PHPWord

 

 

حِرَاسَةُ التَّوحِيدِ

 

 

 

Tövhidin qorunması

 

 

 

 

 

 

 

 

لِسَمَاحَةِ الشَّيْخِ العَلَّامَةِ

عَبْدِ العَزِيزِ بْنِ عَبْدِ اللهِ بْنِ بَازٍ

رَحِمَهُ اللهُ

 

Kitabın müəlifi Hörmətli Şeyx

Abduləziz bin Abdullah bin Baz

 

 

 


بِسْمِ اللهِ الرَّحمَنِ الرَّحِيمِ

 

Tövhidin qorunması

 

Birinci risalə

Doğru (səhih) əqidə və ona zidd olanlar

Həmd Tək Allaha məxsusdur! Salat və salam Özündən sonra heç bir peyğəmbər olmayan Muhammədə, onun ailəsinə və səhabələrinə olsun!

Daha sonra: Doğru (səhih) əqidə İslam əsası və dinin təməli olduğu üçün, bu mövzu barədə danışmağın, yazmağın və onu izah edib açıqlamağın vacib olduğunu düşündüm.

Quran və Sünnədən olan şəri dəlillərlə, əməllərin və sözlərin yalnız düzgün əqidədən qaynaqlandığı zaman doğru (səhih) sayılması və məqbul olduğu məlumdur. Əgər əqidə düzgün deyilsə, o zaman bütün əməllər və sözlər də batil olacaqdır. Uca Allah buyurur:

﴿...وَمَن يَكۡفُرۡ بِٱلۡإِيمَٰنِ فَقَدۡ حَبِطَ عَمَلُهُۥ وَهُوَ فِي ٱلۡأٓخِرَةِ مِنَ ٱلۡخَٰسِرِينَ﴾

(Kim imanı inkar edərsə əməlləri boşa çıxar və o, axirətdə ziyana uğrayanlardan olar). [Maidə: 5].

Uca Allah buyurur:

﴿وَلَقَدۡ أُوحِيَ إِلَيۡكَ وَإِلَى ٱلَّذِينَ مِن قَبۡلِكَ لَئِنۡ أَشۡرَكۡتَ لَيَحۡبَطَنَّ عَمَلُكَ وَلَتَكُونَنَّ مِنَ ٱلۡخَٰسِرِينَ 65﴾

(Sənə və səndən əvvəlkilərə belə vəhy olunmuşdur: “Əgər (Allaha) şərik qoşsan, əməlin puç olacaq və mütləq ziyana uğrayanlardan olacaqsan”). [Zumər: 65].

Bu mənada bir çox ayələr mövcuddur. Uca Allahın açıq-aydın Kitabı və etibarlı Rəsulunun sünnəsi — Ona Rəbbindən ən əfzəl salat və salam olsun — doğru (səhih) əqidənin altı əsas məsələ özündə cəmləşdiyinə dəlalət edir. Bunlar: Allaha, mələklərinə, kitablarına, peyğəmbərlərinə, axirət gününə və qədərin xeyrinə və şərrinə iman etməkdir. Bu altı əsas, Uca Allahın Müqəddəs kitabında nazil etdiyi və Uca Allahın, Rəsulu Muhamməd Peyğəmbərlə (ona salat və salam olsun) gəndərdiyi doğru (səhih) əqidənin əsaslarıdır.

Bu altı əsas barədə Quranda və səhih Sünnədə çoxsaylı dəlillər varid olmuşdur. Misal olaraq bunlardan bəziləri aşağıdakılardır:

Birinci: Qurandan olan dəlillər. Onlardan biri Uca Allahın bu ayəsidir:

﴿لَّيۡسَ ٱلۡبِرَّ أَن تُوَلُّواْ وُجُوهَكُمۡ قِبَلَ ٱلۡمَشۡرِقِ وَٱلۡمَغۡرِبِ وَلَٰكِنَّ ٱلۡبِرَّ مَنۡ ءَامَنَ بِٱللَّهِ وَٱلۡيَوۡمِ ٱلۡأٓخِرِ وَٱلۡمَلَٰٓئِكَةِ وَٱلۡكِتَٰبِ وَٱلنَّبِيِّـۧنَ...﴾

(Yaxşı əməl heç də üzünüzü məşriqə və məğribə tərəf çevirməyiniz deyildir. Lakin yaxşı əməl (sahibləri) Allaha, Axirət gününə, mələklərə, (hər bir səmavi) kitaba və peyğəmbərlərə iman gətirən şəxslərdir). [Bəqərə: 177].

Allah -Sübhənəhu va Təala- buyurur:

﴿ءَامَنَ ٱلرَّسُولُ بِمَآ أُنزِلَ إِلَيۡهِ مِن رَّبِّهِۦ وَٱلۡمُؤۡمِنُونَۚ كُلٌّ ءَامَنَ بِٱللَّهِ وَمَلَٰٓئِكَتِهِۦ وَكُتُبِهِۦ وَرُسُلِهِۦ لَا نُفَرِّقُ بَيۡنَ أَحَدٖ مِّن رُّسُلِهِ...﴾

(Allahın rəsulu öz Rəbbindən ona nazil edilənə iman gətirdi, möminlər də, (iman gətirdilər). (Onların) hamısı Allaha, Onun mələklərinə, kitablarına və elçilərinə iman gətirdilər. (Onlar dedilər): “Biz Onun elçiləri arasında fərq qoymuruq!”). [Bəqərə: 285].

Uca Allah diğər ayədə buyurur:

﴿يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓاْ ءَامِنُواْ بِٱللَّهِ وَرَسُولِهِۦ وَٱلۡكِتَٰبِ ٱلَّذِي نَزَّلَ عَلَىٰ رَسُولِهِۦ وَٱلۡكِتَٰبِ ٱلَّذِيٓ أَنزَلَ مِن قَبۡلُۚ وَمَن يَكۡفُرۡ بِٱللَّهِ وَمَلَٰٓئِكَتِهِۦ وَكُتُبِهِۦ وَرُسُلِهِۦ وَٱلۡيَوۡمِ ٱلۡأٓخِرِ فَقَدۡ ضَلَّ ضَلَٰلَۢا بَعِيدًا 136﴾

(Ey iman gətirənlər! Allaha, Onun elçisinə, elçisinə nazil etdiyi Kitaba (Qurana) və ondan əvvəl nazil etdiyi kitablara iman gətirin! Allahı, Onun mələklərini, kitablarını, elçilərini və Axirət gününü inkar edən kəs, şübhəsiz ki, dərin bir azğınlığa düşmüşdür). [Nisa: 136].

Uca Allah buyurur:

﴿أَلَمۡ تَعۡلَمۡ أَنَّ ٱللَّهَ يَعۡلَمُ مَا فِي ٱلسَّمَآءِ وَٱلۡأَرۡضِۚ إِنَّ ذَٰلِكَ فِي كِتَٰبٍۚ إِنَّ ذَٰلِكَ عَلَى ٱللَّهِ يَسِيرٞ 70﴾

(Məgər Allahın göydə və yerdə olan hər şeyi bildiyini bilmirsənmi? Həqiqətən, bu, Kitabda (Lövhi-məhfuzda) mövcuddur. Şübhəsiz ki, bu, Allah üçün asandır). [Həcc: 70].

İkinci: Sünnədən dəlillər. Bu dəlillərdən biri də İmam Müslimin "Səhih" adlı əsərində rəvayət etdiyi səhih və məşhur hədisdir. Həmin hədisdə möminlərin Əmiri Ömər ibn Xəttab (Allah ondan razı olsun) xəbər verir ki, Cəbrail (Aleyhis-səlam) Peyğəmbərə (sallallahu əleyhi va səlləm) iman barədə sual verdi. Peyğəmbər (sallallahu əleyhi va səlləm) isə ona belə cavab verdi:

«الإِيمَانُ أَنْ تُؤْمِنَ بِاللَّهِ، وَمَلَائِكَتِهِ، وَكُتُبِهِ، وَرُسُلِهِ، وَاليَوْمِ الآخِرِ، وَتُؤْمِنَ بِالقَدَرِ خَيْرِهِ وَشَرِّهِ».

"İman, sənin Allaha, Onun mələklərinə, kitablarına, elçilərinə, axirət gününə, qədərin xeyrinə və şərrinə iman etməyindir"1. Hədisin ardı var. Hədisi Şeyxeyn (Buxari və Müslim) – azacıq fərqlə – Əbu Hureyrədən (Allah ondan razı olsun) rəvayət etmişlər.

İmanın bu altı əsasından müsəlmanın qətiyyətlə etiqad etməli olduğu bütün məsələlər, Uca Allahın haqqı, axirət məsələləri və digər qeyb məsələlərinə dair inanmalı olduğu hökmlər, Uca Allahın və Rəsulunun (sallallahu əleyhi və səlləm) bizə bildirdiyi qeyb xəbərlərinə inanmaq irəli gəlir.

Bu altı əsasın izahı aşağıdakı kimidir:

Birinci əsas: Uca Allaha iman etmək.

Bu əsas bir neçə məqamı əhatə edir. Onların bəziləri aşağıdakılardır: Allahın haqq və tək ibadətə layiq olan İlahi (məbud) olduğunu qəbul etmək, Onun qulları yaradan, onlara xeyir bəxş edən, onları ruziləndirən, onların gizli və aşkar işlərini bilən, itaət edənləri mükafatlandırmaq və günahkarları cəzalandırmaq qüdrətinə malik olan İlah olduğuna iman etməkdir.

Uca Allah cinləri və insanları məhz bu ibadət üçün yaratmış və onlara bunu əmr etmişdir. Uca Allah buyurur:

﴿وَمَا خَلَقۡتُ ٱلۡجِنَّ وَٱلۡإِنسَ إِلَّا لِيَعۡبُدُونِ 56 مَآ أُرِيدُ مِنۡهُم مِّن رِّزۡقٖ وَمَآ أُرِيدُ أَن يُطۡعِمُونِ 57 إِنَّ ٱللَّهَ هُوَ ٱلرَّزَّاقُ ذُو ٱلۡقُوَّةِ ٱلۡمَتِينُ 58﴾

(Mən cinləri və insanları yalnız Mənə ibadət etmək üçün ya­rat­dım.

Mən onlardan ruzi istəmirəm. Mən onlardan Məni yedirtmələrini də istəmirəm.

Həqiqətən, Allah ruzi ve­rəndir, qüvvət sahibidir, Mə­tindir). [Zariyat: 56].

Uca Allah buyurur:

﴿يَٰٓأَيُّهَا ٱلنَّاسُ ٱعۡبُدُواْ رَبَّكُمُ ٱلَّذِي خَلَقَكُمۡ وَٱلَّذِينَ مِن قَبۡلِكُمۡ لَعَلَّكُمۡ تَتَّقُونَ21 ٱلَّذِي جَعَلَ لَكُمُ ٱلۡأَرۡضَ فِرَٰشٗا وَٱلسَّمَآءَ بِنَآءٗ وَأَنزَلَ مِنَ ٱلسَّمَآءِ مَآءٗ فَأَخۡرَجَ بِهِۦ مِنَ ٱلثَّمَرَٰتِ رِزۡقٗا لَّكُمۡۖ فَلَا تَجۡعَلُواْ لِلَّهِ أَندَادٗا وَأَنتُمۡ تَعۡلَمُونَ 22﴾

(Ey insanlar! Sizi və sizdən əvvəlkiləri yaratmış Rəbbinizə ibadət edin ki, bəlkə Ondan qorxasınız.

O Rəbbinizə ki, sizin üçün yer üzünü döşəmə, göyü isə tavan etdi. Göydən su endirib onunla sizin üçün (növbənöv) məhsullardan ruzi yetişdirdi. Siz də (bunu) bildiyiniz halda (heç kəsi) Allaha tay tutmayın). [Bəqərə: 21, 22].

Uca Allah bu haqqı açıqlamaq, ona dəvət etmək və ona zidd olan şeylərdən çəkindirmək üçün peyğəmbərlər göndərmiş və kitablar nazil etmişdir. Uca Allah buyurur:

﴿وَلَقَدۡ بَعَثۡنَا فِي كُلِّ أُمَّةٖ رَّسُولًا أَنِ ٱعۡبُدُواْ ٱللَّهَ وَٱجۡتَنِبُواْ ٱلطَّٰغُوتَ...﴾

(Biz hər ümmətə: “Allaha ibadət edin, tağutdan uzaq olun”– (deyə) elçi göndərdik). [Nəhl: 36].

Uca Allah buyurur:

﴿وَمَآ أَرۡسَلۡنَا مِن قَبۡلِكَ مِن رَّسُولٍ إِلَّا نُوحِيٓ إِلَيۡهِ أَنَّهُۥ لَآ إِلَٰهَ إِلَّآ أَنَا۠ فَٱعۡبُدُونِ25﴾

(Səndən əvvəl elə bir elçi göndər­məmişik ki, ona: “Mən­dən baş­qa heç bir məbud yox­dur, Mənə ibadət edin!”– deyə vəhy et­mə­yək). [Ənbiya: 25].

İzzət və Cəlal sahibi olan Allah buyurur:

﴿الر كِتَابٌ أُحْكِمَتْ آيَاتُهُ ثُمَّ فُصِّلَتْ مِنْ لَدُنْ حَكِيمٍ خَبِيرٍ1 أَلَّا تَعْبُدُوا إِلَّا اللَّهَ إِنَّنِي لَكُمْ مِنْهُ نَذِيرٌ وَبَشِيرٌ2﴾

(Əlif. Ləm. Ra. (Bu,) Hikmət sahibi, (hər şeydən) Xəbərdar (olan Allah) tərəfindən, ayələri mükəmməlləşdirilmiş, sonra da müfəssəl izah edilmiş bir Kitabdır).

(Allahdan başqasına ibadət etməyəsiniz. Həqiqətən, mən sizi Allah tərəfindən xəbərdar edən və müjdələyənəm). [Hud: 1, 2].

Bu ibadətin həqiqi mahiyyəti: Uca Allahı dua, qorxu, ümid, namaz, oruc, qurban kəsmək, nəzir etmək və ibadətin digər bütün növlərində Onu təkləşdirmək və ibadəti yalnız Ona yönəltməkdir. Bütün bunlar Uca Allaha qarşı müti, Onun mükafatına ümid edərək, əzabından qorxaraq, Onu kamil şəkildə sevərək və əzəməti qarşısında tam itaət və təslimiyyətlə yerinə yetirilməlidir.

Kim Qurani-Kərimi diqqətlə düşünərsə, onun böyük bir qisminin bu uca əsasa — yəni tövhidə — aid olaraq nazil olduğunu görər. Uca Allah buyurur:

﴿إِنَّآ أَنزَلۡنَآ إِلَيۡكَ ٱلۡكِتَٰبَ بِٱلۡحَقِّ فَاعْبُدِ اللَّهَ مُخْلِصًا لَهُ الدِّينَ 2 أَلَا لِلَّهِ الدِّينُ الْخَالِصُ وَٱلَّذِينَ ٱتَّخَذُواْ مِن دُونِهِۦٓ أَوۡلِيَآءَ مَا نَعۡبُدُهُمۡ إِلَّا لِيُقَرِّبُونَآ إِلَى ٱللَّهِ زُلۡفَىٰٓ إِنَّ ٱللَّهَ يَحۡكُمُ بَيۡنَهُمۡ فِي مَا هُمۡ فِيهِ يَخۡتَلِفُونَۗ إِنَّ ٱللَّهَ لَا يَهۡدِي مَنۡ هُوَ كَٰذِبٞ كَفَّارٞ3﴾

(Biz Kitabı sənə haqq olaraq nazil etdik. Odur ki, sən də, dini yalnız Allaha aid edərək ancaq Ona ibadət et!.

Bilin ki, xalis din yalnız Allaha məxsusdur. Allahı qoyub başqalarını özlərinə dost (övliya) tutanlar: “Biz, onlara ancaq bizi Allaha daha çox yaxınlaşdırsınlar deyə ibadət edirik”– (deyirlər). Şübhəsiz ki, Allah ixtilaf etdikləri məsələlər barədə onların arasında hökm verəcəkdir. Həqiqətən Allah, yalançı və kafir olan kimsəni doğru yola yönəltməz). [Zümər: 2, 3].

Allah -Sübhənəhu va Təala- buyurur:

﴿وَقَضَىٰ رَبُّكَ أَلَّا تَعۡبُدُوٓاْ إِلَّآ إِيَّاهُ...﴾

(Rəbbin yalnız Ona ibadət etməyi əmr etmişdir). [İsra : 23].

İzzət və Cəlal sahibi olan Allah buyurur:

﴿فَٱدۡعُواْ ٱللَّهَ مُخۡلِصِينَ لَهُ ٱلدِّينَ وَلَوۡ كَرِهَ ٱلۡكَٰفِرُونَ14﴾

(Kafirlərin xoşuna gəlməsə də, dini məhz Allaha aid edərək Ona (ixlasla) dua edin!). [Ğafir: 60].

Eləcə də, kim sünnəni diqqətlə düşünərsə, bu böyük əsasa verilən əhəmiyyəti görər. Bu barədə: Səhih Buxari və Səhih Müslimdə Muaz bin Cəbəl (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (sallallahu əleyhi va səlləm) belə buyurmuşdur:

«حَقُّ اللهِ عَلَى العِبَادِ أَن يَعْبُدُوهُ وَلَا يُشْرِكُوا بِهِ شَيْئًا».

"Allahın bəndələrin üzərində olan haqqı budur ki, tək Ona ibadət etsinlər və Ona heç bir şeyi şərik qoşmasınlar"2.

Allaha iman dedikdə, Allahın qullarına vacib etdiyi və onlara fərz buyurduğu, İslamın açıq-aydın beş əsasına iman etmək də daxildir.

İslamın beş əsası isə belədir: Allahdan başqa (ibadətə haqqı olan) məbudun olmadığına və Muhəmmədin (sallallahu aleyhi va səlləm) Allahın elçisi olduğuna şahidlik etmək, namaz qılmaq, zəkat vermək, Ramazan orucunu tutmaq və imkanı olan kimsənin Allahın Haram (Kəbə) Evini həcc etmək. Həmçinin pak şəriətin buyurduğu digər fərz ibadətlər də buna daxildir.

Bu rükunların (İslamın əsaslarının) ən əzəmətlisi və ən əhəmiyyətlisi: "Allahdan başqa ibadətə layiq haqq ilahın olmadığına və Muhammədin Allahın Rəsulu" olduğuna şəhadət verməkdir. Bu şəhadət, ibadətin yalnız Allaha ixlasla edilməsini və Ondan qeyrisinə yönəldilməsinin inkar edilməsini tələb edir. Məhz elə bu da: "Lə iləhə illəllah" kəliməsinin mənasıdır. Alimlərin (Allah onlara rəhmət etsin) söylədikləri kimi, bu kəlimənin mənası belədir: "Allahdan qeyri ibadətə layiq olan haqq məbud yoxdur". Buna əsasən, Alladan başqa – istər insan, mələk, cin yaxud hər hansı bir məxluq olsun – ona edilən ibadət batil ibadətdir. Haqq olaraq ibadətə layiq olan yalnız Allahdır, Onun heç bir şəriki yoxdur. Uca Allah belə buyurur:

﴿ذَٰلِكَ بِأَنَّ ٱللَّهَ هُوَ ٱلۡحَقُّ وَأَنَّ مَا يَدۡعُونَ مِن دُونِهِۦ هُوَ ٱلۡبَٰطِلُ...﴾

(Bu belədir. Çünki Allah Haqdır. (müşriklərin) Ondan başqa dua etdikləri isə batildir. Həqiqətən, Allah Ucadır, Böyükdür). [Həcc: 62].

Əvvəldə izah edildi ki, Uca Allah insanları və cinləri yalnız bu əsaslı məqsəd üçün yaratmış, onlara bunu əmr etmiş, bu məqsədlə peyğəmbərlər göndərmiş və kitablar nazil etmişdir. Buna görə də hər bir insan, müsəlmanların əksər bir hissəsinin bu əsas həqiqətdən nə qədər uzaq düşdüyünü (cəhalətdə olduqlarını), Allahla yanaşı başqalarına da ibadət etdiklərini və yalnız Allaha məxsus olan xalis haqqı başqalarına sərf etdiklərini anlaya bilmək üçün - bu məsələ üzərində dərindən düşünməli və çoxlu təfəkkür etməlidir. Allahdan kömək diləyirik.

Uca Allaha olan imanın bir hissəsi də, insanın: Uca Allahın bu aləmin xaliqi, onların işlərini yoluna qoyanı, onları Öz elmi və qüdrəti ilə istədiyi kimi idarə edəni, Onun, dünya və axirətin sahibi və həmçinin bütün aləmlərin Rəbbi olduğuna, Ondan başqa heç bir xaliqin və Ondan başqa bir Rəbbin olmadığına iman etməsidir. Eyni ilə Uca Allahın qulları islah etməsi və onları həm dünyada, həm də axirətdə nicat və xeyir yoluna dəvət etməsi üçün peyğəmbərlər göndərmisinə və kitablar nazil etməsinə inanmasıdır. Həmçinin, Uca Allahın bütün bu işlərdə tək olduğuna və Onun heç bir şəriki olmadığına iman etməsidir. Uca Allah belə buyurur:

﴿ٱللَّهُ خَٰلِقُ كُلِّ شَيۡءٖۖ وَهُوَ عَلَىٰ كُلِّ شَيۡءٖ وَكِيلٞ 62﴾

(Allah hər şeyin xaliqidir. O, hər şeyi qoruyandır). [Zümər: 62].

Uca Allah buyurur:

﴿إِنَّ رَبَّكُمُ ٱللَّهُ ٱلَّذِي خَلَقَ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضَ فِي سِتَّةِ أَيَّامٖ ثُمَّ ٱسۡتَوَىٰ عَلَى ٱلۡعَرۡشِۖ يُغۡشِي ٱلَّيۡلَ ٱلنَّهَارَ يَطۡلُبُهُۥ حَثِيثٗا وَٱلشَّمۡسَ وَٱلۡقَمَرَ وَٱلنُّجُومَ مُسَخَّرَٰتِۭ بِأَمۡرِهِۦٓۗ أَلَا لَهُ ٱلۡخَلۡقُ وَٱلۡأَمۡرُۗ تَبَارَكَ ٱللَّهُ رَبُّ ٱلۡعَٰلَمِينَ54﴾

(Doğrudan da, Rəbbiniz göyləri və yeri altı gündə yaradan, sonra da Ərşin üzərinə ucalan Allahdır. O, gündüzü sürətlə təqib edən gecə ilə örtüb bürüyür. Günəşi, ayı və ulduzları Öz əmrinə tabe edən də Odur. Şübhəsiz ki, yaratmaq da, əmr etmək də Ona məxsusdur. Aləmlərin Rəbbi Allah (ən əzəmətli), xeyiri və bərəkəti bol olandır).

[Əraf: 54].

Uca Allaha iman etməyin növlərindən biri də: Uca Allahın Müqəddəs Kitabında və etibarlı Rəsulunun sünnəsində sabit olan - Onun gözəl adlarına və ali sifətlərinə Ona layiq olan şəkildə, heç bir təhrif, inkar, keyfiyyət vermə və oxşatmadan iman etməkdir.

﴿...لَيۡسَ كَمِثۡلِهِۦ شَيۡءٞۖ وَهُوَ ٱلسَّمِيعُ ٱلۡبَصِيرُ﴾

(Onun heç bir bənzəri yoxdur. O, Eşidəndir, Görəndir). [Şura: 11].

Uca Allahın ad və sifətləri varid olduğu kimi, keyfiyyəti barədə sorğu-sual etmədən qəbul edilməlidir. Eyni zamanda, Uca Allahın vəsfləri olan bu sifətlərin ehtiva etdiyi böyük mənalara iman etmək vacibdir. Həmçinin, Uca Allahı bu sifətlərlə Ona yaraşan şəkildə və Onun sifətlərinin heç birini məxluqatın sifətlərinə bənzətmədən vəsf etmək vacibdir. Uca Allah belə buyurur: İzzət və Cəlal sahibi olan Allah buyurur:

﴿فَلَا تَضۡرِبُواْ لِلَّهِ ٱلۡأَمۡثَالَۚ إِنَّ ٱللَّهَ يَعۡلَمُ وَأَنتُمۡ لَا تَعۡلَمُونَ74﴾

(Heç kəsi Allaha oxşatmayın. Həqiqətən, Allah bilir, siz isə bilmirsiniz). [Nəhl: 97].

Bu, Allahın adları və sifətləri mövzusunda Peyğəmbərin (səlləllahu əleyhi va səlləm) səhabələri və onların ardınca gedənlər tərəfindən qəbul edilən Əhli-Sünnə val-Camaatın inancıdır. Bu əqidəni, İmam Əbu-l-Həsən əl-Əşari (Allah ona rəhmət etsin) "Məqalət" kitabında Hədis Əhlindən və Əhli-Sünnədən nəql etmiş və digər alimlər və iman sahibləri də bu əqidəni başqalarından nəql etmişlər.

Əuzai (Allah ona rəhmət etsin) belə demişdir: Zuhri və Məkhuldan sifət ayələri haqqında soruşulduqda: "Onları varid olduğu kimi qəbul edin" – deyə cavab vermişdilər3.

Əuzai (Allah ona rəhmət etsin) həmçinin belə demişdir: "Biz və tabeinlər çox sayda olduğumuz zaman: "Allah Subhənəhu Ərşinin üzərindədir və biz, Sünnədə gələn sifətlərə (Allahın sifətlərinə) iman edirik" – deyirdik4.

Valid bin Muslim (Allah ona rəhmət etsin) belə demişdir: (Malik, Əuzai, Leys bin Səad və Sufyan əs-Sövri (Allah onlara rəhmət etsin) Allahın sifətlər haqqında gələn xəbərlər barədə soruşulduqda, onların hamısı: "Onları, keyfiyyət barədə soruşmadan olduğu kimi qəbul edin" – deyə cavab vermişlər)5.

Malikin şeyxi olan Rabiah bin Əbi Abdurrahman (Allah onların hər ikisinə rəhmət etsin) "İstiva" barəsində soruşulduqda belə demişdir: "İstiva qeyri məchuldur, keyfiyyəti (surəti və həqiqi mahiyyəti) isə qeyri məquldur. Allahdan risalətdir, Rəsulun üzərinə düşən isə açıq-aşkar çatdırmaqdır. Bizə isə vacib olan, təsdiq etməkdir"6. İmam Malik (Allah ona rəhmət etsin) bu barədə soruşulduqda belə dedimişdir: "İstiva məlumdur, keyfiyyət məchuldur. Ona iman etmək vacibdir və bu barədə soruşmaq bidətdir". Sonra o, sual verən şəxsə: "Sənin pis bir insan olduğunu görürəm!" – dedi. Sonra əmr etdi, və onu çixartdılar7. Bu mənada eyni sözlər, möminlərin anası Ummu Sələmədən də (Allah ondan razı olsun) rəvayət olunmuşdur.8

İmam Əbu Abdurrahman bin əl-Mubarak (Allah ona rəhmət etsin) belə demişdir: "Biz Rəbbimizi, Onun səmaların üzərində, ərşin üstündə və məxluqatından ayrı olması ilə ilə tanıyırıq"9.

Bu mövzuda alimlərin sözləri olduqca çoxdur və bu mühazirədə onların hamısını nəql etmək mümkün deyil. Kim bu mövzuda daha çox məlumat əldə etmək istəyirsə, o, Sünnə alimlərinin bu barədə yazdıqlarına müraciət etsin. Məsələn: İmam Əhmədin oğlu Abdullahın "əs-Sünnə" kitabına, böyük İmam Muhamməd bin Xüzeymənin "ət-Tovhid" kitabına, Əbu Qasim əl-Lələkai ət-Tabarinin "əs-Sünnə" kitabına, Əbu Bəkir bin Əbi Asimin "əs-Sünna" kitabına və Şeyxul-İslam bin Teymiyyənin Həməh camaatına yazdığı cavabına ("əl-Həməviyyə" adlı risaləsinə) qayıtsın. Bu cavab, böyük və çox faydalı bir cavabdır. O, (Allah ona rəhmət etsin) orada Əhli Sünnə əqidəsini aydınlaşdırmış, onların bir çox sözlərini zikr etmiş və həmçinin Əhli Sünnənin söylədiklərinin səhihliyini və rəqiblərinin iddialarının isə batilliyini sübut edən şəri və ağıl əsaslı dəlilləri gətirmişdir.

Həmçinin, onun "Tədməriyyə" adlı əsəri də buna oxşardır. Burada İbn Teymiyyə mövzunu geniş şəkildə açıqlamış, Əhli Sünnənin etiqadını həm nəqli (şəri), həm də əqli dəlilləri ilə izah etmiş və müxaliflərin fikirlərinə cavab verərək həqiqəti ortaya qoymuş və bununla batili, haqqı axtaran və səmimi niyyətlə bu məsələyə yanaşan hər bir elm adamının nəzərində ifşa etmişdir. Xülasə olaraq: Əhli Sünnə val-Camaatın adlar və sifətlər mövzusundakı etiqadı belədir: Onlar, Uca Allahın Kitabında Özünə və ya Peyğəmbəri Muhammədin (sallallahu əleyhi va səlləm) Sünnəsində Onun üçün isbat etdiyi sifətləri, heç bir bənzətmə olmadan, Uca Allahı məxluqatına oxşatmadan və Onun ad və sifətlərini inkar etmədən, Uca Allaha layiq bir şəkildə isbat edirlər. Beləliklə, onlar bu məsələdə naqislik və ziddiyyətə düşməkdən salamat qalıblar. Beləliklə onlar, Allahın müvəffəqiyyət ilə bütün dəlillərlə əməl etmiş oldular. Çünki Uca Allahın sünnətindən biri də budur: Kim Allahın peyğəmbərləri vasitəsilə göndərdiyi haqq yola möhkəm sarılar, bu yolda əlindən gələni edər və onu ixlasla, yalnız Allah rizası üçün axtararsa, Allah onu haqqa müvəffəq edər və dəlilini açıq şəkildə ortaya qoyar. Uca Allah belə buyurur:

﴿بَلۡ نَقۡذِفُ بِٱلۡحَقِّ عَلَى ٱلۡبَٰطِلِ فَيَدۡمَغُهُۥ فَإِذَا هُوَ زَاهِقٞ...﴾

(Xeyr, Biz haqqı batilin üstünə atarıq və o da onu yox edər. Bir anda (batilin) yox olub getdiyini görərsiniz. (Allaha) aid etdiyiniz sifətlərə görə vay halınıza!). [Ənbiyə: 22].

Uca Allah buyurur:

﴿وَلَا يَأۡتُونَكَ بِمَثَلٍ إِلَّا جِئۡنَٰكَ بِٱلۡحَقِّ وَأَحۡسَنَ تَفۡسِيرًا33﴾

(Onlar sənə elə bir məsəl çəkməzlər ki, (ona cavab olaraq) Biz sənə haqqı və ən yaxşı yozumu verməyək). [Furqan: 48].

Əhli-Sünnənin adlar və sifətlər mövzusundakı etiqadına müxalif olan kəs, mütləq şəkildə həm nəqli (şəri) dəlillərə, həm də əqli (ağla əsaslanan) dəlillərə qarşı çıxacaq və istər təsdiq etdiyi, istərsə də inkar etdiyi məsələlərdə açıq-aşkar ziddiyyətə yol verəcəkdir. Hafiz İbn Kəsir (Allah ona rəhmət etsin) məşhur təfsirində bu mövzu ilə bağlı gözəl bir söz qeyd etmişdir. O bunu, Uca Allahın aşağıdakı kəlamını təfsir edərkən söyləmişdir:

﴿إِنَّ رَبَّكُمُ ٱللَّهُ ٱلَّذِي خَلَقَ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضَ فِي سِتَّةِ أَيَّامٖ ثُمَّ ٱسۡتَوَىٰ عَلَى ٱلۡعَرۡشِ...﴾

(Doğrudan da, Rəbbiniz göyləri və yeri altı gündə yaradan, sonra da Ərşin üzərinə ucalan Allahdır). [Əraf: 54].

Həmin sözün burada nəql edilməsi, faydasının böyük olmasına görə çox münasib və yerində düşər. O, (Allah ona rəhmət etsin) belə demişdir:

"Bu mövzuda insanların çoxsaylı fərqli fikirləri vardır, lakin burası onların geniş şəkildə izah etmək yer deyildir. Biz bu məsələdə saleh sələflərin – Məlik, Əvzai, Sövri, Leys bin Səad, Şafii, Əhməd bin Hənbəl, İshaq bin Rahaveh və keçmişdən bu günə qədər olan digər müsəlman imamlarının – yolunu tuturuq. Onların mövqeyi odur ki, Uca Allahın ad və sifətləri, heç bir keyfiyyət təyin etmədən, bənzətmədən və sifətlərini inkar etmədən, şəriətdə necə nəql olunubsa, eləcə qəbul edilir. Mücəssimələrin (bənzətmə edənlərin) zehninə gələn zahiri mənalar isə Allahdan uzaq tutulur. Çünki Uca Allah, yaratdıqlarından heç bir şeyə bənzəməz.

﴿...لَيۡسَ كَمِثۡلِهِۦ شَيۡءٞۖ وَهُوَ ٱلسَّمِيعُ ٱلۡبَصِيرُ﴾

(Onun heç bir bənzəri yoxdur. O, Eşidəndir, Görəndir). [Şura: 11]. Həqiqət, iş məhz alimlərin buyurduğu kimidir. Onlardan biri İmam Buxarinin şeyxi olan Nueyim bin Həmməd əl-Xuzai belə demişdir: “Kim Allahı məxluqatına bənzədərsə, kafir olar. Kim də Allahın Özünü vəsf etdiyi sifətlərdən birini inkar edərsə, o da kafir olar”10. Allahın Özünü və Rəsulunun Allahı vəsf etdiyi sifətlərdə heç bir bənzətmə (təşbih) yoxdur. Kim Uca Allahın açıq-aşkar ayələrdə və Səhih hədislərdə varid olan sifətləri Uca Allahın Cəlalına layiq şəkildə isbat edər və Onu hər cür qüsur və eyiblərdən uzaq tutarsa, doğru yola yönəlmiş olar11. İbn Kəsirin (Allah ona rəhmət etsin) sözləri burada tamamlanır.

Uca Allaha iman mövzusuna həmçinin imanın söz və əməl olmaqla itaətlə artıb, günahla azalmasını etiqad etmək də daxildir. Həmçinin, böyük günahlar işləyən heç bir müsəlmanı — zina və oğurluq etmək, riba yemək, içki içmək, valideynə asi olmaq və buna bənzər, şirk və küfrdən aşağı olan günahları halal saymadığı müddətcə — kafir hesab etmək olmaz. Çünki Uca Allah belə buyurmuşdur:

﴿إِنَّ ٱللَّهَ لَا يَغۡفِرُ أَن يُشۡرَكَ بِهِۦ وَيَغۡفِرُ مَا دُونَ ذَٰلِكَ لِمَن يَشَآءُ...﴾

(Şübhəsiz ki, Allah Özünə şərik qoşulmasını əsla bağışlamaz, (amma) bundan başqa olan günahları isə istədiyi şəxsə bağışlayar. Allaha şərik qoşan şəxs böyük bir günah edərək iftira atmış olur). [Nisa: 48]. Bu mövzuda Peyğəmbərdən (sallallahu aleyhi va səlləm) mütəvatir hədislərlə sabit olmuşdur. Onlardan biri də Peyğəmbərn (sallallahu aleyhi va səlləm) bu sözüdür:

«إِنَّ اللهَ يُخْرِجُ مِنَ النَّارِ مَنْ كَانَ فِي قَلْبِهِ مِثْقَالُ حَبَّةٍ مِنْ خَرْدَلٍ مِنْ إِيْمَانٍ».

“Allah, qəlbində xardal dənəsi qədər iman olan kəsi Cəhənnəmdən çıxaracaqdır”12.

İkinci əsas: Mələklərə iman etmək.

Bu əsas iki məqamı əhatə edir. Onlar aşağıdakılardır: Birinci məsələ: Mələklərə ümumi şəkildə iman gətirməkdir. Bu isə, Uca Allahın Özünə itaəti üçün yaratdığı və Qurani-Kərimdə aşağıdakı xüsusiyyətlərlə vəsf etdiyi mələklərin mövcudluğuna inanmaqla olur:

﴿وَقَالُواْ ٱتَّخَذَ ٱلرَّحۡمَٰنُ وَلَدٗاۗ سُبۡحَٰنَهُۥۚ بَلۡ عِبَادٞ مُّكۡرَمُونَ 26 لَا يَسۡبِقُونَهُۥ بِٱلۡقَوۡلِ وَهُم بِأَمۡرِهِۦ يَعۡمَلُونَ27 يَعۡلَمُ مَا بَيۡنَ أَيۡدِيهِمۡ وَمَا خَلۡفَهُمۡ وَلَا يَشۡفَعُونَ إِلَّا لِمَنِ ٱرۡتَضَىٰ وَهُم مِّنۡ خَشۡيَتِهِۦ مُشۡفِقُونَ28﴾

(Kafirlər:) “Rəhman (Özünə) övlad götürdü!”– dedilər. O, pakdır, müqəddəsdir! Əksinə, (o mələklər) möhtərəm qullardır.

(Mələklər) Ondan qabaq danışmazlar, onlar ancaq Onun əmrini yerinə yetirərlər.

(Allah) onların keçmişini və gələcəyini bilir. Onlar yalnız Onun razı qaldığı şəxslərdən ötrü şəfaət diləyir və Onun qorxusundan tir-tir əsirlər. [Ənbiyə: 26-28].

Onlar (mələklər) çoxsaylı növlərə bölünürlər. Onlardan bəziləri Ərşi daşımaqla vəzifələndirilmişdir, bəziləri Cənnət və Cəhənnəmin gözətçiləridir, digərləri isə bəndələrin əməllərini qorumaqla (yazmaqla) məsuldurlar. İkinci məsələ: Mələklərə təfsilatlı şəkildə iman gətirməkdir. Bu isə, Allahın və Rəsulunun adını çəkdiyi mələklərə ayrıca şəkildə inanmaqla olur. Məsələn: Vəhyin gətirilməsi ilə vəzifələndirilmiş Cəbrail, yağışı idarə etməklə təyin olunmuş Mikail, Cəhənnəmin gözətçisi olan Malik və sura üfürmək ilə vəzifələndirilmiş İsrafil. Bu mələklərin adı səhih hədislərdə də zikr olunmuşdur. O hədislərdən biri də “Səhih Müslim” kitabında Aişəin (Allah ondan razı olsun) rəvayət etdiyi hədisdir. Bu hədisdə Peyğəmbər (sallallahu aleyhi va səlləm) belə buyurmuşdur:

«خُلِقَتِ الـمَلَائِكَةُ مِن نُورٍ، وَخُلِقَ الجَانُّ مِنْ مَارِجٍ مِنْ نَارٍ، وَخُلِقَ آدَمُ مِمَّا وُصِفَ لَكُم».

“Mələklər nurdan yaradılmışdır, cinlər tüstüsüz təmiz alovlu oddan, Adəm isə sizə vəsf ediləndən (torpaqdan) yaradılmışdır”13. Hədisi Müslim öz "Səhih" kitabında rəvayət etmişdir.

Üçüncü əsas: Kitablara iman etmək. Bu əsas da iki məqamı əhatə edir. Onlar aşağıdakılardır:

Birinci məsələ: Kitablara ümumi şəkildə iman gətirməkdir. Bu isə, Allahın Öz haqqını açıqlamaq və insanları Ona dəvət etmək üçün elçilərinə kitablar nazil etdiyinə inanmaqla olur. Uca Allah buyurur:

﴿لَقَدۡ أَرۡسَلۡنَا رُسُلَنَا بِٱلۡبَيِّنَٰتِ وَأَنزَلۡنَا مَعَهُمُ ٱلۡكِتَٰبَ وَٱلۡمِيزَانَ لِيَقُومَ ٱلنَّاسُ بِٱلۡقِسۡطِ...﴾

(Biz elçilərimizi aydın dəlillərlə göndərdik, onlarla birlikdə Kitab və tərəzi nazil etdik ki, insanlar ədalətli olsunlar). [Hədid: 4]. Uca Allah buyurur:

﴿كَانَ ٱلنَّاسُ أُمَّةٗ وَٰحِدَةٗ فَبَعَثَ ٱللَّهُ ٱلنَّبِيِّـۧنَ مُبَشِّرِينَ وَمُنذِرِينَ وَأَنزَلَ مَعَهُمُ ٱلۡكِتَٰبَ بِٱلۡحَقِّ لِيَحۡكُمَ بَيۡنَ ٱلنَّاسِ فِيمَا ٱخۡتَلَفُواْ فِيهِ...﴾

(İnsanlar tək bir ümmət idi. Allah (onlara) müjdə verən və (əzabla) qorxudan peyğəmbərlər göndərdi, onlarla birlikdə haqq olan kitab nazil etdi ki, insanların ixtilafa düşdükləri şeylərə dair onların arasında hökm versin). [Bəqərə: 213].

İkinci məsələ: Kitablara təfsilatlı şəkildə iman gətirməkdir. Bu, Uca Allahın: Tövrat, İncil, Zəbur və Quran kimi adını çəkdiyi kitablara inanmaqla olur. Biz Quranın, bu səmavi kitabların ən əfzəli, sonuncusu, onlara nəzarət edən, onları təsdiq edən və onlara hakim olan bir kitab olduğuna iman edirik. Həmçinin biz Quranın, Rəsulullahın (sallallahu aleyhi va səlləm) səhih sünnəsi ilə birlikdə, bütün ümmətin tabe olması və onunla hökm verməsi vacib olan bir kitab olduğuna da iman edirik. Çünki Uca Allah peyğəmbəri olan Muhammədi (sallallahu aleyhi va səlləm) bütün insanlar və cinlər üçün göndərmiş və ona bu Quranı nazil etmişdir ki, onunla insanlar arasında hökm versin. Uca Allah Quranı həm də qəlblərdəki xəstəliklərə şəfa, hər şeyin izahı, iman edənlər üçün isə hidayət və rəhmət etmişdir. Uca Allah buyurur:

﴿وَهَٰذَا كِتَٰبٌ أَنزَلۡنَٰهُ مُبَارَكٞ فَٱتَّبِعُوهُ وَٱتَّقُواْ لَعَلَّكُمۡ تُرۡحَمُونَ155﴾

(Bu, Bizim nazil etdiyimiz (Quran) mübarək bir Kitabdır. Ona tabe olun və Allahdan qorxun ki, bəlkə sizə rəhm oluna!­). [Ənam: 155]. Pak və Uca olan Allah buyurur:

﴿...وَنَزَّلۡنَا عَلَيۡكَ ٱلۡكِتَٰبَ تِبۡيَٰنٗا لِّكُلِّ شَيۡءٖ وَهُدٗى وَرَحۡمَةٗ وَبُشۡرَىٰ لِلۡمُسۡلِمِينَ﴾

(Biz Kitabı sənə hər şeyi izah edən, müsəlmanlara da doğru yol göstərən, mərhəmət və müjdə olaraq nazil etdik). [Nəhl: 89]. Uca Allah buyurur:

﴿قُلۡ يَٰٓأَيُّهَا ٱلنَّاسُ إِنِّي رَسُولُ ٱللَّهِ إِلَيۡكُمۡ جَمِيعًا ٱلَّذِي لَهُۥ مُلۡكُ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِۖ لَآ إِلَٰهَ إِلَّا هُوَ يُحۡيِۦ وَيُمِيتُۖ فَـَٔامِنُواْ بِٱللَّهِ وَرَسُولِهِ ٱلنَّبِيِّ ٱلۡأُمِّيِّ ٱلَّذِي يُؤۡمِنُ بِٱللَّهِ وَكَلِمَٰتِهِۦ وَٱتَّبِعُوهُ لَعَلَّكُمۡ تَهۡتَدُونَ158﴾

(De: “Ey insanlar! Şübhəsiz ki, mən sizin hamınıza göndərilmiş Allahın elçisiyəm. Göylərin və yerin hökmranlığı Ona məxsusdur, Ondan başqa (ibadətə layiq olan) məbud yoxdur. O həm dirildir, həm də öldürür. Elə isə Allaha və Onun ummi (yazıb-oxumaq bilməyən) Elçisinə, həm də Allaha və Onun kəlmələrinə inanan peyğəmbərə iman gətirin. Onun ardınca gedin ki, bəlkə doğru yola yönələsiniz”). [Əraf: 158]. Bu mənada bir çox ayələr mövcuddur.

Dördüncü əsas: Rəsullara iman etmək.

Bu əsasda həmçinin özündə iki məqamı əhatə edir. Onlar isə aşağıdakılardır: Birinci məsələ: Rəsullara ümumi şəkildə iman gətirməkdir. Bu, Uca Allahın Öz qullarına, onların arasından, müjdə verənlər, qorxudanlar və haqq yola dəvət edənlər olaraq rəsullar göndərməsinə inanmaqla olur. Kim onların çağırışına cavab verərsə, əbədi xoşbəxtliyə, səadətə nail olar. Kim onlara qarşı çıxsa, ziyana uğrayar və peşman olar. Onların sonuncusu və ən fəzilətlisi isə bizim Peyğəmbərimiz Muhamməd bin Abdullahdır (sallallahu aleyhi va səlləm). Uca Allah belə buyurur:

﴿وَلَقَدۡ بَعَثۡنَا فِي كُلِّ أُمَّةٖ رَّسُولًا أَنِ ٱعۡبُدُواْ ٱللَّهَ وَٱجۡتَنِبُواْ ٱلطَّٰغُوتَ...﴾

(Biz hər ümmətə: “Allaha ibadət edin, tağutdan uzaq olun”– (deyə) elçi göndərdik). [Nəhl: 36]. Uca Allah buyurur:

﴿رُّسُلٗا مُّبَشِّرِينَ وَمُنذِرِينَ لِئَلَّا يَكُونَ لِلنَّاسِ عَلَى ٱللَّهِ حُجَّةُۢ بَعۡدَ ٱلرُّسُلِ...﴾

(Biz müjdə verən və qorxudan elçilər göndərdik ki, insanların elçilərdən sonra Allaha qarşı bir bəhanəsi olmasın. Allah qüdrətlidir, hikmət sahibidir). [Nisa: 165]. Uca Allah buyurur:

﴿مَّا كَانَ مُحَمَّدٌ أَبَآ أَحَدٖ مِّن رِّجَالِكُمۡ وَلَٰكِن رَّسُولَ ٱللَّهِ وَخَاتَمَ ٱلنَّبِيِّـۧنَ...﴾

(Muhamməd aranızdakı kişilərdən heç birinin atası deyildir. Lakin o, Allahın rəsulu və peyğəmbərlərin sonuncusudur. Allah hər şeyi biləndir). [Əhzab: 40].

İkinci məsələ: Rəsullara təfsilatlı şəkildə iman gətirməkdir. Bu, Uca Allahın adını çəkdiyi və ya Rəsulullahın (sallallahu aleyhi va səlləm) sünnəsində adı sabit olan – Nuh, Hud, Saleh, İbrahim və digər peyğəmbərlər kimi – elçilərə fərdi və xüsusi şəkildə inanmaqla olur (Allahın salatı və salamı onların, ailələrinin və onlara tabe olanların üzərinə olsun).

Beşinci əsas: Axirət gününə iman etmək.

Bu əsasda həmçinin özündə bir neçə məqamı əhatə edir.

Bu, Uca Allahın və Rəsulunun (sallallahu aleyhi va səlləm) ölümdən sonra baş verəcək hadisələr – qəbir imtahanı, qəbir əzabı və neməti, Qiyamət günü üzləşiləcək dəhşətlər, məşəqqətlər, sirat körpüsü, tərəzi, hesaba çəkilmə, əməllərin qarşılığının verilməsi və insanlara əməl dəftərlərinin təqdim olunması – barəsində verdiyi xəbərlərə iman etməkdir. Onlardan bəziləri əməl dəftərini sağ əli ilə, bəziləri isə sol əli ilə, bəziləri də arxa tərəfindən alacaqdır.

Bura həmçinin: Peyğəmbərimiz Muhammədin (sallallahu aleyhi va səlləm) vəd olunmuş hovuzuna iman etmək, Cənnətə və Cəhənnəmə iman gətirmək, möminlərin Rəbbini – Uca Allahı – görəcəklərinə, Uca Allahın onlarla danışacağına iman etmək, eləcə də Qurani-Kərimdə və Rəsulullahın (sallallahu aleyhi va səlləm) səhih sünnəsində varid olmuş digər bütün xəbərlərə iman gətirmək də daxildir. Qulun bu xəbərlərin hamısına iman etməsi və Uca Allahın və Rəsulunun (sallallahu aleyhi va səlləm) bildirdiyi şəkildə onları təsdiqləməsi vacibdir.

Altıncı əsas: Qədərə iman etmək.

Bu əsas özündə dörd məsələni əhatə edir. Bunlar aşağıdakılardır:

Birinci məsələ: Uca Allahın olmuş və olacaq hər bir şeyi əzəldən bildiyinə iman etməkdir. O, qullarının bütün hallarını, ruzilərini, əcəl və əməllərini və eləcə də onlara aid digər bütün işləri bilmişdir. Uca Allaha bunlardan heç biri gizli qalmaz. Uca Allah belə buyurur:

﴿...وَٱعۡلَمُوٓاْ أَنَّ ٱللَّهَ بِكُلِّ شَيۡءٍ عَلِيمٞ﴾

(Bilin ki, Allah hər şeyi bilir). [Bəqərə: 231]. İzzət və Cəlal sahibi olan Allah buyurur:

﴿...لِتَعۡلَمُوٓاْ أَنَّ ٱللَّهَ عَلَىٰ كُلِّ شَيۡءٖ قَدِيرٞ وَأَنَّ ٱللَّهَ قَدۡ أَحَاطَ بِكُلِّ شَيۡءٍ عِلۡمَۢا﴾

(Yeddi (qat) göyü və yeri də onun misli qədər (yeddi qat) yaradan Allahdır. Allahın hər şeyə qadir olduğunu, Allahın elminin hər şeyi əhatə etdiyini biləsiniz deyə, (Allahın) əmri onların arasında nazil olar). [Talaq: 12].

İkinci məsələ: Uca Allahın əzəldən bəri qəza və qədəri ilə bağlı olan hər şeyi yazdığına iman etməkdir. Uca Allah buyurur:

﴿قَدۡ عَلِمۡنَا مَا تَنقُصُ ٱلۡأَرۡضُ مِنۡهُمۡۖ وَعِندَنَا كِتَٰبٌ حَفِيظُۢ 4﴾

(Həqiqətən, Biz yerin onlardan nəyi əskiltdiyini (yerin onların cəsədlərini yeməsini) bilirik. Bizdə hər şeyi qoruyan bir Kitab (Lövhi-məhfuz) vardır). [Qaf: 4]. Uca Allah buyurur:

﴿...وَكُلَّ شَيۡءٍ أَحۡصَيۡنَٰهُ فِيٓ إِمَامٖ مُّبِينٖ﴾

(Biz hər şeyi açıq-aydın Kitabda (Lövhi-məhfuzda) qeydə almışıq). [Ya sin: 12]. Uca Allah buyurur:

﴿أَلَمۡ تَعۡلَمۡ أَنَّ ٱللَّهَ يَعۡلَمُ مَا فِي ٱلسَّمَآءِ وَٱلۡأَرۡضِۚ إِنَّ ذَٰلِكَ فِي كِتَٰبٍۚ إِنَّ ذَٰلِكَ عَلَى ٱللَّهِ يَسِيرٞ70﴾

(Məgər Allahın göydə və yerdə olan hər şeyi bildiyini bilmirsənmi? Həqiqətən, bu, Kitabda (Lövhi-məhfuzda) mövcuddur. Şübhəsiz ki, bu, Allah üçün asandır). [Həcc: 70].

Üçüncü məsələ: Uca Allahın keçərli iradəsinə və tam qüdrətinə, istədiyi şeyin oduğuna, istəmədiyi şeyin isə olmadığına iman etməkdir. Uca Allah buyurur:

﴿...إِنَّ ٱللَّهَ يَفۡعَلُ مَا يَشَآءُ﴾

(Həqiqətən, Allah istədiyini edər). [Həcc: 18]. İzzət və Cəlal sahibi olan Allah buyurur:

﴿إِنَّمَآ أَمۡرُهُۥٓ إِذَآ أَرَادَ شَيۡـًٔا أَن يَقُولَ لَهُۥ كُن فَيَكُونُ82﴾

(O, bir şeyi (yaratmaq) istədikdə ona: “Ol!” deyər, o da olar). [Ya sin: 82]. Pak və Uca olan Allah buyurur:

﴿وَمَا تَشَآءُونَ إِلَّآ أَن يَشَآءَ ٱللَّهُ رَبُّ ٱلۡعَٰلَمِينَ29﴾

(Aləmlərin Rəbbi olan Allah (doğru yolda olmağınızı) istəməyincə, siz istəyə bilməzsiniz!). [Təkvir: 29].

Dördüncü məsələ: Uca Allahın bütün mövcud varlıqları yaratdığına iman etməkdir. Ondan başqa yaradan yoxdur və Ondan başqa Rəbb də yoxdur. Uca Allah buyurur:

﴿ٱللَّهُ خَٰلِقُ كُلِّ شَيۡءٖۖ وَهُوَ عَلَىٰ كُلِّ شَيۡءٖ وَكِيلٞ62﴾

(Allah hər şeyin Xaliqi­dir. O, hər şeyi Qoruyandır). [Zümər: 62]. Uca Allah buyurur:

﴿يَٰٓأَيُّهَا ٱلنَّاسُ ٱذۡكُرُواْ نِعۡمَتَ ٱللَّهِ عَلَيۡكُمۡۚ هَلۡ مِنۡ خَٰلِقٍ غَيۡرُ ٱللَّهِ يَرۡزُقُكُم مِّنَ ٱلسَّمَآءِ وَٱلۡأَرۡضِۚ لَآ إِلَٰهَ إِلَّا هُوَۖ فَأَنَّىٰ تُؤۡفَكُونَ3﴾

(Ey insanlar! Allahın sizə verdiyi nemətini xatırlayın. Allahdan başqa sizə göydən və yerdən ruzi verən bir xaliq varmı?! Ondan başqa (ibadətə layiq olan) ilah yoxdur. Siz necə də (haqdan) döndərilirsiniz!). [Fatir: 3].

Beləliklə, qədərə iman bu dörd məsələnin hər birinə iman etməyi əhatə edir. Bu, Əhli Sünnə val-Camaatın etiqadıdır. Lakin bidət əhli bu məsələlərdən bəzilərini inkar etmişdir.

Əhli Sünnənin etiqad etdiyi səhih əqidədə mühüm məsələlərdən biri də Allah üçün sevmək və Allah üçün nifrət etmək, Allah naminə dostluq etmək və Allah naminə düşmənçilik etməkdir. Bu, "əl-Valə val-Bəra" əqidəsidir. Bu, Uca Allaha iman etməyin bir hissəsidir.

Mömin, digər möminləri sevir və onlarla dostluq edir, kafirləri isə sevmir və onlara qarşı düşmənçilik bəsləyir. Bu ümmətin möminlərinin başında isə – Əhli Sünnə val-Camaatın inancına görə – Rəsulullahın (sallallahu aleyhi va səlləm) səhabələri durur. Əhli Sünnə səhabələri sevir, onlarla dostluq edir və onların Peyğəmbərin (sallallahu aleyhi va səlləm) sözünə əsasən peyğəmbərlərdən sonra insanların ən xeyirlisi olduqlarına etiqad edirlər. Peyğəmbər (sallallahu aleyhi va səlləm) bu haqqda belə buyurmuşdur:

«خَيْرُ القُرُونِ قَرْنِي ثُمَّ الَّذِينَ يَلُونَهُمْ ثُمَّ الَّذِينَ يَلُونَهُم».

"Ən xeyirli əsr mənim əsrimdir, sonra onların ardınca gə­lən­lər, sonra da on­ların ardınca gələnlərdir"14. Hədisi Buxari və Müslim rəvayət etmişdir.

Onlar (Əhli Sünnə val-Camaat) səhabələrin ən fəzilətlisi Əbu Bəkr əs-Siddiqin, sonra Ömər əl-Fəruqun, sonra Osman Zinnureynin, sonra da Əli əl-Murtədanın (Allah onların hamısından razı olsun), sonra Cənnətlə müjdələnmiş on səhabənin, daha sonra isə qalan digər səhabələrin (Allah onlardan razı olsun) olduğuna etiqad edirlər. Onlar, səhabələr arasında baş verən ixtilaflara toxunmurlar (susurlar) və onlar həmin məsələlərdə ictihad etdiklərini, haqqa isabət edənin iki savab qazandığını, səhv edənin isə bir savab qazandığını etiqad edirlər.

Onlar (Əhli Sünnə val-Camaat) Peyğəmbərə (sallallahu aleyhi va səlləm) iman gətirmiş Peyğəmbər (sallallahu aleyhi va səlləm) Əhli-Beytini sevir və onları özlərinə dost bilirlər. Həmçinin möminlərin anaları olan Peyğəmbərin (sallallahu aleyhi va səlləm) zövcələrinin də hörmətini çox istəyir və onlardan razı olduqlarını bildirərlər. Onlar (Əhli Sünnə val-Cəmaat) Peyğəmbərin (sallallahu aleyhi va səlləm) səhabələrinə nifrət edən, onları təhqir edən və Əhli-Beytə aşırı ehtiram göstərərək onları Allahın müəyyən etdiyi məqamdan yüksək tutan rafizilərin yolundan uzaq dururlar. Eyni zamanda onlar, Əhli-Beytə söz və əməllə əziyyət verən nasibilərin yolundan uzaq dururlar.

Qeyd etdiyimiz bütün bu məsələlər, Uca Allahın Rəsulu Muhammədin (sallallahu aleyhi va səlləm) vasitəsilə göndərdiyi səhih əqidəyə daxildir. Bu, etiqad edilməsi, ona möhkəm bağlanılması, üzərində sabit qalınması və ona zidd olan hər bir şeydən çəkinilməsi vacib olan əqidədir. Bu, Peyğəmbərin (sallallahu aleyhi va səlləm) haqqında buyurduğu: "əl-Firqatun-Nəciə" - yəni: Nicat tapan firqə olaraq adlandırdığı Əhli Sünnə val-Cəmaatın əqidəsidir. Peyğəmbər (sallallahu aleyhi va səlləm) belə buyurmuşdur:

«لَا تَـزَالُ طَائِفَةٌ مِنْ أُمَّتِي ‌ظَاهِرِينَ ‌عَلَى ‌الحَقِّ، لَا يَضُرُّهُمْ مَنْ خَذَلَهُمْ، حَتَّى يَأْتِيَ أَمْرُ اللهِ وَهُمْ كَذَلِكَ».

"Ümmətimdən, Allahın dini üzərində sabit qalan bir dəstə olacaq. Onları rəzil etmək istəyənlər onlara heç bir zərər verə bilməyəcək. Allahın əmri gələnədək onlar bu hal üzərində qalacaqlar"15. Başqa rəvayətdə demişdir:

«لَا تَزَالُ طَائِفَةٌ مِنْ أُمَّتِي عَلَى الحَقِّ مَنْصُورَةٌ».

"Ümmətimdən, haqq üzərində sabit qalan (Allah tərəfindən) yardım olunan bir dəstə olacaqdır"16. Peyğəmbər (sallallahu aleyhi va səlləm) başqa bir hədisdə belə buyurmuşdur:

«افْتَرَقَتِ اليَهُودُ عَلَى إِحْدَى وَسَبْعِينَ فِرْقَةً، وَافْتَرَقَتِ النَّصَارَى عَلَى اثْنَتَيْنِ وَسَبْعِينَ فِرْقَةً، وَسَتَفْتَرِقُ هَذِهِ الأُمَّةُ عَلَى ثَلَاثِ وَسَبْعِينَ فِرْقَةً كُلُّهَا فِي النَّارِ إِلَّا وَاحِدَةً فَقَالَ الصَّحَابَةُ: مَنْ هِيَ يَا رَسُولَ اللهِ؟ قَالَ: مَنْ كَانَ عَلَى مِثْلِ مَا أَنَا عَلَيْهِ وَأَصْحَابِي».

"Yəhudilər yetmiş bir firqəyə bölündü. Nəsranilər yetmiş iki firqəyə bölündü. Bu ümmət isə yetmiş üç firqəyə bölünəcəkdir. Bunlardan biri müstəsna olmaqla qalanların hamısı odda olacaqdır". Səhabələr dedilər: Ey Allahın Elçisi! Onlar kimlərdir?

Peyğəmbər (sallallahu aleyhi va səlləm) buyurdu: "Mənim və səhabələrimin üzərində olduğu yol üzərində olanlardır"17.

Doğru (səhih) əqidəyə zidd olan əqidələr

Bu əqidədən azan və ona zidd istiqamətdə gedənlərin bir çox müxtəlif növləri vardır. Onlardan bəziləri: bütlərə, heykəllərə, mələklərə, övliyalara, cinlərə, ağaclara, daşlara və s. məxluqlara ibadət edənlərdir. Belələri peyğəmbərlərin dəvətinə cavab vermədilər, əksinə, Qureyşlilərin və müxtəlif ərəb tayfalarının Peyğəmbərimiz Muhammədə (sallallahu aleyhi və səlləm) qarşı etdikləri kimi, onlara qarşı çıxdılar və inadkarlıq göstərdilər. Onlar ibadət etdikləri məbudlarından ehtiyaclarının ödənilməsini, xəstəliklərə şəfa verilməsini, düşmənlərə qalib gəlmələrini istəyir, onlara qurbanlar kəsir və nəzirlər deyirdilər. Peyğəmbər (sallallahu aleyhi və səlləm) onları bundan çəkindirdikdə və onlara ixlasla yalnız Uca Allaha ibadət etməyi əmr etdikdə, onlar bu dəvəti qəribə qarşılayıb inkar edərək belə dedilər:

﴿أَجَعَلَ ٱلۡأٓلِهَةَ إِلَٰهٗا وَٰحِدًاۖ إِنَّ هَٰذَا لَشَيۡءٌ عُجَابٞ5﴾

(O, ilahları tək bir ilahmı etdi?! Həqiqətən, bu, əcaib bir şeydir). [Sad: 5].

Peyğəmbər (sallallahu aleyhi və səlləm) davamlı olaraq onları Allaha dəvət etdi, onları şirkdən çəkindirdi və dəvət etdiyi İslam dinin həqiqətini onlara izah etməyə davam etdi. Nəhayət, Allah onların arasından doğru yola yönələcək olanları hidayətə qovuşdurdu. Bundan sonra onlar dəstə-dəstə Allahın dininə daxil oldular. Beləcə, uzunmüddətli dəvətdən və Peyğəmbər (sallallahu aleyhi və səlləm) ilə onun səhabələrinin (Allah onlardan razı olsun) və onlara gözəl şəkildə tabe olanların apardığı mübarizədən sonra Allahın dini bütün digər dinlərə qalib gəldi. Sonra vəziyyət dəyişdi, insanların əksəriyyəti arasında cahillik yayıldı və beləliklə, çoxları cahiliyyət dövrünün dininə geri döndülər, peyğəmbərləri və övliyaları ifrat şəkildə ucaltdılar, onlara dua etdilər, onlardan kömək istədilər və bu kimi şirk növlərinə yönəldilər. Onlar: "Lə iləhə illəllah" (Allahdan başqa ibadətə layiq haqq məbud yoxdur) sözünün mənasını anlamadılar. Halbuki ərəb kafirləri bu sözün mənasını (yaxşı) anlayırdılar. Allahdan yardım diləyirik.

Beləliklə, cəhalətin yayılması və insanların Peyğəmbər dövründən uzaq düşməsi səbəbidən bu şirk insanlar arasında yayılmaqda davam etdi və bu, bizim dövrümüzə qədər gəlib çatdı.

Sonrakı dövrlərin insanlarının irəli sürdüyü şübhə, əvvəllərkilərin şübhəsinin eynisidir. Onların dəlil gətirdiyi isə bu sözlərdir:

﴿...هَٰٓؤُلَآءِ شُفَعَٰٓؤُنَا عِندَ ٱللَّهِ...﴾

(“Onlar Allah yanında bizim şəfaətçilərimizdir!”– deyirlər). [Yunus: 18]. Həmçinin belə deyirlər:

﴿...مَا نَعۡبُدُهُمۡ إِلَّا لِيُقَرِّبُونَآ إِلَى ٱللَّهِ زُلۡفَىٰٓ...﴾

Allahı qoyub başqalarını özlərinə dost tutanlar: “Biz, onlara ancaq bizi Allaha yaxınlaşdırsınlar deyə ibadət edirik”– (deyirlər). [Zümər: 3]. Uca Allah bu şübhəni (batil dəlili) rədd etmiş və kim Allahdan başqasına – kimliyindən asılı olmayaraq – ibadət edərsə, onun Allaha şərik qoşduğunu və Ona küfr etdiyini açıq şəkildə bəyan etmişdir. Uca Allah belə buyurur:

﴿وَيَعۡبُدُونَ مِن دُونِ ٱللَّهِ مَا لَا يَضُرُّهُمۡ وَلَا يَنفَعُهُمۡ وَيَقُولُونَ هَٰٓؤُلَآءِ شُفَعَٰٓؤُنَا عِندَ ٱللَّهِ...﴾

(Onlar Allahı qoyub özlərinə nə bir zərər, nə də bir fayda verə bilməyənlərə ibadət edir və: “Onlar Allah yanında bizim şəfaətçilərimizdir!”– deyirlər). [Yunus: 18]. Uca Allah onlara bu sözü ilə cavab vermişdir:

﴿قُلۡ أَتُنَبِّـُٔونَ ٱللَّهَ بِمَا لَا يَعۡلَمُ فِي ٱلسَّمَٰوَٰتِ وَلَا فِي ٱلۡأَرۡضِۚ سُبۡحَٰنَهُۥ وَتَعَٰلَىٰ عَمَّا يُشۡرِكُونَ18﴾

(De: “(Yoxsa) Allaha göylərdə və yerdə bilmədiyi bir şeyimi xəbər verirsiniz?” (Allah) onların qoşduqları şəriklərdən uzaqdır və ucadır). [Yunus: 18].

Uca Allah bu ayədə, Allahdan başqasına — peyğəmbərlərə, övliyalara və ya başqalarına — ibadət etməyin, onu edənlər bunu başqa adlarla adlandırsalar belə, böyük şirk olduğunu bəyan etmişdir. Uca Allah buyurur:

﴿...وَٱلَّذِينَ ٱتَّخَذُواْ مِن دُونِهِۦٓ أَوۡلِيَآءَ ٱللَّهُ حَفِيظٌ عَلَيۡهِمۡ وَمَآ أَنتَ عَلَيۡهِم بِوَكِيلٖ﴾

(Allahdan başqasını (bütləri özlərinə) dost tutanlar üzərində Allah nəzarətçidir. Sən onlar üzərində vəkil deyilsən). [Şura: 6]. Sonra Uca Allah onlara bu sözü ilə belə cavab vermişdir:

﴿...إِنَّ ٱللَّهَ يَحۡكُمُ بَيۡنَهُمۡ فِي مَا هُمۡ فِيهِ يَخۡتَلِفُونَۗ إِنَّ ٱللَّهَ لَا يَهۡدِي مَنۡ هُوَ كَٰذِبٞ كَفَّارٞ﴾

(Şübhəsiz ki, Allah ixtilaf etdikləri məsələlər barədə onların arasında hökm verəcəkdir. Həqiqətən Allah, yalançı və kafir olan kimsəni doğru yola yönəltməz). [Zümər: 3].

Beləliklə, Uca Allah: dua, qorxu, ümid və bu kimi ibadət növləri ilə Ondan başqasına ibadət etməyin küfr olduğunu açıq şəkildə bəyan etmiş və "İlahlara ibadət bizi Allaha yaxınlaşdırır" – deyə iddia edənləri təkzib etmişdir.

Doğru (səhih) əqidəyə zidd olan və peyğəmbərlərin (Allahın salatı və salamı onların üzərinə olsun) gətirdiklərinə müxaliflik edən küfr əqidələrindən biri də, bu dövrdəki ateistlərin – xüsusilə Marks, Lenin və digər ateizm və küfr təbliğatçılarına tabe olanların – inandıqları batil fikirlərdir. Onlar bunu istər sosializm, kommunizm, bəəsçilik və ya başqa adlarla adlandırsalar da, bu fikir məktəblərinin əsas prinsiplərindən biri də: "İlah yoxdur, həyat yalnız maddədən ibarətdir".

Onların əsas inanclarından biri də Axirəti, Cənnəti və Cəhənnəmi inkar etmələri, eləcə də bütün səmavi dinləri rədd etmələridir. Kim onların kitablarını oxuyar və fikirlərini dərindən araşdırarsa, bu həqiqətləri qəti olaraq anlayar. Şübhə yoxdur ki, bu əqidə bütün səmavi dinlərə ziddir və ona inananları həm dünyada, həm də axirətdə ən pis aqibətə sürükləyir.

Doğru (səhih) əqidəyə zidd olan əqidələrdən biri də bəzi sufilərin, özlərini "Övliyalar" - adlandıran bəzi şəxslərin Allahla birgə aləmi idarə etdiklərinə və dünyanın işlərini tənzimləməsində Ona şərik olduqlarına etiqad etmələri və onlara: "Aqtab" (qütblər), "Avtəd" (dirəklər), "Əğvaz" (köməkçilər) və s. öz ilahları üçün uydurduqları digər adlar vermələridir. Bu, Rəbubiyyətdə (Allahın Rəbbliyində) Allaha şirk qoşmaqdir və bu, Uca Allaha qarşı ən çirkin şirk növlərindən biridir.

Kim cahiliyyə dövrünün əvvəlki müşriklərinin şirkini diqqətlə araşdırıb sonrakı dövrlərdə yayılan şirk ilə müqayisə edərsə, sonrakıların şirkınin daha böyük və daha əzəmətli olduğunu görər. Bunun izahı aşağıdakı kimidir: Cahiliyyə dövründə olan ərəb kafirləri iki xüsusiyyətlə fərqlənirdilər: Birinci xüsusiyyət: Onlar Rububiyyə (Rəbblik) tovhidində Allaha şərik qoşmurdular, onların şirki Uluhiyyət (ibadət) tovhidində idi. Çünki onlar, Uca Allahın Rəbbliyində tək olduğunu qəbul edirdilər. Uca Allah bu haqqda belə buyurur:

﴿وَلَئِن سَأَلۡتَهُم مَّنۡ خَلَقَهُمۡ لَيَقُولُنَّ ٱللَّهُ...﴾

(Əgər onlardan özlərini kimin yaratdığını soruşsan, mütləq: “Allah!”– deyərlər. Elə isə (haqdan) necə döndərilirlər?!). [Zuxruf: 87]. Uca Allah buyurur:

﴿قُلۡ مَن يَرۡزُقُكُم مِّنَ ٱلسَّمَآءِ وَٱلۡأَرۡضِ أَمَّن يَمۡلِكُ ٱلسَّمۡعَ وَٱلۡأَبۡصَٰرَ وَمَن يُخۡرِجُ ٱلۡحَيَّ مِنَ ٱلۡمَيِّتِ وَيُخۡرِجُ ٱلۡمَيِّتَ مِنَ ٱلۡحَيِّ وَمَن يُدَبِّرُ ٱلۡأَمۡرَۚ فَسَيَقُولُونَ ٱللَّهُۚ فَقُلۡ أَفَلَا تَتَّقُونَ31﴾

(De: “Sizə göydən və yerdən ruzi verən kimdir? Qulaqlara və gözlərə sahib olan kimdir? Ölüdən diri çıxaran, diridən də ölü çıxaran kimdir? İşləri idarə edən kimdir?” Onlar: “Allahdır!”– deyəcəklər. De: “Bəs (belə olduğu təqdirdə) Allahdan qorxmursunuz?”). [Yunus: 31]. Bu məzmunda ayələr olduqca çoxdur.

İkinci xüsusiyyət: Onların Uluhiyyə tovhidində Allaha şirk qoşmaları daim olmurdu, onlar yalnız bolluq və rahatlıq vaxtlarında Allaha sərik qoşurdular. Amma şiddət və çətinlik anlarında isə onlar ibadətlərini ixlasla (xalis şəkildə) Allaha edirdilər. Uca Allah bu haqqda belə buyurur:

﴿فَإِذَا رَكِبُواْ فِي ٱلۡفُلۡكِ دَعَوُاْ ٱللَّهَ مُخۡلِصِينَ لَهُ ٱلدِّينَ فَلَمَّا نَجَّىٰهُمۡ إِلَى ٱلۡبَرِّ إِذَا هُمۡ يُشۡرِكُونَ65﴾

(Onlar gəmiyə mindikləri zaman, dini yalnız Allaha məxsus edərək, Ona (ixlasla) dua edərlər. Allah onları xilas edib quruya çıxaran kimi, yenə də (Ona) şərik qoşurlar). [Ənkəbut: 65].

Amma sonrakı dövrlərin müşrikləri, əvvəlkilərdən iki cəhətdən daha da irəli getmiş, yəni: daha ağır şirkə düşmüşlər. Birinci yön: Bəzilərinin Rububiyyə tovhidində Allaha şərik qoşmalarıdır. İkinci yön: Onların həm bolluqda, həm də çətinlikdə Allaha şirk qoşmalarıdır. Bu, onlarla ünsiyyətdə olan, hallarını araşdıran, eləcə də Misirdə Hüseynin, Bədəvinin və başqalarının, Ədəndə Eydurusun, Yəməndə Hadinin, Şamda İbn Arabinin, İraqda isə şeyx Abdul-Qadir əl-Ceylaninin qəbirləri üzərində insanların nə etdiklərini görən, habelə digər məşhur qəbirlərdə insanların ifrata vararaq Allahın haqqından böyük bir qismini başqalarına sərf etdikləri hallara şahid olan hər kəs üçün aydın və məlumdur. Onlara bunu qadağan edən, haqqı açıqlayan və Uca Allahın Peyğəmbəri Muhamməd (sallallahu aleyhi va səlləm) ilə, eləcə də ondan əvvəlki bütün elçilərlə göndərdiyi tövhidin mahiyyətini izah edən isə çox azdır. “Biz, Alla­ha məx­­susuq və biz Ona qayı­da­ca­ğıq!”.

Ad və sifətlər mövzusunda doğru (səhih) əqidəyə zidd olan inanclardan biri də: Cəhmiyyə, Motəzilə firqələrinin və onların yolunu gedənlərin əqidəsidir. Onlar Uca Allahın sifətlərini inkar edir, Allahın Öz Kitabında və Peyğəmbərinin (sallallahu aleyhi va səlləm) dili ilə xəbər verdiyi kamil sifətləri "tənzih" (Allahı nöqsanlardan uzaq tutmaq) adı altında batil şəkildə təfsir edir, nəticədə isə Allahı mövcud olmayanların, cansız varlıqların və mümkünsüz şeylərin sifətləri ilə vəsf edirlər.

Bu batil əqidələrə aid olanlar arasında, Əşari əqidəsində olduğu kimi, Allahın bəzi sifətlərini inkar edib, bəzilərini təsdiq edənlər də vardır. Onlar, bəzi sifətləri təsdiq edərkən, inkar etdikləri sifətlərdən qaçmaq üçün gətirdikləri səbəblərin eynisinə məruz qalırlar. (Yəni: əgər inkar etdikləri sifətləri bu səbəblə rədd edirlərsə, eyni səbəblə qəbul etdikləri sifətləri də rədd etməlidirlər, bu isə ziddiyyətdir). Lakin onlar buna dair dəlilləri təvil etmiş (mənalarını dəyişdirmiş) və beləliklə, həm nəqli (şəri), həm əqli (məntiqi) dəlillərə müxalif olmuş, həm də açıq-aşkar ziddiyyətə düşmüşlər.

Əhli-Sünnə val-Camaat isə, Uca Allahın Öz Kitabında və ya Peyğəmbəri Muhammədin (sallallahu əleyhi və səlləm) Sünnəsində Özünə aid etdiyi ad və sifətləri kamil şəkildə isbat etmiş, Onu yaratdıqlarına bənzətməkdən və sifətlərini inkar etməkdən uzaq durmuşlar. Onlar Allahın ad və sifətlərini – heç bir təhrifə və inkara yol vermədən, bütün nöqsanlardan uzaq, Uca Allaha layiq şəkildə – tənzih etmiş və isbat etmişlər. Beləliklə onlar, bütün dəlillərə əməl etmiş, Allahın ad və sifətlərini təhrif və tətilə (inkara) uğratmamış, başqalarının – yuxarıda qeyd olunduğu kimi – düşdüyü açıq-aşkar ziddiyyətdən salamat qalmışlar.

Məhz bu yol, insanı həm dünyada, həm də axirətdə nicata və səadətə aparan yoldur. Bu, bu ümmətin sələflərinin və imamlarının getdiyi doğru (sıratəl-mustəqim) yoldur. Ümmətin sonrakı nəsilləri yalnız əvvəlkilərin islah olduqları yol ilə islah ola bilər. Bu yol isə Qurana və Sünnəyə tabe olmaq, onlara zidd olan hər bir şeyi tərk etməkdir. Biz Uca Allahdan, ümməti doğru yola yönəltməsini, hidayət dəvətçilərinin sayını artırmasını, rəhbərlərinə və alimlərinə şirkə qarşı mübarizə aparmağa, onu aradan qaldırmağa və ona aparan yollardan çəkindirməyə müvəffəq etməsini diləyirik. Həqiqətən, O, Eşidəndir və Yaxındır. Müvəffəqiyyət yalnız Allahdandır. O bizə bəs edər. O nə gözəl Vəkil­dir! Qüvvət və qüdrət yalnız Allaha məxsusdur. Allahın salatı və salamı qulu, rəsulu olan Muhammədin, onun ailəsinin və səhabələrinin üzərinə olsun!

 

 

***

 


بِسْمِ اللهِ الرَّحمَنِ الرَّحِيمِ

İkinci Risalə:

Peyğəmbərdən (sallallahu əleyhi va səlləm) yardım diləmək hökmü haqqında

Həmd yalnız Allaha məxsusdur! Salat və salam Peyğəmbərimiz Muhammədə, onun ailəsinə, səhabələrinə və Onun yolunu tutub gedənlərin üzərinə olsun!

Daha sonra:

Küveytin “əl-Muctəma” qəzeti, 15-ci sayında, 19/4/1390 hicri tarixində “Peyğəmbərin (sallallahu əleyhi va səlləm) mübarək mövludunun xatirəs münasibətilə” başlıqlı bir neçə beyit dərc etmişdir. Həmin beyitlərdə, Peyğəmbərdən (sallallahu əleyhi va səlləm) ümmətin düşdüyü təfriqə və ixtilafdan xilas olması, birliyə qovuşması və qələbə qazanması üçün yardım diləmək və Ondan kömək istəmək kimi məzmunlar yer almışdır. Şeirin sonunda isə müəllif özünü "Əminə" adı ilə imzalamışdır. Aşağıda qeyd olunan misralar həmin beyitlərdəndir:

Ey Allahın Rəsulu! Aləmə yetiş (yardım et)...

O, müharibəni alovlandırır və onun qızmar oduna yanır.

Ey Allahın Rəsulu! Ümmətə yetiş (yardım et)...

O (ümmət) şəkkin zülmətində gecəsi uzanmışdır.

Ey Allahın Rəsulu! Ümmətə yetiş (yardım et)...

Kədərin dolaşıqlarında onun yönü, yolu itib.

... nəhayət dedi ki:

Qələbəni tələsdir (tez gətir), necə ki onu tez gətirdin...

Bədr günü, Allahı çağırdığın zaman.

Beləliklə, zəiflik möhtəşəm zəfərə çevrildi...

Çünki Allahın görünməyən orduları vardır.

Beləliklə o yazar qadın, bu şəkildə öz çağırışını və fəryadını Peyğəmbərə (sallallahu əleyhi va səlləm) ünvanlayır, ondan ümmətə tezliklə qələbə nəsib etməsini istəyir. Halbuki o, qələbənin nə Peyğəmbərin (sallallahu əleyhi və səlləm), nə də başqa məxluqatın əlində olmadığını, əksinə, yalnız Allahın əlində olduğunu unudur və ya bilmir. Uca Allah açıq-aşkar Kitabında belə buyurur:

﴿...وَمَا النَّصْرُ إِلَّا مِنْ عِنْدِ اللَّهِ الْعَزِيزِ الْحَكِيمِ﴾

(Zəfər yalnız Qüdrət və Hikmək sahibi olan Allahdandır). [Əli İmran: 126]. İzzət və Cəlal sahib olan Allah buyurur:

﴿إِنْ يَنْصُرْكُمُ اللَّهُ فَلَا غَالِبَ لَكُمْ وَإِنْ يَخْذُلْكُمْ فَمَنْ ذَا الَّذِي يَنْصُرُكُمْ مِنْ بَعْدِهِ...﴾

(Əgər Allah sizə kömək edərsə, heç kəs sizə qalib gələ bilməz. Yox, əgər sizi zəlil edərsə, Ondan sonra kim sizə yardım edə bilər?! Qoy möminlər Allaha təvəkkül etsinlər!). [Əli İmran: 160].

Bu dua və kömək diləmə əməli, ibadətin bir növünü Allahdan başqasına aid etməkdir. Qurani-Kərimin ayələri və İslam alimlərinin yekdil icması ilə, bu əməlin (yəni: ibadətin hər hansı bir növünü Allahdan qeyrisinə yönəltməyin) qəti şəkildə qadağan olduğu məlumdur. Çünki Uca Allah insanları yalnız Ona ibadət etmələri üçün yaratmış, elçiləri göndərmiş və kitabları da bu ibadətin mahiyyətini açıqlamaq və insanları ona dəvət etmək üçün nazil etmişdir. Uca Allah buyurur:

﴿وَمَا خَلَقْتُ الْجِنَّ وَالْإِنْسَ إِلَّا لِيَعْبُدُونِ56﴾

(Mən cinləri və insanları yalnız Mənə ibadət etmək üçün yaratdım). [Zariyat: 56]. Uca Allah buyurur:

﴿وَلَقَدْ بَعَثْنَا فِي كُلِّ أُمَّةٍ رَسُولًا أَنِ اعْبُدُوا اللَّهَ وَاجْتَنِبُوا الطَّاغُوتَ...﴾

(Biz hər ümmətə: “Allaha ibadət edin, tağutdan uzaq olun” – (deyə,) elçi göndərdik). [Nəhl: 36]. Uca Allah buyurur:

﴿وَمَا أَرْسَلْنَا مِنْ قَبْلِكَ مِنْ رَسُولٍ إِلَّا نُوحِي إِلَيْهِ أَنَّهُ لَا إِلَهَ إِلَّا أَنَا فَاعْبُدُونِ 25﴾

(Səndən əvvəl elə bir elçi göndərməmişik ki, ona: “Məndən başqa heç bir məbud yoxdur, Mənə ibadət edin!” – deyə vəhy etməyək). [Ənbiya: 25]. İzzət və Cəlal sahib olan Allah buyurur:

﴿الر كِتَابٌ أُحْكِمَتْ آيَاتُهُ ثُمَّ فُصِّلَتْ مِنْ لَدُنْ حَكِيمٍ خَبِيرٍ1 أَلَّا تَعْبُدُوا إِلَّا اللَّهَ إِنَّنِي لَكُمْ مِنْهُ نَذِيرٌ وَبَشِيرٌ2﴾

(Əlif. Ləm. Ra. (Bu,) Hikmət sahibi, (hər şeydən) Xəbərdar (olan Allah) tərəfindən, ayələri mükəmməlləşdirilmiş, sonra da müfəssəl izah edilmiş bir Kitabdır.

Bu ona görədir ki, Allahdan başqasına ibadət etməyəsiniz. Həqiqətən, mən sizi Allah tərəfindən xəbərdar edən və müjdələyənəm). [Hud: 1, 2].

Uca Allah bu (muhkəm) açıq və qəti ayələrdə, cinləri və insanları yalnız Özünə — heç bir şərik qoşmadan — ibadət etmələri üçün yaratdığını izah etmiş və peyğəmbərləri (Allahın salatı və salamı onların üzərinə olsun) məhz bu ibadəti əmr etmək və ona zidd olanı qadağan etmək üçün göndərdiyini bildirmişdir. Həmçinin Uca Allah, Ondan başqasına ibadət edilməsin deyə, Kitabının ayələrini aydın və təfsilatlı şəkildə açıqladığını xəbər vermişdir.

Məlumdur ki, ibadət: Uca Allaha itaət edərək, Onun əmrlərini yerinə yetirmək, qadağalarından çəkinmək və ibadətdə Onu tək bilməkdir. Uca Allah bunu bir çox ayələrdə əmr etmiş və xəbər vermişdir. Bu ayələrdən bəziləri bunlardır: Uca Allahın buyurur:

﴿وَمَا أُمِرُوا إِلَّا لِيَعْبُدُوا اللَّهَ مُخْلِصِينَ لَهُ الدِّينَ حُنَفَاءَ...﴾

(Halbuki onlara, dini məhz Allaha məxsus edib, batildən haqqa yönələrək, namaz qılmaları və zəkat vermələri əmr edilmişdir. Doğru din də elə budur!). [Bəyyinə: 5]. İzzət və Cəlal sahibi olan Allah buyurur:

﴿وَقَضَى رَبُّكَ أَلَّا تَعْبُدُوا إِلَّا إِيَّاهُ...﴾

(Rəbbin yalnız Ona ibadət etməyi əmr etmişdir). [İsra: 23]. Uca Allah diğər belə ayədə buyurur:

﴿إِنَّآ أَنزَلۡنَآ إِلَيۡكَ ٱلۡكِتَٰبَ بِٱلۡحَقِّ فَٱعۡبُدِ ٱللَّهَ مُخۡلِصٗا لَّهُ ٱلدِّينَ2 أَلَا لِلَّهِ ٱلدِّينُ ٱلۡخَالِصُۚ وَٱلَّذِينَ ٱتَّخَذُواْ مِن دُونِهِۦٓ أَوۡلِيَآءَ مَا نَعۡبُدُهُمۡ إِلَّا لِيُقَرِّبُونَآ إِلَى ٱللَّهِ زُلۡفَىٰٓ إِنَّ ٱللَّهَ يَحۡكُمُ بَيۡنَهُمۡ فِي مَا هُمۡ فِيهِ يَخۡتَلِفُونَۗ إِنَّ ٱللَّهَ لَا يَهۡدِي مَنۡ هُوَ كَٰذِبٞ كَفَّارٞ3﴾

(Biz Kitabı sənə haqq olaraq nazil etdik. Odur ki, sən də, dini yalnız Allaha aid edərək ancaq Ona ibadət et!.

Bilin ki, xalis din yalnız Allaha məxsusdur. Allahı qoyub başqalarını özlərinə dost tutanlar: “Biz, onlara ancaq bizi Allaha daha çox yaxınlaşdırsınlar deyə ibadət edirik”– (deyirlər). Şübhəsiz ki, Allah ixtilaf etdikləri məsələlər barədə onların arasında hökm verəcəkdir. Həqiqətən Allah, yalançı və kafir olan kimsəni doğru yola yönəltməz). [Zümər: 2, 3].

Bu mənanı ifadə edən ayələr çoxdur və onların hamısı ibadətin yalnız ixlasla (səmimi şəkildə) Allaha edilməsinin vacib olduğunu, peyğəmbərlər və başqaları da daxil olmaqla, Allahdan qeyrilərinə ibadətin tərk edilməli olduğunu açıq şəkildə bildirir.

Şübhə yoxdur ki, dua ibadətin ən mühüm və ən əhatəli növlərindən biridir. Buna görə də, dua yalnız ixlasla Allaha edilməlidir. Uca Allah buyurur:

﴿فَادْعُوا اللَّهَ مُخْلِصِينَ لَهُ الدِّينَ وَلَوْ كَرِهَ الْكَافِرُونَ14﴾

"(Ey möminlər!) Kafirlərin xoşuna gəlməsə də, dini məhz Allaha aid edərək Ona (ixlasla) dua edin!". [Ğafir: 14]. İzzət və Cəlal sahibi olan Allah buyurur:

﴿وَأَنَّ الْمَسَاجِدَ لِلَّهِ فَلَا تَدْعُوا مَعَ اللَّهِ أَحَدًا18﴾

(Şübhəsiz ki, məscidlər Allaha məxsusdur. Elə isə Allahla yanaşı heç kəsə dua etməyin!). [Cin: 18]. Duanın yalnız Allaha yönəldilməsi ilə bağlı bu göstəriş, peyğəmbərlər də daxil olmaqla, bütün məxluqatı əhatə edir. Uca Allahın buyurur:

﴿وَلَا تَدْعُ مِنْ دُونِ اللَّهِ مَا لَا يَنْفَعُكَ وَلَا يَضُرُّكَ فَإِن فَعَلۡتَ فَإِنَّكَ إِذٗا مِّنَ ٱلظَّٰلِمِينَ106﴾

(Allahı qoyub, sənə nə bir fayda, nə də bir zərər verə bilməyənlərə dua etmə. Əgər belə etsən, sözsüz ki, zalımlardan olarsan). [Yunus: 106]. Bu ayə, Peyğəmbərə (sallallahu əleyhi va səlləm) yönəldilmiş bir xitabdır. Halbuki, Uca Allahın Peyğəmbəri şirkdən qoruması məlumdur. Buna görə də bu xitabın məqsədi, əslində başqalarını xəbərdar etməkdir. Sonra Uca Allah buyurur:

﴿وَلَا تَدۡعُ مِن دُونِ ٱللَّهِ مَا لَا يَنفَعُكَ وَلَا يَضُرُّكَ فَإِنْ فَعَلْتَ فَإِنَّكَ إِذًا مِنَ الظَّالِمِينَ106﴾

(Allahı qoyub, sənə nə bir fayda, nə də bir zərər verə bilməyənlərə dua etmə. Əgər belə etsən, sözsüz ki, zalımlardan olarsan). [Yunus: 106]. Bu, Peyğəmbərə (sallallahu əleyhi va səlləm) yönəlmiş bir xitabdır. Lakin məqsəd başqalarını xəbərdar etmək və şirkdən çəkindirməkdir. Çünki Uca Allahın Rəsulunu (sallallahu əleyhi va səlləm) şirkdən qoruması məlumdur. Daha sonra Uca Allah bu qadağanı və xəbərdarlığı daha sərt tərzdə ifadə edərək belə buyurdu:

﴿...فَإِنْ فَعَلْتَ فَإِنَّكَ إِذًا مِنَ الظَّالِمِينَ﴾

(Əgər belə etsən, sözsüz ki, zalımlardan olarsan). [Yunus: 106]. Quranda "Zülm" sözü ümumi şəkildə işləndikdə, bununla böyük şirk nəzərdə tutulur. Uca Allah buyurur:

﴿...وَالْكَافِرُونَ هُمُ الظَّالِمُونَ﴾

(Kafirlər zalımdırlar). [Bəqərə: 286]. Uca Allah buyurur:

﴿...إِنَّ الشِّرْكَ لَظُلْمٌ عَظِيمٌ﴾

(Həqiqətən, (Allaha) şərik qoşmaq böyük zülmdür!). [Loğman: 13]. Əgər Adəm oğullarının ağası olan Peyğəmbər (sallallahu əleyhi va səlləm) belə, Allahdan başqasına dua etsəydi, zalımlardan sayılardısa, elə isə başqalarının halı necə olacaq?!"

Bu və digər ayələrdən aydın olur ki, Allahdan başqasına — istər ölülərə, ağaclara, bütlərə və sairəyə — dua etmək, Uca Allaha şərik qoşmaqdır. Bu, insan və cinlərin yaradılmasının, peyğəmbərlərin göndərilməsinin və İlahi kitabların nazil edilməsinin əsas məqsədi olan Uca Allahı ibadətdə tək bilmək (tövhid) inancına və eləcə də ibadətin Allahdan başqasına edilməsini inkar edib, onun yalnız tək Allaha olmasını bildirən "Lə iləhə illəllah" (Allahdan başqa ibadətə layiq haqq məbud yoxdur) şəhadət kəliməsinin mənasına ziddir. Necə ki, Uca Allah buyurur:

﴿ذَٰلِكَ بِأَنَّ ٱللَّهَ هُوَ ٱلۡحَقُّ وَأَنَّ مَا يَدۡعُونَ مِن دُونِهِۦ هُوَ ٱلۡبَٰطِلُ وَأَنَّ ٱللَّهَ هُوَ ٱلۡعَلِيُّ ٱلۡكَبِيرُ62﴾

(Bu belədir. Çünki Allah Haqdır. (müşriklərin) Ondan başqa dua etdikləri isə batildir. Həqiqətən, Allah Ucadır, Böyükdür). [Həcc: 62].

Bu, dinin əsası və İslam millətinin təməlidir. Bu əsas doğru (səhih) olmadıqca, ibadətlər də doğru (səhih) olunmaz. Uca Allah bu barədə belə buyurur:

﴿وَلَقَدْ أُوحِيَ إِلَيْكَ وَإِلَى الَّذِينَ مِنْ قَبْلِكَ لَئِنْ أَشْرَكْتَ لَيَحْبَطَنَّ عَمَلُكَ وَلَتَكُونَنَّ مِنَ الْخَاسِرِينَ65﴾

(Sənə və səndən əvvəlkilərə belə vəhy olunmuşdur: “Əgər (Allaha) şərik qoşsan, əməlin puç olacaq və mütləq ziyana uğrayanlardan olacaqsan). [Zümər: 65]. Pak və Uca olan Allah buyurur:

﴿...وَلَوْ أَشْرَكُوا لَحَبِطَ عَنْهُمْ مَا كَانُوا يَعْمَلُونَ﴾

(Əgər onlar (Allaha) şərik qoşsaydılar, etdikləri əməllər puç olardı). [Ənam: 88].

Yuxarıda qeyd edilənlərdən aydın olur ki, İslam dininin və "Lə iləhə illəllah" (Allahdan başqa ibadətə layiq haqq məbud yoxdur) şəhadət kəliməsinin iki böyük əsası vardır:

Birincisi: Yalnız Uca Allaha, Ona şərik qoşmadan ibadət edilməlidir. Kim peyğəmbərlərdən və ya qeyrilərindən olan ölülərə, bütlərə, ağaclara, daşlara və s. başqa məxluqlara dua edərsə yaxud onlardan kömək diləyərsə, onlara qurban kəsib, nəzir deməklə yaxınlaşarsa və ya onlar üçün namaz qılıb, səcdə edərsə, o zaman bu insan onları Allahdan başqa tanrılar qəbul etmiş, onları ibadətdə Uca Allaha bərabər tutmuş və "Lə iləhə illəllah" (Allahdan başqa ibadətə layiq haqq məbud yoxdur) şəhadət kəliməsinin mənasına zidd davranmışdır.

İkincisi: Uca Allaha yalnız Onun Peyğəmbərinin və Rəsulunun (sallallahu əleyhi va səlləm) gətirdiyi şəriətlə ibadət edilməlidir. Kim dində, Uca Allahın icazə vermədiyi bir yenilik edərsə, o zaman "Muhammədən Rəsulullah" (Muhamməd Allahın elçisidir) şəhadət kəlməsinin mənasını tam şəkildə həyata keçirməmişdir. Onun bu əməli ona fayda verməz və Allah tərəfindən qəbul edilməz. Uca Allah buyurur:

﴿وَقَدِمْنَا إِلَى مَا عَمِلُوا مِنْ عَمَلٍ فَجَعَلْنَاهُ هَبَاءً مَنْثُورًا23﴾

(Biz onların etdikləri (yaxşı) əməllərə nəzər saldıq və onları (havada) sovrulmuş toz dənəciklərinə çevirərik). [Furqan: 23]. Burada nəzərdə tutulan əməllər, Uca Allaha şərik qoşaraq dünyasını dəyişən insanların əməlləridir.

Bura həmçinin, Allahın izin vermədiyi bidət (sonradan dində uydurulmuş) əməlləri də daxildir. Qiyamət günü bu əməllər, Allahın pak şəriətinə müvafiq olmadığı üçün puç olub havaya sovrulacaqdır. Peyğəmbər (sallallahu əleyhi va səlləm) belə buyurmuşdur:

«مَنْ أَحْدَثَ فِي أَمْرِنَا هَذَا مَا لَيْسَ مِنْهُ فَهُوَ رَدٌّ».

"Kim bizim bu işimizdə (dinimizdə) onda olmayan bir yenilik edərsə o, rədd olunar". Hədisi Buxari və Müslim rəvayət etmişdir.

Nəticə olaraq demək olar ki, bu yazar qadın öz istəklərini və duasını Peyğəmbərə (sallallahu əleyhi va səlləm) yönəltmiş, aləmlərin Rəbbi olan Allahdan isə üz çevirmişdir. Halbuki yardım etmək, zərəri dəf etmək və fayda vermək yalnız Onun əlindədir. Bunlardan hər hansı biri heç bir məxluqun əlində deyil.

Şübhəsiz ki, bu böyük və ağır bir zülmdür. Uca Allah Özünə dua edilməsini əmr etmiş, Ona dua edənlərə cavab verəcəyini vəd vermiş və buna təkəbbürlük edənləri Cəhənnəmə girəcəkləri ilə hədələyərək belə buyurmuşdur:

﴿وَقَالَ رَبُّكُمُ ادْعُونِي أَسْتَجِبْ لَكُمْ إِنَّ الَّذِينَ يَسْتَكْبِرُونَ عَنْ عِبَادَتِي سَيَدْخُلُونَ جَهَنَّمَ دَاخِرِينَ 60

(Rəbbiniz buyurdu: “Mənə dua edin, Mən də duanıza cavab verim. Mənə ibadət etməyə təkəbbürlük göstərənlər Cəhənnəmə zəlil olaraq girəcəklər”). [Ğafir: 60]. Yəni: Alçalmış və zəlil halda. Bu mübarək ayə, duanın ibadət olduğuna və kim təkəbbürlük edib ondan üz çevirərsə, onun məskəni Cəhənnəm olacağına dəlalət edir. Əgər Allaha dua etməyə təkəbbürlük edən şəxsin aqibəti belədirsə, bəs elə isə Allahdan üz çevirib başqasına dua edən birinin halı necə olacaq?! Halbuki, O, qullarına yaxın, hər şeyin sahibi və hər şeyə qadir olandir. Uca Allah belə buyurmuşdur:

﴿وَإِذَا سَأَلَكَ عِبَادِي عَنِّي فَإِنِّي قَرِيبٌ أُجِيبُ دَعْوَةَ الدَّاعِ إِذَا دَعَانِ فَلْيَسْتَجِيبُوا لِي وَلْيُؤْمِنُوا بِي لَعَلَّهُمْ يَرْشُدُونَ 186﴾

(Əgər qullarım səndən Mənim barəmdə soruşsalar, sözsüz ki, Mən (onlara) yaxınam, Mənə dua edənin duasını qəbul edərəm. Gərək onlar da, Mənim çağırışımı qəbul etsinlər və Mənə iman gətirsinlər ki, bəlkə (bununla) doğru yola yönəlsinlər). [Bəqərə: 186]. Rəsulullah (sallallahu əleyhi va səlləm) Səhih hədisdə duanın ibadət olduğunu xəbər vermişdir. O, əmisi oğlu Abdullah bin Abbasa (Allah ondan razı olsun) belə demişdir:

«احْفَظِ اللهَ يَحْفَظْكَ، احْفَظِ اللهَ تَجِدْهُ تُجَاهَكَ، إِذَا سَأَلْتَ فَاسْأَلِ اللهَ، وَإِذَا اسْتَعْنَتَ فَاسْتَعِنْ بِاللهِ».

"Allahın qoyduğu hüdudları qoru ki, Allah da səni qorusun. Allahın qoyduğu hüdudları qoru ki, Allahı qarşında görəsən. İstədikdə, yalnız Allahdan istə. Kömək dilədikdə də ancaq Allahdan kömək dilə". Hədisi Tirmizi və başqaları rəvayət etmişdir.

Peyğəmbər (sallallahu aleyhi va səlləm) belə buyurmuşdur:

«مَنْ مَاتَ وَهُوَ يَدْعُو لِلَّهِ نِدًّا؛ دَخَلَ النَّارَ».

“Kim Allahla yanaşı başqa birinə dua edərək ölərsə, Cəhənnəmə girər”. Hədisi Buxari rəvayət etmişdir. Buxari və Müslimdə rəvayət olunan bir hədisdə Peyğəmbərdən (sallallahu aleyhi va səlləm) soruşuldu: "Ən böyük günah hansıdır?". O (sallallahu aleyhi va səlləm) belə cavab verdi:

«أَنْ تَجْعَلَ لِلَّهِ نِدًّا وَهُوَ خَلَقَكَ».

"Allah səni xəlq etdiyi halda, Ona şərik qoşmağındır". Ərəb dilində: "Nidd" (ندّ) sözü "bərabər" və ya "tay" mənasını bildirir. Kim Allahdan başqa birinə dua edərsə, ondan kömək diləyərsə, ona nəzir deyərsə, ona qurban kəsərsə və ya Allahdan başqasına, qeyd olunan bu ibadətlərdən başqa hər hansı bir ibadət növünü hər hansı bir məxluqa sərf edərsə, Allaha şərik qoşduğu kimsənin: peyğəmbər, övliya, mələk, cin, büt və ya digər hər hansı bir məxluq olmasından asılı olmayaraq onu Allaha bərabər və ya tay tutmuş olur.

Bəzi insanlar bu nöqtədə belə sual verə bilər: Bəs diri və yanında olan birindən, onun bacardığı bir şeyi istəməyin və ya o, gücü çatan maddi bir işdə ondan kömək diləməyin hökmü nədir? Bunun cavabı budur: Bu cür istəklər şirk sayılmır. Əksinə, bu, müsəlmanlar arasında caiz olan adi və təbii işlərdəndir. Uca Allah Musa (Aleyhissəlam) haqqında belə buyurur:

﴿...فَاسْتَغَاثَهُ الَّذِي مِنْ شِيعَتِهِ عَلَى الَّذِي مِنْ عَدُوِّهِ...﴾

(Tərəfdarlarından olan kəs onu düşməninə qarşı köməyə çağırdı). [Qasas: 15]. Həmçinin, Uca Allah Musa (Aleyhissəlam) ilə bağlı başqa bir ayədə də belə buyurur:

﴿فَخَرَجَ مِنْهَا خَائِفًا يَتَرَقَّبُ...﴾

(Musa qorxu içində ətrafa baxa-baxa oradan çıxıb: “Ey Rəbbim! Məni zalım qövmdən xilas et!”– dedi). [Qasas: 21]. Eləcə də, insan, müharibə zamanı və ya insanların çətinliklərlə üzləşdikləri və biri-birinə ehtiyaclı olduğu digər hallarda öz dostlarından və yaxınlarından yardım istəməsi bu qəbildən sayılır.

Uca Allah, Peyğəmbərinə (sallallahu aleyhi va səlləm) vəhy edərək, ümmətinə Onun heç kəsə nə fayda, nə də zərər verə bilməyəcəyini xəbər verməsini əmr etmişdir:

﴿قُلْ إِنَّمَا أَدْعُو رَبِّي وَلَا أُشْرِكُ بِهِ أَحَدًا21 قُلْ إِنِّي لَا أَمْلِكُ لَكُمْ ضَرًّا وَلَا رَشَدًا22﴾

(De: “Mən yalnız öz Rəbbimə dua edirəm və heç kəsi Ona şərik qoşmuram!”).

(De: “Mən sizə nə ziyan verməyə, nə də sizi doğru yola yö­nəlt­məyə qadir deyiləm!”).

[Cin: 21, 22]. Uca Allah buyurur:

﴿قُلْ لَا أَمْلِكُ لِنَفْسِي نَفْعًا وَلَا ضَرًّا إِلَّا مَا شَاءَ اللَّهُ وَلَوْ كُنْتُ أَعْلَمُ الْغَيْبَ لَاسْتَكْثَرْتُ مِنَ الْخَيْرِ وَمَا مَسَّنِيَ السُّوءُ إِنْ أَنَا إِلَّا نَذِيرٌ وَبَشِيرٌ لِقَوْمٍ يُؤْمِنُونَ188﴾

(De: “Mən Allahın istədiyindən başqa özümə nə bir fayda, nə də bir zərər yetirməyə qadirəm. Əgər qeybi bilsəydim, əlbəttə ki, özüm üçün xeyir artırardım və mənə pislik toxunmazdı. Mən sadəcə, iman gətirən bir qövm üçün qorxudan və müjdələyənəm”). [Əraf: 188].

Bu mənada bir çox ayələr mövcuddur.

Məlumdur ki, Peyğəmbər (sallallahu aleyhi va səlləm) yalnız Rəbbinə dua edərdi. Həmçinin Bədr günü Peyğəmbərin (sallallahu aleyhi va səlləm) Allahdan kömək diləməsi, düşməninə qarşı Ondan yardım istəməsi və o anda Rəbbinə israrla çoxlu dualar etməsi sabit olmuşdur. Peyğəmbər (sallallahu aleyhi va səlləm) o an belə deyərək Rəbbinə dua edirdi: "Ya Rəbb! Mənə vəd etdiyini yerinə yetir!". Bu zaman Əbu Bəkr əs-Siddiq əl-Əkbər (Allah ondan razı olsun) dedi: "Bəsdir, Ey Allahın Rəsulu! Şübhəsiz ki, Allah sənə vəd etdiyini yerinə yetirəcəkdir". Bu hadisə ilə əlaqədar olaraq Uca Allah bu ayəni nazil etdi:

﴿إِذۡ تَسۡتَغِيثُونَ رَبَّكُمۡ فَٱسۡتَجَابَ لَكُمۡ أَنِّي مُمِدُّكُم بِأَلۡفٖ مِّنَ ٱلۡمَلَٰٓئِكَةِ مُرۡدِفِينَ9﴾

(O zaman siz Rəbbinizdən kömək diləyirdiniz. O da: “Mən sizə bir-birinin ardınca gələn min mələklə yardım edəcəm”– deyə duanızı qəbul etmişdi). [Ənfal: 9]. Uca Allah bu ayələrdə onların kömək istəməsini (dua edib yalvarmalarını) xatırlatdı və dualarını qəbul edib, onları zəfərlə müjdələmək və qəlblərinə təskinlik, arxayınlıq vermək üçün mələkləri yardım məqsədi ilə göndərdiyini bildirdi. Eyni ilə Uca Allah qələbənin mələklərdən deyil, məhz Allahdan olduğunu açıq şəkildə bəyan etdi. Uca Allah belə buyurur:

﴿وَمَا النَّصْرُ إِلَّا مِنْ عِنْدِ اللَّهِ...﴾

(Zəfər yalnız Qüdrət və Hikmək sahibi olan Allahdandır). [Əli İmran: 126]. İzzət və Cəlal sahib olan Allah buyurur:

﴿وَلَقَدْ نَصَرَكُمُ اللَّهُ بِبَدْرٍ وَأَنْتُمْ أَذِلَّةٌ فَاتَّقُوا اللَّهَ لَعَلَّكُمْ تَشْكُرُونَ123﴾

(Siz zəif olduğunuz halda, Allah Bədrdə sizə yardım etdi. Elə isə Allahdan qorxun ki, bəlkə şükür edəsiniz). [Əli İmran: 123]. Beləliklə, Uca Allah bu ayədə Bədr günü onlara yardım edənin yalnız Özünün olduğunu açıq şəkildə bəyan etdi. Bununla da aydın oldu ki, onlara verilən silah-sursat və qüvvə, eləcə də göndərilən mələklər, bütün bunlar yalnız zəfərin səbəbləri, bir müjdə və qəlblərə rahatlıq vəd edən vasitələrdir. Əsl qələbə isə bunlardan deyil, əksinə, yalnız Allahdandır. Bəs necə olur ki, bu yazar qadın və ya başqaları cürət edib öz yardım istəklərini və qələbə arzularını Peyğəmbərə (sallallahu aleyhi va səlləm) yönəldir, lakin aləmlərin Rəbbi olan, hər şeyin sahibi və hər şeyə qadir olan Allahdan üz çevirirlər?!

Şübhəsiz ki, bu, cahilliyin ən çirkin formalarından, hətta ən böyük şirk növlərindən biridir. Bu məqaləni yazar qadına vacib olan isə Allaha səmimi qəlbdən tövbə etməkdir. Səmimi tövbə isə bir neçə məsələni özündə əhatə edir, bunlar aşağıdakılardır: Birinci: Etdiyi əmələ görə peşman olmaq. İkinci: Etdiyi əməldən dərhal əl çəkmək. Üçüncü: Allahı təzim edərək, xalis Allah üçün, əmrinə itaət və qadağasından çəkinmək məqsədilə həmin əmələ bir daha qayıtmamağa qəti qərar vermək. Məhz belə bir tövbə, səmimi (həqiqi) tövbədir. Burada dördüncü bir hal (yaxud şərt) mövcuddur ki, əgər zülm insanlar və ya digər yaradılanlara qarşı olmuşdursa, o zaman dördüncüsü, haqqı sahibinə geri vermək və ya ondan halallıq almaqdır.

Uca Allah qullarına tövbə etməyi əmr etmiş və onlara tövbələrinin qəbul edəcəyini vəd etmişdir. Uca Allah belə buyurmuşdur:

﴿...وَتُوبُوا إِلَى اللَّهِ جَمِيعًا أَيُّهَ الْمُؤْمِنُونَ لَعَلَّكُمْ تُفْلِحُونَ﴾

(Ey iman gətirənlər! Hamınız Allaha tövbə edin ki, bəlkə nicat tapasınız). [Nur: 31]. Uca Allah nəsranilər haqqında belə buyurmuşdur:

﴿أَفَلَا يَتُوبُونَ إِلَى اللَّهِ وَيَسْتَغْفِرُونَهُ وَاللَّهُ غَفُورٌ رَحِيمٌ74﴾

(Onlar Allaha tövbə edib Ondan bağışlanma diləməyəcəklərmi?! Allah bağışlayandır, rəhmlidir). [Maidə: 74]. Uca Allah buyurur:

﴿وَالَّذِينَ لَا يَدْعُونَ مَعَ اللَّهِ إِلَهًا آخَرَ وَلَا يَقْتُلُونَ النَّفْسَ الَّتِي حَرَّمَ اللَّهُ إِلَّا بِالْحَقِّ وَلَا يَزْنُونَ وَمَنْ يَفْعَلْ ذَلِكَ يَلْقَ أَثَامًا68 يُضَاعَفْ لَهُ الْعَذَابُ يَوْمَ الْقِيَامَةِ وَيَخْلُدْ فِيهِ مُهَانًا69 إِلَّا مَنْ تَابَ وَآمَنَ وَعَمِلَ عَمَلًا صَالِحًا فَأُولَئِكَ يُبَدِّلُ اللَّهُ سَيِّئَاتِهِمْ حَسَنَاتٍ وَكَانَ اللَّهُ غَفُورًا رَحِيمًا70﴾

(Onlar Allahla yanaşı başqa məbuda dua etməz, Allahın haram etdiyi canı haqsız yerə qətlə yetirməz və zina etməzlər. Kim bunu (və ya bunlardan birini) edərsə cəzaya məruz qalar.

Qiyamət günü onun əzabı qat-qat artırılar və onun (əzabın) içində zəlil olaraq əbədi qalar.

Ancaq tövbə edib iman gətirən və saleh əməllər edənlərdən başqa. Allah onların pis əməllərini yaxşı əməllərlə əvəz edər. Allah Bağışlayandır, Rəhmlidir!). [Furqan: 68-70]. Uca Allah buyurur:

﴿وَهُوَ الَّذِي يَقْبَلُ التَّوْبَةَ عَنْ عِبَادِهِ وَيَعْفُو عَنِ السَّيِّئَاتِ وَيَعْلَمُ مَا تَفْعَلُونَ25﴾

(O, qullarının tövbəsini qəbul edən, günahları bağışlayan və sizin nə etdiyinizi biləndir).

[Şura: 25].

Rəsulullah (sallallahu əleyhi va səlləm) Səhih bir hədisdə belə buyurmuşdur:

«الإِسْلَامُ يَهْدِمُ مَا كَانَ قَبْلَهُ، وَالتَّوْبَةُ تَجُبُّ مَا كَانَ قَبْلَهَا».

"İslam özündən əvvəlki günahların silib aparır. Tövbə özündən əvvəlki günahların aradan qaldırır".

Bu qısa məqaləni yazmağımın səbəbi, şirkin böyük təhlükə daşıması, onun günahların ən böyüyü olması, bu yazı müəllifinin dedikləri ilə kiminsə aldanmasından qorxmağım və Allaha və Onun qulları üçün nəsihət verməyin vacib olmasıdır. Uca Allahdan bu məqaləni faydalı etməsini, halımızı və bütün müsəlmanların halını yaxşılaşdırmasını, bizə və bütün müsəlmanlara dini dərindən anlamağı və bu yolda sabit qalmağı nəsib etməsini, həmçinin bizi və müsəlmanları nəfsimizin şərindən və pis əməllərimizdən qorumasını diləyirəm. Həqiqətən, bunu edən və buna qadir olan yalnız Odur.

Allahın salatı, salamı və bərəkəti qulu, Rəsulu olan Muhammədin, onun ailəsinin və səhabələrinin üzərinə olsun!

***

بِسْمِ اللهِ الرَّحمَنِ الرَّحِيمِ

Üçüncü Risalə:

Cin və şeytanlardan kömək istəməyin və onlara nəzir deməyin hökmü haqqında

Abduləziz bin Abdullah bin Bazdan, bu məqaləni görəcək (oxuyacaq) müsəlmanlara. Allah məni və sizi dininə sıx bağlı qalmağa və onda sabit olmağa müvəffəq etsin. Amin!

əs-Sələmu aleykum və rahmətullahi va bərakətuh

Daha sonra:

Bəzi qardaşlar məndən, bəzi cahil insanların çətin anlarda Allahdan qeyrisinə — xüsusilə də cinlərə — dua etməsi, onlardan kömək diləməsi, onlara nəzir deməsi və qurban kəsməsi kimi əməllərin hökmü barədə soruşdular. Buna misal olaraq bura bəzilərinin: “Ya Səbəah!” – yəni: “Ey cinlərin yeddi başçısı! Onu tutun, sümüklərini qırın, qanını için, bədənini parçalayıb cəzalandırın! Ey Səbəah, ona bunu edin!” ... yaxud da bəzilərinin: “Tutun onu, ey zöhr vaxtının cinləri! Ey əsr vaxtının cinləri!” – deməsi daxildir. Bu kimi sözlər cənub bölgələrində çox yayılmışdır. Bu qəbildən olan digər bir hal da, ölülərə, o cümlədən peyğəmbərlərə, salehlərə və başqalarına dua etmək, eləcə də mələklərə dua edib onlardan kömək (yardım) diləməkdir. Bütün bu deyilənlər və buna bənzər hallar, təəssüf ki, İslama mənsub olduğunu iddia edən bir çox insan arasında yayılmışdır. Bu, onların din haqqında cahil olmalarından və özlərindən əvvəlkilərə kor-koranə təqlid etmələrindən qaynaqlanır. Bəziləri isə bu işi yüngül sayaraq: “Bu, sadəcə dilimizdən çıxan sözlərdir, biz nə onu qəsd edirik, nə də ona inanırıq” – deyərək bu sözləri özlərinə haqq qazandırmaq üçün dəlil olaraq gətirirlər.

Həmçinin məndən bu əməllərlə məşğul olduqları məlum olan şəxslərlə evlənməyin, onların kəsdikləri heyvanların ətindən yeməyin, onların arxalarında namaz qılmağın və cənazə namazında iştirak etməyin hökmü barədə soruşdu. Eyni zamanda, xəstənin bədəninə toxunmuş bir əşyanı — məsələn: əmmamə, şalvar, baş örtüyü və buna bənzər şeyləri — sadəcə görməklə xəstəliyin nə olduğunu və səbəbini bildiyini iddia edən, falçı və sehrbazlara inanmağın hökmü haqqında da sual verdi.

Cavab: Həmd yalnız Allaha məxsusdur. Salat və salam Özündən sonra heç bir peyğəmbər olmayan Muhammədə, onun ailəsinə və səhabələrinə və Qiyamət gününə qədər onlara gözəl şəkildə tabe olanların üzərinə olsun.

Daha sonra: Uca Allah cinləri və insanları, Ondan başqasına deyil, yalnız Özünə ibadət etmələri, yalnız Ona dua etmələri, yalnız Ondan kömək diləmələri, yalnız Onun üçün qurban kəsmələri, nəzir demələri, eləcə də bütün ibadət növlərini yalnız Ona həsr etmələri üçün yaratmışdır. Uca Allah bu məqsədlə peyğəmbərlər göndərmiş, onlara bu əmrə dəvət etməyi buyurmuş və bu həqiqətləri bəyan etmək, insanları ona çağırmaq, onları Allaha şərik qoşmaqdan və Ondan başqasına ibadət etməkdən çəkindirmək üçün səmavi kitabların ən əzəmətlisi olan Qurani-Kərimi nazil etmişdir. Bu, bütün əsasların əsası, dinin və İslam millətinin təməlidir. Məhz bu: "Lə iləhə illəllah" (Allahdan başqa ibadətə layiq haqq məbud yoxdur) şəhadət kəlməsinin mənasıdır. Onun həqiqəti budur: “Allahdan başqa haqq olaraq ibadət olunan məbud yoxdur”. Bu kəlmə, Allahdan başqasının ilahlığını və ibadətini rədd edir, ibadətin heç bir məxluqa deyil, yalnız Allaha məxsus olduğunu təsdiqləyir. Bu barədə Allahın Kitabında və Rəsulunun (sallallahu əleyhi va səlləm) sünnəsində çox sayda dəlil vardır. Onlardan bəziləri Uca Allahın bu ayələridir. Uca Allah buyurur:

﴿وَمَا خَلَقْتُ الْجِنَّ وَالْإِنْسَ إِلَّا لِيَعْبُدُونِ56﴾

(Mən cinləri və insanları yalnız Mənə ibadət etmək üçün yaratdım). [Zariyat: 56]. Pak və Nöqsansız olan Allah diğər ayədə buyurur:

﴿وَقَضَى رَبُّكَ أَلَّا تَعْبُدُوا إِلَّا إِيَّاهُ...﴾

(Rəbbin yalnız Ona ibadət etməyi əmr etmişdir). [İsra: 23]. Uca Allah buyurur:

﴿وَمَا أُمِرُوا إِلَّا لِيَعْبُدُوا اللَّهَ مُخْلِصِينَ لَهُ الدِّينَ حُنَفَاءَ...﴾

(Halbuki onlara, dini məhz Allaha məxsus edib, batildən haqqa yönələrək ibadət etmələri əmr olunmuşdur). [Bəyyinə: 5]. Uca Allah buyurur:

﴿وَقَالَ رَبُّكُمُ ادْعُونِي أَسْتَجِبْ لَكُمْ إِنَّ الَّذِينَ يَسْتَكْبِرُونَ عَنْ عِبَادَتِي سَيَدْخُلُونَ جَهَنَّمَ دَاخِرِينَ60﴾

(Rəbbiniz buyurdu: “Mənə dua edin, Mən də duanıza cavab verim. Mənə ibadət etməyə təkəbbürlük göstərənlər Cəhənnəmə zəlil olaraq girəcəklər”). [Ğafir: 60]. Uca Allah buyurur:

﴿وَإِذَا سَأَلَكَ عِبَادِي عَنِّي فَإِنِّي قَرِيبٌ أُجِيبُ دَعْوَةَ الدَّاعِ إِذَا دَعَانِ...﴾

(Əgər qullarım səndən Mənim barəmdə soruşsalar, sözsüz ki, Mən (onlara) yaxınam, Mənə dua edənin duasını qəbul edərəm). [Bəqərə: 186].

Uca Allah bu ayələrdə, cinləri və insanları yalnız Ona ibadət etmək üçün yaratdığını və həmçinin, Quranın muhkəm ayələrində və Peyğəmbərin (sallallahu əleyhi va səlləm) sünnəsində, qullarına yalnız Rəbbinə ibadət etmələrini əmr etdiyini bəyan etmişdir.

Uca Allah, duanın əzəmətli bir ibadət olduğunu və ondan təkəbbürlə imtina edənlərin Cəhənnəmə daxil olacağını açıqca bildirmişdir. Uca Allah, qullarına yalnız Ona dua etməyi əmr etmiş və Onun çox yaxın olduğunu, qullarının dualarına cavab verəcəyini bəyan etmişdir. Buna görə də, bütün qulların yalnız Uca Allaha dua etmələri vacibdir. Çünki dua, onların yaradılma məqsədi olan ibadətin bir növüdür və buna görə də onlara bu ibadət əmr edilmişdir. Uca Allah belə buyurur:

﴿قُلْ إِنَّ صَلَاتِي وَنُسُكِي وَمَحْيَايَ وَمَمَاتِي لِلَّهِ رَبِّ الْعَالَمِينَ162 لَا شَرِيكَ لَهُ وَبِذَلِكَ أُمِرْتُ وَأَنَا أَوَّلُ الْمُسْلِمِينَ163﴾

(De: “Şübhəsiz ki, mənim namazım da, qurbanım da, həyatım da, ölümüm də aləmlərin Rəbbi olan Allah üçündür!.

Onun heç bir şəriki yoxdur. Mənə belə buyurulmuşdur və mən müsəlmanların birincisiyəm”). [Ənam: 162, 163].

Uca Allah bu ayədə Peyğəmbərinə (sallallahu əleyhi va səlləm) onun namazının, qurbanının, həyatının və ölümünün yalnız heç bir şəriki olmayan aləmlərin Rəbbi olan Allah üçün olduğunu insanlara bildirməsini əmr etmişdir. Buna əsasən, kim Allahdan qeyrisinə qurban kəsərsə və ya Allahdan qeyrisi üçün namaz qılarsa, o, Allaha şərik qoşmuşdur. Çünki Uca Allah namaz və qurbanı Qurani-Kərimdə bir yerdə (bir-birinə yaxın) zikr etmiş və bunların yalnız Allah üçün olduğunu, Onun isə heç bir şəriki olmadığını bildirmişdir. Kim Allahdan qeyrisinə, məsələn: cinlərə, mələklərə, ölülərə və digər varlıqlara qurban kəsərsə və bunu onlara yaxınlaşmaq məqsədilə edərsə, o, sanki Allahdan qeyrisinə namaz qılan kimidir. Səhih hədislərin birində isə Peyğəmbər (sallallahu əleyhi va səlləm) belə buyurmuşdur:

«لَعَنَ اللهُ مَنْ ذَبَحَ لِغَيْرِ اللهِ».

"Allah Ondan başqası üçün qurban kəsənə lənət etsin!". İmam Əhməd "Müsnəd" əsərində, Tariq bin Şihabdan (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (sallallahu əleyhi va səlləm) belə demişdir:

«مرَّ رَجُلَانِ عَلَى قَومٍ لَهُم صَنَمٌ لَا يَجُوزُهُ أَحَدٌ حَتَّى يُقرِّبَ لَهُ شَيئًا، فَقَالُوا لِأَحَدِهِمَا: قَرِّبْ. قَالَ: لَيسَ عِندِي شَيءٌ أَقَرِّبُهُ، قَالُوا: قَرِّبْ وَلَوْ ذَبَابًا، فَقَرَّبَ ذُبَابًا، فَخَلُّوا سَبِيلَهُ، فَدَخَلَ النَّارَ، وَقَالُوا لِلآخَرِ: قَرِّبْ. قَالَ: مَا كُنْتُ لِأُقَرِّبَ لِأَحَدٍ شَيْئًا دُونَ اللهِ جَلَّ جَلَالُهُ، فَضَرَبُوا عُنُقَه، فَدَخَلَ الجَنَّةَ».

"İki kişi bir qövmün yanından keçdi. O qövmün bir bütləri vardı ki, ona bir şey qurban etmədən kimsə oradan keçə bilməzdi. Onlar, iki kişidən birinə: "Qurban ver!" — dedilər. O: "Mənim qurban edəcək heç bir şeyim yoxdur" — dedi. Onlar: "Qurban ver, hətta bir milçək də olsa belə!" — dedilər. O da bir milçək qurban etdi, sonra onu azad buraxdılar və o, Cəhənnəmə daxil oldu. Onlar, o biri kişiyə: "Qurban ver!" — dedilər. O: "Mən Allahdan -Cəllə Cələluhu- başqa heç kimsəyə qurban etmərəm" — dedi. Buna görə onun boynunu yurdular və o, Cənnətə daxil oldu".

Əgər bir şəxs büt və ya ona bənzər şeylərə milçək kimi (kiçik) bir şey qurban edərək yaxınlaşarsa, bu Allaha şərik qoşmaqla (onun müşrik olması ilə) nəticələnərsə və buna görə bu əməli edən Cəhənnəmə layiq görülərsə, o zaman cinlərə, mələklərə, övliyalara dua edən, onlardan yardım diləyən, onlara nəzir edən, qurbanlar kəsən və bu əməlləri öz malını hifz etmək, xəstəsini sağaltmaq, heyvanlarını və əkinlərini qorumaq üçün edən bir şəxsin, eləcə də, cinlərdən və ya başqalarından qorxaraq belə edən kimsənin halı necə olacaqdır?! Şübhəsiz ki, belə bir şey edən və ya buna bənzər əməllərə yol verən şəxs, milçək qurban edən kişidən daha çox Allaha şərik qoşmuşdur və Cəhənnəmə girməyə daha çox layiqdir.

Bu nümunə olaraq, Uca Allah belə buyurur:

﴿إِنَّآ أَنزَلۡنَآ إِلَيۡكَ ٱلۡكِتَٰبَ بِٱلۡحَقِّ فَٱعۡبُدِ ٱللَّهَ مُخۡلِصٗا لَّهُ ٱلدِّينَ2 أَلَا لِلَّهِ ٱلدِّينُ ٱلۡخَالِصُۚ وَٱلَّذِينَ ٱتَّخَذُواْ مِن دُونِهِۦٓ أَوۡلِيَآءَ مَا نَعۡبُدُهُمۡ إِلَّا لِيُقَرِّبُونَآ إِلَى ٱللَّهِ زُلۡفَىٰٓ إِنَّ ٱللَّهَ يَحۡكُمُ بَيۡنَهُمۡ فِي مَا هُمۡ فِيهِ يَخۡتَلِفُونَۗ إِنَّ ٱللَّهَ لَا يَهۡدِي مَنۡ هُوَ كَٰذِبٞ كَفَّارٞ3﴾

(Biz Kitabı sənə haqq olaraq nazil etdik. Odur ki, sən də, dini yalnız Allaha aid edərək ancaq Ona ibadət et!.

Bilin ki, xalis din yalnız Allaha məxsusdur. Allahı qoyub başqalarını özlərinə dost tutanlar: “Biz, onlara ancaq bizi Allaha daha çox yaxınlaşdırsınlar deyə ibadət edirik”– (deyirlər). Şübhəsiz ki, Allah ixtilaf etdikləri məsələlər barədə onların arasında hökm verəcəkdir. Həqiqətən Allah, yalançı və kafir olan kimsəni doğru yola yönəltməz). [Zümər: 2, 3]. Uca Allah buyurur:

﴿وَيَعْبُدُونَ مِنْ دُونِ اللَّهِ مَا لَا يَضُرُّهُمْ وَلَا يَنْفَعُهُمْ وَيَقُولُونَ هَؤُلَاءِ شُفَعَاؤُنَا عِنْدَ اللَّهِ قُلْ أَتُنَبِّئُونَ اللَّهَ بِمَا لَا يَعْلَمُ فِي السَّمَاوَاتِ وَلَا فِي الْأَرْضِ سُبْحَانَهُ وَتَعَالَى عَمَّا يُشْرِكُونَ18﴾

(Onlar Allahı qoyub özlərinə nə bir zərər, nə də bir fayda verə bilməyənlərə ibadət edir və: “Onlar Allah yanında bizim şəfaətçilərimizdir!”– deyirlər. De: “(Yoxsa) Allaha göylərdə və yerdə bilmədiyi bir şeyimi xəbər verirsiniz?” (Allah) onların qoşduqları şəriklərdən uzaqdır və ucadır). [Yunus: 18].

Uca Allah bu iki ayədə, müşriklərin Allahdan qeyri varlıqları özlərinə dostlar (övliyalar) etdiklərini, ibadət etdikləri övliyaların onları Allaha yaxınlaşdırdığını və Allah yanında onlar üçün şəfaətçi olduqlarını iddia edərək, onlara Allahla yanaşı qorxu, ümid, qurban kəsmə, nəzir vermək, dua etmək və bu kimi ibadətləri etdiklərini bildirmişdir. Sonra Uca Allah onların bu iddialarını təkzib etmiş, batil inanclarını açıq şəkildə ifşa etmiş, onları yalançı, kafir və müşriklər adlandırmış və Özünü onların qoşduqları şirkdən uzaq tutaraq belə buyurmuşdur:

﴿...سُبْحَانَهُ وَتَعَالَى عَمَّا يُشْرِكُونَ﴾

(Allah müşriklərin Ona qoşduqları şəriklərdən uzaqdır və ucadır). [Nəhl: 1] Bundan aydın olur ki, kim Allahla bərabər bir mələyi, peyğəmbəri, cinləri, ağacı və ya daşı çağırar, onlara dua edər, onlardan kömək diləyər, onlara nəzir edər və qurban kəsməklə onlara yaxınlaşarsa, onların Allah yanında şəfaətini və Allah hüzuruna yaxınlaşdırdıqlarını ümid edərsə, yaxud xəstəyə şəfa, malın qorunmasını, uzaqda olanın sağ-salamat geri dönməsini və s. kimi şeylər istəyərsə, o, böyük bir şirkə və ağır bir bəlaya düşmüş olar. Uca Allah bu barədə belə buyurmuşdur:

﴿إِنَّ اللَّهَ لَا يَغْفِرُ أَنْ يُشْرَكَ بِهِ وَيَغْفِرُ مَا دُونَ ذَلِكَ لِمَنْ يَشَاءُ وَمَنْ يُشْرِكْ بِاللَّهِ فَقَدِ افْتَرَى إِثْمًا عَظِيمًا48﴾

﴾Şübhəsiz ki, Allah Özünə şərik qoşulmasını əsla bağışlamaz, (amma) bundan başqa olan günahları isə istədiyi şəxsə bağışlayar. Allaha şərik qoşan şəxs böyük bir günah edərək iftira atmış olur﴿. [Nisa: 48]. Uca Allah buyurur:

﴿...إِنَّهُ مَنْ يُشْرِكْ بِاللَّهِ فَقَدْ حَرَّمَ اللَّهُ عَلَيْهِ الْجَنَّةَ وَمَأْوَاهُ النَّارُ وَمَا لِلظَّالِمِينَ مِنْ أَنْصَارٍ﴾

(Kim Allaha şərik qoşarsa, heç şübhəsiz, Allah Cənnəti ona haram edər. Onun gedəcəyi yer Cəhənnəmdir. Zalımların heç bir yardımçısı yoxdur). [Maidə: 72].

Şəfaət isə Qiyamət günü şirk əhli üçün deyil, yalnız tövhid və ixlas əhli üçün olacaqdır. Peyğəmbərə (sallallahu əleyhi va səlləm) bu barədə: "Ya Rəsuləllah, sənin şəfaətinə ən çox kim nail olacaq?" — deyə sual verildikdə, O, belə cavab vermişdir:

«مَنْ قَالَ: لَا إِلَهَ إِلَّا اللهُ خَالِصًا مِنْ قَلْبِهِ».

"Qiyamət günü mənim şəfatimə müvəffəq olan kəs, xalis qəlblə (Lə İləhə illəllah) - deyən kimsədir". Peyğəmbər (sallallahu əleyhi va səlləm) başqa bir hədisdə belə buyurmuşdur:

«لِكُلِّ نَبِيٍّ دَعْوَةٌ مُسْتَجَابَةٌ، فَتَعَجَّلَ كُلُّ نَبِيٍ دَعْوَتَهُ، وَإِنِّي اخْتَـبَأْتُ دَعْوَتِي شَفَاعَةً لِأُمَّتِي يَومَ القِيَامَةِ، فَهِيَ نَائِلَةٌ إِنْ شَاءَ اللهِ مَن مَاتَ مِنْ أُمَّتِي لَا يُشْرِكُ بِاللهِ شَيْئًا».

"Hər bir peyğəmbərin qəbul olunmuş bir duası vardır. Hər bir peyğəmbər öz duasını (bu dünyada) etmişdir. Mən isə duamı Qiyamət günü ümmətimə şəfaət etmək üçün saxladım. İnşəAllah, bu şəfaət, ümmətimdən Allaha heç bir şeyi şərik qoşmadan ölənlərə nəsib olacaqdır".

Əvvəlki müşriklər (yəni: cahiliyyə dövrünün müşrikləri) Allahın Rəbb, Xaliq və Ruziverən olduğuna iman edirdilər. Lakin onlar peyğəmbərlərə, övliyalara, mələklərə, ağaclara, daşlara və bu kimi digər varlıqlara bağlanıb, həmin varlıqların Allah yanında onlar üçün şəfaətçi olacaqlarını və özlərini Allaha yaxınlaşdıracaqlarını ümid edirdilər. Bu, əvvəlki ayələrdə də qeyd olunduğu kimi, onların əsas iddialarından biri idi. Lakin Allah onları bu inanca görə üzürlü saymadı. Əksinə, Uca Allah Öz Əzəmətli Kitabında bu əməllərini inkar etdi, onları kafir və müşriklər adlandırdı və ibadət etdikləri bu ilahların onlara şəfaət edəcəyi və ya onları Allaha yaxınlaşdıracağına dair iddialarını təkzib etdi. Peyğəmbər (sallallahu əleyhi va səlləm) də onları bu əməllərinə görə üzürlü saymadı. Əksinə, Peyğəmbər (sallallahu əleyhi və səlləm) Uca Allahın aşağıda qeyd edilən ayəsinə əsasən, onlarla bu şirk əməllərinə görə, ibadəti yalnız Allaha məxsus edənədək mübarizə apardı.

﴿وَقَاتِلُوهُمْ حَتَّى لَا تَكُونَ فِتْنَةٌ وَيَكُونَ الدِّينُ لِلَّهِ...﴾

(Fitnə aradan qalxana qədər və din ancaq Allaha məxsus edilənədək onlara qarşı vuruşun!). [Bəqərə: 193]. Peyğəmbər (sallallahu aleyhi va səlləm) belə buyurmuşdur:

«أُمِرْتُ أَنْ أُقَاتِلَ النَّاسَ حَتَّى يَشْهَدُوا أَنْ لَا إِلهَ إِلَّا اللهُ وَأَنَّ مُحَمَّدًا رَسُولُ اللهِ، وَيُقِيمُوا الصَّلَاةَ، وَيُؤتُوا الزَّكَاةَ، فَإِذَا فَعَلُوا ذَلِكَ عَصَمُوا مِنِّي دِمَاءَهُم وَأَمْوَالَهُمْ إِلَّا بِحَقِّ الإِسْلَامِ، وَحِسَابُهُم عَلَى اللهِ».

"İnsanlar Allahdan başqa ibadətə layiq haqq məbudun olmadığına və Muhammədin Allahın Rəsulu olduğuna şahidlik edənə, namaz qılana və zəkat verənə qədər onlarla vuruşmaq mənə əmr olundum. Əgər bunları edərlərsə, İslamın haqqı (cinayətə görə veriləcək cəza) istisna olmaqla, qanlarını və mallarını məndən qorumuş olarlar, hesabları isə Allaha aiddir". Peyğəmbərin (sallallahu əleyhi və səlləm) bu sözünün mənası:

«حَتَّى يَشْهَدُوا أَن لَا إِلهَ إِلَّا اللهُ».

"Allahdan başqa ibadətə layiq haqq məbudun olmadığına şahidlik edənə qədər". Yəni: İbadəti yalnız Allah üçün, Ondan başqasına aid etmədən tək Ona həsr edənə qədər.

Müşriklər həqiqətən də cinlərdən qorxur və onlara sığınırdılar. Buna görə Uca Allah bu barədə belə buyurmuşdur:

﴿وَأَنَّهُ كَانَ رِجَالٌ مِنَ الْإِنْسِ يَعُوذُونَ بِرِجَالٍ مِنَ الْجِنِّ فَزَادُوهُمْ رَهَقًا6﴾

(Həqiqətən, insanlardan bəziləri cinlərin bəzilərinə sığınırdılar. Bu isə onların azğınlığını artırırdı). [Cin: 6]. Təfsir alimləri bu mübarək ayənin mənası barədə belə demişlər:

﴿...فَزَادُوهُمْ رَهَقًا﴾

(Bu isə onların azğınlığını artırırdı). Yəni: Onların qorxu və narahatlığını artırırdı. Çünki cinlər, insanların onlara sığındıqlarını gördükdə, özlərini böyük və uca hesab edir, təkəbbür göstərirlər. Bu zaman cinlər, insanların onlara daha çox ibadət etmələri və sığınmaları üçün onların qorxularını və təşvişlərini daha da artırırlar.

Uca Allah müsəlmanlara bu (batil) sığınmanın əvəzinə, Özünə və Onun kamil kəlmələrinə sığınmağı əmr etmişdir. Bu barədə Uca Allah belə buyurmuşdur:

﴿وَإِمَّا يَنْزَغَنَّكَ مِنَ الشَّيْطَانِ نَزْغٌ فَاسْتَعِذْ بِاللَّهِ إِنَّهُ سَمِيعٌ عَلِيمٌ200﴾

(Əgər şeytandan sənə bir vəsvəsə gəlsə, Allaha sığın. Şübhəsiz ki, O, eşidəndir, biləndir). [Əraf: 200]. İzzət və Cəlal sahib olan Allah buyurur:

﴿قُلْ أَعُوذُ بِرَبِّ الْفَلَقِ1﴾

(De: "Sığınıram sübhün Rəb­binə"). [Fələq: 1]. Peyğəmbər (sallallahu aleyhi va səlləm) Səhih bir hədisdə belə buyurmuşdur:

«مَنْ نَزَلَ مَنْزِلًا فَقَالَ: (أَعُوذُ بِكَلِمَاتِ اللهِ التَّامَّاتِ مِنْ شَرِّ مَا خَلَقَ)؛ لَم يَضُرَّهُ شَيءٌ حَتَّى يَرْتَحِلَ مِنْ مَنْزِلِهِ ذَلِكَ».

"Kim bir mənzil başına çatıb:

[Əuzu bikəlimətilləhit-təmməti min şərri mə xaləq]

“Yaratdıqlarının şərindən Allahın kamil kəlmələrinə sığınıram” – duasını oxuyarsa, həmin yeri tərk edənə qədər ona heç bir şey zərər verməz".

Yuxarıda qeyd olunan ayə və hədislərdən nicat axtaran, dinini qorumağa çalışan və həm aşkar, həm də gizli şəkildə şirkin hər növündən salamat qalmaq istəyən bir müsəlmana aydın olur ki, ölmüş şəxslərə, mələklərə, cinlərə və digər məxluqlara bağlanmaq, onlara dua etmək, onlardan kömək və sığınacaq istəmək və s. bu kimi əməllər, cahiliyyə dövrü müşriklərinin əməllərindəndir və Uca Allaha qarşı ən çirkin şirk növlərindən biridir. Buna görə də belə əməlləri tərk etmək, onlardan çəkinmək, başqalarını da onları tərk etməyə təşviq etmək və bu əməlləri edənlərə inkar etmək vacibdir.

Amma insanlar arasında bu kimi şirk əməlləri ilə tanınan bir şəxsə gəldikdə isə, o, bu əməllərdən Allaha səmimi şəkildə tövbə edib, duanı və ibadəti yalnız Allaha xas etməyincə, onunla evlənmək, kəsdiyi heyvanın ətini yemək, onun üçün cənazə namazı qılmaq və onun arxasında namaz qılmaq caiz deyildir. Çünki dua, ibadətin özüdür. Əksinə, o, ibadətin özəyidir. Peyğəmbər (sallallahu əleyhi va səlləm) belə buyurmuşdur:

«الدُّعَاءُ هُوَ العِبَادَةُ».

“Dua ibadətin özüdür”. Peyğəmbər (sallallahu əleyhi va səlləm) başqa bir rəvayətdə belə buyurumuşdur:

«الدُّعَاءُ مُخُّ العِبَادَةِ».

“Dua ibadətin özəyidir”. Amma müşriklərlə evlənməyə gəldikdə isə, Uca Allah belə buyurmuşdur:

﴿وَلَا تَنْكِحُوا الْمُشْرِكَاتِ حَتَّى يُؤْمِنَّ وَلَأَمَةٌ مُؤْمِنَةٌ خَيْرٌ مِنْ مُشْرِكَةٍ وَلَوْ أَعْجَبَتْكُمْ وَلَا تُنْكِحُوا الْمُشْرِكِينَ حَتَّى يُؤْمِنُوا وَلَعَبْدٌ مُؤْمِنٌ خَيْرٌ مِنْ مُشْرِكٍ وَلَوْ أَعْجَبَكُمْ أُولَئِكَ يَدْعُونَ إِلَى النَّارِ وَاللَّهُ يَدْعُو إِلَى الْجَنَّةِ وَالْمَغْفِرَةِ بِإِذْنِهِ وَيُبَيِّنُ آيَاتِهِ لِلنَّاسِ لَعَلَّهُمْ يَتَذَكَّرُونَ221﴾

(Müşrik qadınlar iman gətirməyincə onlarla evlənməyin. Əlbəttə, iman gətirmiş bir kəniz, sizi heyran edən müşrik bir qadından daha xeyirlidir. Müşrik kişilər iman gətirməyincə (mömin qadınları) onlara ərə verməyin. Əlbəttə, iman gətirmiş bir kölə, sizi heyran edən müşrik bir kişidən daha xeyirlidir. Onlar Oda çağırırlar. Allah isə (sizi) Öz izni ilə Cənnətə və bağışlanmağa çağırır. O, Öz ayələrini insanlara bəyan edir ki, bəlkə, düşünüb ibrət alsınlar). [Bəqərə: 221]. Uca Allah bu ayədə müsəlmanlara, istər bütlərə, istər cinlərə, istər mələklərə və ya digər məxluqlara ibadət edən müşrik qadınlarla — onlar ibadəti ixlasla yalnız Allaha xas edib, Peyğəmbərin (sallallahu əleyhi va səlləm) gətirdiklərini təsdiq edərək onun yoluna tabe olmayınca — evlənməyi qadağan etmişdir. Həmçinin Uca Allah, müşrik kişilərin müsəlman qadınlarla — onlar ibadəti ixlasla yalnız Allaha xas edib, Peyğəmbərin (sallallahu əleyhi va səlləm) gətirdiklərini təsdiq edərək ona tabe olmayınca — evləndirilməsini də qadağan etmişdir.

Uca Allah xəbər verir ki, imanlı cariyə, azad və müşrik qadından daha xeyirlidir, hətta baxanlar onun zahiri gözəlliyinə və gözəl danışığına valeh olsalar belə. Eyni ilə Allah bildirir ki, imanlı bir qul, azad və müşrik bir kişidən daha xeyirlidir, hətta zahiri görünüşü, nitqi, cəsarəti və digər üstünlükləri ilə başqalarının diqqətini cəlb etsə belə. Sonra Uca Allah bu üstünlüyün səbəblərini öz sözü ilə izah etmişdir:

﴿...أُولَئِكَ يَدْعُونَ إِلَى النَّارِ...﴾

(Onlar Oda çağırırlar). [Bəqərə: 221]. Yəni: Burada məqsəd müşrik kişilər və qadınlardır. Çünki onlar sözləri, əməlləri, həyat tərzləri və əxlaqları ilə insanları Oda (Cəhnnəmə) çağırırlar. Amma mömin kişilər və qadınlar isə əxlaqları, əməlləri və yaşayış tərzləri ilə insanları Cənnətə dəvət edirlər. Belə olduqda, bunlar və onlar heç bərabər ola bilərmi?!

Amma müşriklər üçün cənazə namazı qılmağa gəldikdə isə, Uca Allah münafiqlər barəsində belə buyurmuşdur:

﴿وَلَا تُصَلِّ عَلَى أَحَدٍ مِنْهُمْ مَاتَ أَبَدًا وَلَا تَقُمْ عَلَى قَبْرِهِ إِنَّهُمْ كَفَرُوا بِاللَّهِ وَرَسُولِهِ وَمَاتُوا وَهُمْ فَاسِقُونَ84﴾

(Heç vaxt onlardan (münafiqlərdən) ölmüş bir kəsin (cənazə) namazını qılma, qəbrinin başında da durma. Çünki onlar Allaha və Rəsluna küfr etdilər və fasiq olaraq öldülər). [Tövbə: 84]. Uca Allah bu mübarək ayədə bildirir ki, münafiq və kafir olanlara cənazə namazı qılınmaz, onların arxasında namaz qılmaq caiz deyil və onlar müsəlmanların imamı hesab edilə bilməzlər. Bunun səbəbi onların Uca Allaha və Onun Rəsuluna qarşı küfr etmələri, etibarsız olmaları və müsəlmanlarla onlar arasında dərin düşmənçilik olmasıdır. Onlar namaz və ibadət əhli deyillər. Çünki küfr və şirk əməllərin qəbul edilməsinə mane olur. Uca Allah bizi belə bir aqibətdən qorusun! Amma müşriklərin kəsdikləri heyvan ətini yeməyə gəldikdə isə, Uca Allah ölü heyvanın və müşriklərin kəsdiyi heyvanların haram olduğunu açıq şəkildə bildirmişdir. Uca Allah buyurur:

﴿وَلَا تَأْكُلُوا مِمَّا لَمْ يُذْكَرِ اسْمُ اللَّهِ عَلَيْهِ وَإِنَّهُ لَفِسْقٌ وَإِنَّ الشَّيَاطِينَ لَيُوحُونَ إِلَى أَوْلِيَائِهِمْ لِيُجَادِلُوكُمْ وَإِنْ أَطَعْتُمُوهُمْ إِنَّكُمْ لَمُشْرِكُونَ121﴾

(Üzərində Allahın adı çəkilməmiş – (“bismilləh” deyilib kəsilməmiş) heyvanlardan yeməyin. Çünki bu, günahdır. Həqiqətən, şeytanlar öz dostlarına sizinlə mübahisə etmək üçün (batil əqidələr) təlqin edirlər. Əgər onlara itaət etsəniz, sözsüz ki, siz də müşriklərdən olarsınız). [Ənam: 121]. Uca Allah müsəlmanları ölü heyvan və həmçinin müşriklərin kəsdiyi heyvan ətini yeməkdən qadağan etmişdir. Çünki bu növ ət nəcisdir. Müşriklərin kəsdiyi heyvan ətinin hökmü, hətta o heyvan üzərində Allahın adını çəksə "Bismilləh — desə" belə, ölü heyvan ətinin hökmü ilə eynidir. Çünki müşrikin Allahın adını çəkməsi "Bismilləh — desə" batildir və bunun heç bir təsiri yoxdur. Çünki bu bir ibadətdir və müşrik Allaha tövbə edənə qədər şirk onun ibadətini batil və ləğv edir. Sadəcə Uca Allah Kitab əhlinin kəsdikləri heyvan ətindən yeməyə icazə vermişdir. Uca Allah belə buyurur:

﴿...وَطَعَامُ الَّذِينَ أُوتُوا الْكِتَابَ حِلٌّ لَكُمْ وَطَعَامُكُمْ حِلٌّ لَهُمْ...﴾

(Kitab verilənlərin yeməkləri (kəsdikləri heyvanlar) sizə halal, sizin yeməkləriniz (kəsdiyiniz heyvanlar) də onlara halaldır). [Maidə: 5]. Çünki onlar səmavi bir dinə mənsub olunurlar və özlərinin guya Musanın və İsanın ardıcılları olduqlarını iddia edirlər, hərçənd ki, onlar bu iddialarında yalançıdırlar. Çünki Uca Allah onların dinini ləğv edib və Muhammədi (sallallahu əleyhi va səlləm) bütün insanlara peyğəmbər olaraq göndərməklə onların dinini batil etmişdir. Lakin Uca Allah əzəmətli bir hikmətə və gizli sirlərə görə, bizə Kitab əhlindən olanların yeməklərini və qadınları ilə evlənməyi halal buyurmuşdur. Bu məsələnin səbəblərini isə Elm əhli izah etmişlər. Bu hökm, peyğəmbər, övliya və ya başqaları olmasından asılı olmayaraq, ölülərə və bütlərə ibadət edən müşriklərdən tamamilə fərqlənir. Çünki onların dininin heç bir əsası yoxdur və bunda heç bir şübhə də yoxdur. Əksinə, onların dini əsasından batildir. Buna görə də onların kəsdiyi heyvan leş sayılır və yeyilməsi halal deyildir.

Amma bir şəxsin qarşısındakına: “Sənə cin toxunub”, “Səni cin tutub”, “Şeytan səni ələ aldı” və buna bənzər sözlər deməsi, təhqir və nalayiq sözdür. Bu cür sözlər, digər təhqir və nalayiq sözlər kimi, müsəlmanlar arasında qətiyyən caiz deyildir. Bu, şirk sayılmır. Əgər bu cür sözlər söyləyən şəxs cinlərin insanların həyatına Allahın izni və istəyi olmadan təsir edə biləcəyinə inanırsa, bu, şirk kimi qəbul edilir. Kim cinlər və ya digər məxluqlar barəsində belə bir inanca sahib olarsa, o, bu inancı səbəbilə kafir sayılır. Çünki Uca Allah hər şeyin sahibidir, hər şeyə qadirdir. O, həm fayda verən, həm zərər verəndir. Allahın izni, iradəsi və əzəldən təqdir etdiyi qədər olmadan heç bir şey baş verə bilməz. Uca Allah Öz Peyğəmbərinə (sallallahu əleyhi va səlləm) belə əzəmətli bir əsası insanlara çatdırmağı əmr edərək belə buyurmuşdur:

﴿قُلْ لَا أَمْلِكُ لِنَفْسِي نَفْعًا وَلَا ضَرًّا إِلَّا مَا شَاءَ اللَّهُ وَلَوْ كُنْتُ أَعْلَمُ الْغَيْبَ لَاسْتَكْثَرْتُ مِنَ الْخَيْرِ وَمَا مَسَّنِيَ السُّوءُ إِنْ أَنَا إِلَّا نَذِيرٌ وَبَشِيرٌ لِقَوْمٍ يُؤْمِنُونَ188﴾

(De: “Mən Allahın istədiyindən başqa özümə nə bir fayda, nə də bir zərər yetirməyə qadirəm. Əgər qeybi bilsəydim, əlbəttə ki, özüm üçün xeyir artırardım və mənə pislik toxunmazdı. Mən sadəcə, iman gətirən bir qövm üçün qorxudan və müjdələyənəm”). [Əraf: 188]. Əgər məxluqatın ağası və ən şərəflisi – Peyğəmbər (ona salavat və salam olsun) – Allahın istədiyindən başqa özünə nə bir xeyir, nə də bir zərər verməyə qadir deyilsə, bu zaman Ondan qeyrisi buna necə qadir ola bilər?! Bu mənada bir çox ayələr vardır.

Baxıcılara, cadugərlərə, falçılara, münəccimlərə və qeyb aləmindən xəbər verdiyini iddia edən bu kimi şəxslərə müraciət etmək, onlardan soruşmaq, haram və qadağan olunmuş münkər bir əməldir. Onlara inanmaq isə daha böyük və daha ağır bir günahdır, hətta bu, küfrün bir növüdür. Çünki Peyğəmbər (sallallahu əleyhi va səlləm) belə buyurmuşdur:

«مَنْ أَتَى عَرَّافًا فَسَأَلَهُ عَنْ شَيءٍ؛ لَمْ تُقْبَلْ لَهُ صَلَاةٌ أَرْبَعِينَ يَومًا».

"Kim bir baxıcının yanına gələrsə və ondan bir şey soruşarsa, qırx gün namazı qəbul olunmaz". Hədisi Müslim öz "Səhih" əsərində rəvayət etmişdir. Həmçinin Müslim öz "Səhih" əsərində Muaviyə bin əl-Həkəm əs-Suləminin (Allah ondan razı olsun) belə dediyini rəvayət etmişdir.

«أَنَّ النَّبيَّ ﷺ نَهَى عَنْ إِتْيَانِ الكُهَّانِ وَسُؤَالِهِم».

"Peyğəmbər (sallallahu əleyhi va səlləm) kahinlərin yanına getməyi və onlardan soruşmağı qadağan etmişdir".

Sünən kitablarının müəllifləri (Yəni: Əbu Davud, Tirmizi, Nəsai və İbn Maca) Peyğəmbərdən (sallallahu əleyhi va səlləm) belə bir hədis rəvayət etmişlər:

«مَنْ أَتَى كَاهِنًا، فَصَدَّقَهُ بِمَا يَقُولُ؛ فَقَدْ كَفَرَ بِمَا أُنْزِلَ عَلَى مُحَمَّدٍ ﷺ».

"Kim, bir kahinin yanına gəlib, onun dediklərini təsdiq edərsə, Muhammədə (sallallahu aleyhi va səlləm) nazil edilənə küfür etmişdir". Bu mənada bir çox hədislər mövcuddur. Müsəlmanlara vacib olan budur ki, kahinlərə, falçılara, qeyb xəbərləri ilə məşğul olan digər cadugərlərə, eləcə də bu kimi fəaliyyətləri tibb elmi və ya başqa adlar altında təqdim edən, müsəlmanları aldadan şəxslərə müraciət etməkdən və onlardan hər hansı bir məlumat almaqdan çəkinsinlər. Çünki Peyğəmbər (sallallahu aleyhi va səlləm) — yuxarıda da qeyd olunduğu kimi — bu əməlləri qəti şəkildə qadağan etmiş və müsəlmanları bu cür təhlükəli işlərdən uzaq durmağa çağırmışdır. Bura həmçinin: bəzi insanların tibb adı altında qeybə aid şeylər iddia etməsi, xəstənin əmmaməsini yaxud xəstə qadının baş örtüyünü iyləyib sonra: "Bu xəstə filan əməli edib" və ya "filan şeyi yaşayıb" kimi qeybə aid məsələləri söyləməsi də daxildir. Halbuki xəstənin əmmaməsində və ya buna bənzər şeylərdə belə məlumatlara dəlalət edən heç bir dəlil yoxdur. Əsl məqsəd sadəlövh insanları aldatmaq və onlara, guya bu kimsə tibbdən, xəstəliklərin növlərindən və səbəblərindən anlayışı olan bilikli biri kimi göstərməkdir. Ola bilər ki, onlara hansısa dərman da verər və bəzən də Allahın qədərilə həmin adam təsadüfən şəfa tapıb sağalar. Bu zaman insanlar, bu şəfanın həmin şəxsin verdiyi dərmana görə olduğunu zənn edərlər. Bəzən xəstəliyin səbəbi, tibb elmini bildiyini iddia edən həmin şəxsin xidmətində olan cinlər və şeytanlar olur. Onlar bu şəxsə bildikləri bəzi qeyb xəbərləri ötürür, o da bu məlumata əsaslanaraq danışır, buna əsaslanaraq hərəkət edir və həmin şəxs də cinləri və şeytanları razı salmaq üçün onlara münasib olan ibadətləri və ayinləri yerinə yetirir. Beləcə, cinlər və şeytanlar həmin xəstəni tərk edir, ona əvvəl etdikləri zərəri və təsiri dayandırırlar. Bu, cinlər və şeytanlar, eləcə də onlardan istifadə edənlər barəsində məlum və bilinən bir haldır.

Həmçinin müsəlmanlara vacib olan, bu kimi yollardan çəkinmək, bir-birilərinə bunu tərk etməyi tövsiyə etmək, bütün işlərdə yalnız Uca Allaha güvənmək və tək Ona təvəkkül etməkdir. Şəri ruqiyələrdən (ovsunlardan), halal dərmanlardan istifadə etməkdə və xəstəni müayinə edərək, onun xəstəliyini hissi və əqli səbəblərlə müəyyənləşdirən həkimlərə müraciət etməkdə isə heç bir qəbahət yoxdur. Çünki Peyğəmbər (sallallahu aleyhi va səlləm) səhih hədisdə belə buyurmuşdur:

«مَا أَنْزَلَ اللهُ دَاءً إِلَّا أَنْزَلَ لَهُ شِفَاءً، عَلِمَهُ مَنْ عَلِمَهُ، وَجَهِلَهُ مَنْ جَهِلَهُ».

"Allah, nə xəstəlik endirmişdirsə, onun şəfasınıda endirmişdir. Onun (xəstəliyin şəfasını) bilən bildi, bil­məyən də bilmədi". Peyğəmbər (sallallahu aleyhi va səlləm) belə buyurmuşdur:

«لِكُلِّ دَاءٍ دَوَاءٌ، فإِذَا أُصِيبَ دَوَاءٌ الدَّاءَ بََرَأَ بِإِذْنِ اللهِ».

"Hər bir xəstəliyin bir dərmanı vardır. Əgər dərman xəstəliyə uyğun gələrsə, Allahın izni ilə şəfa tapar". Peyğəmbər (sallallahu aleyhi va səlləm) başqa bir hədisdə belə buyurmuşdur:

«عِبَادَ اللهِ، تَدَاوَوا وَلَا تَدَاوَوا بِحَرَامٍ».

"Ey Allahın bəndələri! Müalicə olunun, lakin haramla müalicə olunmayın". Bu mənada bir çox hədislər mövcuddur.

Biz Uca Allahdan bütün müsəlmanların halını islah etməsini, qəlblərinə və bədənlərinə hər cür şərdən şəfa verməsini, onları hidayət yolunda birləşdirməsini, bizi və onları azdırıcı fitnələrdən, şeytana və onun dostlarına itaət etməkdən qorumasını diləyirik! Həqiqətən, O, hər şeyə qadirdir. Uca və Əzəmətli Allahdan başqa güc və qüvvə sahibi yoxdur.

Allahın salatı, salamı və bərəkəti qulu, rəsulu olan Muhammədin, onun ailəsinin və səhabələrinin üzərinə olsun!

 

***

 


بِسْمِ اللهِ الرَّحمَنِ الرَّحِيمِ

Dördüncü Risalə:

Bidət və şirk olan zikrlərlə ibadət etməyin hökmü haqqında

Abduləziz bin Abdullah bin Bazdan, hörmətli qardaş, cənab (...). Allah onu hər bir xeyrə müvəffəq etsin. Amin!

əs-Sələmu aleykum və rahmətullahi va bərakətuh

Daha sonra:

Sizin hörmətli məktubunuz mənə çatdı (Allah sizi hidayəti ilə doğru yola yönəltsin). Məktubunuzda qeyd etdiyinizə görə, ölkənizdə Allahın heç bir dəlil nazil etmədiyi, bəziləri bidət, bəziləri isə açıq-aşkar şirk olan bəzi vird və zikrlərə (və ya dualara) sıx-sıx bağlı qalan insanlar mövcuddur. Onlar bu əməlləri möminlərin əmiri Əli bin Əbu Talibə (Allah ondan razı olsun) və başqalarına nisbət edirlər. Onlar bu vird və zikrləri zikr məclislərində və ya məscidlərdə məğrib namazından sonra oxuyur və bu əməllərin onları Allaha yaxınlaşdırdığını iddia edirlər. Onların dedikləri ifadələr bunlardır: “Allah xatirinə, ey Allahın saleh bəndələri, bizə Allahın köməyi ilə yardım edin! Allah naminə bizim köməkçimiz olun!”. Həmçinin belə deyirlər: "Ey qütblər! Ey seyyidlər (ağalar)! Ey bizə yardım edənlər, cavab verin! Bizə Allah naminə şəfaət edin! Bu, sizin qulunuzdur – qapınızda dayanmış və orada ibadətə bağlanmışdır. Öz qüsur və səhlənkarlığından qorxu içindədir. Ey Allahın Rəsulu, bizə yardım et! Mənim sizdən başqa gedəcək yerim yoxdur. Ehtiyaclarım yalnız sizdən istəyirik. Siz Allahın seçilmiş bəndələrisiniz. Şəhidlərin ağası Həmzə haqqı üçün sizdən kim bizə yardımçı olar? Ey Allahın Rəsulu, bizə kömək et!". Belə deyirlər: "Allahım! Sənin qüdrət və əzəmət sirlərinin açılmasına və aşkara çıxmasına səbəb etdiyin, Sənin rəhmət nurlarının açılıb saçılmasına vasitə etdiyin, Rəbbani hüzurun yer üzündəki nümayəndəsi təyin etdiyin və beləliklə, Sənin zatına məxsus ilahi sirlərin xəlifəsi olaraq - seçdiyin şəxsə salavat göndər!".

Sizin bu dualardan hansının bidət, hansının isə şirk olduğunu öyrənmək istəməyiniz, həmçinin bu duanı edən imamın arxasında namaz qılmağın caiz olub-olmaması barədəki sualınız bizə çatdı və məlum oldu.

Cavab: Həmd yalnız Allaha məxsusdur. Salat və salam Özündən sonra heç bir peyğəmbər olmayan Muhammədə, onun ailəsinə və səhabələrinə və Qiyamət gününə qədər onlara gözəl şəkildə tabe olanların üzərinə olsun.

Daha sonra: Bil ki – Allah səni müvəffəq etsin – Uca Allah bəşəriyyəti yalnız Ona ibadət edilmələri üçün yaratmış, Peyğəmbərləri (onlara Allahın salatı və salamı olsun) də Ona heç bir şərik qoşmadan, başqasına deyil yalnız Uca Allaha ibadət etmələri üçün göndərmişdir. Uca Allah belə buyurur:

﴿وَمَا خَلَقْتُ الْجِنَّ وَالْإِنْسَ إِلَّا لِيَعْبُدُونِ56﴾

(Mən cinləri və insanları yalnız Mənə ibadət etmək üçün yaratdım). [Zariyat: 56].

İbadət — daha əvvəl izah edildiyi kimi — Uca Allaha və Onun Rəsulu Muhammədə (sallallahu aleyhi va səlləm) itaət etməkdir. Bu da Allahın və Rəsulunun buyurduqlarını yerinə yetirmək, qadağan etdiklərindən isə çəkinməkdən ibarətdir. Bütün bunlar Allaha və Onun Rəsuluna iman əsasında, əməllərdə Allaha tam səmimiyyət və ixlasla, Allaha qarşı dərin sevgi və yalnız Ona yönəlmiş tam təvazö və itaətlə həyata keçirilməlidir. Bu itaət, başqasına deyil yalnız Uca Allaha edilməlidir. Uca Allah belə buyurur:

﴿وَقَضَى رَبُّكَ أَلَّا تَعْبُدُوا إِلَّا إِيَّاهُ...﴾

(Rəbbin yalnız Ona ibadət etməyi əmr etmişdir). [İsra : 23]. Yəni: Uca Allah yalnız Özünə ibadət olunmasını əmr etmiş və tövsiyə etmişdir. Uca Allah buyurur:

﴿الْحَمْدُ لِلَّهِ رَبِّ الْعَالَمِينَ2 الرَّحْمَنِ الرَّحِيمِ3 مَالِكِ يَوْمِ الدِّينِ4 إِيَّاكَ نَعْبُدُ وَإِيَّاكَ نَسْتَعِينُ5﴾

(Həmd, aləmlərin Rəbbi olan Allaha məxsusdur.

Mərhəmətli və Rəhmli olana.

Din gününün Sahibinə.

Biz yalnız Sənə ibadət edir və yalnız Səndən kömək diləyirik). (Fatihə: 2-5). Beləliklə, Uca Allah bu ayələrlə bizə aydın şəkildə bildirir ki, ibadət yalnız Ona edilməlidir və kömək də yalnız Ondan istənilməlidir. Uca Allah belə buyurur:

﴿إِنَّآ أَنزَلۡنَآ إِلَيۡكَ ٱلۡكِتَٰبَ بِٱلۡحَقِّ فَٱعۡبُدِ ٱللَّهَ مُخۡلِصٗا لَّهُ ٱلدِّينَ2 أَلَا لِلَّهِ ٱلدِّينُ ٱلۡخَالِصُۚ...﴾

(Biz Kitabı sənə haqq olaraq nazil etdik. Odur ki, sən də, dini yalnız Allaha aid edərək ancaq Ona ibadət et!.

Bilin ki, xalis din yalnız Allaha məxsusdur). (Zümər: 2, 3). Uca Allah buyurur:

﴿فَادْعُوا اللَّهَ مُخْلِصِينَ لَهُ الدِّينَ وَلَوْ كَرِهَ الْكَافِرُونَ14﴾

(Kafirlərin xoşuna gəlməsə də, dini məhz Allaha aid edərək Ona (ixlasla) dua edin!). [Ğafir: 14]. Uca Allah buyurur:

﴿وَأَنَّ الْمَسَاجِدَ لِلَّهِ فَلَا تَدْعُوا مَعَ اللَّهِ أَحَدًا18﴾

(Şübhəsiz ki, məscidlər Allaha məxsusdur. Elə isə Allahla yanaşı heç kəsə dua etməyin!). [Cin: 18]. Bu mənanı ifadə edən ayələr çoxdur və onların hamısı ibadətin ixlasla (səmimi şəkildə) yalnız Allaha edilməsinin vacib olduğunu bildirir.

Məlumdur ki, duanın bütün növləri ibadət sayılır. Buna görə də, heç bir insan öz Rəbbindən başqasına dua etməməli, yalnız Ondan kömək və yardım istəməli və yalnız Ona sığınmalıdır. Bu da həmin mübarək ayələrə və onların mənasını daşıyan digər ayələrə əməl etmək deməkdir. Bu, adi hallara və hissi səbəblərə aid deyildir. Yəni: Canlı və yanında olan bir məxluqun edə bildiyi adi işlər bu qaydadan istisnadır. Çünki bunlar ibadət sayılmır. Əksinə, bu həm dini dəlillərlə, həm də alimlərin ittifaqına əsasən, bir insan başqa bir canlı və qadir olan insandan, onun bacardığı adi işlərdə kömək istəyə bilər. Məsələn: Övladının, xidmətçisinin və ya bir itin törədə biləcəyi zərəri dəf etmək üçün kimdənsə yardım istəməsi caizdir. Məsələn: Bir insanın evi tikmək, avtomobilini təmir etmək və buna bənzər işlərdə, canlı və yanında olan yaxud uzaqda olsa belə, məktub yazmaq və digər hissi vasitələrlə əlaqə qurmaq mümkün olan bir insandan yardım istəməsi şəriət baxımından caizdir. Buna misal olaraq, bir insanın cihad və ya müharibə zamanı yoldaşlarından kömək istəməsini və ya onlardan yardım diləməsini göstərmək olar. Bu mövzuyla bağlı Qurani-Kərimdə Musanın (Aleyhis-səlam) hekayəsində Uca Allahın buyurduğu söz də buna misaldır.

﴿...فَاسْتَغَاثَهُ الَّذِي مِنْ شِيعَتِهِ عَلَى الَّذِي مِنْ عَدُوِّهِ...﴾

(Tərəfdarlarından olan kəs onu düşməninə qarşı köməyə çağırdı). [Qasas: 15].

Amma ölmüş şəxslərdən, cinlərdən, mələklərdən, ağaclardan və daşlardan yardım istəməyə gəldikdə isə bu, böyük şirkdir. Bu, əvvəlki müşriklərin Uzza, Lat və digər bütlərə etdikləri şirk əməlləri ilə eyni mahiyyət daşıyır. Eləcə də, bəzi insanların, diri olan "Övliya" hesab etdikləri şəxslərdən, yalnız Allahın qadir olduğu işlərdə, məsələn: xəstələri sağaltmaq, qəlbləri hidayət etmək, Cənnətə daxil olmaq və ya Cəhənnəmdən xilas olmaq kimi məsələlərdə kömək və nicat istəmələri də bu qəbildəndir.

Əvvəlki ayələr və onlarla eyni məna daşıyan digər ayə və hədislər, bütün işlərdə qəlblərin Uca Allaha yönəldilməsinin və ibadətin yalnız Ona aid edilməsinin vacibliyinə dəlalət edir. Çünki – əvvəlki ayələrdə qeyd edildiyi kimi – insan bu məqsədlə xəlq edilmiş və bununla əmr olunmuşdur. Uca Allah belə buyurur:

﴿وَاعْبُدُوا اللَّهَ وَلَا تُشْرِكُوا بِهِ شَيْئًا...﴾

(Allaha ibadət edin və heç bir şeyi Ona şərik qoşmayın!). [Nisa: 36]. Uca Allah buyurur:

﴿وَمَا أُمِرُوا إِلَّا لِيَعْبُدُوا اللَّهَ مُخْلِصِينَ لَهُ الدِّينَ...﴾

(Halbuki onlara, dini məhz Allaha məxsus edib, batildən haqqa yönələrək ibadət etmələri əmr olunmuşdur). [Bəyyinə: 5]. Muaz bin Cəbəlin (Allah ondan razı olsun) rəvayət etdiyi hədisdə Peyğəmbər (sallallahu aleyhi va səlləm) belə buyurmuşdur:

«حَقُّ اللهِ عَلَى العِبَادِ أَنْ يَعْبُدُوهُ وَلَا يُشْرِكُوا بِهِ شَيْئًا».

"Allahın bəndələr üzərində olan haqqı budur ki, Ona ibadət etsinlər və Ona heç bir şeyi şərik qoşmasınlar". Hədisi Buxari və Müslim rəvayət etmişdir. Abdullah bin Məsudun (Allah ondan razı olsun) rəvayət etdiyi hədisdə Peyğəmbər (sallallahu aleyhi va səlləm) belə buyurmuşdur:

«مَنْ مَاتَ وَهُوَ يَدْعُو لِلَّهِ نِدًّا؛ دَخَلَ النَّارَ».

“Kim Allahla yanaşı başqa birinə dua edərək ölərsə, Cəhənnəmə girər”. Hədisi Buxari rəvayət etmişdir. Buxari və Müslimin İbn Abbasdan (Allah ondan və atasından razı olsun) rəvayət etdikləri hədisdə bildirilir ki, Rəsulullah (sallallahu aleyhi va səlləm) Muaz ibn Cəbəli Yəmənə göndərərkən ona belə demişdir:

«إِنَّكَ تَأْتِي قَومًا أَهْلَ كِتَابٍ، فَلْيَكُنْ أَوَّلَ مَا تَدْعُوهُم إِلَيهِ شَهَادَةِ أَنْ لَا إِلهَ إِلَّا اللهُ».

"Sən Kitab əhli olan bir qövmün yanına gedirsən. Onları ilk dəvət etdiyin şey «Lə ilahə illəllah» Allahdan başqa ibadətə layiq haqq məbud olmadığına şəhadət vermələri olsun". Başqa bir ləfizdə belə rəvayət olunur:

«اُدْعُهُمْ إِلَى شَهَادَةِ أَنْ لَا إِلهَ إِلَّا اللهُ وَأَنِّي رَسُولُ اللهِ».

"Onları Allahdan başqa ibadətə layiq haqq məbud olmadığına və Mənim Allahın Rəsulu olduğuma şəhadət vermələrinə dəvət et". Buxaridə gələn digər bir rəvayətdə isə belə deyilir:

«فَلْيَكُنْ أَوَّلَ مَا تَدْعُوهُم إِلَى أَنْ يُوَحِّدُوا اللهَ».

"Onları ilk dəvət etdiyin şey, ibadətdə Allahı təkləşdirmələri olsun". Müslimin "Səhih" əsərlərində, Tariq bin Əşyəm əl-Aşcaidən (Allah ondan razı olsun) rəvayət olunan bir hədisdə Peyğəmbər (sallallahu əleyhi va səlləm) belə buyurmuşdur:

«مَنْ قَالَ: لَا إِلهَ إِلَّا اللهُ، وَكَفَرَ بِمَا يُعْبَدُ مِن دُونِ اللهِ؛ حَرُمَ مَالُهُ وُدَمُهُ، وَحِسَابُهُ عَلَى اللهِ جَلَّ جَلَالُهُ».

"Kim: «Lə ilahə illəllah» (Allahdan başqa ibadətə layiq haqq məbud yoxdur) — deyərsə və Allahdan başqa ibadət edilənləri inkar (küfr) edərsə, onun malı və canı haramdır, hesabı isə Uca və Şanlı Allaha aiddir". Bu mənada bir çox hədislər mövcuddur.

Bu tövhid İslam dininin əsası, dinin təməli, işin başı və ən mühüm fərzdir. Yuxarıda qeyd olunan ayələrə əsasən, tövhid, insanların və cinlərin yaradılmasının əsas məqsədi, eləcə də bütün peyğəmbərlərin (onlara Allahın salavatı və salamı olsun) göndərilməsinin İlahi hikmətidir. Bu ayələrdən bəziləri Uca Allahın bu kəlmıdır:

﴿وَمَا خَلَقْتُ الْجِنَّ وَالْإِنْسَ إِلَّا لِيَعْبُدُونِ56﴾

(Mən cinləri və insanları yalnız Mənə ibadət etmək üçün yaratdım). [Zariyat: 56]. Bununla bağlı dəlillərdən biri də Uca Allahın bu kəlamıdır:

﴿وَلَقَدْ بَعَثْنَا فِي كُلِّ أُمَّةٍ رَسُولًا أَنِ اعْبُدُوا اللَّهَ وَاجْتَنِبُوا الطَّاغُوتَ...﴾

(Biz hər ümmətə: “Allaha ibadət edin, tağutdan uzaq olun” – (deyə,) elçi göndərdik). [Nəhl: 36]. Pak və Nöqsansız olan Allah başqa bir ayədə belə buyurur:

﴿وَمَا أَرْسَلْنَا مِنْ قَبْلِكَ مِنْ رَسُولٍ إِلَّا نُوحِي إِلَيْهِ أَنَّهُ لَا إِلَهَ إِلَّا أَنَا فَاعْبُدُونِ25﴾

(Səndən əvvəl elə bir elçi göndərməmişik ki, ona: “Məndən başqa heç bir məbud yoxdur, Mənə ibadət edin!”– deyə vəhy etməyək). [Ənbiya: 25]. Uca Allah Nuhun, Hudun, Salehin və Şuaybin (onlara Allahın salatı və salamı olsun) öz qövmünə belə dediklərini buyurmuşdur:

﴿...اعْبُدُوا اللَّهَ مَا لَكُمْ مِنْ إِلَهٍ غَيْرُهُ...﴾

(Ey qövmüm! Allaha ibadət edin. Sizin Ondan başqa (heç bir) ilahınız yoxdur). [Əraf: 54]. Bu, əvvəlki iki ayədə ifadə olunduğu kimi, bütün peyğəmbərlərin dəvətidir. Hətta Peyğəmbərlərin düşmənləri, peyğəmbərlər onlara yalnız Allaha ibadət etməyi və Ondan başqa ibadət olunan bütləri tərk etməyi əmr etdiklərini etiraf etmişlər. Uca Allah Ad qövmünün hekayəsində buyurur ki, onlar peyğəmbərləri Hud (ona Allahın salatı və salamı olsun) haqqında belə dedilər:

﴿...أَجِئْتَنَا لِنَعْبُدَ اللَّهَ وَحْدَهُ وَنَذَرَ مَا كَانَ يَعْبُدُ آبَاؤُنَا...﴾

(Onlar dedilər: “Sən bizə tək Allaha ibadət etməyimiz və atalarımızın ibadət etdiklərini tərk etməyimiz üçün gəldin? Əgər doğru danışanlardansansa, (elə isə) bizə vəd etdiyin əzabı gətir”). [Əraf: 70]. Uca Allah xəbər verir ki, Peyğəmbərimiz Muhamməd (sallallahu aleyhi va səlləm) qövmü Qureyşi yalnız Allaha ibadət etməyə və Ondan başqa ibadət etdikləri mələkləri, övliyaları, bütləri, ağacları və digər ilahları tərk etməyə dəvət etdikdə, qövmü Ona belə cavab verdi:

﴿أَجَعَلَ الْآلِهَةَ إِلَهًا وَاحِدًا إِنَّ هَذَا لَشَيْءٌ عُجَابٌ5﴾

(O, ilahları tək bir ilahmı etdi?! Həqiqətən, bu, əcaib bir şeydir”). [Sad: 5]. Uca və Pak olan Allah başqa ayədə belə buyurur:

﴿إِنَّهُمْ كَانُوا إِذَا قِيلَ لَهُمْ لَا إِلَهَ إِلَّا اللَّهُ يَسْتَكْبِرُونَ35 وَيَقُولُونَ أَئِنَّا لَتَارِكُوٓاْ ءَالِهَتِنَا لِشَاعِرٖ مَّجۡنُونِۭ36﴾

(Çünki onlara: “Allahdan başqa (ibadətə layiq olan) ilah yoxdur!”– deyildikdə təkəbbür göstərir

və: “Məgər bir dəli şairə görə ilahlarımızı tərkmi edəcəyik?!” – deyirdilər). [Saffat: 35, 36]. Bu mənaya dəlalət edən ayələr çoxdur.

Yuxarıda qeyd etdiyimiz ayə və hədislərdən belə aydın olur ki, — Allah mənə və sənə dində anlayış və aləmlərin Rəbbinin haqqına dair bəsirət nəsib etsin — sənin sualında qeyd etdiyin bu dualar və yardım çağırışları böyük şirk növlərindəndir. Çünki bütün bunlar Allahdan qeyrisinə ibadət etmək, eləcə də yalnız Allahın qadir olduğu işləri ölülərdən və qeyb aləmində olanlardan istəməkdir. Bu isə əvvəlki müşriklərin etdikləri şirkdən daha çirkin və daha ağırdır. Çünki əvvəlki müşriklər Uca Allaha yalnız rifah və bolluq halında şəriklər qoşurdular. Amma çətinlik və müsibət anlarında isə onlar ibadətlərini ixlasla yalnız Allaha yönəldirdilər. Çünki onlar bilirdilər ki, çətinlikdən xilas etməyə təkcə Uca Allah qadirdir, Ondan başqa heç kimin buna gücü yetməz. Uca Allah Mübarək və Acıq-aydın Kitabında o müşriklər haqqında belə buyurur:

﴿فَإِذَا رَكِبُواْ فِي ٱلۡفُلۡكِ دَعَوُاْ ٱللَّهَ مُخۡلِصِينَ لَهُ ٱلدِّينَ فَلَمَّا نَجَّىٰهُمۡ إِلَى ٱلۡبَرِّ إِذَا هُمۡ يُشۡرِكُونَ65﴾

(Onlar gəmiyə mindikləri zaman, dini yalnız Allaha məxsus edərək, Ona (ixlasla) dua edərlər. Allah onları xilas edib quruya çıxaran kimi, yenə də (Ona) şərik qoşurlar). [Ənkəbut: 65]. Uca Allah başqa bir ayədə onlara xitab edərək belə buyurur:

﴿وَإِذَا مَسَّكُمُ ٱلضُّرُّ فِي ٱلۡبَحۡرِ ضَلَّ مَن تَدۡعُونَ إِلَّآ إِيَّاهُۖ فَلَمَّا نَجَّىٰكُمۡ إِلَى ٱلۡبَرِّ أَعۡرَضۡتُمۡۚ وَكَانَ ٱلۡإِنسَٰنُ كَفُورًا67﴾

(Sizə dənizdə bir fəlakət üz verdiyi zaman Ondan başqa tapındıqlarınız (sizdən) uzaqlaşar. O sizi xilas edib quruya çıxartdıqda isə üz döndərirsiniz. Həqiqətən, insan nankordur!).

[İsra: 67].

Əgər bu son dövr müşriklərindən biri: "Biz onların özləri-özlüyündə fayda vermələrini, xəstələrimizi şəfa verib sağaltmalarını və bizə birbaşa xeyir və ya zərər yetirmələrini istəmirik. Biz sadəcə bu işlərdə onların Allah dərgahında bizim üçün şəfaətçi olmalarını istəyirik" – deyərsə.

Cavab olaraq ona belə deyilir: Əvvəlki müşriklərin də məqsədi və istəyi elə bu idi. Onların məqsədi heç də ibadət etdikləri ilahların özbaşına yaratması, ruzi verməsi, fayda və ya zərər yetirməsi deyildi. Çünki Uca Allah Qurani-Kərimdə onların bu iddialarını batil hesab etmiş və onların əsl məqsədinin, ibadət etdikləri ilahların Allah qatında şəfaətçi olmaları, Onun dərgahında hörmətli sayılaraq onları Allaha yaxınlaşdırmaları olduğunu bildirmişdir. Uca Allah bu barədə belə buyurur:

﴿وَيَعۡبُدُونَ مِن دُونِ ٱللَّهِ مَا لَا يَضُرُّهُمۡ وَلَا يَنفَعُهُمۡ وَيَقُولُونَ هَٰٓؤُلَآءِ شُفَعَٰٓؤُنَا عِندَ ٱللَّهِ...﴾

(Onlar Allahı qoyub özlərinə nə bir zərər, nə də bir fayda verə bilməyənlərə ibadət edir və: “Onlar Allah yanında bizim şəfaətçilərimizdir!”– deyirlər). [Yunus: 18]. Uca Allah onlara bu sözü ilə belə cavab verdi:

﴿...قُلۡ أَتُنَبِّـُٔونَ ٱللَّهَ بِمَا لَا يَعۡلَمُ فِي ٱلسَّمَٰوَٰتِ وَلَا فِي ٱلۡأَرۡضِۚ سُبۡحَٰنَهُۥ وَتَعَٰلَىٰ عَمَّا يُشۡرِكُونَ﴾

(De: “(Yoxsa) Allaha göylərdə və yerdə bilmədiyi bir şeyimi xəbər verirsiniz?” (Allah) onların qoşduqları şəriklərdən uzaqdır və ucadır). [Yunus: 18]. Uca Allah isə göylərdə və yerdə Onun yanında, müşriklərin nəzərdə tutduğu kimi şəfaət edən heç bir şəfaətçi olmadığını açıq şəkildə bəyan etmişdir. Allahın bilmədiyi bir şey mövcud deyildir. Çünki Uca Allahdan heç bir şey gizli qalmaz. Uca Allah buyurur:

﴿تَنزِيلُ ٱلۡكِتَٰبِ مِنَ ٱللَّهِ ٱلۡعَزِيزِ ٱلۡحَكِيمِ 1 إِنَّآ أَنزَلۡنَآ إِلَيۡكَ ٱلۡكِتَٰبَ بِٱلۡحَقِّ فَٱعۡبُدِ ٱللَّهَ مُخۡلِصٗا لَّهُ ٱلدِّينَ2 أَلَا لِلَّهِ ٱلدِّينُ ٱلۡخَالِصُۚ وَٱلَّذِينَ ٱتَّخَذُواْ مِن دُونِهِۦٓ أَوۡلِيَآءَ مَا نَعۡبُدُهُمۡ إِلَّا لِيُقَرِّبُونَآ إِلَى ٱللَّهِ زُلۡفَىٰٓ إِنَّ ٱللَّهَ يَحۡكُمُ بَيۡنَهُمۡ فِي مَا هُمۡ فِيهِ يَخۡتَلِفُونَۗ إِنَّ ٱللَّهَ لَا يَهۡدِي مَنۡ هُوَ كَٰذِبٞ كَفَّارٞ3﴾

(Kitabın nazil edilməsi Qüdrət və Hikmət sahibi olan Allah tərəfindəndir.

Biz Kitabı sənə haqq olaraq nazil etdik. Odur ki, sən də, dini yalnız Allaha aid edərək ancaq Ona ibadət et!

Bilin ki, xalis din yalnız Allaha məxsusdur. Allahı qoyub başqalarını özlərinə dost tutanlar: “Biz, onlara ancaq bizi Allaha daha çox yaxınlaşdırsınlar deyə ibadət edirik”– (deyirlər). Şübhəsiz ki, Allah ixtilaf etdikləri məsələlər barədə onların arasında hökm verəcəkdir. Həqiqətən Allah, yalançı və kafir olan kimsəni doğru yola yönəltməz). [Zümər: 1-3].

Burada “Din” sözünün mənası, ibadət deməkdir. İbadət isə — daha əvvəl qeyd edildiyi kimi — Allaha və Onun Rəsuluna (sallallahu aleyhi va səlləm) itaət etməkdir. Bu itaətə: Dua etmək, kömək istəmək, qorxmaq, ümid bəsləmək, qurban kəsmək və nəzir demək daxildir. Eləcə də, namaz qılmaq, oruc tutmaq və Allah və Rəsulunun əmr etdiyi digər ibadətlər də bu anlayışa daxildir. Uca Allah ibadətin yalnız Ona məxsus olduğunu və qulların ibadəti ixlasla yalnız Uca Allaha etmələrinin vacibliyini açıq şəkildə bəyan etmişdir. Çünki Uca Allahın Peyğəmbərə (sallallahu aleyhi va səlləm) ibadəti ixlasla yalnız Onun üçün etməyi əmr etməsi, əslində bu ümmətin bütün fərdlərinə yönəlik bir əmrdir.

Daha sonra Uca Allah kafirlər barəsində belə buyuraraq məsələni açıqladı:

﴿...وَٱلَّذِينَ ٱتَّخَذُواْ مِن دُونِهِۦٓ أَوۡلِيَآءَ مَا نَعۡبُدُهُمۡ إِلَّا لِيُقَرِّبُونَآ إِلَى ٱللَّهِ زُلۡفَىٰٓ...

"Bilin ki, xalis din yalnız Allaha məxsusdur. Allahı qoyub başqalarını özlərinə dost tutanlar: “Biz, onlara ancaq bizi Allaha daha çox yaxınlaşdırsınlar deyə ibadət edirik”– (deyirlər)". [Zümər: 3]. Uca Allah onlara bu sözü ilə belə cavab verdi:

﴿...إِنَّ ٱللَّهَ يَحۡكُمُ بَيۡنَهُمۡ فِي مَا هُمۡ فِيهِ يَخۡتَلِفُونَۗ إِنَّ ٱللَّهَ لَا يَهۡدِي مَنۡ هُوَ كَٰذِبٞ كَفَّارٞ﴾

(Şübhəsiz ki, Allah ixtilaf etdikləri məsələlər barədə onların arasında hökm verəcəkdir. Həqiqətən Allah, yalançı və kafir olan kimsəni doğru yola yönəltməz). [Zümər: 3]. Uca Allah bu mübarək ayədə xəbər verir ki, kafirlərin Allahdan başqa övliyalara (müqəddəs saydıqları şəxslərə) ibadət etmələrinin səbəbi, həmin övliyaların onları Allaha daha da yaxınlaşdırdıqlarına inanmaları idi. Bu isə həm qədimdə, həm də müasir dövrdə kafirlərin əsas məqsədi olmuşdur. Lakin Uca Allah bu batil inancı bu Kəlamı ilə rədd etmişdir:

﴿...إِنَّ ٱللَّهَ يَحۡكُمُ بَيۡنَهُمۡ فِي مَا هُمۡ فِيهِ يَخۡتَلِفُونَۗ إِنَّ ٱللَّهَ لَا يَهۡدِي مَنۡ هُوَ كَٰذِبٞ كَفَّارٞ﴾

(Şübhəsiz ki, Allah ixtilaf etdikləri məsələlər barədə onların arasında hökm verəcəkdir. Həqiqətən Allah, yalançı və kafir olan kimsəni doğru yola yönəltməz). [Zümər: 3]. Uca Allah onların, — yəni: kafirlərin — öz ilahlarının onları Allaha yaxınlaşdıracağı barədə iddialarının yalan olduğunu, həmçinin onlara ibadət etdikləri üçün kafir olduqlarını açıq şəkildə bildirdi. Beləliklə, az da olsa düşünmə qabiliyyəti olan hər kəs anlayar ki, əvvəlki kafirlərin küfrü, peyğəmbərləri, övliyaları, ağacları, daşları və digər məxluqatı Allahla öz aralarında vasitəçi və şəfaətçi qəbul etmələrindən ibarət idi. Həmçinin onlar bu varlıqların (şəfaətçi qəbul etdikləri övliya və s.) vəzirlər padşahlar yanında şəfaətçi oduqları kimi, Allahın izni və razılığı olmadan ehtiyaclarını ödədiklərinə inanmaları idi. Beləliklə, Uca və Müqəddəs Allahı, padşahlarla və rəhbərlərlə müqayisə edirdilər. Onlar belə deyirdilər: "Bir şəxsin padşah və ya rəhbərdən birinə ehtiyacı olduqda, ona yaxın olan adamlar və vəzirlər vasitəsilə şəfaət etdiyi kimi, biz də eləcə Uca Allaha, Onun peyğəmbərləri və övliyaları vasitəsilə, onlara ibadət etməklə yaxınlaşırıq". Lakin bu, ən batil və yalan bir iddiadır. Çünki Uca Allahın heç bir tayı, bərabəri və bənzəri yoxdur. O, Öz yaratdıqları ilə müqayisə edilə bilməz. Allah qatında heç kim, Onun izni olmadan şəfaət edə bilməz. Uca Allah yalnız tövhid əhlinə (Ona heç bir şərik qoşmayanlara) şəfaət üçün icazə verər. Pak olan Uca Allah hər şeyə qadirdir və O, hər şeyi biləndir. O, mərhəmətlilərin ən mərhəmətlisidir. O, heç kimdən qorxmaz və heç kimdən çəkinməz. Çünki O, qulları üzərində tam hökm və qüdrət sahibidir və onları istədiyi kimi idarə edər. Padşahlar və rəhbərlər isə Uca Allahdan fərqli olaraq hər şeyə qadir deyillər. Buna görə də onlar, aciz qaldıqları işlərdə öz vəzirləri, yaxın adamları və əsgərlərinin köməyinə möhtacdırlar. Həmçinin onlar, tanımadıqları və ehtiyacından xəbərsiz olduqları insanların ehtiyacından və istəklərindən xəbərdar olmaq üçün vasitəçilərə ehtiyacları vardır. Buna görə də padşahlar, onları razı salan və onlara mərhəmət göstərən vəzirlərə, əyyanlara və yaxın adamlara ehtiyac duyurlar. Lakin İzzət və Cəlal sahibi olan Uca Rəbb Öz yaratdıqlarına möhtac deyildir. O, insanlara analarından daha çox mərhəmətlidir. O, ədalətli Hökmdardır. O, hər şeyi öz hikmətinə, elminə və qüdrətinə uyğun olaraq öz yerinə qoyar. Bu səbəbdən, Onu yaratdıqları ilə hər hansı bir vəchlə müqayisə etmək mümkün və doğru deyildir. Buna görə də Uca Allah Qurani-Kərimdə, müşriklərin Onun: yaradan, ruzi verən, hər şeyi idarə edən, çarəsiz qalanlara cavab verən, bəlaları aradan qaldıran, dirildən və öldürən olduğunu, habelə bu kimi bir çox əməllərin yalnız Ona məxsus olduğunu iqrar etdiklərini açıq-aydın şəkildə bildirmişdir. Müşriklərlə rəsullar arasında əsas mübahisə, ixtilaf və qarşıdurma, ibadətin yalnız Allaha yönəldilməsinə dair olmuşdur. Uca Allah bu barədə belə buyurur:

﴿وَلَئِن سَأَلۡتَهُم مَّنۡ خَلَقَهُمۡ لَيَقُولُنَّ ٱللَّهُ...﴾

(Əgər onlardan özlərini kimin yaratdığını soruşsan, mütləq: “Allah!”– deyərlər. Elə isə (haqdan) necə döndərilirlər?!). [Zuxruf: 87]. Uca Allah buyurur:

﴿قُلۡ مَن يَرۡزُقُكُم مِّنَ ٱلسَّمَآءِ وَٱلۡأَرۡضِ أَمَّن يَمۡلِكُ ٱلسَّمۡعَ وَٱلۡأَبۡصَٰرَ وَمَن يُخۡرِجُ ٱلۡحَيَّ مِنَ ٱلۡمَيِّتِ وَيُخۡرِجُ ٱلۡمَيِّتَ مِنَ ٱلۡحَيِّ وَمَن يُدَبِّرُ ٱلۡأَمۡرَۚ فَسَيَقُولُونَ ٱللَّهُۚ فَقُلۡ أَفَلَا تَتَّقُونَ31﴾

(De: “Sizə göydən və yerdən ruzi verən kimdir? Qulaqlara və gözlərə sahib olan kimdir? Ölüdən diri çıxaran, diridən də ölü çıxaran kimdir? İşləri idarə edən kimdir?” Onlar: “Allahdır!”– deyəcəklər. De: “Bəs (belə olduğu təqdirdə) Allahdan qorxmursunuz?”). [Yunus: 31]. Bu mənada bir çox ayələr mövcuddur.

Artıq bundan əvvəl, Rəsullarla ümmətlər arasında baş vermiş ixtilafın və qarşıdurmanın, ibadətin ixlasla və səmimi şəkildə yalnız Allaha yönəldilməsinə dair olduğuna dəlalət edən ayələr zikr edilmişdir. Uca Allah buyurur:

﴿وَلَقَدۡ بَعَثۡنَا فِي كُلِّ أُمَّةٖ رَّسُولًا أَنِ ٱعۡبُدُواْ ٱللَّهَ وَٱجۡتَنِبُواْ ٱلطَّٰغُوتَ...﴾

(Biz hər ümmətə: “Allaha ibadət edin, tağutdan uzaq olun”– (deyə) elçi göndərdik). [Nəhl: 36]. Həmçinin bu məna ilə gələn digər ayələr. Uca Allah Qurani-Kərimin bir çox yerlərində şəfaətin mahiyyətini (həqiqi mənasını) açıqlamış və belə buyurmuşdur:

﴿...مَن ذَا ٱلَّذِي يَشۡفَعُ عِندَهُۥٓ إِلَّا بِإِذۡنِهِ...﴾

(Allahın izni olmadan Onun yanında kim şəfaət edə bilər?). [Bəqərə: 255]. İzzət və Cəlal sahibi olan Allah buyurur:

﴿وَكَم مِّن مَّلَكٖ فِي ٱلسَّمَٰوَٰتِ لَا تُغۡنِي شَفَٰعَتُهُمۡ شَيۡـًٔا إِلَّا مِنۢ بَعۡدِ أَن يَأۡذَنَ ٱللَّهُ لِمَن يَشَآءُ وَيَرۡضَىٰٓ26﴾

(Göylərdə neçə-neçə mələk var ki, onların şəfaəti Allahın istədiyi və razı qaldığı kimsədən başqa (heç kəsə) heç bir fayda verməz). [Nəcm: 26].

Uca Allah mələkləri təsvir edərkən belə buyurmuşdur:

﴿...وَلَا يَشۡفَعُونَ إِلَّا لِمَنِ ٱرۡتَضَىٰ وَهُم مِّنۡ خَشۡيَتِهِۦ مُشۡفِقُونَ﴾

(Onlar yalnız Onun razı qaldığı şəxslərdən ötrü şəfaət diləyir və Onun qorxusundan tir-tir əsirlər). [Ənbiyə: 28].

Uca Allah, qullarının küfr etməsinə razı olmadığını, onların yalnız şükür etmələrinə razı olduğunu bildirmişdir. Şükür isə ibadətdə Onu təkləşdirmək və Ona itaətlə əməl etməkdir. Uca Allah buyurur:

﴿إِن تَكۡفُرُواْ فَإِنَّ ٱللَّهَ غَنِيٌّ عَنكُمۡۖ وَلَا يَرۡضَىٰ لِعِبَادِهِ ٱلۡكُفۡرَۖ وَإِن تَشۡكُرُواْ يَرۡضَهُ لَكُمۡ...﴾

(Əgər küfr etsəniz, (bilin ki,) Allah sizə möhtac deyildir. O, qullarının küfr etməsinə razı olmaz. Əgər şükür etsəniz, sizdən razı qalar). [Zümər: 7].

İmam Buxari öz "Səhih" əsərində Əbu Hureyrənin (Allah ondan razı olsun) belə dediyini rəvayət edir. O, dedi: "Ey Rəsulullah! Sənin şəfaətindən ən çox faydalanacaq (ən xoşbəxt) insan kimdir?". Peyğəmbər (sallallahu aleyhi va səlləm) belə buyurdu:

«مَنْ قَالَ: لَا إِلهَ إِلَّا اللهُ خَالِصًا مِنْ قَلْبِهِ».

"Səmimi qəlbindən: «Lə İləhə illəllah» (Allahdan başqa ibadətə layiq haqq məbud yoxdur) - deyən kimsə". Yaxud Peyğəmbər (sallallahu aleyhi va səlləm) belə dedi:

«مِنْ نَفْسِهِ».

"Öz nəfsindən".

Səhih hədisdə, Ənəs (Allah ondan razı olsun) Peyğəmbərin (sallallahu aleyhi va səlləm) belə dediyini rəvayət etmişdir:

«لِكُلِّ نَبِيٍّ دَعْوَةٌ مُسْتَجَابَةٌ، فَتَعَجَّلَ كُلُّ نَبِيٍّ دَعْوَتَهُ، وَإِنِّي اخْتَبَأْتُ دَعْوَتِي شَفَاعَةً لِأُمَّتِي يَوْمَ الْقِيَامَةِ، فَهِيَ نَائِلَةٌ إِنْ شَاءَ اللَّهُ مَنْ مَاتَ مِنْ أُمَّتِي لَا يُشْرِكُ بِاللَّهِ شَيْئًا».

"Hər bir peyğəmbərin qəbul olunmuş bir duası vardır. Hər bir peyğəmbər öz duasını (bu dünyada) etmişdir. Mən isə duamı Qiyamət günü ümmətimə şəfaət etmək üçün saxladım. İnşəAllah, bu şəfaət, ümmətimdən Allaha heç bir şeyi şərik qoşmadan ölənlərə nəsib olacaqdır". Bu mənada bir çox hədislər mövcuddur.

Zikr etdiyimiz bütün ayə və hədislər ibadətin yalnız Uca Allaha məxsus olduğunu, ibadətin hər hansı bir hissəsini — istər peyğəmbərlərə, istərsə də başqa varlıqlara — yönəltməyin qətiyyən caiz olmadığını, şəfaətin isə bütövlükdə yalnız Uca Allaha aid olduğunu açıq şəkildə göstərir. Uca Allah bu haqda belə buyurmuşdur:

﴿قُل لِّلَّهِ ٱلشَّفَٰعَةُ جَمِيعٗا...﴾

(De: “Şəfaət bütünlüklə Allaha aiddir”). [Zümər: 44]. Heç kəs, Uca Allah şəfaətçiyə şəfaət etməyə icazə verməmiş və şəfaət olunacaq şəxsdən razı qalmamış, şəfaət edə bilməz. Uca Allah – daha əvvəl qeyd edildiyi kimi – yalnız tövhiddən razı qalır. Buna əsasən: müşriklərin şəfaətdə heç bir payı yoxdur. Uca Allah bunu Öz kəlamında aydın şəkildə bəyan etmişdir:

﴿فَمَا تَنفَعُهُمۡ شَفَٰعَةُ ٱلشَّٰفِعِينَ 48﴾

(Şəfaətçilərin şəfaəti onlara fayda verməz). [Muddəssir: 4]. Uca Allah buyurur:

﴿...مَا لِلظَّٰلِمِينَ مِنۡ حَمِيمٖ وَلَا شَفِيعٖ يُطَاعُ﴾

(O gün zalımların nə bir yaxın dostu, nə də sözü keçən bir şəfaətçisi olar). [Ğafir: 18].

Məlumdur ki, "Zülm" sözü ümumi şəkildə işlədildikdə, bu, Allaha şərik qoşmaq (şirk) mənasındadır. Uca Allah buyurur:

﴿...وَٱلۡكَٰفِرُونَ هُمُ ٱلظَّٰلِمُونَ﴾

(Kafirlər, əlbəttə ki, zalımdırlar). [Bəqərə: 254]. Uca Allah buyurur:

﴿...إِنَّ ٱلشِّرۡكَ لَظُلۡمٌ عَظِيمٞ﴾

(Həqiqətən, (Allaha) şərik qoşmaq böyük zülmdür!). [Loğman: 13].

Amma sualda dediyiniz kimi, bəzi sufilərin məscidlərdə və başqa yerlərdə söylədikləri sözlərə gəldikdə: "Allahım! Sənin qüdrət və əzəmət sirlərinin açılmasına və aşkara çıxmasına səbəb etdiyin, Sənin rəhmət nurlarının açılıb saçılmasına vasitə etdiyin, Rəbbani hüzurun yer üzündəki nümayəndəsi təyin etdiyin və beləliklə, Sənin zatına məxsus İlahi sirlərin xəlifəsi olaraq seçdiyin şəxsə salavat göndər və s.!".

Buna cavab olaraq belə demək olar: Bu sözlər və buna bənzər ifadələr, dində həddi aşmaq və ifrata varmaq növlərindəndir. Bu isə Peyğəmbərimiz Muhamməd (sallallahu aleyhi va səlləm) tərəfindən qadağan edilmişdir. Müslimin "Səhih" əsərlərində, Abdullah ibn Məsuddan (Allah ondan razı olsun) rəvayət olunan bir hədisdə Rəsulullah (sallallahu əleyhi va səlləm) belə buyurmuşdur:

«هَلَكَ المُتَنَطِّعُونَ» قَالَهَا ثَلَاثًا.

"İfratçılar (dində ifrata varanlar) həlak oldular". Peyğəmbər (sallallahu aleyhi va səlləm) bunu üç dəfə təkrar etdi.

İmam Xatabi (Allah ona rəhmət etsin) belə demişdir: "İfratçı: Bir məsələnin dərinliklərinə süni şəkildə dalan, əslində vacib olmayan şeylər haqqında zorla araşdırma aparan şəxsdir. Bu da kəlam əhlinin yoluna bənzəyir. Yəni: özlərini maraqlandırmayan (aid olmayan) yaxud ağıl ilə dərk olunması mümkün olmayan məsələlərə baş vuranlar kimidir".

Əbu Səadət İbn əl-Əsir belə demişdir: "İfratçılar: Onlar danışıqda dərinliyə gedən və ifrata varan şəxslərdir. Onlar danışarkən ağızdolusu danışanlardır. Bu söz ərəb dilində: (النطع) "ən-Natu" sözündən götürülmüşdür ki, bu da ağızın yuxarı boşluğudur. Sonradan bu söz, sözlərində və əməllərində ifrata varan hər kəs üçün istifadə edilmişdir".

Bu iki dil aliminin qeyd etdiklərinə əsasən, sənə və azacıq belə bəsirət sahibi olan hər kəsə aydın olur ki, Peyğəmbərimiz və Rəbbimizin elçisi Muhammədə (sallallahu əleyhi va səlləm) salat və salam gətirməyin bu tərzi, dinimizdə qadağan olunmuş həddi aşma və ifrata varma növündəndir. Bu mövzuda — yəni: Peyğəmbərə (sallallahu əleyhi va səlləm) salat və salam gətirmək məsələsində — müsəlmanın etməli olduğu şey, Rəsulullahdan (sallallahu əleyhi va səlləm) sabit olan salat və salam formasını öyrənib, ona riayət etməkdir. Bu müsəlman üçün kifayətdir və bunda başqasına ehtiyac yoxdur.

Rəsulullaha salat və salam gətirmək nümunələrdən biri də budur: Buxari və Müslimin "Səhih" əsərində, rəvayət etdikləri bir hədisdə Kəb bin Ucra (Allah ondan razı olsun) deyir ki, səhabələr (Allah onlardan razı olsun) belə dedilər: "Ya Rəsulallah! Allah bizə sənə salavat gətirməyi əmr etdi. Bəs biz sənə necə salavat gətirək?". Peyğəmbər (sallallahu əleyhi va səlləm) belə cavab verdi:

«قُولُوا: اللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَعَلَى آلِ مُحَمَّدٍ كَمَا صَلَّيْتَ عَلَى إِبرَاهِيمَ وَعَلَى آلِ إِبرَاهِيمَ، إِنَّكَ حَمِيدٌ مَجِيدٌ، وَبَارِكْ عَلَى مُحَمَّدٍ وَعَلَى آلِ مُحَمَّدٍ كَمَا بَارَكْتَ عَلَى إِبرَاهِيمَ وَعَلَى آلِ إِبرَاهِيمَ إِنَّكَ حَمِيدٌ مَجِيدٌ».

Siz belə deyin:

[Allahummə salli alə Muhammədin va alə əəli Muhamməd, kəmə salleytə alə İbra­himə va alə əəli İbrahimə, innəkə həmi­dun məcid. Allahummə bərik alə Muham­mədin va alə əəli Muhamməd, kəmə bərak­tə alə İbrahimə va alə əəli İbrahimə, innəkə həmidun məcid]

"Allahım! İbrahimə və İbrahimin ailə­sinə xeyir-dua verdiyin kimi, Muhammədə və Muhammədin ailəsinə də xeyir-dua ver! Şüb­həsiz ki, Sən Tərifəlayiqsən, Şan-şöh­rətlisən! Allahım! İbrahimə və İbrahimin ailəsinə bərə­kət verdiyin kimi, Muhammədə və Muhammə­din ailəsinə də bərəkət ver! Şübhəsiz ki, Sən Tərifəlayiqsən, Şan-şöh­rətlisən!".

Buxari və Müslimin "Səhih" əsərində, rəvayət etdikləri bir hədisdə Əbu Humeyd əs-Saidi (Allah ondan razı olsun) belə deyir: Onlar dedilər: "Ya Rəsulallah! Sənə necə salavat gətirək?". Rəsulullah (sallallahu əleyhi va səlləm) belə buyurdu:

«قُولُوا: اللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَعَلَى أَزْوَاجِهِ وَذُرِّيَّتِهِ كَمَا صَلَّيْتَ عَلَى آلِ إِبرَاهِيمَ، وَبَارِكْ عَلَى مُحَمَّدٍ وَعَلَى أَزْوَاجِهِ وَذُرِّيَّتِهِ كَمَا بَارَكْتَ عَلَى آلِ إِبرَاهِيمَ، إِنَّكَ حَمِيدٌ مَجِيدٌ».

Siz belə deyin:

[Allahummə salli alə Muhammədin va alə əzvacihi va zurriyyətihi, kəmə salleytə alə əəli İbrahimə va bərik alə Muham­mədin va alə əzvacihi va zurriyyətihi, kəmə bərak­tə alə əəli İbrahimə, innəkə həmidun məcid]

"Allahım! İbrahimin ailə­sinə xeyir-dua verdiyin kimi, Muhammədə və Muhammədin zövcələrinə və övladlarına da xeyir-dua ver! Allahım! İbrahimin ailəsinə bərə­kət verdiyin kimi, Muhammədə və Muhammə­din zövcələrinə və övladlarına da bərəkət ver! Şübhəsiz ki, Sən Tərifəlayiqsən, Şan-şöh­rətlisən!".

Müslimin "Səhih" əsərində, Əbu Məsud əl-Ənsari (Allah ondan razı olsun) rəvayət edir ki, Bəşir bin Səad dedi: "Ey Allahın Rəsulu! Allah bizə sənə salavat gətirməyi əmr etdi. Bəs biz sənə necə salavat gətirək?". Peyğəmbər (sallallahu əleyhi va səlləm) susdu, sonra belə buyurdu:

«قُولُوا: اللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَعَلَى آلِ مُحَمَّدٍ؛ كَمَا صَلَّيْتَ عَلَى آلِ إِبرَاهِيمَ، وَبَارِكْ عَلَى مُحَمَّدٍ وَعَلَى آلِ مُحَمَّدٍ؛ كَمَا بَارَكْتَ عَلَى آلِ إِبرَاهِيمَ فِي العَالَمِينَ، إِنَّكَ حَمِيدٌ مَجِيدٌ، وَالسَّلَامُ كَمَا عَلِمتُم».

Belə deyin:

[Allahummə salli alə Muhammədin va alə əəli Muhamməd, kəmə salleytə alə əəli İbrahimə va bərik alə Muham­mədin va alə əəli Muhamməd, kəmə bərak­tə alə əəli İbrahimə ful-aləminə, innəkə həmidun məcid]

"Allahım! İbrahimin ailə­sinə xeyir-dua verdiyin kimi, Muhammədə və Muhammədin ailəsinə də xeyir-dua ver! Allahım! İbrahimin ailəsinə aləmlər içində bərə­kət verdiyin kimi, Muhammədə və Muhammə­din ailəsinə də bərəkət ver! Şübhəsiz ki, Sən Tərifəlayiqsən, Şan-şöh­rətlisən!. Salam da bildiyiniz kimidir."

Peyğəmbərdən (sallallahu əleyhi va səlləm) sabit olan bu və bu kimi ifadələr, müsəlmanın Allah Rəsuluna (sallallahu əleyhi va səlləm) salat və salam göndərərkən istifadə etməli olduğu düzgün və şəriətə uyğun salat və salam formalarıdır. Çünki Peyğəmbər (sallallahu əleyhi va səlləm) Rəbbi barəsində istifadə olunmalı olan ifadələri ən gözəl bilən şəxs olduğu kimi, eyni zamanda özü barəsində işlədilməyə layiq olan sözləri ən gözəl bilən şəxsdir.

Amma – sualda qeyd olunan sözlər kimi – şişirdilən və sonradan ortaya çıxan, eləcə də səhv mənalara yozula bilən sözlərə gəldikdə isə bu cür ifadələrdən istifadə etmək olmaz. Çünki bu ifadələr, Allah Rəsulunun (sallallahu əleyhi va səlləm) seçib ümmətinə tövsiyə etdiyi ifadələrə zidd olmaqla yanaşı, həm ifrata varan, həm də batil mənalarda yozula bilən sözlərdir. Halbuki O, (Peyğəmbər -sallallahu əleyhi va səlləm- ) məxluqatın ən alim olanı, ən səmimisi və ifrata varmaqdan ən uzaq olanı idi. Ona Rəbbindən ən əfzəl salat və salam olsun.

Ümid edirəm ki, bizim qeyd etdiyimiz dəlillərdə – tövhidin mahiyyətinin, şirk anlayışının, əvvəlki müşriklərlə sonrakı müşriklər arasında bu mövzuda olan fərqlərin və Allah Rəsuluna (sallallahu əleyhi va səlləm) vacib olan salavatın necə olmasının izahında – haqqı axtaran kəs üçün kifayət qədər açıqlama və inandırıcı dəlillər vardır. Amma haqqı bilmək istəməyən kimsəyə gəldikdə isə o, öz nəfsinə (istəklərinə, havasına) tabe olmuşdur. Uca Allah buyurur:

﴿فَإِن لَّمۡ يَسۡتَجِيبُواْ لَكَ فَٱعۡلَمۡ أَنَّمَا يَتَّبِعُونَ أَهۡوَآءَهُمۡۚ وَمَنۡ أَضَلُّ مِمَّنِ ٱتَّبَعَ هَوَىٰهُ بِغَيۡرِ هُدٗى مِّنَ ٱللَّهِۚ إِنَّ ٱللَّهَ لَا يَهۡدِي ٱلۡقَوۡمَ ٱلظَّٰلِمِينَ50﴾

(Əgər sənə cavab verməsələr, bil ki, onlar nəfslərinin istəklərinə uymuşlar. Allahdan bir doğru yol göstəricisi gəlməyincə öz nəfsinin istəyinə uyandan daha çox azmış kim ola bilər?! Şübhəsiz ki, Allah zalım qövmü doğru yola yönəltməz). [Qasas: 50].

Uca Allah bu mübarək ayədə, Peyğəmbəri Muhamməd (sallallahu əleyhi va səlləm) vasitəsilə göndərdiyi hidayət və haqq dinə münasibətdə insanların iki qismə ayrıldığını açıqlamışdır.

Onlardan biri: Allah və Rəsulunun çağırışına cavab verən kimsədir.

İkincisi: Nəfsinin (istəklərinin) ardınca gedən kimsədir. Daha sonra Uca Allah, Allahın hidayəti olmadan nəfsinin istəklərinə uyan kimsədən daha azğın heç kim olmadığını xəbər vermişdir.

Biz İzzət və Cəlal sahibi olan Allahdan, nəfsin istəklərinə uymanın şərindən bizləri qorumasını, həm bizi, həm sizi, həm də bütün mömin qardaşlarımızı Allahın və Rəsulunun (sallallahu əleyhi va səlləm) çağırışına cavab verən, Onun şəriətini uca tutan və şəriətinə zidd olan bütün bidətlərdən və nəfsani arzularından çəkinən kəslərdən etməsini diləyirik. Həqiqətən, O, çox səxavətli və kərimdir.

Allahın salatı və salamı Onun qulu və rəsulu olan Peyğəmbərimiz Muhammədin, onun ailəsinin, səhabələrinin və Qiyamətə günü­nə­dək gözəl şəkildə onların ardınca gedənlərin üzərinə olsun!

 

 

***

 


بِسْمِ اللهِ الرَّحمَنِ الرَّحِيمِ

Beşinci Risalə:

Peyğəmbər (sallallahu əleyhi va səlləm) mövludunun və digər doğum günlərinin qeyd edilməsinin hökmü

Həmd yalnız Allaha məxsusdur! Salat və salam Peyğəmbərimiz Muhammədə, onun ailəsinə, səhabələrinə və Onun yolunu tutub gedənlərin üzərinə olsun!

Daha sonra: Çoxsaylı insanlar tərəfindən Peyğəmbərin (sallallahu əleyhi va səlləm) mövludunun qeyd olunması, mövlud mərasimi zamanı Peyğəmbər (sallallahu əleyhi va səlləm) üçün ayağa qalxılması, ona salam verilməsi və mövludlarda edilən digər əməllərlə bağlı suallar təkrar-təkrar verilmişdir.

Cavab olaraq deyilir: Peyğəmbərin (sallallahu əleyhi va səlləm) mövludunun və digər doğum günlərinin qeyd edilməsi icazəli deyildir. Çünki bu, dinə sonradan əlavə edilmiş bidətlərdəndir. Peyğəmbər (sallallahu əleyhi va səlləm) Özü üçün bunu etməmişdir, həmçinin Raşidi Xəlifələri, digər səhabələr (Allah onlardan razı olsun) və üç fəzilətli əsrdə yaxşı işlərdə onların ardınca gedən tabiinlər də bu işi etməmişdir. Onlar sünnəni ən yaxşı bilən, Allah Rəsuluna (sallallahu əleyhi va səlləm) ən kamil sevgi bəsləyən və Onun şəriətinə ən çox tabe olan insanlardır. Uca Allah açıq-aşkar Kitabında belə buyurmuşdur:

﴿...وَمَآ ءَاتَىٰكُمُ ٱلرَّسُولُ فَخُذُوهُ وَمَا نَهَىٰكُمۡ عَنۡهُ فَٱنتَهُواْ...﴾

(Allahın rəsulu sizə nə verirsə, onu götürün, nəyi də qadağan edirsə, ondan çəkinin).

[Həşr: 7]. İzzət və Cəlal sahib olan Allah buyurur:

﴿...فَلۡيَحۡذَرِ ٱلَّذِينَ يُخَالِفُونَ عَنۡ أَمۡرِهِۦٓ أَن تُصِيبَهُمۡ فِتۡنَةٌ أَوۡ يُصِيبَهُمۡ عَذَابٌ أَلِيمٌ﴾

(Qoy onun əmrinə qarşı çıxanlar başlarına bir bəla gəlməsindən yaxud özlərinə ağrılı-acılı bir əzab üz verməsindən qorxsunlar). [Nur: 63]. Pak və Uca olan Allah buyurur:

﴿لَّقَدۡ كَانَ لَكُمۡ فِي رَسُولِ ٱللَّهِ أُسۡوَةٌ حَسَنَةٞ لِّمَن كَانَ يَرۡجُواْ ٱللَّهَ وَٱلۡيَوۡمَ ٱلۡأٓخِرَ وَذَكَرَ ٱللَّهَ كَثِيرٗا21﴾

(Allahın Rəsulunda sizlər, Allaha və Axirət gününə ümidini bağlayanlar və Allahı çox zikr edənlər üçün gözəl örnək vardır). [Əhzab: 21]. Uca Allah buyurur:

﴿وَٱلسَّٰبِقُونَ ٱلۡأَوَّلُونَ مِنَ ٱلۡمُهَٰجِرِينَ وَٱلۡأَنصَارِ وَٱلَّذِينَ ٱتَّبَعُوهُم بِإِحۡسَٰنٖ رَّضِيَ ٱللَّهُ عَنۡهُمۡ وَرَضُواْ عَنۡهُ وَأَعَدَّ لَهُمۡ جَنَّٰتٖ تَجۡرِي تَحۡتَهَا ٱلۡأَنۡهَٰرُ خَٰلِدِينَ فِيهَآ أَبَدٗاۚ ذَٰلِكَ ٱلۡفَوۡزُ ٱلۡعَظِيمُ100﴾

(Dində hamını ötüb keçən ilk mühacirlərə və ənsara, həmçinin yaxşı işlər görməkdə onların ardınca gedənlərə gəlincə, Allah onlardan razıdır, onlar da Allahdan razıdırlar. (Allah) onlar üçün (ağacları və qəsrləri) altından çaylar axan, içində əbədi qalacaqları cənnətlər hazırlamışdır. Bu, böyük uğurdur). [Tövbə: 100]. Uca Allah buyurur:

﴿...ٱلۡيَوۡمَ أَكۡمَلۡتُ لَكُمۡ دِينَكُمۡ وَأَتۡمَمۡتُ عَلَيۡكُمۡ نِعۡمَتِي وَرَضِيتُ لَكُمُ ٱلۡإِسۡلَٰمَ دِينٗا...﴾

(Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və sizin üçün din olaraq İslamı bəyəndim). [Maidə: 3]. Bu mənada bir çox ayələr mövcuddur. Peyğəmbər (sallallahu aleyhi va səlləm) Səhih bir hədisdə belə buyurmuşdur:

«مَنْ أَحْدَثَ فِي أَمْرِنَا هَذَا مَا لَيْسَ مِنهُ فَهُوَ رَدٌّ».

"Kim bizim bu işimizdə (dinimizdə) onda olmayan bir yenilik edərsə o, rədd olunar". Yəni: O əməli, özünə qaytarılar. Peyğəmbər (sallallahu aleyhi va səlləm) başqa bir hədisdə belə buyurmuşdur:

«عَلَيكُم بِسُنَّتِي وَسُنَّةِ الخُلَفَاءِ الرَّاشِدِينَ المَهْدِيَّينَ مِنْ بَعدِي، تَمَسَّكُوا بِهَا، وَعَضُّوا عَلَيهَا بِالنَّوَاجِذِ، وَإِيَّاكُمْ وَمُحْدَثَاتِ الأُمُورِ، فَإِنَّ كُلَّ مُحْدَثَةٍ بِدْعَةٌ وَكُلَّ بِدْعَةٍ ضَلَالةٌ».

"Sizə mənim sünnəmi və məndən sonra gələcək doğru yolda olan raşidi xəlifələrin sünnəsini tövsiyə edirəm. Onlara möhkəm sarılın. Onlardan azı dişlərinizlə yapışın. Dinə əlavə edilmiş yeniliklərdən çəkinin. Çünki hər bir yenilik bidətdir və hər bir bidət isə zəlalətdir". Bu iki hədisdə bidətləri ortaya çıxarmaq və onlarla əməl etmək barədə şiddətli xəbərdarlıq vardır.

Belə mövludların keçirilməsi, Uca Allahın bu ümmət üçün dini kamil şəkildə tamamlamadığı və Peyğəmbərimizin (sallallahu aleyhi va səlləm) ümmətə vacib olan bütün hökmləri tam şəkildə çatdırmadığı təəssüratını yaradır. Sonradan meydana çıxan bu insanlar isə, Allahın icazə vermədiyi yenilikləri Onun şəriətinə daxil etdilər və bunu da Allaha yaxınlaşmaq vasitəsi kimi təqdim edirlər. Bu isə şübhəsiz ki, böyük bir təhlükədir və həm Uca Allaha, həm də Onun Rəsuluna (sallallahu aleyhi va səlləm) qarşı bir etirazdır. Halbuki Uca Allah Öz qulları üçün dini kamil etmiş, onlara olan nemətini tamamlamışdır. Peyğəmbər (sallallahu aleyhi va səlləm) isə risaləti tam şəkildə təbliğ etmiş, Cənnətə aparan və Cəhənnəmdən uzaqlaşdıran hər bir yolu ümmətinə bəyan etmişdir. Səhih hədisdə Abdullah bin Əmr (Allah ondan razı olsun) rəvayət edir ki, Rəsulullah (sallallahu aleyhi va səlləm) belə buyurmuşdur:

«مَا بَعَثَ اللهُ مِن نَبِيٍ إِلَّا كَانَ حَقًّا عَلَيهِ أَن يَدُلَّ أُمَّتَهُ عَلَى خَيرِ مَا يَعْلَمُهُ لَهُم، وَيُنْذِرَهُمْ شَرَّ مَا يَعْلَمُهُ لَهُمْ».

"Allahın göndərdiyi hər bir peyğəmbər üzərində, öz ümmətinə onlar üçün ən xeyirli olanı göstərmək və ən şərli olandan xəbərdar etmək haqq idi". Hədisi Müslim öz "Səhih" əsərində rəvayət etmişdir.

Məlumdur ki, Peyğəmbərimiz (sallallahu aleyhi va səlləm) peyğəmbərlərin ən əfzəli, onların sonuncusu, həmçinin risalətini ən kamil şəkildə təbliğ edən və ümmətinə ən gözəl şəkildə nəsihət verəndir. Əgər mövludların keçirilməsi Uca Allahın razı olduğu dinin bir hissəsi olsaydı, Allah Rəsul (sallallahu aleyhi va səlləm) bunu ümmətə bəyan edərdi ya Öz həyatında nümunə göstərərdi ya da səhabələri (Allah onlardan razı olsun) bunu edərdilər. Lakin bunlardan heç biri baş vermədiyindən məlum olur ki, bu əməlin İslamla heç bir əlaqəsi yoxdur. Əksinə, bu — əvvəlki hədislərdə də qeyd edildiyi kimi — Rəsulullahın (sallallahu aleyhi va səlləm) ümmətini çəkindirdiyi bidətlərdəndir. Bu mənada bir çox ayə və hədislər mövcuddur.

Alimlərin bir qismi mövludların keçirilməsini açıq şəkildə inkar etmiş və yuxarıda qeyd olunan dəlillərə, eləcə də digər sübutlara əsaslanaraq bu əməldən çəkindirmişlər. Lakin sonradan gələn bəziləri bu məsələdə onlara müxalif olmuş və bu mərasimlərdə Rəsulullah (sallallahu aleyhi va səlləm) barəsində ifrata varmaq, qadınlarla kişilərin bir yerdə qarışıq olması, musiqi alətlərindən istifadə olunması və pak şəriətin inkar etdiyi digər haram hallar yer almadığı təqdirdə, mövludların keçirilməsinə icazə verildiyini söyləmişlər. Onlar bu əməlin "Gözəl bidətlərdən" olduğunu hesab etmişlər.

Şəriətin ümumi qaydası belədir: İnsanlar arasında ixtilaf edilən məsələlər Allahın Kitabına və Rəsulu Muhammədin (sallallahu aleyhi va səlləm) sünnəsinə qaytarılmalıdır. Uca Allah belə buyurur:

﴿يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓاْ أَطِيعُواْ ٱللَّهَ وَأَطِيعُواْ ٱلرَّسُولَ وَأُوْلِي ٱلۡأَمۡرِ مِنكُمۡۖ فَإِن تَنَٰزَعۡتُمۡ فِي شَيۡءٖ فَرُدُّوهُ إِلَى ٱللَّهِ وَٱلرَّسُولِ إِن كُنتُمۡ تُؤۡمِنُونَ بِٱللَّهِ وَٱلۡيَوۡمِ ٱلۡأٓخِرِۚ ذَٰلِكَ خَيۡرٞ وَأَحۡسَنُ تَأۡوِيلًا59﴾

(Ey iman gətirənlər! Allaha, Peyğəmbərə və özünüzdən olan əmr sahiblərinə itaət edin! Əgər bir şey haqqında mübahisə etsəniz, Allaha və Axirət gününə iman gətirmisinizsə, onu Allaha və Peyğəmbərə qaytarın. Bu, (sizin üçün) daha xeyirli və nəticə etibarilə daha yaxşıdır). [Nisa: 59]. Uca Allah buyurur:

﴿وَمَا ٱخۡتَلَفۡتُمۡ فِيهِ مِن شَيۡءٖ فَحُكۡمُهُۥٓ إِلَى ٱللَّهِ ...﴾

(İxtilafa düşdüyünüz hər hansı bir şeyin hökmü ancaq Allaha aiddir). [Şura: 10].

Biz bu məsələni, yəni: mövludların keçirilməsini, Allahın Kitabına qaytardıq. Orada Uca Allahın bizi Rəsulun (sallallahu aleyhi va səlləm) gətirdiklərinə tabe olmağa əmr etdiyini, Onun qadağan etdiklərindən isə çəkinməyi, eyni zamanda bizə Uca Allahın bu ümmət üçün dinini tamamladığını xəbər verdiyini gördük. Bu mövlud mərasimləri Rəsulun (sallallahu aleyhi va səlləm) gətirdiyi dinin bir hissəsi deyildir. Beləliklə bu əməl, nə Allahın bizim üçün kamil etdiyi dindəndir, nə də Rəsula tabe olmağı əmr etdiyi dini məsələlərdəndir.

Biz bu məsələni həmçinin Peyğəmbərin (sallallahu aleyhi va səlləm) sünnəsinə də qaytardıq. Orada nə Peyğəmbərin özü bu əməli etdiyi, nə onu əmr etdiyi, nə də səhabələrinin (Allah onlardan razı olsun) belə bir şey etdiyi haqqında heç bir dəlil tapmadıq. Beləliklə biz, bu əməlin dinə aid olmadığını, əksinə, bunun sonradan dinə əlavə edilmiş bidətlərdən, yəhudi və nəsranilərin bayramlarında onlara bənzəməkdən ibarət olduğunu anladıq.

Bununla da, az da olsa bəsirət sahibi olan, haqqı axtarmaqda səmimi və ədalətli olan hər kəsə, mövludların qeyd edilməsinin İslam dinindən olmadığı, əksinə, bunun Allah və Rəsulunun (sallallahu aleyhi va səlləm) tərk edilməsini və ondan çəkinilməsini əmr etdiyi, sonradan dinə əlavə edilərək ortaya çıxan bidətlərdən olduğu aydın olur. Ağıllı bir insan, bu əməli dünyanın müxtəlif bölgələrində edənlərin çoxluğuna aldanmamalıdır. Çünki haqq, insanların çoxunun əməli etməsi ilə deyil, yalnız şəri dəlillərlə tanınar. Uca Allah yəhudi və nəsranilər barəsində belə buyurur:

﴿وَقَالُواْ لَن يَدۡخُلَ ٱلۡجَنَّةَ إِلَّا مَن كَانَ هُودًا أَوۡ نَصَٰرَىٰۗ تِلۡكَ أَمَانِيُّهُمۡۗ قُلۡ هَاتُواْ بُرۡهَٰنَكُمۡ إِن كُنتُمۡ صَٰدِقِينَ111﴾

(Onlar dedilər: “Yəhudilərdən və ya nəsranilərdən başqa heç kəs Cənnətə daxil olmayacaq!” Bu onların xam xəyallarıdır. De: “Əgər doğru deyirsinizsə, dəlilinizi gətirin!”). [Bəqərə: 111]. Uca Allah buyurur:

﴿وَإِنْ تُطِعْ أَكْثَرَ مَنْ فِي الْأَرْضِ يُضِلُّوكَ عَنْ سَبِيلِ اللَّهِ...﴾

(Əgər sən yer üzündə olanların əksəriyyətinə itaət etsən, onlar səni Allah yolundan azdırarlar). [Ənam: 116].

Üstəlik, bu mövlud mərasimlərinin əksəriyyəti bidət olmaqla yanaşı, qadınlarla kişilərin qarışıq şəkildə iştirakı, mahnıların və musiqi alətlərinin istifadə olunması, sərxoşedici içkilərin və narkotik maddələrin qəbul edilməsi kimi haram, münkər və s. şər əməllərdən də xali olmur. Bəzən mövlud mərasimlərində bundan da daha böyük bir günah baş verir. Bu, böyük şirkdir. Bu isə, Peyğəmbəri (sallallahu aleyhi va səlləm) və ya digər övliyaları həddindən artıq tərifləyərək ifrata varmaq, onlara dua etmək, onlardan yardım və kömək diləmək, qeybi bildiklərinə inanmaq kimi küfr xarakterli əməllərlə baş verir. Bu cür hallar, bir çox insanın Peyğəmbərin (sallallahu aleyhi va səlləm) və övliya adlandırdıqları şəxslərin mövludlarını qeyd edərkən tez-tez müşahidə olunur. Rəsulullah (sallallahu aleyhi va səlləm) bu barədə Səhih hədisdə belə buyurmuşdur:

«إِيَّاكُم وَالغُلُوُّ فِي الدِّينِ، فَإِنَّمَا أَهْلَكَ مَن كَانَ قَبْلَكُم الغُلُوَّ فِي الدِّينِ».

"Dində ifrata varmaqdan çəkinin! Çünki sizdən əvvəlkiləri həlak edən, məhz dində ifrata varmaq olmuşdur". Peyğəmbər (sallallahu aleyhi va səlləm) başqa bir hədisdə belə buyurmuşdur:

«لَا تُطْرُونِي كَمَا أَطْرَتِ النَّصَارَى ابْنَ مَرْيَمَ، إِنَّمَا أَنَا عَبدٌ، فَقُولُوا: عَبدُ اللهِ وَرَسُولُه».

"Nasranilər Məryəm oğlunu şişirtdikləri kimi, siz də məni şişirtməyin! Mən sadəcə Allahın quluyam. Elə isə (mənə): “Allahın qulu və rəsulu!” – deyin". Hədisi Buxari "Səhih'" əsərində, Ömərdən (Allah ondan razı olsun) rəvayət etmişdir.

Ən qəribə və təəccüblü hallardan biri də odur ki, bir çox insanlar bu bidət sayılan bayram və mərasimlərdə fəallıq göstərir, iştirak etməyə çalışır, onları müdafiə edirlər. Amma Allahın vacib etdiyi cümə və camaat namazlarına gəlməyə isə laqeyd yanaşırlar. Onlar buna əhəmiyyət vermirlər və böyük bir günah işlətdiklərini düşünmürlər. Şübhəsiz ki, bu, imanın zəifliyindən, bəsirətin azlığından və qəlblərin çoxlu günahlar və itaətsizliklərlə örtülməsinin nəticəsidir. Allahdan bizə və bütün müsəlmanlara afiyət (salamatlıq) diləyirik.

Bu məsələlərdən biri də budur ki, bəziləri Peyğəmbərin (sallallahu aleyhi va səlləm) mövlud mərasimlərinə qatıldığını zənn edirlər. Bu səbəbdən də ayağa qalxaraq onu salamlayır və qarşılayırlar. Bu isə ən böyük batillərdən və ən çirkin cəhalət nümunələrindəndir. Çünki Peyğəmbər (sallallahu aleyhi va səlləm) Qiyamət gününədək qəbrindən çıxmaz, heç kəslə əlaqə saxlamaz və insanların toplantılarına qatılmaz. Əksinə, O, Qiyamət gününə qədər qəbrindədir, ruhu isə Rəbbinin yanında ən ali və ən şərəfli məqamdadır. Uca Allah belə buyurur:

﴿ثُمَّ إِنَّكُمْ بَعْدَ ذَلِكَ لَمَيِّتُونَ15 ثُمَّ إِنَّكُمْ يَوْمَ الْقِيَامَةِ تُبْعَثُونَ16﴾

(Bundan sonra siz mütləq öləcəksiniz.

Sonra da Qiyamət günü di­ril­di­lə­cəksiniz). [Muminun: 15, 16].

Peyğəmbər (sallallahu aleyhi va səlləm) belə buyurmuşdur:

«أَنَا أَوَّلُ مَنْ يَنْشَقُّ عَنْهُ القَبْرُ يَومَ القِيَامَةِ، وَأَنَا أَوَّلُ شَافِعٍ، وَأَوَّلُ مُشَفَّعٍ».

"Mən Qiyamət günü qəbrindən ilk çıxacaq insan olacam. Mən ilk şəfaət edən və şəfaəti qəbul olunanam". Rəbbindən ona ən əfzəl salat və salam olsun.

Bu iki mübarək ayə, hədisi-şərif və bu mənada gəlmiş digər ayə və hədislərin hamısı, Peyğəmbərin (sallallahu aleyhi va səlləm) və digər vəfat etmiş şəxslərin yalnız Qiyamət günü qəbirdən çıxacaqlarına dəlalət edir. Bu məsələ İslam alimləri arasında ittifaqla qəbul edilmişdir və bu barədə aralarında heç bir ixtilaf yoxdur. Odur ki, hər bir müsəlman bu kimi məsələlərə diqqətlə yanaşmalı və Uca Allahın barəsində heç bir dəlil nazil etmədiyi, cahillərin və onlara bənzəyənlərin sonradan uyduraraq dinə əlavə etdikləri bidət və xurafatlardan uzaq durmalıdır. Yardım yalnız Allahdandır. Biz yalnız Ona güvənirik. Qüdrət və güc yalnız ən Uca və ən Böyük Allahdadır!

Amma Peyğəmbərə (sallallahu aleyhi va səlləm) salat və salam göndərməyə gəldikdə isə bu, Allaha yaxınlaşdıran ən fəzilətli ibadətlərdən və saleh əməllərdən biridir. Uca Allah belə buyurur:

﴿إِنَّ ٱللَّهَ وَمَلَٰٓئِكَتَهُۥ يُصَلُّونَ عَلَى ٱلنَّبِيِّۚ يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ صَلُّواْ عَلَيۡهِ وَسَلِّمُواْ تَسۡلِيمًا56﴾

(Həqiqətən Allah və mələkləri Peyğəmbərə salavat gətirirlər. Ey iman gətirənlər! Siz də ona salavat gətirib, layiqincə salamlayın!). [Əhzab: 56]. Peyğəmbər (sallallahu aleyhi va səlləm) belə buyurmuşdur:

«مَنْ صَلَّى عَلَيَّ وَاحِدَةً؛ صَلَّى اللهُ عَلَيهِ بِهَا عَشْرًا».

"Kim mənə bir salavat gətirsə, Allah ona on salavat endirər (verər)". Peyğəmbərə (sallallahu aleyhi va səlləm) salavat gətirmək hər zaman şəriətə uyğundur, lakin bu, hər namazın sonunda daha da təkid edilmişdir (təkidlidir). Hətta bir qrup alimlərə görə, hər namazın son "Təşəhhüdündə" salavat gətirmək vacibdir. Salavat gətirmək bir çox məqamlarda təkid olunmuş sünnə hesab olunur. Məsələn: Azandan sonra, Peyğəmbərin (sallallahu aleyhi va səlləm) adı çəkildikdə, həmçinin cümə günü və cümə gecəsində. Buna dəlalət edən çoxsaylı hədislər mövcuddur.

(Sonda) Uca Allahdan diləyirik ki, bizi və bütün müsəlmanları dinini doğru-düzgün anlayıb onda sabitqədəm etsin, hər bir kəsə sünnəyə bağlı qalmağı və bidətlərdən uzaq durmağı nəsib etsin. Həqiqətən, O, səxavətli və kərimdir.

Allahın salatı və salamı peyğəmbərimiz Muhəmmədin, onun ailəsinin və bütün səhabələrinin üzərinə olsun!

 

***

 


بِسْمِ اللهِ الرَّحمَنِ الرَّحِيمِ

Altıncı Risalə:

İsra və Mirac gecəsini qeyd etməyin hökmü

Həmd yalnız Allaha məxsusdur! Salat və salam Peyğəmbərimiz Muhammədin, onun ailəsinin və səhabələrinin üzərinə olsun!

Daha sonra: Şübhəsiz ki, İsra və Mirac hadisəsi, Allah Rəsulu Muhammədin (sallallahu aleyhi va səlləm) doğruluğuna, sadiqliyinə və Onun Allah qatında uca məqama sahib olmasına dəlalət edən, Uca Allahın qüdrət və əzəmətini göstərən böyük ayələrindən (möcüzələrindən) biridir. Eyni zamanda bu hadisə, Uca Allahın sonsuz qüdrətinin və Onun bütün məxluqatdan üstün və uca olmasının parlaq dəlillərindəndir. Uca Allah belə buyurur:

﴿سُبۡحَٰنَ ٱلَّذِيٓ أَسۡرَىٰ بِعَبۡدِهِۦ لَيۡلٗا مِّنَ ٱلۡمَسۡجِدِ ٱلۡحَرَامِ إِلَى ٱلۡمَسۡجِدِ ٱلۡأَقۡصَا ٱلَّذِي بَٰرَكۡنَا حَوۡلَهُۥ لِنُرِيَهُۥ مِنۡ ءَايَٰتِنَآۚ إِنَّهُۥ هُوَ ٱلسَّمِيعُ ٱلۡبَصِيرُ1﴾

(Ayələrimizdən bəzisini ona (Muhammədə) göstərmək üçün Öz qulunu gecə vaxtı Məscidul-Haramdan ətrafına xeyir-bərəkət verdiyimiz Məscidul-Əqsaya aparan (Allah) pak və müqəddəsdir. Həqiqətən, O, Eşidəndir, Görəndir). [İsra: 1].

Allah Rəsulunun (sallallahu aleyhi va səlləm) göylərə yüksəldiyi, göylərin qapılarının Onun üçün açıldığı, yeddinci səmadan da yuxarıya keçdiyi, orada Rəbbi ilə istədiyi şəkildə danışdığı və Ona beş vaxt namazın fərz buyurulduğu, çoxlu etibarlı ravilər tərəfindən nəql olunan mütəvatir rəvayətlərlə sabit olmuşdur. Əvvəlcə Uca Allah bu namazları əlli dəfə fərz etmişdi. Lakin Peyğəmbərimiz Muhamməd (sallallahu aleyhi va səlləm) Allaha dəfələrlə müraciət edərək yüngülləşdirmə istəmiş, nəticədə bu namazlar beş vaxta endirilmişdir. Beləliklə, bu namazlar fərz olaraq beş vaxt olsa da, savab baxımından əlli namaza bərabərdir. Çünki Uca Allah hər yaxşı bir əmələ on misli ilə qarşılıq verir. Bütün bu nemətlərə görə Uca Allaha həmd və şükürlər olsun!

İsra və Mirac hadisəsinin baş verdiyi bu gecənin, nə Rəcəb ayında, nə də başqa bir vaxtda, dəqiq olaraq hansı gecə olduğu barədə səhih hədislərdə heç bir məlumat yoxdur. Bu gecənin dəqiq vaxtı ilə bağlı nəql olunan bütün rəvayətlər, hədis alimlərinin ittifaqına əsasən, Peyğəmbərdən (sallallahu aleyhi va səlləm) sabit olmamışdır. Uca Allahın bu gecənin dəqiq tarixini insanlara unutdurmasında böyük hikmət vardır. Əgər bu gecənin vaxtı dəqiq şəkildə sabit olsaydı belə, müsəlmanlara bu gecəni xüsusi ibadətlərlə fərqləndirmək və ya onu bayram kimi qeyd etmək icazəli olmazdı, çünki nə Peyğəmbər (sallallahu aleyhi va səlləm), nə də onun səhabələri (Allah onlardan razı olsun) bu gecəni xüsusi şəkildə qeyd etməmiş və onu fərqli ibadətlərlə keçirməmişlər. Əgər bu gecənin qeyd olunması (bayram kimi keçirilməsi) şəriətə müvafiq bir əməl olsaydı, Rəsulullah (sallallahu aleyhi va səlləm) bunu ümmətə ya sözlə, ya da əməllə açıqlayardı. Əgər belə bir şey baş vermiş olsaydı, bu, mütləq bilinər və məşhurlaşardı, səhabələr (Allah onlardan razı olsun) da bunu bizə nəql edərdilər. Çünki onlar, ümmətin ehtiyac duyduğu hər şeyi Peyğəmbərdən (sallallahu aleyhi va səlləm) nəql etmiş və dində heç bir şeyi tərk etməmişlər. Əksinə, onlar hər bir xeyirdə öndə olanlardır. Əgər bu gecəni qeyd etmək şəriətdə sabit olsaydı, şübhəsiz, ilk olaraq onlar bu işi görərdilər. Peyğəmbər (sallallahu aleyhi va səlləm) insanlar arasında insanlara qarşı ən səmimi və ən çox nəsihət verən şəxs idi. O, Allahın risalətini tam şəkildə çatdırmış, əmanəti yerinə yetirmişdir. Əgər bu gecənin təzim edilməsi və qeyd olunması Allahın dinindən olsaydı, Peyğəmbər (sallallahu aleyhi va səlləm) bunu nə unudar, nə də gizlədərdi. Belə bir şey baş vermədiyindən, məlum olur ki, bu gecəni qeyd etmək və onu xüsusi şəkildə təzim etmək İslamdan deyildir. Uca Allah bu ümmət üçün dinini kamil etmiş, ona olan nemətini tamamlamış və dinə, Allahın izn vermədiyi yenilikləri (bidətləri) daxil edənlərə inkar etmiş, o əməli qınamış və rədd etmişdir. Uca Allah bu barədə Qurani-Kərimdə açıq-aşkar belə buyurur:

﴿...ٱلۡيَوۡمَ أَكۡمَلۡتُ لَكُمۡ دِينَكُمۡ وَأَتۡمَمۡتُ عَلَيۡكُمۡ نِعۡمَتِي وَرَضِيتُ لَكُمُ ٱلۡإِسۡلَٰمَ دِينٗا...﴾

(Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və sizin üçün din olaraq İslamı bəyəndim). [Maidə: 3]. İzzət və Cəlal sahib olan Allah buyurur:

﴿أَمۡ لَهُمۡ شُرَكَٰٓؤُاْ شَرَعُواْ لَهُم مِّنَ ٱلدِّينِ مَا لَمۡ يَأۡذَنۢ بِهِ ٱللَّهُۚ وَلَوۡلَا كَلِمَةُ ٱلۡفَصۡلِ لَقُضِيَ بَيۡنَهُمۡۗ وَإِنَّ ٱلظَّٰلِمِينَ لَهُمۡ عَذَابٌ أَلِيمٞ21﴾

(Yoxsa onların Allahın dində izin vermədiyi şeyləri onlar üçün qanuni edən şəriklərimi vardır?! Əgər (cəzanın gecikdirilməsinə dair) qəti Söz olmasaydı, aralarında dərhal hökm verilərdi. Həqiqətən, zalımlar üçün ağrılı-acılı bir əzab vardır). [Şura: 21].

Səhih hədislərdə Peyğəmbərin (sallallahu aleyhi va səlləm) bidətlərdən qəti şəkildə çəkindirməsi və onların zəlalət (azğınlıq) adlandırması sabit olmuşdur. Bu xəbərdarlıqlar, ümmətə bidətlərin nə qədər təhlükəli olduğunu anlatmaq və onları bu kimi azğınlıqlara düşməkdən qorumaq məqsədi daşıyırdı. Bidətlərin təhlükəsinə dair bu xəbərdarlıqlardan biri də, Buxari və Müslimin "Səhih" əsərində Aişənin (Allah ondan razı olsun) Peyğəmbərdən (sallallahu aleyhi va səlləm) rəvayət etdiyi hədisdir. Bu hədisdə Peyğəmbər (sallallahu aleyhi va səlləm) belə demişdir:

«مَنْ أَحْدَثَ فِي أَمْرِنَا هَذَا مَا لَيْسَ مِنْهُ؛ فَهُوَ رَدٌّ».

"Kim bizim bu işimizdə (dinimizdə) onda olmayan bir yenilik edərsə o, rədd olunar". Müslimin başqa bir rəvayətində isə belə deyilir:

«مَنْ عَمِلَ عَمَلًا لَيْسَ عَلَيهِ أَمْرَنَا؛ فَهُوَ رَدٌّ».

"Kim (dində) bizim etmədiyimiz (şəriət dəlillərinə istinad etməyən) bir əməl edərsə, o əməl qəbul olunmaz". Səhih Müslimdə rəvayət edilən hədisdə Cabir bin Abdullah (Allah ondan razı olsun) belə demişdir: Allah Rəsulu (sallallahu əleyhi va səlləm) cümə xütbəsində belə deyərdi:

«أَمَا بَعْدَ، فَإِنَّ خَيرَ الحَدِيثِ كِتَابُ اللهِ، وَخَيرَ الهَدْيِ هَدْيُ مُحَمَّدٍ ﷺ، وَشَرَّ الأُمُورِ مُحْدَثَاتُهَا، وَكُلَّ بِدْعَةٍ ضَلَالَةٌ».

"Daha sonra: Şübhəsiz ki, sözlərin ən xeyirlisi Allahın Kitabıdır, yolların ən xeyirlisi isə Muhammədin (sallallahu əleyhi va səlləm) yoludur. Əməllərin ən şərlisi isə dinə sonradan daxil edilən yeniliklərdir (bidətlərdir), hər bir bidət də zəlalətdir". Hədisə Nəsai "Ceyyid (Yaxşı)" isnadla belə bir əlavə etmişdir:

«وَكُلَّ ضَلَالَةٍ فِي النَّارِ».

"Hər bir zəlalət isə oddadır (Cəhənnəmdədir)". "Sünən" kitablarında rəvayət olunan hədisdə İrbad bin Səriyə (Allah ondan razı olsun) belə demişdir: Rəsulullah (sallallahu aleyhi va səlləm) bizə elə təsirli bir moizə etdi ki, bundan qəlblər titrədi və gözlər yaşla doldu. Biz: “Ey Allahın elçisi, sanki bu, vidalaşan birinin moizəsidir. Elə isə bizə tövsiyə et!” – dedik. Rəsulullah (sallallahu aleyhi va səlləm) belə dedi:

«أُوصِيكُم بِتَقْوَى اللهِ وَالسَّمعِ وَالطَّاعَةِ وَإِنْ تَأَمَّرَ عَلَيكُم عَبدٌ، فَإِنَّهُ مَنْ يَعِشْ مِنْكُم فَسَيَرَى اخْتِلَافًا كَثِيرًا، فَعَلَيكُم بِسُنَّتِي وَسُنَّةِ الخلُفَاءِ الرَّاشِدِينَ المَهْدِيِّينَ مِنْ بَعْدِي، تَمَسَّكُوا بِهَا وَعَضُّوا عَلَيْهَا بِالنَّوَاجِذِ، وَإِيَّاكُم وَمُحْدَثَاتِ الأُمُورِ، فَإِنَّ كُلَّ مُحْدَثَةٍ بِدْعَةٍ وَكُلَّ بِدْعَةٍ ضَلَالَةٌ».

“Sizə Allahdan qorxmağı, əmiriniz bir kölə olsa belə, ona tabe olub, itaət etməyi tövsiyyə edirəm. Məndən sonra sizdən kim yaşasa çoxlu ixtilaflar görəcəkdir. Belə olduğu təqdirdə siz mənim və məndən sonra doğru yolda olan Raşidi Xəlifələrin yoluna tabe olmağı tövsiyə edirəm. Ondan möhkəm yapışın və bundan azı dişlərinizlə tutun. Dinə əlavə edilmiş yeniliklərdən çəkinin. Çünki hər bir yenilik bidətdir və hər bir bidət isə zəlalətdir”. Bu mənada bir çox hədislər mövcuddur.

Peyğəmbərin (sallallahu aleyhi va səlləm) səhabələri və onlardan sonra gələn saleh sələflər tərəfindən bidətlərin təhlükəsinə dair xəbərdarlıqlar və onlardan çəkindirmə açıq şəkildə rəvayət olunmuşdur. Bu isə səbəbsiz deyil. Çünki bidət, dində artırma, Allahın icazə vermədiyi bir şeyi dinə daxil etmək və həmçinin Allahın izn vermədiyi bidətləri öz dinlərinə əlavələr edən Allahın düşmənləri olan yəhudi və nəsranilərə bənzəməkdir. Çünki bidətin nəticəsi, İslam dininin kamilliyinə xələl gətirmək və onu natamam göstərməkdir. Halbuki bunun, böyük fəsad, çirkin bir münkər və Uca Allahın bu açıq ayəsinə zidd olduğu məlumdur:

﴿...ٱلۡيَوۡمَ أَكۡمَلۡتُ لَكُمۡ دِينَكُمۡ...﴾

(Bu gün dininizi sizin üçün kamil etdim). [Maidə: 3]. Həmçinin bu, Peyğəmbərin (sallallahu aleyhi va səlləm) bidətlərdən çəkinməyi və ondan uzaq durmağı əmr edən hədislərinə açıq-aydın müxalif olmaqdır.

Ümid edirəm ki, qeyd etdiyimiz dəlillər, haqqı axtaran şəxs üçün bu bidətin — yəni: İsra və Mirac gecəsini qeyd etmə bidətinin — inkar edilməsində, bu əməlin İslamda əsası olmadığını göstərməkdə və ondan çəkindirilməsinin vacibliyini isbat etmək baxımından kifayət qədər yetərlidir.

Uca Allahın müsəlmanlara nəsihət etməyi vacib buyurması, onlar üçün din olaraq nəyi şəriət etdiyini açıqlamağı əmr etməsi və elmi gizlətməyi haram etməsi səbəbilə, bir çox ölkələrdə yayılmış və bəziləri tərəfindən dinin bir hissəsi olaraq hesab edilən bu bidət barəsində müsəlman qardaşlarımı xəbərdar etməyi zəruri hesab etdim.

Uca Allahdan diləyirəm ki, bütün müsəlmanların halını islah etsin, onlara din anlayışı (dində fəqih olmağı) bəxş etsin, bizi və onları haqqa yönəlməyə, onda sabit qalmağa və ona zidd olan hər şeydən uzaq durmağa müvəffəq etsin. Həqiqətən, bunu edən və buna gücü yetən yalnız Odur.

Allahın salatı, salamı və bərəkəti qulu və rəsulu olan peyğəmbərimiz Muhammədin, onun ailəsinin və səhabələrinin üzərinə olsun!

 

 

***

 


بِسْمِ اللهِ الرَّحمَنِ الرَّحِيمِ

Yeddinci Risalə:

Şaban ayının yarısının gecəsini (Bəraət gecəsini) qeyd etməyin hökmü

Dinimizi bizim üçün kamil edən, bizə olan nemətini tamamlayan Allaha həmd olsun. Tövbə və mərhəmət peyğəmbəri olan peyğəmbəri və rəsulu Muhammədin (sallallahu aleyhi va səlləm) üzərinə salat və salam olsun.

Daha sonra: Uca Allah buyurur:

﴿...ٱلۡيَوۡمَ أَكۡمَلۡتُ لَكُمۡ دِينَكُمۡ وَأَتۡمَمۡتُ عَلَيۡكُمۡ نِعۡمَتِي وَرَضِيتُ لَكُمُ ٱلۡإِسۡلَٰمَ دِينٗا...﴾

(Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və sizin üçün din olaraq İslamı bəyəndim). [Maidə: 3]. Uca Allah buyurur:

﴿أَمۡ لَهُمۡ شُرَكَٰٓؤُاْ شَرَعُواْ لَهُم مِّنَ ٱلدِّينِ مَا لَمۡ يَأۡذَنۢ بِهِ ٱللَّهُ...﴾

(Yoxsa onların Allahın dində izin vermədiyi şeyləri onlar üçün qanuni edən şəriklərimi vardır?!). [Şura: 21]. Buxari və Müslimin "Səhih" əsərində Aişənin (Allah ondan razı olsun) rəvayət etdiyi hədisdə Peyğəmbər (sallallahu aleyhi va səlləm) belə demişdir:

«مَنْ أَحْدَثَ فِي أَمْرِنَا هَذَا مَا لَيْسَ مِنْهُ؛ فَهُوَ رَدٌّ».

"Kim bizim bu işimizdə (dinimizdə) onda olmayan bir yenilik edərsə o, rədd olunar". Səhih Müslimdə rəvayət edilən hədisdə Cabir bin Abdullah (Allah ondan razı olsun) belə demişdir: Allah Rəsulu (sallallahu əleyhi va səlləm) cümə xütbəsində belə deyərdi:

«أَمَّا بَعْدُ: فَإِنَّ خَيرَ الحَدِيثِ كِتَابُ اللهِ، وَخَيرَ الهَدْيِ هَدْيُ مُحَمَّدٍ صَلَّى اللهُ عَلَيهِ وَسَلَّمَ، وَشَرَّ الأُمُورِ مُحْدَثَاتُهَا، وَكُلَّ بِدْعَةٍ ضَلَالَةٌ».

"Daha sonra: Şübhəsiz ki, sözlərin ən xeyirlisi Allahın Kitabıdır, yolların ən xeyirlisi isə Muhammədin (sallallahu əleyhi va səlləm) yoludur. Əməllərin ən şərlisi isə dinə sonradan daxil edilən yeniliklərdir (bidətlərdir), hər bir bidət də zəlalətdir". Bu mənada çoxsaylı ayə və hədislər mövcuddur ki, bütün bunlar, Uca Allahın bu ümmət üçün dinini kamil etməsinə və ona olan nemətini tamamlamasına açıq-aşkar dəlalət edir. Uca Allah Peyğəmbərini (sallallahu aleyhi va səlləm) yalnız aydın şəkildə təbliğ etdikdən, Allahın bu ümmət üçün şəriət buyurduğu bütün söz və əməlləri bəyan etdikdən sonra vəfat etdirdir. Peyğəmbər (sallallahu əleyhi va səlləm) insanların Onun vəfatından sonra hətta yaxşı niyyətlə olsa belə İslam dininə nisbət edərək ortaya çıxardıqları bütün söz və əməlləri onu icad edən şəxsin üzərinə geri qayıtdığını açıqlamışdır. Bu məsələni Allah Rəsulunun (sallallahu əleyhi va səlləm) səhabələri də bilmiş, onlardan sonra gələn İslam alimləri bu anlayış üzərində olmuş, bidətləri rədd etmiş və insanları onlardan çəkinməyə çağırmışlar. Bunu İbn Vaddah, Tartuşi, Əbu Şamə və başqaları kimi sünnənin uca tutulması və bidətlərin inkarı mövzusunda əsər yazanların hamısı qeyd etmişdir.

İnsanların icad etdiyi bidətlərdən biri də, Şaban ayının yarısının gecəsini (Bəraət gecəsini) qeyd etmək və həmin günü xüsusi olaraq oruc tutmaq bidətidir. Bu barədə etimad edilə biləcək heç bir dəlil yoxdur. Onun fəzilətinə dair bəzi zəif hədislər varid olmuşdur, lakin bu hədislərə əsaslanmaq caiz deyildir.

Şəban ayının yarısının gecəsində qılınan namazların fəziləti barəsində gələn rəvayətlərin hamısı uydurmadır. Bu məsələyə dair bir çox İslam alimi həmin hədislərin uydurma olduğunu bildirmişdir. İnşallah, onların sözlərindən bir neçəsini irəlidə qeyd edəcəyik.

Bu mövzuda Şam əhli və başqalarından olan bəzi sələflərdən də rəvayətlər nəql edilmişdir.

Əksər alimlərin ittifaqına əsasən, bu gecənin qeyd olunması bir bidətdir. Onun fəziləti haqqında nəql olunan hədislərin hamısı zəif, bəziləri isə uydurmadır. Bu məsələyə diqqət çəkənlərdən biri də Hafiz ibn Rəcəbdir. O, bu barədə "Lətaif əl-Məarif" adlı kitabında bəhs etmişdir. Eyni zamanda, başqa alimlər də bu hədislərin uydurma olduğunu qeyd etmişlər. Aydındır ki, zəif hədislər yalnız əsli səhih dəlillərlə sabit olan ibadətlərə dair mövzularda əməl edilir. Şəban ayının yarısı gecəsinin (Bəraət gecəsinin) qeyd edilməsi isə heç bir səhih əsasa əsaslanmır və zəif hədislərlə dəstəklənə bilməz. Bu mühüm qaydanı İmam Əbu əl-Abbas Şeyxul-İslam ibn Teymiyyə (Allah ona rəhmət etsin) qeyd etmişdir.

Ey oxucu! Sənə bu məsələ ilə əlaqədar bəzi alimlərin sözlərini təqdim edirəm ki, mövzu barədə aydın təsəvvürün olsun.

Alimlər (Allah onlara rəhmət etsin) insanların ixtilaf etdiyi məsələlərdə hökmü, Uca Allahın Kitabına və Allah Rəsulunun (səllallahu əleyhi va səlləm) sünnəsinə qaytarmağın vacib olduğuna dair ittifaq etmişlər. Onlardan biri və ya hər ikisi ilə verilmiş hökm şəriətin əməl olunması vacib olan hökmüdür. Onlara zidd olan hər şeydən uzaq durmaq vacibdir. Kitabda və Sünnədə ibadət olduğu barədə hökm verilməyən hər bir əməl bidətdir. Belə bir əməlin icrası caiz deyil, onu təşviq etmək və tərifləmək isə qəti şəkildə yolverilməzdir. Uca Allah Təala buyurur:

﴿يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓاْ أَطِيعُواْ ٱللَّهَ وَأَطِيعُواْ ٱلرَّسُولَ وَأُوْلِي ٱلۡأَمۡرِ مِنكُمۡۖ فَإِن تَنَٰزَعۡتُمۡ فِي شَيۡءٖ فَرُدُّوهُ إِلَى ٱللَّهِ وَٱلرَّسُولِ إِن كُنتُمۡ تُؤۡمِنُونَ بِٱللَّهِ وَٱلۡيَوۡمِ ٱلۡأٓخِرِۚ ذَٰلِكَ خَيۡرٞ وَأَحۡسَنُ تَأۡوِيلًا59﴾

(Ey iman gətirənlər! Allaha, Peyğəmbərə və özünüzdən olan əmr sahiblərinə itaət edin! Əgər bir şey haqqında mübahisə etsəniz, Allaha və Axirət gününə iman gətirmisinizsə, onu Allaha və Peyğəmbərə qaytarın. Bu, (sizin üçün) daha xeyirli və nəticə etibarilə daha yaxşıdır). [Nisa: 59]. Uca Allah buyurur:

﴿وَمَا ٱخۡتَلَفۡتُمۡ فِيهِ مِن شَيۡءٖ فَحُكۡمُهُۥٓ إِلَى ٱللَّهِ...﴾

(İxtilafa düşdüyünüz hər hansı bir şeyin hökmü ancaq Allaha aiddir). [Şura: 10]. Uca Allah buyurur:

﴿قُلۡ إِن كُنتُمۡ تُحِبُّونَ ٱللَّهَ فَٱتَّبِعُونِي يُحۡبِبۡكُمُ ٱللَّهُ وَيَغۡفِرۡ لَكُمۡ ذُنُوبَكُمۡ...﴾

(De: “Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da, sizi sevsin və günahlarınızı bağışlasın. Allah bağışlayandır, rəhmlidir”). [Əli İmran: 31]. İzzət və Cəlal sahib olan Allah buyurur:

﴿فَلَا وَرَبِّكَ لَا يُؤۡمِنُونَ حَتَّىٰ يُحَكِّمُوكَ فِيمَا شَجَرَ بَيۡنَهُمۡ ثُمَّ لَا يَجِدُواْ فِيٓ أَنفُسِهِمۡ حَرَجٗا مِّمَّا قَضَيۡتَ وَيُسَلِّمُواْ تَسۡلِيمٗا65﴾

(Xeyr, sənin Rəbbinə and olsun ki, onlar öz aralarında baş verən ixtilaflarda səni hakim təyin etməyincə, sonra da verdiyin hökmlərə görə özlərində bir sıxıntı duymadan sənə tam bir itaətlə təslim olmayınca iman gətirmiş olmazlar). [Nisa: 65]. Bu mənanı ifadə edən ayələr çoxdur və onların hamısı insanların ixtilaf etdiyi məsələlərin Kitab və Sünnəyə qaytarılmasının, eləcə də onların verdiyi hökmə razı qalmağın vacibliyini açıq şəkildə ortaya qoyur. Çünki bu, həqiqi imanın tələbidir və həm dünyada, həm də axirətdə insanlar üçün daha xeyirli və nəticə etibarilə daha yaxşı olandır.

Hafiz ibn Rəcəb (Allah ona rəhmət etsin) bu məsələyə dair "Lətaif əl-Məarif" adlı kitabında — əvvəlki sözlərindən sonra — belə demişdir:

"Şəban ayının yarısı gecəsinə (Bəraət gecəsinə) Xalid bin Məadən, Məkhul, Loğman bin Amir və digərləri kimi Şam əhlindən olan bəzi tabiinlər böyük əhəmiyyət verər, həmin gecədə ibadətə xüsusi səylə yanaşardılar. İnsanlar da bu gecənin fəzilət və əzəməti barədə anlayışı məhz onlardan öyrəndilər. Bəziləri isə onlara bu barədə məlumatın israiliyyat əsərlərindən gəlib çatdığını demişdir. Bu hal onlar vasitəsilə müxtəlif diyarlarda yayıldıqdan sonra, insanlar bu məsələdə ixtilafa düşdülər. Onlardan bəziləri bu görüşü qəbul etdi və bu gecəni uca tutmaqda onlara qoşuldu. Bu qəbildə olanlar arasında Bəsrə əhlindən olan bəzi zahidlər və digərləri də vardır. Hicaz diyarının bir çox alimləri isə bunu rədd etmişdir. Onların arasında: Əta, İbn Əbi Muleykə də vardır. Bu fikri Əbdurrahman bin Zeyd bin Əsləm, Mədinənin fəqihlərindən nəql etmişdir. Həmçinin bu, Maliki məzhəbinin davamçılarının və digər alimlərin rəyidir. Onlar hamısı bunun bidət olduğunu deyiblər.

Şam əhlindən olan alimlər bu gecənin ibadətlə necə keçirilməli olduğu barədə iki fərqli rəyə bölünmüşlər:

Birinci: Şəban ayının yarısı (15-ci) gecəsini məscidlərdə camaatla birlikdə ibadətlə keçirilməsi müstəhəbdir. Xalid bin Məadən və Loğman bin Amir və başqaları bu gecədə ən gözəl geyimlərini geyinər, ətirlənər, sürmə çəkər və gecəni məsciddə ibadətlə keçirərdilər. İshaq bin Rahaveyh də bu rəydə onlara müvafiq olmuşdur. İshaq bin Rahaveyh Şəban ayının yarısı (15-ci) gecəsini məscidlərdə camaatla birlikdə ibadətlə keçirilməsi barədə belə demişdir: Bu, bidət deyildir. Bunu Harb əl-Kirməni öz "Məsəil" adlı əsərində nəql etmişdir.

İkinci: Şəban ayının yarısı (15-ci) gecəsində məscidlərdə camaat halında namaz qılmaq, hekayətlər söyləmək və dua etmək məkruhdur. Lakin bir şəxsin özü, təkbaşına namaz qılması (ibadət etməsi) məkruh sayılmır. Bu, Şam əhlinin imam, fəqih və alim olan Əvzainin görüşüdür. İnşaallah, bu rəy daha doğru rəydir". Daha sonra belə dedi: "İmam Əhmədin Şəban ayının yarısı gecəsi (Bəraət gecəsi) haqqında bir sözü məlum deyil. Lakin İmam Əhmədin bayram gecələrinin (Fitr və Qurban gecələrinin) ibadətlə keçirilməsinin müstəhəb olub-olmaması ilə bağlı iki rəyi olduğuna əsaslanaraq, Şəban ayının yarısı gecəsinin (Bəraət gecəsinin) də ibadətlə keçirilməsinin müstəhəb olub-olmaması barədə Onun iki müxtəlif rəyi olduğunu söyləmək mümkündür. Belə ki, O, (bir rəvayətdə) bayram gecələrin camaatla birlikdə ibadətlə keçirilməsini müstəhəb saymamışdır. Çünki bu barədə nə Peyğəmbərdən (səllallahu əleyhi va səlləm), nə də səhabələrdən bir rəvayət gəlməmişdir". Başqa bir rəvayətə isə İmam Əhməd tabiinlərdən olan Abdurrahman bin Yəzid bin əl-Əsvədin əməlinə əsasən bayram gecələrin ibadətlə keçirməyi müstəhəb saymışdır. Eləcə də Şəban ayının yarısı gecəsi (Bəraət gecəsi) barəsində də eyni hökm tətbiq olunur. Yəni: İmam Əhmədin bu gecənin ibadətlə keçirilməsini müstəhəb saydığı qənaətinə gəlmək mümkündür. Bu gecənin ibadətlə keçirilməsi barədə nə Peyğəmbərdən (səllallahu əleyhi va səlləm), nə də səhabələrdən bir şey sabit olmamışdır. Lakin bu barədə Şam əhlindən olan görkəmli fəqih tabiinlərindən bu barədə rəvayətlər nəql olunmuşdur.

Hafiz İbn Rəcəbin (Allah ona rəhmət etsin) sözündən gətirilən məzmun burada tamamlanır. Onun bu sözlərində Şəban ayının yarısı gecəsi (Bəraət gecəsi) barəsində nə Peyğəmbərdən (səllallahu əleyhi va səlləm), nə də səhabələrindən (Allah onlardan razı olsun) hər hansı bir şeyin sabit olmadığı açıq şəkildə bildirilmişdir.

Amma Əvzainin (Allah ona rəhmət etsin) bu gecənin fərdi şəkildə ibadətlə keçirilməsinin müstəhəb saymasına və Hafiz İbn Rəcəbin də bu rəyi qəbul etməsinə gəldikdə isə bu, qərib və zəif bir rəydir. Çünki hər hansı bir şeyin şəri dəlillərlə dinə aid olduğu sübuta yetirilmədikdə, müsəlmanın onu istər fərdi şəkildə, istər camaatla, istər gizli, istərsə də açıq şəkildə, Peyğəmbərin (səllallahu əleyhi və səlləm) sözünün ümumi mənasına əsaslanaraq Allahın dinində yeni bir şey kimi ortaya çıxarması caiz deyildir.

«مَنْ عَمِلَ عَمَلًا لَيْسَ عَلَيهِ أَمْرُنَا؛ فَهُوَ رَدٌّ».

"Kim (dində) bizim etmədiyimiz (şəriət dəlillərinə istinad etməyən) bir əməl edərsə, o əməl qəbul olunmaz". Bu və digər dəlillər də bidətlərin rədd olunmasına və onlardan çəkinilməsinə dəlalət edir.

İmam Əbu Bəkr Tartuşi (Allah ona rəhmət etsin) özünün "Havadis val-Bidəa) adlı kitabında belə yazır:

"İbn Vaddah Zeyd bin Əsləmin belə dediyini rəvayət edir: Biz öz şeyxlərimizdən və fəqihlərimizdən heç birinin Şəban ayının yarısı gecəsinə (Bəraət gecəsinə) əhəmiyyət verdiyini, Məkhulun (bu gecənin fəziləti haqqında) hədisinə əhəmiyyət verdiklərini və bu gecənin başqa gecələrdən üstün olduğunu düşündüklərini görmədik".

İbn Əbi Müleykəyə belə deyildi: Ziyad ən-Numeyri belə deyir: “Şəban ayının yarısı gecəsinin (Bəraət gecəsinin) savabı (əciri) Qədr gecəsinin savabı kimidir”. İbn Əbi Müleykəyə belə dedi: “Əgər bunu eşitsəydim və əlimdə çubuq olsaydı, onu vurardım”. Ziyad (o zaman) qisas alan (yəni: intiqam alan, qanı qanla ödəyən) idi. Sitatın sonu.

Alləmə Şovkani (Allah ona rəhmət etsin) "əl-Fawaid əl-Məcmuah" adlı kitabında belə deyir:

"Amma: “Ey Əli! Kimsə Şəban ayının yarısı gecəsi (Bəraət gecəsi) yüz rükət namaz qılarsa, hər rükətdə Fatiha surəsini, sonra isə on dəfə "Qul huvallahu əhəd" (İxlas surəsini) oxuyarsa, Allah onun bütün ehtiyaclarını yerinə yetirər”, bu və bu məzmunlu digər hədislərə gəldikdə isə, bütün bu hədislərin hamısı uydurmadır (modudur). Bu hədisin ifadələrində, ona əməl edənin əldə edəcəyi elə böyük savablar vəd olunur ki, azacıq düşünən bir adam belə bu sözlərin uydurma olduğunu anlayar. Hədisin sənədində (isnadında) olan ravilərin (rəvayət edən şəxslərin) isə hamısı məchul (tanınmayan) şəxslərdir. Bu hədis ikinci və üçüncü yollarla da rəvayət olunub, lakin onların hamısı uydurmadır və raviləri isə məchul şəxslərdir". Şovkani "əl-Muxtasar" adlı əsərində belə demişdir: "Şəban ayının yarısı gecəsində (Bəraət gecəsində) qılınan namaz haqqında rəvayət edilən hədis batildir. İbn Hibbanın Əlidən (Allah ondan razı olsun) rəvayət etdiyi bu hədisi: "Şəban ayının yarısı gecəsi (Bəraət gecəsi) gəldikdə, gecəsini ibadətlə keçirin, gündüzünü isə oruc tutun" - zəif hədisdir. Şovkani "əl-Lə-əli" adlı əsərində belə demişdir: "Şəban ayının yarısında (Bəraət gecəsində), (hər rükətdə) on dəfə İxlas surəsi (Qul huvallahu əhəd) oxunaraq qılınan yüz rükət namaz" və bu namazın uzun-uzadı fəzilətləri qeyd olunan hədis, Deyləmi və başqaları tərəfindən rəvayət edilsə də, bu hədis uydurmadır. Bu hədisin üç müxtəlif isnadındakı ravilərin əksəriyyəti, zəif və məchul şəxslərdir". O həmçinin belə demişdir: "(Hər rükətdə) 30 dəfə İxlas surəsi (Qul huvallahu əhəd) oxunaraq qılınan on iki rükətlik namaz" – uydurmadır. "On dörd rükətlik namaz", haqqında olan hədis də uydurmadır".

Bu hədislə "İhya Ulumud-din" əsərinin müəllifi (İmam Qəzali) və başqaları kimi bəzi fəqihlər, həmçinin bəzi təfsirçilər aldanmışdır. Bu gecə — yəni: Şəban ayının yarısı gecəsi — üçün müxtəlif formalarda namazlar rəvayət olunmuşdur, lakin onların hamısı batil və uydurmadır. Bu deyilənlər (yəni: namazla bağlı hədislərin uydurma olması) Tirmizinin Aişədən (Allah ondan razı olsun) rəvayət etdiyi hədislə ziddiyyət təşkil etmir. Həmin hədisdə Aişə (Allah ondan razı olsun) Peyğəmbərin (səllallahu əleyhi va səlləm) Bəqi qəbiristanlığına getməsini, gecə yarısı Uca Rəbbin dünya səmasına enməsini və Kəlb qəbiləsinin qoyunlarının tükü sayından daha çox insanın bağışlanmasını xəbər vermişdir. Çünki burada söhbət, bu gecədə qılınan uydurulmuş namazdan gedir. Bununla yanaşı, Aişənin bu hədisində zəiflik və isnadında (inqita) qırıqlıq mövcuddur. Eləcə də Əlinin gecə namazı barədə əvvəlcə göstərilən hədis də zəif olduğu üçün, bu namazın uydurma olması fikrinə ziddiyat təşkil etmir". Sitatın sonu.

Hafiz əl-İraqi belə demişdir: “Şəban ayının yarısı gecəsində (Bəraət gecəsində) namaz haqqında olan hədis, Peyğəmbərə (səllallahu əleyhi va səlləm) nisbət edilən uydurmadır və Ona adına yaxılmış bir yalandır”. İmam Nəvavi "əl-Məcmuʿ" adlı kitabında belə demişdir: "Rəğaib namazı kimi tanınan — Rəcəb ayının ilk cümə gecəsində, məğrib ilə işa arasında qılınan on iki rükətli namaz — və Şəban ayının yarısı gecəsində (Bəraət gecəsində) qılınan yüz rükətli namaz, bu iki namaz bidət və inkar edilməli olan münkər əməllərdəndir. Bu iki namazın "Qutul-qulub" və "İhya Ulumud-din" kitablarında qeyd olunmasına, eləcə də bu namazlarla bağlı nəql olunan hədislərə aldanmaq olmaz. Çünki bütün bunlar batildir. Bu iki namazın hökmündə səhvə yol verən və onların müstəhəb olduğunu göstərmək məqsədilə vərəqlər (risalələr) qələmə alan bəzi alimlərə də aldanmaq olmaz. Çünki onlar bu məsələdə yanılmışlar.

Şeyx, İmam Əbu Muhamməd Abdurrahman bin İsmayıl əl-Məqdisi bu iki namazın batil olduğunu sübut etmək məqsədilə dəyərli bir kitab yazmışdır. O, bu əsərində çox gözəl və yerində yazmış, məsələni kamil şəkildə izah etmişdir. Bu mövzu ilə bağlı alimlərin sözləri isə olduqca çoxdur. Əgər bu məsələdə rast gəldiyimiz bütün elmi rəyləri nəql etməyə başlasaq, bu zaman söz çox uzanar. Lakin ümid edirik ki, qeyd etdiklərimiz haqqı axtaran bir kəs üçün kifayət qədər yetərli və inandırıcıdır.

Qurani-Kərimdən olan ayələr, hədislər və alimlərin sözlərindən aydın olur ki, Şəban ayının yarısı gecəsini (Bəraət gecəsini) xüsusi ibadətlərlə, istər namaz, istər başqa ayinlərlə qeyd etmək və həmin günün gündüzünü xüsusi olaraq oruc tutmaq, əksər alimlərin rəyinə əsasən inkar olunmuş bir bidətdir. Bu əməllərin pak İslam şəriətində heç bir əsası yoxdur. Əksinə, bu əməl səhabələr dövründən sonra İslamda ortaya çıxmış sonradan uydurulmuş yeniliklərdəndir. Haqqı axtaran bir kəs üçün isə bu və digər məsələlərdə Uca Allahın bu kəlamı kifayət edər:

﴿...ٱلۡيَوۡمَ أَكۡمَلۡتُ لَكُمۡ دِينَكُمۡ...﴾

(Bu gün dininizi sizin üçün kamil etdim). [Maidə: 3]. Eləcə də bu məna ilə bağlı nazil olmuş digər ayələr və Peyğəmbərin (səllallahu əleyhi va səlləm) bu barədə olan sözləri kifayət qədərdir. Peyğəmbər (səllallahu əleyhi va səlləm) belə buyurmuşdur:

«مَنْ أَحْدَثَ فِي أَمْرِنَا هَذَا مَا لَيْسَ مِنْهُ فَهُوَ رَدٌّ».

"Kim bizim bu işimizdə (dinimizdə) onda olmayan bir yenilik edərsə o, rədd olunar". Həmçinin bu mənada gələn digər hədislər.

Müslimin “Səhih” əsərində Əbu Hureyrədən (Allah ondan razı olsun) rəvayət etdiyi hədisdə, Peyğəmbər (sallallahu aleyhi va səlləm) belə buyurmuşdur:

«لَا تَخُصُّوا لَيْلَةَ الْجُمُعَةِ بِقِيَامٍ مِنْ بَيْنِ اللَّيَالِي، وَلَا تَخُصُّوا يَوْمَهَا بِالصِّيَامِ مِنْ بَيْنِ الْأَيَّامِ، إِلَّا أَنْ يَكُونَ فِي صَوْمٍ يَصُومُهُ أَحَدُكُمْ».

“Cümə gecəsini digər gecələrdən fərqləndirərək xüsusi olaraq ibadətlə (namazla) keçirməyin. Cümə gününü də başqa günlərdən ayıraraq yalnız o günü oruc tutmaqla xüsusiləşdirməyin. Yalnız bu oruc sizin adəti üzrə tutduğunuz bir oruca təsadüf edərsə, bu istisnadır”. Əgər hansısa bir gecənin müəyyən bir ibadətlə xüsusi olaraq qeyd olunması (şəriət baxımından) caiz olsaydı, bu zaman cümə gecəsi digər gecələrdən daha layiqli olardı. Çünki səhih hədislərdə, cümə günü günəşin doğduğu ən xeyirli gün olduğu bildirilmişdir. Peyğəmbərin (sallallahu aleyhi va səlləm) cümə gecəsinin digər gecələrdən fərqləndirilib ibadətlə xüsusiləşdirməkdən çəkindirməsi, digər gecələri də ibadətlə xüsusiləşdirməyin icazəli olmadığına dəlalət edir. Hər hansı bir günü və ya gecəni müəyyən bir ibadətlə xüsusiləşdirmək icazəli deyil. Bu yalnız xüsusiləşdirməyə dəlalət edən səhih dəlil olduğu təqdirdə icazəlidir.

Qədr gecəsi və Ramazan gecələri ibadətlə keçirmək və bu gecələrdə itaətlə səy göstərmək şəriətə müvafiq olduğu üçün Peyğəmbər (sallallahu aleyhi va səlləm) buna diqqət çəkmiş, ümməti bu gecələri ibadətlə keçirməyə təşviq etmiş və özü də bunu etmişdir. Buxari və Müslimin rəvayət etdiyi hədisdə Peyğəmbər (sallallahu aleyhi va səlləm) belə buyurmuşdur:

«مَنْ قَامَ رَمَضَانَ إِيمَانًا وَاحْتِسَابًا، غُفِرَ لَهُ مَا تَقَدَّمَ مِنْ ذَنْبِهِ، وَمَنْ قَامَ لَيْلَةَ الْقَدْرِ إِيمَانًا وَاحْتِسَابًا، غُفِرَ لَهُ مَا تَقَدَّمَ مِنْ ذَنْبِهِ».

"Kim Ramazan ayında (gecələrində) imanla və savabını yalnız Allahdan umaraq ibadətlə keçirərsə (namaz qılarsa), keçmiş günahları bağışlanar. Kim Qədr gecəsini də imanla və savabını yalnız Allahdan umaraq ibadətlə keçirərsə, keçmiş günahları bağışlanar". Əgər Şəban ayının yarısı gecəsini (Bəraət gecəsini), Rəcəb ayının ilk cümə gecəsini və ya İsra və Merac gecəsini xüsusi ibadətlərlə və ya xüsusi mərasimlə qeyd edərək keçirmək şəriətə uyğun olsaydı, Peyğəmbər (sallallahu aleyhi va səlləm) ümmətinə bunu bildirərdi və ya özü bunu edərdi. Əgər belə bir şey baş versəydi, səhabələr (Allah onlardan razı olsun) bunu ümmətə çatdırardılar və gizlətməzdilər. Onlar peyğəmbərlərdən (Onlara Allahın salat və salamı olsun) sonra insanların ən xeyirlisi və ümmətə qarşı ən səmimi davrananlarıdır. Allah Rəsulunun səhabələrindən razı olsun və onları razı etsin.

Sən az öncə alimlərin sözlərindən, Rəsulullahdan (sallallahu aleyhi va səlləm) və Onun səhabələrindən (Allah onlardan razı olsun) Rəcəb ayının ilk cümə gecəsinin və həmçinin Şəban ayının yarısı gecəsinin (Bəraət gecəsinin) fəziləti barədə heç bir səhih məlumatın sabit olmadığını bildin. Beləliklə, bu gecələrin qeyd edilməsi və hər hansı bir ibadətlə xüsusiləşdirilməsi İslamda sonradan ortaya çıxmış və inkar edilməsi vacib olan bir bidət olduğu aydın oldu. Eləcə də, bəzi insanların İsra və Merac gecəsi hesab etdikləri Rəcəb ayının iyirmi yeddinci gecəsinin, əvvəldə qeyd olunan dəlillərə əsasən, xüsusi bir ibadətlə fərqləndirilməsi və xüsusi şəkildə qeyd olunması caiz deyildir. Bu hökm, həmin gecələrin vaxtı dəqiq bilinsə belə dəyişmir və qüvvədə qalır. Halbuki alimlərin ən doğru görüşünə əsasən bu gecənin dəqiq vaxtı məlum deyil. Kim bu gecənin Rəcəb ayının iyirmi yeddinci gecəsi olduğunu iddia edərsə, o, səhih hədislərdə əsası olmayan batil bir söz söyləmişdir. Bu barədə belə deyən şəxs nə gözəl söz söyləmişdir:

"Ən xeyirli işlər hidayət (doğru yol) üzərində olan əvvəlki işlərdir, ən şər (pis) işlər isə dinə sonradan daxil edilmiş bidətlərdir".

Uca Allahdan bizi və bütün müsəlmanları sünnəyə sarılmağa, onun üzərində sabit qalmağa və ona zidd olan hər bir şeydən uzaq durmağa müvəffəq etməsini diləyirik. Həqiqətən, O, çox səxavətlidir və çox kərimdir.

Allahın salatı və salamı qulu və rəsulu olan peyğəmbərimiz Muhammədin, onun ailəsinin və bütün səhabələrinin üzərinə olsun!

 

 

***

 


بِسْمِ اللهِ الرَّحمَنِ الرَّحِيمِ

Səkkizinci Risalə:

Müqəddəs Peyğəmbər Məscidinin xidmətçisi Şeyx Əhmədə nisbət edilən vəsiyyətin yalan olmasına dair mühüm xəbərdarlıq

Müqəddəs Peyğəmbər Məscidinin xidmətçisi Şeyx Əhmədə nisbət edilən vəsiyyətin yalan olmasına dair mühüm xəbərdarlıq

Abduləziz bin Abdullah bin Bazdan, bu məktubu oxuyan bütün müsəlmanlara. Allah onları İslamla qorusun və bizi də, onları da cahil və nadan insanların uydurduqları yalanların şərindən hifz etsin. Amin.

əs-Sələmu aleykum və rahmətullahi va bərakətuh

Daha sonra:

Mən Peyğəmbər məscidinin xidmətçisi Şeyx Əhmədə nisbət edilən: "Bu, Mədinətul-Münəvvərədən – Peyğəmbər məscidinin xidmətçisi – Şeyx Əhmədin vəsiyyətidir" başlığı altında yayılan bir mətn ilə tanış oldum. O, bu mətndə belə deyir:

Cümə gecəsi oyaq idim və Qurani-Kərimi tilavət edirdim. Allahın gözəl adlarını (Əsmaül-Hüsna) oxuduqdan sonra bu işi tamamladım və yatmağa hazırlaşdım. Bu zaman nurlu çöhrə sahibi Rəsulullah (sallallahu aleyhi va səlləm), aləmlərə rəhmət olaraq göndərilən, Quran ayələrini və şərəfli hökmləri gətirən Peyğəmbərimiz Muhammədi (sallallahu aleyhi va səlləm) gördüm. O mənə dedi: "Ey Şeyx Əhməd!". Mən dedim: "Buyurun, ya Rəsulallah, ey Allahın ən şərəfli məxluqu!". O mənə belə dedi: "Mən insanların çirkin əməllərindən utanıram və Rəbbimin, eləcə də mələklərin qarşısına çıxmağa üzüm yoxdur. Çünki bir cümədən digər cüməyə qədər İslam dini üzərində olmayan yüz altmış min nəfər öldü". Sonra da insanların düçar olduğu bəzi günahlardan bəhs etdi. Sonra dedi: "Bu vəsiyyət, Əziz və Cabbar olan Allahın onlara rəhmətidir". Sonra Qiyamət əlamətlərindən bəzilərini sadaladı. Daha sonra belə dedi: "Ey Şeyx Əhməd! Bu vəsiyyəti insanlara xəbər ver. Çünki bu, Lövhü-Məhfuzdan, qədər qələmi ilə yazılmış bir vəsiyyətdir. Kim onu yazıb bir diyardan başqa bir diyara, bir yerdən başqa bir yerə göndərərsə, onun üçün Cənnətdə bir qəsr tikilər. Kim onu yazmaz və yaymazsa, Qiyamət günü mənim şəfaətim ona haram olar. Kim bu vəsiyyəti yazarsa və kasıbdırsa, Allah onu varlandırar. Borcludursa, Allah onun borcunu ödəyər. Günahı varsa, Allah bu vəsiyyətin bərəkəti ilə onun və valideynlərinin günahlarını bağışlayar. Allahın bəndələrindən kim onu yazmasa, onun üzü dünyada da, axirətdə də qaralar". Sonra belə dedi: "Əzəmətli Allaha and olsun, üç dəfə and içirəm ki, bu sözlər həqiqətdir. Əgər yalan danışıramsa, qoy bu dünyadan İslamdan çıxmış halda köçüm. Kim buna inanarsa, Cəhənnəm əzabından xilas olar. Kim inkar edərsə, küfr etmiş olar."

Bu, Peyğəmbərə (sallallahu aleyhi va səlləm) nisbət edilən yalan vəsiyyətin xülasəsidir. Biz bu saxta vəsiyyəti illərdir dəfələrlə eşitmişik. Bu vəsiyyət zaman-zaman insanlar arasında yayılır, xüsusilə də avam kütlə arasında təbliğ olunur. Onun ifadələrində müxtəliflik olsa da məğzi eynidir. Bu yalanı uyduran şəxs deyir ki, guya yuxuda Peyğəmbəri (sallallahu aleyhi va səlləm) görmüş və O da, ona bu vəsiyyəti vermişdir. Sənə bəhs etdiyimiz bu sonuncu vərəqdə isə, bu yalançı iddia edir ki, guya Peyğəmbəri (sallallahu aleyhi va səlləm) yatmağa hazırlaşarkən görmüşdür. Bu isə o deməkdir ki, guya o, Peyğəmbəri (sallallahu aleyhi va səlləm) ayıq halda (yəni: oyaq vaxtı) görüb!

Bu iftiraçı bu vəsiyyətdə bir çox şeylər iddia edib ki, bunlar açıq-aşkar yalandır və batil olduğu aydın görünür. İnşallah, bu məqaləmdə tezliklə bu məsələlərə diqqətini çəkməyə çalışacağam. Mən keçmiş illərdə də bu məsələ barədə danışmışam, insanlara bunun açıq-aşkar yalan və batil olduğunu bildirmişdim. Sonuncu dəfə bu vərəqi qarşıma çıxdıqda, onun barəsində yazmaqda tərəddüd etdim. Çünki batil olması gün kimi aydındır və onu uyduranın yalan danışmaqda sərhəd tanımaması açıq şəkildə ortadadır. Onun batil olduğunu az da olsa bəsirətə sahib, sağlam fitrətli birinin qəbul edəcəyini (inanacağını) heç düşünməzdim. Lakin bir çox din qardaşım bu vəsiyyətin insanlar arasında geniş yayılıb dövr etdiyini və bəzilərinin ona inanaraq alındığını mənə bildirdi. Buna görə də heç kimin ona aldanmaması üçün, mənim kimilərin bu barədə yazmasının, onun batil olduğunu və Peyğəmbər (sallallahu aleyhi va səlləm) adına iftira ataraq uydurulduğunu açıqlamasının vacib olduğunu düşündüm. Elm və iman sahibləri yaxud sağlam fitrətə və doğru ağla malik olanlar bu vəsiyyətə diqqətlə baxsalar, onun bir çox cəhətdən yalan və iftira olduğunu anlayarlar.

Mən bu iftiranın nisbət edildiyi Şeyx Əhmədin bəzi qohumlarından bu vəsiyyət barəsində soruşdum. Onlar isə mənə bu vəsiyyətin Şeyx Əhməd adından uydurulan olduğunu və o, bunu heç vaxt deməyini cavabını verdilər. Adı çəkilən Şeyx Əhməd artıq bir müddət əvvəl vəfat edib. Əgər biz bu Şeyx Əhmədin yaxud ondan daha yaşlı bir şəxsin Peyğəmbəri (sallallahu aleyhi va səlləm) yuxuda və ya ayıq halda gördüyü və ona bu vəsiyyəti tövsiyə etdiyi iddiasının doğru olduğunu fərz etsək, bir çox səbəblərə görə bu kimsənin ya yalan danışdığını ya da onunla danışanın Peyğəmbər (sallallahu aleyhi va səlləm) deyil, şeytan olduğunu tam əminliklə deyə bilərik.

Birincisi: Peyğəmbər (sallallahu aleyhi va səlləm) vəfat etdikdən sonra ayıq halda (yəni: oyaq vaxtı) görülə bilməz. Cahil sufilərdən kim Peyğəmbəri (sallallahu aleyhi va səlləm) ayıq halda gördüyünü yaxud onun mövlud mərasiminə qatıldığını və ya buna bənzər halların baş verdiyini iddia edərsə, o, ən böyük səhvlərdən birinə yol vermiş, şeytanın tələsinə tuş gəlmiş və ağır bir yanlışlıq etmiş və beləliklə də, Qurana, Sünnəyə və alimlərin ittifaqına müxalif olmuşdur. Çünki ölülər dünyada deyil, yalnız Qiyamət günü qəbirlərindən çıxacaqlar. Kim bunun əksini iddia edirsə, o ya açıq-aşkar yalan danışır ya da aldanmış və ona haqq qarışıq şəkildə təqdim olunmuşdur. Belə bir şəxs, saleh sələfin tanıyıb qəbul etdiyi haqqı tanımamış və Allah Rəsulunun (sallallahu aleyhi va səlləm) səhabələrinin, həmçinin onların ardınca gözəl şəkildə gedənlərin yolunu tutmamışdır. Uca Allah buyurur:

﴿ثُمَّ إِنَّكُم بَعۡدَ ذَٰلِكَ لَمَيِّتُونَ15 ثُمَّ إِنَّكُمْ يَوْمَ الْقِيَامَةِ تُبْعَثُونَ16﴾

(Bundan sonra siz mütləq öləcəksiniz.

Sonra da Qiyamət günü di­ril­di­lə­cəksiniz). [Muminun: 15, 16]. Peyğəmbər (sallallahu aleyhi va səlləm) belə buyurmuşdur:

«أَنَا أَوَّلُ مَنْ تَنْشَقُّ عَنْهُ الْأَرْضُ يَوْمَ الْقِيَامَةِ، وَأَنَا أَوَّلُ شَافِعٍ وَأَوَّلُ مُشَفَّعٍ».

"Mən Qiyamət günü yerdən (qəbrdən) ilk çıxacaq insan olacam. Mən ilk şəfaət edən və şəfaəti qəbul olunanam". Bu mənada bir çox ayə və hədislər mövcuddur.

İkincisi: Peyğəmbər (sallallahu aleyhi va səlləm) nə sağlığında, nə də vəfatından sonra haqqın əksini deməz. Halbuki bu vəsiyyət — irəlidə gələn izahlarda bəlli olacağı kimi — bir çox cəhətdən Peyğəmbərin (sallallahu aleyhi va səlləm) şəriətinə açıq-aşkar ziddir. Peyğəmbər (sallallahu aleyhi va səlləm) yuxuda görülə bilər. Kim Peyğəmbəri (sallallahu aleyhi va səlləm) yuxuda onun mübarək simasında görərsə, şübhəsiz ki, o, həqiqətən də Peyğəmbəri (sallallahu aleyhi va səlləm) görmüşdür. Çünki şeytan, səhih hədisdə qeyd olunduğu kimi, onun surətinə girə bilməz. Lakin əsas məsələ, yuxunu görən şəxsin imanında, doğruluğunda, ədalətində, yaddaşında, təqvasında, etibarlılığında və həmçinin o, Peyğəmbəri (sallallahu aleyhi va səlləm) öz əsl surətindəmi yoxsa başqa bir surətdəmi görüb-görməməsidir.

Əgər Peyğəmbərdən (sallallahu aleyhi va səlləm) bir hədis onun həyatında nəql olunubsa, lakin etibarlı, ədalətli və yaddaşı güclü olan ravilər tərəfindən rəvayət edilməyibsə, o hədisə etimad edilməz və onunla dəlil gətirilməz. Yaxud etibarlı və yaddaşı güclü ravilər tərəfindən rəvayət edilibsə, lakin bu rəvayət, onlardan daha hafiz və daha etibarlı olan şəxsin rəvayətinə ziddirsə və bu ziddiyyət elə bir səviyyədədirsə ki, iki rəvayəti cəm etmək mümkün deyil, bu zaman onlardan biri nəsx olunmuş (qüvvədən düşmüş) sayılar və ona əməl olunmaz, digəri isə nəsx edən (qüvvədə olan) sayılar və ona əməl edilər. Əgər bu, nəsx şərtləri daxilində mümkün olarsa. Əgər bu iki rəvayəti nə cəm, nə də nəsx etmək mümkün olmazsa, bu zaman yaddaşı zəif və ədaləti daha aşağı olan ravinin rəvayəti tərk edilməli və ona "Şaz" (Şaz hədis: etibarlı bir ravinin, özündən daha etibarlı (yaddaşı və dəqiqliyi daha güclü) olan bir raviyə zidd şəkildə rəvayət etdiyi hədisdir) hökmü verilməli və onunla əməl olunmamalıdır.

Belə bir halda, əgər bir vəsiyyətin müəllifi məlum deyilsə, onun bu vəsiyyəti Peyğəmbərdən (sallallahu aleyhi va səlləm) nəql etdiyi iddia olunursa və həmçinin vəsiyyətdə şəriətə zidd bir məqam yoxdursa, lakin həmin şəxsin nə ədaləti, nə də etibarlılığı sübut olunmayıbsa, bu halda o vəsiyyət tərk edilməli və ona etibar olunmamalıdır. Bəs əgər o vəsiyyətin içində, onun batil olduğunu göstərən çoxsaylı məsələlər yer alsa, Peyğəmbərə (sallallahu aleyhi və səlləm) yalan isnad olunsa və Allahın icazə vermədiyi yeni bir dinin təbliğini ehtiva edərsə, necə qəbul edilə bilər?!

Peyğəmbərin (sallallahu aleyhi va səlləm) belə buyurmuşdur:

«مَنْ قَالَ عَلَيَّ مَا لَمْ أَقُلْ؛ فَلْيَتَـبَوَّأْ مَقْعَدَهُ مِنَ النَّارِ».

"Kim mənim adımdan demədiyim sözü deyərsə, Cəhənnəmdə öz yerini hazırladığını bilsin". Bu vəsiyyəti uyduran şəxs Peyğəmbər (sallallahu aleyhi va səlləm) adına Onun demədiyi sözləri demiş, Ona açıq və təhlükəli şəkildə yalan isnad etmişdir. Belə bir böyük xəbərdarlığa (Cəhənnəmlə hədəyə) ən çox layiq olan da elə odur. Əgər o, dərhal tövbə etməzsə, bu vəsiyyətin Peyğəmbərə (sallallahu aleyhi va səlləm) yalan olaraq isnad edildiyini insanlara açıqlamazsa, bu cəzanı haqq etmiş olar. Çünki kim insanlar arasında bir batili yayar və onu dinə nisbət edərsə, onun tövbəsi yalnız bu yalanı açıq şəkildə etiraf etməsi və insanlara, iftira atdığı yalanından döndüyünü bildirməsi ilə qəbul oluna bilər. Çünki Uca Allah belə buyurmuşdur:

﴿إِنَّ ٱلَّذِينَ يَكۡتُمُونَ مَآ أَنزَلۡنَا مِنَ ٱلۡبَيِّنَٰتِ وَٱلۡهُدَىٰ مِنۢ بَعۡدِ مَا بَيَّنَّٰهُ لِلنَّاسِ فِي ٱلۡكِتَٰبِ أُوْلَٰٓئِكَ يَلۡعَنُهُمُ ٱللَّهُ وَيَلۡعَنُهُمُ ٱللَّٰعِنُونَ159 إِلَّا ٱلَّذِينَ تَابُواْ وَأَصۡلَحُواْ وَبَيَّنُواْ فَأُوْلَٰٓئِكَ أَتُوبُ عَلَيۡهِمۡ وَأَنَا ٱلتَّوَّابُ ٱلرَّحِيمُ160﴾

(Kitabda insanlara bəyan etdikdən sonra, nazil etdiyimiz açıq-aydın dəlilləri və doğru yol göstərən ayələri gizlədən kəslərə həm Allah lənət edər, həm də, lənət edə bilənlər lənət oxuyarlar!.

Yalnız tövbə edənlər, (əməllərini) islah edənlər və (haqqı) bəyan edənlər istisnadır. Mən onların tövbəsini qəbul edərəm. Mən tövbələri qəbul edənəm, Rəhmliyəm!). [Bəqərə: 159, 160]. Uca Allah bu mübarək ayədə, kim haqqdan bir şeyi gizlədərsə, onun bu əməldən tövbəsinin yalnız haqqı açıqlamasından və islah etməsindən sonra qəbul ediləcəyini açıq şəkildə bildirmişdir. Uca Allah, Rəsulu Muhammədi (sallallahu aleyhi va səlləm) peyğəmbər göndərməklə bəndələri üçün dini kamil etmiş, onlara olan nemətini tamamlamış və Rəsulunu yalnız bu dini kamilləşdirdikdən və haqqı tam şəkildə bəyan etdikdən sonra Öz dərgahına almışdır. Uca Allah buyurur:

﴿...ٱلۡيَوۡمَ أَكۡمَلۡتُ لَكُمۡ دِينَكُمۡ وَأَتۡمَمۡتُ عَلَيۡكُمۡ نِعۡمَتِي وَرَضِيتُ لَكُمُ ٱلۡإِسۡلَٰمَ دِينٗا...﴾

(Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və sizin üçün din olaraq İslamı bəyəndim). [Maidə: 3].

Bu vəsiyyəti uyduran şəxs isə on dördüncü əsrdə ortaya çıxmış və insanlara yeni bir dini sırımaq istəmişdir. O elə bir din təklif edir ki, guya kim onun qoyduğu şəriətə əməl edərsə, Cənnətə daxil olacaq, kim əməl etməzsə, Cənnətdən məhrum qalacaq və Cəhənnəmə düşəcəkdir. Bu vəsiyyəti uyduran şəxs onu Qurandan daha üstün və daha fəzilətli göstərməyə çalışmışdır. Çünki bu vəsiyyətdə, kim onu yazıb bir diyardan başqa bir diyara, bir yerdən başqa bir yerə göndərərsə, onun üçün Cənnətdə bir qəsr tikiləcəyi, kim də onu yazmaz və yaymazsa, Qiyamət günü Peyğəmbərin (sallallahu aleyhi va səlləm) şəfaətindən məhrum olacağı kimi iddialar yer almışdır. Bu, ən çirkin yalanlardandır və bu vəsiyyətin yalan olduğuna dair ən açıq dəlillərdən biridir. Bu həmçinin onu uyduran şəxsin utanmazlığını və yalan danışmaqda nə qədər cəsarətli olduğunu göstərir. Çünki Qurani-Kərimi yazıb bir diyardan başqa bir diyara, bir yerdən başqa bir yerə göndərən bir şəxs belə, əgər Qurana əməl etmirsə, bu cür fəzilətə nail olmaz. Belə olan halda, necə ola bilər ki, bu iftiranı (yalan vəsiyyəti) yazan və onu bir diyardan başqa bir diyara göndərən kəs bu böyük savaba nail olsun?! Kim Quranı yazmasa və onu bir bir diyardan başqa bir diyara göndərməsə də, əgər Peyğəmbərə (sallallahu aleyhi va səlləm) iman etmiş və onun şəriətinə tabe olmuşdursa, o, Peyğəmbərin (sallallahu aleyhi va səlləm) şəfaətindən məhrum edilməz. Bu vəsiyyətdə yer alan bu tək iftira belə, onun batil və yalan olduğunu, onu yayan şəxsin isə nə qədər axmaq, ağılsız, düşüncəsiz və Peyğəmbərin (sallallahu aleyhi va səlləm) gətirdiyi hidayətdən nə qədər uzaq olduğunu göstərmək üçün kifayətdir.

Bu vəsiyyətdə — qeyd olunanlardan əlavə — elə digər məsələlər də var ki, onların hamısı bu vəsiyyənin batil və yalan olduğuna dəlalət edir. Bu vəsiyyəni uyduran şəxs, istər min dəfə and içsin, istərsə də daha artıq, hətta özünün doğru olduğuna görə özünə ən ağır əzabları və dəhşətli bəlaları diləsə belə, o, heç vaxt doğru danışan olmaz, bu vəsiyyə də heç vaxt doğru ola bilməz. Əksinə, and olsun Allaha, sonra yenə and olsun Allaha, bu, ən böyük və ən iyrənc batillərdəndir. Biz isə Allahı, yanımızda olan mələkləri ... və bu yazını oxuyan müsəlmanları — Rəbbimizə qovuşacağıq bir şahidliklə — şahid tuturuq ki, bu vəsiyyət Allah Rəsuluna (sallallahu aleyhi va səlləm) atılmış bir yalan və iftiradır. Allah bu yalanı uyduranı rüsvay etsin və ona layiq olduğu kimi davransın.

Bu vəsiyyətin yalan və batil olmasına, yuxarıda deyilənlərdən əlavə, qeyd edilən mətndən də bir çox dəlillər vardır. Onlardan bəziləri bunlardır:

Birinci: Vəsiyyətdə belə deyilir: (Çünki cümədən cüməyə qədər İslam dini üzərində olmayan yüz altmış min nəfər öldü). Halbuki bu, qeybdən xəbər verməkdir. Peyğəmbər (sallallahu aleyhi va səlləm) vəfat etdikdən sonra vəhy kəsilmişdir. O, həyatda ikən də qeybi bilmirdi, bəs vəfatından sonra qeybi necə bilər?! Uca Allah belə buyurur:

﴿قُل لَّآ أَقُولُ لَكُمۡ عِندِي خَزَآئِنُ ٱللَّهِ وَلَآ أَعۡلَمُ ٱلۡغَيۡبَ...﴾

(De: “Mən sizə demirəm ki, Allahın xəzinələri mənim yanımdadır. Mən qeybi də bilmirəm”). [Ənam: 50]. Uca Allah buyurur:

﴿قُل لَّا يَعۡلَمُ مَن فِي ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ ٱلۡغَيۡبَ إِلَّا ٱللَّهُ...﴾

(De: “Allahdan başqa göylərdə və yerdə olanların heç biri qeybi bilməz”). [Nəml: 65]. Səhih hədisdə Peyğəmbər (sallallahu aleyhi va səlləm) belə demişdir:

«يُذَادُ رِجَالٌ عَنْ حَوْضِي يَوْمَ القِيَامَةِ، فَأَقُولُ: يَا رَبِّ! أَصْحَابِي أَصْحَابِي، فَيُقَالُ لِي: إِنَّكَ لَا تَدْرِي مَا أَحْدَثُوا بَعْدَكَ، فَأَقُولُ كَمَا قَالَ العَبْدُ الصَّالِحُ: ﴿وَكُنتُ عَلَيۡهِمۡ شَهِيدٗا مَّا دُمۡتُ فِيهِمۡۖ فَلَمَّا تَوَفَّيۡتَنِي كُنتَ أَنتَ ٱلرَّقِيبَ عَلَيۡهِمۡۚ وَأَنتَ عَلَىٰ كُلِّ شَيۡءٖ شَهِيدٌ [المائدة: 117]».

“Qiyamət günü bəzi kişilər hovuzumdan (Kövsərdən) uzaqlaşdırılacaq. Mən deyəcəyəm: "Ey Rəbbim! Bunlar mənim səhabələrimdir, mənim səhabələrimdir!" Mənə deyiləcək: "Sən onların səndən sonra (dində) nə kimi bidətlər etdiklərini bilmirsən". Mən də saleh qulun dediyi kimi deyəcəyəm: (Nə qədər ki, onların arasında idim, mən onlara şahid idim. Sən məni (onların arasından) götürdükdən sonra isə onlara nəzarət edən Sən oldun. Sən hər şeyə şahidsən).

[Maidə: 117].

İkinci: Bu vəsiyyətin batil olmasına və yalan olmasına dəlalət edən amillərdən biri də orada deyilən bu ifadədir: (Kim bu vəsiyyəti yazarsa və kasıbdırsa, Allah onu varlandırar. Borcludursa, Allah onun borcunu ödəyər. Günahı varsa, Allah bu vəsiyyətin bərəkəti ilə onun və valideynlərinin günahlarını bağışlayar) və s. bu kimi sözlər. Bu isə ən böyük yalanlardan biridir və onun yalançı olduğunu açıq-aydın göstərən dəlillərdəndir. Həmçinin bu, onun Allahdan və qullarından nə qədər az təqvası və həyası olduğunu göstərir. Çünki bu üç şey Qurani-Kərimi yazmaqla baş verməz, bəs bu batil vəsiyyəti yazan şəxsə necə baş verə bilər?! Bu xəbis, insanları aldatmaq, onları bu vəsiyyətə bağlamaq, insanların onu yazıb iddia olunan bu fəzilətlərə bel bağlamalarını, Uca Allahın qulları üçün zənginliyə, borcların ödənilməsinə və günahların bağışlanmasına vəsilə etdiyi səbəbləri tərk etməsini istəyir. Biz rəzillik səbəblərindən, nəfsin istəklərindən və şeytanın əmrlərinə tabe olmaqdan Allaha sığınırıq.

Üçüncü: Bu vəsiyyətin batil olmasına və yalan olmasına dəlalət edən amillərdən biri də orada deyilən bu ifadədir: (Allahın bəndələrindən kim onu yazmasa, onun üzü dünyada da, axirətdə də qaralar). Bu da həmçinin ən çirkin yalanlardan və bu vəsiyyətin batil olmasına, onu uyduranın yalançı olmasına ən açıq dəlillərdəndir. Necə ola bilər ki, ağlı başında olan bir insan, on dördüncü əsrdə tanınmayan bir şəxsin ortaya atdığı, Rəsulullaha (sallallahu aleyhi va səlləm) iftira ataraq uydurduğu və kim onu yazmasa, üzünün dünyada da, axirətdə də qaralacağını, kim yazsa, yoxsulluqdan sonra varlı olacağını, üstünə yığılmış borcdan qurtulacağını və işlədiyi günahların bağışlanacağını iddia etdiyi belə bir vəsiyyəti yazsın?!

Allahım, Sən Pak və Müqəddəsən! Bu böyük bir iftiradır! Həqiqət, dəlillər və reallıq bu iftiraçının yalanını, Allaha qarşı böyük cürətinin və onun həm Allahdan, həm də insanlardan həya etməməsini təsdiqləyir. Çünki çoxsaylı insanlar bu vəsiyyəti yazmayıblar, amma üzləri qaralmayıb. Saysız-hesabsız insanlar var ki, saylarını Allah bilir, onlar bu vəsiyyəti dəfələrlə yazıblar, amma nə borcları ödənib, nə yoxsulluqdan canlarını qurtara biliblər. Qəlblərin azmasından və günahların qəlblərimizi bürüməsindən Allaha sığınırıq. Bütün bunlar, ən fəzilətli və ən əzəmətli kitab olan Qurani-Kərimi yazan şəxs üçün şəriətin nəzərdə tutmadığı sifət və mükafatlardır. Bəs necə ola bilər ki, içində müxtəlif yalanlar və çoxlu küfr cümlələri olan, özündən yalan və uydurma vəsiyyət yazan bir şəxs, belə bir mükafata layiq görülsün? Subhənallah! Allah, Ona yalan danışmağa cürət edənlərə qarşı necə də səbirlidir.

Dördüncü: Bu vəsiyyətin tamamilə batil, əsassız və açıq-aşkar uydurma olduğuna dəlalət edən amillərdən biridə, vəsiyyətdə yer alan bu ifadədir: (Kim buna inanarsa, Cəhənnəm əzabından xilas olar, kim inkar edərsə, küfr etmiş olar). Bu da həmçinin, yalan danışmaqda ən böyük cəsarət və ən çirkin batillərdəndir. Bu iftiraçı bütün insanları öz uydurmasına inanmağa çağırır, bununla onlar Cəhənnəm əzabından xilas olacaqlarını və kim bunu yalan saysa, kafir olacağını iddia edir. Allah and olsun ki, bu yalançı, Allaha qarşı böyük bir iftira uydurmuşdur. Allaha and olsun ki, Allah barəsində doğru olmayanı söyləmişdir. Əksinə, kim buna inanarsa o, kafir olmağa layiqdir, yalan sayan şəxs deyil. Çünki bu, iftira, batil və əsassız bir yalandır. Biz Allah qarşısında şəhadət edirik ki, bu yalandır və onu uyduran da yalançıdır. O, insanlara Allahın icazə vermədiyi bir şeyi şəriət kimi qəbul etdirməyə və dinlərinə, ondan olmayan bir şeyi din kimi təqdim etməyə çalışır. Uca Allah isə bu ümmət üçün dini, bu iftiradan on dörd əsr öncə, tamamlamış və kamilləşdirmişdir. Ey oxucular, ey qardaşlar, diqqətli olun! Belə iftiralara inanmaqdan çəkinin və onların aranızda yayılmasına imkan verməyin. Çünki haqq üzərində nur vardır, onu axtaran yanılmaz. Odur ki, haqqı, onun dəlilləri ilə axtarın və anlamadığınız mövzularda elm sahiblərindən soruşun. Yalançıların andlarına aldanmayın. Çünki lənətlənmiş İblis də Adəm və Həvvaya özünü onlara nəsihət edən kimi göstərərək and içmişdi. Halbuki o, ən böyük xəyanətkar və ən böyük yalançı idi. Uca Allah onun haqqında belə buyurur:

﴿وَقَاسَمَهُمَآ إِنِّي لَكُمَا لَمِنَ ٱلنَّٰصِحِينَ21﴾

(Üstəlik onlara: “Şübhə­siz ki, mən sizin nəsihətçi­ləri­niz­də­nəm”– deyə and içdi). [Əraf: 21]. Ondan (İblisdən) və iftiraçı davamçılarından özünüzü qoruyun. Çünki insanları aldatmaq və haqq yoldan azdırmaq üçün onun və davamçılarının nə qədər yalan andları, xəyanətkar əhdləri və gözəl bəzədilmiş sözləri vardır. Amma bu iftiraçının ortaya çıxan günahlar barədə dediklərinə gəlsək isə bu, həqiqətən baş verən bir haldır. Müqəddəs Qurani-Kərim və pak Sünnət bundan son dərəcə xəbərdarlıq etmiş və çəkindirmişdir. Orada həm doğru yol, həm də kifayət qədər göstəriş vardır.

Amma Qiyamət əlamətləri barəsində qeyd edilənlərə gəldikdə isə Peyğəmbərin (sallallahu aleyhi va səlləm) hədisləri Qiyamətin əlamətlərini açıq şəkildə izah etmiş, Müqəddəs Qurani-Kərim isə onlardan bəzilərinə işarə etmişdir. Kim bunu öyrənmək istəsə, onu Sünnə kitablarında, elm və iman sahiblərinin əsərlərində tapa bilər. İnsanların belə bir iftiraçının yalanına, haqqı batillə qarışdırmasına isə ehtiyacı yoxdur. Allah məni, sizi və bütün müsəlmanları şeytanların şərindən, azğınların fitnələrindən, sapanların azğınlığından, Allahın nurunu ağızları ilə söndürmək və insanlara dinlərini qarışdırmaq istəyən Allahın düşməni olan batilçilərin hiylələrindən qoruyub saxlasın. Lakin Allah, düşmənləri olan şeytanlar və onların tərəfdarları olan kafirlər və inkarçılar (dinsizlər) istəməsələr belə, Öz nurunu tamamlayacaq və dinini müdafiə edəcəkdir. Allahdan müsəlmanların hallarını islah etməsini, onlara haqqa tabe olmağı, haqq üzərində sabit qalmağı və bütün günahlardan tövbə etməyi nəsib etməsini diləyirik. Həqiqətən O, tövbələri qəbul edən, mərhəmətli və hər şeyə qadirdir. Allah bizə bəs edər. O nə gözəl Vəkil­dir. Qüdrət və güc yalnız ən Uca və ən Böyük Allaha aiddir.

Həmd aləmlərin Rəb­bi olan Allaha məxsusdur. Allahın salat və salamı Onun sadiq və əmin olan qulu və Rəsulu Muhammədin, onun ailəsinin, səhabələrinin və Qiya­mət günü­nə­dək gözəl tərzdə onların ar­dın­ca gedən­lərin üzərinə olsun!

 

 

***

 


بِسْمِ اللهِ الرَّحمَنِ الرَّحِيمِ

Doqquzuncu risalət:

Sehr, kahinlik və onlarla bağlı məsələlərin hökmü18

Həmd Tək Allaha məxsusdur! Özündən sonra heç bir peyğəmbər olmayan Muhammədə salavat və salam olsun!

Sonra:

Son dövrlərdə cadugərlik və kahinlik yolu ilə müalicə etdiyini iddia edən və özlərini həkim kimi təqdim edən falçıların çoxalması, onların bəzi ölkələrdə yayılması və sadəlövh, cəhalət içində olan insanları aldatmaları səbəbilə — Allaha və Onun bəndələrinə nəsihət etmək məqsədilə — bu məsələnin İslam və müsəlmanlar üçün nə qədər böyük təhlükə daşıdığını açıqlamağı zəruri bildim. Çünki bu kimi hallar insanın Allahdan qeyrisinə yönəlməsinə və Uca Allahın, eləcə də Onun Rəsulunun (salləllahu aleyhi va səlləm) əmrlərinə zidd hərəkət etməsinə səbəb olur.

Uca Allahdan yardım diləyərək deyirəm ki, ümumiyyətlə müalicə etmək alimlərin ittifaqına əsasən caizdir. Bir müsəlmanın daxili xəstəliklər, cərrahiyyə, sinir sistemi və ya buna bənzər sahələr üzrə bir həkimə müraciət edərək xəstəliyinin diaqnoz edilməsini və tibbi elmdə məlum olan, şəriətə uyğun halal dərmanlarla müalicə olunmasını təmin etməsi icazəlidir. Çünki bu, səbəblərdən yapışmaqdır və Allaha təvəkkül etməyə zidd deyildir. Uca Allah xəstəliyi nazil etmişdir, onun dərmanını da. Bunu bilən bilər, bilməyən də bilməz. Lakin Uca Allah, qullarının şəfasını onlara haram etdiyi şeylərdə qoymamışdır.

Bir xəstənin, xəstəliyini öyrənmək üçün qeybi bildiklərini iddia edən kahinlərin yanına getməsi caiz olmadığı kimi, onların dediklərinə inanması da caiz deyil. Çünki onlar qeybi ehtimallarla danışır və ya istədiklərinə nail olmaq üçün cinləri çağıraraq onlardan kömək almağa çalışırlar. Əgər qeybi bildiklərini iddia edirlərsə, onların hökmü küfr və azğınlıqdır.

Müslim "Səhih" əsərində rəvayət etdiyi hədisdə Peyğəmbər (sallallahu aleyhi va səlləm) belə buyurmuşdur:

«مَنْ أَتَى عَرَّافًا فَسَأَلَهُ عَنْ شَيْءٍ، لَمْ تُقْبَلْ لَهُ صَلَاةٌ أَرْبَعِينَ يَوْمًا».

"Kim bir baxıcının yanına gələrsə və ondan bir şey soruşarsa, qırx gün namazı qəbul olunmaz".

Əbu Hureyra (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi va səlləm) belə buyurmuşdur:

«مَنْ أَتَى كَاهِنًا فَصَدَّقَهُ بِمَا يَقُولُ، فَقَدْ كَفَرَ بِمَا أُنْزِلَ عَلَى مُحَمَّدٍ ﷺ».

"Kim, kahinin yanına gəlib, söylədiklərini təsdiq edərsə, Muhammədə (sallallahu aleyhi va səlləm) nazil edilənə küfür etmişdir". Bu hədisi Əbu Davud rəvayət etmiş və "Dörd Sünən" kitabının müəllifləri də onu öz əsərlərində qeyd etmişdir. Hakim isə bu hədisi Peyğəmbərdən (sallallahu aleyhi va səlləm) səhih olaraq belə bir ifadə ilə rəvayət etmişdir:

«مَنْ أَتَى عَرَّافًا أَوْ كَاهِنًا فَصَدَّقَهُ بِمَا يَقُولُ، فَقَدْ كَفَرَ بِمَا أُنْزِلَ عَلَى مُحَمَّدٍ ﷺ».

"Kim, falçının yaxud kahinin yanına gəlib, söylədiklərini təsdiq edərsə, artıq Muhammədə (sallallahu aleyhi va səlləm) nazil edilənə küfür etmişdir".

İmran bin Husayn (Allah ondan razı olsun) rəvayət edir ki, Allah Rəsulu (sallallahu aleyhi va səlləm) belə demişdir:

«لَيْسَ مِنَّا مَنْ تَطَيَّرَ أَوْ تُطُيِّرَ لَهُ، أَوْ تَكَهَّنَ أَوْ تُكُهِّنَ لَهُ، أَوْ سَحَرَ أَوْ سُحِرَ لَهُ، وَمَنْ أَتَى كَاهِنًا فَصَدَّقَهُ بِمَا يَقُولُ، فَقَدْ كَفَرَ بِمَا أُنْزِلَ عَلَى مُحَمَّدٍ ﷺ».

"(Bəxti, uğuru öyrənmək iddiası ilə) Quş uçuran və ya bu məqsədlə (başqasına) quş uçuzduran (və ya quş uçurana müraciət edən), fala baxan və ya baxdıran, sehr edən və ya etdirən bizdən deyildir. Kim kahinin yanına gəlib, söylədiklərini təsdiq edərsə, artıq Muhammədə (sallallahu aleyhi va səlləm) nazil edilənə küfür etmişdir". Hədisi Bəzzar "Ceyyid (Yaxşı)" isnadla rəvayət etmişdir.

Bu mübarək hədislərdə falçıların, kahinlərin, sehrbazların və onlara bənzər kimsələrin yanına gəlib, onlara sual verməyin, dediklərini təsdiqləməyin qadağan olunduğu və belə bir əməli edən kimsənin əzabla hədələndiyi bildirilmişdir.

Onların bəzi məsələlərdə doğru danışmasına və ya yanlarına çox sayda insanın gəlməsinə aldanmaq olmaz. Çünki onların yanına gedən bu insanlar cahildir və onlara baxıb aldanmaq olmaz. Peyğəmbər (sallallahu əleyhi va səlləm) onların yanına getməyi, onlara sual verməyi və dediklərini təsdiqləməyi qadağan etmişdir. Bu, böyük günaha səbəb olmaqla yanaşı, ciddi təhlükələrə və ağır fəsadlara yol açır. Çünki onlar yalançı və fasiq insanlardır.

Həmçinin bu hədislərdə kahin və sehrbazın kafir olduğuna dəlil vardır. Çünki onlar qeyb elmini bildiklərini iddia edirlər ki, bu da küfrdür. Bundan başqa, onlar məqsədlərinə yalnız cinlərə xidmət edib onları Allaha şərik qoşmaqla çatırlar ki, bu da Allah qarşı küfr və şirkdir. Onların qeyb barədə olan iddialarına inanan şəxs də onlar kimidir (yəni: o da küfrə düşür). Hər kəs bu işlərlə məşğul olan şəxslərdən bu kimi şeyləri qəbul edərsə, Peyğəmbər (sallallahu əleyhi va səlləm) ondan uzaq olar.

Eləcə də bir müsəlmanın, onların müalicə adlandırdığı şeylərə, məsələn: talismanlarla pıçıldamaları, qurğuşun tökmələri və s. bu kimi etdikləri xurafatlara inanması (qəbul etməsi) icazəli deyil. Çünki bu, kahinlikdir və insanları aldatmaqdır. Kim buna razı olarsa, onların batil və küfr işlərinə kömək etmiş olar.

Müsəlmanlardan kiminsə bu kimi insanların (kahin və falçıların) yanına gedərək, oğlunun və ya qohumunun kimlə evlənəcəyini, yaxud ər-arvadın və onların ailələri arasında olan sevgi və sədaqət ya da düşmənçilik və ayrılıq kimi məsələləri soruşması da icazəli deyildir. Çünki bu, yalnız Uca Allahın bildiyi qeyb məsələlərindəndir.

Ona görə də idarəçilərin, məsul şəxslərin və bu sahədə səlahiyyəti və gücü olan digər insanların vəzifəsi — kahinlərə, falçılara və onlara bənzər şəxslərə getməyin qarşısını almaq, bu kimi işlərlə məşğul olanları bazar və digər ictimai məkanlarda fəaliyyətini qadağan etmək, onlara qarşı sərt şəkildə irad bildirmək, həmçinin onlara müraciət edənlərə qarşı da qəti şəkildə etiraz etməkdir.

Sehr də eynilə belədir. O, küfrə aparan haram olan əməllərdəndir. Uca Allah Bəqərə surəsində iki mələk barəsində belə buyurur:

﴿...وَمَا يُعَلِّمَانِ مِنۡ أَحَدٍ حَتَّىٰ يَقُولَآ إِنَّمَا نَحۡنُ فِتۡنَةٞ فَلَا تَكۡفُرۡۖ فَيَتَعَلَّمُونَ مِنۡهُمَا مَا يُفَرِّقُونَ بِهِۦ بَيۡنَ ٱلۡمَرۡءِ وَزَوۡجِهِۦۚ وَمَا هُم بِضَآرِّينَ بِهِۦ مِنۡ أَحَدٍ إِلَّا بِإِذۡنِ ٱللَّهِۚ وَيَتَعَلَّمُونَ مَا يَضُرُّهُمۡ وَلَا يَنفَعُهُمۡۚ وَلَقَدۡ عَلِمُواْ لَمَنِ ٱشۡتَرَىٰهُ مَا لَهُۥ فِي ٱلۡأٓخِرَةِ مِنۡ خَلَٰقٖۚ وَلَبِئۡسَ مَا شَرَوۡاْ بِهِۦٓ أَنفُسَهُمۡۚ لَوۡ كَانُواْ يَعۡلَمُونَ﴾

"(O iki mələk:) “Biz ancaq bir sınağıq, sən gəl kafir olma!”– deməmiş, onu heç kəsə öyrətmirdilər. (Yəhudilər) ərlə arvadı bir-birindən ayıracaq işləri onlardan öyrənirdilər. Lakin onlar Allahın izni olmadan heç kəsə zərər verə bilməzlər. Onlar özlərinə zərər verən və faydası olmayan şeyi öyrənirdilər. Onlar bilirdilər ki, bunu satın alan kimsələrin axirətdə heç bir payı yoxdur. Qarşılığında özlərini satdıqları şey necə də pisdir! Kaş (bunu) biləydilər!". (Bəqərə: 286).

Bu mübarək ayələr sehrin küfr olduğunu və sehrbazların insanla həyat yoldaşı arasında ayrılıq saldıqlarını göstərir. Ayələr həmçinin sehrin özü-özlüyündə nə fayda, nə də zərər verə bildiyinə, o, yalnız Allahın kovni iradəsi və təqdirilə ilə təsir göstərdiyinə dəlalət edir. Çünki xeyri və şəri yaradan Uca Allahdır.

Həmçinin bu ayə, sehr öyrənən kimsələrin özlərinə fayda verən şey deyil, əksinə, ziyan verən şey öyrəndiklərinə, onların Allah yanında heç bir payı olmadığına (yəni: onların heç bir mükafata sahib olmayacaqlarına) dəlalət edir. Bu, çox ciddi bir xəbərdarlıqdır. Bu onların dünyada və axirətdə nə qədər böyük bir zərərə uğrayacaqlarını bildirir. Çünki onlar özlərini ən ucuz qiymətə satmışlar. Buna görə də Uca Allah onları bu əməllərinə görə qınamış və belə buyurmuşdur:

﴿...وَلَبِئۡسَ مَا شَرَوۡاْ بِهِۦٓ أَنفُسَهُمۡۚ لَوۡ كَانُواْ يَعۡلَمُونَ﴾

(Qarşılığında özlərini satdıqları şey necə də pisdir! Kaş (bunu) biləydilər!). (Bəqərə: 102). Satmaq burada almaq mənasında istifadə olunur.

Bu yalançıların — müşriklərdən miras aldıqları bu batil elmlərlə zəif düşüncəli insanları aldadanların — törətdikləri fəlakət böyük, gətirdikləri müsibət isə son dərəcə ağır və zərərlidir. Həqiqətən, Biz, Alla­ha məx­­susuq və biz Ona qayı­da­ca­ğıq. Allah bizə yetər, O nə gözəl Vəkildir!

Biz Uca Allahdan sehrbazların, kahinlərin və digər sehrlə məşğul olanların şərindən əmin-amanlıq və salamatlıq diləyirik. Eyni zamanda, Uca Allahdan müsəlmanları onların şərindən qorumağını, insanların onların zərərlərindən və pis əməllərindən qurtulması üçün müsəlman hökmdarlarını onlardan ehtiyat etmələrini və onlar üzərində Allahın hökmünü yerinə yetirməyə müvəffəq etməsini diləyirik. Həqiqətən, O, Xeyirxah və Cömərddir.

Uca Allah, qullarına sehrin şərindən qorunmaq üçün sehir baş verməzdən əvvəl tətbiq etməli olduqları yolları müəyyən etmişdir. O, onlara sehr baş verdikdən sonra necə müalicə etməli olduqlarını da açıqlamışdır. Bütün bunlar Onun qullarına göstərdiyi mərhəmət, yaxşılıq və onlara olan nemətinin tamamlanmasıdır.

Aşağıda sehr baş verməzdən əvvəl onun təhlükəsindən qorunmaq və baş verdikdən sonra müalicə etmək üçün şəriət baxımından icazəli vasitələr açıqlanır. Bunun bəyanı isə aşağıdakı kimidir:

Birinci: Sehr baş verməzdən əvvəl onun təhlükəsindən qorunmaq üçün ən faydalı vasitə, şəriətə uyğun zikrlərlə, dualarla və varid olan ovsunlarla qorunmaqdır. Buna misal olaraq, hər fərz namazdan salam verdikdən sonra Ayətul-Kursi ayəsinin oxunmasıdır. Ayətul-Kursi ayəsi Qurani-Kərimin ən əzəmətli ayəsidir. Uca Allah bu ayədə belə buyurur:

﴿ٱللَّهُ لَآ إِلَٰهَ إِلَّا هُوَ ٱلۡحَيُّ ٱلۡقَيُّومُۚ لَا تَأۡخُذُهُۥ سِنَةٞ وَلَا نَوۡمٞۚ لَّهُۥ مَا فِي ٱلسَّمَٰوَٰتِ وَمَا فِي ٱلۡأَرۡضِۗ مَن ذَا ٱلَّذِي يَشۡفَعُ عِندَهُۥٓ إِلَّا بِإِذۡنِهِۦۚ يَعۡلَمُ مَا بَيۡنَ أَيۡدِيهِمۡ وَمَا خَلۡفَهُمۡۖ وَلَا يُحِيطُونَ بِشَيۡءٖ مِّنۡ عِلۡمِهِۦٓ إِلَّا بِمَا شَآءَۚ وَسِعَ كُرۡسِيُّهُ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضَۖ وَلَا يَـُٔودُهُۥ حِفۡظُهُمَاۚ وَهُوَ ٱلۡعَلِيُّ ٱلۡعَظِيمُ255﴾

(Allah Özündən başqa (haqq) məbud olmayandır, (əbədi) Yaşayandır, (bütün yaratdıqlarının) Qəyyumudur. Onu nə mürgü, nə də yuxu tutar. Göylərdə və yerdə nə varsa, (hamısı) Ona məxsusdur. Allahın izni olmadan Onun yanında kim şəfaət edə bilər? O, (qullarının) gələcəyini və keçmişini bilir. Onlar Allahın elmindən Onun istədiyindən başqa heç bir şey qavraya bilməzlər. Onun Kürsüsü göyləri və yeri əhatə etmişdir. Bunları qoruyub saxlamaq Ona ağır gəlməz. O, Ucadır, Əzəmətlidir). (Bəqərə: 255). Həmçinin, Ayətul-Kursi ayəsini yatmazdan əvvəl oxunmaq. Rəsulullah (sallallahu əleyhi va səlləm) səhih bir hədisdə belə buyurmuşdur:

«مَنْ قَرَأَ آيَةَ الْكُرْسِيِّ فِي لَيْلَةٍ، لَمْ يَزَلْ عَلَيْهِ مِنَ اللَّهِ حَافِظٌ، وَلَا يَقْرَبُهُ شَيْطَانٌ حَتَّى يُصْبِحَ».

"Kim gecə Ayətul-Kürsünü oxuyarsa, onun üzərində Allah tərəfindən bir qoruyucu mələk olar və səhərə qədər şeytan ona yaxınlaşa bilməz".

Bu zikirlər və dualar içərisində aşağıda sadalananların oxunması da vardır:

﴿قُلۡ هُوَ ٱللَّهُ أَحَدٌ1﴾

(De: "O Allah Təkdir!").

﴿قُلۡ أَعُوذُ بِرَبِّ ٱلۡفَلَقِ1﴾

(De: "Sığınıram sübhün Rəb­binə!") və

﴿قُلۡ أَعُوذُ بِرَبِّ ٱلنَّاسِ1﴾

(De: "Sığınıram insanların Rəb­binə"). (Nəs: 1). Hər fərz namazdan sonra İxlas, Fələq və Nas surələrini oxumaq, həmçinin bu surələri günün əvvəlində – sübh namazından sonra, gecənin əvvəlində – məğrib namazından sonra üç dəfə oxumaq tövsiyə olunur.

Bundan başqa, gecənin əvvəlində Bəqərə surəsinin son iki ayəsini oxumaq da qoruyucu vasitələrdəndir. Uca Allah bu iki ayədə belə buyurur:

﴿ءَامَنَ ٱلرَّسُولُ بِمَآ أُنزِلَ إِلَيۡهِ مِن رَّبِّهِۦ وَٱلۡمُؤۡمِنُونَۚ كُلٌّ ءَامَنَ بِٱللَّهِ وَمَلَٰٓئِكَتِهِۦ وَكُتُبِهِۦ وَرُسُلِهِۦ لَا نُفَرِّقُ بَيۡنَ أَحَدٖ مِّن رُّسُلِهِۦۚ وَقَالُواْ سَمِعۡنَا وَأَطَعۡنَاۖ غُفۡرَانَكَ رَبَّنَا وَإِلَيۡكَ ٱلۡمَصِيرُ285﴾

(Allahın rəsulu öz Rəbbindən ona nazil edilənə iman gətirdi, möminlər də, (iman gətirdilər). Hamısı Allaha, Onun mələklərinə, kitablarına və elçilərinə iman gətirdilər. (Onlar dedilər): “Biz Onun elçiləri arasında fərq qoymuruq!” (Həmçinin,) dedilər: “Eşitdik və itaət etdik! Ey Rəbbimiz, Səndən bağışlanma diləyirik, dönüş yalnız Sənədir!”). Surənin sonuna qədər oxu.

Peyğəmbər (sallallahu aleyhi va səlləm) səhih hədisdə belə buyurmuşdur:

«مَنْ قَرَأَ الآيَتَيْنِ مِنْ آخِرِ سُورَةِ البَقَرَةِ فِي لَيْلَةٍ كَفَتَاهُ».

"Kim gecə Bəqərə surəsinin son iki ayəsini oxuyarsa, onlar ona yetər". Doğrusunu Allah bilir, hədisin mənası belədir. Yəni: Bu iki ayə, insanı hər bir pislikdən qorumağa kifayət edər. Bunlardan biri də, gecə və gündüz, həmçinin hər hansı bir yerdə, binada, çöldə, havada və ya dənizdə mənzil başına çatdıqda Allahın yaratdıqlarının şərindən Onun kamil kəlmələrinə çoxlu şəkildə sığınmaqdır. Peyğəmbər (sallallahu aleyhi və səlləm) bu barədə belə demişdir:

«مَن نَزَلَ مَنْزِلًا فَقالَ: أَعُوذُ بِكَلِمَاتِ اللهِ التَّامَّاتِ مِن شَرِّ ما خَلَقَ، لَمْ يَضُرَّهُ شَيءٌ حتَّى يَرْتَحِلَ مِن مَنْزِلِهِ ذَلِكَ».

"Kim bir mənzil başına çatıb:

[Əuzu bikəlimətilləhit-təmməti min şərri mə xaləq]

“Yaratdıqlarının şərindən Allahın kamil kəlmələrinə sığınıram” - duasını oxuyarsa, həmin yeri tərk edənə qədər ona heç bir şey zərər verməz".

Bu dua və zikirlərdən biri də, müsəlmanın günün və gecənin əvvəlində üç dəfə bunu deməsidir:

«بِسْمِ اللهِ الَّذِي لَا يَضُرُّ مَعَ اسْمِهِ شَيءٌ فِي الأَرْضِ وَلَا فِي السَّمَاءِ، وَهُوَ السَّمِيعُ العَلِيمُ».

[Bismilləhi-l-ləzi lə yədurru məa-i-s­mihi şeyun fi-l-ardi va lə fi-s-səməi va hu­və-s-səmiu-l-alimi]:

«Adı çəkildikdə nə yerdə, nə də göydə heç bir şeyin zərər vermədiyi Allahın adı ilə! O, Eşidəndir, Bilən­dir!».

Çünki Peyğəmbər (sallallahu aleyhi va səlləm) səhih hədisdə bu duanın oxunmasına həvəsləndirmiş və bunun insanı hər cür pislikdən qorumağa səbəb olduğunu bildirmişdir.

İkinci: Sehr baş verdikdən sonra onun müalicəsi üçün edilən əməllər. Bu da aşağıda qeyd edilən bir neçə üsulla həyata keçirilə bilər:

Birincisi: Allaha çoxlu yalvarmaq, Ondan zərəri aradan qaldırmağı və bu xəstəliyi aparmağı istəmək.

İkincisi: Sehrin gizlədildiyi yerin, dağın və ya digər bir ərazinin müəyyən edilməsi üçün səy göstərməkdir. Əgər sehrin yer müəyyən olunub çıxarılıb məhv edilərsə, sehr batıl olar. Bu, sehrin müalicəsi üçün ən təsirli üsullardan biridir.

Üçüncüsü: Şəri zikr və dualarla ruqyə oxuyaraq müalicə etmək. Bunların sayı çoxdur. Onlardan bəziləri bunlardır:

Peyğəmbər (sallallahu aleyhi va səlləm) səhih hədisdə belə buyurmuşdur:

«اللَّهُمَّ رَبَّ النَّاسِ، أَذْهِبِ الْبَأْسَ، وَاشْفِ أَنْتَ الشَّافِي، لَا شِفَاءَ إِلَّا شِفَاؤُكَ، شِفَاءً لَا يُغَادِرُ سَقَمًا».

[Allahummə Rabbən-nas, əzhibil-bəs, vaşfi əntəş-Şəfi, lə şifə-ə illə şifəukə, şifə-ən lə yuğadiru səqamən]:

"Ey insanların Rəbbi Allahım! Xəstəliyi aradan qaldır, şəfa ver! Şəfa verən yalnız Sənsən. Sənin şəfandan başqa heç bir şəfa yoxdur. Elə bir şəfa ver ki, heç bir xəstəlik qalmasın". Peyğəmbər (sallallahu aleyhi va səlləm) bu duanı üç dəfə deyərdi.

Bunlardan biri də Cəbrailin Peyğəmbərə (sallallahu aleyhi va səlləm) oxuduğu ruqyadır. O, belədir:

«بِسْمِ اللَّهِ أَرْقِيكَ، مِنْ كُلِّ شَيْءٍ يُؤْذِيكَ، وَمِنْ شَرِّ كُلِّ نَفْسٍ أَوْ عَيْنِ حَاسِدٍ، اللَّهُ يَشْفِيكَ، بِسْمِ اللَّهِ أَرْقِيكَ».

[Bismilləh arqikə min kulli şeyin yu'zhikə va min şərri kulli nəfsin əu aynin həsidin, Allahu yaşfikə, bismilləhi arqikə]

"Allahın adı ilə. Səni, sənə zərər verən hər şeydən və hər bir nəfsin yaxud həsəd edən gözün şərindən ruqyə edirəm. Allah sənə şəfa versin. Allahın adı ilə səni ruqyə edirəm". Bunu üç dəfə təkrar edir.

Həmçinin sehir baş verdikdən sonra onun müalicə üsullarından biri də, budur. Əgər kişi, zövcəsi ilə cinsi əlaqədən məhrum edilibsə, onun üçün faydalı olan müalicələrdən biri də belədir. Yaşıl sidr ağacından yeddi yarpaq götürüb, bunları bir daş və ya ona bənzər bir şeylə əzib, sonra onları bir qaba qoyub və üstünə qüsl (bədən yuyulması) üçün kifayət edəcək qədər su töküb, sonra o suyun üzərində bu ayələri oxumaqdır:

(Ayətul-Kursi) Kürsü ayəsi və

﴿قُلۡ يَٰٓأَيُّهَا ٱلۡكَٰفِرُونَ1﴾

(De: “Ey kafirlər!). (Kəfirun: 1) və

﴿قُلۡ هُوَ ٱللَّهُ أَحَدٌ1﴾

(De: "O Allah Təkdir!"). (İxlas: 1) və

﴿قُلۡ أَعُوذُ بِرَبِّ ٱلۡفَلَقِ1﴾

(De: "Sığınıram sübhün Rəb­binə!") və (Fələq: 1) və

﴿قُلۡ أَعُوذُ بِرَبِّ ٱلنَّاسِ1﴾

(De: "Sığınıram insanların Rəb­binə"). (Nəs: 1).

və Əraf surəsində sehrlə bağlı olan ayələr. Bu, Uca Allahın aşağıda qeyd edilən ayələridir:

﴿وَأَوۡحَيۡنَآ إِلَىٰ مُوسَىٰٓ أَنۡ أَلۡقِ عَصَاكَۖ فَإِذَا هِيَ تَلۡقَفُ مَا يَأۡفِكُونَ117 فَوَقَعَ ٱلۡحَقُّ وَبَطَلَ مَا كَانُواْ يَعۡمَلُونَ118 فَغُلِبُواْ هُنَالِكَ وَٱنقَلَبُواْ صَٰغِرِينَ119﴾

(Biz Musaya: “Əsanı ye­rə at!”– deyə vəhy etdik. Elə bu an əsa ilana çev­rilib onların düzəlt­dikləri şeyləri uddu.

Artıq haqq üzə çıxdı, on­ların et­dikləri isə batil oldu.

Sehrbazlar orada məğ­lub oldular və rüsvay olaraq geri dön­dülər). (Əraf: 117-119).

Yunis surəsində olan ayələr. Bu, Uca Allahın aşağıda qeyd edilən ayələridir:

﴿وَقَالَ فِرۡعَوۡنُ ٱئۡتُونِي بِكُلِّ سَٰحِرٍ عَلِيمٖ79 فَلَمَّا جَآءَ ٱلسَّحَرَةُ قَالَ لَهُم مُّوسَىٰٓ أَلۡقُواْ مَآ أَنتُم مُّلۡقُونَ80 فَلَمَّآ أَلۡقَوۡاْ قَالَ مُوسَىٰ مَا جِئۡتُم بِهِ ٱلسِّحۡرُۖ إِنَّ ٱللَّهَ سَيُبۡطِلُهُۥٓ إِنَّ ٱللَّهَ لَا يُصۡلِحُ عَمَلَ ٱلۡمُفۡسِدِينَ81 وَيُحِقُّ ٱللَّهُ ٱلۡحَقَّ بِكَلِمَٰتِهِۦ وَلَوۡ كَرِهَ ٱلۡمُجۡرِمُونَ82﴾

(Firon dedi: “Bütün bi­lik­li sehr­baz­ları yanıma gətirin!”.

Sehrbazlar gəldikdə Mu­sa onlara dedi: “Nə atacaqsı­nızsa, atın!”.

Onlar əllərindəki ipləri və dəyə­nək­ləri atdıqda Musa dedi: “Si­zin gör­dü­yünüz iş sehrdir. Hə­qiqətən, Allah onu boşa çı­xara­caq. Çünki Allah fitnə-fə­sad törə­dənlərin işini düzəlt­məz.

Günahkarlar istəməsələr də Allah Öz kəlmələri ilə haq­qı bər­qərar edəcək). (Yunus: 79-82).

və Ta ha surəsində olan ayələr:

﴿قَالُواْ يَٰمُوسَىٰٓ إِمَّآ أَن تُلۡقِيَ وَإِمَّآ أَن نَّكُونَ أَوَّلَ مَنۡ أَلۡقَىٰ65 قَالَ بَلۡ أَلۡقُواْۖ فَإِذَا حِبَالُهُمۡ وَعِصِيُّهُمۡ يُخَيَّلُ إِلَيۡهِ مِن سِحۡرِهِمۡ أَنَّهَا تَسۡعَىٰ66 فَأَوۡجَسَ فِي نَفۡسِهِۦ خِيفَةٗ مُّوسَىٰ67 قُلۡنَا لَا تَخَفۡ إِنَّكَ أَنتَ ٱلۡأَعۡلَىٰ68 وَأَلۡقِ مَا فِي يَمِينِكَ تَلۡقَفۡ مَا صَنَعُوٓاْۖ إِنَّمَا صَنَعُواْ كَيۡدُ سَٰحِرٖۖ وَلَا يُفۡلِحُ ٱلسَّاحِرُ حَيۡثُ أَتَىٰ69﴾

(Sehrbazlar) dedilər: “Ey Musa! Ya sən (əvvəlcə əlindəkini) at ya da birinci atan biz olaq!”

(Musa) dedi: “Yox, siz atın!” (Sehrbazlar əllərindəkiləri yerə atan kimi) sehrləri sayəsində ona elə gəldi ki, onların kəndirləri və çomaqları hərəkətə gəlib sürünür.

Musa bunu görüncə içində bir qorxu hiss etdi.

Biz dedik: “Qorxma, qalib gələn mütləq sən olacaqsan!

Sağ əlindəkini yerə at, onların qurduqlarını udsun. Onların qurduqları sadəcə sehrbaz hiyləsidir. Sehrbaz isə, hara gedirsə-getsin, uğur qazanmaz”. (Ta ha: 65-69).

Bu ayələri suya oxuduqdan sonra o sudan üç qurtum içir, qalanı ilə isə bədən yuyunur və bununlada xəstəlik, Allahın izni ilə keçib gedir. Əgər xəstəlik aradan qalxana qədər bunu iki və ya daha çox dəfə təkrarlamağa ehtiyac yaranarsa, edə bilər və burada heç bir qəbahət yoxdur.

Bu zikrlər, dualar, ovsunlar və yollar davamlı olaraq, ixlasla, imanla Allaha güvənərək və Ona arxalanaraq səmimi qəlbdən və onun dəlalət etdiyi mənalara qəlb genişliyi ilə əməl edənlər üçün, sehr və digər pisliklərdən qorunmağın ən böyük səbəblərindən biridir və həmçinin sehr baş verdikdən sonra da onu aradan qaldırmaq üçün ən güclü silahdır.

Bu, sehrdən həm qorunmaq, həm də ondan müalicə olmaq üçün izahı müyəssər olan üsullardandir. Müvəffəqiyyət Allahdandır.

Burada mühüm bir məsələ ortaya çıxır. O da, sehrin müalicəsinin cadugərlərin etdiyi şəkildə, cinlərə qurban kəsmək və ya digər ibadət vasitələri ilə onlara yaxınlaşmaq yolu ilə aparılmasıdır ki, bu da yolverilməzdir. Çünki bu, şeytanın əməlidir, hətta bu, böyük şirkdən sayılır. Həmçinin, müalicə məqsədilə kahinlərə, baxıcılara və sehrbazlara müraciət etmək və onların dediklərinə inanmaq (və istifadə etmək) da caiz deyildir. Çünki onlar iman gətirmirlər. Onlar yalancı və günahkardırlar. Qeybi bildikləri iddia edib insanları aldadırlar. Bu risalənin əvvəlində bəyan edildiyi kimi Allah Rəsulu (sallallahu əleyhi va səlləm) onların yanına getməkdən, onlardan soruşmaqdan və onların dediklərinə təsdiqləməkdən çəkindirmişdir. Ona görə də bundan çəkinmək vacibdir. Səhih hədisdə rəvayət olunur ki, Allah Rəsulundan (sallallahu əleyhi va səlləm) "Nuşra" (sehrin aradan qaldırılması üçün edilən əməl) barəsində soruşulduqda, O, belə buyurmuşdur:

«هِيَ مِنْ عَمَلِ الشَّيْطَانِ».

"Bu, şeytan əməlindən olan bir işdir". Hədisi İmam Əhməd və Əbu Davud "Ceyyid (Yaxşı)" isnadla rəvayət etmişdir.

Nuşra: Sehir edilmiş şəxsdən sehrin aradan qaldırılmasıdır. Peyğəmbərin (sallallahu əleyhi va səlləm) bu sözləri ilə məqsədi – cahiliyyə dövründə edilən nuşradır. Bu: sehrin aradan qaldırılması üçün sehrbazdan kömək istəmək və ya bir sehrin başqa bir sehrlə, başqa sehrbaz vasitəsilə aradan qaldırılması deməkdir.

Amma sehrin ruqyə, şəri dualar, ovsunlar və icazə verilən dərmanlarla aradan qaldırılmasına gəldikdə isə – bu, daha əvvəl də qeyd edildiyi kimi – heç bir qəbahət daşımır. Bu barədə İbn Qayyim və Şeyx Əbdurrahman bin Həsən (Allah onlara rəhmət etsin) isə "Fəthul-Məcid" kitabında açıq şəkildə danışmışlar. Digər bir çox alimlər də bu məsələyə toxunmuşlar.

Uca Allahdan müsəlmanlara hər cür pislikdən afiyət verməsini, dinlərini qorumaqda onları müvəffəq etməsini, onlara dinlərini dərindən anlama qabiliyyəti bəxş etməsini və şəriətinə zidd olan hər bir şeydən onları uzaq tutmasını diləyirik.

Allahın salatı və salamı qulu, rəsulu olan Muhammədin, onun ailəsinin və səhabələrinin üzərinə olsun!

 

 

***

 


بِسْمِ اللهِ الرَّحمَنِ الرَّحِيمِ

Onuncu risalə:

Qəbirlər üzərində məscidlərin bina edilməsinin qadağan olunması

Bismilləh. Həmd Allaha məxsudur! Allahın salavatı və salamı Allah Rəsulunun üzərinə olsun.

Daha sonra: Mən İslam Elmləri Birliyi Təşkilatının jurnalının üçüncü sayında (Müsəlmanların bu aydakı xəbərləri) bölməsində dərc olunmuş bir xəbərlə tanış oldum. Xəbərdə, İordaniya Haşimilər Krallığında yerləşən İslam Elmləri Birliyi Təşkilatı, son zamanlar ər-Rahib kəndində kəşf olunmuş bir mağaranın üzərində məscid inşa etməyi planlaşdırdığı qeyd olunurdu. Həmin mağara, Qurani-Kərimdə adı çəkilən və "Əshabi-Kəhf" – in yəni Kəhf əhlinin yatdığı yer olduğu iddia edilən mağaradır. Sitatın sonu.

Allah və Onun bəndələri qarşısında nəsihət vermək məsuliyyətinə əsaslanaraq, İordaniya Haşimilər Krallığında yerləşən İslam Elmləri Birliyi Təşkilata həmin jurnal vasitəsilə müraciət etməyi uyğun gördüm. Bu müraciətin məzmunu: İttifaq, qeyd olunan mağaranın üzərində məscid inşa etmək niyyətindən çəkindirməkdir.

Səbəb isə budur: İslamın kamil şəriəti, peyğəmbərlərin, saleh insanların qəbirləri və izləri üzərində məscid tikilməsini qəti şəkildə qadağan etmiş, bu əməl barədə xəbərdarlıq etmiş və belə edənləri lənətləmişdir. Çünki bu cür əməllər şirkə (Allaha şərik qoşmağa) aparan vasitələrdir və həmçinin peyğəmbərləri və saleh insanları həddindən artıq ucaldıb ifrata varmağa səbəbdir. Həqiqətlər isə İslam şəriətinin gətirdiklərinin doğruluğuna şahidlik edir. Bu, onun Uca Allah tərəfindən göndərildiyinə bir dəlildir, eləcə də Peyğəmbərin (sallallahu əleyhi va səlləm) Allahdan gətirdiklərinin və ümmətə çatdırdıqlarının haqq olduğuna açıq-aşkar bir sübut və qəti bir hüccətdir. İslam dünyasının halını diqqətlə müşahidə edən hər kəs, orada baş verən şirk və ifratçılığın, əsasən türbələrin üzərində məscidlərin tikilməsi, onların ucaltması, bəzədilməsi, xalçalanması və hətta onlara baxmaq üçün xüsusi xidmətçilərin ayrılması səbəbilə baş verdiyini açıq şəkildə görər. Belə bir insan, bu cür əməllərin şirkin yaranmasına aparan vasitələrdəndir sayıldığını və İslam şəriətinin bunları qadağan etməklə nə qədər müdrik və gözəl bir din olduğunu qəti şəkildə anlayar.

Bu mövzuda gələn rəvayətlərdən biri də, imam Buxari və Müslimin (Allah onlara rəhmət etsin) Aişə (Allah ondan razı olsun) vasitəsilə rəvayət etdikləri hədisdir. O demişdir: Rəsulullah (sallallahu əleyhi va səlləm) belə buyurdu:

«لَعَنَ اللَّهُ الْيَهُودَ وَالنَّصَارَى، اتَّخَذُوا قُبُورَ أَنْبِيَائِهِمْ مَسَاجِدَ، قالَتْ عَائِشَةُ: يُحَذِّرُ مَا صَنَعُوا، قالَتْ: وَلَوْلَا ذَلِكَ لَأُبْرِزَ قَبْرُهُ، غَيْرَ أَنَّهُ خُشِيَ أَنْ يُتَّخَذَ مَسْجِدًا».

"Allah yəhudilərə və nəsranilərə lənət etsin! Onlar, peyğəmbərlərinin qəbirlərini məscidlərə çevirmişlər". Aişə (Allah ondan razı olsun) belə dedi: “Peyğəmbər (sallallahu əleyhi va səlləm) ümmətini onların etdiklərindən çəkindirirdi. Əgər belə olmasaydı, onun qəbri aşkarda olardı. Lakin qəbrinin məscid edilməsi qorxusu var idi." Buxari və Muslimin səhih kitablarında həmçinin belə nəql olunur:

Ummu Sələmə və Ummu Həbibə (Allah onların hər ikisindən razı olsun) Həbəşistan torpağında gördükləri bir kilsədən və oradakı şəkillərdən (ikonlardan) Peyğəmbərə (sallallahu əleyhi va səlləm) bəhs etdilər. Peyğəmbər (sallallahu əleyhi va səlləm) belə buyurdu:

«أُولَئِكَ إِذَا مَاتَ فِيهِمُ الرَّجُلُ الصَّالِحُ؛ بَنَوْا عَلَى قَبْرِهِ مَسْجِدًا، وَصَوَّرُوا فِيهِ تِلْكَ الصُّوَرَ، أُولَئِكَ شِرَارُ الْخَلْقِ عِنْدَ اللَّهِ».

“Onlar, özlərindən əməlisaleh bir kişi öldüyü zaman onun qəbri üzərində məscid tikər və həmin şəkilləri orada çəkərlər. Onlar Allah dərgahında məxluqatın ən şərlisidir."

Səhih Muslimdə rəvayət edilən hədisdə Cundub bin Abdullah (Allah ondan razı olsun) belə demişdir: Mən Peyğəmbərin (sallallahu əleyhi va səlləm) vəfat etməzdən beş gün öncə belə dediyini eşitdim:

«إِنِّي أَبْرَأُ إِلَى اللَّهِ أَنْ يَكُونَ لِي مِنْكُمْ خَلِيلٌ، فَإِنَّ اللَّهَ قَدِ اتَّخَذَنِي خَلِيلًا، كَمَا اتَّخَذَ إِبْرَاهِيمَ خَلِيلًا، وَلَوْ كُنْتُ مُتَّخِذًا مِنْ أُمَّتِي خَلِيلًا، لَاتَّخَذْتُ أَبَا بَكْرٍ خَلِيلًا، أَلَا وَإِنَّ مَنْ كَانَ قَبْلَكُمْ كَانُوا يَتَّخِذُونَ قُبُورَ أَنْبِيَائِهِمْ وَصَالِحِيهِمْ مَسَاجِدَ، أَلَا فَلَا تَتَّخِذُوا الْقُبُورَ مَسَاجِدَ، فَإِنِّي أَنْهَاكُمْ عَنْ ذَلِكَ».

"Mən aranızda sizlərdən birinin dostumun (xəlil) olmasından Allaha sığınıram. Çünki Uca Allah İbrahimi Özünə dost etdiyi kimi məni də Özünə dost etmişdir. Əgər ümmətimdən birini özünə dost tutsaydım, əlbəttə ki, Əbu Bəkiri özümə dost tutardım. Agah olun ki, sizdən öncəkilər peyğəmbərlərinin və aralarındakı saleh kimsələrin qəbirlərini məscidlərə çevirdilər. Diqqət edin! Qəbirləri əsla məscidlərə çevirməyin. Mən sizi bundan çəkindirirəm". Bu mövzuda hədislər çoxdur.

Müsəlman alimlərindən olan imamlar – dörd məzhəbin (Hənəfi, Maliki, Şafii və Hənbəli) alimləri və digərləri – qəbirlərin üzərində məscid tikilməsinin qadağan olunduğunu açıq şəkildə bildirmişlər. Onlar bu barədə Peyğəmbərin (sallallahu əleyhi va səlləm) sünnəsinə əməl edərək, ümmətə nəsihət vermiş, onu bu əməldən çəkindirmiş və əvvəlki ümmətlərin, xüsusilə yəhudi və nəsranilərdən ifrata varanların, eləcə də bu ümmətin azmış bənzərlərinin yoluna düşməmələri üçün xəbərdarlıq etmişlər.

Buna görə də, İordaniyədəki İslam Elmləri Birliyi Təşkilatı və digər müsəlmanların üzərinə düşən vəzifə sünnəyə əməl etmək, imamların yolunu tutmaq və Allahın və Onun Rəsulunun (səllallahu əleyhi va səlləm) çəkindirdiyi şeylərdən çəkindirməkdir. Çünki məhz bunda insanın xeyri, xoşbəxtliyi və həm bu dünyada, həm də axirətdə nicatı vardır. Bəzi insanlar bu mövzuda Uca Allahın "Əshabi-Kəhf" – in yəni Kəhf əhlinin haqqında söylədiyi ayəyə istinad etmişlər:

﴿...قَالَ ٱلَّذِينَ غَلَبُواْ عَلَىٰٓ أَمۡرِهِمۡ لَنَتَّخِذَنَّ عَلَيۡهِم مَّسۡجِدٗا﴾

(Mübahisədə üstün gələnlər isə: “Onların (məzarı) üstündə mütləq bir məscid tikəcəyik!”– dedilər). (Kəhf: 21).

Bu suala cavab olaraq demək olar ki: Uca Allah bu ayədə, həmin dövrdəki rəhbərlərin və nüfuz sahiblərinin bu sözü söylədiklərini xəbər vermişdir. Lakin bu xəbər onları tərifləmək və təsdiqləmək üçün deyil, əksinə, onların bu davranışını qınamaq, tənqid etmək və insanları belə bir əməldən uzaqlaşdırmaq məqsədi daşıyır. Buna dəlalət edən odur ki, bu ayə Peyğəmbərə (səllallahu əleyhi va səlləm) nazil olmuşdur və insanlar arasında bu ayənin mənasını ən yaxşı bilən də elə odur. O isə ümmətinə qəbirlər üzərində məscidlər tikməyi qadağan etmiş, onları bundan çəkindirmiş və belə edənləri lənətləyib qınamışdır.

Əgər bu əməl (qəbir üzərində məscid tikmək) icazəli olsaydı, Peyğəmbər (səllallahu əleyhi va səlləm) belə ciddi bir şəkildə ondan çəkindirməz və bu məsələdə bu dərəcədə israr etməzdi. O, bu işi edənləri lənətləmiş və onların Allah qatında ən şər məxluqlar olduğunu bildirmişdir. Bu isə haqqı axtaran kəs üçün kifayət qədər yetərli bir dəlildir. Əgər fərz etsək ki, bizdən əvvəlkilər üçün qəbirlər üzərində məscid tikmək caiz olubsa belə, bu yenə də bizim üçün dəlil ola bilməz. Çünki bizim şəriətimiz əvvəlki şəriətləri nəsx etmişdir. Peyğəmbərimiz (səllallahu əleyhi va səlləm) isə sonuncu elçidir və onun gətirdiyi şəriət kamil və ümumidir. O, bizi qəbirlər üzərində məscid tikməyi qadağan etmişdir. Buna görə də, Ona müxalif olmaq bizə caiz deyildir. Bizə vacib olan isə Onun gətirdiyi dinə tabe olmaq, ona möhkəm sarılmaq və bununla ziddiyyət təşkil edən əvvəlki şəriətlərdən və bu əməlləri edənlərin yaxşı hesab etdiyi adətlərdən uzaq durmaqdır. Çünki Allahın şəriətindən daha kamil bir şəriət və Rəsulullahın (səllallahu əleyhi va səlləm) yolundan daha doğru bir yol yoxdur.

Allahdan istəyimiz budur ki, bizi və bütün müsəlmanları Öz dinində sabitqədəm etsin və bizə Allahla qarşılaşacağımız günə qədər Rəsulu Muhammədin (sallallahu əleyhi va səlləm) şəriətinə sözlərimizdə və əməllərimizdə, zahirdə və batində, bütün hallarda möhkəm bağlı qalmağı nəsib etsin. Həqiqətən, O, eşidəndir, yaxın olandır.

Allahın salavatı və salamı qulu və rəsulu olan Muhammədə, onun ailəsinə və bütün səhabələrinə və Qiyamət gününə qədər onlara gözəl şəkildə tabe olanların üzərinə olsun.

 

 

 

***

 


بِسْمِ اللهِ الرَّحمَنِ الرَّحِيمِ

On birinci risalə:

Ölülərin məscidlərdə dəfn olunması

Bismilləh. Həmd yalnız Allaha məxsusdur! Salat və salam Peyğəmbərimiz Muhammədə, onun ailəsinə və Onun yolunu tutub gedənlərin üzərinə olsun!

Daha sonra:

Mən: 17.04.1415 (hicri tarixilə) tarixində nəşr olunmuş «Xurtum» qəzetinə nəzər saldım və orada Seyyid Muhamməd əl-Həsən əl-İdrisinin atasının yanında, Umm Durman şəhərindəki məscidlərində dəfn edildiyi ilə bağlı bir xəbər rast gəldim ... və s.

Allahın müsəlmanlara nəsihət etməyi və münkəri (pisliyi) bəyan edib inkar etməyi vacib buyurmasına əsasən, dəfnin məscidlərdə edilməsinin caiz olmadığını xatırlatmağı zəruri saydım. Əksinə, bu əməl şirkə aparan vasitələrdən biridir və Allahın yəhudi və nəsraniləri qınadığı, rəsulunun (sallallahu əleyhi va səlləm) isə onları bu səbəblə lənətlədiyi əməllərdəndir. Bu barədə Buxari və Muslimin Səhih əsərlərində, Aişədən (Allah ondan razı olsun) rəvayət olunan bir hədisdə Peyğəmbər (sallallahu əleyhi va səlləm) belə buyurmuşdur:

«لَعَنَ اللَّهُ الْيَهُودَ وَالنَّصَارَى، اتَّخَذُوا قُبُورَ أَنْبِيَائِهِمْ مَسَاجِدَ».

"Allah yəhudilərə və nəsranilərə lənət etsin! Onlar peyğəmbərlərinin qəbirlərini ibadətgaha çevirmişlər". Muslimin Səhih əsərlərində, Cundub bin Abdullahdan (Allah ondan razı olsun) rəvayət olunan bir hədisdə Peyğəmbər (sallallahu əleyhi va səlləm) belə buyurmuşdur:

«أَلَا وَإِنَّ مَنْ كَانَ قَبْلَكُمْ كَانُوا يَتَّخِذُونَ قُبُورَ أَنْبِيَائِهِمْ وَصَالِحِيهِمْ مَسَاجِدَ، أَلَا فَلَا تَتَّخِذُوا الْقُبُورَ مَسَاجِدَ؛ فَإِنِّي أَنْهَاكُمْ عَنْ ذَلِكَ».

"Agah olun ki, sizdən öncəkilər peyğəmbərlərinin və aralarındakı saleh kimsələrin qəbirlərini məscidlərə çevirdilər. Diqqət edin! Qəbirləri əsla məscidlərə çevirməyin. Mən sizi bundan çəkindirirəm". Bu mənada bir çox hədislər vardır.

Buna görə də bütün müsəlmanların — istər dövlətlər, istər xalqlar olaraq — üzərinə düşən vacib vəzifə budur ki, Allahdan qorxsunlar, Onun qadağan etdiklərindən çəkinsinlər və ölülərini məscidlərin xaricində (qəbiristanlıqlarda) dəfn etsinlər. Çünki Peyğəmbər (sallallahu əleyhi va səlləm) və səhabələri (Allah onlardan razı olsun) də ölüləri məscidlərin xaricində dəfn edirdilər. Eyni şəkildə onlara gözəl şəkildə tabe olanlar da bu yolla getmişlər.

Amma Peyğəmbər (sallallahu əleyhi va səlləm) ilə onun iki səhabəsi, Əbu Bəkr və Ömərin (Allah onlardan razı olsun) qəbrinin Peyğəmbərin (sallallahu əleyhi va səlləm) məscidində dəfn edilməsinə gəldikdə isə bu, ölülərin məscidlərdə dəfn edilməsinə dəlil deyildir. Çünki Peyğəmbər (sallallahu əleyhi va səlləm) öz evində, Aişənin (Allah ondan razı olsun) otağında dəfn edilmişdir. Sonradan onun iki səhabəsi də onunla birlikdə həmin evdə dəfn edildilər. Daha sonra hicrətin birinci yüzilliyinin sonunda Valid bin Abdulməlik Peyğəmbər Məscidini genişləndirərkən bu otağı məscidə daxil etdi. Alimlər onun bu işini tənqid etsələrdə, lakin o bunu, məscidin genişləndirilməsinə mane olmadığını düşündü və bu məsələnin insanları çaşdırmayacaq qədər aydın olduğunu zənn etdi.

Bununla hər bir müsəlmana aydın olur ki, Peyğəmbər (sallallahu əleyhi va səlləm) və onun iki səhabəsi (Allah onlardan razı olsun) məsciddə dəfn edilməyiblər. Onların məscidə daxil edilməsi sadəcə məscidin genişləndirilməsi səbəbilə baş vermişdir və bu, məscidlərdə dəfnin caiz olduğuna dəlil sayıla bilməz. Çünki onlar məsciddə deyil, əksinə, Peyğəmbərin (sallallahu əleyhi va səlləm) evində dəfn olunmuş sayılırlar. Həmçinin Valid bin Abdulməlikin bu işi, bu məsələdə heç kim üçün dəlil ola bilməz. Çünki dəlil yalnız Quranda, Sünnədə və ümmətin ilk nəsillərinin — səhabə və saleh sələfin — ittifaqındadır. Allah onlardan razı olsun və bizi də onlara gözəl şəkildə tabe olanlardan etsin.

Nəsihət etmək və dini məsuliyyəti yerinə yetirmək məqsədilə bu yazı: 14.05.1415-ci hicri tarixində qələmə alınmışdır.

Allah uğur və müvəffəqiyyət sahibidir. Allahın salatı və salamı Peyğəmbərimiz Muhammədin, onun ailəsinin, səhabələrinin və Qiya­mət günü­nə­dək gözəl tərzdə onların ar­dın­ca gedən­lərin üzərinə olsun!

 

 

***

 


بِسْمِ اللهِ الرَّحمَنِ الرَّحِيمِ

On ikinci risalə:

Muhamməd Peyğəmbərin (sallallahu əleyhi va səlləm) şəriətindən kənara çıxmağın hər hansı bir şəxs üçün caiz olduğunu iddia edənlərin küfr və azğınlıq içində olmasının bəyanı

Həmd aləmlərin Rəbbi Allaha məxsusdur! Allahın salat və salamı peyğəmbərlərin və elçilərin sonuncusu olan peyğəmbərimiz Muhammədə, onun ailəsinə və bütün səhabələrinin üzərinə olsun!

Daha sonra: Mən: 05/06/1415 (hicri tarixilə) tarixində "əş-Şərq əl-Əvsat" adlı qəzetinin: (5824) -cü sayında dərc olunmuş bir məqalə ilə tanış oldum. Bu məqaləni özünü Abdulfəttah əl-Hayik adlandıran bir şəxs yazmış və ona: "Səhv anlayış" başlığını vermişdir.

Məqalənin ümumi məzmunu bundan ibarətdir: O, İslam dinində zəruri şəkildə bilinən, Quran ayələri, hədislər və ümmətin icması (ittifaqı) ilə sabit olan bir həqiqəti – yəni Muhamməd Peyğəmbərin (sallallahu əleyhi va səlləm) risalətinin bütün bəşəriyyətə şamil olduğunu – inkar etmişdir. O, həmçinin iddia etmişdir ki, kim Muhammədə (sallallahu əleyhi va səlləm) tabe olmayıb, onu qəbul etməyib, əksinə, yəhudi və ya nəsrani olaraq qalıbsa, yenə də haqq din üzərindədir. Bundan əlavə, o, aləmlərin Rəbbinə Uca Allah qarşı hörmətsizlik edərək, kafirlərin və günahkarların əzablandırılmasındakı hikməti inkar etmiş və bunu mənasızlıq (əbəs bir iş) kimi qələmə vermişdir.

O, şəri mətnlərini təhrif edib, onları öz yerinə qoymamış və öz nəfsinin istəklərinə uyğun şəkildə şərh etmişdir. Eyni zamanda o, Muhamməd Peyğəmbərin (sallallahu əleyhi va səlləm) ümumi risalətini və Ona eşidib də tabe olmayanların küfrünü göstərən açıq-aydın şəriət dəlillərindən üz döndərmişdir. Allahın başqa dinləri qəbul etmədiyi, yalnız İslamı doğru din olaraq qəbul etdiyi göstərən açıq-aydın digər şəri mətnləri də rədd etmişdir. O bütün bunları isə cahil insanların onun sözlərinə aldanması üçün etmişdir. Onun bu əməi açıq-aşkar küfrdür, İslamdan çıxmaqdır və Uca Allahı və Rəsulunu (sallallahu əleyhi va səlləm) yalan saymaqdır. Bu həqiqəti isə həmin məqaləni oxuyan elm və iman sahibi yaxşı anlayır.

Əmr sahibinin üzərinə düşən vəzifə isə onu məhkəməyə təhvil vermək, onu tövbəyə çağırmaq və onun barəsində pak şəriətin tələb etdiyi hökmü tətbiq etməkdir.

Uca Allah Muhamməd Peyğəmbərin (sallallahu əleyhi va səlləm) risalətinin bütün insanlara və cinlərə şamil olduğunu və hamının Ona tabe olmasının vacib olduğunu açıq şəkildə bildirmişdir. Bu həqiqət isə müsəlmanlardan az da olsa elmi olan heç kəsə gizli deyildir.

Uca Allah buyurur:

﴿قُلۡ يَٰٓأَيُّهَا ٱلنَّاسُ إِنِّي رَسُولُ ٱللَّهِ إِلَيۡكُمۡ جَمِيعًا ٱلَّذِي لَهُۥ مُلۡكُ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِۖ لَآ إِلَٰهَ إِلَّا هُوَ يُحۡيِۦ وَيُمِيتُۖ فَـَٔامِنُواْ بِٱللَّهِ وَرَسُولِهِ ٱلنَّبِيِّ ٱلۡأُمِّيِّ ٱلَّذِي يُؤۡمِنُ بِٱللَّهِ وَكَلِمَٰتِهِۦ وَٱتَّبِعُوهُ لَعَلَّكُمۡ تَهۡتَدُونَ158﴾

(De: “Ey insanlar! Şübhəsiz ki, mən sizin hamınıza göndərilmiş Allahın elçisiyəm. Göylərin və yerin hökmranlığı Ona məxsusdur, Ondan başqa (ibadətə layiq olan) məbud yoxdur. O həm dirildir, həm də öldürür. Elə isə Allaha və Onun ummi (yazıb-oxumaq bilməyən) Elçisinə, həm də Allaha və Onun kəlmələrinə inanan peyğəmbərə iman gətirin. Onun ardınca gedin ki, bəlkə doğru yola yönələsiniz”). (Əraf: 158). Uca Allah buyurur:

﴿...وَأُوحِيَ إِلَيَّ هَٰذَا ٱلۡقُرۡءَانُ لِأُنذِرَكُم بِهِۦ وَمَنۢ بَلَغَ...﴾

(Bu Quran mənə vəhy olundu ki, onunla həm sizi, həm də onun yetişəcəyi hər kəsi xəbərdar edim). [Ənam: 19]. Uca Allah buyurur:

﴿قُلۡ إِن كُنتُمۡ تُحِبُّونَ ٱللَّهَ فَٱتَّبِعُونِي يُحۡبِبۡكُمُ ٱللَّهُ وَيَغۡفِرۡ لَكُمۡ ذُنُوبَكُمۡۚ وَٱللَّهُ غَفُورٞ رَّحِيمٞ31﴾

(De: “Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da, sizi sevsin və günahlarınızı bağışlasın. Allah bağışlayandır, rəhmlidir”). (Əli İmran: 31). Uca Allah buyurur:

﴿وَمَن يَبۡتَغِ غَيۡرَ ٱلۡإِسۡلَٰمِ دِينٗا فَلَن يُقۡبَلَ مِنۡهُ وَهُوَ فِي ٱلۡأٓخِرَةِ مِنَ ٱلۡخَٰسِرِينَ85﴾

(Kim İslamdan başqa bir din arayarsa, (bilsin ki,) o din ondan qəbul olunmaz və o, axirətdə ziyana uğrayanlardan olar). (Əli İmran: 85). Uca Allah buyurur:

﴿وَمَآ أَرۡسَلۡنَٰكَ إِلَّا كَآفَّةٗ لِّلنَّاسِ بَشِيرٗا وَنَذِيرٗا...﴾

(Biz səni bütün insanlara müjdə verən və xəbərdarlıq edən (bir peyğəmbər) olaraq göndərdik. Lakin insanların çoxu (bunu) bilməz). (Səba: 28). Uca Allah buyurur:

﴿وَمَآ أَرۡسَلۡنَٰكَ إِلَّا رَحۡمَةٗ لِّلۡعَٰلَمِينَ107﴾

(Biz səni ancaq aləmlərə rəhmət olaraq göndərdik). (Ənbiya: 107). Uca Allah buyurur:

﴿...وَقُل لِّلَّذِينَ أُوتُواْ ٱلۡكِتَٰبَ وَٱلۡأُمِّيِّـۧنَ ءَأَسۡلَمۡتُمۡۚ فَإِنۡ أَسۡلَمُواْ فَقَدِ ٱهۡتَدَواْۖ وَّإِن تَوَلَّوۡاْ فَإِنَّمَا عَلَيۡكَ ٱلۡبَلَٰغُۗ وَٱللَّهُ بَصِيرُۢ بِٱلۡعِبَادِ﴾

(Kitab verilənlərə və savadsızlara (özlərində kitab olmayan ərəb müşriklərinə) de: “Siz də, təslim oldunuzmu?” Əgər təslim olsalar, doğru yola yönəlmiş olarlar. Yox əgər üz döndərsələr, (bil ki,) sənin öhdənə düşən ancaq (haqqı) təbliğ etməkdir. Allah qullarını görəndir). (Əli İmran: 20). Pak və Uca olan Allah buyurur:

﴿تَبَارَكَ ٱلَّذِي نَزَّلَ ٱلۡفُرۡقَانَ عَلَىٰ عَبۡدِهِۦ لِيَكُونَ لِلۡعَٰلَمِينَ نَذِيرًا1﴾

(Aləmləri xəbərdar etmə­sindən öt­rü Öz quluna Fur­qa­nı nazil edən Allah ən Əzəmətli, xeyiri və bərəkəti bol olandır!). (Furqan: 1).

Buxari və Müslimin Cabir bin Abdullahdan (Allah ondan razı olsun) rəvayət etdiyi hədisdə Peyğəmbər (sallallahu əleyhi va səlləm) belə buyurmuşdur:

«أُعْطِيتُ خَمْسًا لَمْ يُعْطَهُنَّ أَحَدٌ قَبْلِي: نُصِرْتُ بِالرُّعْبِ مَسِيرَةَ شَهْرٍ، وَجُعِلَتْ لِيَ الْأَرْضُ مَسْجِدًا وَطَهُورًا، فَأَيُّمَا رَجُلٍ مِنْ أُمَّتِي أَدْرَكَتْهُ الصَّلَاةُ، فَلْيُصَلّ، وَأُحِلَّتْ لِيَ الْمَغَانِمُ، وَلَمْ تُحَلَّ لِأَحَدٍ قَبْلِي، وَأُعْطِيتُ الشَّفَاعَةَ، وَكَانَ النَّبِيُّ يُبْعَثُ إِلَى قَوْمِهِ خَاصَّةً، وَبُعِثْتُ إِلَى النَّاسِ عَامَّةً».

"Mənə beş (xislət) verilib ki, bunlar məndən əvvəl heç bir kəsə verilməmişdir: (Mənimlə arasında) bir aylıq məsafə olan düşmənin qəlbinə (Allah tərəfindən) qorxu salınaraq ona qarşı yardım edildim. Yer üzü mənim üçün pak-təmizləyici və məscid edildi, belə ki, ümmətimdən olan hər hansı bir kişinin namaz vaxtı çatarsa, (olduğu yerdə) namazını qılsın. Qənimətlər mənə halal edildi, belə ki, bu, məndən qabaq heç bir peyğəmbərə halal edilməmişdir. Mənə şəfaət verildi və hər bir peyğəmbər yalnız öz qövmünə göndərilərdi, mən isə bütün insanlara göndərildim".

Bu isə, Peyğəmbərimiz Muhammədin (sallallahu əleyhi va səlləm) risalətinin bütün bəşəriyyətə şamil olduğunu açıq-aydın şəkildə göstərir. Həmçinin bu risalətin əvvəlki bütün şəriətləri nəsx etdiyini (qüvvədən saldığını) və Muhammədə (sallallahu əleyhi va səlləm) tabe olmayıb Ona itaət etməyən şəxsin kafir və asi olduğunu, Allahın əzabına layiq görüldüyünü bildirir. Uca Allah buyurur:

﴿...وَمَن يَكۡفُرۡ بِهِۦ مِنَ ٱلۡأَحۡزَابِ فَٱلنَّارُ مَوۡعِدُهُۥ...﴾

(Onu inkar edən firqələrin vəd olunduğu yer oddur). (Hud: 17). Uca Allah buyurur:

﴿...فَلۡيَحۡذَرِ ٱلَّذِينَ يُخَالِفُونَ عَنۡ أَمۡرِهِۦٓ أَن تُصِيبَهُمۡ فِتۡنَةٌ أَوۡ يُصِيبَهُمۡ عَذَابٌ أَلِيمٌ﴾

(Qoy onun əmrinə qarşı çıxanlar başlarına bir bəla gəlməsindən yaxud özlərinə ağrılı-acılı bir əzab üz verməsindən qorxsunlar). (Nur: 63). Uca Allah buyurur:

﴿وَمَن يَعۡصِ ٱللَّهَ وَرَسُولَهُۥ وَيَتَعَدَّ حُدُودَهُۥ يُدۡخِلۡهُ نَارًا خَٰلِدٗا فِيهَا وَلَهُۥ عَذَابٞ مُّهِينٞ14﴾

(Kim Allaha və Onun rəsuluna asi olub Onun hüdudlarını aşarsa, Allah onu içində əbədi qalacağı Cəhənnəmə vasil edər. Onun üçün alçaldıcı bir əzab vardır). (Nisa: 14). Uca Allah buyurur:

﴿...وَمَن يَتَبَدَّلِ ٱلۡكُفۡرَ بِٱلۡإِيمَٰنِ فَقَدۡ ضَلَّ سَوَآءَ ٱلسَّبِيلِ﴾

(İmanı küfrə dəyişən kəs, əlbəttə, doğru yoldan azmışdır). (Bəqərə: 108). Bu mənada bir çox ayələr mövcuddur.

Uca Allah Rəsuluna (sallallahu əleyhi va səlləm) itaəti Özünə itaətlə yanaşı zikr etmiş, İslamdan başqa bir dini qəbul edən şəxsin ziyana uğrayacağını açıq şəkildə bəyan etmiş və belə bir şəxsdən nə vacib, nə də nafilə ibadətlərin qəbul edilməyəcəyini bildirmişdir. Uca Allah buyurur:

﴿وَمَنْ يَبْتَغِ غَيْرَ الْإِسْلَامِ دِينًا فَلَنْ يُقْبَلَ مِنْهُ وَهُوَ فِي الْآخِرَةِ مِنَ الْخَاسِرِينَ85

(Kim İslamdan başqa bir din arayarsa, (bilsin ki,) o din ondan qəbul olunmaz və o, axirətdə ziyana uğrayanlardan olar). (Əli İmran: 85). Uca Allah buyurur:

﴿مَنْ يُطِعِ الرَّسُولَ فَقَدْ أَطَاعَ اللَّهَ...

(Kim Peyğəmbərə itaət edərsə, Allaha itaət etmiş olar). [Nisa: 80]. Uca Allah buyurur:

﴿قُلْ أَطِيعُوا اللَّهَ وَأَطِيعُوا الرَّسُولَ فَإِنْ تَوَلَّوْا فَإِنَّمَا عَلَيْهِ مَا حُمِّلَ وَعَلَيْكُمْ مَا حُمِّلْتُمْ وَإِنْ تُطِيعُوهُ تَهْتَدُوا...

(De: “Allaha və Rəsula itaət edin”. Əgər üz çevirsəniz, (bilin ki,) o, ancaq özünə həvalə edilənə cavabdehdir, siz də ancaq özünüzə həvalə edilənə cavabdehsiniz. Əgər ona itaət etsəniz, doğru yola yönəlmiş olarsınız. Rəsulun öhdəsinə düşən isə ancaq açıq-aşkar təbliğ etməkdir). (Nur: 54). Uca Allah buyurur:

﴿إِنَّ الَّذِينَ كَفَرُوا مِنْ أَهْلِ الْكِتَابِ وَالْمُشْرِكِينَ فِي نَارِ جَهَنَّمَ خَالِدِينَ فِيهَا أُولَئِكَ هُمْ شَرُّ الْبَرِيَّةِ 6

(Şübhəsiz ki, Kitab əhlindən və müşriklərdən kafir olanlar, içində əbədi qalacaqları Cəhənnəm odunda olacaqlar. Onlar məxluqatın ən şərliləridirlər). (Bəyyinə: 6).

Müslim "Səhih" əsərində rəvayət etdiyi hədisdə Peyğəmbər (sallallahu aleyhi va səlləm) belə buyurmuşdur:

«وَالَّذِي نَفْسِي بِيَدِهِ؛ لَا يَسْمَعُ بِي أَحَدٌ مِنْ هَذِهِ الْأُمَّةِ، يَهُودِيٌّ وَلَا نَصْرَانِيٌّ، ثُمَّ يَمُوتُ وَلَمْ يُؤْمِنْ بِالَّذِي أُرْسِلْتُ بِهِ؛ إِلَّا كَانَ مِنْ أَهْلِ النَّارِ».

"Nəfsim əlində olan Allaha and olsun ki, bu (dəvət olunan) ümmətdən, istər yəhudi olsun, istərsə də nəsrani, mənim haqqımda eşidib sonra da mənimlə göndərilən dinə iman etmədən ölərsə Cəhənnəm əhlindən olar".

Allah Rəsulu (sallallahu əleyhi va səlləm) həm sözü, həm də əməi ilə İslam dininə daxil olmayan dinlərin batil olduğunu açıq şəkildə bəyan etmişdir. Belə ki, O, yəhudilərlə və nəsranilərlə, digər kafirlərlə döyüşdüyü kimi döyüşmüş, onlardan cizyə (vergi) almışdır ki, onlar İslam dəvətinin qalan insanlara çatmasına mane olmasınlar və istədikləri təqdirdə, kim İslama gəlmək istəyirsə, öz qövmünün onu bu yoldan çəkindirməsindən, qarşısını almasından və ya öldürməsindən qorxmadan müsəlman ola bilsin.

Buxari və Müslimin Əbu Hureyrədən (Allah ondan razı olsun) rəvayət etdikləri hədisdə o, belə demişdir. Bir dəfə biz məsciddə ikən Peyğəmbər (sallallahu aleyhi va səlləm) çıxdı və belə buyurdu:

«انْطَلِقُوا إِلَى يَهُودَ، فَخَرَجْنَا مَعَهُ حَتَّى جِئْنَا بَيْتَ الْمِدْرَاسِ، فَقَامَ النَّبِيُّ ﷺ، فَنَادَاهُمْ فَقَالَ :يَا مَعْشَرَ يَهُودَ، أَسْلِمُوا تَسْلَمُوا، فَقَالُوا: قَدْ بَلَّغْتَ يَا أَبَا الْقَاسِمِ، فَقَالَ لَهُمْ رَسُولُ اللَّهِ ﷺ: ذَلِكَ أُرِيدُ، أَسْلِمُوا تَسْلَمُوا، فَقَالُوا: قَدْ بَلَّغْتَ يَا أَبَا الْقَاسِمِ، فَقَالَ لَهُمْ رَسُولُ اللَّهِ ﷺ: ذَلِكَ أُرِيدُ، ثُمَّ قَالَهَا الثَّالِثَةَ...».

"Yəhudilərin yanına gedin!". Biz də onunla birlikdə yola düşdük və onların Tövratı oxuduqları evin yanına gəldik. Peyğəmbər (sallallahu aleyhi va səlləm) dayandı, onlara nida edərək belə dedi: "Ey yəhudi camaatı, İslamı qəbul edin, salamat qalın!".

Onlar: "Artıq çatdırdın ey Əbul-Qasim!" – deyə cavab verdilər. Peyğəmbər (sallallahu aleyhi va səlləm) onlara dedi: "Mən də məhz bunu istəyirəm. İslamı qəbul edin, salamat qalın!". Onlar yenidən: "Artıq çatdırdın ey Əbul-Qasim!" – deyə cavab verdilər. Peyğəmbər (sallallahu aleyhi va səlləm) onlara dedi: "Mən də məhz bunu istəyirəm. Sonra bunu üçüncü dəfə təkrar etdi…”. Hədisin davamı var.

Məqsəd budur ki, Peyğəmbər (sallallahu əleyhi va səlləm) yəhudilərin dini icmasına – Tövratı oxuduqları Mədrəs evinə – getdi, onları İslama dəvət etdi və onlara: “İslamı qəbul edin, salamat qalın” – dedi və bu sözləri bir neçə dəfə onlara təkrar etdi.

Eləcə də Peyğəmbər (sallallahu əleyhi va səlləm) Herakla məktub göndərərək onu İslama dəvət etdi və əgər bu dəvəti qəbul etməzsə, təkcə öz günahı deyil, həm də onun səbəbilə İslamı qəbul etməyənlərin günahı da onun üzərinə yüklənəcəyini xəbərdar etdi. Buxari və Müslimin səhih əsərində rəvayət olunan hədisə əsasən, Herakl Allah Rəsulunun (sallallahu əleyhi va səlləm) məktubunu gətirməyi əmr etdi və onu oxudu. Məktubda belə yazılmışdı:

«بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ، مِنْ مُحَمَّدٍ رَسُولِ اللَّهِ إِلَى هِرَقْلَ عَظِيمِ الرُّومِ، سَلَامٌ عَلَى مَنِ اتَّبَعَ الْهُدَى، أَمَّا بَعْدُ: فَإِنِّي أَدْعُوكَ بِدِعَايَةِ الْإِسْلَامِ، أَسْلِمْ تَسْلَمْ، وَأَسْلِمْ يُؤْتِكَ اللَّهُ أَجْرَكَ مَرَّتَيْنِ، فَإِنْ تَوَلَّيْتَ، فَإِنَّ عَلَيْكَ إِثْمَ الْأَرِيسِيِّينَ وَ

"Mərhəmətli və Rəhmli Allahın adı ilə!

Allahın rəsulu Muhamməddən Rum imperatoru Herakla. Haqq yolu tutub gedənlərə salam olsun! Bundan sonra. Mən səni İslama dəvət edirəm. İslamı qəbul et ki, salamat qalasan. İslamı qəbul etsən Allah sənə mükafatını ikiqat verəcək. Əgər qəbul etməsən, tabeçiliyində olanların günahı sənin boynuna yüklənəcək. (Sənə Allahın mənə buyurduğunu deyirəm):

﴿يَٰٓأَهۡلَ ٱلۡكِتَٰبِ تَعَالَوۡاْ إِلَىٰ كَلِمَةٖ سَوَآءِۭ بَيۡنَنَا وَبَيۡنَكُمۡ أَلَّا نَعۡبُدَ إِلَّا ٱللَّهَ وَلَا نُشۡرِكَ بِهِۦ شَيۡـٔٗا وَلَا يَتَّخِذَ بَعۡضُنَا بَعۡضًا أَرۡبَابٗا مِّن دُونِ ٱللَّهِۚ فَإِن تَوَلَّوۡاْ فَقُولُواْ ٱشۡهَدُواْ بِأَنَّا مُسۡلِمُونَ64﴾

(“Ey Kitab əhli! Bizimlə sizin aranızda olan eyni bir kəlməyə (tərəf) gəlin ki, Allahdan başqasına ibadət etməyək, Ona heç bir şeyi şərik qoşmayaq və Allahı qoyub bir-birimizi ilahiləşdirməyək”. Əgər onlar yenə üz çevirsələr, deyin: “Şahid olun ki, biz müsəlmanlarıq!”). (Əli İmran: 64).

Sonra onlar üz döndərib İslama girməkdən imtina etdikdə, Peyğəmbər (sallallahu əleyhi va səlləm) və Onun səhabələri (Allah onlardan razı olsun) onlarla döyüşdülər və onlara cizyə (vergi) verməyi vacib etdilər.

Onların azğın yolda olduqlarını və Muhammədin (sallallahu əleyhi və səlləm) gətirdiyi dinlə əvvəlki dinlərinin batil olduğunu təsdiqləmək üçün Uca Allah müsəlmandan, hər gün, hər namazda və hər rükətdə Allahdan onu doğru, qəbul olunan və düz yol olan İslam yoluna hidayət etməsini - onu, yəhudilər və onlara bənzər, qəzəbə məruz qalmış, özlərinin səhv yolda olduqlarını bilmələrinə rəğmən bu yolda davam edənlərdən uzaq etməsini və onu azğınların yolundan — yəni: elm olmadan ibadət edən, özlərini doğru yolda zənn edən, lakin əslində zəlalət içində olan nəsranilər və onlara bənzəyən, cahillik və azğınlıq əsasında ibadət edən digər xalqların yolundan — uzaq tutmasını tələb etdi. Bütün bunlar müsəlmanın, İslamdan başqa bütün dinlərin batil olduğunu, İslamdan başqa bir yol ilə Allaha ibadət edənlərin azğınlıqda olduğunu və bunu qəbul (etikad) etməyənin müsəlman sayılmadığını qəti şəkildə bilməsi üçündür. Quran və Sünnədə bu mövzu ilə bağlı çoxsaylı dəlillər mövcuddur.

Bu məqalənin müəllifi Əbdulfəttahın üzərinə düşən vacib vəzifə budur ki, dərhal ixlasla (səmimi qəlbdən) tövbə etsin və tövbəsini açıq şəkildə bəyan etdiyi yeni bir məqalə yazsın. Kim Allaha səmimi şəkildə tövbə edərsə, Allah onun tövbəsini qəbul edər. Çünki Uca Allah belə buyurmuşdur:

﴿...وَتُوبُوٓاْ إِلَى ٱللَّهِ جَمِيعًا أَيُّهَ ٱلۡمُؤۡمِنُونَ لَعَلَّكُمۡ تُفۡلِحُونَ﴾

(Ey iman gətirənlər! Hamınız Allaha tövbə edin ki, bəlkə nicat tapasınız). (Nur: 31). Pak və Nöqsansız olan Allah digər ayədə buyurur:

﴿وَٱلَّذِينَ لَا يَدۡعُونَ مَعَ ٱللَّهِ إِلَٰهًا ءَاخَرَ وَلَا يَقۡتُلُونَ ٱلنَّفۡسَ ٱلَّتِي حَرَّمَ ٱللَّهُ إِلَّا بِٱلۡحَقِّ وَلَا يَزۡنُونَۚ وَمَن يَفۡعَلۡ ذَٰلِكَ يَلۡقَ أَثَامٗا68 يُضَٰعَفۡ لَهُ ٱلۡعَذَابُ يَوۡمَ ٱلۡقِيَٰمَةِ وَيَخۡلُدۡ فِيهِۦ مُهَانًا69 إِلَّا مَن تَابَ وَءَامَنَ وَعَمِلَ عَمَلٗا صَٰلِحٗا فَأُوْلَٰٓئِكَ يُبَدِّلُ ٱللَّهُ سَيِّـَٔاتِهِمۡ حَسَنَٰتٖۗ وَكَانَ ٱللَّهُ غَفُورٗا رَّحِيمٗا70﴾

(Onlar Allahla yanaşı başqa məbuda dua etməz, Allahın haram etdiyi canı haqsız yerə qətlə yetirməz və zina etməzlər. Kim bunu (və ya bunlardan birini) edərsə cəzaya məruz qalar).

(Qiyamət günü onun əzabı qat-qat artırılar və onun (əzabın) içində zəlil olaraq əbədi qalar).

(Ancaq tövbə edib iman gətirən və saleh əməllər edənlərdən başqa. Allah onların pis əməllərini yaxşı əməllərlə əvəz edər. Allah Bağışlayandır, Rəhmlidir!). (Furqan: 68-70).

Peyğəmbər (sallallahu aleyhi va səlləm) belə buyurmuşdur:

«الإِسْلَامُ يَهْدِمُ مَا كَانَ قَبْلَهُ، وَالتَّوبَةُ تَهْدِمُ مَا كَانَ قَبْلَهَا».

"İslam özündən əvvəlki günahların silib aparır. Tövbə özündən əvvəlki günahların aradan qaldırır".

Peyğəmbər (sallallahu aleyhi və səlləm) digər bir hədisdə buyurur:

«التَّائِبُ مِنَ الذَّنْبَ كَمَنْ لَا ذَنْبَ لَهُ».

"Günahdan tövbə edən, sanki günahsız kimidir".

 

Bu mənada bir çox ayə və hədislər mövcuddur.

Uca Allahdan bizə haqqı haqq olaraq göstərib ona tabe olmağı, batili isə batil olaraq göstərib ondan uzaq durmağı nəsib etməsini diləyirik.

Eyni zamanda Uca Allahdan həm bizə, həm bu məqalənin müəllifi Abdulfəttaha, həm də bütün müsəlmanlara səmimi tövbə nəsib etməsini, hamımızı fitnələrin, nəfsin və şeytanın şərrindən qorumasını istəyirik.

Həqiqətən, O, bütün bunların Sahibidir və bunlara qadirdir.

Allahın salatı və salamı Peyğəmbərimiz Muhammədin, onun ailəsinin, səhabələrinin və Qiya­mət günü­nə­dək gözəl tərzdə onların ar­dın­ca gedən­lərin üzərinə olsun!

 

 

***

Mündəricat

 

Doğru (səhih) əqidə və ona zidd olanlar 2

Birinci əsas: Uca Allaha iman etmək. 6

İkinci əsas: Mələklərə iman etmək. 20

Üçüncü əsas: Kitablara iman etmək. Bu əsas da iki məqamı əhatə edir. Onlar aşağıdakılardır: 21

Dördüncü əsas: Rəsullara iman etmək. 24

Beşinci əsas: Axirət gününə iman etmək. 25

Altıncı əsas: Qədərə iman etmək. 26

Doğru (səhih) əqidəyə zidd olan əqidələr 32

İkinci Risalə: Peyğəmbərdən (sallallahu əleyhi va səlləm) yardım diləmək hökmü haqqında 42

Üçüncü Risalə 60

Cin və şeytanlardan kömək istəməyin və onlara nəzir deməyin hökmü haqqında 60

Dördüncü Risalə: 83

Bidət və şirk olan zikrlərlə ibadət etməyin hökmü haqqında 83

Beşinci Risalə: 111

Peyğəmbər (sallallahu əleyhi va səlləm) mövludunun və digər doğum günlərinin qeyd edilməsinin hökmü 111

Altıncı Risalə: 123

İsra və Mirac gecəsini qeyd etməyin hökmü 123

Yeddinci Risalə: 131

Şaban ayının yarısının gecəsini (Bəraət gecəsini) qeyd etməyin hökmü 131

Səkkizinci Risalə: 148

Müqəddəs Peyğəmbər Məscidinin xidmətçisi Şeyx Əhmədə nisbət edilən vəsiyyətin yalan olmasına dair mühüm xəbərdarlıq 148

Müqəddəs Peyğəmbər Məscidinin xidmətçisi Şeyx Əhmədə nisbət edilən vəsiyyətin yalan olmasına dair mühüm xəbərdarlıq 148

Doqquzuncu risalət: Sehr, kahinlik və onlarla bağlı məsələlərin hökmü 165

Onuncu risalə: Qəbirlər üzərində məscidlərin bina edilməsinin qadağan olunması. 183

On birinci risalə: Ölülərin məscidlərdə dəfn olunması. 190

On ikinci risalə: Muhamməd Peyğəmbərin (sallallahu əleyhi va səlləm) şəriətindən kənara çıxmağın hər hansı bir şəxs üçün caiz olduğunu iddia edənlərin küfr və azğınlıq içində olmasının bəyanı. 194

 

***

 

az397v3.1 - 26/07/2026


Buxari (2856), Müslim (30) rəvayət etmişdir.

Bu rəvayəti əl-Lələkai "Şərh Usul əl-İtiqad" (735) və İbn Abdil-Barr "Cəmi əl-Elm va Fadlih" (1801) kitablarında nəql etmişdir. Lakin burada "Sifət ayələri" əvəzinə "Hədislər" sözü istifadə edilmişdir. Onların ifadəsi belədir: "Bu hədisləri olduğu kimi rəvayət edin və onlara barədə mübahisə etməyin".

Bu rəvayət, Beyhəqi "əl-Əsma vas-Sifət" (865) kitabında nəql edilmişdir. İbn Teymiyyə "əl-Həməviyyə" adlı əsərində (səh. 269) isnadının "Səhih" olduğunu bildirmişdir. Zəhəbi isə "əl-Arş" (2/223) adlı əsərində: "Rəvayətçiləri etibarlı imamlardır" – demişdir.

Bu rəvayət, əl-Lələkai "Şərh Usul əl-İtiqad" (930) və Beyhəqi "əl-Əsma vas-Sifət" (955) kitabında nəql edilmişdir.

Bu rəvayət, əl-Lələkai "Şərh Usul əl-İtiqad" (665) və Beyhəqi "əl-Əsma vas-Sifət" (868) kitabında nəql edilmişdir.

Bu rəvayət, əl-Lələkai "Şərh Usul əl-İtiqad" (664), Əbu Nuayim "Hilyətul-Əvliya" (6/325) və Beyhəqi "əl-Əsma vas-Sifət" (867) kitabında nəql edilmişdir.

Bu rəvayəti, əl-Məzki "əl-Muzəkiyyat" (29), İbn Batta "əl-İbənəh" (120) və əl-Lələkai "Şərh Usul əl-İtiqad" (665) kitabında nəql etmişdir.

Bu rəvayəti, əd-Dərimi "ər-Radd alə əl-Cəhmiyyə" (67) və Beyhəqi "əl-Əsma vas-Sifət" (903) kitabında nəql edilmişdir.

Bu rəvayəti Zəhəbi "əl-Uluv" əsərində (səh. 464) nəql etmişdir. Şeyx Albani isə "Muxtəsar əl-Uluv" əsərində (səh. 184) belə demişdir: “Bu isnad səhihdir. Ravi­ləri etibarlı və tanınmış şəxslərdir”.

Təfsir İbn Kəsir (3/426-427).

Hədisi Buxari (22) Əbu Səid əl-Xudridən (Allah ondan razı olsun) rəvayət etmişdir.

Hədisi Müslim (2996) Aişədən (Allah razı olsun) rəvayət etmişdir.

Hədisi Buxari (3651) və Muslim (2533) Abdullah bin Məsuddan (Allah ondan razı olsun) rəvayət etmişdir.

Hədisi Müslim (1920) Sovbəndən (Allah ondan razı olsun) rəvayət etmişdir.

Hədisi İbn Maca (3952) Sovbəndən (Allah ondan razı olsun) rəvayət etmiş, İbn Hibban (6714) və Hakim (8653) hədisə səhih hökmü vermişdir.

Hədisi Tirmizi (2641) Abdullah bin Amrdan (Allah ondan razı olsun) rəvayət etmişdir. Mənəvi "Feyd əl-Qədir" (5/347) adlı əsərində belə demişdir: "Bu hədisin sənədində Abdurrahman bin Ziyad əl-Əfriqi adlı ravi vardır. Zəhəbi onun barədə: "Alimlər onu zəif saymışlar" — demişdir. Lakin Albani bu hədisi "Sahihul-Cami" (5343) adlı əsərində səhih saymışdır.

Bu vəsiyyət: 1402-ci hicri ilində (miladi: 1982) Səudiyyə Ərəbistanı Baş Elmi Araşdırmalar, Fətva, Dəvət və İrşad İdarəsi tərəfindən: 17 nömrəli kiçik kitabçada (kataloqda) nəşr edilmişdir.

Hədisi Müslim rəvayət etmişdir (8).