) rəvayət etmişdir.
Əbu Davud: (2380), Tirmizi: (719), İbn Macə: (676) rəvayət etmişdir.
Hədisi Buxari: (1849) və Müslim: (1846) rəvayət etmişdir.
Hədisi Müslim: (1134) rəvayət etmişdir.
Hədisi Əhməd: (25198), Nəsai: (2627) və İbn Maca: (2901) rəvayət etmişdir.
Hədisi Buxari: (1862) və Müslim: (1341) rəvayət etmişdir.
Hədisi Buxari: (1531) rəvayət etmişdir.
Hədisi Müslim: (1211) rəvayət etmişdir.
Hədisi Buxari: (1549) rəvayət etmişdir.
Hədisi Müslim: (1218) rəvayət etmişdir.
Hədisi Tirmizi: (487) rəvayət etmiş və hədisə "Həsən-ğarib" hökmü vermişdir. Albani isə hədisə "həsən" hökmü vermişdir.
Bax: Muğni əl-Muhtac: (2/22).
Haşiyətu İbn Abidin: (1/42).
Bax: əl-Məcmu: (1/50).
Şüfa: Bir şərikin öz şərikinin payını mal mübadiləsi ilə onun əlindən alıb öz mülkünə qaytarmaq haqqının olmasıdır.
Əl-İnə alış-verişi: Bir insanın başqasına bir şeyi nisyə qiymətə satıb ona təhvil verməsi, sonra da pulunu almamışdan əvvəl həmin şeyi daha ucuz qiymətə nəğd olaraq geri almasıdır.
Hədisi Buxari (8) rəvayət etmişdir.