بَيَانُ كُفْرِ وَضَلَالِ مَنْ زَعَمَ أَنَّهُ يَجُوزُ لِأَحَدٍ الخُرُوجُ مِنْ شَرِيعَةِ مُحَمَّدٍ ﷺ
Muhamməd Peyğəmbərin (sallallahu əleyhi va səlləm) şəriətindən kənara çıxmağın hər hansı bir şəxs üçün caiz olduğunu iddia edənlərin küfr və azğınlıq içində olmasının bəyanı
لِسَمَاحَةِ الشَّيْخِ العَلَّامَةِ
عَبْدِ العَزِيزِ بْنِ عَبْدِ اللهِ بْنِ بَازٍ
رَحِمَهُ اللهُ
Kitabın müəlifi Hörmətli Şeyx
Abduləziz bin Abdullah bin Baz
بِسْمِ اللهِ الرَّحمَنِ الرَّحِيمِ
On ikinci risalə:
Muhamməd Peyğəmbərin (sallallahu əleyhi va səlləm) şəriətindən kənara çıxmağın hər hansı bir şəxs üçün caiz olduğunu iddia edənlərin küfr və azğınlıq içində olmasının bəyanı
Həmd aləmlərin Rəbbi Allaha məxsusdur! Allahın salat və salamı peyğəmbərlərin və elçilərin sonuncusu olan peyğəmbərimiz Muhammədə, onun ailəsinə və bütün səhabələrinin üzərinə olsun!
Daha sonra: Mən: 05/06/1415 (hicri tarixilə) tarixində "əş-Şərq əl-Əvsat" adlı qəzetinin: (5824) -cü sayında dərc olunmuş bir məqalə ilə tanış oldum. Bu məqaləni özünü Abdulfəttah əl-Hayik adlandıran bir şəxs yazmış və ona: "Səhv anlayış" başlığını vermişdir.
Məqalənin ümumi məzmunu bundan ibarətdir: O, İslam dinində zəruri şəkildə bilinən, Quran ayələri, hədislər və ümmətin icması (ittifaqı) ilə sabit olan bir həqiqəti – yəni Muhamməd Peyğəmbərin (sallallahu əleyhi va səlləm) risalətinin bütün bəşəriyyətə şamil olduğunu – inkar etmişdir. O, həmçinin iddia etmişdir ki, kim Muhammədə (sallallahu əleyhi va səlləm) tabe olmayıb, onu qəbul etməyib, əksinə, yəhudi və ya nəsrani olaraq qalıbsa, yenə də haqq din üzərindədir. Bundan əlavə, o, aləmlərin Rəbbinə Uca Allah qarşı hörmətsizlik edərək, kafirlərin və günahkarların əzablandırılmasındakı hikməti inkar etmiş və bunu mənasızlıq (əbəs bir iş) kimi qələmə vermişdir.
O, şəri mətnlərini təhrif edib, onları öz yerinə qoymamış və öz nəfsinin istəklərinə uyğun şəkildə şərh etmişdir. Eyni zamanda o, Muhamməd Peyğəmbərin (sallallahu əleyhi va səlləm) ümumi risalətini və Ona eşidib də tabe olmayanların küfrünü göstərən açıq-aydın şəriət dəlillərindən üz döndərmişdir. Allahın başqa dinləri qəbul etmədiyi, yalnız İslamı doğru din olaraq qəbul etdiyi göstərən açıq-aydın digər şəri mətnləri də rədd etmişdir. O bütün bunları isə cahil insanların onun sözlərinə aldanması üçün etmişdir. Onun bu əməi açıq-aşkar küfrdür, İslamdan çıxmaqdır və Uca Allahı və Rəsulunu (sallallahu əleyhi va səlləm) yalan saymaqdır. Bu həqiqəti isə həmin məqaləni oxuyan elm və iman sahibi yaxşı anlayır.
Əmr sahibinin üzərinə düşən vəzifə isə onu məhkəməyə təhvil vermək, onu tövbəyə çağırmaq və onun barəsində pak şəriətin tələb etdiyi hökmü tətbiq etməkdir.
Uca Allah Muhamməd Peyğəmbərin (sallallahu əleyhi va səlləm) risalətinin bütün insanlara və cinlərə şamil olduğunu və hamının Ona tabe olmasının vacib olduğunu açıq şəkildə bildirmişdir. Bu həqiqət isə müsəlmanlardan az da olsa elmi olan heç kəsə gizli deyildir.
Uca Allah buyurur:
﴿قُلۡ يَٰٓأَيُّهَا ٱلنَّاسُ إِنِّي رَسُولُ ٱللَّهِ إِلَيۡكُمۡ جَمِيعًا ٱلَّذِي لَهُۥ مُلۡكُ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِۖ لَآ إِلَٰهَ إِلَّا هُوَ يُحۡيِۦ وَيُمِيتُۖ فَـَٔامِنُواْ بِٱللَّهِ وَرَسُولِهِ ٱلنَّبِيِّ ٱلۡأُمِّيِّ ٱلَّذِي يُؤۡمِنُ بِٱللَّهِ وَكَلِمَٰتِهِۦ وَٱتَّبِعُوهُ لَعَلَّكُمۡ تَهۡتَدُونَ158﴾
(De: “Ey insanlar! Şübhəsiz ki, mən sizin hamınıza göndərilmiş Allahın elçisiyəm. Göylərin və yerin hökmranlığı Ona məxsusdur, Ondan başqa (ibadətə layiq olan) məbud yoxdur. O həm dirildir, həm də öldürür. Elə isə Allaha və Onun ummi (yazıb-oxumaq bilməyən) Elçisinə, həm də Allaha və Onun kəlmələrinə inanan peyğəmbərə iman gətirin. Onun ardınca gedin ki, bəlkə doğru yola yönələsiniz”). (Əraf: 158). Uca Allah buyurur:
﴿...وَأُوحِيَ إِلَيَّ هَٰذَا ٱلۡقُرۡءَانُ لِأُنذِرَكُم بِهِۦ وَمَنۢ بَلَغَ...﴾
(Bu Quran mənə vəhy olundu ki, onunla həm sizi, həm də onun yetişəcəyi hər kəsi xəbərdar edim). [Ənam: 19]. Uca Allah buyurur:
﴿قُلۡ إِن كُنتُمۡ تُحِبُّونَ ٱللَّهَ فَٱتَّبِعُونِي يُحۡبِبۡكُمُ ٱللَّهُ وَيَغۡفِرۡ لَكُمۡ ذُنُوبَكُمۡۚ وَٱللَّهُ غَفُورٞ رَّحِيمٞ31﴾
(De: “Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da, sizi sevsin və günahlarınızı bağışlasın. Allah bağışlayandır, rəhmlidir”). (Əli İmran: 31). Uca Allah buyurur:
﴿وَمَن يَبۡتَغِ غَيۡرَ ٱلۡإِسۡلَٰمِ دِينٗا فَلَن يُقۡبَلَ مِنۡهُ وَهُوَ فِي ٱلۡأٓخِرَةِ مِنَ ٱلۡخَٰسِرِينَ85﴾
(Kim İslamdan başqa bir din arayarsa, (bilsin ki,) o din ondan qəbul olunmaz və o, axirətdə ziyana uğrayanlardan olar). (Əli İmran: 85). Uca Allah buyurur:
﴿وَمَآ أَرۡسَلۡنَٰكَ إِلَّا كَآفَّةٗ لِّلنَّاسِ بَشِيرٗا وَنَذِيرٗا...﴾
(Biz səni bütün insanlara müjdə verən və xəbərdarlıq edən (bir peyğəmbər) olaraq göndərdik. Lakin insanların çoxu (bunu) bilməz). (Səba: 28). Uca Allah buyurur:
﴿وَمَآ أَرۡسَلۡنَٰكَ إِلَّا رَحۡمَةٗ لِّلۡعَٰلَمِينَ107﴾
(Biz səni ancaq aləmlərə rəhmət olaraq göndərdik). (Ənbiya: 107). Uca Allah buyurur:
﴿...وَقُل لِّلَّذِينَ أُوتُواْ ٱلۡكِتَٰبَ وَٱلۡأُمِّيِّـۧنَ ءَأَسۡلَمۡتُمۡۚ فَإِنۡ أَسۡلَمُواْ فَقَدِ ٱهۡتَدَواْۖ وَّإِن تَوَلَّوۡاْ فَإِنَّمَا عَلَيۡكَ ٱلۡبَلَٰغُۗ وَٱللَّهُ بَصِيرُۢ بِٱلۡعِبَادِ﴾
(Kitab verilənlərə və savadsızlara (özlərində kitab olmayan ərəb müşriklərinə) de: “Siz də, təslim oldunuzmu?” Əgər təslim olsalar, doğru yola yönəlmiş olarlar. Yox əgər üz döndərsələr, (bil ki,) sənin öhdənə düşən ancaq (haqqı) təbliğ etməkdir. Allah qullarını görəndir). (Əli İmran: 20). Pak və Uca olan Allah buyurur:
﴿تَبَارَكَ ٱلَّذِي نَزَّلَ ٱلۡفُرۡقَانَ عَلَىٰ عَبۡدِهِۦ لِيَكُونَ لِلۡعَٰلَمِينَ نَذِيرًا1﴾
(Aləmləri xəbərdar etməsindən ötrü Öz quluna Furqanı nazil edən Allah ən Əzəmətli, xeyiri və bərəkəti bol olandır!). (Furqan: 1).
Buxari və Müslimin Cabir bin Abdullahdan (Allah ondan razı olsun) rəvayət etdiyi hədisdə Peyğəmbər (sallallahu əleyhi va səlləm) belə buyurmuşdur:
«أُعْطِيتُ خَمْسًا لَمْ يُعْطَهُنَّ أَحَدٌ قَبْلِي: نُصِرْتُ بِالرُّعْبِ مَسِيرَةَ شَهْرٍ، وَجُعِلَتْ لِيَ الْأَرْضُ مَسْجِدًا وَطَهُورًا، فَأَيُّمَا رَجُلٍ مِنْ أُمَّتِي أَدْرَكَتْهُ الصَّلَاةُ، فَلْيُصَلّ، وَأُحِلَّتْ لِيَ الْمَغَانِمُ، وَلَمْ تُحَلَّ لِأَحَدٍ قَبْلِي، وَأُعْطِيتُ الشَّفَاعَةَ، وَكَانَ النَّبِيُّ يُبْعَثُ إِلَى قَوْمِهِ خَاصَّةً، وَبُعِثْتُ إِلَى النَّاسِ عَامَّةً».
"Mənə beş (xislət) verilib ki, bunlar məndən əvvəl heç bir kəsə verilməmişdir: (Mənimlə arasında) bir aylıq məsafə olan düşmənin qəlbinə (Allah tərəfindən) qorxu salınaraq ona qarşı yardım edildim. Yer üzü mənim üçün pak-təmizləyici və məscid edildi, belə ki, ümmətimdən olan hər hansı bir kişinin namaz vaxtı çatarsa, (olduğu yerdə) namazını qılsın. Qənimətlər mənə halal edildi, belə ki, bu, məndən qabaq heç bir peyğəmbərə halal edilməmişdir. Mənə şəfaət verildi və hər bir peyğəmbər yalnız öz qövmünə göndərilərdi, mən isə bütün insanlara göndərildim".
Bu isə, Peyğəmbərimiz Muhammədin (sallallahu əleyhi va səlləm) risalətinin bütün bəşəriyyətə şamil olduğunu açıq-aydın şəkildə göstərir. Həmçinin bu risalətin əvvəlki bütün şəriətləri nəsx etdiyini (qüvvədən saldığını) və Muhammədə (sallallahu əleyhi va səlləm) tabe olmayıb Ona itaət etməyən şəxsin kafir və asi olduğunu, Allahın əzabına layiq görüldüyünü bildirir. Uca Allah buyurur:
﴿...وَمَن يَكۡفُرۡ بِهِۦ مِنَ ٱلۡأَحۡزَابِ فَٱلنَّارُ مَوۡعِدُهُۥ...﴾
(Onu inkar edən firqələrin vəd olunduğu yer oddur). (Hud: 17). Uca Allah buyurur:
﴿...فَلۡيَحۡذَرِ ٱلَّذِينَ يُخَالِفُونَ عَنۡ أَمۡرِهِۦٓ أَن تُصِيبَهُمۡ فِتۡنَةٌ أَوۡ يُصِيبَهُمۡ عَذَابٌ أَلِيمٌ﴾
(Qoy onun əmrinə qarşı çıxanlar başlarına bir bəla gəlməsindən yaxud özlərinə ağrılı-acılı bir əzab üz verməsindən qorxsunlar). (Nur: 63). Uca Allah buyurur:
﴿وَمَن يَعۡصِ ٱللَّهَ وَرَسُولَهُۥ وَيَتَعَدَّ حُدُودَهُۥ يُدۡخِلۡهُ نَارًا خَٰلِدٗا فِيهَا وَلَهُۥ عَذَابٞ مُّهِينٞ14﴾
(Kim Allaha və Onun rəsuluna asi olub Onun hüdudlarını aşarsa, Allah onu içində əbədi qalacağı Cəhənnəmə vasil edər. Onun üçün alçaldıcı bir əzab vardır). (Nisa: 14). Uca Allah buyurur:
﴿...وَمَن يَتَبَدَّلِ ٱلۡكُفۡرَ بِٱلۡإِيمَٰنِ فَقَدۡ ضَلَّ سَوَآءَ ٱلسَّبِيلِ﴾
(İmanı küfrə dəyişən kəs, əlbəttə, doğru yoldan azmışdır). (Bəqərə: 108). Bu mənada bir çox ayələr mövcuddur.
Uca Allah Rəsuluna (sallallahu əleyhi va səlləm) itaəti Özünə itaətlə yanaşı zikr etmiş, İslamdan başqa bir dini qəbul edən şəxsin ziyana uğrayacağını açıq şəkildə bəyan etmiş və belə bir şəxsdən nə vacib, nə də nafilə ibadətlərin qəbul edilməyəcəyini bildirmişdir. Uca Allah buyurur:
﴿وَمَنْ يَبْتَغِ غَيْرَ الْإِسْلَامِ دِينًا فَلَنْ يُقْبَلَ مِنْهُ وَهُوَ فِي الْآخِرَةِ مِنَ الْخَاسِرِينَ85﴾
(Kim İslamdan başqa bir din arayarsa, (bilsin ki,) o din ondan qəbul olunmaz və o, axirətdə ziyana uğrayanlardan olar). (Əli İmran: 85). Uca Allah buyurur:
﴿مَنْ يُطِعِ الرَّسُولَ فَقَدْ أَطَاعَ اللَّهَ...﴾
(Kim Peyğəmbərə itaət edərsə, Allaha itaət etmiş olar). [Nisa: 80]. Uca Allah buyurur:
﴿قُلْ أَطِيعُوا اللَّهَ وَأَطِيعُوا الرَّسُولَ فَإِنْ تَوَلَّوْا فَإِنَّمَا عَلَيْهِ مَا حُمِّلَ وَعَلَيْكُمْ مَا حُمِّلْتُمْ وَإِنْ تُطِيعُوهُ تَهْتَدُوا...﴾
(De: “Allaha və Rəsula itaət edin”. Əgər üz çevirsəniz, (bilin ki,) o, ancaq özünə həvalə edilənə cavabdehdir, siz də ancaq özünüzə həvalə edilənə cavabdehsiniz. Əgər ona itaət etsəniz, doğru yola yönəlmiş olarsınız. Rəsulun öhdəsinə düşən isə ancaq açıq-aşkar təbliğ etməkdir). (Nur: 54). Uca Allah buyurur:
﴿إِنَّ الَّذِينَ كَفَرُوا مِنْ أَهْلِ الْكِتَابِ وَالْمُشْرِكِينَ فِي نَارِ جَهَنَّمَ خَالِدِينَ فِيهَا أُولَئِكَ هُمْ شَرُّ الْبَرِيَّةِ 6﴾
(Şübhəsiz ki, Kitab əhlindən və müşriklərdən kafir olanlar, içində əbədi qalacaqları Cəhənnəm odunda olacaqlar. Onlar məxluqatın ən şərliləridirlər). (Bəyyinə: 6).
Müslim "Səhih" əsərində rəvayət etdiyi hədisdə Peyğəmbər (sallallahu aleyhi va səlləm) belə buyurmuşdur:
«وَالَّذِي نَفْسِي بِيَدِهِ؛ لَا يَسْمَعُ بِي أَحَدٌ مِنْ هَذِهِ الْأُمَّةِ، يَهُودِيٌّ وَلَا نَصْرَانِيٌّ، ثُمَّ يَمُوتُ وَلَمْ يُؤْمِنْ بِالَّذِي أُرْسِلْتُ بِهِ؛ إِلَّا كَانَ مِنْ أَهْلِ النَّارِ».
"Nəfsim əlində olan Allaha and olsun ki, bu (dəvət olunan) ümmətdən, istər yəhudi olsun, istərsə də nəsrani, mənim haqqımda eşidib sonra da mənimlə göndərilən dinə iman etmədən ölərsə Cəhənnəm əhlindən olar".
Allah Rəsulu (sallallahu əleyhi va səlləm) həm sözü, həm də əməi ilə İslam dininə daxil olmayan dinlərin batil olduğunu açıq şəkildə bəyan etmişdir. Belə ki, O, yəhudilərlə və nəsranilərlə, digər kafirlərlə döyüşdüyü kimi döyüşmüş, onlardan cizyə (vergi) almışdır ki, onlar İslam dəvətinin qalan insanlara çatmasına mane olmasınlar və istədikləri təqdirdə, kim İslama gəlmək istəyirsə, öz qövmünün onu bu yoldan çəkindirməsindən, qarşısını almasından və ya öldürməsindən qorxmadan müsəlman ola bilsin.
Buxari və Müslimin Əbu Hureyrədən (Allah ondan razı olsun) rəvayət etdikləri hədisdə o, belə demişdir. Bir dəfə biz məsciddə ikən Peyğəmbər (sallallahu aleyhi va səlləm) çıxdı və belə buyurdu:
«انْطَلِقُوا إِلَى يَهُودَ، فَخَرَجْنَا مَعَهُ حَتَّى جِئْنَا بَيْتَ الْمِدْرَاسِ، فَقَامَ النَّبِيُّ ﷺ، فَنَادَاهُمْ فَقَالَ :يَا مَعْشَرَ يَهُودَ، أَسْلِمُوا تَسْلَمُوا، فَقَالُوا: قَدْ بَلَّغْتَ يَا أَبَا الْقَاسِمِ، فَقَالَ لَهُمْ رَسُولُ اللَّهِ ﷺ: ذَلِكَ أُرِيدُ، أَسْلِمُوا تَسْلَمُوا، فَقَالُوا: قَدْ بَلَّغْتَ يَا أَبَا الْقَاسِمِ، فَقَالَ لَهُمْ رَسُولُ اللَّهِ ﷺ: ذَلِكَ أُرِيدُ، ثُمَّ قَالَهَا الثَّالِثَةَ...».
"Yəhudilərin yanına gedin!". Biz də onunla birlikdə yola düşdük və onların Tövratı oxuduqları evin yanına gəldik. Peyğəmbər (sallallahu aleyhi va səlləm) dayandı, onlara nida edərək belə dedi: "Ey yəhudi camaatı, İslamı qəbul edin, salamat qalın!".
Onlar: "Artıq çatdırdın ey Əbul-Qasim!" – deyə cavab verdilər. Peyğəmbər (sallallahu aleyhi va səlləm) onlara dedi: "Mən də məhz bunu istəyirəm. İslamı qəbul edin, salamat qalın!". Onlar yenidən: "Artıq çatdırdın ey Əbul-Qasim!" – deyə cavab verdilər. Peyğəmbər (sallallahu aleyhi va səlləm) onlara dedi: "Mən də məhz bunu istəyirəm. Sonra bunu üçüncü dəfə təkrar etdi…”. Hədisin davamı var.
Məqsəd budur ki, Peyğəmbər (sallallahu əleyhi va səlləm) yəhudilərin dini icmasına – Tövratı oxuduqları Mədrəs evinə – getdi, onları İslama dəvət etdi və onlara: “İslamı qəbul edin, salamat qalın” – dedi və bu sözləri bir neçə dəfə onlara təkrar etdi.
Eləcə də Peyğəmbər (sallallahu əleyhi va səlləm) Herakla məktub göndərərək onu İslama dəvət etdi və əgər bu dəvəti qəbul etməzsə, təkcə öz günahı deyil, həm də onun səbəbilə İslamı qəbul etməyənlərin günahı da onun üzərinə yüklənəcəyini xəbərdar etdi. Buxari və Müslimin səhih əsərində rəvayət olunan hədisə əsasən, Herakl Allah Rəsulunun (sallallahu əleyhi va səlləm) məktubunu gətirməyi əmr etdi və onu oxudu. Məktubda belə yazılmışdı:
«بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ، مِنْ مُحَمَّدٍ رَسُولِ اللَّهِ إِلَى هِرَقْلَ عَظِيمِ الرُّومِ، سَلَامٌ عَلَى مَنِ اتَّبَعَ الْهُدَى، أَمَّا بَعْدُ: فَإِنِّي أَدْعُوكَ بِدِعَايَةِ الْإِسْلَامِ، أَسْلِمْ تَسْلَمْ، وَأَسْلِمْ يُؤْتِكَ اللَّهُ أَجْرَكَ مَرَّتَيْنِ، فَإِنْ تَوَلَّيْتَ، فَإِنَّ عَلَيْكَ إِثْمَ الْأَرِيسِيِّينَ وَ
"Mərhəmətli və Rəhmli Allahın adı ilə!
Allahın rəsulu Muhamməddən Rum imperatoru Herakla. Haqq yolu tutub gedənlərə salam olsun! Bundan sonra. Mən səni İslama dəvət edirəm. İslamı qəbul et ki, salamat qalasan. İslamı qəbul etsən Allah sənə mükafatını ikiqat verəcək. Əgər qəbul etməsən, tabeçiliyində olanların günahı sənin boynuna yüklənəcək. (Sənə Allahın mənə buyurduğunu deyirəm):
﴿يَٰٓأَهۡلَ ٱلۡكِتَٰبِ تَعَالَوۡاْ إِلَىٰ كَلِمَةٖ سَوَآءِۭ بَيۡنَنَا وَبَيۡنَكُمۡ أَلَّا نَعۡبُدَ إِلَّا ٱللَّهَ وَلَا نُشۡرِكَ بِهِۦ شَيۡـٔٗا وَلَا يَتَّخِذَ بَعۡضُنَا بَعۡضًا أَرۡبَابٗا مِّن دُونِ ٱللَّهِۚ فَإِن تَوَلَّوۡاْ فَقُولُواْ ٱشۡهَدُواْ بِأَنَّا مُسۡلِمُونَ64﴾
(“Ey Kitab əhli! Bizimlə sizin aranızda olan eyni bir kəlməyə (tərəf) gəlin ki, Allahdan başqasına ibadət etməyək, Ona heç bir şeyi şərik qoşmayaq və Allahı qoyub bir-birimizi ilahiləşdirməyək”. Əgər onlar yenə üz çevirsələr, deyin: “Şahid olun ki, biz müsəlmanlarıq!”). (Əli İmran: 64).
Sonra onlar üz döndərib İslama girməkdən imtina etdikdə, Peyğəmbər (sallallahu əleyhi va səlləm) və Onun səhabələri (Allah onlardan razı olsun) onlarla döyüşdülər və onlara cizyə (vergi) verməyi vacib etdilər.
Onların azğın yolda olduqlarını və Muhammədin (sallallahu əleyhi və səlləm) gətirdiyi dinlə əvvəlki dinlərinin batil olduğunu təsdiqləmək üçün Uca Allah müsəlmandan, hər gün, hər namazda və hər rükətdə Allahdan onu doğru, qəbul olunan və düz yol olan İslam yoluna hidayət etməsini - onu, yəhudilər və onlara bənzər, qəzəbə məruz qalmış, özlərinin səhv yolda olduqlarını bilmələrinə rəğmən bu yolda davam edənlərdən uzaq etməsini və onu azğınların yolundan — yəni: elm olmadan ibadət edən, özlərini doğru yolda zənn edən, lakin əslində zəlalət içində olan nəsranilər və onlara bənzəyən, cahillik və azğınlıq əsasında ibadət edən digər xalqların yolundan — uzaq tutmasını tələb etdi. Bütün bunlar müsəlmanın, İslamdan başqa bütün dinlərin batil olduğunu, İslamdan başqa bir yol ilə Allaha ibadət edənlərin azğınlıqda olduğunu və bunu qəbul (etikad) etməyənin müsəlman sayılmadığını qəti şəkildə bilməsi üçündür. Quran və Sünnədə bu mövzu ilə bağlı çoxsaylı dəlillər mövcuddur.
Bu məqalənin müəllifi Əbdulfəttahın üzərinə düşən vacib vəzifə budur ki, dərhal ixlasla (səmimi qəlbdən) tövbə etsin və tövbəsini açıq şəkildə bəyan etdiyi yeni bir məqalə yazsın. Kim Allaha səmimi şəkildə tövbə edərsə, Allah onun tövbəsini qəbul edər. Çünki Uca Allah belə buyurmuşdur:
﴿...وَتُوبُوٓاْ إِلَى ٱللَّهِ جَمِيعًا أَيُّهَ ٱلۡمُؤۡمِنُونَ لَعَلَّكُمۡ تُفۡلِحُونَ﴾
(Ey iman gətirənlər! Hamınız Allaha tövbə edin ki, bəlkə nicat tapasınız). (Nur: 31). Pak və Nöqsansız olan Allah digər ayədə buyurur:
﴿وَٱلَّذِينَ لَا يَدۡعُونَ مَعَ ٱللَّهِ إِلَٰهًا ءَاخَرَ وَلَا يَقۡتُلُونَ ٱلنَّفۡسَ ٱلَّتِي حَرَّمَ ٱللَّهُ إِلَّا بِٱلۡحَقِّ وَلَا يَزۡنُونَۚ وَمَن يَفۡعَلۡ ذَٰلِكَ يَلۡقَ أَثَامٗا68 يُضَٰعَفۡ لَهُ ٱلۡعَذَابُ يَوۡمَ ٱلۡقِيَٰمَةِ وَيَخۡلُدۡ فِيهِۦ مُهَانًا69 إِلَّا مَن تَابَ وَءَامَنَ وَعَمِلَ عَمَلٗا صَٰلِحٗا فَأُوْلَٰٓئِكَ يُبَدِّلُ ٱللَّهُ سَيِّـَٔاتِهِمۡ حَسَنَٰتٖۗ وَكَانَ ٱللَّهُ غَفُورٗا رَّحِيمٗا70﴾
(Onlar Allahla yanaşı başqa məbuda dua etməz, Allahın haram etdiyi canı haqsız yerə qətlə yetirməz və zina etməzlər. Kim bunu (və ya bunlardan birini) edərsə cəzaya məruz qalar).
(Qiyamət günü onun əzabı qat-qat artırılar və onun (əzabın) içində zəlil olaraq əbədi qalar).
(Ancaq tövbə edib iman gətirən və saleh əməllər edənlərdən başqa. Allah onların pis əməllərini yaxşı əməllərlə əvəz edər. Allah Bağışlayandır, Rəhmlidir!). (Furqan: 68-70).
Peyğəmbər (sallallahu aleyhi va səlləm) belə buyurmuşdur:
«الإِسْلَامُ يَهْدِمُ مَا كَانَ قَبْلَهُ، وَالتَّوبَةُ تَهْدِمُ مَا كَانَ قَبْلَهَا».
"İslam özündən əvvəlki günahların silib aparır. Tövbə özündən əvvəlki günahların aradan qaldırır".
Peyğəmbər (sallallahu aleyhi və səlləm) digər bir hədisdə buyurur:
«التَّائِبُ مِنَ الذَّنْبَ كَمَنْ لَا ذَنْبَ لَهُ».
"Günahdan tövbə edən, sanki günahsız kimidir".
Bu mənada bir çox ayə və hədislər mövcuddur.
Uca Allahdan bizə haqqı haqq olaraq göstərib ona tabe olmağı, batili isə batil olaraq göstərib ondan uzaq durmağı nəsib etməsini diləyirik.
Eyni zamanda Uca Allahdan həm bizə, həm bu məqalənin müəllifi Abdulfəttaha, həm də bütün müsəlmanlara səmimi tövbə nəsib etməsini, hamımızı fitnələrin, nəfsin və şeytanın şərrindən qorumasını istəyirik.
Həqiqətən, O, bütün bunların Sahibidir və bunlara qadirdir.
Allahın salatı və salamı Peyğəmbərimiz Muhammədin, onun ailəsinin, səhabələrinin və Qiyamət gününədək gözəl tərzdə onların ardınca gedənlərin üzərinə olsun!
***
az397v3.1 - 26/07/2026