حُكْمُ السِّحْرِ وَالكِهَانَةِ
وَمَا يَتَعَلَّقُ بِهَا
Sehr, kahinlik və onlarla bağlı məsələlərin hökmü
لِسَمَاحَةِ الشَّيْخِ العَلَّامَةِ
عَبْدِ العَزِيزِ بْنِ عَبْدِ اللهِ بْنِ بَازٍ
رَحِمَهُ اللهُ
Kitabın müəlifi Hörmətli Şeyx
Abduləziz bin Abdullah bin Baz
بِسْمِ اللهِ الرَّحمَنِ الرَّحِيمِ
Doqquzuncu risalət:
Sehr, kahinlik və onlarla bağlı məsələlərin hökmü1
Həmd Tək Allaha məxsusdur! Özündən sonra heç bir peyğəmbər olmayan Muhammədə salavat və salam olsun!
Sonra:
Son dövrlərdə cadugərlik və kahinlik yolu ilə müalicə etdiyini iddia edən və özlərini həkim kimi təqdim edən falçıların çoxalması, onların bəzi ölkələrdə yayılması və sadəlövh, cəhalət içində olan insanları aldatmaları səbəbilə — Allaha və Onun bəndələrinə nəsihət etmək məqsədilə — bu məsələnin İslam və müsəlmanlar üçün nə qədər böyük təhlükə daşıdığını açıqlamağı zəruri bildim. Çünki bu kimi hallar insanın Allahdan qeyrisinə yönəlməsinə və Uca Allahın, eləcə də Onun Rəsulunun (salləllahu aleyhi va səlləm) əmrlərinə zidd hərəkət etməsinə səbəb olur.
Uca Allahdan yardım diləyərək deyirəm ki, ümumiyyətlə müalicə etmək alimlərin ittifaqına əsasən caizdir. Bir müsəlmanın daxili xəstəliklər, cərrahiyyə, sinir sistemi və ya buna bənzər sahələr üzrə bir həkimə müraciət edərək xəstəliyinin diaqnoz edilməsini və tibbi elmdə məlum olan, şəriətə uyğun halal dərmanlarla müalicə olunmasını təmin etməsi icazəlidir. Çünki bu, səbəblərdən yapışmaqdır və Allaha təvəkkül etməyə zidd deyildir. Uca Allah xəstəliyi nazil etmişdir, onun dərmanını da. Bunu bilən bilər, bilməyən də bilməz. Lakin Uca Allah, qullarının şəfasını onlara haram etdiyi şeylərdə qoymamışdır.
Bir xəstənin, xəstəliyini öyrənmək üçün qeybi bildiklərini iddia edən kahinlərin yanına getməsi caiz olmadığı kimi, onların dediklərinə inanması da caiz deyil. Çünki onlar qeybi ehtimallarla danışır və ya istədiklərinə nail olmaq üçün cinləri çağıraraq onlardan kömək almağa çalışırlar. Əgər qeybi bildiklərini iddia edirlərsə, onların hökmü küfr və azğınlıqdır.
Müslim "Səhih" əsərində rəvayət etdiyi hədisdə Peyğəmbər (sallallahu aleyhi va səlləm) belə buyurmuşdur:
«مَنْ أَتَى عَرَّافًا فَسَأَلَهُ عَنْ شَيْءٍ، لَمْ تُقْبَلْ لَهُ صَلَاةٌ أَرْبَعِينَ يَوْمًا».
"Kim bir baxıcının yanına gələrsə və ondan bir şey soruşarsa, qırx gün namazı qəbul olunmaz".
Əbu Hureyra (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi va səlləm) belə buyurmuşdur:
«مَنْ أَتَى كَاهِنًا فَصَدَّقَهُ بِمَا يَقُولُ، فَقَدْ كَفَرَ بِمَا أُنْزِلَ عَلَى مُحَمَّدٍ ﷺ».
"Kim, kahinin yanına gəlib, söylədiklərini təsdiq edərsə, Muhammədə (sallallahu aleyhi va səlləm) nazil edilənə küfür etmişdir". Bu hədisi Əbu Davud rəvayət etmiş və "Dörd Sünən" kitabının müəllifləri də onu öz əsərlərində qeyd etmişdir. Hakim isə bu hədisi Peyğəmbərdən (sallallahu aleyhi va səlləm) səhih olaraq belə bir ifadə ilə rəvayət etmişdir:
«مَنْ أَتَى عَرَّافًا أَوْ كَاهِنًا فَصَدَّقَهُ بِمَا يَقُولُ، فَقَدْ كَفَرَ بِمَا أُنْزِلَ عَلَى مُحَمَّدٍ ﷺ».
"Kim, falçının yaxud kahinin yanına gəlib, söylədiklərini təsdiq edərsə, artıq Muhammədə (sallallahu aleyhi va səlləm) nazil edilənə küfür etmişdir".
İmran bin Husayn (Allah ondan razı olsun) rəvayət edir ki, Allah Rəsulu (sallallahu aleyhi va səlləm) belə demişdir:
«لَيْسَ مِنَّا مَنْ تَطَيَّرَ أَوْ تُطُيِّرَ لَهُ، أَوْ تَكَهَّنَ أَوْ تُكُهِّنَ لَهُ، أَوْ سَحَرَ أَوْ سُحِرَ لَهُ، وَمَنْ أَتَى كَاهِنًا فَصَدَّقَهُ بِمَا يَقُولُ، فَقَدْ كَفَرَ بِمَا أُنْزِلَ عَلَى مُحَمَّدٍ ﷺ».
"(Bəxti, uğuru öyrənmək iddiası ilə) Quş uçuran və ya bu məqsədlə (başqasına) quş uçuzduran (və ya quş uçurana müraciət edən), fala baxan və ya baxdıran, sehr edən və ya etdirən bizdən deyildir. Kim kahinin yanına gəlib, söylədiklərini təsdiq edərsə, artıq Muhammədə (sallallahu aleyhi va səlləm) nazil edilənə küfür etmişdir". Hədisi Bəzzar "Ceyyid (Yaxşı)" isnadla rəvayət etmişdir.
Bu mübarək hədislərdə falçıların, kahinlərin, sehrbazların və onlara bənzər kimsələrin yanına gəlib, onlara sual verməyin, dediklərini təsdiqləməyin qadağan olunduğu və belə bir əməli edən kimsənin əzabla hədələndiyi bildirilmişdir.
Onların bəzi məsələlərdə doğru danışmasına və ya yanlarına çox sayda insanın gəlməsinə aldanmaq olmaz. Çünki onların yanına gedən bu insanlar cahildir və onlara baxıb aldanmaq olmaz. Peyğəmbər (sallallahu əleyhi va səlləm) onların yanına getməyi, onlara sual verməyi və dediklərini təsdiqləməyi qadağan etmişdir. Bu, böyük günaha səbəb olmaqla yanaşı, ciddi təhlükələrə və ağır fəsadlara yol açır. Çünki onlar yalançı və fasiq insanlardır.
Həmçinin bu hədislərdə kahin və sehrbazın kafir olduğuna dəlil vardır. Çünki onlar qeyb elmini bildiklərini iddia edirlər ki, bu da küfrdür. Bundan başqa, onlar məqsədlərinə yalnız cinlərə xidmət edib onları Allaha şərik qoşmaqla çatırlar ki, bu da Allah qarşı küfr və şirkdir. Onların qeyb barədə olan iddialarına inanan şəxs də onlar kimidir (yəni: o da küfrə düşür). Hər kəs bu işlərlə məşğul olan şəxslərdən bu kimi şeyləri qəbul edərsə, Peyğəmbər (sallallahu əleyhi va səlləm) ondan uzaq olar.
Eləcə də bir müsəlmanın, onların müalicə adlandırdığı şeylərə, məsələn: talismanlarla pıçıldamaları, qurğuşun tökmələri və s. bu kimi etdikləri xurafatlara inanması (qəbul etməsi) icazəli deyil. Çünki bu, kahinlikdir və insanları aldatmaqdır. Kim buna razı olarsa, onların batil və küfr işlərinə kömək etmiş olar.
Müsəlmanlardan kiminsə bu kimi insanların (kahin və falçıların) yanına gedərək, oğlunun və ya qohumunun kimlə evlənəcəyini, yaxud ər-arvadın və onların ailələri arasında olan sevgi və sədaqət ya da düşmənçilik və ayrılıq kimi məsələləri soruşması da icazəli deyildir. Çünki bu, yalnız Uca Allahın bildiyi qeyb məsələlərindəndir.
Ona görə də idarəçilərin, məsul şəxslərin və bu sahədə səlahiyyəti və gücü olan digər insanların vəzifəsi — kahinlərə, falçılara və onlara bənzər şəxslərə getməyin qarşısını almaq, bu kimi işlərlə məşğul olanları bazar və digər ictimai məkanlarda fəaliyyətini qadağan etmək, onlara qarşı sərt şəkildə irad bildirmək, həmçinin onlara müraciət edənlərə qarşı da qəti şəkildə etiraz etməkdir.
Sehr də eynilə belədir. O, küfrə aparan haram olan əməllərdəndir. Uca Allah Bəqərə surəsində iki mələk barəsində belə buyurur:
﴿...وَمَا يُعَلِّمَانِ مِنۡ أَحَدٍ حَتَّىٰ يَقُولَآ إِنَّمَا نَحۡنُ فِتۡنَةٞ فَلَا تَكۡفُرۡۖ فَيَتَعَلَّمُونَ مِنۡهُمَا مَا يُفَرِّقُونَ بِهِۦ بَيۡنَ ٱلۡمَرۡءِ وَزَوۡجِهِۦۚ وَمَا هُم بِضَآرِّينَ بِهِۦ مِنۡ أَحَدٍ إِلَّا بِإِذۡنِ ٱللَّهِۚ وَيَتَعَلَّمُونَ مَا يَضُرُّهُمۡ وَلَا يَنفَعُهُمۡۚ وَلَقَدۡ عَلِمُواْ لَمَنِ ٱشۡتَرَىٰهُ مَا لَهُۥ فِي ٱلۡأٓخِرَةِ مِنۡ خَلَٰقٖۚ وَلَبِئۡسَ مَا شَرَوۡاْ بِهِۦٓ أَنفُسَهُمۡۚ لَوۡ كَانُواْ يَعۡلَمُونَ﴾
"(O iki mələk:) “Biz ancaq bir sınağıq, sən gəl kafir olma!”– deməmiş, onu heç kəsə öyrətmirdilər. (Yəhudilər) ərlə arvadı bir-birindən ayıracaq işləri onlardan öyrənirdilər. Lakin onlar Allahın izni olmadan heç kəsə zərər verə bilməzlər. Onlar özlərinə zərər verən və faydası olmayan şeyi öyrənirdilər. Onlar bilirdilər ki, bunu satın alan kimsələrin axirətdə heç bir payı yoxdur. Qarşılığında özlərini satdıqları şey necə də pisdir! Kaş (bunu) biləydilər!". (Bəqərə: 286).
Bu mübarək ayələr sehrin küfr olduğunu və sehrbazların insanla həyat yoldaşı arasında ayrılıq saldıqlarını göstərir. Ayələr həmçinin sehrin özü-özlüyündə nə fayda, nə də zərər verə bildiyinə, o, yalnız Allahın kovni iradəsi və təqdirilə ilə təsir göstərdiyinə dəlalət edir. Çünki xeyri və şəri yaradan Uca Allahdır.
Həmçinin bu ayə, sehr öyrənən kimsələrin özlərinə fayda verən şey deyil, əksinə, ziyan verən şey öyrəndiklərinə, onların Allah yanında heç bir payı olmadığına (yəni: onların heç bir mükafata sahib olmayacaqlarına) dəlalət edir. Bu, çox ciddi bir xəbərdarlıqdır. Bu onların dünyada və axirətdə nə qədər böyük bir zərərə uğrayacaqlarını bildirir. Çünki onlar özlərini ən ucuz qiymətə satmışlar. Buna görə də Uca Allah onları bu əməllərinə görə qınamış və belə buyurmuşdur:
﴿...وَلَبِئۡسَ مَا شَرَوۡاْ بِهِۦٓ أَنفُسَهُمۡۚ لَوۡ كَانُواْ يَعۡلَمُونَ﴾
(Qarşılığında özlərini satdıqları şey necə də pisdir! Kaş (bunu) biləydilər!). (Bəqərə: 102). Satmaq burada almaq mənasında istifadə olunur.
Bu yalançıların — müşriklərdən miras aldıqları bu batil elmlərlə zəif düşüncəli insanları aldadanların — törətdikləri fəlakət böyük, gətirdikləri müsibət isə son dərəcə ağır və zərərlidir. Həqiqətən, Biz, Allaha məxsusuq və biz Ona qayıdacağıq. Allah bizə yetər, O nə gözəl Vəkildir!
Biz Uca Allahdan sehrbazların, kahinlərin və digər sehrlə məşğul olanların şərindən əmin-amanlıq və salamatlıq diləyirik. Eyni zamanda, Uca Allahdan müsəlmanları onların şərindən qorumağını, insanların onların zərərlərindən və pis əməllərindən qurtulması üçün müsəlman hökmdarlarını onlardan ehtiyat etmələrini və onlar üzərində Allahın hökmünü yerinə yetirməyə müvəffəq etməsini diləyirik. Həqiqətən, O, Xeyirxah və Cömərddir.
Uca Allah, qullarına sehrin şərindən qorunmaq üçün sehir baş verməzdən əvvəl tətbiq etməli olduqları yolları müəyyən etmişdir. O, onlara sehr baş verdikdən sonra necə müalicə etməli olduqlarını da açıqlamışdır. Bütün bunlar Onun qullarına göstərdiyi mərhəmət, yaxşılıq və onlara olan nemətinin tamamlanmasıdır.
Aşağıda sehr baş verməzdən əvvəl onun təhlükəsindən qorunmaq və baş verdikdən sonra müalicə etmək üçün şəriət baxımından icazəli vasitələr açıqlanır. Bunun bəyanı isə aşağıdakı kimidir:
Birinci: Sehr baş verməzdən əvvəl onun təhlükəsindən qorunmaq üçün ən faydalı vasitə, şəriətə uyğun zikrlərlə, dualarla və varid olan ovsunlarla qorunmaqdır. Buna misal olaraq, hər fərz namazdan salam verdikdən sonra Ayətul-Kursi ayəsinin oxunmasıdır. Ayətul-Kursi ayəsi Qurani-Kərimin ən əzəmətli ayəsidir. Uca Allah bu ayədə belə buyurur:
﴿ٱللَّهُ لَآ إِلَٰهَ إِلَّا هُوَ ٱلۡحَيُّ ٱلۡقَيُّومُۚ لَا تَأۡخُذُهُۥ سِنَةٞ وَلَا نَوۡمٞۚ لَّهُۥ مَا فِي ٱلسَّمَٰوَٰتِ وَمَا فِي ٱلۡأَرۡضِۗ مَن ذَا ٱلَّذِي يَشۡفَعُ عِندَهُۥٓ إِلَّا بِإِذۡنِهِۦۚ يَعۡلَمُ مَا بَيۡنَ أَيۡدِيهِمۡ وَمَا خَلۡفَهُمۡۖ وَلَا يُحِيطُونَ بِشَيۡءٖ مِّنۡ عِلۡمِهِۦٓ إِلَّا بِمَا شَآءَۚ وَسِعَ كُرۡسِيُّهُ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضَۖ وَلَا يَـُٔودُهُۥ حِفۡظُهُمَاۚ وَهُوَ ٱلۡعَلِيُّ ٱلۡعَظِيمُ255﴾
(Allah Özündən başqa (haqq) məbud olmayandır, (əbədi) Yaşayandır, (bütün yaratdıqlarının) Qəyyumudur. Onu nə mürgü, nə də yuxu tutar. Göylərdə və yerdə nə varsa, (hamısı) Ona məxsusdur. Allahın izni olmadan Onun yanında kim şəfaət edə bilər? O, (qullarının) gələcəyini və keçmişini bilir. Onlar Allahın elmindən Onun istədiyindən başqa heç bir şey qavraya bilməzlər. Onun Kürsüsü göyləri və yeri əhatə etmişdir. Bunları qoruyub saxlamaq Ona ağır gəlməz. O, Ucadır, Əzəmətlidir). (Bəqərə: 255). Həmçinin, Ayətul-Kursi ayəsini yatmazdan əvvəl oxunmaq. Rəsulullah (sallallahu əleyhi va səlləm) səhih bir hədisdə belə buyurmuşdur:
«مَنْ قَرَأَ آيَةَ الْكُرْسِيِّ فِي لَيْلَةٍ، لَمْ يَزَلْ عَلَيْهِ مِنَ اللَّهِ حَافِظٌ، وَلَا يَقْرَبُهُ شَيْطَانٌ حَتَّى يُصْبِحَ».
"Kim gecə Ayətul-Kürsünü oxuyarsa, onun üzərində Allah tərəfindən bir qoruyucu mələk olar və səhərə qədər şeytan ona yaxınlaşa bilməz".
Bu zikirlər və dualar içərisində aşağıda sadalananların oxunması da vardır:
﴿قُلۡ هُوَ ٱللَّهُ أَحَدٌ1﴾
(De: "O Allah Təkdir!").
﴿قُلۡ أَعُوذُ بِرَبِّ ٱلۡفَلَقِ1﴾
(De: "Sığınıram sübhün Rəbbinə!") və
﴿قُلۡ أَعُوذُ بِرَبِّ ٱلنَّاسِ1﴾
(De: "Sığınıram insanların Rəbbinə"). (Nəs: 1). Hər fərz namazdan sonra İxlas, Fələq və Nas surələrini oxumaq, həmçinin bu surələri günün əvvəlində – sübh namazından sonra, gecənin əvvəlində – məğrib namazından sonra üç dəfə oxumaq tövsiyə olunur.
Bundan başqa, gecənin əvvəlində Bəqərə surəsinin son iki ayəsini oxumaq da qoruyucu vasitələrdəndir. Uca Allah bu iki ayədə belə buyurur:
﴿ءَامَنَ ٱلرَّسُولُ بِمَآ أُنزِلَ إِلَيۡهِ مِن رَّبِّهِۦ وَٱلۡمُؤۡمِنُونَۚ كُلٌّ ءَامَنَ بِٱللَّهِ وَمَلَٰٓئِكَتِهِۦ وَكُتُبِهِۦ وَرُسُلِهِۦ لَا نُفَرِّقُ بَيۡنَ أَحَدٖ مِّن رُّسُلِهِۦۚ وَقَالُواْ سَمِعۡنَا وَأَطَعۡنَاۖ غُفۡرَانَكَ رَبَّنَا وَإِلَيۡكَ ٱلۡمَصِيرُ285﴾
(Allahın rəsulu öz Rəbbindən ona nazil edilənə iman gətirdi, möminlər də, (iman gətirdilər). Hamısı Allaha, Onun mələklərinə, kitablarına və elçilərinə iman gətirdilər. (Onlar dedilər): “Biz Onun elçiləri arasında fərq qoymuruq!” (Həmçinin,) dedilər: “Eşitdik və itaət etdik! Ey Rəbbimiz, Səndən bağışlanma diləyirik, dönüş yalnız Sənədir!”). Surənin sonuna qədər oxu.
Peyğəmbər (sallallahu aleyhi va səlləm) səhih hədisdə belə buyurmuşdur:
«مَنْ قَرَأَ الآيَتَيْنِ مِنْ آخِرِ سُورَةِ البَقَرَةِ فِي لَيْلَةٍ كَفَتَاهُ».
"Kim gecə Bəqərə surəsinin son iki ayəsini oxuyarsa, onlar ona yetər". Doğrusunu Allah bilir, hədisin mənası belədir. Yəni: Bu iki ayə, insanı hər bir pislikdən qorumağa kifayət edər. Bunlardan biri də, gecə və gündüz, həmçinin hər hansı bir yerdə, binada, çöldə, havada və ya dənizdə mənzil başına çatdıqda Allahın yaratdıqlarının şərindən Onun kamil kəlmələrinə çoxlu şəkildə sığınmaqdır. Peyğəmbər (sallallahu aleyhi və səlləm) bu barədə belə demişdir:
«مَن نَزَلَ مَنْزِلًا فَقالَ: أَعُوذُ بِكَلِمَاتِ اللهِ التَّامَّاتِ مِن شَرِّ ما خَلَقَ، لَمْ يَضُرَّهُ شَيءٌ حتَّى يَرْتَحِلَ مِن مَنْزِلِهِ ذَلِكَ».
"Kim bir mənzil başına çatıb:
[Əuzu bikəlimətilləhit-təmməti min şərri mə xaləq]
“Yaratdıqlarının şərindən Allahın kamil kəlmələrinə sığınıram” - duasını oxuyarsa, həmin yeri tərk edənə qədər ona heç bir şey zərər verməz".
Bu dua və zikirlərdən biri də, müsəlmanın günün və gecənin əvvəlində üç dəfə bunu deməsidir:
«بِسْمِ اللهِ الَّذِي لَا يَضُرُّ مَعَ اسْمِهِ شَيءٌ فِي الأَرْضِ وَلَا فِي السَّمَاءِ، وَهُوَ السَّمِيعُ العَلِيمُ».
[Bismilləhi-l-ləzi lə yədurru məa-i-smihi şeyun fi-l-ardi va lə fi-s-səməi va huvə-s-səmiu-l-alimi]:
«Adı çəkildikdə nə yerdə, nə də göydə heç bir şeyin zərər vermədiyi Allahın adı ilə! O, Eşidəndir, Biləndir!».
Çünki Peyğəmbər (sallallahu aleyhi va səlləm) səhih hədisdə bu duanın oxunmasına həvəsləndirmiş və bunun insanı hər cür pislikdən qorumağa səbəb olduğunu bildirmişdir.
İkinci: Sehr baş verdikdən sonra onun müalicəsi üçün edilən əməllər. Bu da aşağıda qeyd edilən bir neçə üsulla həyata keçirilə bilər:
Birincisi: Allaha çoxlu yalvarmaq, Ondan zərəri aradan qaldırmağı və bu xəstəliyi aparmağı istəmək.
İkincisi: Sehrin gizlədildiyi yerin, dağın və ya digər bir ərazinin müəyyən edilməsi üçün səy göstərməkdir. Əgər sehrin yer müəyyən olunub çıxarılıb məhv edilərsə, sehr batıl olar. Bu, sehrin müalicəsi üçün ən təsirli üsullardan biridir.
Üçüncüsü: Şəri zikr və dualarla ruqyə oxuyaraq müalicə etmək. Bunların sayı çoxdur. Onlardan bəziləri bunlardır:
Peyğəmbər (sallallahu aleyhi va səlləm) səhih hədisdə belə buyurmuşdur:
«اللَّهُمَّ رَبَّ النَّاسِ، أَذْهِبِ الْبَأْسَ، وَاشْفِ أَنْتَ الشَّافِي، لَا شِفَاءَ إِلَّا شِفَاؤُكَ، شِفَاءً لَا يُغَادِرُ سَقَمًا».
[Allahummə Rabbən-nas, əzhibil-bəs, vaşfi əntəş-Şəfi, lə şifə-ə illə şifəukə, şifə-ən lə yuğadiru səqamən]:
"Ey insanların Rəbbi Allahım! Xəstəliyi aradan qaldır, şəfa ver! Şəfa verən yalnız Sənsən. Sənin şəfandan başqa heç bir şəfa yoxdur. Elə bir şəfa ver ki, heç bir xəstəlik qalmasın". Peyğəmbər (sallallahu aleyhi va səlləm) bu duanı üç dəfə deyərdi.
Bunlardan biri də Cəbrailin Peyğəmbərə (sallallahu aleyhi va səlləm) oxuduğu ruqyadır. O, belədir:
«بِسْمِ اللَّهِ أَرْقِيكَ، مِنْ كُلِّ شَيْءٍ يُؤْذِيكَ، وَمِنْ شَرِّ كُلِّ نَفْسٍ أَوْ عَيْنِ حَاسِدٍ، اللَّهُ يَشْفِيكَ، بِسْمِ اللَّهِ أَرْقِيكَ».
[Bismilləh arqikə min kulli şeyin yu'zhikə va min şərri kulli nəfsin əu aynin həsidin, Allahu yaşfikə, bismilləhi arqikə]
"Allahın adı ilə. Səni, sənə zərər verən hər şeydən və hər bir nəfsin yaxud həsəd edən gözün şərindən ruqyə edirəm. Allah sənə şəfa versin. Allahın adı ilə səni ruqyə edirəm". Bunu üç dəfə təkrar edir.
Həmçinin sehir baş verdikdən sonra onun müalicə üsullarından biri də, budur. Əgər kişi, zövcəsi ilə cinsi əlaqədən məhrum edilibsə, onun üçün faydalı olan müalicələrdən biri də belədir. Yaşıl sidr ağacından yeddi yarpaq götürüb, bunları bir daş və ya ona bənzər bir şeylə əzib, sonra onları bir qaba qoyub və üstünə qüsl (bədən yuyulması) üçün kifayət edəcək qədər su töküb, sonra o suyun üzərində bu ayələri oxumaqdır:
(Ayətul-Kursi) Kürsü ayəsi və
﴿قُلۡ يَٰٓأَيُّهَا ٱلۡكَٰفِرُونَ1﴾
(De: “Ey kafirlər!). (Kəfirun: 1) və
﴿قُلۡ هُوَ ٱللَّهُ أَحَدٌ1﴾
(De: "O Allah Təkdir!"). (İxlas: 1) və
﴿قُلۡ أَعُوذُ بِرَبِّ ٱلۡفَلَقِ1﴾
(De: "Sığınıram sübhün Rəbbinə!") və (Fələq: 1) və
﴿قُلۡ أَعُوذُ بِرَبِّ ٱلنَّاسِ1﴾
(De: "Sığınıram insanların Rəbbinə"). (Nəs: 1).
və Əraf surəsində sehrlə bağlı olan ayələr. Bu, Uca Allahın aşağıda qeyd edilən ayələridir:
﴿وَأَوۡحَيۡنَآ إِلَىٰ مُوسَىٰٓ أَنۡ أَلۡقِ عَصَاكَۖ فَإِذَا هِيَ تَلۡقَفُ مَا يَأۡفِكُونَ117 فَوَقَعَ ٱلۡحَقُّ وَبَطَلَ مَا كَانُواْ يَعۡمَلُونَ118 فَغُلِبُواْ هُنَالِكَ وَٱنقَلَبُواْ صَٰغِرِينَ119﴾
(Biz Musaya: “Əsanı yerə at!”– deyə vəhy etdik. Elə bu an əsa ilana çevrilib onların düzəltdikləri şeyləri uddu.
Artıq haqq üzə çıxdı, onların etdikləri isə batil oldu.
Sehrbazlar orada məğlub oldular və rüsvay olaraq geri döndülər). (Əraf: 117-119).
Yunis surəsində olan ayələr. Bu, Uca Allahın aşağıda qeyd edilən ayələridir:
﴿وَقَالَ فِرۡعَوۡنُ ٱئۡتُونِي بِكُلِّ سَٰحِرٍ عَلِيمٖ79 فَلَمَّا جَآءَ ٱلسَّحَرَةُ قَالَ لَهُم مُّوسَىٰٓ أَلۡقُواْ مَآ أَنتُم مُّلۡقُونَ80 فَلَمَّآ أَلۡقَوۡاْ قَالَ مُوسَىٰ مَا جِئۡتُم بِهِ ٱلسِّحۡرُۖ إِنَّ ٱللَّهَ سَيُبۡطِلُهُۥٓ إِنَّ ٱللَّهَ لَا يُصۡلِحُ عَمَلَ ٱلۡمُفۡسِدِينَ81 وَيُحِقُّ ٱللَّهُ ٱلۡحَقَّ بِكَلِمَٰتِهِۦ وَلَوۡ كَرِهَ ٱلۡمُجۡرِمُونَ82﴾
(Firon dedi: “Bütün bilikli sehrbazları yanıma gətirin!”.
Sehrbazlar gəldikdə Musa onlara dedi: “Nə atacaqsınızsa, atın!”.
Onlar əllərindəki ipləri və dəyənəkləri atdıqda Musa dedi: “Sizin gördüyünüz iş sehrdir. Həqiqətən, Allah onu boşa çıxaracaq. Çünki Allah fitnə-fəsad törədənlərin işini düzəltməz.
Günahkarlar istəməsələr də Allah Öz kəlmələri ilə haqqı bərqərar edəcək). (Yunus: 79-82).
və Ta ha surəsində olan ayələr:
﴿قَالُواْ يَٰمُوسَىٰٓ إِمَّآ أَن تُلۡقِيَ وَإِمَّآ أَن نَّكُونَ أَوَّلَ مَنۡ أَلۡقَىٰ65 قَالَ بَلۡ أَلۡقُواْۖ فَإِذَا حِبَالُهُمۡ وَعِصِيُّهُمۡ يُخَيَّلُ إِلَيۡهِ مِن سِحۡرِهِمۡ أَنَّهَا تَسۡعَىٰ66 فَأَوۡجَسَ فِي نَفۡسِهِۦ خِيفَةٗ مُّوسَىٰ67 قُلۡنَا لَا تَخَفۡ إِنَّكَ أَنتَ ٱلۡأَعۡلَىٰ68 وَأَلۡقِ مَا فِي يَمِينِكَ تَلۡقَفۡ مَا صَنَعُوٓاْۖ إِنَّمَا صَنَعُواْ كَيۡدُ سَٰحِرٖۖ وَلَا يُفۡلِحُ ٱلسَّاحِرُ حَيۡثُ أَتَىٰ69﴾
(Sehrbazlar) dedilər: “Ey Musa! Ya sən (əvvəlcə əlindəkini) at ya da birinci atan biz olaq!”
(Musa) dedi: “Yox, siz atın!” (Sehrbazlar əllərindəkiləri yerə atan kimi) sehrləri sayəsində ona elə gəldi ki, onların kəndirləri və çomaqları hərəkətə gəlib sürünür.
Musa bunu görüncə içində bir qorxu hiss etdi.
Biz dedik: “Qorxma, qalib gələn mütləq sən olacaqsan!
Sağ əlindəkini yerə at, onların qurduqlarını udsun. Onların qurduqları sadəcə sehrbaz hiyləsidir. Sehrbaz isə, hara gedirsə-getsin, uğur qazanmaz”. (Ta ha: 65-69).
Bu ayələri suya oxuduqdan sonra o sudan üç qurtum içir, qalanı ilə isə bədən yuyunur və bununlada xəstəlik, Allahın izni ilə keçib gedir. Əgər xəstəlik aradan qalxana qədər bunu iki və ya daha çox dəfə təkrarlamağa ehtiyac yaranarsa, edə bilər və burada heç bir qəbahət yoxdur.
Bu zikrlər, dualar, ovsunlar və yollar davamlı olaraq, ixlasla, imanla Allaha güvənərək və Ona arxalanaraq səmimi qəlbdən və onun dəlalət etdiyi mənalara qəlb genişliyi ilə əməl edənlər üçün, sehr və digər pisliklərdən qorunmağın ən böyük səbəblərindən biridir və həmçinin sehr baş verdikdən sonra da onu aradan qaldırmaq üçün ən güclü silahdır.
Bu, sehrdən həm qorunmaq, həm də ondan müalicə olmaq üçün izahı müyəssər olan üsullardandir. Müvəffəqiyyət Allahdandır.
Burada mühüm bir məsələ ortaya çıxır. O da, sehrin müalicəsinin cadugərlərin etdiyi şəkildə, cinlərə qurban kəsmək və ya digər ibadət vasitələri ilə onlara yaxınlaşmaq yolu ilə aparılmasıdır ki, bu da yolverilməzdir. Çünki bu, şeytanın əməlidir, hətta bu, böyük şirkdən sayılır. Həmçinin, müalicə məqsədilə kahinlərə, baxıcılara və sehrbazlara müraciət etmək və onların dediklərinə inanmaq (və istifadə etmək) da caiz deyildir. Çünki onlar iman gətirmirlər. Onlar yalancı və günahkardırlar. Qeybi bildikləri iddia edib insanları aldadırlar. Bu risalənin əvvəlində bəyan edildiyi kimi Allah Rəsulu (sallallahu əleyhi va səlləm) onların yanına getməkdən, onlardan soruşmaqdan və onların dediklərinə təsdiqləməkdən çəkindirmişdir. Ona görə də bundan çəkinmək vacibdir. Səhih hədisdə rəvayət olunur ki, Allah Rəsulundan (sallallahu əleyhi va səlləm) "Nuşra" (sehrin aradan qaldırılması üçün edilən əməl) barəsində soruşulduqda, O, belə buyurmuşdur:
«هِيَ مِنْ عَمَلِ الشَّيْطَانِ».
"Bu, şeytan əməlindən olan bir işdir". Hədisi İmam Əhməd və Əbu Davud "Ceyyid (Yaxşı)" isnadla rəvayət etmişdir.
Nuşra: Sehir edilmiş şəxsdən sehrin aradan qaldırılmasıdır. Peyğəmbərin (sallallahu əleyhi va səlləm) bu sözləri ilə məqsədi – cahiliyyə dövründə edilən nuşradır. Bu: sehrin aradan qaldırılması üçün sehrbazdan kömək istəmək və ya bir sehrin başqa bir sehrlə, başqa sehrbaz vasitəsilə aradan qaldırılması deməkdir.
Amma sehrin ruqyə, şəri dualar, ovsunlar və icazə verilən dərmanlarla aradan qaldırılmasına gəldikdə isə – bu, daha əvvəl də qeyd edildiyi kimi – heç bir qəbahət daşımır. Bu barədə İbn Qayyim və Şeyx Əbdurrahman bin Həsən (Allah onlara rəhmət etsin) isə "Fəthul-Məcid" kitabında açıq şəkildə danışmışlar. Digər bir çox alimlər də bu məsələyə toxunmuşlar.
Uca Allahdan müsəlmanlara hər cür pislikdən afiyət verməsini, dinlərini qorumaqda onları müvəffəq etməsini, onlara dinlərini dərindən anlama qabiliyyəti bəxş etməsini və şəriətinə zidd olan hər bir şeydən onları uzaq tutmasını diləyirik.
Allahın salatı və salamı qulu, rəsulu olan Muhammədin, onun ailəsinin və səhabələrinin üzərinə olsun!
***
az397v3.1 - 26/07/2026
Bu vəsiyyət: 1402-ci hicri ilində (miladi: 1982) Səudiyyə Ərəbistanı Baş Elmi Araşdırmalar, Fətva, Dəvət və İrşad İdarəsi tərəfindən: 17 nömrəli kiçik kitabçada (kataloqda) nəşr edilmişdir.