إِقََامَةُ البَرَاهِينِ عَلَى
حُكْمِ مَنِ اسْتَغَاثَ بِغَيرِ اللهِ
Allahdan başqasına sığınaraq yardım diləyənin hökmünə dair dəlillərin ortaya qoyulması
لِسَمَاحَةِ الشَّيْخِ العَلَّامَةِ
عَبْدِ العَزِيزِ بْنِ عَبْدِ اللهِ بْنِ بَازٍ
رَحِمَهُ اللهُ
Kitabın müəlifi Hörmətli Şeyx
Abduləziz bin Abdullah bin Baz
بِسْمِ اللهِ الرَّحمَنِ الرَّحِيمِ
İkinci Risalə:
Peyğəmbərdən (sallallahu əleyhi va səlləm) yardım diləmək hökmü haqqında
Həmd yalnız Allaha məxsusdur! Salat və salam Peyğəmbərimiz Muhammədə, onun ailəsinə, səhabələrinə və Onun yolunu tutub gedənlərin üzərinə olsun!
Daha sonra:
Küveytin “əl-Muctəma” qəzeti, 15-ci sayında, 19/4/1390 hicri tarixində “Peyğəmbərin (sallallahu əleyhi va səlləm) mübarək mövludunun xatirəs münasibətilə” başlıqlı bir neçə beyit dərc etmişdir. Həmin beyitlərdə, Peyğəmbərdən (sallallahu əleyhi va səlləm) ümmətin düşdüyü təfriqə və ixtilafdan xilas olması, birliyə qovuşması və qələbə qazanması üçün yardım diləmək və Ondan kömək istəmək kimi məzmunlar yer almışdır. Şeirin sonunda isə müəllif özünü "Əminə" adı ilə imzalamışdır. Aşağıda qeyd olunan misralar həmin beyitlərdəndir:
Ey Allahın Rəsulu! Aləmə yetiş (yardım et)...
O, müharibəni alovlandırır və onun qızmar oduna yanır.
Ey Allahın Rəsulu! Ümmətə yetiş (yardım et)...
O (ümmət) şəkkin zülmətində gecəsi uzanmışdır.
Ey Allahın Rəsulu! Ümmətə yetiş (yardım et)...
Kədərin dolaşıqlarında onun yönü, yolu itib.
... nəhayət dedi ki:
Qələbəni tələsdir (tez gətir), necə ki onu tez gətirdin...
Bədr günü, Allahı çağırdığın zaman.
Beləliklə, zəiflik möhtəşəm zəfərə çevrildi...
Çünki Allahın görünməyən orduları vardır.
Beləliklə o yazar qadın, bu şəkildə öz çağırışını və fəryadını Peyğəmbərə (sallallahu əleyhi va səlləm) ünvanlayır, ondan ümmətə tezliklə qələbə nəsib etməsini istəyir. Halbuki o, qələbənin nə Peyğəmbərin (sallallahu əleyhi və səlləm), nə də başqa məxluqatın əlində olmadığını, əksinə, yalnız Allahın əlində olduğunu unudur və ya bilmir. Uca Allah açıq-aşkar Kitabında belə buyurur:
﴿...وَمَا النَّصْرُ إِلَّا مِنْ عِنْدِ اللَّهِ الْعَزِيزِ الْحَكِيمِ﴾
(Zəfər yalnız Qüdrət və Hikmək sahibi olan Allahdandır). [Əli İmran: 126]. İzzət və Cəlal sahib olan Allah buyurur:
﴿إِنْ يَنْصُرْكُمُ اللَّهُ فَلَا غَالِبَ لَكُمْ وَإِنْ يَخْذُلْكُمْ فَمَنْ ذَا الَّذِي يَنْصُرُكُمْ مِنْ بَعْدِهِ...﴾
(Əgər Allah sizə kömək edərsə, heç kəs sizə qalib gələ bilməz. Yox, əgər sizi zəlil edərsə, Ondan sonra kim sizə yardım edə bilər?! Qoy möminlər Allaha təvəkkül etsinlər!). [Əli İmran: 160].
Bu dua və kömək diləmə əməli, ibadətin bir növünü Allahdan başqasına aid etməkdir. Qurani-Kərimin ayələri və İslam alimlərinin yekdil icması ilə, bu əməlin (yəni: ibadətin hər hansı bir növünü Allahdan qeyrisinə yönəltməyin) qəti şəkildə qadağan olduğu məlumdur. Çünki Uca Allah insanları yalnız Ona ibadət etmələri üçün yaratmış, elçiləri göndərmiş və kitabları da bu ibadətin mahiyyətini açıqlamaq və insanları ona dəvət etmək üçün nazil etmişdir. Uca Allah buyurur:
﴿وَمَا خَلَقْتُ الْجِنَّ وَالْإِنْسَ إِلَّا لِيَعْبُدُونِ56﴾
(Mən cinləri və insanları yalnız Mənə ibadət etmək üçün yaratdım). [Zariyat: 56]. Uca Allah buyurur:
﴿وَلَقَدْ بَعَثْنَا فِي كُلِّ أُمَّةٍ رَسُولًا أَنِ اعْبُدُوا اللَّهَ وَاجْتَنِبُوا الطَّاغُوتَ...﴾
(Biz hər ümmətə: “Allaha ibadət edin, tağutdan uzaq olun” – (deyə,) elçi göndərdik). [Nəhl: 36]. Uca Allah buyurur:
﴿وَمَا أَرْسَلْنَا مِنْ قَبْلِكَ مِنْ رَسُولٍ إِلَّا نُوحِي إِلَيْهِ أَنَّهُ لَا إِلَهَ إِلَّا أَنَا فَاعْبُدُونِ 25﴾
(Səndən əvvəl elə bir elçi göndərməmişik ki, ona: “Məndən başqa heç bir məbud yoxdur, Mənə ibadət edin!” – deyə vəhy etməyək). [Ənbiya: 25]. İzzət və Cəlal sahib olan Allah buyurur:
﴿الر كِتَابٌ أُحْكِمَتْ آيَاتُهُ ثُمَّ فُصِّلَتْ مِنْ لَدُنْ حَكِيمٍ خَبِيرٍ1 أَلَّا تَعْبُدُوا إِلَّا اللَّهَ إِنَّنِي لَكُمْ مِنْهُ نَذِيرٌ وَبَشِيرٌ2﴾
(Əlif. Ləm. Ra. (Bu,) Hikmət sahibi, (hər şeydən) Xəbərdar (olan Allah) tərəfindən, ayələri mükəmməlləşdirilmiş, sonra da müfəssəl izah edilmiş bir Kitabdır.
Bu ona görədir ki, Allahdan başqasına ibadət etməyəsiniz. Həqiqətən, mən sizi Allah tərəfindən xəbərdar edən və müjdələyənəm). [Hud: 1, 2].
Uca Allah bu (muhkəm) açıq və qəti ayələrdə, cinləri və insanları yalnız Özünə — heç bir şərik qoşmadan — ibadət etmələri üçün yaratdığını izah etmiş və peyğəmbərləri (Allahın salatı və salamı onların üzərinə olsun) məhz bu ibadəti əmr etmək və ona zidd olanı qadağan etmək üçün göndərdiyini bildirmişdir. Həmçinin Uca Allah, Ondan başqasına ibadət edilməsin deyə, Kitabının ayələrini aydın və təfsilatlı şəkildə açıqladığını xəbər vermişdir.
Məlumdur ki, ibadət: Uca Allaha itaət edərək, Onun əmrlərini yerinə yetirmək, qadağalarından çəkinmək və ibadətdə Onu tək bilməkdir. Uca Allah bunu bir çox ayələrdə əmr etmiş və xəbər vermişdir. Bu ayələrdən bəziləri bunlardır: Uca Allahın buyurur:
﴿وَمَا أُمِرُوا إِلَّا لِيَعْبُدُوا اللَّهَ مُخْلِصِينَ لَهُ الدِّينَ حُنَفَاءَ...﴾
(Halbuki onlara, dini məhz Allaha məxsus edib, batildən haqqa yönələrək, namaz qılmaları və zəkat vermələri əmr edilmişdir. Doğru din də elə budur!). [Bəyyinə: 5]. İzzət və Cəlal sahibi olan Allah buyurur:
﴿وَقَضَى رَبُّكَ أَلَّا تَعْبُدُوا إِلَّا إِيَّاهُ...﴾
(Rəbbin yalnız Ona ibadət etməyi əmr etmişdir). [İsra: 23]. Uca Allah diğər belə ayədə buyurur:
﴿إِنَّآ أَنزَلۡنَآ إِلَيۡكَ ٱلۡكِتَٰبَ بِٱلۡحَقِّ فَٱعۡبُدِ ٱللَّهَ مُخۡلِصٗا لَّهُ ٱلدِّينَ2 أَلَا لِلَّهِ ٱلدِّينُ ٱلۡخَالِصُۚ وَٱلَّذِينَ ٱتَّخَذُواْ مِن دُونِهِۦٓ أَوۡلِيَآءَ مَا نَعۡبُدُهُمۡ إِلَّا لِيُقَرِّبُونَآ إِلَى ٱللَّهِ زُلۡفَىٰٓ إِنَّ ٱللَّهَ يَحۡكُمُ بَيۡنَهُمۡ فِي مَا هُمۡ فِيهِ يَخۡتَلِفُونَۗ إِنَّ ٱللَّهَ لَا يَهۡدِي مَنۡ هُوَ كَٰذِبٞ كَفَّارٞ3﴾
(Biz Kitabı sənə haqq olaraq nazil etdik. Odur ki, sən də, dini yalnız Allaha aid edərək ancaq Ona ibadət et!.
Bilin ki, xalis din yalnız Allaha məxsusdur. Allahı qoyub başqalarını özlərinə dost tutanlar: “Biz, onlara ancaq bizi Allaha daha çox yaxınlaşdırsınlar deyə ibadət edirik”– (deyirlər). Şübhəsiz ki, Allah ixtilaf etdikləri məsələlər barədə onların arasında hökm verəcəkdir. Həqiqətən Allah, yalançı və kafir olan kimsəni doğru yola yönəltməz). [Zümər: 2, 3].
Bu mənanı ifadə edən ayələr çoxdur və onların hamısı ibadətin yalnız ixlasla (səmimi şəkildə) Allaha edilməsinin vacib olduğunu, peyğəmbərlər və başqaları da daxil olmaqla, Allahdan qeyrilərinə ibadətin tərk edilməli olduğunu açıq şəkildə bildirir.
Şübhə yoxdur ki, dua ibadətin ən mühüm və ən əhatəli növlərindən biridir. Buna görə də, dua yalnız ixlasla Allaha edilməlidir. Uca Allah buyurur:
﴿فَادْعُوا اللَّهَ مُخْلِصِينَ لَهُ الدِّينَ وَلَوْ كَرِهَ الْكَافِرُونَ14﴾
"(Ey möminlər!) Kafirlərin xoşuna gəlməsə də, dini məhz Allaha aid edərək Ona (ixlasla) dua edin!". [Ğafir: 14]. İzzət və Cəlal sahibi olan Allah buyurur:
﴿وَأَنَّ الْمَسَاجِدَ لِلَّهِ فَلَا تَدْعُوا مَعَ اللَّهِ أَحَدًا18﴾
(Şübhəsiz ki, məscidlər Allaha məxsusdur. Elə isə Allahla yanaşı heç kəsə dua etməyin!). [Cin: 18]. Duanın yalnız Allaha yönəldilməsi ilə bağlı bu göstəriş, peyğəmbərlər də daxil olmaqla, bütün məxluqatı əhatə edir. Uca Allahın buyurur:
﴿وَلَا تَدْعُ مِنْ دُونِ اللَّهِ مَا لَا يَنْفَعُكَ وَلَا يَضُرُّكَ فَإِن فَعَلۡتَ فَإِنَّكَ إِذٗا مِّنَ ٱلظَّٰلِمِينَ106﴾
(Allahı qoyub, sənə nə bir fayda, nə də bir zərər verə bilməyənlərə dua etmə. Əgər belə etsən, sözsüz ki, zalımlardan olarsan). [Yunus: 106]. Bu ayə, Peyğəmbərə (sallallahu əleyhi va səlləm) yönəldilmiş bir xitabdır. Halbuki, Uca Allahın Peyğəmbəri şirkdən qoruması məlumdur. Buna görə də bu xitabın məqsədi, əslində başqalarını xəbərdar etməkdir. Sonra Uca Allah buyurur:
﴿وَلَا تَدۡعُ مِن دُونِ ٱللَّهِ مَا لَا يَنفَعُكَ وَلَا يَضُرُّكَ فَإِنْ فَعَلْتَ فَإِنَّكَ إِذًا مِنَ الظَّالِمِينَ106﴾
(Allahı qoyub, sənə nə bir fayda, nə də bir zərər verə bilməyənlərə dua etmə. Əgər belə etsən, sözsüz ki, zalımlardan olarsan). [Yunus: 106]. Bu, Peyğəmbərə (sallallahu əleyhi va səlləm) yönəlmiş bir xitabdır. Lakin məqsəd başqalarını xəbərdar etmək və şirkdən çəkindirməkdir. Çünki Uca Allahın Rəsulunu (sallallahu əleyhi va səlləm) şirkdən qoruması məlumdur. Daha sonra Uca Allah bu qadağanı və xəbərdarlığı daha sərt tərzdə ifadə edərək belə buyurdu:
﴿...فَإِنْ فَعَلْتَ فَإِنَّكَ إِذًا مِنَ الظَّالِمِينَ﴾
(Əgər belə etsən, sözsüz ki, zalımlardan olarsan). [Yunus: 106]. Quranda "Zülm" sözü ümumi şəkildə işləndikdə, bununla böyük şirk nəzərdə tutulur. Uca Allah buyurur:
﴿...وَالْكَافِرُونَ هُمُ الظَّالِمُونَ﴾
(Kafirlər zalımdırlar). [Bəqərə: 286]. Uca Allah buyurur:
﴿...إِنَّ الشِّرْكَ لَظُلْمٌ عَظِيمٌ﴾
(Həqiqətən, (Allaha) şərik qoşmaq böyük zülmdür!). [Loğman: 13]. Əgər Adəm oğullarının ağası olan Peyğəmbər (sallallahu əleyhi va səlləm) belə, Allahdan başqasına dua etsəydi, zalımlardan sayılardısa, elə isə başqalarının halı necə olacaq?!"
Bu və digər ayələrdən aydın olur ki, Allahdan başqasına — istər ölülərə, ağaclara, bütlərə və sairəyə — dua etmək, Uca Allaha şərik qoşmaqdır. Bu, insan və cinlərin yaradılmasının, peyğəmbərlərin göndərilməsinin və İlahi kitabların nazil edilməsinin əsas məqsədi olan Uca Allahı ibadətdə tək bilmək (tövhid) inancına və eləcə də ibadətin Allahdan başqasına edilməsini inkar edib, onun yalnız tək Allaha olmasını bildirən "Lə iləhə illəllah" (Allahdan başqa ibadətə layiq haqq məbud yoxdur) şəhadət kəliməsinin mənasına ziddir. Necə ki, Uca Allah buyurur:
﴿ذَٰلِكَ بِأَنَّ ٱللَّهَ هُوَ ٱلۡحَقُّ وَأَنَّ مَا يَدۡعُونَ مِن دُونِهِۦ هُوَ ٱلۡبَٰطِلُ وَأَنَّ ٱللَّهَ هُوَ ٱلۡعَلِيُّ ٱلۡكَبِيرُ62﴾
(Bu belədir. Çünki Allah Haqdır. (müşriklərin) Ondan başqa dua etdikləri isə batildir. Həqiqətən, Allah Ucadır, Böyükdür). [Həcc: 62].
Bu, dinin əsası və İslam millətinin təməlidir. Bu əsas doğru (səhih) olmadıqca, ibadətlər də doğru (səhih) olunmaz. Uca Allah bu barədə belə buyurur:
﴿وَلَقَدْ أُوحِيَ إِلَيْكَ وَإِلَى الَّذِينَ مِنْ قَبْلِكَ لَئِنْ أَشْرَكْتَ لَيَحْبَطَنَّ عَمَلُكَ وَلَتَكُونَنَّ مِنَ الْخَاسِرِينَ65﴾
(Sənə və səndən əvvəlkilərə belə vəhy olunmuşdur: “Əgər (Allaha) şərik qoşsan, əməlin puç olacaq və mütləq ziyana uğrayanlardan olacaqsan). [Zümər: 65]. Pak və Uca olan Allah buyurur:
﴿...وَلَوْ أَشْرَكُوا لَحَبِطَ عَنْهُمْ مَا كَانُوا يَعْمَلُونَ﴾
(Əgər onlar (Allaha) şərik qoşsaydılar, etdikləri əməllər puç olardı). [Ənam: 88].
Yuxarıda qeyd edilənlərdən aydın olur ki, İslam dininin və "Lə iləhə illəllah" (Allahdan başqa ibadətə layiq haqq məbud yoxdur) şəhadət kəliməsinin iki böyük əsası vardır:
Birincisi: Yalnız Uca Allaha, Ona şərik qoşmadan ibadət edilməlidir. Kim peyğəmbərlərdən və ya qeyrilərindən olan ölülərə, bütlərə, ağaclara, daşlara və s. başqa məxluqlara dua edərsə yaxud onlardan kömək diləyərsə, onlara qurban kəsib, nəzir deməklə yaxınlaşarsa və ya onlar üçün namaz qılıb, səcdə edərsə, o zaman bu insan onları Allahdan başqa tanrılar qəbul etmiş, onları ibadətdə Uca Allaha bərabər tutmuş və "Lə iləhə illəllah" (Allahdan başqa ibadətə layiq haqq məbud yoxdur) şəhadət kəliməsinin mənasına zidd davranmışdır.
İkincisi: Uca Allaha yalnız Onun Peyğəmbərinin və Rəsulunun (sallallahu əleyhi va səlləm) gətirdiyi şəriətlə ibadət edilməlidir. Kim dində, Uca Allahın icazə vermədiyi bir yenilik edərsə, o zaman "Muhammədən Rəsulullah" (Muhamməd Allahın elçisidir) şəhadət kəlməsinin mənasını tam şəkildə həyata keçirməmişdir. Onun bu əməli ona fayda verməz və Allah tərəfindən qəbul edilməz. Uca Allah buyurur:
﴿وَقَدِمْنَا إِلَى مَا عَمِلُوا مِنْ عَمَلٍ فَجَعَلْنَاهُ هَبَاءً مَنْثُورًا23﴾
(Biz onların etdikləri (yaxşı) əməllərə nəzər saldıq və onları (havada) sovrulmuş toz dənəciklərinə çevirərik). [Furqan: 23]. Burada nəzərdə tutulan əməllər, Uca Allaha şərik qoşaraq dünyasını dəyişən insanların əməlləridir.
Bura həmçinin, Allahın izin vermədiyi bidət (sonradan dində uydurulmuş) əməlləri də daxildir. Qiyamət günü bu əməllər, Allahın pak şəriətinə müvafiq olmadığı üçün puç olub havaya sovrulacaqdır. Peyğəmbər (sallallahu əleyhi va səlləm) belə buyurmuşdur:
«مَنْ أَحْدَثَ فِي أَمْرِنَا هَذَا مَا لَيْسَ مِنْهُ فَهُوَ رَدٌّ».
"Kim bizim bu işimizdə (dinimizdə) onda olmayan bir yenilik edərsə o, rədd olunar". Hədisi Buxari və Müslim rəvayət etmişdir.
Nəticə olaraq demək olar ki, bu yazar qadın öz istəklərini və duasını Peyğəmbərə (sallallahu əleyhi va səlləm) yönəltmiş, aləmlərin Rəbbi olan Allahdan isə üz çevirmişdir. Halbuki yardım etmək, zərəri dəf etmək və fayda vermək yalnız Onun əlindədir. Bunlardan hər hansı biri heç bir məxluqun əlində deyil.
Şübhəsiz ki, bu böyük və ağır bir zülmdür. Uca Allah Özünə dua edilməsini əmr etmiş, Ona dua edənlərə cavab verəcəyini vəd vermiş və buna təkəbbürlük edənləri Cəhənnəmə girəcəkləri ilə hədələyərək belə buyurmuşdur:
﴿وَقَالَ رَبُّكُمُ ادْعُونِي أَسْتَجِبْ لَكُمْ إِنَّ الَّذِينَ يَسْتَكْبِرُونَ عَنْ عِبَادَتِي سَيَدْخُلُونَ جَهَنَّمَ دَاخِرِينَ 60﴾
(Rəbbiniz buyurdu: “Mənə dua edin, Mən də duanıza cavab verim. Mənə ibadət etməyə təkəbbürlük göstərənlər Cəhənnəmə zəlil olaraq girəcəklər”). [Ğafir: 60]. Yəni: Alçalmış və zəlil halda. Bu mübarək ayə, duanın ibadət olduğuna və kim təkəbbürlük edib ondan üz çevirərsə, onun məskəni Cəhənnəm olacağına dəlalət edir. Əgər Allaha dua etməyə təkəbbürlük edən şəxsin aqibəti belədirsə, bəs elə isə Allahdan üz çevirib başqasına dua edən birinin halı necə olacaq?! Halbuki, O, qullarına yaxın, hər şeyin sahibi və hər şeyə qadir olandir. Uca Allah belə buyurmuşdur:
﴿وَإِذَا سَأَلَكَ عِبَادِي عَنِّي فَإِنِّي قَرِيبٌ أُجِيبُ دَعْوَةَ الدَّاعِ إِذَا دَعَانِ فَلْيَسْتَجِيبُوا لِي وَلْيُؤْمِنُوا بِي لَعَلَّهُمْ يَرْشُدُونَ 186﴾
(Əgər qullarım səndən Mənim barəmdə soruşsalar, sözsüz ki, Mən (onlara) yaxınam, Mənə dua edənin duasını qəbul edərəm. Gərək onlar da, Mənim çağırışımı qəbul etsinlər və Mənə iman gətirsinlər ki, bəlkə (bununla) doğru yola yönəlsinlər). [Bəqərə: 186]. Rəsulullah (sallallahu əleyhi va səlləm) Səhih hədisdə duanın ibadət olduğunu xəbər vermişdir. O, əmisi oğlu Abdullah bin Abbasa (Allah ondan razı olsun) belə demişdir:
«احْفَظِ اللهَ يَحْفَظْكَ، احْفَظِ اللهَ تَجِدْهُ تُجَاهَكَ، إِذَا سَأَلْتَ فَاسْأَلِ اللهَ، وَإِذَا اسْتَعْنَتَ فَاسْتَعِنْ بِاللهِ».
"Allahın qoyduğu hüdudları qoru ki, Allah da səni qorusun. Allahın qoyduğu hüdudları qoru ki, Allahı qarşında görəsən. İstədikdə, yalnız Allahdan istə. Kömək dilədikdə də ancaq Allahdan kömək dilə". Hədisi Tirmizi və başqaları rəvayət etmişdir.
Peyğəmbər (sallallahu aleyhi va səlləm) belə buyurmuşdur:
«مَنْ مَاتَ وَهُوَ يَدْعُو لِلَّهِ نِدًّا؛ دَخَلَ النَّارَ».
“Kim Allahla yanaşı başqa birinə dua edərək ölərsə, Cəhənnəmə girər”. Hədisi Buxari rəvayət etmişdir. Buxari və Müslimdə rəvayət olunan bir hədisdə Peyğəmbərdən (sallallahu aleyhi va səlləm) soruşuldu: "Ən böyük günah hansıdır?". O (sallallahu aleyhi va səlləm) belə cavab verdi:
«أَنْ تَجْعَلَ لِلَّهِ نِدًّا وَهُوَ خَلَقَكَ».
"Allah səni xəlq etdiyi halda, Ona şərik qoşmağındır". Ərəb dilində: "Nidd" (ندّ) sözü "bərabər" və ya "tay" mənasını bildirir. Kim Allahdan başqa birinə dua edərsə, ondan kömək diləyərsə, ona nəzir deyərsə, ona qurban kəsərsə və ya Allahdan başqasına, qeyd olunan bu ibadətlərdən başqa hər hansı bir ibadət növünü hər hansı bir məxluqa sərf edərsə, Allaha şərik qoşduğu kimsənin: peyğəmbər, övliya, mələk, cin, büt və ya digər hər hansı bir məxluq olmasından asılı olmayaraq onu Allaha bərabər və ya tay tutmuş olur.
Bəzi insanlar bu nöqtədə belə sual verə bilər: Bəs diri və yanında olan birindən, onun bacardığı bir şeyi istəməyin və ya o, gücü çatan maddi bir işdə ondan kömək diləməyin hökmü nədir? Bunun cavabı budur: Bu cür istəklər şirk sayılmır. Əksinə, bu, müsəlmanlar arasında caiz olan adi və təbii işlərdəndir. Uca Allah Musa (Aleyhissəlam) haqqında belə buyurur:
﴿...فَاسْتَغَاثَهُ الَّذِي مِنْ شِيعَتِهِ عَلَى الَّذِي مِنْ عَدُوِّهِ...﴾
(Tərəfdarlarından olan kəs onu düşməninə qarşı köməyə çağırdı). [Qasas: 15]. Həmçinin, Uca Allah Musa (Aleyhissəlam) ilə bağlı başqa bir ayədə də belə buyurur:
﴿فَخَرَجَ مِنْهَا خَائِفًا يَتَرَقَّبُ...﴾
(Musa qorxu içində ətrafa baxa-baxa oradan çıxıb: “Ey Rəbbim! Məni zalım qövmdən xilas et!”– dedi). [Qasas: 21]. Eləcə də, insan, müharibə zamanı və ya insanların çətinliklərlə üzləşdikləri və biri-birinə ehtiyaclı olduğu digər hallarda öz dostlarından və yaxınlarından yardım istəməsi bu qəbildən sayılır.
Uca Allah, Peyğəmbərinə (sallallahu aleyhi va səlləm) vəhy edərək, ümmətinə Onun heç kəsə nə fayda, nə də zərər verə bilməyəcəyini xəbər verməsini əmr etmişdir:
﴿قُلْ إِنَّمَا أَدْعُو رَبِّي وَلَا أُشْرِكُ بِهِ أَحَدًا21 قُلْ إِنِّي لَا أَمْلِكُ لَكُمْ ضَرًّا وَلَا رَشَدًا22﴾
(De: “Mən yalnız öz Rəbbimə dua edirəm və heç kəsi Ona şərik qoşmuram!”).
(De: “Mən sizə nə ziyan verməyə, nə də sizi doğru yola yönəltməyə qadir deyiləm!”).
[Cin: 21, 22]. Uca Allah buyurur:
﴿قُلْ لَا أَمْلِكُ لِنَفْسِي نَفْعًا وَلَا ضَرًّا إِلَّا مَا شَاءَ اللَّهُ وَلَوْ كُنْتُ أَعْلَمُ الْغَيْبَ لَاسْتَكْثَرْتُ مِنَ الْخَيْرِ وَمَا مَسَّنِيَ السُّوءُ إِنْ أَنَا إِلَّا نَذِيرٌ وَبَشِيرٌ لِقَوْمٍ يُؤْمِنُونَ188﴾
(De: “Mən Allahın istədiyindən başqa özümə nə bir fayda, nə də bir zərər yetirməyə qadirəm. Əgər qeybi bilsəydim, əlbəttə ki, özüm üçün xeyir artırardım və mənə pislik toxunmazdı. Mən sadəcə, iman gətirən bir qövm üçün qorxudan və müjdələyənəm”). [Əraf: 188].
Bu mənada bir çox ayələr mövcuddur.
Məlumdur ki, Peyğəmbər (sallallahu aleyhi va səlləm) yalnız Rəbbinə dua edərdi. Həmçinin Bədr günü Peyğəmbərin (sallallahu aleyhi va səlləm) Allahdan kömək diləməsi, düşməninə qarşı Ondan yardım istəməsi və o anda Rəbbinə israrla çoxlu dualar etməsi sabit olmuşdur. Peyğəmbər (sallallahu aleyhi va səlləm) o an belə deyərək Rəbbinə dua edirdi: "Ya Rəbb! Mənə vəd etdiyini yerinə yetir!". Bu zaman Əbu Bəkr əs-Siddiq əl-Əkbər (Allah ondan razı olsun) dedi: "Bəsdir, Ey Allahın Rəsulu! Şübhəsiz ki, Allah sənə vəd etdiyini yerinə yetirəcəkdir". Bu hadisə ilə əlaqədar olaraq Uca Allah bu ayəni nazil etdi:
﴿إِذۡ تَسۡتَغِيثُونَ رَبَّكُمۡ فَٱسۡتَجَابَ لَكُمۡ أَنِّي مُمِدُّكُم بِأَلۡفٖ مِّنَ ٱلۡمَلَٰٓئِكَةِ مُرۡدِفِينَ9﴾
(O zaman siz Rəbbinizdən kömək diləyirdiniz. O da: “Mən sizə bir-birinin ardınca gələn min mələklə yardım edəcəm”– deyə duanızı qəbul etmişdi). [Ənfal: 9]. Uca Allah bu ayələrdə onların kömək istəməsini (dua edib yalvarmalarını) xatırlatdı və dualarını qəbul edib, onları zəfərlə müjdələmək və qəlblərinə təskinlik, arxayınlıq vermək üçün mələkləri yardım məqsədi ilə göndərdiyini bildirdi. Eyni ilə Uca Allah qələbənin mələklərdən deyil, məhz Allahdan olduğunu açıq şəkildə bəyan etdi. Uca Allah belə buyurur:
﴿وَمَا النَّصْرُ إِلَّا مِنْ عِنْدِ اللَّهِ...﴾
(Zəfər yalnız Qüdrət və Hikmək sahibi olan Allahdandır). [Əli İmran: 126]. İzzət və Cəlal sahib olan Allah buyurur:
﴿وَلَقَدْ نَصَرَكُمُ اللَّهُ بِبَدْرٍ وَأَنْتُمْ أَذِلَّةٌ فَاتَّقُوا اللَّهَ لَعَلَّكُمْ تَشْكُرُونَ123﴾
(Siz zəif olduğunuz halda, Allah Bədrdə sizə yardım etdi. Elə isə Allahdan qorxun ki, bəlkə şükür edəsiniz). [Əli İmran: 123]. Beləliklə, Uca Allah bu ayədə Bədr günü onlara yardım edənin yalnız Özünün olduğunu açıq şəkildə bəyan etdi. Bununla da aydın oldu ki, onlara verilən silah-sursat və qüvvə, eləcə də göndərilən mələklər, bütün bunlar yalnız zəfərin səbəbləri, bir müjdə və qəlblərə rahatlıq vəd edən vasitələrdir. Əsl qələbə isə bunlardan deyil, əksinə, yalnız Allahdandır. Bəs necə olur ki, bu yazar qadın və ya başqaları cürət edib öz yardım istəklərini və qələbə arzularını Peyğəmbərə (sallallahu aleyhi va səlləm) yönəldir, lakin aləmlərin Rəbbi olan, hər şeyin sahibi və hər şeyə qadir olan Allahdan üz çevirirlər?!
Şübhəsiz ki, bu, cahilliyin ən çirkin formalarından, hətta ən böyük şirk növlərindən biridir. Bu məqaləni yazar qadına vacib olan isə Allaha səmimi qəlbdən tövbə etməkdir. Səmimi tövbə isə bir neçə məsələni özündə əhatə edir, bunlar aşağıdakılardır: Birinci: Etdiyi əmələ görə peşman olmaq. İkinci: Etdiyi əməldən dərhal əl çəkmək. Üçüncü: Allahı təzim edərək, xalis Allah üçün, əmrinə itaət və qadağasından çəkinmək məqsədilə həmin əmələ bir daha qayıtmamağa qəti qərar vermək. Məhz belə bir tövbə, səmimi (həqiqi) tövbədir. Burada dördüncü bir hal (yaxud şərt) mövcuddur ki, əgər zülm insanlar və ya digər yaradılanlara qarşı olmuşdursa, o zaman dördüncüsü, haqqı sahibinə geri vermək və ya ondan halallıq almaqdır.
Uca Allah qullarına tövbə etməyi əmr etmiş və onlara tövbələrinin qəbul edəcəyini vəd etmişdir. Uca Allah belə buyurmuşdur:
﴿...وَتُوبُوا إِلَى اللَّهِ جَمِيعًا أَيُّهَ الْمُؤْمِنُونَ لَعَلَّكُمْ تُفْلِحُونَ﴾
(Ey iman gətirənlər! Hamınız Allaha tövbə edin ki, bəlkə nicat tapasınız). [Nur: 31]. Uca Allah nəsranilər haqqında belə buyurmuşdur:
﴿أَفَلَا يَتُوبُونَ إِلَى اللَّهِ وَيَسْتَغْفِرُونَهُ وَاللَّهُ غَفُورٌ رَحِيمٌ74﴾
(Onlar Allaha tövbə edib Ondan bağışlanma diləməyəcəklərmi?! Allah bağışlayandır, rəhmlidir). [Maidə: 74]. Uca Allah buyurur:
﴿وَالَّذِينَ لَا يَدْعُونَ مَعَ اللَّهِ إِلَهًا آخَرَ وَلَا يَقْتُلُونَ النَّفْسَ الَّتِي حَرَّمَ اللَّهُ إِلَّا بِالْحَقِّ وَلَا يَزْنُونَ وَمَنْ يَفْعَلْ ذَلِكَ يَلْقَ أَثَامًا68 يُضَاعَفْ لَهُ الْعَذَابُ يَوْمَ الْقِيَامَةِ وَيَخْلُدْ فِيهِ مُهَانًا69 إِلَّا مَنْ تَابَ وَآمَنَ وَعَمِلَ عَمَلًا صَالِحًا فَأُولَئِكَ يُبَدِّلُ اللَّهُ سَيِّئَاتِهِمْ حَسَنَاتٍ وَكَانَ اللَّهُ غَفُورًا رَحِيمًا70﴾
(Onlar Allahla yanaşı başqa məbuda dua etməz, Allahın haram etdiyi canı haqsız yerə qətlə yetirməz və zina etməzlər. Kim bunu (və ya bunlardan birini) edərsə cəzaya məruz qalar.
Qiyamət günü onun əzabı qat-qat artırılar və onun (əzabın) içində zəlil olaraq əbədi qalar.
Ancaq tövbə edib iman gətirən və saleh əməllər edənlərdən başqa. Allah onların pis əməllərini yaxşı əməllərlə əvəz edər. Allah Bağışlayandır, Rəhmlidir!). [Furqan: 68-70]. Uca Allah buyurur:
﴿وَهُوَ الَّذِي يَقْبَلُ التَّوْبَةَ عَنْ عِبَادِهِ وَيَعْفُو عَنِ السَّيِّئَاتِ وَيَعْلَمُ مَا تَفْعَلُونَ25﴾
(O, qullarının tövbəsini qəbul edən, günahları bağışlayan və sizin nə etdiyinizi biləndir).
[Şura: 25].
Rəsulullah (sallallahu əleyhi va səlləm) Səhih bir hədisdə belə buyurmuşdur:
«الإِسْلَامُ يَهْدِمُ مَا كَانَ قَبْلَهُ، وَالتَّوْبَةُ تَجُبُّ مَا كَانَ قَبْلَهَا».
"İslam özündən əvvəlki günahların silib aparır. Tövbə özündən əvvəlki günahların aradan qaldırır".
Bu qısa məqaləni yazmağımın səbəbi, şirkin böyük təhlükə daşıması, onun günahların ən böyüyü olması, bu yazı müəllifinin dedikləri ilə kiminsə aldanmasından qorxmağım və Allaha və Onun qulları üçün nəsihət verməyin vacib olmasıdır. Uca Allahdan bu məqaləni faydalı etməsini, halımızı və bütün müsəlmanların halını yaxşılaşdırmasını, bizə və bütün müsəlmanlara dini dərindən anlamağı və bu yolda sabit qalmağı nəsib etməsini, həmçinin bizi və müsəlmanları nəfsimizin şərindən və pis əməllərimizdən qorumasını diləyirəm. Həqiqətən, bunu edən və buna qadir olan yalnız Odur.
Allahın salatı, salamı və bərəkəti qulu, Rəsulu olan Muhammədin, onun ailəsinin və səhabələrinin üzərinə olsun!
***
بِسْمِ اللهِ الرَّحمَنِ الرَّحِيمِ
Üçüncü Risalə:
Cin və şeytanlardan kömək istəməyin və onlara nəzir deməyin hökmü haqqında
Abduləziz bin Abdullah bin Bazdan, bu məqaləni görəcək (oxuyacaq) müsəlmanlara. Allah məni və sizi dininə sıx bağlı qalmağa və onda sabit olmağa müvəffəq etsin. Amin!
əs-Sələmu aleykum və rahmətullahi va bərakətuh
Daha sonra:
Bəzi qardaşlar məndən, bəzi cahil insanların çətin anlarda Allahdan qeyrisinə — xüsusilə də cinlərə — dua etməsi, onlardan kömək diləməsi, onlara nəzir deməsi və qurban kəsməsi kimi əməllərin hökmü barədə soruşdular. Buna misal olaraq bura bəzilərinin: “Ya Səbəah!” – yəni: “Ey cinlərin yeddi başçısı! Onu tutun, sümüklərini qırın, qanını için, bədənini parçalayıb cəzalandırın! Ey Səbəah, ona bunu edin!” ... yaxud da bəzilərinin: “Tutun onu, ey zöhr vaxtının cinləri! Ey əsr vaxtının cinləri!” – deməsi daxildir. Bu kimi sözlər cənub bölgələrində çox yayılmışdır. Bu qəbildən olan digər bir hal da, ölülərə, o cümlədən peyğəmbərlərə, salehlərə və başqalarına dua etmək, eləcə də mələklərə dua edib onlardan kömək (yardım) diləməkdir. Bütün bu deyilənlər və buna bənzər hallar, təəssüf ki, İslama mənsub olduğunu iddia edən bir çox insan arasında yayılmışdır. Bu, onların din haqqında cahil olmalarından və özlərindən əvvəlkilərə kor-koranə təqlid etmələrindən qaynaqlanır. Bəziləri isə bu işi yüngül sayaraq: “Bu, sadəcə dilimizdən çıxan sözlərdir, biz nə onu qəsd edirik, nə də ona inanırıq” – deyərək bu sözləri özlərinə haqq qazandırmaq üçün dəlil olaraq gətirirlər.
Həmçinin məndən bu əməllərlə məşğul olduqları məlum olan şəxslərlə evlənməyin, onların kəsdikləri heyvanların ətindən yeməyin, onların arxalarında namaz qılmağın və cənazə namazında iştirak etməyin hökmü barədə soruşdu. Eyni zamanda, xəstənin bədəninə toxunmuş bir əşyanı — məsələn: əmmamə, şalvar, baş örtüyü və buna bənzər şeyləri — sadəcə görməklə xəstəliyin nə olduğunu və səbəbini bildiyini iddia edən, falçı və sehrbazlara inanmağın hökmü haqqında da sual verdi.
Cavab: Həmd yalnız Allaha məxsusdur. Salat və salam Özündən sonra heç bir peyğəmbər olmayan Muhammədə, onun ailəsinə və səhabələrinə və Qiyamət gününə qədər onlara gözəl şəkildə tabe olanların üzərinə olsun.
Daha sonra: Uca Allah cinləri və insanları, Ondan başqasına deyil, yalnız Özünə ibadət etmələri, yalnız Ona dua etmələri, yalnız Ondan kömək diləmələri, yalnız Onun üçün qurban kəsmələri, nəzir demələri, eləcə də bütün ibadət növlərini yalnız Ona həsr etmələri üçün yaratmışdır. Uca Allah bu məqsədlə peyğəmbərlər göndərmiş, onlara bu əmrə dəvət etməyi buyurmuş və bu həqiqətləri bəyan etmək, insanları ona çağırmaq, onları Allaha şərik qoşmaqdan və Ondan başqasına ibadət etməkdən çəkindirmək üçün səmavi kitabların ən əzəmətlisi olan Qurani-Kərimi nazil etmişdir. Bu, bütün əsasların əsası, dinin və İslam millətinin təməlidir. Məhz bu: "Lə iləhə illəllah" (Allahdan başqa ibadətə layiq haqq məbud yoxdur) şəhadət kəlməsinin mənasıdır. Onun həqiqəti budur: “Allahdan başqa haqq olaraq ibadət olunan məbud yoxdur”. Bu kəlmə, Allahdan başqasının ilahlığını və ibadətini rədd edir, ibadətin heç bir məxluqa deyil, yalnız Allaha məxsus olduğunu təsdiqləyir. Bu barədə Allahın Kitabında və Rəsulunun (sallallahu əleyhi va səlləm) sünnəsində çox sayda dəlil vardır. Onlardan bəziləri Uca Allahın bu ayələridir. Uca Allah buyurur:
﴿وَمَا خَلَقْتُ الْجِنَّ وَالْإِنْسَ إِلَّا لِيَعْبُدُونِ56﴾
(Mən cinləri və insanları yalnız Mənə ibadət etmək üçün yaratdım). [Zariyat: 56]. Pak və Nöqsansız olan Allah diğər ayədə buyurur:
﴿وَقَضَى رَبُّكَ أَلَّا تَعْبُدُوا إِلَّا إِيَّاهُ...﴾
(Rəbbin yalnız Ona ibadət etməyi əmr etmişdir). [İsra: 23]. Uca Allah buyurur:
﴿وَمَا أُمِرُوا إِلَّا لِيَعْبُدُوا اللَّهَ مُخْلِصِينَ لَهُ الدِّينَ حُنَفَاءَ...﴾
(Halbuki onlara, dini məhz Allaha məxsus edib, batildən haqqa yönələrək ibadət etmələri əmr olunmuşdur). [Bəyyinə: 5]. Uca Allah buyurur:
﴿وَقَالَ رَبُّكُمُ ادْعُونِي أَسْتَجِبْ لَكُمْ إِنَّ الَّذِينَ يَسْتَكْبِرُونَ عَنْ عِبَادَتِي سَيَدْخُلُونَ جَهَنَّمَ دَاخِرِينَ60﴾
(Rəbbiniz buyurdu: “Mənə dua edin, Mən də duanıza cavab verim. Mənə ibadət etməyə təkəbbürlük göstərənlər Cəhənnəmə zəlil olaraq girəcəklər”). [Ğafir: 60]. Uca Allah buyurur:
﴿وَإِذَا سَأَلَكَ عِبَادِي عَنِّي فَإِنِّي قَرِيبٌ أُجِيبُ دَعْوَةَ الدَّاعِ إِذَا دَعَانِ...﴾
(Əgər qullarım səndən Mənim barəmdə soruşsalar, sözsüz ki, Mən (onlara) yaxınam, Mənə dua edənin duasını qəbul edərəm). [Bəqərə: 186].
Uca Allah bu ayələrdə, cinləri və insanları yalnız Ona ibadət etmək üçün yaratdığını və həmçinin, Quranın muhkəm ayələrində və Peyğəmbərin (sallallahu əleyhi va səlləm) sünnəsində, qullarına yalnız Rəbbinə ibadət etmələrini əmr etdiyini bəyan etmişdir.
Uca Allah, duanın əzəmətli bir ibadət olduğunu və ondan təkəbbürlə imtina edənlərin Cəhənnəmə daxil olacağını açıqca bildirmişdir. Uca Allah, qullarına yalnız Ona dua etməyi əmr etmiş və Onun çox yaxın olduğunu, qullarının dualarına cavab verəcəyini bəyan etmişdir. Buna görə də, bütün qulların yalnız Uca Allaha dua etmələri vacibdir. Çünki dua, onların yaradılma məqsədi olan ibadətin bir növüdür və buna görə də onlara bu ibadət əmr edilmişdir. Uca Allah belə buyurur:
﴿قُلْ إِنَّ صَلَاتِي وَنُسُكِي وَمَحْيَايَ وَمَمَاتِي لِلَّهِ رَبِّ الْعَالَمِينَ162 لَا شَرِيكَ لَهُ وَبِذَلِكَ أُمِرْتُ وَأَنَا أَوَّلُ الْمُسْلِمِينَ163﴾
(De: “Şübhəsiz ki, mənim namazım da, qurbanım da, həyatım da, ölümüm də aləmlərin Rəbbi olan Allah üçündür!.
Onun heç bir şəriki yoxdur. Mənə belə buyurulmuşdur və mən müsəlmanların birincisiyəm”). [Ənam: 162, 163].
Uca Allah bu ayədə Peyğəmbərinə (sallallahu əleyhi va səlləm) onun namazının, qurbanının, həyatının və ölümünün yalnız heç bir şəriki olmayan aləmlərin Rəbbi olan Allah üçün olduğunu insanlara bildirməsini əmr etmişdir. Buna əsasən, kim Allahdan qeyrisinə qurban kəsərsə və ya Allahdan qeyrisi üçün namaz qılarsa, o, Allaha şərik qoşmuşdur. Çünki Uca Allah namaz və qurbanı Qurani-Kərimdə bir yerdə (bir-birinə yaxın) zikr etmiş və bunların yalnız Allah üçün olduğunu, Onun isə heç bir şəriki olmadığını bildirmişdir. Kim Allahdan qeyrisinə, məsələn: cinlərə, mələklərə, ölülərə və digər varlıqlara qurban kəsərsə və bunu onlara yaxınlaşmaq məqsədilə edərsə, o, sanki Allahdan qeyrisinə namaz qılan kimidir. Səhih hədislərin birində isə Peyğəmbər (sallallahu əleyhi va səlləm) belə buyurmuşdur:
«لَعَنَ اللهُ مَنْ ذَبَحَ لِغَيْرِ اللهِ».
"Allah Ondan başqası üçün qurban kəsənə lənət etsin!". İmam Əhməd "Müsnəd" əsərində, Tariq bin Şihabdan (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (sallallahu əleyhi va səlləm) belə demişdir:
«مرَّ رَجُلَانِ عَلَى قَومٍ لَهُم صَنَمٌ لَا يَجُوزُهُ أَحَدٌ حَتَّى يُقرِّبَ لَهُ شَيئًا، فَقَالُوا لِأَحَدِهِمَا: قَرِّبْ. قَالَ: لَيسَ عِندِي شَيءٌ أَقَرِّبُهُ، قَالُوا: قَرِّبْ وَلَوْ ذَبَابًا، فَقَرَّبَ ذُبَابًا، فَخَلُّوا سَبِيلَهُ، فَدَخَلَ النَّارَ، وَقَالُوا لِلآخَرِ: قَرِّبْ. قَالَ: مَا كُنْتُ لِأُقَرِّبَ لِأَحَدٍ شَيْئًا دُونَ اللهِ جَلَّ جَلَالُهُ، فَضَرَبُوا عُنُقَه، فَدَخَلَ الجَنَّةَ».
"İki kişi bir qövmün yanından keçdi. O qövmün bir bütləri vardı ki, ona bir şey qurban etmədən kimsə oradan keçə bilməzdi. Onlar, iki kişidən birinə: "Qurban ver!" — dedilər. O: "Mənim qurban edəcək heç bir şeyim yoxdur" — dedi. Onlar: "Qurban ver, hətta bir milçək də olsa belə!" — dedilər. O da bir milçək qurban etdi, sonra onu azad buraxdılar və o, Cəhənnəmə daxil oldu. Onlar, o biri kişiyə: "Qurban ver!" — dedilər. O: "Mən Allahdan -Cəllə Cələluhu- başqa heç kimsəyə qurban etmərəm" — dedi. Buna görə onun boynunu yurdular və o, Cənnətə daxil oldu".
Əgər bir şəxs büt və ya ona bənzər şeylərə milçək kimi (kiçik) bir şey qurban edərək yaxınlaşarsa, bu Allaha şərik qoşmaqla (onun müşrik olması ilə) nəticələnərsə və buna görə bu əməli edən Cəhənnəmə layiq görülərsə, o zaman cinlərə, mələklərə, övliyalara dua edən, onlardan yardım diləyən, onlara nəzir edən, qurbanlar kəsən və bu əməlləri öz malını hifz etmək, xəstəsini sağaltmaq, heyvanlarını və əkinlərini qorumaq üçün edən bir şəxsin, eləcə də, cinlərdən və ya başqalarından qorxaraq belə edən kimsənin halı necə olacaqdır?! Şübhəsiz ki, belə bir şey edən və ya buna bənzər əməllərə yol verən şəxs, milçək qurban edən kişidən daha çox Allaha şərik qoşmuşdur və Cəhənnəmə girməyə daha çox layiqdir.
Bu nümunə olaraq, Uca Allah belə buyurur:
﴿إِنَّآ أَنزَلۡنَآ إِلَيۡكَ ٱلۡكِتَٰبَ بِٱلۡحَقِّ فَٱعۡبُدِ ٱللَّهَ مُخۡلِصٗا لَّهُ ٱلدِّينَ2 أَلَا لِلَّهِ ٱلدِّينُ ٱلۡخَالِصُۚ وَٱلَّذِينَ ٱتَّخَذُواْ مِن دُونِهِۦٓ أَوۡلِيَآءَ مَا نَعۡبُدُهُمۡ إِلَّا لِيُقَرِّبُونَآ إِلَى ٱللَّهِ زُلۡفَىٰٓ إِنَّ ٱللَّهَ يَحۡكُمُ بَيۡنَهُمۡ فِي مَا هُمۡ فِيهِ يَخۡتَلِفُونَۗ إِنَّ ٱللَّهَ لَا يَهۡدِي مَنۡ هُوَ كَٰذِبٞ كَفَّارٞ3﴾
(Biz Kitabı sənə haqq olaraq nazil etdik. Odur ki, sən də, dini yalnız Allaha aid edərək ancaq Ona ibadət et!.
Bilin ki, xalis din yalnız Allaha məxsusdur. Allahı qoyub başqalarını özlərinə dost tutanlar: “Biz, onlara ancaq bizi Allaha daha çox yaxınlaşdırsınlar deyə ibadət edirik”– (deyirlər). Şübhəsiz ki, Allah ixtilaf etdikləri məsələlər barədə onların arasında hökm verəcəkdir. Həqiqətən Allah, yalançı və kafir olan kimsəni doğru yola yönəltməz). [Zümər: 2, 3]. Uca Allah buyurur:
﴿وَيَعْبُدُونَ مِنْ دُونِ اللَّهِ مَا لَا يَضُرُّهُمْ وَلَا يَنْفَعُهُمْ وَيَقُولُونَ هَؤُلَاءِ شُفَعَاؤُنَا عِنْدَ اللَّهِ قُلْ أَتُنَبِّئُونَ اللَّهَ بِمَا لَا يَعْلَمُ فِي السَّمَاوَاتِ وَلَا فِي الْأَرْضِ سُبْحَانَهُ وَتَعَالَى عَمَّا يُشْرِكُونَ18﴾
(Onlar Allahı qoyub özlərinə nə bir zərər, nə də bir fayda verə bilməyənlərə ibadət edir və: “Onlar Allah yanında bizim şəfaətçilərimizdir!”– deyirlər. De: “(Yoxsa) Allaha göylərdə və yerdə bilmədiyi bir şeyimi xəbər verirsiniz?” (Allah) onların qoşduqları şəriklərdən uzaqdır və ucadır). [Yunus: 18].
Uca Allah bu iki ayədə, müşriklərin Allahdan qeyri varlıqları özlərinə dostlar (övliyalar) etdiklərini, ibadət etdikləri övliyaların onları Allaha yaxınlaşdırdığını və Allah yanında onlar üçün şəfaətçi olduqlarını iddia edərək, onlara Allahla yanaşı qorxu, ümid, qurban kəsmə, nəzir vermək, dua etmək və bu kimi ibadətləri etdiklərini bildirmişdir. Sonra Uca Allah onların bu iddialarını təkzib etmiş, batil inanclarını açıq şəkildə ifşa etmiş, onları yalançı, kafir və müşriklər adlandırmış və Özünü onların qoşduqları şirkdən uzaq tutaraq belə buyurmuşdur:
﴿...سُبْحَانَهُ وَتَعَالَى عَمَّا يُشْرِكُونَ﴾
(Allah müşriklərin Ona qoşduqları şəriklərdən uzaqdır və ucadır). [Nəhl: 1] Bundan aydın olur ki, kim Allahla bərabər bir mələyi, peyğəmbəri, cinləri, ağacı və ya daşı çağırar, onlara dua edər, onlardan kömək diləyər, onlara nəzir edər və qurban kəsməklə onlara yaxınlaşarsa, onların Allah yanında şəfaətini və Allah hüzuruna yaxınlaşdırdıqlarını ümid edərsə, yaxud xəstəyə şəfa, malın qorunmasını, uzaqda olanın sağ-salamat geri dönməsini və s. kimi şeylər istəyərsə, o, böyük bir şirkə və ağır bir bəlaya düşmüş olar. Uca Allah bu barədə belə buyurmuşdur:
﴿إِنَّ اللَّهَ لَا يَغْفِرُ أَنْ يُشْرَكَ بِهِ وَيَغْفِرُ مَا دُونَ ذَلِكَ لِمَنْ يَشَاءُ وَمَنْ يُشْرِكْ بِاللَّهِ فَقَدِ افْتَرَى إِثْمًا عَظِيمًا48﴾
﴾Şübhəsiz ki, Allah Özünə şərik qoşulmasını əsla bağışlamaz, (amma) bundan başqa olan günahları isə istədiyi şəxsə bağışlayar. Allaha şərik qoşan şəxs böyük bir günah edərək iftira atmış olur﴿. [Nisa: 48]. Uca Allah buyurur:
﴿...إِنَّهُ مَنْ يُشْرِكْ بِاللَّهِ فَقَدْ حَرَّمَ اللَّهُ عَلَيْهِ الْجَنَّةَ وَمَأْوَاهُ النَّارُ وَمَا لِلظَّالِمِينَ مِنْ أَنْصَارٍ﴾
(Kim Allaha şərik qoşarsa, heç şübhəsiz, Allah Cənnəti ona haram edər. Onun gedəcəyi yer Cəhənnəmdir. Zalımların heç bir yardımçısı yoxdur). [Maidə: 72].
Şəfaət isə Qiyamət günü şirk əhli üçün deyil, yalnız tövhid və ixlas əhli üçün olacaqdır. Peyğəmbərə (sallallahu əleyhi va səlləm) bu barədə: "Ya Rəsuləllah, sənin şəfaətinə ən çox kim nail olacaq?" — deyə sual verildikdə, O, belə cavab vermişdir:
«مَنْ قَالَ: لَا إِلَهَ إِلَّا اللهُ خَالِصًا مِنْ قَلْبِهِ».
"Qiyamət günü mənim şəfatimə müvəffəq olan kəs, xalis qəlblə (Lə İləhə illəllah) - deyən kimsədir". Peyğəmbər (sallallahu əleyhi va səlləm) başqa bir hədisdə belə buyurmuşdur:
«لِكُلِّ نَبِيٍّ دَعْوَةٌ مُسْتَجَابَةٌ، فَتَعَجَّلَ كُلُّ نَبِيٍ دَعْوَتَهُ، وَإِنِّي اخْتَـبَأْتُ دَعْوَتِي شَفَاعَةً لِأُمَّتِي يَومَ القِيَامَةِ، فَهِيَ نَائِلَةٌ إِنْ شَاءَ اللهِ مَن مَاتَ مِنْ أُمَّتِي لَا يُشْرِكُ بِاللهِ شَيْئًا».
"Hər bir peyğəmbərin qəbul olunmuş bir duası vardır. Hər bir peyğəmbər öz duasını (bu dünyada) etmişdir. Mən isə duamı Qiyamət günü ümmətimə şəfaət etmək üçün saxladım. İnşəAllah, bu şəfaət, ümmətimdən Allaha heç bir şeyi şərik qoşmadan ölənlərə nəsib olacaqdır".
Əvvəlki müşriklər (yəni: cahiliyyə dövrünün müşrikləri) Allahın Rəbb, Xaliq və Ruziverən olduğuna iman edirdilər. Lakin onlar peyğəmbərlərə, övliyalara, mələklərə, ağaclara, daşlara və bu kimi digər varlıqlara bağlanıb, həmin varlıqların Allah yanında onlar üçün şəfaətçi olacaqlarını və özlərini Allaha yaxınlaşdıracaqlarını ümid edirdilər. Bu, əvvəlki ayələrdə də qeyd olunduğu kimi, onların əsas iddialarından biri idi. Lakin Allah onları bu inanca görə üzürlü saymadı. Əksinə, Uca Allah Öz Əzəmətli Kitabında bu əməllərini inkar etdi, onları kafir və müşriklər adlandırdı və ibadət etdikləri bu ilahların onlara şəfaət edəcəyi və ya onları Allaha yaxınlaşdıracağına dair iddialarını təkzib etdi. Peyğəmbər (sallallahu əleyhi va səlləm) də onları bu əməllərinə görə üzürlü saymadı. Əksinə, Peyğəmbər (sallallahu əleyhi və səlləm) Uca Allahın aşağıda qeyd edilən ayəsinə əsasən, onlarla bu şirk əməllərinə görə, ibadəti yalnız Allaha məxsus edənədək mübarizə apardı.
﴿وَقَاتِلُوهُمْ حَتَّى لَا تَكُونَ فِتْنَةٌ وَيَكُونَ الدِّينُ لِلَّهِ...﴾
(Fitnə aradan qalxana qədər və din ancaq Allaha məxsus edilənədək onlara qarşı vuruşun!). [Bəqərə: 193]. Peyğəmbər (sallallahu aleyhi va səlləm) belə buyurmuşdur:
«أُمِرْتُ أَنْ أُقَاتِلَ النَّاسَ حَتَّى يَشْهَدُوا أَنْ لَا إِلهَ إِلَّا اللهُ وَأَنَّ مُحَمَّدًا رَسُولُ اللهِ، وَيُقِيمُوا الصَّلَاةَ، وَيُؤتُوا الزَّكَاةَ، فَإِذَا فَعَلُوا ذَلِكَ عَصَمُوا مِنِّي دِمَاءَهُم وَأَمْوَالَهُمْ إِلَّا بِحَقِّ الإِسْلَامِ، وَحِسَابُهُم عَلَى اللهِ».
"İnsanlar Allahdan başqa ibadətə layiq haqq məbudun olmadığına və Muhammədin Allahın Rəsulu olduğuna şahidlik edənə, namaz qılana və zəkat verənə qədər onlarla vuruşmaq mənə əmr olundum. Əgər bunları edərlərsə, İslamın haqqı (cinayətə görə veriləcək cəza) istisna olmaqla, qanlarını və mallarını məndən qorumuş olarlar, hesabları isə Allaha aiddir". Peyğəmbərin (sallallahu əleyhi və səlləm) bu sözünün mənası:
«حَتَّى يَشْهَدُوا أَن لَا إِلهَ إِلَّا اللهُ».
"Allahdan başqa ibadətə layiq haqq məbudun olmadığına şahidlik edənə qədər". Yəni: İbadəti yalnız Allah üçün, Ondan başqasına aid etmədən tək Ona həsr edənə qədər.
Müşriklər həqiqətən də cinlərdən qorxur və onlara sığınırdılar. Buna görə Uca Allah bu barədə belə buyurmuşdur:
﴿وَأَنَّهُ كَانَ رِجَالٌ مِنَ الْإِنْسِ يَعُوذُونَ بِرِجَالٍ مِنَ الْجِنِّ فَزَادُوهُمْ رَهَقًا6﴾
(Həqiqətən, insanlardan bəziləri cinlərin bəzilərinə sığınırdılar. Bu isə onların azğınlığını artırırdı). [Cin: 6]. Təfsir alimləri bu mübarək ayənin mənası barədə belə demişlər:
﴿...فَزَادُوهُمْ رَهَقًا﴾
(Bu isə onların azğınlığını artırırdı). Yəni: Onların qorxu və narahatlığını artırırdı. Çünki cinlər, insanların onlara sığındıqlarını gördükdə, özlərini böyük və uca hesab edir, təkəbbür göstərirlər. Bu zaman cinlər, insanların onlara daha çox ibadət etmələri və sığınmaları üçün onların qorxularını və təşvişlərini daha da artırırlar.
Uca Allah müsəlmanlara bu (batil) sığınmanın əvəzinə, Özünə və Onun kamil kəlmələrinə sığınmağı əmr etmişdir. Bu barədə Uca Allah belə buyurmuşdur:
﴿وَإِمَّا يَنْزَغَنَّكَ مِنَ الشَّيْطَانِ نَزْغٌ فَاسْتَعِذْ بِاللَّهِ إِنَّهُ سَمِيعٌ عَلِيمٌ200﴾
(Əgər şeytandan sənə bir vəsvəsə gəlsə, Allaha sığın. Şübhəsiz ki, O, eşidəndir, biləndir). [Əraf: 200]. İzzət və Cəlal sahib olan Allah buyurur:
﴿قُلْ أَعُوذُ بِرَبِّ الْفَلَقِ1﴾
(De: "Sığınıram sübhün Rəbbinə"). [Fələq: 1]. Peyğəmbər (sallallahu aleyhi va səlləm) Səhih bir hədisdə belə buyurmuşdur:
«مَنْ نَزَلَ مَنْزِلًا فَقَالَ: (أَعُوذُ بِكَلِمَاتِ اللهِ التَّامَّاتِ مِنْ شَرِّ مَا خَلَقَ)؛ لَم يَضُرَّهُ شَيءٌ حَتَّى يَرْتَحِلَ مِنْ مَنْزِلِهِ ذَلِكَ».
"Kim bir mənzil başına çatıb:
[Əuzu bikəlimətilləhit-təmməti min şərri mə xaləq]
“Yaratdıqlarının şərindən Allahın kamil kəlmələrinə sığınıram” – duasını oxuyarsa, həmin yeri tərk edənə qədər ona heç bir şey zərər verməz".
Yuxarıda qeyd olunan ayə və hədislərdən nicat axtaran, dinini qorumağa çalışan və həm aşkar, həm də gizli şəkildə şirkin hər növündən salamat qalmaq istəyən bir müsəlmana aydın olur ki, ölmüş şəxslərə, mələklərə, cinlərə və digər məxluqlara bağlanmaq, onlara dua etmək, onlardan kömək və sığınacaq istəmək və s. bu kimi əməllər, cahiliyyə dövrü müşriklərinin əməllərindəndir və Uca Allaha qarşı ən çirkin şirk növlərindən biridir. Buna görə də belə əməlləri tərk etmək, onlardan çəkinmək, başqalarını da onları tərk etməyə təşviq etmək və bu əməlləri edənlərə inkar etmək vacibdir.
Amma insanlar arasında bu kimi şirk əməlləri ilə tanınan bir şəxsə gəldikdə isə, o, bu əməllərdən Allaha səmimi şəkildə tövbə edib, duanı və ibadəti yalnız Allaha xas etməyincə, onunla evlənmək, kəsdiyi heyvanın ətini yemək, onun üçün cənazə namazı qılmaq və onun arxasında namaz qılmaq caiz deyildir. Çünki dua, ibadətin özüdür. Əksinə, o, ibadətin özəyidir. Peyğəmbər (sallallahu əleyhi va səlləm) belə buyurmuşdur:
«الدُّعَاءُ هُوَ العِبَادَةُ».
“Dua ibadətin özüdür”. Peyğəmbər (sallallahu əleyhi va səlləm) başqa bir rəvayətdə belə buyurumuşdur:
«الدُّعَاءُ مُخُّ العِبَادَةِ».
“Dua ibadətin özəyidir”. Amma müşriklərlə evlənməyə gəldikdə isə, Uca Allah belə buyurmuşdur:
﴿وَلَا تَنْكِحُوا الْمُشْرِكَاتِ حَتَّى يُؤْمِنَّ وَلَأَمَةٌ مُؤْمِنَةٌ خَيْرٌ مِنْ مُشْرِكَةٍ وَلَوْ أَعْجَبَتْكُمْ وَلَا تُنْكِحُوا الْمُشْرِكِينَ حَتَّى يُؤْمِنُوا وَلَعَبْدٌ مُؤْمِنٌ خَيْرٌ مِنْ مُشْرِكٍ وَلَوْ أَعْجَبَكُمْ أُولَئِكَ يَدْعُونَ إِلَى النَّارِ وَاللَّهُ يَدْعُو إِلَى الْجَنَّةِ وَالْمَغْفِرَةِ بِإِذْنِهِ وَيُبَيِّنُ آيَاتِهِ لِلنَّاسِ لَعَلَّهُمْ يَتَذَكَّرُونَ221﴾
(Müşrik qadınlar iman gətirməyincə onlarla evlənməyin. Əlbəttə, iman gətirmiş bir kəniz, sizi heyran edən müşrik bir qadından daha xeyirlidir. Müşrik kişilər iman gətirməyincə (mömin qadınları) onlara ərə verməyin. Əlbəttə, iman gətirmiş bir kölə, sizi heyran edən müşrik bir kişidən daha xeyirlidir. Onlar Oda çağırırlar. Allah isə (sizi) Öz izni ilə Cənnətə və bağışlanmağa çağırır. O, Öz ayələrini insanlara bəyan edir ki, bəlkə, düşünüb ibrət alsınlar). [Bəqərə: 221]. Uca Allah bu ayədə müsəlmanlara, istər bütlərə, istər cinlərə, istər mələklərə və ya digər məxluqlara ibadət edən müşrik qadınlarla — onlar ibadəti ixlasla yalnız Allaha xas edib, Peyğəmbərin (sallallahu əleyhi va səlləm) gətirdiklərini təsdiq edərək onun yoluna tabe olmayınca — evlənməyi qadağan etmişdir. Həmçinin Uca Allah, müşrik kişilərin müsəlman qadınlarla — onlar ibadəti ixlasla yalnız Allaha xas edib, Peyğəmbərin (sallallahu əleyhi va səlləm) gətirdiklərini təsdiq edərək ona tabe olmayınca — evləndirilməsini də qadağan etmişdir.
Uca Allah xəbər verir ki, imanlı cariyə, azad və müşrik qadından daha xeyirlidir, hətta baxanlar onun zahiri gözəlliyinə və gözəl danışığına valeh olsalar belə. Eyni ilə Allah bildirir ki, imanlı bir qul, azad və müşrik bir kişidən daha xeyirlidir, hətta zahiri görünüşü, nitqi, cəsarəti və digər üstünlükləri ilə başqalarının diqqətini cəlb etsə belə. Sonra Uca Allah bu üstünlüyün səbəblərini öz sözü ilə izah etmişdir:
﴿...أُولَئِكَ يَدْعُونَ إِلَى النَّارِ...﴾
(Onlar Oda çağırırlar). [Bəqərə: 221]. Yəni: Burada məqsəd müşrik kişilər və qadınlardır. Çünki onlar sözləri, əməlləri, həyat tərzləri və əxlaqları ilə insanları Oda (Cəhnnəmə) çağırırlar. Amma mömin kişilər və qadınlar isə əxlaqları, əməlləri və yaşayış tərzləri ilə insanları Cənnətə dəvət edirlər. Belə olduqda, bunlar və onlar heç bərabər ola bilərmi?!
Amma müşriklər üçün cənazə namazı qılmağa gəldikdə isə, Uca Allah münafiqlər barəsində belə buyurmuşdur:
﴿وَلَا تُصَلِّ عَلَى أَحَدٍ مِنْهُمْ مَاتَ أَبَدًا وَلَا تَقُمْ عَلَى قَبْرِهِ إِنَّهُمْ كَفَرُوا بِاللَّهِ وَرَسُولِهِ وَمَاتُوا وَهُمْ فَاسِقُونَ84﴾
(Heç vaxt onlardan (münafiqlərdən) ölmüş bir kəsin (cənazə) namazını qılma, qəbrinin başında da durma. Çünki onlar Allaha və Rəsluna küfr etdilər və fasiq olaraq öldülər). [Tövbə: 84]. Uca Allah bu mübarək ayədə bildirir ki, münafiq və kafir olanlara cənazə namazı qılınmaz, onların arxasında namaz qılmaq caiz deyil və onlar müsəlmanların imamı hesab edilə bilməzlər. Bunun səbəbi onların Uca Allaha və Onun Rəsuluna qarşı küfr etmələri, etibarsız olmaları və müsəlmanlarla onlar arasında dərin düşmənçilik olmasıdır. Onlar namaz və ibadət əhli deyillər. Çünki küfr və şirk əməllərin qəbul edilməsinə mane olur. Uca Allah bizi belə bir aqibətdən qorusun! Amma müşriklərin kəsdikləri heyvan ətini yeməyə gəldikdə isə, Uca Allah ölü heyvanın və müşriklərin kəsdiyi heyvanların haram olduğunu açıq şəkildə bildirmişdir. Uca Allah buyurur:
﴿وَلَا تَأْكُلُوا مِمَّا لَمْ يُذْكَرِ اسْمُ اللَّهِ عَلَيْهِ وَإِنَّهُ لَفِسْقٌ وَإِنَّ الشَّيَاطِينَ لَيُوحُونَ إِلَى أَوْلِيَائِهِمْ لِيُجَادِلُوكُمْ وَإِنْ أَطَعْتُمُوهُمْ إِنَّكُمْ لَمُشْرِكُونَ121﴾
(Üzərində Allahın adı çəkilməmiş – (“bismilləh” deyilib kəsilməmiş) heyvanlardan yeməyin. Çünki bu, günahdır. Həqiqətən, şeytanlar öz dostlarına sizinlə mübahisə etmək üçün (batil əqidələr) təlqin edirlər. Əgər onlara itaət etsəniz, sözsüz ki, siz də müşriklərdən olarsınız). [Ənam: 121]. Uca Allah müsəlmanları ölü heyvan və həmçinin müşriklərin kəsdiyi heyvan ətini yeməkdən qadağan etmişdir. Çünki bu növ ət nəcisdir. Müşriklərin kəsdiyi heyvan ətinin hökmü, hətta o heyvan üzərində Allahın adını çəksə "Bismilləh — desə" belə, ölü heyvan ətinin hökmü ilə eynidir. Çünki müşrikin Allahın adını çəkməsi "Bismilləh — desə" batildir və bunun heç bir təsiri yoxdur. Çünki bu bir ibadətdir və müşrik Allaha tövbə edənə qədər şirk onun ibadətini batil və ləğv edir. Sadəcə Uca Allah Kitab əhlinin kəsdikləri heyvan ətindən yeməyə icazə vermişdir. Uca Allah belə buyurur:
﴿...وَطَعَامُ الَّذِينَ أُوتُوا الْكِتَابَ حِلٌّ لَكُمْ وَطَعَامُكُمْ حِلٌّ لَهُمْ...﴾
(Kitab verilənlərin yeməkləri (kəsdikləri heyvanlar) sizə halal, sizin yeməkləriniz (kəsdiyiniz heyvanlar) də onlara halaldır). [Maidə: 5]. Çünki onlar səmavi bir dinə mənsub olunurlar və özlərinin guya Musanın və İsanın ardıcılları olduqlarını iddia edirlər, hərçənd ki, onlar bu iddialarında yalançıdırlar. Çünki Uca Allah onların dinini ləğv edib və Muhammədi (sallallahu əleyhi va səlləm) bütün insanlara peyğəmbər olaraq göndərməklə onların dinini batil etmişdir. Lakin Uca Allah əzəmətli bir hikmətə və gizli sirlərə görə, bizə Kitab əhlindən olanların yeməklərini və qadınları ilə evlənməyi halal buyurmuşdur. Bu məsələnin səbəblərini isə Elm əhli izah etmişlər. Bu hökm, peyğəmbər, övliya və ya başqaları olmasından asılı olmayaraq, ölülərə və bütlərə ibadət edən müşriklərdən tamamilə fərqlənir. Çünki onların dininin heç bir əsası yoxdur və bunda heç bir şübhə də yoxdur. Əksinə, onların dini əsasından batildir. Buna görə də onların kəsdiyi heyvan leş sayılır və yeyilməsi halal deyildir.
Amma bir şəxsin qarşısındakına: “Sənə cin toxunub”, “Səni cin tutub”, “Şeytan səni ələ aldı” və buna bənzər sözlər deməsi, təhqir və nalayiq sözdür. Bu cür sözlər, digər təhqir və nalayiq sözlər kimi, müsəlmanlar arasında qətiyyən caiz deyildir. Bu, şirk sayılmır. Əgər bu cür sözlər söyləyən şəxs cinlərin insanların həyatına Allahın izni və istəyi olmadan təsir edə biləcəyinə inanırsa, bu, şirk kimi qəbul edilir. Kim cinlər və ya digər məxluqlar barəsində belə bir inanca sahib olarsa, o, bu inancı səbəbilə kafir sayılır. Çünki Uca Allah hər şeyin sahibidir, hər şeyə qadirdir. O, həm fayda verən, həm zərər verəndir. Allahın izni, iradəsi və əzəldən təqdir etdiyi qədər olmadan heç bir şey baş verə bilməz. Uca Allah Öz Peyğəmbərinə (sallallahu əleyhi va səlləm) belə əzəmətli bir əsası insanlara çatdırmağı əmr edərək belə buyurmuşdur:
﴿قُلْ لَا أَمْلِكُ لِنَفْسِي نَفْعًا وَلَا ضَرًّا إِلَّا مَا شَاءَ اللَّهُ وَلَوْ كُنْتُ أَعْلَمُ الْغَيْبَ لَاسْتَكْثَرْتُ مِنَ الْخَيْرِ وَمَا مَسَّنِيَ السُّوءُ إِنْ أَنَا إِلَّا نَذِيرٌ وَبَشِيرٌ لِقَوْمٍ يُؤْمِنُونَ188﴾
(De: “Mən Allahın istədiyindən başqa özümə nə bir fayda, nə də bir zərər yetirməyə qadirəm. Əgər qeybi bilsəydim, əlbəttə ki, özüm üçün xeyir artırardım və mənə pislik toxunmazdı. Mən sadəcə, iman gətirən bir qövm üçün qorxudan və müjdələyənəm”). [Əraf: 188]. Əgər məxluqatın ağası və ən şərəflisi – Peyğəmbər (ona salavat və salam olsun) – Allahın istədiyindən başqa özünə nə bir xeyir, nə də bir zərər verməyə qadir deyilsə, bu zaman Ondan qeyrisi buna necə qadir ola bilər?! Bu mənada bir çox ayələr vardır.
Baxıcılara, cadugərlərə, falçılara, münəccimlərə və qeyb aləmindən xəbər verdiyini iddia edən bu kimi şəxslərə müraciət etmək, onlardan soruşmaq, haram və qadağan olunmuş münkər bir əməldir. Onlara inanmaq isə daha böyük və daha ağır bir günahdır, hətta bu, küfrün bir növüdür. Çünki Peyğəmbər (sallallahu əleyhi va səlləm) belə buyurmuşdur:
«مَنْ أَتَى عَرَّافًا فَسَأَلَهُ عَنْ شَيءٍ؛ لَمْ تُقْبَلْ لَهُ صَلَاةٌ أَرْبَعِينَ يَومًا».
"Kim bir baxıcının yanına gələrsə və ondan bir şey soruşarsa, qırx gün namazı qəbul olunmaz". Hədisi Müslim öz "Səhih" əsərində rəvayət etmişdir. Həmçinin Müslim öz "Səhih" əsərində Muaviyə bin əl-Həkəm əs-Suləminin (Allah ondan razı olsun) belə dediyini rəvayət etmişdir.
«أَنَّ النَّبيَّ ﷺ نَهَى عَنْ إِتْيَانِ الكُهَّانِ وَسُؤَالِهِم».
"Peyğəmbər (sallallahu əleyhi va səlləm) kahinlərin yanına getməyi və onlardan soruşmağı qadağan etmişdir".
Sünən kitablarının müəllifləri (Yəni: Əbu Davud, Tirmizi, Nəsai və İbn Maca) Peyğəmbərdən (sallallahu əleyhi va səlləm) belə bir hədis rəvayət etmişlər:
«مَنْ أَتَى كَاهِنًا، فَصَدَّقَهُ بِمَا يَقُولُ؛ فَقَدْ كَفَرَ بِمَا أُنْزِلَ عَلَى مُحَمَّدٍ ﷺ».
"Kim, bir kahinin yanına gəlib, onun dediklərini təsdiq edərsə, Muhammədə (sallallahu aleyhi va səlləm) nazil edilənə küfür etmişdir". Bu mənada bir çox hədislər mövcuddur. Müsəlmanlara vacib olan budur ki, kahinlərə, falçılara, qeyb xəbərləri ilə məşğul olan digər cadugərlərə, eləcə də bu kimi fəaliyyətləri tibb elmi və ya başqa adlar altında təqdim edən, müsəlmanları aldadan şəxslərə müraciət etməkdən və onlardan hər hansı bir məlumat almaqdan çəkinsinlər. Çünki Peyğəmbər (sallallahu aleyhi va səlləm) — yuxarıda da qeyd olunduğu kimi — bu əməlləri qəti şəkildə qadağan etmiş və müsəlmanları bu cür təhlükəli işlərdən uzaq durmağa çağırmışdır. Bura həmçinin: bəzi insanların tibb adı altında qeybə aid şeylər iddia etməsi, xəstənin əmmaməsini yaxud xəstə qadının baş örtüyünü iyləyib sonra: "Bu xəstə filan əməli edib" və ya "filan şeyi yaşayıb" kimi qeybə aid məsələləri söyləməsi də daxildir. Halbuki xəstənin əmmaməsində və ya buna bənzər şeylərdə belə məlumatlara dəlalət edən heç bir dəlil yoxdur. Əsl məqsəd sadəlövh insanları aldatmaq və onlara, guya bu kimsə tibbdən, xəstəliklərin növlərindən və səbəblərindən anlayışı olan bilikli biri kimi göstərməkdir. Ola bilər ki, onlara hansısa dərman da verər və bəzən də Allahın qədərilə həmin adam təsadüfən şəfa tapıb sağalar. Bu zaman insanlar, bu şəfanın həmin şəxsin verdiyi dərmana görə olduğunu zənn edərlər. Bəzən xəstəliyin səbəbi, tibb elmini bildiyini iddia edən həmin şəxsin xidmətində olan cinlər və şeytanlar olur. Onlar bu şəxsə bildikləri bəzi qeyb xəbərləri ötürür, o da bu məlumata əsaslanaraq danışır, buna əsaslanaraq hərəkət edir və həmin şəxs də cinləri və şeytanları razı salmaq üçün onlara münasib olan ibadətləri və ayinləri yerinə yetirir. Beləcə, cinlər və şeytanlar həmin xəstəni tərk edir, ona əvvəl etdikləri zərəri və təsiri dayandırırlar. Bu, cinlər və şeytanlar, eləcə də onlardan istifadə edənlər barəsində məlum və bilinən bir haldır.
Həmçinin müsəlmanlara vacib olan, bu kimi yollardan çəkinmək, bir-birilərinə bunu tərk etməyi tövsiyə etmək, bütün işlərdə yalnız Uca Allaha güvənmək və tək Ona təvəkkül etməkdir. Şəri ruqiyələrdən (ovsunlardan), halal dərmanlardan istifadə etməkdə və xəstəni müayinə edərək, onun xəstəliyini hissi və əqli səbəblərlə müəyyənləşdirən həkimlərə müraciət etməkdə isə heç bir qəbahət yoxdur. Çünki Peyğəmbər (sallallahu aleyhi va səlləm) səhih hədisdə belə buyurmuşdur:
«مَا أَنْزَلَ اللهُ دَاءً إِلَّا أَنْزَلَ لَهُ شِفَاءً، عَلِمَهُ مَنْ عَلِمَهُ، وَجَهِلَهُ مَنْ جَهِلَهُ».
"Allah, nə xəstəlik endirmişdirsə, onun şəfasınıda endirmişdir. Onun (xəstəliyin şəfasını) bilən bildi, bilməyən də bilmədi". Peyğəmbər (sallallahu aleyhi va səlləm) belə buyurmuşdur:
«لِكُلِّ دَاءٍ دَوَاءٌ، فإِذَا أُصِيبَ دَوَاءٌ الدَّاءَ بََرَأَ بِإِذْنِ اللهِ».
"Hər bir xəstəliyin bir dərmanı vardır. Əgər dərman xəstəliyə uyğun gələrsə, Allahın izni ilə şəfa tapar". Peyğəmbər (sallallahu aleyhi va səlləm) başqa bir hədisdə belə buyurmuşdur:
«عِبَادَ اللهِ، تَدَاوَوا وَلَا تَدَاوَوا بِحَرَامٍ».
"Ey Allahın bəndələri! Müalicə olunun, lakin haramla müalicə olunmayın". Bu mənada bir çox hədislər mövcuddur.
Biz Uca Allahdan bütün müsəlmanların halını islah etməsini, qəlblərinə və bədənlərinə hər cür şərdən şəfa verməsini, onları hidayət yolunda birləşdirməsini, bizi və onları azdırıcı fitnələrdən, şeytana və onun dostlarına itaət etməkdən qorumasını diləyirik! Həqiqətən, O, hər şeyə qadirdir. Uca və Əzəmətli Allahdan başqa güc və qüvvə sahibi yoxdur.
Allahın salatı, salamı və bərəkəti qulu, rəsulu olan Muhammədin, onun ailəsinin və səhabələrinin üzərinə olsun!
***
بِسْمِ اللهِ الرَّحمَنِ الرَّحِيمِ
Dördüncü Risalə:
Bidət və şirk olan zikrlərlə ibadət etməyin hökmü haqqında
Abduləziz bin Abdullah bin Bazdan, hörmətli qardaş, cənab (...). Allah onu hər bir xeyrə müvəffəq etsin. Amin!
əs-Sələmu aleykum və rahmətullahi va bərakətuh
Daha sonra:
Sizin hörmətli məktubunuz mənə çatdı (Allah sizi hidayəti ilə doğru yola yönəltsin). Məktubunuzda qeyd etdiyinizə görə, ölkənizdə Allahın heç bir dəlil nazil etmədiyi, bəziləri bidət, bəziləri isə açıq-aşkar şirk olan bəzi vird və zikrlərə (və ya dualara) sıx-sıx bağlı qalan insanlar mövcuddur. Onlar bu əməlləri möminlərin əmiri Əli bin Əbu Talibə (Allah ondan razı olsun) və başqalarına nisbət edirlər. Onlar bu vird və zikrləri zikr məclislərində və ya məscidlərdə məğrib namazından sonra oxuyur və bu əməllərin onları Allaha yaxınlaşdırdığını iddia edirlər. Onların dedikləri ifadələr bunlardır: “Allah xatirinə, ey Allahın saleh bəndələri, bizə Allahın köməyi ilə yardım edin! Allah naminə bizim köməkçimiz olun!”. Həmçinin belə deyirlər: "Ey qütblər! Ey seyyidlər (ağalar)! Ey bizə yardım edənlər, cavab verin! Bizə Allah naminə şəfaət edin! Bu, sizin qulunuzdur – qapınızda dayanmış və orada ibadətə bağlanmışdır. Öz qüsur və səhlənkarlığından qorxu içindədir. Ey Allahın Rəsulu, bizə yardım et! Mənim sizdən başqa gedəcək yerim yoxdur. Ehtiyaclarım yalnız sizdən istəyirik. Siz Allahın seçilmiş bəndələrisiniz. Şəhidlərin ağası Həmzə haqqı üçün sizdən kim bizə yardımçı olar? Ey Allahın Rəsulu, bizə kömək et!". Belə deyirlər: "Allahım! Sənin qüdrət və əzəmət sirlərinin açılmasına və aşkara çıxmasına səbəb etdiyin, Sənin rəhmət nurlarının açılıb saçılmasına vasitə etdiyin, Rəbbani hüzurun yer üzündəki nümayəndəsi təyin etdiyin və beləliklə, Sənin zatına məxsus ilahi sirlərin xəlifəsi olaraq - seçdiyin şəxsə salavat göndər!".
Sizin bu dualardan hansının bidət, hansının isə şirk olduğunu öyrənmək istəməyiniz, həmçinin bu duanı edən imamın arxasında namaz qılmağın caiz olub-olmaması barədəki sualınız bizə çatdı və məlum oldu.
Cavab: Həmd yalnız Allaha məxsusdur. Salat və salam Özündən sonra heç bir peyğəmbər olmayan Muhammədə, onun ailəsinə və səhabələrinə və Qiyamət gününə qədər onlara gözəl şəkildə tabe olanların üzərinə olsun.
Daha sonra: Bil ki – Allah səni müvəffəq etsin – Uca Allah bəşəriyyəti yalnız Ona ibadət edilmələri üçün yaratmış, Peyğəmbərləri (onlara Allahın salatı və salamı olsun) də Ona heç bir şərik qoşmadan, başqasına deyil yalnız Uca Allaha ibadət etmələri üçün göndərmişdir. Uca Allah belə buyurur:
﴿وَمَا خَلَقْتُ الْجِنَّ وَالْإِنْسَ إِلَّا لِيَعْبُدُونِ56﴾
(Mən cinləri və insanları yalnız Mənə ibadət etmək üçün yaratdım). [Zariyat: 56].
İbadət — daha əvvəl izah edildiyi kimi — Uca Allaha və Onun Rəsulu Muhammədə (sallallahu aleyhi va səlləm) itaət etməkdir. Bu da Allahın və Rəsulunun buyurduqlarını yerinə yetirmək, qadağan etdiklərindən isə çəkinməkdən ibarətdir. Bütün bunlar Allaha və Onun Rəsuluna iman əsasında, əməllərdə Allaha tam səmimiyyət və ixlasla, Allaha qarşı dərin sevgi və yalnız Ona yönəlmiş tam təvazö və itaətlə həyata keçirilməlidir. Bu itaət, başqasına deyil yalnız Uca Allaha edilməlidir. Uca Allah belə buyurur:
﴿وَقَضَى رَبُّكَ أَلَّا تَعْبُدُوا إِلَّا إِيَّاهُ...﴾
(Rəbbin yalnız Ona ibadət etməyi əmr etmişdir). [İsra : 23]. Yəni: Uca Allah yalnız Özünə ibadət olunmasını əmr etmiş və tövsiyə etmişdir. Uca Allah buyurur:
﴿الْحَمْدُ لِلَّهِ رَبِّ الْعَالَمِينَ2 الرَّحْمَنِ الرَّحِيمِ3 مَالِكِ يَوْمِ الدِّينِ4 إِيَّاكَ نَعْبُدُ وَإِيَّاكَ نَسْتَعِينُ5﴾
(Həmd, aləmlərin Rəbbi olan Allaha məxsusdur.
Mərhəmətli və Rəhmli olana.
Din gününün Sahibinə.
Biz yalnız Sənə ibadət edir və yalnız Səndən kömək diləyirik). (Fatihə: 2-5). Beləliklə, Uca Allah bu ayələrlə bizə aydın şəkildə bildirir ki, ibadət yalnız Ona edilməlidir və kömək də yalnız Ondan istənilməlidir. Uca Allah belə buyurur:
﴿إِنَّآ أَنزَلۡنَآ إِلَيۡكَ ٱلۡكِتَٰبَ بِٱلۡحَقِّ فَٱعۡبُدِ ٱللَّهَ مُخۡلِصٗا لَّهُ ٱلدِّينَ2 أَلَا لِلَّهِ ٱلدِّينُ ٱلۡخَالِصُۚ...﴾
(Biz Kitabı sənə haqq olaraq nazil etdik. Odur ki, sən də, dini yalnız Allaha aid edərək ancaq Ona ibadət et!.
Bilin ki, xalis din yalnız Allaha məxsusdur). (Zümər: 2, 3). Uca Allah buyurur:
﴿فَادْعُوا اللَّهَ مُخْلِصِينَ لَهُ الدِّينَ وَلَوْ كَرِهَ الْكَافِرُونَ14﴾
(Kafirlərin xoşuna gəlməsə də, dini məhz Allaha aid edərək Ona (ixlasla) dua edin!). [Ğafir: 14]. Uca Allah buyurur:
﴿وَأَنَّ الْمَسَاجِدَ لِلَّهِ فَلَا تَدْعُوا مَعَ اللَّهِ أَحَدًا18﴾
(Şübhəsiz ki, məscidlər Allaha məxsusdur. Elə isə Allahla yanaşı heç kəsə dua etməyin!). [Cin: 18]. Bu mənanı ifadə edən ayələr çoxdur və onların hamısı ibadətin ixlasla (səmimi şəkildə) yalnız Allaha edilməsinin vacib olduğunu bildirir.
Məlumdur ki, duanın bütün növləri ibadət sayılır. Buna görə də, heç bir insan öz Rəbbindən başqasına dua etməməli, yalnız Ondan kömək və yardım istəməli və yalnız Ona sığınmalıdır. Bu da həmin mübarək ayələrə və onların mənasını daşıyan digər ayələrə əməl etmək deməkdir. Bu, adi hallara və hissi səbəblərə aid deyildir. Yəni: Canlı və yanında olan bir məxluqun edə bildiyi adi işlər bu qaydadan istisnadır. Çünki bunlar ibadət sayılmır. Əksinə, bu həm dini dəlillərlə, həm də alimlərin ittifaqına əsasən, bir insan başqa bir canlı və qadir olan insandan, onun bacardığı adi işlərdə kömək istəyə bilər. Məsələn: Övladının, xidmətçisinin və ya bir itin törədə biləcəyi zərəri dəf etmək üçün kimdənsə yardım istəməsi caizdir. Məsələn: Bir insanın evi tikmək, avtomobilini təmir etmək və buna bənzər işlərdə, canlı və yanında olan yaxud uzaqda olsa belə, məktub yazmaq və digər hissi vasitələrlə əlaqə qurmaq mümkün olan bir insandan yardım istəməsi şəriət baxımından caizdir. Buna misal olaraq, bir insanın cihad və ya müharibə zamanı yoldaşlarından kömək istəməsini və ya onlardan yardım diləməsini göstərmək olar. Bu mövzuyla bağlı Qurani-Kərimdə Musanın (Aleyhis-səlam) hekayəsində Uca Allahın buyurduğu söz də buna misaldır.
﴿...فَاسْتَغَاثَهُ الَّذِي مِنْ شِيعَتِهِ عَلَى الَّذِي مِنْ عَدُوِّهِ...﴾
(Tərəfdarlarından olan kəs onu düşməninə qarşı köməyə çağırdı). [Qasas: 15].
Amma ölmüş şəxslərdən, cinlərdən, mələklərdən, ağaclardan və daşlardan yardım istəməyə gəldikdə isə bu, böyük şirkdir. Bu, əvvəlki müşriklərin Uzza, Lat və digər bütlərə etdikləri şirk əməlləri ilə eyni mahiyyət daşıyır. Eləcə də, bəzi insanların, diri olan "Övliya" hesab etdikləri şəxslərdən, yalnız Allahın qadir olduğu işlərdə, məsələn: xəstələri sağaltmaq, qəlbləri hidayət etmək, Cənnətə daxil olmaq və ya Cəhənnəmdən xilas olmaq kimi məsələlərdə kömək və nicat istəmələri də bu qəbildəndir.
Əvvəlki ayələr və onlarla eyni məna daşıyan digər ayə və hədislər, bütün işlərdə qəlblərin Uca Allaha yönəldilməsinin və ibadətin yalnız Ona aid edilməsinin vacibliyinə dəlalət edir. Çünki – əvvəlki ayələrdə qeyd edildiyi kimi – insan bu məqsədlə xəlq edilmiş və bununla əmr olunmuşdur. Uca Allah belə buyurur:
﴿وَاعْبُدُوا اللَّهَ وَلَا تُشْرِكُوا بِهِ شَيْئًا...﴾
(Allaha ibadət edin və heç bir şeyi Ona şərik qoşmayın!). [Nisa: 36]. Uca Allah buyurur:
﴿وَمَا أُمِرُوا إِلَّا لِيَعْبُدُوا اللَّهَ مُخْلِصِينَ لَهُ الدِّينَ...﴾
(Halbuki onlara, dini məhz Allaha məxsus edib, batildən haqqa yönələrək ibadət etmələri əmr olunmuşdur). [Bəyyinə: 5]. Muaz bin Cəbəlin (Allah ondan razı olsun) rəvayət etdiyi hədisdə Peyğəmbər (sallallahu aleyhi va səlləm) belə buyurmuşdur:
«حَقُّ اللهِ عَلَى العِبَادِ أَنْ يَعْبُدُوهُ وَلَا يُشْرِكُوا بِهِ شَيْئًا».
"Allahın bəndələr üzərində olan haqqı budur ki, Ona ibadət etsinlər və Ona heç bir şeyi şərik qoşmasınlar". Hədisi Buxari və Müslim rəvayət etmişdir. Abdullah bin Məsudun (Allah ondan razı olsun) rəvayət etdiyi hədisdə Peyğəmbər (sallallahu aleyhi va səlləm) belə buyurmuşdur:
«مَنْ مَاتَ وَهُوَ يَدْعُو لِلَّهِ نِدًّا؛ دَخَلَ النَّارَ».
“Kim Allahla yanaşı başqa birinə dua edərək ölərsə, Cəhənnəmə girər”. Hədisi Buxari rəvayət etmişdir. Buxari və Müslimin İbn Abbasdan (Allah ondan və atasından razı olsun) rəvayət etdikləri hədisdə bildirilir ki, Rəsulullah (sallallahu aleyhi va səlləm) Muaz ibn Cəbəli Yəmənə göndərərkən ona belə demişdir:
«إِنَّكَ تَأْتِي قَومًا أَهْلَ كِتَابٍ، فَلْيَكُنْ أَوَّلَ مَا تَدْعُوهُم إِلَيهِ شَهَادَةِ أَنْ لَا إِلهَ إِلَّا اللهُ».
"Sən Kitab əhli olan bir qövmün yanına gedirsən. Onları ilk dəvət etdiyin şey «Lə ilahə illəllah» Allahdan başqa ibadətə layiq haqq məbud olmadığına şəhadət vermələri olsun". Başqa bir ləfizdə belə rəvayət olunur:
«اُدْعُهُمْ إِلَى شَهَادَةِ أَنْ لَا إِلهَ إِلَّا اللهُ وَأَنِّي رَسُولُ اللهِ».
"Onları Allahdan başqa ibadətə layiq haqq məbud olmadığına və Mənim Allahın Rəsulu olduğuma şəhadət vermələrinə dəvət et". Buxaridə gələn digər bir rəvayətdə isə belə deyilir:
«فَلْيَكُنْ أَوَّلَ مَا تَدْعُوهُم إِلَى أَنْ يُوَحِّدُوا اللهَ».
"Onları ilk dəvət etdiyin şey, ibadətdə Allahı təkləşdirmələri olsun". Müslimin "Səhih" əsərlərində, Tariq bin Əşyəm əl-Aşcaidən (Allah ondan razı olsun) rəvayət olunan bir hədisdə Peyğəmbər (sallallahu əleyhi va səlləm) belə buyurmuşdur:
«مَنْ قَالَ: لَا إِلهَ إِلَّا اللهُ، وَكَفَرَ بِمَا يُعْبَدُ مِن دُونِ اللهِ؛ حَرُمَ مَالُهُ وُدَمُهُ، وَحِسَابُهُ عَلَى اللهِ جَلَّ جَلَالُهُ».
"Kim: «Lə ilahə illəllah» (Allahdan başqa ibadətə layiq haqq məbud yoxdur) — deyərsə və Allahdan başqa ibadət edilənləri inkar (küfr) edərsə, onun malı və canı haramdır, hesabı isə Uca və Şanlı Allaha aiddir". Bu mənada bir çox hədislər mövcuddur.
Bu tövhid İslam dininin əsası, dinin təməli, işin başı və ən mühüm fərzdir. Yuxarıda qeyd olunan ayələrə əsasən, tövhid, insanların və cinlərin yaradılmasının əsas məqsədi, eləcə də bütün peyğəmbərlərin (onlara Allahın salavatı və salamı olsun) göndərilməsinin İlahi hikmətidir. Bu ayələrdən bəziləri Uca Allahın bu kəlmıdır:
﴿وَمَا خَلَقْتُ الْجِنَّ وَالْإِنْسَ إِلَّا لِيَعْبُدُونِ56﴾
(Mən cinləri və insanları yalnız Mənə ibadət etmək üçün yaratdım). [Zariyat: 56]. Bununla bağlı dəlillərdən biri də Uca Allahın bu kəlamıdır:
﴿وَلَقَدْ بَعَثْنَا فِي كُلِّ أُمَّةٍ رَسُولًا أَنِ اعْبُدُوا اللَّهَ وَاجْتَنِبُوا الطَّاغُوتَ...﴾
(Biz hər ümmətə: “Allaha ibadət edin, tağutdan uzaq olun” – (deyə,) elçi göndərdik). [Nəhl: 36]. Pak və Nöqsansız olan Allah başqa bir ayədə belə buyurur:
﴿وَمَا أَرْسَلْنَا مِنْ قَبْلِكَ مِنْ رَسُولٍ إِلَّا نُوحِي إِلَيْهِ أَنَّهُ لَا إِلَهَ إِلَّا أَنَا فَاعْبُدُونِ25﴾
(Səndən əvvəl elə bir elçi göndərməmişik ki, ona: “Məndən başqa heç bir məbud yoxdur, Mənə ibadət edin!”– deyə vəhy etməyək). [Ənbiya: 25]. Uca Allah Nuhun, Hudun, Salehin və Şuaybin (onlara Allahın salatı və salamı olsun) öz qövmünə belə dediklərini buyurmuşdur:
﴿...اعْبُدُوا اللَّهَ مَا لَكُمْ مِنْ إِلَهٍ غَيْرُهُ...﴾
(Ey qövmüm! Allaha ibadət edin. Sizin Ondan başqa (heç bir) ilahınız yoxdur). [Əraf: 54]. Bu, əvvəlki iki ayədə ifadə olunduğu kimi, bütün peyğəmbərlərin dəvətidir. Hətta Peyğəmbərlərin düşmənləri, peyğəmbərlər onlara yalnız Allaha ibadət etməyi və Ondan başqa ibadət olunan bütləri tərk etməyi əmr etdiklərini etiraf etmişlər. Uca Allah Ad qövmünün hekayəsində buyurur ki, onlar peyğəmbərləri Hud (ona Allahın salatı və salamı olsun) haqqında belə dedilər:
﴿...أَجِئْتَنَا لِنَعْبُدَ اللَّهَ وَحْدَهُ وَنَذَرَ مَا كَانَ يَعْبُدُ آبَاؤُنَا...﴾
(Onlar dedilər: “Sən bizə tək Allaha ibadət etməyimiz və atalarımızın ibadət etdiklərini tərk etməyimiz üçün gəldin? Əgər doğru danışanlardansansa, (elə isə) bizə vəd etdiyin əzabı gətir”). [Əraf: 70]. Uca Allah xəbər verir ki, Peyğəmbərimiz Muhamməd (sallallahu aleyhi va səlləm) qövmü Qureyşi yalnız Allaha ibadət etməyə və Ondan başqa ibadət etdikləri mələkləri, övliyaları, bütləri, ağacları və digər ilahları tərk etməyə dəvət etdikdə, qövmü Ona belə cavab verdi:
﴿أَجَعَلَ الْآلِهَةَ إِلَهًا وَاحِدًا إِنَّ هَذَا لَشَيْءٌ عُجَابٌ5﴾
(O, ilahları tək bir ilahmı etdi?! Həqiqətən, bu, əcaib bir şeydir”). [Sad: 5]. Uca və Pak olan Allah başqa ayədə belə buyurur:
﴿إِنَّهُمْ كَانُوا إِذَا قِيلَ لَهُمْ لَا إِلَهَ إِلَّا اللَّهُ يَسْتَكْبِرُونَ35 وَيَقُولُونَ أَئِنَّا لَتَارِكُوٓاْ ءَالِهَتِنَا لِشَاعِرٖ مَّجۡنُونِۭ36﴾
(Çünki onlara: “Allahdan başqa (ibadətə layiq olan) ilah yoxdur!”– deyildikdə təkəbbür göstərir
və: “Məgər bir dəli şairə görə ilahlarımızı tərkmi edəcəyik?!” – deyirdilər). [Saffat: 35, 36]. Bu mənaya dəlalət edən ayələr çoxdur.
Yuxarıda qeyd etdiyimiz ayə və hədislərdən belə aydın olur ki, — Allah mənə və sənə dində anlayış və aləmlərin Rəbbinin haqqına dair bəsirət nəsib etsin — sənin sualında qeyd etdiyin bu dualar və yardım çağırışları böyük şirk növlərindəndir. Çünki bütün bunlar Allahdan qeyrisinə ibadət etmək, eləcə də yalnız Allahın qadir olduğu işləri ölülərdən və qeyb aləmində olanlardan istəməkdir. Bu isə əvvəlki müşriklərin etdikləri şirkdən daha çirkin və daha ağırdır. Çünki əvvəlki müşriklər Uca Allaha yalnız rifah və bolluq halında şəriklər qoşurdular. Amma çətinlik və müsibət anlarında isə onlar ibadətlərini ixlasla yalnız Allaha yönəldirdilər. Çünki onlar bilirdilər ki, çətinlikdən xilas etməyə təkcə Uca Allah qadirdir, Ondan başqa heç kimin buna gücü yetməz. Uca Allah Mübarək və Acıq-aydın Kitabında o müşriklər haqqında belə buyurur:
﴿فَإِذَا رَكِبُواْ فِي ٱلۡفُلۡكِ دَعَوُاْ ٱللَّهَ مُخۡلِصِينَ لَهُ ٱلدِّينَ فَلَمَّا نَجَّىٰهُمۡ إِلَى ٱلۡبَرِّ إِذَا هُمۡ يُشۡرِكُونَ65﴾
(Onlar gəmiyə mindikləri zaman, dini yalnız Allaha məxsus edərək, Ona (ixlasla) dua edərlər. Allah onları xilas edib quruya çıxaran kimi, yenə də (Ona) şərik qoşurlar). [Ənkəbut: 65]. Uca Allah başqa bir ayədə onlara xitab edərək belə buyurur:
﴿وَإِذَا مَسَّكُمُ ٱلضُّرُّ فِي ٱلۡبَحۡرِ ضَلَّ مَن تَدۡعُونَ إِلَّآ إِيَّاهُۖ فَلَمَّا نَجَّىٰكُمۡ إِلَى ٱلۡبَرِّ أَعۡرَضۡتُمۡۚ وَكَانَ ٱلۡإِنسَٰنُ كَفُورًا67﴾
(Sizə dənizdə bir fəlakət üz verdiyi zaman Ondan başqa tapındıqlarınız (sizdən) uzaqlaşar. O sizi xilas edib quruya çıxartdıqda isə üz döndərirsiniz. Həqiqətən, insan nankordur!).
[İsra: 67].
Əgər bu son dövr müşriklərindən biri: "Biz onların özləri-özlüyündə fayda vermələrini, xəstələrimizi şəfa verib sağaltmalarını və bizə birbaşa xeyir və ya zərər yetirmələrini istəmirik. Biz sadəcə bu işlərdə onların Allah dərgahında bizim üçün şəfaətçi olmalarını istəyirik" – deyərsə.
Cavab olaraq ona belə deyilir: Əvvəlki müşriklərin də məqsədi və istəyi elə bu idi. Onların məqsədi heç də ibadət etdikləri ilahların özbaşına yaratması, ruzi verməsi, fayda və ya zərər yetirməsi deyildi. Çünki Uca Allah Qurani-Kərimdə onların bu iddialarını batil hesab etmiş və onların əsl məqsədinin, ibadət etdikləri ilahların Allah qatında şəfaətçi olmaları, Onun dərgahında hörmətli sayılaraq onları Allaha yaxınlaşdırmaları olduğunu bildirmişdir. Uca Allah bu barədə belə buyurur:
﴿وَيَعۡبُدُونَ مِن دُونِ ٱللَّهِ مَا لَا يَضُرُّهُمۡ وَلَا يَنفَعُهُمۡ وَيَقُولُونَ هَٰٓؤُلَآءِ شُفَعَٰٓؤُنَا عِندَ ٱللَّهِ...﴾
(Onlar Allahı qoyub özlərinə nə bir zərər, nə də bir fayda verə bilməyənlərə ibadət edir və: “Onlar Allah yanında bizim şəfaətçilərimizdir!”– deyirlər). [Yunus: 18]. Uca Allah onlara bu sözü ilə belə cavab verdi:
﴿...قُلۡ أَتُنَبِّـُٔونَ ٱللَّهَ بِمَا لَا يَعۡلَمُ فِي ٱلسَّمَٰوَٰتِ وَلَا فِي ٱلۡأَرۡضِۚ سُبۡحَٰنَهُۥ وَتَعَٰلَىٰ عَمَّا يُشۡرِكُونَ﴾
(De: “(Yoxsa) Allaha göylərdə və yerdə bilmədiyi bir şeyimi xəbər verirsiniz?” (Allah) onların qoşduqları şəriklərdən uzaqdır və ucadır). [Yunus: 18]. Uca Allah isə göylərdə və yerdə Onun yanında, müşriklərin nəzərdə tutduğu kimi şəfaət edən heç bir şəfaətçi olmadığını açıq şəkildə bəyan etmişdir. Allahın bilmədiyi bir şey mövcud deyildir. Çünki Uca Allahdan heç bir şey gizli qalmaz. Uca Allah buyurur:
﴿تَنزِيلُ ٱلۡكِتَٰبِ مِنَ ٱللَّهِ ٱلۡعَزِيزِ ٱلۡحَكِيمِ 1 إِنَّآ أَنزَلۡنَآ إِلَيۡكَ ٱلۡكِتَٰبَ بِٱلۡحَقِّ فَٱعۡبُدِ ٱللَّهَ مُخۡلِصٗا لَّهُ ٱلدِّينَ2 أَلَا لِلَّهِ ٱلدِّينُ ٱلۡخَالِصُۚ وَٱلَّذِينَ ٱتَّخَذُواْ مِن دُونِهِۦٓ أَوۡلِيَآءَ مَا نَعۡبُدُهُمۡ إِلَّا لِيُقَرِّبُونَآ إِلَى ٱللَّهِ زُلۡفَىٰٓ إِنَّ ٱللَّهَ يَحۡكُمُ بَيۡنَهُمۡ فِي مَا هُمۡ فِيهِ يَخۡتَلِفُونَۗ إِنَّ ٱللَّهَ لَا يَهۡدِي مَنۡ هُوَ كَٰذِبٞ كَفَّارٞ3﴾
(Kitabın nazil edilməsi Qüdrət və Hikmət sahibi olan Allah tərəfindəndir.
Biz Kitabı sənə haqq olaraq nazil etdik. Odur ki, sən də, dini yalnız Allaha aid edərək ancaq Ona ibadət et!
Bilin ki, xalis din yalnız Allaha məxsusdur. Allahı qoyub başqalarını özlərinə dost tutanlar: “Biz, onlara ancaq bizi Allaha daha çox yaxınlaşdırsınlar deyə ibadət edirik”– (deyirlər). Şübhəsiz ki, Allah ixtilaf etdikləri məsələlər barədə onların arasında hökm verəcəkdir. Həqiqətən Allah, yalançı və kafir olan kimsəni doğru yola yönəltməz). [Zümər: 1-3].
Burada “Din” sözünün mənası, ibadət deməkdir. İbadət isə — daha əvvəl qeyd edildiyi kimi — Allaha və Onun Rəsuluna (sallallahu aleyhi va səlləm) itaət etməkdir. Bu itaətə: Dua etmək, kömək istəmək, qorxmaq, ümid bəsləmək, qurban kəsmək və nəzir demək daxildir. Eləcə də, namaz qılmaq, oruc tutmaq və Allah və Rəsulunun əmr etdiyi digər ibadətlər də bu anlayışa daxildir. Uca Allah ibadətin yalnız Ona məxsus olduğunu və qulların ibadəti ixlasla yalnız Uca Allaha etmələrinin vacibliyini açıq şəkildə bəyan etmişdir. Çünki Uca Allahın Peyğəmbərə (sallallahu aleyhi va səlləm) ibadəti ixlasla yalnız Onun üçün etməyi əmr etməsi, əslində bu ümmətin bütün fərdlərinə yönəlik bir əmrdir.
Daha sonra Uca Allah kafirlər barəsində belə buyuraraq məsələni açıqladı:
﴿...وَٱلَّذِينَ ٱتَّخَذُواْ مِن دُونِهِۦٓ أَوۡلِيَآءَ مَا نَعۡبُدُهُمۡ إِلَّا لِيُقَرِّبُونَآ إِلَى ٱللَّهِ زُلۡفَىٰٓ...﴾
"Bilin ki, xalis din yalnız Allaha məxsusdur. Allahı qoyub başqalarını özlərinə dost tutanlar: “Biz, onlara ancaq bizi Allaha daha çox yaxınlaşdırsınlar deyə ibadət edirik”– (deyirlər)". [Zümər: 3]. Uca Allah onlara bu sözü ilə belə cavab verdi:
﴿...إِنَّ ٱللَّهَ يَحۡكُمُ بَيۡنَهُمۡ فِي مَا هُمۡ فِيهِ يَخۡتَلِفُونَۗ إِنَّ ٱللَّهَ لَا يَهۡدِي مَنۡ هُوَ كَٰذِبٞ كَفَّارٞ﴾
(Şübhəsiz ki, Allah ixtilaf etdikləri məsələlər barədə onların arasında hökm verəcəkdir. Həqiqətən Allah, yalançı və kafir olan kimsəni doğru yola yönəltməz). [Zümər: 3]. Uca Allah bu mübarək ayədə xəbər verir ki, kafirlərin Allahdan başqa övliyalara (müqəddəs saydıqları şəxslərə) ibadət etmələrinin səbəbi, həmin övliyaların onları Allaha daha da yaxınlaşdırdıqlarına inanmaları idi. Bu isə həm qədimdə, həm də müasir dövrdə kafirlərin əsas məqsədi olmuşdur. Lakin Uca Allah bu batil inancı bu Kəlamı ilə rədd etmişdir:
﴿...إِنَّ ٱللَّهَ يَحۡكُمُ بَيۡنَهُمۡ فِي مَا هُمۡ فِيهِ يَخۡتَلِفُونَۗ إِنَّ ٱللَّهَ لَا يَهۡدِي مَنۡ هُوَ كَٰذِبٞ كَفَّارٞ﴾
(Şübhəsiz ki, Allah ixtilaf etdikləri məsələlər barədə onların arasında hökm verəcəkdir. Həqiqətən Allah, yalançı və kafir olan kimsəni doğru yola yönəltməz). [Zümər: 3]. Uca Allah onların, — yəni: kafirlərin — öz ilahlarının onları Allaha yaxınlaşdıracağı barədə iddialarının yalan olduğunu, həmçinin onlara ibadət etdikləri üçün kafir olduqlarını açıq şəkildə bildirdi. Beləliklə, az da olsa düşünmə qabiliyyəti olan hər kəs anlayar ki, əvvəlki kafirlərin küfrü, peyğəmbərləri, övliyaları, ağacları, daşları və digər məxluqatı Allahla öz aralarında vasitəçi və şəfaətçi qəbul etmələrindən ibarət idi. Həmçinin onlar bu varlıqların (şəfaətçi qəbul etdikləri övliya və s.) vəzirlər padşahlar yanında şəfaətçi oduqları kimi, Allahın izni və razılığı olmadan ehtiyaclarını ödədiklərinə inanmaları idi. Beləliklə, Uca və Müqəddəs Allahı, padşahlarla və rəhbərlərlə müqayisə edirdilər. Onlar belə deyirdilər: "Bir şəxsin padşah və ya rəhbərdən birinə ehtiyacı olduqda, ona yaxın olan adamlar və vəzirlər vasitəsilə şəfaət etdiyi kimi, biz də eləcə Uca Allaha, Onun peyğəmbərləri və övliyaları vasitəsilə, onlara ibadət etməklə yaxınlaşırıq". Lakin bu, ən batil və yalan bir iddiadır. Çünki Uca Allahın heç bir tayı, bərabəri və bənzəri yoxdur. O, Öz yaratdıqları ilə müqayisə edilə bilməz. Allah qatında heç kim, Onun izni olmadan şəfaət edə bilməz. Uca Allah yalnız tövhid əhlinə (Ona heç bir şərik qoşmayanlara) şəfaət üçün icazə verər. Pak olan Uca Allah hər şeyə qadirdir və O, hər şeyi biləndir. O, mərhəmətlilərin ən mərhəmətlisidir. O, heç kimdən qorxmaz və heç kimdən çəkinməz. Çünki O, qulları üzərində tam hökm və qüdrət sahibidir və onları istədiyi kimi idarə edər. Padşahlar və rəhbərlər isə Uca Allahdan fərqli olaraq hər şeyə qadir deyillər. Buna görə də onlar, aciz qaldıqları işlərdə öz vəzirləri, yaxın adamları və əsgərlərinin köməyinə möhtacdırlar. Həmçinin onlar, tanımadıqları və ehtiyacından xəbərsiz olduqları insanların ehtiyacından və istəklərindən xəbərdar olmaq üçün vasitəçilərə ehtiyacları vardır. Buna görə də padşahlar, onları razı salan və onlara mərhəmət göstərən vəzirlərə, əyyanlara və yaxın adamlara ehtiyac duyurlar. Lakin İzzət və Cəlal sahibi olan Uca Rəbb Öz yaratdıqlarına möhtac deyildir. O, insanlara analarından daha çox mərhəmətlidir. O, ədalətli Hökmdardır. O, hər şeyi öz hikmətinə, elminə və qüdrətinə uyğun olaraq öz yerinə qoyar. Bu səbəbdən, Onu yaratdıqları ilə hər hansı bir vəchlə müqayisə etmək mümkün və doğru deyildir. Buna görə də Uca Allah Qurani-Kərimdə, müşriklərin Onun: yaradan, ruzi verən, hər şeyi idarə edən, çarəsiz qalanlara cavab verən, bəlaları aradan qaldıran, dirildən və öldürən olduğunu, habelə bu kimi bir çox əməllərin yalnız Ona məxsus olduğunu iqrar etdiklərini açıq-aydın şəkildə bildirmişdir. Müşriklərlə rəsullar arasında əsas mübahisə, ixtilaf və qarşıdurma, ibadətin yalnız Allaha yönəldilməsinə dair olmuşdur. Uca Allah bu barədə belə buyurur:
﴿وَلَئِن سَأَلۡتَهُم مَّنۡ خَلَقَهُمۡ لَيَقُولُنَّ ٱللَّهُ...﴾
(Əgər onlardan özlərini kimin yaratdığını soruşsan, mütləq: “Allah!”– deyərlər. Elə isə (haqdan) necə döndərilirlər?!). [Zuxruf: 87]. Uca Allah buyurur:
﴿قُلۡ مَن يَرۡزُقُكُم مِّنَ ٱلسَّمَآءِ وَٱلۡأَرۡضِ أَمَّن يَمۡلِكُ ٱلسَّمۡعَ وَٱلۡأَبۡصَٰرَ وَمَن يُخۡرِجُ ٱلۡحَيَّ مِنَ ٱلۡمَيِّتِ وَيُخۡرِجُ ٱلۡمَيِّتَ مِنَ ٱلۡحَيِّ وَمَن يُدَبِّرُ ٱلۡأَمۡرَۚ فَسَيَقُولُونَ ٱللَّهُۚ فَقُلۡ أَفَلَا تَتَّقُونَ31﴾
(De: “Sizə göydən və yerdən ruzi verən kimdir? Qulaqlara və gözlərə sahib olan kimdir? Ölüdən diri çıxaran, diridən də ölü çıxaran kimdir? İşləri idarə edən kimdir?” Onlar: “Allahdır!”– deyəcəklər. De: “Bəs (belə olduğu təqdirdə) Allahdan qorxmursunuz?”). [Yunus: 31]. Bu mənada bir çox ayələr mövcuddur.
Artıq bundan əvvəl, Rəsullarla ümmətlər arasında baş vermiş ixtilafın və qarşıdurmanın, ibadətin ixlasla və səmimi şəkildə yalnız Allaha yönəldilməsinə dair olduğuna dəlalət edən ayələr zikr edilmişdir. Uca Allah buyurur:
﴿وَلَقَدۡ بَعَثۡنَا فِي كُلِّ أُمَّةٖ رَّسُولًا أَنِ ٱعۡبُدُواْ ٱللَّهَ وَٱجۡتَنِبُواْ ٱلطَّٰغُوتَ...﴾
(Biz hər ümmətə: “Allaha ibadət edin, tağutdan uzaq olun”– (deyə) elçi göndərdik). [Nəhl: 36]. Həmçinin bu məna ilə gələn digər ayələr. Uca Allah Qurani-Kərimin bir çox yerlərində şəfaətin mahiyyətini (həqiqi mənasını) açıqlamış və belə buyurmuşdur:
﴿...مَن ذَا ٱلَّذِي يَشۡفَعُ عِندَهُۥٓ إِلَّا بِإِذۡنِهِ...﴾
(Allahın izni olmadan Onun yanında kim şəfaət edə bilər?). [Bəqərə: 255]. İzzət və Cəlal sahibi olan Allah buyurur:
﴿وَكَم مِّن مَّلَكٖ فِي ٱلسَّمَٰوَٰتِ لَا تُغۡنِي شَفَٰعَتُهُمۡ شَيۡـًٔا إِلَّا مِنۢ بَعۡدِ أَن يَأۡذَنَ ٱللَّهُ لِمَن يَشَآءُ وَيَرۡضَىٰٓ26﴾
(Göylərdə neçə-neçə mələk var ki, onların şəfaəti Allahın istədiyi və razı qaldığı kimsədən başqa (heç kəsə) heç bir fayda verməz). [Nəcm: 26].
Uca Allah mələkləri təsvir edərkən belə buyurmuşdur:
﴿...وَلَا يَشۡفَعُونَ إِلَّا لِمَنِ ٱرۡتَضَىٰ وَهُم مِّنۡ خَشۡيَتِهِۦ مُشۡفِقُونَ﴾
(Onlar yalnız Onun razı qaldığı şəxslərdən ötrü şəfaət diləyir və Onun qorxusundan tir-tir əsirlər). [Ənbiyə: 28].
Uca Allah, qullarının küfr etməsinə razı olmadığını, onların yalnız şükür etmələrinə razı olduğunu bildirmişdir. Şükür isə ibadətdə Onu təkləşdirmək və Ona itaətlə əməl etməkdir. Uca Allah buyurur:
﴿إِن تَكۡفُرُواْ فَإِنَّ ٱللَّهَ غَنِيٌّ عَنكُمۡۖ وَلَا يَرۡضَىٰ لِعِبَادِهِ ٱلۡكُفۡرَۖ وَإِن تَشۡكُرُواْ يَرۡضَهُ لَكُمۡ...﴾
(Əgər küfr etsəniz, (bilin ki,) Allah sizə möhtac deyildir. O, qullarının küfr etməsinə razı olmaz. Əgər şükür etsəniz, sizdən razı qalar). [Zümər: 7].
İmam Buxari öz "Səhih" əsərində Əbu Hureyrənin (Allah ondan razı olsun) belə dediyini rəvayət edir. O, dedi: "Ey Rəsulullah! Sənin şəfaətindən ən çox faydalanacaq (ən xoşbəxt) insan kimdir?". Peyğəmbər (sallallahu aleyhi va səlləm) belə buyurdu:
«مَنْ قَالَ: لَا إِلهَ إِلَّا اللهُ خَالِصًا مِنْ قَلْبِهِ».
"Səmimi qəlbindən: «Lə İləhə illəllah» (Allahdan başqa ibadətə layiq haqq məbud yoxdur) - deyən kimsə". Yaxud Peyğəmbər (sallallahu aleyhi va səlləm) belə dedi:
«مِنْ نَفْسِهِ».
"Öz nəfsindən".
Səhih hədisdə, Ənəs (Allah ondan razı olsun) Peyğəmbərin (sallallahu aleyhi va səlləm) belə dediyini rəvayət etmişdir:
«لِكُلِّ نَبِيٍّ دَعْوَةٌ مُسْتَجَابَةٌ، فَتَعَجَّلَ كُلُّ نَبِيٍّ دَعْوَتَهُ، وَإِنِّي اخْتَبَأْتُ دَعْوَتِي شَفَاعَةً لِأُمَّتِي يَوْمَ الْقِيَامَةِ، فَهِيَ نَائِلَةٌ إِنْ شَاءَ اللَّهُ مَنْ مَاتَ مِنْ أُمَّتِي لَا يُشْرِكُ بِاللَّهِ شَيْئًا».
"Hər bir peyğəmbərin qəbul olunmuş bir duası vardır. Hər bir peyğəmbər öz duasını (bu dünyada) etmişdir. Mən isə duamı Qiyamət günü ümmətimə şəfaət etmək üçün saxladım. İnşəAllah, bu şəfaət, ümmətimdən Allaha heç bir şeyi şərik qoşmadan ölənlərə nəsib olacaqdır". Bu mənada bir çox hədislər mövcuddur.
Zikr etdiyimiz bütün ayə və hədislər ibadətin yalnız Uca Allaha məxsus olduğunu, ibadətin hər hansı bir hissəsini — istər peyğəmbərlərə, istərsə də başqa varlıqlara — yönəltməyin qətiyyən caiz olmadığını, şəfaətin isə bütövlükdə yalnız Uca Allaha aid olduğunu açıq şəkildə göstərir. Uca Allah bu haqda belə buyurmuşdur:
﴿قُل لِّلَّهِ ٱلشَّفَٰعَةُ جَمِيعٗا...﴾
(De: “Şəfaət bütünlüklə Allaha aiddir”). [Zümər: 44]. Heç kəs, Uca Allah şəfaətçiyə şəfaət etməyə icazə verməmiş və şəfaət olunacaq şəxsdən razı qalmamış, şəfaət edə bilməz. Uca Allah – daha əvvəl qeyd edildiyi kimi – yalnız tövhiddən razı qalır. Buna əsasən: müşriklərin şəfaətdə heç bir payı yoxdur. Uca Allah bunu Öz kəlamında aydın şəkildə bəyan etmişdir:
﴿فَمَا تَنفَعُهُمۡ شَفَٰعَةُ ٱلشَّٰفِعِينَ 48﴾
(Şəfaətçilərin şəfaəti onlara fayda verməz). [Muddəssir: 4]. Uca Allah buyurur:
﴿...مَا لِلظَّٰلِمِينَ مِنۡ حَمِيمٖ وَلَا شَفِيعٖ يُطَاعُ﴾
(O gün zalımların nə bir yaxın dostu, nə də sözü keçən bir şəfaətçisi olar). [Ğafir: 18].
Məlumdur ki, "Zülm" sözü ümumi şəkildə işlədildikdə, bu, Allaha şərik qoşmaq (şirk) mənasındadır. Uca Allah buyurur:
﴿...وَٱلۡكَٰفِرُونَ هُمُ ٱلظَّٰلِمُونَ﴾
(Kafirlər, əlbəttə ki, zalımdırlar). [Bəqərə: 254]. Uca Allah buyurur:
﴿...إِنَّ ٱلشِّرۡكَ لَظُلۡمٌ عَظِيمٞ﴾
(Həqiqətən, (Allaha) şərik qoşmaq böyük zülmdür!). [Loğman: 13].
Amma sualda dediyiniz kimi, bəzi sufilərin məscidlərdə və başqa yerlərdə söylədikləri sözlərə gəldikdə: "Allahım! Sənin qüdrət və əzəmət sirlərinin açılmasına və aşkara çıxmasına səbəb etdiyin, Sənin rəhmət nurlarının açılıb saçılmasına vasitə etdiyin, Rəbbani hüzurun yer üzündəki nümayəndəsi təyin etdiyin və beləliklə, Sənin zatına məxsus İlahi sirlərin xəlifəsi olaraq seçdiyin şəxsə salavat göndər və s.!".
Buna cavab olaraq belə demək olar: Bu sözlər və buna bənzər ifadələr, dində həddi aşmaq və ifrata varmaq növlərindəndir. Bu isə Peyğəmbərimiz Muhamməd (sallallahu aleyhi va səlləm) tərəfindən qadağan edilmişdir. Müslimin "Səhih" əsərlərində, Abdullah ibn Məsuddan (Allah ondan razı olsun) rəvayət olunan bir hədisdə Rəsulullah (sallallahu əleyhi va səlləm) belə buyurmuşdur:
«هَلَكَ المُتَنَطِّعُونَ» قَالَهَا ثَلَاثًا.
"İfratçılar (dində ifrata varanlar) həlak oldular". Peyğəmbər (sallallahu aleyhi va səlləm) bunu üç dəfə təkrar etdi.
İmam Xatabi (Allah ona rəhmət etsin) belə demişdir: "İfratçı: Bir məsələnin dərinliklərinə süni şəkildə dalan, əslində vacib olmayan şeylər haqqında zorla araşdırma aparan şəxsdir. Bu da kəlam əhlinin yoluna bənzəyir. Yəni: özlərini maraqlandırmayan (aid olmayan) yaxud ağıl ilə dərk olunması mümkün olmayan məsələlərə baş vuranlar kimidir".
Əbu Səadət İbn əl-Əsir belə demişdir: "İfratçılar: Onlar danışıqda dərinliyə gedən və ifrata varan şəxslərdir. Onlar danışarkən ağızdolusu danışanlardır. Bu söz ərəb dilində: (النطع) "ən-Natu" sözündən götürülmüşdür ki, bu da ağızın yuxarı boşluğudur. Sonradan bu söz, sözlərində və əməllərində ifrata varan hər kəs üçün istifadə edilmişdir".
Bu iki dil aliminin qeyd etdiklərinə əsasən, sənə və azacıq belə bəsirət sahibi olan hər kəsə aydın olur ki, Peyğəmbərimiz və Rəbbimizin elçisi Muhammədə (sallallahu əleyhi va səlləm) salat və salam gətirməyin bu tərzi, dinimizdə qadağan olunmuş həddi aşma və ifrata varma növündəndir. Bu mövzuda — yəni: Peyğəmbərə (sallallahu əleyhi va səlləm) salat və salam gətirmək məsələsində — müsəlmanın etməli olduğu şey, Rəsulullahdan (sallallahu əleyhi va səlləm) sabit olan salat və salam formasını öyrənib, ona riayət etməkdir. Bu müsəlman üçün kifayətdir və bunda başqasına ehtiyac yoxdur.
Rəsulullaha salat və salam gətirmək nümunələrdən biri də budur: Buxari və Müslimin "Səhih" əsərində, rəvayət etdikləri bir hədisdə Kəb bin Ucra (Allah ondan razı olsun) deyir ki, səhabələr (Allah onlardan razı olsun) belə dedilər: "Ya Rəsulallah! Allah bizə sənə salavat gətirməyi əmr etdi. Bəs biz sənə necə salavat gətirək?". Peyğəmbər (sallallahu əleyhi va səlləm) belə cavab verdi:
«قُولُوا: اللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَعَلَى آلِ مُحَمَّدٍ كَمَا صَلَّيْتَ عَلَى إِبرَاهِيمَ وَعَلَى آلِ إِبرَاهِيمَ، إِنَّكَ حَمِيدٌ مَجِيدٌ، وَبَارِكْ عَلَى مُحَمَّدٍ وَعَلَى آلِ مُحَمَّدٍ كَمَا بَارَكْتَ عَلَى إِبرَاهِيمَ وَعَلَى آلِ إِبرَاهِيمَ إِنَّكَ حَمِيدٌ مَجِيدٌ».
Siz belə deyin:
[Allahummə salli alə Muhammədin va alə əəli Muhamməd, kəmə salleytə alə İbrahimə va alə əəli İbrahimə, innəkə həmidun məcid. Allahummə bərik alə Muhammədin va alə əəli Muhamməd, kəmə bəraktə alə İbrahimə va alə əəli İbrahimə, innəkə həmidun məcid]
"Allahım! İbrahimə və İbrahimin ailəsinə xeyir-dua verdiyin kimi, Muhammədə və Muhammədin ailəsinə də xeyir-dua ver! Şübhəsiz ki, Sən Tərifəlayiqsən, Şan-şöhrətlisən! Allahım! İbrahimə və İbrahimin ailəsinə bərəkət verdiyin kimi, Muhammədə və Muhammədin ailəsinə də bərəkət ver! Şübhəsiz ki, Sən Tərifəlayiqsən, Şan-şöhrətlisən!".
Buxari və Müslimin "Səhih" əsərində, rəvayət etdikləri bir hədisdə Əbu Humeyd əs-Saidi (Allah ondan razı olsun) belə deyir: Onlar dedilər: "Ya Rəsulallah! Sənə necə salavat gətirək?". Rəsulullah (sallallahu əleyhi va səlləm) belə buyurdu:
«قُولُوا: اللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَعَلَى أَزْوَاجِهِ وَذُرِّيَّتِهِ كَمَا صَلَّيْتَ عَلَى آلِ إِبرَاهِيمَ، وَبَارِكْ عَلَى مُحَمَّدٍ وَعَلَى أَزْوَاجِهِ وَذُرِّيَّتِهِ كَمَا بَارَكْتَ عَلَى آلِ إِبرَاهِيمَ، إِنَّكَ حَمِيدٌ مَجِيدٌ».
Siz belə deyin:
[Allahummə salli alə Muhammədin va alə əzvacihi va zurriyyətihi, kəmə salleytə alə əəli İbrahimə va bərik alə Muhammədin va alə əzvacihi va zurriyyətihi, kəmə bəraktə alə əəli İbrahimə, innəkə həmidun məcid]
"Allahım! İbrahimin ailəsinə xeyir-dua verdiyin kimi, Muhammədə və Muhammədin zövcələrinə və övladlarına da xeyir-dua ver! Allahım! İbrahimin ailəsinə bərəkət verdiyin kimi, Muhammədə və Muhammədin zövcələrinə və övladlarına da bərəkət ver! Şübhəsiz ki, Sən Tərifəlayiqsən, Şan-şöhrətlisən!".
Müslimin "Səhih" əsərində, Əbu Məsud əl-Ənsari (Allah ondan razı olsun) rəvayət edir ki, Bəşir bin Səad dedi: "Ey Allahın Rəsulu! Allah bizə sənə salavat gətirməyi əmr etdi. Bəs biz sənə necə salavat gətirək?". Peyğəmbər (sallallahu əleyhi va səlləm) susdu, sonra belə buyurdu:
«قُولُوا: اللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَعَلَى آلِ مُحَمَّدٍ؛ كَمَا صَلَّيْتَ عَلَى آلِ إِبرَاهِيمَ، وَبَارِكْ عَلَى مُحَمَّدٍ وَعَلَى آلِ مُحَمَّدٍ؛ كَمَا بَارَكْتَ عَلَى آلِ إِبرَاهِيمَ فِي العَالَمِينَ، إِنَّكَ حَمِيدٌ مَجِيدٌ، وَالسَّلَامُ كَمَا عَلِمتُم».
Belə deyin:
[Allahummə salli alə Muhammədin va alə əəli Muhamməd, kəmə salleytə alə əəli İbrahimə va bərik alə Muhammədin va alə əəli Muhamməd, kəmə bəraktə alə əəli İbrahimə ful-aləminə, innəkə həmidun məcid]
"Allahım! İbrahimin ailəsinə xeyir-dua verdiyin kimi, Muhammədə və Muhammədin ailəsinə də xeyir-dua ver! Allahım! İbrahimin ailəsinə aləmlər içində bərəkət verdiyin kimi, Muhammədə və Muhammədin ailəsinə də bərəkət ver! Şübhəsiz ki, Sən Tərifəlayiqsən, Şan-şöhrətlisən!. Salam da bildiyiniz kimidir."
Peyğəmbərdən (sallallahu əleyhi va səlləm) sabit olan bu və bu kimi ifadələr, müsəlmanın Allah Rəsuluna (sallallahu əleyhi va səlləm) salat və salam göndərərkən istifadə etməli olduğu düzgün və şəriətə uyğun salat və salam formalarıdır. Çünki Peyğəmbər (sallallahu əleyhi va səlləm) Rəbbi barəsində istifadə olunmalı olan ifadələri ən gözəl bilən şəxs olduğu kimi, eyni zamanda özü barəsində işlədilməyə layiq olan sözləri ən gözəl bilən şəxsdir.
Amma – sualda qeyd olunan sözlər kimi – şişirdilən və sonradan ortaya çıxan, eləcə də səhv mənalara yozula bilən sözlərə gəldikdə isə bu cür ifadələrdən istifadə etmək olmaz. Çünki bu ifadələr, Allah Rəsulunun (sallallahu əleyhi va səlləm) seçib ümmətinə tövsiyə etdiyi ifadələrə zidd olmaqla yanaşı, həm ifrata varan, həm də batil mənalarda yozula bilən sözlərdir. Halbuki O, (Peyğəmbər -sallallahu əleyhi va səlləm- ) məxluqatın ən alim olanı, ən səmimisi və ifrata varmaqdan ən uzaq olanı idi. Ona Rəbbindən ən əfzəl salat və salam olsun.
Ümid edirəm ki, bizim qeyd etdiyimiz dəlillərdə – tövhidin mahiyyətinin, şirk anlayışının, əvvəlki müşriklərlə sonrakı müşriklər arasında bu mövzuda olan fərqlərin və Allah Rəsuluna (sallallahu əleyhi va səlləm) vacib olan salavatın necə olmasının izahında – haqqı axtaran kəs üçün kifayət qədər açıqlama və inandırıcı dəlillər vardır. Amma haqqı bilmək istəməyən kimsəyə gəldikdə isə o, öz nəfsinə (istəklərinə, havasına) tabe olmuşdur. Uca Allah buyurur:
﴿فَإِن لَّمۡ يَسۡتَجِيبُواْ لَكَ فَٱعۡلَمۡ أَنَّمَا يَتَّبِعُونَ أَهۡوَآءَهُمۡۚ وَمَنۡ أَضَلُّ مِمَّنِ ٱتَّبَعَ هَوَىٰهُ بِغَيۡرِ هُدٗى مِّنَ ٱللَّهِۚ إِنَّ ٱللَّهَ لَا يَهۡدِي ٱلۡقَوۡمَ ٱلظَّٰلِمِينَ50﴾
(Əgər sənə cavab verməsələr, bil ki, onlar nəfslərinin istəklərinə uymuşlar. Allahdan bir doğru yol göstəricisi gəlməyincə öz nəfsinin istəyinə uyandan daha çox azmış kim ola bilər?! Şübhəsiz ki, Allah zalım qövmü doğru yola yönəltməz). [Qasas: 50].
Uca Allah bu mübarək ayədə, Peyğəmbəri Muhamməd (sallallahu əleyhi va səlləm) vasitəsilə göndərdiyi hidayət və haqq dinə münasibətdə insanların iki qismə ayrıldığını açıqlamışdır.
Onlardan biri: Allah və Rəsulunun çağırışına cavab verən kimsədir.
İkincisi: Nəfsinin (istəklərinin) ardınca gedən kimsədir. Daha sonra Uca Allah, Allahın hidayəti olmadan nəfsinin istəklərinə uyan kimsədən daha azğın heç kim olmadığını xəbər vermişdir.
Biz İzzət və Cəlal sahibi olan Allahdan, nəfsin istəklərinə uymanın şərindən bizləri qorumasını, həm bizi, həm sizi, həm də bütün mömin qardaşlarımızı Allahın və Rəsulunun (sallallahu əleyhi va səlləm) çağırışına cavab verən, Onun şəriətini uca tutan və şəriətinə zidd olan bütün bidətlərdən və nəfsani arzularından çəkinən kəslərdən etməsini diləyirik. Həqiqətən, O, çox səxavətli və kərimdir.
Allahın salatı və salamı Onun qulu və rəsulu olan Peyğəmbərimiz Muhammədin, onun ailəsinin, səhabələrinin və Qiyamətə gününədək gözəl şəkildə onların ardınca gedənlərin üzərinə olsun!
***
az397v3.1 - 26/07/2026